Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-17/2025 20.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X10 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2, müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs3, müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2005-ci il ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, tutulana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, xx xxxx 2001-ci il ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, tutulana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1987-ci il ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs3 qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dağdibi” adlanan qəbirstanlıqda dəfn olunmuş atası X8 və sonuncunun əmisi oğlu X13 qəbirlərinin ətrafında olan, cəmi qiyməti 2000 (iki min) manat olmaqla ümumilikdə 09 ədəd, hər birinin uzunluğu 78 sm, hündürlüyü 60 sm, qalınlığı 2 mm olan gül formalı, alüminium-çuqun materialından tökmə üsulu ilə hazırlanmış bəzəkli çuqun məhəccərləri birlikdə söküb gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 2000 (iki min) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 yanvar 2024-cü il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs2 Nərman oğluna məxsus, Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən saxlanc yeri hesab edilən “Təmraz” marketin qarşısına gələrək Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi üçün yaxınlıqda dayanıb ətrafa nəzarət etmiş, özü isə həmin marketin alüminium və plastik materialdan hazırlanmış giriş qapısının sağ kənarında olan plastik materialı yerindən çıxarıb mağazaya qanunsuz daxil olaraq mağazanın içərisindəki saxlanc yeri hesab edilən dolabdan 1300 (bir min üç yüz) manat pulu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 Nərman oğluna 1300 (bir min üç yüz) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Dağdibi” adlanan qəbirstanlıqda dəfn olunmuş atası X8 və sonuncunun əmisi oğlu X13 qəbirlərinin ətrafında olan, cəmi qiyməti 2000 (iki min) manat olmaqla ümumilikdə 09 ədəd, hər birinin uzunluğu 78 sm, hündürlüyü 60 sm, qalınlığı 2 mm olan gül formalı, alüminium-çuqun materialından tökmə üsulu ilə hazırlanmış bəzəkli çuqun məhəccərləri birlikdə söküb gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 2000 (iki min) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 yanvar 2024-cü il tarixdə, saat 05 radələrində Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 Nərman oğluna məxsus saxlanc yeri hesab edilən “Təmraz” marketin qarşısına gələrək gələn olarsa xəbər verməsi üçün özü yaxınlıqda dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs3 isə həmin marketin alüminium və plastik materialdan hazırlanmış giriş qapısının sağ kənarında olan plastik materialı yerindən çıxarıb oradan mağazaya qanunsuz daxil olaraq mağazanın içərisindəki saxlanc yeri hesab edilən dolabdan 1300 (bir min üç yüz) manat pulu gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs2 Nərman oğluna 1300 (bir min üç yüz) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və müxtəlif yerlərdə fəhlə işləyib ailəsinin dolanışığına köməklik edir. Bundan əvvəl bir neçə dəfə qardaşı Təqsirləndirilən şəxs2 ilə müxtəlif şəxslərə məxsus evlərə qanunsuz olaraq daxil olub oğurluq hadisələri törətmişdir. Sonuncu dəfə, yəni 2022-ci ilin sentyabr ayının axırlarında tanışı İbrahim və İlham adlı şəxslərlə Şəki şəhərində tanımadığı şəxslərin evindən oğurluq etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılma cəzasına məhkum edilmişdir. Buna görə qardaşı Təqsirləndirilən şəxs2 ilə ayaqlarına elektron nəzarət cihazı bağlanmışdır. Bir neçə ay olar heç bir yerdə işləmir. Bu səbəbdən bir sıra maddi çətinlikləri vardır. Ona görə xeyli vaxtdı tanışı Şəki şəhər sakini Vaqif adlı şəxsdən borca pul alıb xərcələmişdir və 900 manata yaxın borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində tanışı Vaqif adlı şəxslə Şəki şəhərində yerləşən “Qədim Şəki” çay evində görüşmüşdür. Onlar oturub çay içib bir qədər söhbət etdikdən sonra Vaqif tanışı Təqsirləndirilən şəxs1 zəng edib onu da kafeyə dəvət etmişdir. Həmin vaxt Vaqif tanışı Təqsirləndirilən şəxs1 da ondan borca pul aldığını bildirmişdir. Vaqif ondan borca verdiyi pulunu istəmiş, o, pulu olmadığını dedikdə həmin şəxs yanvar ayının 20-nə kimi pulunu çatdırmalı olduğunu demişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs1 kafeyə gəlib onlarla birlikdə əyləşmişdir. Bir neçə dəqiqə sonra cibindən onun bilmədiyi sayda pulu çıxarıb Vaqifə vermişdir. Onlar bir qədər əyləşdikdən sonra “Qədim Şəki” çay evindən çıxıb Mehman ilə şəhər ərazisində gəzmiş, sonra isə saat 22 radələrində Mehman ilə birlikdə yaşadığı ev istiqamətinə getmişlər. Yaşadığı evin darvaza qapısı önündə Mehmanın onda olan mobil telefonunu özünə qaytarmışdır, Mehman də yaşadığı evə getdiyini bildirdib çıxıb getmişdir. O, yaşadığı evdə yemək yeyib bir qədər televizora baxmışdır. Həmin vaxt evdə olan qardaşı, nənəsi və anası yatmışdılar. O da yerinə girsə də bir neçə saat yata bilməmişdir. Tanışı Vaqifə olan borcunu necə qaytarcağını fikirləşmişdir. Yerindən qalxıb əynini geyinib çölə çıxmış, həmin vaxt artıq xx.xx.2024-cü il tarixində saat 03 radələri olardı tanışı Təqsirləndirilən şəxs1 zəng edib yata bilmədiyini, onlara gəlməsini və əyləşib söhbət etmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da etiraz etməyib gələcəyini bildirmişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmiş, bir yerdə əyləşib söhbət etmişlər. Hətta Mehman evində yemək yemişdir. Mehman yemək yeyərkən qərara gəlmişdir ki, yaşadığı evin yaxınlığında olan Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasında pul ola bilər, həmin mağzaya girib oradan oğurluq etsinlər. O, bu fikrini Mehmana bildirmiş, sonuncu da pula ehtiyacı olduğu üçün onun təklifi ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində o, yaşadığı evdən çıxıb Zərərçəkmiş şəxs2 məxsus mağazanın yaxınlığına gedib ətrafa nəzər yetirmiş və orada heç kimin olmadığını görüb evə qayıdıb Mehmana, mağazanın yaxınlığında heç kimin olmadığını, artıq oğurluq etmək üçün əlverişli vaxt olduğunu bildirmişdir. Belə olub Mehmanla birlikdə mağazanın yaxınlığına getmişlər. Mehmana, kənarda dayanmasını, gələn olarsa xəbər etməsini demiş, sonuncu da mağazadan 30-40 metr kənarda dayanıb ətrafa nəzarət etmişdir. O, mağazanın giriş qapısına yaxınlaşıb qapının sağ kənarında olan plastik materialı bir neçə dəfə təpiklə vurmuş, həmin vaxt səs olduğu üçün həmin yerdən qaçıb yaşadığı evin yaxınlığında gizlənmiş və fikirləşmişdir ki, səsə kimsə gələ bilər. Bir neçə dəqiqə gözlədikdən sonra heç kim gəlmədiyi üçün o, yenə mağazaya qayıdıb ayağı ilə vurub sökdüyü yerdən mağazaya daxil olmuşdur. O, əvvəllər mağazadan alver etdiyi üçün mağaza sahibi Zərərçəkmiş şəxs2 pulu hansı dolaba qoymasını bilirdi. Buna görə də o, mağazaya daxil olan kimi heç yeri axtarmadan pul qoyulan dolaba yaxınlaşıb dolabı açıb baxmış, orada müxtəlif kağız pullar olmasını görüb həmin pulları götürüb cibinə qoyub dərhal mağazadan çıxıb Mehmanın yanına gəlmiş, birlikdə yolu üzü yuxarı doğru qaçmışdır. Yolda Mehmanın xəbəri olmadan 500 manat pulu götürüb başqa cibinə qoymuşdur. Mehmanla ara küçələrdən birində mağazadan oğurladığı pulları saymış, əlavə olaraq pulun 800 manat olmasını bilmişdir. Oğurladıqları puldan 300 manat Mehmana vermiş, sonuncu pulu götürüb yaşadığı ev istiqmətinə getmişdir. O da Mehmandan ayrıldıqdan sonra yaşadığı evinə gəlib ailə üzvülərinin xəbəri olmadan yerinə girib yatmışdır. Səhər saat 12 radələrində yaşadığı evdən çıxıb şəhərin mərkəzinə gedib oğurladığı pulun bir hissəsini şəxsi işlərinə xəcləmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra pulların qalan hissəsini qaytarmışdır. Onun məqsədi oğurluq edib Vaqifə olan borcunu qaytarmaq olmuşdur. Ancaq Vaqif adlı şəxs ona olan borcunu qaytarmaq üçün oğurluq etməyə və ya pul əldə etmək üçün başqa neqativ hərəkətlər etməyə məcbur etməmişdir. Bildirmişdir ki, o, qəbiristanlıqdan qalın gül formada olan almüniyum barmaqlıqları oğurlamamışdır. Həmin oğurluq hadisəsindən məlumatı yoxdur. O, “dağdibi” adlanan qəbiristanlığa getməmişdir. Özünü almüniyum barmaqlıqları oğurlamaqda təqsirli bilmir. Onu döydükləri üçün ibtidai istintaqda qəbiristanlıqdan oğurluq etdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Maddi ziyanı ödəmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, qardaşı Təqsirləndirilən şəxs3 ilə ara-sıra müxtəlif yerlərdə fəhlə işləyib qazanc əldə edirlər. Bundan əvvəl bir neçə dəfə qardaşı Təqsirləndirilən şəxs3 ilə müxtəlif şəxslərə məxsus evlərə qanunsuz daxil olub oğurluq hadisələri törətmişlər. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayının axırlarında Şəki şəhərində tanımadığı şəxslərin evindən oğurluq etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qardaşı Təqsirləndirilən şəxs3 və onun ayağına elektron nəzarət cihazı taxılmışdır. Bildirmişdir ki, o, “dağdibi” adlanan qəbiristanlığa getməmiş, həmin qəbiristanlıqdan qalın gül formada olan almüniyum barmaqlıqları oğurlamamışdır. Onu döydükləri üçün ibtidai istintaq zamanı bu cür ifadə vermişdir. Özünü təqsirli bilmir. Qanuna müvafiq qərara qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2-ci qrup əlildir. Onun daimi iş yeri olmadığı üçün fərdi qaydada fəhlə işləyir. Şəki şəhər sakini Əlini təxminən 2 ildir tanıyır. Əli ilə tanışlıq münasibəti vardır. Bir müddət Əli ilə fəhlə işləmişdir. Son vaxtlar Əli ilə görüşmürdü. Bildirmişdir ki, onun Şəki şəhərinin Mator aralığı deyilən ərazidə yaşayan Vaqif adlı şəxsə 52 manat borcu olmuşdur. xx.xx.2024-cü il tarixdə Vaqif ona zəng edib pulunu istəmişdir. O da etiraz etməyib evdən 52 manat pul götürüb Vaqifə zəng edib harada olduğunu soruşmuş, Vaqif də ona Şəki şəhərində yerləşən Füzuli parkında olduğunu bildirmişdir. O, gedib həmin parkda Vaqiflə görüşmüş və 52 manat borucunu vermişdir. Bundan sonra Vaqif onu “Qədim Şəki” kafesinə dəvət etmişdir. Onlar birlikdə həmin kafeyə getmişlər. Həmin vaxt Əli də orada olmuşdur. Onlar üçü birlikdə oturmuşlar. Həmin vaxt Vaqif Əliyə - “mənim pulumu gətir ver, sabah saat 11-ə kimi mənim pulumu çatdır, əgər pulu çatdırmasan polisə şikayət edəcəm” demişdir. Əli də çatdıracağını demişdir. Sonra o, Əli ilə kafedən çıxmışlar. Əli kiməsə zəng edib danışan zaman telefonunun zaryadkası qurtardığı üçün nömrəni telefonundan çıxarıb onun telefonuna salıb bir müddət danışandan sonra nömrəni telefonundan çıxarıb telefonunu özünə vermiş və o, Əlidən ayrılıb evinə gəlmişdir. Gecə saat təxminən 02 radələrində Əli ona zəng edib demişdir ki, - “yuxum qaçıb ürəyim sıxılıb, bizə gəl oturaq”. O da etiraz etməyib evdən çıxıb Əligil tərəfə getmiş, evlərinə çatmağa bir qədər qalmış, Dağdibi adlanan ərazidə yerləşən 12 nömrəli məktəbin yanında Əli dayanmışdır. Çatdıqdan sonra Əli ona demişdir ki, Vaqifə pul çatdırmalıdır, pulu da yoxdur. Sonra Əli yaxınlıqdakı ərzaq mağazasının yanına çatıb, həmin ərzaq mağazasını göstərib, oradan oğurluq etmək istədiyini bildirmiş və ona, kənarda dayanıb baxacağını və gələn olsa xəbər verəcəyini, o, özü mağazaya girəcəyini demişdir. O, əvvəl Əliyə demişdir ki, mağazada kamera var, görüb tanıyacaqlar. Əli də ona demişdir ki, borcu var, mütləq oğurluq etməlidir. Mağazadan oğurladığı puldan ona da verəcək. O da etiraz etməmiş və mağazadan bir qədər kənarda dayanmışdır ki, yoldan keçən olsa xəbər versin. Əli isə mağazanın yanına gedib mağazanın plastik materialı yerindən çıxarıb oradan içəri daxil olmuşdur. Bir müddət sonra Əli mağazadan çıxıb onun yanına gəlmiş və birlikdə oradan uzaqlaşmışlar. Bir qədər uzaqlaşandan sonra Əli ona 300 manat pul vermişdir. Əli pulu verib, həmin pulu əxiyə, yəni Vaqifə verməsini bildirmişdir. O, pulu götürüb evinə gəlmişdir. Əli ilə birlikdə 18 yanvar 2024-cü il tarixdə gecə saat təxminən 05 radələrində həmin mağazadan oğurluq etmişlər. Mağazadan oğurluq edən vaxt ətrafda heç kim olmamış və onları heç kim görməmişdir. Həmçinin Əlinin mağazadan konrket nə oğurladığını bilmir, Əli ona, mağazadan 800 manat pul oğurladığını demiş və ona 300 manat vermişdir. Bundan başqa o, başqa yerlərdən oğurluq etməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illər Şəki şəhərində müxtəlif dövlət qurumlarında işləmişdir, hazırda təqaüddədir. Məzarının kənarlarından tökmə çuğun metal olan gül formalı barmaqlıqlar oğurlanan mərhum X8 onun atasıdır. X24 dünyasını dəyişdikdən bir müddət sonra onun əmisi oğlu X20 da təbii olaraq dünyasını dəyişmişdir. Mərhum X24 ilə əmisi oğlu Nəsir Səfərov yaxın vaxtlarda rəhmətə getdikləri üçün onları Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 12 saylı tam orta məktəbin yaxınlığında dağlıq və meşəlik yerdə yerləşən “Dağdibi” qəbirstanlığında eyni yerdə dəfn etmişlər. Hər iki mərhumun dəfnindən bir müddət sonra X24 ilə əmisi oğlu Nəsir Səfərovun qəbir daşlarını alıb qoydurmuş və ətrafını tökmə gül formalı çuğun metal ilə hasara almışdır. Uzun illər əvvəl o, həmin qəbirin daşlarına və ətrafına qoydurduğu çuğun metal barmaqlıqlara xeyli vəsait xərcləmişdir. “Dağdibi” qəbirstanlığında işləyən şəxslərin verdiyi məlumata əsasən naməlum şəxs və ya şəxslərin X24 və əmisi oğlu Nəsir Səfərovun qəbrinin ətrafında olan çuğun metal barmaqlıqların oğurlanması barədə məlumatı olmuşdur. O, bunu eşidib qəbirstanlığa gedib qəbirə baxdıqda qəbirin ətrafında olan tökmə ağır çəkisi olan çuğun metal barmaqlıqların xeyli sayda oğurlanmasını görmüşdür. Sonra isə Şəki şəhər-rayon Polis Şöbəsinə gələrək oğurluq hadisəsi barədə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, mərhum X24 və əmisi oğlu Nəsir Səfərovun qəbirinin ətrafına vurdurduğu çuğun metalı oğurlayan şəxslər Şəki şəhər sakinləri Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 olmuşlar. Bildirmişdir ki, həmin metal barmaqlıqlar uzun illər əvvəl, yəni 1989-cu ildə Şəki şəhərində yerləşən İpək Kombinatında yerləşən sexdə çuğun metaldan gül formasında tökdürmüşdür. Həmin vaxt o, metal məhəccərin hazırlanmasına ümumilikdə 2000 manat xərc çəkmişdir. O, mərhum atasının qəbiri ilə əmisi oğlu Nəsir Səfərovun qəbirinə bütün vəsaiti özü xərcləmişdir. Nəsir Səfərovun övladlarına nəsə etməyə imkan verməmiş, sadəcə onlar qəbirin beton işlərinə köməklik etmişlər. Onun yaxın qohumlarından, hətta uzaq qohumlarından, tanışlarından və qonşularından heç kimin Şəki şəhər sakinləri Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Həmin şəxsləri tanımır, həmin şəxslərin qəbirlərə qarşı belə hərəkət etmələrinin səbəbini bilmir. Göstərdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbi, heç bir şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Nərman oğlu ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir özünə məxsus Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasını işlətməklə ailəsi üçün qazanc əldə edir. Hazırda işlətdiyi mağazada bir neçə il bundan əvvəl elektirik qısa qapanması səbəbindən yanğın hadisəsi baş vermiş, həmin vaxt mağaza tamamilə yanaraq məhv olmuşdur. Ondan sonra mağazanı yenidən təmir etdirmiş, qapı və pəncərələri plastik və alüminium materialından olan qapı və pəncərlər qoydurmuşdur. Lakin qapı və pəncərə önünə dəmir barmaqlıqlar vurdurmağa imkan edə bilməmişdir. Mağazada özü işləyir, işi olduğundan həyat yoldaşı dayanır. Hər gün səhər saat 08 radələrində mağazanı açıb, axşam saat 23 radələrində mağazanı bağlayıb yaşadığı evə gedirdi. Hər gün olduğu kimi 17 yanvar 2024-cü il tarixdə saat 23 radələrində mağazanın daxili kilidini və asma qıfılını bağlayıb yaşadığı evə getmişdir. 18 yanvar 2024-cü il tarixdə saat 08 radələrində mağazaya işə gəlib giriş qapısını açıb içəri daxil olmaq istəyəndə çərçivəsi alminium və orta hissəsi isə plastik olan qapının sağ kənarında plastik hissənin sökülmüş halda olmasını görmüşdür. Həmin vaxt hiss etmişdir ki, oradan kimsə mağazaya daxil olub. O, qapını açıb içəri daxil olub mağazaya baxanda hər şey yerində olmuş, heç bir dağınıqlıq, əşyaların səliqəsiz hala salınması müşahidə olunmamışdır. Sonra o, pul qoyduğu dolaba baxdıqda orada olan 1300 (bir min üç yüz) manat pulun yerində olmadığını müəyyən etmişdir. Həmin vaxt konkret olaraq başa düşmüşdür ki, axşam saatlarında mağazanı bağlayıb yaşadığı evə getdikdən sonra gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazaya daxil olub 1300 (bir min üç yüz) manat pulu oğurlamışdır. Bundan sonra Şəki şəhər-rayon Polis Şöbəsinə gəlib hadisə barədə ərizə yazmışdır. Ona məxsus mağazaya daxil olaraq oğurluq hadisəsi törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Göstərmişdir ki, o, mağazaya daxil olub baxan zaman oğurluq edən şəxlərin mağazada yüngül axtarış etdiklərini, lakin heç bir əmlakı zədələmədiklərini görmüşdür. Belə ki, həmin şəxslər qapının sağ kənarında olan plastik hissəni yerindən çıxarıb kənara qoymuş, sonra mağazaya oradan daxil olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus mağazaya daxil olub, pul dolabında olan 1300 manat pulu götürmüşdür. Hadisə nəticəsində konkret olaraq ona 1300 manat maddi ziyan dəymişdir. Onun yaxın qohumlarından, hətta uzaq qohumlarından, tanışlarından və qonşularından kiminləsə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Ona məxsus mağzada bu cür hadisə əvvəllər baş verməmişdir. Bildirmişdir ki, hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı hər hansı tələbi, heç bir şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, bir neçə ildir ki, Şəki şəhəri ərazisində yerləşən “Dağdibi” qəbirstanlığında gözətçi işləməklə yanaşı müxtəlif şəxslərin qəbirlərini qazıb ailəsi üçün qazanc əldə edir. Hər gün işə gedəndə qəbirsanlığın ərazisini gəzib baxırdı. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində tanımadığı şəxsin qəbirini qazarkən qəbirlərdən birinin ətrafında olan alüminium hissələrinin qırılaraq aparıldığını, bir neçə alüminium hissələrin yerdə qaldığını görmüşdür. O, həmin gün yorğun olduğu üçün polis şöbəsinə gəlib hadisə barədə məlumat verə bilməmişdir. Alüminium hissələri oğurlanmış qəbirin ətrafından sökülərək aparılmış yerlərə nəzər edib təxminən 800 manata yaxın alüminium metalın oğurlandığını müşahidə etmişdir. “Dağdibi” qəbirstanlığının onun iş yeri hesab etdiyindən, oranın təmziliyinə və təhlükəsizliyinə el ağsaqqalarının məsləhəti ilə o, cavabdehlik daşıyırdı. Ona görə ərtafından metal barmaqlıqları oğurlanmış mərhumun qohumu Firqət müəllimi tapıb ona bu barədə məlumat verməyi və polis şöbəsinə gəlib hadisə barədə ərizə yazmağı özünə borc bilmişdir. Buna görə o, xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gəlib qəbirstanlıqdan oğurluq olması barədə ərizə yazmışdır. Bundan başqa qısa vaxtda ətrafından metal barmaqlıqlar oğurlanmış qəbirdə dəfn edilmiş mərhumun qohumlarını tapıb hadisə barədə məlumat vermişdir. Bundan sonra qəbirstanlığa nəzarəti artırmışdır ki, həmin şəxslər yenidən həmin yerə gələndə güdüb tutaraq polisə təhvil versin. Lakin oğurluq edən şəxslər qəbirstanlığa bir daha gəlməmişlər. Həmin şəxslər xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinə kimi olan vaxt ərzində Dağdibi qəbirstanlığında oğurluq hadisəsini törətmişlər. Qəbirstanlığın yaxınlığında və ətrafında şübhə doğuran heç kimi görməmişdir. Son zamanlarla qəbirstanlığa tez-tez gələn şübhəli hərəkət edən şəxsləri görməmişdir. Həmin qəbirstanlıqda işlədiyi dövrdə əvvəllər oğurluq hadisəsi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Şəki şəhər sakini Əlini atasının və nənəsinin vasitəsi ilə tanımışdır. Atası bir neçə dəfə onun həyətində fəhlə işləyib. Əli və valideyinləri əvvəllər şəhərin mərkəzindəki binaların birində yaşadıqları müddətdə nənəsi Fatma arvad da binanın qarşısında meyvə-tərəvəz satırdı. Yəni o, Əlini onların vasitəsi ilə tanımışdır. Əli onu görəndə salamlaşırdı. Əli bəzən Mehmanla birlikdə olurdu. Mehmanın atası mərhum Vaqif sağlığında pinəçi işləmişdir. Vaqif kişi ilə münasibəti yaxın olub. Vaqif kişi vəfat etdikdən sonra sonuncunun sənətini oğlu Süleyman davam etdirir. O, arabir Süleymanın yanına gedirdi, Mehmanı və Əlini də orada görürdü. Belə olub o, Əlini və Mehmanı tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, Əli onu tanıdığı üçün təxminən 3-4 ay qabaq yanına gəlib ehtiyacı olduğunu bildirib 250 manat borc pul istəyib demişdir ki, qardaşının pensiyasını alıb gətirib pulunu verəcək. O da etiraz etməyib vermişdir. Bundan bir müddət sonra Əli onun yanına gəlib yenə də borc pul istəyib and içib demişdir ki, qardaşının pensiyasını alıb gətirib verəcək. Bundan sonra Əli hər dəfə onun evinə gəlib yalvarıb borc pul istəmişdir. O, uzun müddətdir namaz qılıb, Allaha ibadət edir. Çalışır ki, imkanı çatdığı qədər insanlara köməklik etsin. Əli hər dəfə onun yanına gəlib and içib ehtiyacı olduğunu bildirəndə onun Əliyə yazığı gəlib pul vermişdir. Həmçinin borc pul götürəndən sonra Əli, and içib demişdir ki, aldığı pulu qardaşının pensiyasını alıb gətirib verəcək. Belə olub o, Əliyə inanmış və hər dəfə üzündən keçə bilmədiyi üçün Əliyə borc pul vermişdir. Beləliklə Əli bu vaxta kimi ondan hissə-hissə olmaqla 890 manat borc pul almışdır. 17 yanvar 2024-cü il tarixdə saat təxminən 18 radələri olardı o, Əlini “Qədim Şəki” kafesinə dəvət edib, çay sifariş verib çay içib söhbət edən zaman Əlidən aldığı pulları nə vaxt qaytaracağını soruşmuşdur. Onlar söhbət etdikləri vaxt Mehman zəng edib ondan harada olduğunu soruşmuşdur. Ondan bir müddət qabaq Mehman da ondan 52 manat borc pul almışdır. Mehman pensiyasını aldığını bildirib gətirib onun pulunu qaytarmaq istədiyini demişdir. O, da Mehmana “Qədim Şəki” kafesində olduğunu demişdir. Sonuncu gəlib çıxdıqda o, çölə çıxıb Mehmanla görüşmüş, həmin vaxt sonuncu borc aldığı 52 manat pulu ona vermişdir. O, Mehmanı çay içməyə dəvət etmiş və birlikdə kafeyə daxil olub bir stolda oturmuşlar. Birlikdə olduqları vaxt o, Əli ilə uzun müddət danışıqdan sonra Əlidən, pulunu nə vaxt qaytaracağı barədə dəqiq vaxt deməsini bildirmişdir. Əli də ona demişdir ki, yanvar ayının 20-də aldığı pulların hamısını qaytaracaq. O, Əlidən, 3 gün müddətində ondan aldığı pulları necə qaytaracağını soruşanda, Əli ona, - “sənə dəxli yoxdur, narahat olma yanvar ayının 20-nə kimi mən sənin pulunu qaytaracam” demişdir. O, yenə də Əliyə demişdir ki, imkan yoxdursa pulu hər ay hissə-hissə qaytarsın. Əli isə konkret demişdir ki, borc aldığı pulu 3 günə kimi gətirib verəcək. O da bir söz deməmişdir. Əli Mehmanla birlikdə çıxıb getmişdir. Səhəri gün isə eşitmişdir ki, oğurluq etdiklərinə görə Əli və Mehman tutulublar. Daha sonra eşitmişdir ki, Əli Mehmanla birlikdə yaşadığı evin yaxınlığında yerləşən mağazadan oğurluq ediblər. Həmçinin eşitmişdir ki, Əli qardaşı Məhəmmədlə birlikdə qəbirstanlıqdan metal məhəccərləri oğurlayıb aparıb satdıqları üçün Məhəmməd də tutulub. Əli ona demişdir ki, ondan borc pul almasından valideyinlərinin xəbəri vardır. Son vaxtlar o, Əliyə demişdir ki, o, İran Respublikası istehsalı olan qaz peçi almaq istəyir, pulu yoxdur. Əli də ona demişdir ki, anası əlilliyə görə pensiya alır, anasının adına peçi götürüb versin, pulunu hər ay hissəhissə pensiyanın pulundan ödəyək. O da etiraz etməmiş və Əlinin anası ilə birlikdə mağazaya getmişlər. Lakin anasının xəstəliyini nəzərə alıb mağazanın sahibi onlara kreditlə həmin peçi verməmişdir. Belə olub anası Əlinin ondan borc pul götürdüyünü bilmişdir. Lakin o, aldığı pulu qaytarması ilə bağlı Əlini məcbur etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 Nərman oğluna məxsus “Təmraz” market mağazasının qapısı alüminium və plastik matierialdan olmaqla, qapının aşağı hissəsinin sağ tərəfindəki plastik hissə qoparılaraq kənara atılmışdır. Baxış zamanı mağazanın içərisində dağılma, sındırma və ya zədələnmə əlamətləri aşkar olunmamışdır. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Nərman oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli, 407 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 mağazadan oğurladığı puldan 800 manat təqdim etmiş və həmin pullar götürülmüşdür. - Təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli, 408 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mağazadan oğurladığı puldan 288 manat təqdim etmiş və həmin pullar götürülmüşdür. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli, 323 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli, 414 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli, 324 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli, 467 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:25-də şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli, 326 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli, 426 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:55-də şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, 434 saylı protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 Şəki ŞRPŞ-nin MST-yə məxsus “Renaut” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə minəndən sonra Şəki şəhərinin “Dağdibi” adlanan ərazisinə sürməyi bildirdi. Şəhərin N.Nərimanov küçəsi ilə üzü aşağı doğru hərəkətdə olan zaman həmin küçədə yerləşən 12 saylı məktəbin binasının yanına çatdıqda avtomaşını saxladaraq, yerə düşüb həmin məktəbin üst tərəfindən keçən A.Abdullayev küçəsindən dağa tərəf istiqaməti göstərib qardaşı Təqsirləndirilən şəxs3la birlikdə xx.xx.2024-cü il tarixdə həmin istiqamətə getdiklərini, oradan qabağa doğru gedib “Dağdibi” qəbirstanlığının əsas girişinə gəlib oradan qəbirstanlığı göstərib qardaşı ilə birlikdə oradan qəbrstanlığa daxil olduqlarını, qapıdan daxil olduqdan sonra bir qədər qabağa doğru gedib yan-yana yerləşən X8 və X13 qəbirlərinin yanına gəlib həmin gün saat 19 radələrində həmin qəbirlərin kənarına çəkilmiş metal məhəccərləri qardaşı Təqsirləndirilən şəxs3la birlikdə söküb kənara yığdıqlarını, daha sonra bir qədər kənarı göstərib, oğurladıqları məhəccərləri həmin yerə yığıb üstünü kol-kosla örtdüklərini, sabahısı gün həmin məhəccərləri xatırlamadığı avtomaşına yükləyib yaşadıqları evə apardıqlarını bildirdi. Bundan sonra o, yaşadığı evin həyətinə gəlib evin zirzəmisini göstərərək oğurladıqları məhəccərləri oraya yığdıqlarını və bir gün sonra qardaşı Təqsirləndirilən şəxs3la birlikdə həmin məhəccərləri ailə üzvlərinin evdə olmamasından istifadə edib aparıb Şəki şəhərində tanımadığı şəxsə 45 manata satdıqlarını bildirmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəbrlərin kənarından sökdükləri metal məhəccərləri gizlətdikləri yerdə və yaşadıqları evdə başqa metal və ya cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən maddi sübut aşkar olunmamışdır. - Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, 438 saylı protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs3 Şəki ŞRPŞ-nin MST-yə məxsus “Renaut” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə minəndən sonra Şəki şəhərinin “Dağdibi” adlanan ərazisinə sürməyi bildirdi. Şəhərin N.Nərimanov küçəsi ilə üzü aşağı doğru hərəkətdə olan zaman həmin küçədə yerləşən 12 saylı məktəbin binasının yanına çatdıqda avtomaşını saxlamağı bildirdi, avtomaşından düşəndən sonra əvvəlcə həmin məktəbin yaxınlığında yerləşən “Nice” lazer salonun yanını göstərib xx.xx.2024-cü il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs1 həmin yerdə dayanıb nəzarət etməyi, gələn olarsa xəbər verməsi üçün həmin yerdə dayandığını, daha sonra o, bir qədər qabaqda yerləşən “Təmraz” marketin qarşısına gəlib həmin marketin qapısının alt hisəsini göstərərək həmin hissəyə təpik vurub plastik materialı yerindən çıxararaq oradan içəri daxil olduğunu, sonra mağazaya daxil olub qapının aşağı hissəsini göstərib oradan içəri daxil olduğunu, daha sonra mağazanın içərisində qoyulmuş dolabın siyirməsini göstərib siyirmədə olan kağız pulları götürüb oradan çıxdığını və Təqsirləndirilən şəxs1 yanına gəldiyini, sonuncu ilə birlikdə oradan uzaqlaşdıqlarını, bir qədər getdikdən sonra aralıq küçəni göstərib orada oğurladığı pulun 300 manatını Təqsirləndirilən şəxs1 verdiyini, sonuncu pulu götürdükdən sonra evinə tərəf getdiyini, o da oradan öz evinə gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 12 saylı məktəbin üst tərəfindən keçən A.Abdullayev küçəsindən dağa tərəf istiqaməti göstərib qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə həmin istiqamətə getdiklərini, oradan qabağa doğru gedib “Dağdibi” qəbirstanlığının əsas girişnə gəlib oradan qəbirsanlağa daxil olduqlarını, qapıdan daxil olduqdan sonra bir qədər qabağa doğru gedib yan-yana yerləşən X8 və X13 qəbirlərinin yanına gəlib həmin gün saat 19 radələrində həmin qəbirlərin kənarına çəkilmiş metal məhəccərləri qardaşı Təqsirləndirilən şəxs2la birlikdə söküb kənara yığdıqlarını, daha sonra bir qədər kənarı göstərib, oğurladıqları məhəccərləri həmin yerə yığıb üstünü kol-kosla örtdüklərini, sabahsı gün həmin məhəccərləri xatırlamadığı avtomaşına yükləyib yaşadıqları evə apardıqlarını bildirdi. Bundan sonra o, yaşadığı evin həyətinə gəlib evin zirzəmisini göstərərək oğurladıqları məhəccərləri oraya yığdıqlarını və bir gün sonra qardaşı Təqsirləndirilən şəxs2la birlikdə həmin məhəccərləri ailə üzvlərinin evdə olmamasından istifadə edib aparıb Şəki şəhərində tanımadığı şəxsə satdıqlarını bildirmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəbrlərin kənarından sökdükləri metal məhəccərləri gizlətdikləri yerdə və yaşadıqları evdə başqa metal və ya cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən maddi sübut aşkar olunmadı. - Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli, 475 saylı protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 Şəki ŞRPŞ-nin MST-yə məxsus “Renaut” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilə minəndən sonra Şəki şəhərinin “Dağdibi” adlanan ərazisinə sürməyi bildirdi. Şəhərin N.Nərimanov küçəsi ilə üzü aşağı doğru hərəkətdə olan zaman həmin küçədə yerləşən 12 saylı məktəbin yanına çatdıqda avtomaşını saxlamağı bildirdi, avtomaşından düşəndən sonra həmin məktəbin yaxınlığında yerləşən “Nice” lazer salonun yanını göstərib həmin yerdə dayanıb nəzarət etdiyini ki, gələn olsa Əliyə xəbər versin, daha sonra o, bir qədər qabaqda yerləşən “Təmraz” marketin qarşısına gəlib həmin marketin qapısının alt hisəsini göstərərək Əli həmin hissəyə təpik vurub plastik materialı yerindən çıxararaq oradan içəri daxil olduğunu, bir müddətdən sonra Əli həmin mağazadan çıxıb onun yanına gəldiyini və sonra birlikdə oradan uzaqlaşdıqlarını, daha sonra isə o, şəhərin Qumbaralar adlanan məhəlləsində küçəni göstərərək Əli ilə birlikdə həmin yerə gəldiklərini, Əli həmin yerdə ona 300 manat pul verdiyini, o, pulu götürdəkdən sonra Əlidən ayrılıb evinə gəldiyini bildirmişdir. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli, 333 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli, 334 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli, 335 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-6/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində istintaq dövründə 03 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-7/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində istintaq dövründə 03 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Təsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilməsi qərara alınmışdır. - Təsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. - Şəki şəhər İHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Dağ dibi” məhəlləsinin nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yaşayır, ailə tərkibi X4, X26, X27 və Təqsirləndirilən şəxs3 ibarətdir. - Şəki şəhər İHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Dağ dibi” məhəlləsinin nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 özünü heç vaxt yaxşı aparmamış, vətəndaşlara hörmətsiz yanaşmış, barəsində nümayəndəliyə dəfələrlə şikayət daxil olmuş, məhəllədə heç bir nüfuza malik olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. - Şəki şəhər İHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Dağ dibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yaşayır, ailə tərkibi X4, X26, X27 və Təqsirləndirilən şəxs2 ibarətdir. - Şəki şəhər İHB-nin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin “Dağ dibi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 özünü heç vaxt yaxşı aparmamış, vətəndaşlara hörmətsiz yanaşmış, məhəllədə hərdən bərkdən danışmış, özünü aparmağı bacaran insan olmamış, məhəllədə heç bir nüfuza malik olmamış, yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. - Şəki şəhər İHB-nin “Arxüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yaşayır, ailə tərkibi anası X11, bacısı X28 və qardaşı X5 ibarətdir. - Şəki şəhər İHB-nin “Arxüstü” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 044 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Üzvi mənşəli ağır zəifli” diaqnozu ilə xx.xx.2018-ci il tarixdən həmin xəstəxananın dispanser müşahidəsindədir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 045 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 həmin xəstəxananın dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 046 saylı məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Orta dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edilən davranış” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən həmin xəstəxananın dispanser müşahidəsindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində olan material üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin və Azərbaycan Respublikası CPM-nin 73.2-ci maddəsinin tədləbinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - Cinayət işi başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/269 nömrəli material üzrə cinayət təqibi başlanmasının rədd edilməklə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs1 və X16 əməllərində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Şəki rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29.177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X38 tərəfindən verilmiş, ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 91 saylı rəyindən görünür ki, ekspert komisiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlir ki, diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs1 Stasionar Məhkəmə Psixatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X38 tərəfindən verilmiş, ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 92 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ÜZVİ MƏNŞƏLİ AĞİL ZƏİFLİYİ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxışı) F02.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 ÜZVİ MƏNŞƏLİ AĞİL ZƏİFLİYİ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxışı) F02.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehdiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrin təsiri altına düşmür. - İnzibati xəta haqqında icraatın başlanılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın icrası ilə əlaqədar hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin şəxsiyyətinin və yerinin müəyyən edilərək barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi üçün xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ünvan 6 ünvanında yaşayan X1 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə və Şəki ŞRPŞ-yə daxil olan xx.xx.2024-cü il tarixdə Şəki rayonu, Çeşməli kəndi ərazisində özünə məxsus “Elşən” marketdən köhnə əqrəbli tərəzisinin oğurlanması ilə bağlı olan müraciəti əsasında toplanmış HK-1/72 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs2 inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin aidiyyatı xidmət sahəsinə verilməsi qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-30/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılması qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-30/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 həbs saxlama müddətinin 02 ay, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək uzadılması qərara alınmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəki şəhərində yerləşən Dağdibi qəbirsanlığında X9 və X21 yan-yana dəfn olunmuşlar. Hər iki qəbrin kənarına 15-20 sm hündürlükdə beton tökülmüşdur. Betonun üstündən aluminium-çuqun materialından quraşdırılıb xüsusi xüsusi qəlibdə hazırlanmış uzunu 78 sm, hündürlüyü 60 sm, qalınlığı isə 2 sm bəzəkli məhəccər bərkidilmişdir. Həmin məhəccərlərin kənarında dar dayaqlar betonun içərisinə salınmışdır. Baxış zamanı qəbirlərin sağ və qarşı tərəfinə bərkidilmiş məhəccərlərdən 9 ədədi dayağından qırılaraq aparılmışdır. Sağ qabaq küncdə bir ədəd məhəccər isə dayağından qırılmışdır. - “Kristal MM” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3007/24 saylı qiymətləndirmə rəyindən görünür ki, “Kristal MM”in eksperti tərəfindən təqdim olunmuş fotoşəkillərə əsasən, aliminium-çuqun qarışığından tökmə, hər birinin uzunluğu 78 sm, hündürlüyü 60 sm, qalınlığı 2 sm olan, 9 ədəd məhəccərin dəyərini müəyyən etmək üçün qiymətləndirmə işləri həyata keçirilmiş, məlum olmuşdur ki, bu formalı tökmə məhəccərlər artıq istehsal olunmur. Buna bənzər məhəccərlərin bir ədədinin ortalama qiyməti 70 manat təşkil edir. 9 ədəd məhəccərin ilin əvvəlindən bu günə qədər olan təqribi dəyəri 630 manat təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X38 tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 52 saylı stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən və hazırda Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) ağıl zəifliyindən əziyyət çəkdiyi müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, M.V.Səmədovun əziyyət çəkdiyi Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) ağıl zəifliyi cinayət hadisəsini törədərkən onu öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini törətdiyi dövrdə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Buna görə də Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 aşkarlanan Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) ağıl zəifliyi diaqnozlu xəstəlik onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs1 hazırki hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 178/10 saylı məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)- 19/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs3 və həmin məhkəmə hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 izləmə məlumatları elektorn nəzarət sistemindən çıxarılaraq təqdim edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-19/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılmasının 20 yanvar 2024-cü il tarixədək çəkilməmiş qalan hissəsi 4 (dörd) ay 23 (iyirmi üç) gündür. Məhkum qeydiyyata alındıqdan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 7 (yeddi) ay 8 (səkkiz) günü çəkmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(075)-19/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 20 yanvar 2024-cü il tarixədək çəkilməmiş qalan hissəsi 4 (dörd) ay 23 (iyirmi üç) gündür. Məhkum qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 7 (yeddi) ay 8 (səkkiz) günü çəkmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-19/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29.177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 47 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, F.X.Xoyski küçəsi ev 69 ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Səfərov X12 şəhər Rayonlararası Narkoloji Dispanserdən qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 443 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan, 2005-ci il təvəllüdlü İsaqov X17 şəhər Rayonlararası Narkoloji Dispanserdən qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinisn xx.xx.2024-cü il tarixli, 444 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan, 2001-ci il təvəllüdlü İsaqov X6 şəhər Rayonlararası Narkoloji Dispanserdən qeydiyyatda yoxdur. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-51/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 18 avqust 2024-cü il tarixədək uzadılmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-52/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 18 avqust 2024-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4265 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş “Kristal MM” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan istifadə etməklə, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən hər birinin uzunluğu 78 sm, hündürlüyü 60 sm, qalınlığı 2 mm olan gül formalı, alüminium-çuqun materialından tökmə üsul ilə hazırlanmış bəzəkli çuqun məhəccərlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 01 ədədinin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30.00 manat, 09 ədədi 270.00 (9x30) manat müəyyən edilir. - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs3 ğlu barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığına görə onların barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməsi, onların təqsirsizliyini təsdiq edən sənədlərin surətləri çıxarılaraq Şəki Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 245-ci maddəsinin tərkibi olmadığı üçün onların barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilməsi, onların təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilməsi, Şahid2 barəsində cinayət işi başlanmasının rədd edilməsi, onun təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs3 təqdim etdiyi 800 (səkkiz yüz) manat pul və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 288 (iki yüz səksən səkkiz) manat pulun maddi subut kimi tanınması, saxlanması üçün Zərərçəkmiş şəxs2 Nərman oğluna verilməsinin nəzərə alınması qərara alınmışdır. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində və Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməyərək ifadələrində Şəki şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Dağdibi” adlanan qəbiristanlığından ümumilikdə 09 ədəd, hər birinin uzunluğu 78 sm, hündürlüyü 60 sm, qalınlığı 2 mm olan gül formalı, alüminium-çuqun materialından tökmə üsulu ilə hazırlanmış bəzəkli çuqun məhəccərləri söküb oğurlamadıqlarını bildirsələr də, təqsirləndirilən şəxslərin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 “Dağdibi” adlanan qəbiristanlıqdan gül formalı, alüminium-çuqun materialından tökmə üsulu ilə hazırlanmış bəzəkli çuqun məhəccərləri oğurladıqları yeri göstərmiş və ifadələrində həmin məhəccərləri oğurladıqlarını təsdiq etmişlər. Həmin vaxtı onlara hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilməklə o, həmin hadisələrin nəticəsini dərk etməklə heç bir etirazlarını bildirməmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 nəinki ifadəsinin yerində yoxlanılması zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də həmin məhəccərləri oğurladıqlarını etiraf etmişlər. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təsir göstərildiyi üçün məhəccərləri oğurladıqlarını etiraf etmələrinə dair sonradan cinayət işinin istintaqı aparılan zaman da, buna heç bir etiraz etməyərək hər hansı bir müraciətləri və ya şikayətləri olmadığından bildirdikləri xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onların həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı, habelə məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hərəkətində CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 hərəkətində CM-nin 177.2.1-ci maddəsinin və Təqsirləndirilən şəxs1 hərəkətində CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi olduğundan törətdikləri cinayətə görə onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsi və onunla barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, onun cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olduğu halda törətməsini CM-nin 59.1.9-cu maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə onu qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaları halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3 maddələrinə əsasən məhkəmə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər eyni növ, az ağır cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, eyni zamanda 58.2 və 58.3 maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 25 (iyirmi beş) gününün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə onlara hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onların həbsə alındığı andan - 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan 288 manat və 800 manat məbləğlərdə pul vəsaitinin Zərərçəkmiş şəxs2 Nərman oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, eyni zamanda işdə olan qiymətləndirmə rəyindən görünür ki, qiymətləndirmə xərci 50 (əlli) manat təşkil edir, həmin məbləğlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və “Kristal-MM” şirkətinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü mаddələrində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 25 (iyirmi beş) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 2 (iki) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü mаddələrində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 25 (iyirmi beş) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 2 (iki) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 2 (iki) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 288 manat və 800 manat məbləğlərdə pul vəsaitinin Zərərçəkmiş şəxs2 Nərman oğluna qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul və qiymətləndirmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X7, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) və “Kristal-MM” şirkətinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə isə surəti onlara verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-17/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-17/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver