Məhkəmə qərarları › İş №1(075)-18/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-18/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-18/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında pasport qeydiyyatda olan və Şəki şəhəri, Qurdlar döngəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə və təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayətlərini törətmişdir. Belə ki, o, qəsdən, gəlir əldə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 34-cü məhəllə 1147/19 ünvanında yaşayan Zərərçəkmiş şəxs ona pul müqabilində cinsi əlaqədə olmaq üçün kişi cinsli müştərilər tapacağını və hər müştəridən alınacaq 20 (iyirmi) manat pulun 10 (on) manatını özünə götürəcəyi, 10 (on) manatını isə Zərərçəkmiş şəxs verəcəyini vəd edərək Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində saxlamaqla sonuncunun müxtəlif kişi cinsli şəxslərlə, o cümlədən xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Şahid3 ilə cinsi əlaqədə olmasını təşkil etməklə və Zərərçəkmiş şəxs hər cinsi əlaqəyə görə verilən pulun 10 (on) manatını özünə götürməklə sonuncunu gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 22:10 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs adı istintaqa məlum olmayan şəxslə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs Şahid3 ilə cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olması üçün özünün yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açmaqla evin həmin otağını 10 (on) manat pul müqabilində Zərərçəkmiş şəxs verməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona məxsus evə gəlmişdir. Zərərşəkmiş şəxs onun evinə gəldiyi gün, ona məxsus evdə üç nəfər müştəri ilə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs hər cinsi əlaqədə olduğu müştəridən aldığı 20 manatın 10 manatını özünə, 10 manatını isə ona vermişdir. Növbəti günlər də hər gün 2-3 müştəri qəbul etmişdir. Qismət adlı oğlan ona zəng edib, bir nəfər şəxsin gəlmək istədiyini bildirmişdir. O, Qismətin gətirdiyi oğlanı tanımır. Göstərmişdir ki, onun madd imkanı aşağı olduğu üçün əvvəllər də əxlaqsızlıq yuvası təşkil etmiş, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Zərərçəkmiş şəxsin hər müştəridən aldığı pulun 10 manatı onun özünə çatmışdır. Qızın üzərində olan pul onun öz pulu olmuşdur. Zərərçəkmiş şəxs ona çatası pulları ona məxsus karta vurmuşdur. Əməlindən peşmandır. Xəstəlikdən əziyyət çəkir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 6-7 il bundan əvvəl adını xatırlamadığı Mingəçevir şəhər sakini olan bir nəfər qız vasitəsi ilə Şəki şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs mobil nömrəsini qızdan alıb ona zəng etmişdir. Təqsirləndirilən şəxs zəng edib maddi sıxıntılarının olduğunu, onunla işləmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu çağıracağını demişdir. Şəki şəhərinə Dilarəyə məxsus evə gəldiyi gün, yəni xx.xx.2023-cü il tarixdə 3 nəfər şəxslə görüşüb ümumilikdə aldığı 60 manatın 30 manatını özünə, qalan 30 manatını isə Dilarəyə vermişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə hər birində 2-3 nəfər müştəri ilə görüşmüş, müştərilərdən əldə etdiyi pulun yarısını Təqsirləndirilən şəxs vermiş, qalan yarısını isə özü üçün götürmüşdür. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan evdə müştəri Şahid3la cinsi münasibətdə olmaq istəyən zaman polis əməkdaşları evə gəlmiş onları saxlamışlar. Məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə indi verdiyi ifadə arasında ziddiyyət yoxdur. Əvvəlki ifadəsində qəbul etdiyi adam sayını çox deməsinin səbəbi polisin təzyiqi olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı şikayəti və tələbi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 20 iyul 2023-cü il tarixdə yaşadığı evə gedərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb tanımadığı bir nəfər şəxsin evinə baxış keçirəcəklərini bildirib hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Həmin vaxt etiraz etməyib polis əməkdaşı ilə birlikdə könüllü olaraq baxış keçirəcəkləri evə tərəf getmişdir. Bundan sonra bütün iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinin darvaza qapısından daxil olmuşlar. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir darvaza qapısından daxil olmuş, evin hər bir tərəfi mişar daşları ilə hasara alınmışdır. Darvaza qapısından daxil olduqdan solda fərdi yaşayış evi yerləşir, ev kürsülü olmalqa ön hissəsində 2 metr enində naves var idi. Həmin vaxt evə gedib baxış keçirmişlər. Evdə tanımadığı bir qadın və bir nəfər cavan oğlan, polis əməkdaşları bir də Dilarə adlı qadın olmuşdur. Otaqda stolun yanında yerdə döşək salınmışdır. Bunlardan başqa həmin otaqda pul kisəsində pullar və qoruyucular olmuşdur. O, çantada olan pulun dəyərini görməmişdir. Divanın üzərində 20 manat məbləğdə pul olmuşdur. O, həmin evdə heç kimi cinsi əlaqədə olduğu zaman görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, 20 iyul 2023-cü il tarixdə yaşadığı evə gedərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb tanımadığı bir nəfər şəxsin evinə baxış keçirəcəklərini bildirib hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Həmin vaxt etiraz etməyib polis əməkdaşı ilə birlikdə könüllü olaraq baxış keçirəcəkləri evə tərəf getmişdir. Bundan sonra bütün iştirakçılarla baxış keçirilməli olan evin darvaza qapısından daxil olmuşlar. Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir darvaza qapısından daxil olmuş, evin hər bir tərəfi mişar daşları ilə hasara alınmışdır. Darvaza qapısından daxil olduqdan solda fərdi yaşayış evi yerləşir, ev kürsülü olmalqa ön hissəsində 2 metr enində naves var idi. Həmin vaxt evə gedib baxış keçirmişlər. Evdə tanımadığı bir qadın və bir nəfər cavan oğlan, polis əməkdaşları birdə ev sahibi olmuşdur. Otaqda stolun yanında yerdə döşək salınmışdır. Bunlardan başqa həmin otaqda 20 manat məbləğdə pul və qoruyucular olmuşdur. 20 manat məbləğdə pul divanın üzərində olmuşdur. Qadın pulu çantadan çıxardıb göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə bütün günü Şəki şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olub yorulmuş, axşam saatları yaşadığı evə gədərkən Şəki şəhər sakini Təqsirləndirilən şəxs adlı qadının yaşadığı evdə müxtəlif yüngül həyat tərzi keçirən qadınlarla müxtəlif kişilərin pul qarşılığında görüşdükləri yadına düşmüşdür. Bundan bir neçə ay əvvəl müxtəlif şəxslərdən Şəki şəhər sakini Təqsirləndirilən şəxs adlı qadının yaşadığı evində müxtəlif yüngül həyat tərzi keçirən qadınların pul qarşılığında müxtəlif kişilərlə görüşmələrini eşitmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsini tapıb ona zəng etmiş və onun yaşadığı evinə gedib orada yüngül həyat tərzi keçirən qadınla görüşüb cinsi əlaqdə olmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu tanımadığını və daha o işlə məşğul olmadığını bildirdi. Sonra o, dostu Qismətə zəng edib, bu barədə demişdir. Qismət ona bir neçə dəfə Təqsirləndirilən şəxs məxsus evə gedib orada yüngül həyat tərzi keçirən qadınlarla görüşdüyünü, Dilarənin onu tanıdığını, qızla görüşməsi üçün Dilarə ilə danışa biləcəyini bildirmişdir. Bu məqsədlə dostu Qismət ilə görüşərkən ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs ilə danışsın və onun gedib Dilarənin evində olan qızla görüşsün. Qismət Təqsirləndirilən şəxs zəng edib bir qədər həmin şəxslə danışdıqdan sonra onun evində olan yüngül həyat tərzi keçirən qadınla 20 manat pul müqabilində görüşməyə razı salmışdır. Qismət ilə idarə etdiyi avtomaşınla Təqsirləndirilən şəxs yaşadığı ev istiqamətinə gedib avtomobili kənar küçədə saxlayıb piyada Dilarənin evinə getmişlər. Qismət ona görə Dilarənin evinə getsə də həmin şəxsin hər hansı bir qadınla görüşmək fikri olmamışdır. O, Dilarənin evində görüşəcəyi xanımla söhbət edən zaman Qismət Dilarə ilə birlikdə digər otağa getmişdir. O, qıza 20 manat məbləğdə pul vermişdir. Onlar görüşdükləri otaqda yerdə yataq dəsti salınmışdır. Cinsi əlaqədə olduqdan sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları gələn zaman Qismət çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əliəsgər oğlu ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Dilarə” adlı qadının Şəki şəhərində yaşadığı evində maddi maraq qarşılığında ayrı-ayrı kişi və qadınların cinsi əlaqədə olmalarına şərait yaradaraq əxlaqsızlıq yuvası saxlamaqla məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, əməliyyat qrupunun yaradılaraq “Dilarə” adlı qadının şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsindən ötrü Şəki şəhər-rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət olunmuşdur. Şöbə rəhbərliyi tərəfindən tədbirin keçirilmisinə icazə verildikdən sonra əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri davam etdirilmişdir. Şəki şəhər sakini Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbiri zamanı onun ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki şəhəri, Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində olduğu, onun evdə ailə üzvüləri ilə yanaşı başqa qadın və kişinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus evin darvaza qapısını döyüb onu səsləyib çölə çıxmasını xahiş etmişlər. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs darvaza qapısını açıb çölə çıxmış və onun adı, soyadı və atasının adı dəqiqləşdirlidikdən sonra barəsində daxil olmuş məlumatı bildirib yaşadığı evə baxış keçirilcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə heç bir etiraz etmədən razı olmuş və bununla bağlı rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Vətəndaş Təqsirləndirilən şəxs məxsus evə baxış keçirilməsi üçün iki nəfər hal şahidi dəvət olunmuş, həmin müddət ərzində evdə bir qadın və kişinin olması da müəyyən olunmuşdur. Həmin qadın və kişi ilə sorğu-sual edən zaman qadının Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs olması, kişinin isə Şəki şəhər sakini Şahid3 olması müəyyən olunmuş, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təklifi ilə onun yaşadığı evə gəldiyini və orada müxtəlif şəxslərlə 20 manat qarşılığında cinsi əlaqədə olub qazanc əldə etdiyini, hər müştəridən aldığı 20 manatın 10 manatını Təqsirləndirilən şəxs verdiyini bildirmiş, o da öz növbəsində Zərərçəkmiş şəxs dediklərini təsdiq edib düz dediyini bildirmişdir. Zərərçəkmiş şəxs Şahid3 göstərib həmin şəxsi tanımadığını, Təqsirləndirilən şəxs vasitəsi ilə müştəri qismində gəldiyini, 20 manat müqabilində evdə onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Şahid3 da Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılıb onun yaşadığı ünvana gəldiyini, Zərərçəkmiş şəxs göstərib həmin qadına 20 manat verib onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Bütün bunlardan sonra iki nəfər hal şahidi gəldikdən sonra bütün iştirakçılara hüquq və vəzifələri izah olunmuş və müstəntiq baxışın darvaza qapısından etibarən başlanıldığını bildirmişdir. Fərdi yaşayış evinin həyətyanı sahəsinə dəmir darvaza qapısından daxil olmuş, evin hər bir tərəfi mişar daşları ilə hasara alınmışdır. Darvaza qapısından daxil olduqdan solda fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evi kürsülü, ön hissəsində isə 2 metr enində naves vardır. Darvaza qapısından solda bir otaq var, həmin otağın çöl divarları önündə balaca ölçülərdə doğranmış odunlar və müxtəlif əşyalar vardır. Həmin otağın önündə navesin alt hissəsində bir ədəd dəmir çarpayı, stol, sutullar, müxtəlif məişət əşyaları olması müşahidə olunmuşdur. Dəmir darvaza qapısından solda yerləşən fərdi yaşayış evindən kənarda yerləşən otağa qapıdan daxil olduqda qapı ilə üz-üzə bir ədəd ağ rəngli soyuducu, bir ədəd sərinlədici, sol divar boyu iki ədəd tək nəfərlik çarpayı, çarpayıların üzərində dağınıq halada yataq dəstləri, otağın bir ədəd plastik pəncərəsi və taxta döşəməsi, döşəmənin üzərində hissələrə ayrılmış palaz, otağın yuxarı hissəsində çarpayılar arasında bir ədəd televizor altı, üzərində isə bir ədəd köhnə televizor, qapıdan solda stol olması, stolun üzərində şüşə boş qablar, sulu salfetlər, qadın pul çantası, ağrıkəsici dərmanlar, eynək, qulaqlı, cinsi əlaqə zamanı istifadə edilən müxtəlif qoruyucular, bir ədəd 20 manat, bir ədəd 10 manat, 05 ədəd 05 manatlıq və 05 ədəd 01 manatlıq pul əskinazları olması aşkar olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin qoruyucuları cinsi əlaqədə olduğu şəxslərə verdiyini, həmin qoruyucuları cinsi əlaqə zamanı istifadə etməsi üçün aldığını və masanın üzərində olan 60 manat pulu isə cinsi əlaqdə olduğu şəxslərdən əldə etdiyini bildirmişdir. Həmin 60 manat pul və 21 ədəd qoruyucular iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən qablaşdırlıb götürülmüşdür. Həmin otaqdan çıxıb evə yaxınlaşan zaman evə 6 pilləli pilləkənlərlə qalxıb evə dəmir seyf qapıdan daxil olunduğu, qapının önündə çöl hissədə böyük plasmas vanna qoyulmuş, evin bir ədəd dəmir giriş qapısı və qapının sağ və sol hissəsində 03 ədəd plastik pəncərlər olması, qapıdan evə daxil olduqda sağ tərəfdə stol və sutullar olduğu, evin ayaqyolusu, duşxanası, iki yataq otağı və bir qonaq otağı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus evdə Zərərçəkmiş şəxs Şahid3 və müxtəlif şəxslərlə görüşməsi üçün yataq otaqlarında və yaxutda digər hansısa otaqda deyil şüşəbəndə qapıdan solda stol və stulların arxa hissəsində döşək və balıncı göstərib Zərərçəkmiş şəxs müxtəlif şəxslərlə həmin yerdə cinsi əlaqədə olmasını bildirmiş, eyni zamanda baxışda iştirak edən Şahid3 masanın arxasında döşəməyə açılmış yataq dəstini göstərib 20 manat qarşılığında Zərərçəkmiş şəxs ilə cinsi əlaqdə olduğunu bildirmişir. Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxs evinə bir neçə gündür gəldiyini, şüşəbəndə döşəmədə olan yataq dəstini göstərib həmin yataq dəstini Təqsirləndirilən şəxs onun müxtəlif müştərilərlə cinsi əlaqdə olması üçün hazırladığını, o, da həmin yerdə Şahid3 və müxtəlif şəxslərlə 20 manat qarşılığında cinsi əlaqədə olduğunu, hər bir şəxsdən aldığı 20 manatın 10 manatını özünə, 10 manatını isə Təqsirləndirilən şəxs verdiyini bildirib Şahid3 cinsi əlaqə qarşılığında aldığı 20 manat pulu şüşəbəndin küncündə kreslonun üzərinə qoyduğu yeri göstərib həmin pulu təqdim etmiş, həmin 20 manat pul da iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən qablaşdırlıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 Əliəsgər oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 243.1 və 244.1-ci maddələrinin tərkib əlamətləri olduğundan ********* nömrəli cinayət işi başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da Azərbaycan Respublikası CMnin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təxminən saat 17:40 radələrində Oğuz rayonunun “Azərbaycan-60” deyilən ərazisində tutularaq Şəki ŞRPŞ-yə gətirilmiş, aidiyyəti üzrə Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə təhvil verilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 243.1 və 244.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs Şəki şəhəri, Z.Əliyeva adına küçədə yerləşən fərdi yaşayış evində maddi maraq qarşılığında ayrı-ayrı kişi və qadınların cinsi əlaqədə olmalarına şərait yaradaraq əxlaqsızlıq yuvası saxlamış, Sumqayıt şəhərindən evinə dəvət etdiyi Zərərçəkmiş şəxs yataq dəsti vermiş, onun müxtəlif kişilərlə cinsi əlaqədə olmasına şərait yaratmış, sonucu dəfə Şəki şəhər sakini Şahid3 həmin qadınla 20 manat müqabilində cinsi əlqədə olmasına şərait yaratmış, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu hal aşkar olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş övladının 8 yaşı olanadək hökmün icrasının təxirə salınmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə CM-nin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə anadan olmuş övladının 8 yaşı olanadək hökmün icrasının təxirə salınmış, xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət materialı üzrə CM-nin 243.1 və 244.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, CPM-nin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Şəki Rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 972 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasında dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 592 nömrəli məktubundan görünür ki, Nəcəfova X2 Şəhər-Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. - Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(075)-51/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, himayəsindəki bir azyaşlı uşağı xx.xx.2008-ci il tarixdə anadan olmuş X6 08 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmışdır. - Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(075)-29/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs himayəsində olan və xx.xx.2008-ci il tarixdə anadan olmuş uşağı X6 08 yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınmışdır. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 18-1-71/2-699/2023 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində, saat 13:29 radələrində “Şəki Rayon Mərkəzi Xəstəxanası” X11 Poliknika şöbəsinin Dermatovenerologiya kabinetinə müraciət etmiş və “Dəqiqləşdirilməmiş erkən sifilis” diaqnozu qoyulmuşdur. - Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 1289/10 saylı məktubunda qeyd edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 1(075)-51/2012 saylı, 23 may 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və himayəsində olan 04 iyul 2008-ci il tarixdə anadan olmuş X3 8 (səkkiz) yaşına çatanadək cəzanın çəkilməsi saxlanmışdır. Hökmün icrası barədə göstəriş 14 iyun 2012-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Şirəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs yeni cinayət əməli törətdiyi üçün 2013-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Həmin məhkəmənin 22 may 2013-cü il tarixli, 1 (075)-29/13 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun himayəsində olan 04 iyul 2008-ci il təvəllüdlü X6 8 (səkkiz) yaşına çatanadək məhkum edildiyi cəzanın çəkilməsi təxirə salınmışdır. Sözü gedən hökmün icrası barədə göstəriş 12 iyun 2013-cü il tarixdə şöbənin icraatında qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş və çəkilməsi təxirə salınmış azadlıqdan məhrum etmə cəzasının həll edilməsinə dair təqdimatla Şəki Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 04 avqust 2016-cı il tarixli, 7(075)- 216/2016 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)- 29/2013 saylı, 22 may 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 (dörd) il hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs həmin qərara əsasən 25 avqust 2016-cı il tarixdə Şöbənin qeydiyyatından çıxarılmışdır. - Şəki şəhəri İcra Hakimiyyəti “Olimpiya” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında pasport qeydiyyatında olan və Şəki şəhəri, 120-ci kvartal Z.Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - “Sumqayıt Tibbi Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 18-1-66/2-1222/2023 saylı məktubundan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan vətəndaş Zərərçəkmiş şəxs dəri-zöhrəvi xəstəlikləri ilə bağlı Sumqayıt şəhərinin tibb müəssisələrinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Müşahidə kameralarının yaddaş qurğusuna baxış keçirilməsi haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd video registrator Hİ Watch markalı müşahidə kameralarının yaddaş qurğusuna X7 iştirakı ilə müşahidə keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, müşahidə kameraları yaddaş qurğusuna qoşulu olsada, yaddaş qurğusu hər hansı bir videogörüntü qeydə almamışdır. - Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd video registrator Hİ Watch markalı müşahidə kameralarının yaddaş qurğusu saz vəziyyətdə özünə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs fahişəliyə cəlb etməklə gəlir əldə etmişdir. Buna görə də onun hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, ibtidai istintaq orqanının cinayət işinin materiallarında təqdim etdiyi sübutlar təqsirləndirilən şəxsə CM-nin 244.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın təsdiqini tapmasına kifayət etmədiyi və qüsurlu olduğundan, təqsirləndirilən şəxsin təqsirini şübhələrdən uzaq, mübahisəsiz qəbul etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməllərini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun olaraq CM-nin 244.2.1-ci maddəsinə düzgün tövsif etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 244.2.1-ci maddəsində isə CM-nin 244.1-ci maddəsində qeyd edilən əməllərin təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Əxlaqsız yuvalar təşkil etmə dedikdə fahişəlilə məşğul olmaq üçün istifadə etmək məqsədilə ev, bina, mənzil, otaq və s. yer axtarma, onu istifadəyə yararlı vəziyyətə gətirmə, fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə və s, bu kimi hərəkətlərin yeri yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Əxlaqsız yuvalar saxlama dedikdə belə yuvaların fəaliyyət göstərməsini təmin etməyə yönəldilmiş fəaliyyət başa düşülür. Əxlaqsızlıq yuvası olan evin, mənzilin, otağın və ya digər yerin təmizlənməsi (silinib-süpürülməsi), buradakı döşəkağıların dəyişdirilməsi, spirtli içkilərlə, ərzaq məhsulları ilə təchiz edilməsi və s. bu kimi hərəkətlər əxlaqsız yuvalar saxlamanın məzmununu təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, əxlaqsızlıq yuvaları saxlanılması onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Əxlaqsızlıq yuvaları təşkil etmə və ya saxlama məqsədləri üçün mənzil sahələri vermə dedikdə təqsirkarın mənzil sahəsindən hansı məqsədlər üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasının təşkilatçısına və ya onu saxlayan şəxsə verməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, əxlaqsızlıq yuvaları təşkil etmə və ya saxlama məqsədləri üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır. Göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayət əməllərindən hər hansı birinin təkrar törədilməsi Cinayət Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə, yəni həmin Məcəllənin 16.1-ci maddəsi ilə müəyyən edilmiş təkrarlılığa səbəb olur. Göründüyü kimi CM-in 244.1-ci maddəsində təsbit edilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır. Bu cinayət əməllərindən hər hansı birinin təkrar törədilməsi Cinayət Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə, yəni həmin Məcəllənin 16.1-ci maddəsi ilə müəyyən edilmiş təkrarlılığa səbəb olur. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsində nəzərdə tutulan təkrarlılıq dedikdə təqsirləndirilən şəxsin CM-nin 244.1-ci maddəsində nəzərdə tutulmuş, yəni fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə cinayət əməlinin təkrar törədilməsi nəzərdə tutulur. Təqsirləndirilən şəxs əməlində fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə cinayət əməli bir dəfə törədilmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin zal otağının döşəməsinə döşək, balış və döşək üzlüyü açılıb əxlaqsızlıq yuvası təşkil edildikdən sonra müxtəlif şəxslərin Zərərçəkmiş şəxs ilə 3 gün müddətində cinsi münasibətdə olması fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə cinayət əməlinin bir dəfə törədilməsini təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 244.2.1-ci maddəsinin yox, CM-nin 244.1-ci maddəsinin tərkib əlamətləri vardır. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə cinayət əməlləri təkrar törədilməsi kimi deyil, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsindən həmin Məcəllənin 244.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayət törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları, eyni zamanda təqsirləndirilən şəxs tərəfindən əvvəllərdə eyni növ cinayət əməllərinin törədilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, CM-nin 243.1 və 244.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu tarixdən, yəni 05 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, 21 ədəd qoruyucu Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət yolu ilə əldə edilmiş 80 manat pul əskinazı Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi ziyanın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsindən 244.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı hökm elan olunduğu tarixdən, yəni 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, 21 ədəd qoruyucu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 80 (səksən) manat kağız pul əskinazları dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar