Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-19/2022 07.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu Kiş kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, qəsdən, təkrarən tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə qanunsuz daxil olaraq xeyli miqdarda talama cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə 15 dekabr 2020-ci ildə, saat 16:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həmin evin pəncərəsini açmaq yolu ilə evin zal hissəsinə qanunsuz daxil olduqdan sonra pul və qiymətli əşyalar axtaran zaman orada kitab dolabının üzərindəki qadın çantasının içərisindən sonuncuya məxsus həmin dövr üçün Rusiya Federasiyası rublunun Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 920 (doqquz yüz iyirmi) AZN dəyərində 40 000 (qırx min) Rusiya Federasiyası rublunu və 01 (bir) ədəd 100 (bir yüz) manatlıq Azərbaycan Respublikasının pul əskinazı olmaqla, ümumilikdə 1020 (bir min iyirmi) manat dəyərində əmlakı götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1020 (bir min iyirmi) manat məbləğində maddi ziyanlıq vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə 23 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub həmin evin pəncərəsinin şüşəsini sındırmaq yolu ilə evin zal hissəsinə qanunsuz daxil olduqdan sonra pul və qiymətli əşyalar axtaran zaman evin yataq otağındakı sandığın qıfılını həmin evin mətbəx hissəsindəki rəfin siyirməsindən götürdüyü alətlə qırıb sandığa qanunsuz daxil olaraq oradakı qadın əl çantasının içərisindən sonuncuya məxsus həmin dövr üçün Rusiya Federasiyası rublunun Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 8388 (səkkiz min üç yüz səksən səkkiz) AZN dəyərində 360000 (üç yüz altmış min) Rusiya Federasiyası rublunu və 17.90 qram kütləli, üzərində bir ədəd göy rəngli, bir neçə ədəd rəngsiz, şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan və həmin dövr üçün satış qiyməti 1840 (bir min səkkiz yüz qırx) manat olan 1 ədəd boyunbağı olmaqla ümumilikdə 10228 (on min iki yüz iyirmi səkkiz) manat dəyərində xeyli miqdarda əmlakı götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 10 228 (on min iki yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyanlıq vuraraq xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Şəki rayonu Kiş kənd sakini Şahid2 onun doğma əmisi, Zərərçəkmiş şəxs isə əmisinin həyat yoldaşıdır. Əmisigil onlarla qonşuluqda yaşayır. Şahid2 uzun müddətdir ki, Rusiya Federasiyasında olduğunu, onun həyat yoldaşı Zərərçəkmiş şəxs və övladlarının isə yas yerində olduğunu bilmiş və onların evindən oğurluq etməyi planlaşdırmışdır. Bu məqsədlə 23 sentyabr 2021ci il tarixdə, saat təxminən 10 radələrində Şahid2 həyətinə keçmişdir. Həyətə daxil olduqdan sonra əvvəlcə evin giriş hissəsində olan pilləkənlə çıxıb taxta qapıya yaxınlaşmış, qapını əli ilə itələmiş, ancaq qapı açılmamışdır. Qapı bağlı olduğundan evin aynabəndinin pəncərəsinə yaxınlaşmış, pəncərənin ortada olan şüşəsinin bir hissəsini sındırıb arxadan əlini pəncərədən keçirib cəftəni açmışdır. Pəncərə açıldıqdan sonra evə daxil olmuş, evə daxil olduqdan sonra iz düşməsin deyə ayağında olan şəpitləri pəncərənin ağzına qoymuşdur. Ayağında corabla evin içində hərəkət etməyə başlamışdır. Digər otaqlara baxdıqdan sonra aynabəndin sağındakı yataq otağına daxil olmuş, həmin otaqda üzərində qıfılı olan sandıq aşkar etmişdir. Qıfıllı olduğundan sandığı aça bilməmiş, bu məqsədlə mətbəxdən sarımsaq əzəni, yəni çuqun materialdan aləti görmüşdür. Həmin alətlə sandığın qıfılını qırmış, sandıqda olan qadın çantasını daxilinə baxmışdır. Çantanın içərisində rus rublları və qızıl-ziynət əşyaları olmuşdur. Pulların bir qismini götürüb az bir qismini çantada saxlamış, qızıl-ziynət əşyalarından isə yalnız bir ədəd boyunbağını götürmüşdür. Bundan sonra çantanı sandığa qoyub sandığın ağzını bağlamış, qıfılı əvvəlki kimi yalandan yerinə quraşdırmış, mətbəxdən götürdüyü sarımsaqəzən vasitəni isə mətbəxdə olan siyirməyə qoymuşdur. Evə daxil olduğu pəncərədən yenidən həyətə çıxmış və şəpitlərini geyinərək evinə getmişdir. Götürdüyü pulları üzərində saxlamış, boyunbağını isə yaşadığı evin quraqlığında, pərdənin arxasında olan maqnitofonun içərisində gizlətmişdir. Pulları evə gələndən sonra saymışdır. 72 ədəd 5000-lik (beş minlik əskinaslarla) Rusiya rublu, yəni 360000 (üç yüz altmış min) rubl olmuşdur. Pulları həmin gecə özündə saxlamış, sabahısı günü, yəni 24 sentyabr 2021-ci il tarixdə Şəki şəhərinə getmiş, pulları Şəki şəhərində olan “Gənclik” kafesinin yanında olan binaların yaxınlığında, qarajın yanında olan kolluqda, divarın aşağı hissəsində, boşluqda, özünə məxsus pulqabının içərisində gizlətmişdir. Həmin gün onu polis əməkdaşları oğurluqda şübhəli olduğu üçün Şəki rayonu Kiş kəndi ərazisində saxlamışlar. O, oğurluq etdiyini etiraf etmişdir. Oğurladığı pulları, qızıl-ziynət əşyasını və sarımsaq əzəni baxış zamanı təqdim etmişdir. O, bundan başqa da bir dəfə, təxminən 2020-ci ilin dekabr ayında əmisi Şahid2 evindən oğurluq etmişdir. Belə ki, həmin vaxt Şahid2 həyətinə keçmiş, evin giriş qapısının bağlı olduğunu görüb aynəbəndin açıq olan pəncərəsindən evə daxil olmuşdur. Ayaqqabılarını pəncərənin ağzına qoyub aynabəndi axtarmağa başlamışdır. Evlərə girməmiş, elə aynabəndi axtararkən sol tərəfdə güzgülü paltar şkafını axtarmışdır. Ancaq heç nə tapmamışdır. Buna baxmayaraq orada heç nəyi dağıtmamış və səliqəli şəkildə qoyub aynabəndin giriş hissəsində olan siyirmənin yanına getmişdir. Siyirmənin üstündə qadın əl çantası olmuş, daxilinə baxdıqda 8 ədəd 5000-lik (beş minlik əskinaslarla), yəni 40000 Rusiya rublu olduğunu və bir də bir ədəd 100 manatlıq pul əskinazının olduğunu görmüşdür. Aşkar etdiyi 40000 rus rublunu və 100 manatı götürüb getmişdir. Oğurladığı pullardan əvvəlcə 10000 Rusiya rublunu Şəki şəhərində “Bazarstore”nin yanında yerləşən valyuta dəyişmə məntəqəsində Azərbaycan manatına çevirmişdir. 1000 Rusiya rublu həmin vaxt 21 manat olduğu üçün 10000 Rusiya rublu 210 manat pul etmişdir. Əldə etdiyi puldan ilk növbədə X2 olan 200 manat borcunu ödəmişdir. Qalan 30000 (otuz min) Rusiya rublunu da 2021-ci ilin yanvar-mart aylarında Şəki şəhərində yerləşən “Bazarstore”nin yanında olan valyuta dəyişmə məntəqəsində heç bir sənəd təqdim etmədən Azərbaycan manatına çevirmiş və xərcləmişdir. Səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Şəki rayonu Kiş kəndində qızı Şahid4 və oğlu İlkin Rəsulovla birgə yaşayır. Həyat yoldaşı Şahid2 2003-cü ildən Rusiya Federasiyasının Tolyatti şəhərində işləyir. Bacısı oğlu 20 sentyabr 2021-ci il tarixdə rəhmətə getmişdir. O da yas dövründə yasda iştirak etmiş, arabir evə gəlib baxıb qayıtmışdır. 24 sentyabr 2021-ci il tarixdə səhər saat 07 radələrində qaynı Şahid1 həyat yoldaşı, yəni eltisi, onunla qonşuluqda yaşayan Şahid5 ona “whatshapp” sosial şəbəkəsində səs atıb demişdir ki, aynabəndin pəncərəsinin toru qopubdur. Gülnaz gecədən yanılı qalmış, çöl tərəfdə, həyətdə olan işığı söndürmək üçün onlara gəlibmiş. O, narahat olmuş və qızı Şahid4 evinə baxmağa göndərmiş, qızı təxminən saat 08:30 radələrində ona zəng edib demişdir ki, tor qopub, pəncərə də sınıbdır. Vəzifəyə bir azdan gələcəyini demiş və qardaşı Şahid3la birlikdə saat 09 radələrində evə getmişdir. Gəlib evə daxil olanda görmüşdür ki, evin aynabəndinin toru qopardılıb, pəncərənin şüşəsi isə sınıb. Oğurluq olmasından şübhələnmiş və qardaşı ilə birgə aynabəndin sağ tərəfində olan evin otağına daxil olmuşlar. Evin otağının qapısı açıq olmuş, qapını əvvəlindən açıq qoyduğu üçün qapıda heç bir sındırılma və qırılma olduğunu müşahidə etməmişlər. Yataq otağına daxil olduqda sol tərəfdə küncdə olan sandığın qapağının azca açıq olduğunu görmüşlər. O, tez sandığa yaxınlaşanda sandığın qıfılının bağlandığı yerin, yəni cəftəsinin qırıldığını görmüşdür. Sandıqda olan qəhvəyi rəngli əl çantasını açmış və müəyyən olunmuşdur ki, orda saxladığı 430000 (dörd yüz otuz min) Rusiya rublundan 360000 (üç yüz altmış min) rubl yoxdur. Pullar 5000-lik (beş minlik) əskinazlarla olmuşdur. Çantada saxladığı qızılziynət əşyalarının bir hissəsinin olduğunu, lakin 1 ədəd, 18 qramlıq, 585 əyarlı, qızıl, həyat yoldaşının 2020-ci ilin dekabr ayında ona Rusiyadan alıb gətirdiyi 80000 rubl (həmin dövr üçün 1840 manat) dəyərində, üzərində brilyant qaşları olan, sünbülşəkilli, orta hissəsində tünd göy qaşı olan boyunbağının yerində olmadığını görmüşdür. Digər qızıl-ziynət əşyaları, yəni 01 ədəd qızıl saatının, 1 ədəd kişi və 2 ədəd qadın qızıl üzüklərinin, 01 ədəd onluq qızılın və 1 ədəd yolkaşəkilli qızıl boyunbağının yerində olduğunu və oğurlanmadığını görmüşdür. Dərhal qardaşı Şahid3 polisə məlumat vermişdir. Bir azdan polis əməkdaşları hadisə yerinə gəlmiş, baxış keçirilmiş, protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. O da baxışda iştirak etmiş və protokola imza etmişdir. Həmin gün müəyyən edilmişdir ki, onun yaşadığı evdən oğurluq edən şəxs qaynı Əfqanın oğlu Təqsirləndirilən şəxsdir. Bundan başqa onun evindən 2020-ci ilin dekabr ayında, o və ailə üzvləri evdə olmadığı vaxt siyirmənin üzərində olan qara rəngli əl çantasının içərisindən 40000 (qırx min) Rusiya rublu və 1 ədəd 100 manatlıq pul əskinazı oğurlanmışdır. O, həmin vaxt zənn edib ki, pulu itirib. Hətta həyat yoldaşı İlhamla qardaşı Nəsimi pulunun yoxa çıxmasının sabahısı günü bir yerdə Şəki şəhərinə qayıdıb onun Şəki şəhərində olduğu yerləri, “Şəki Store”, “Yenilik” mağazalarını axtarmışlar. Onlar “Şəki store” və “Yenilik” mağazasının kamerasına da baxmışlar. Ancaq pulu tapa bilməmişlər. Əslində həmin zaman da Qadirdən şübhələnmişdir. Lakin dəqiq bilmədiyindən və qohum olduqlarından polisə şikayət etməmişdir. Sonradan, yəni evindən ikinci dəfə oğurluq edən şəxsin X3 olduğu müəyyən edildikdən sonra həmin şəxsin onun yaşadığı evə gizli şəkildə 2020-ci ilin dekabr ayında daxil olaraq siyirmənin üzərində olan qara rəngli əl çantasının içərisindən 40000 (qırx min) Rusiya rublu və 1 ədəd 100 manatlıq pul əskinasını da oğurlaması müəyyən edilmişdir. Ziyan ona tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2, Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynı İlhamın həyat yoldaşı, Təqsirləndirilən şəxs isə digər qaynı Əfqanın oğludur. Nə İlham və onun ailəsi ilə, nə də Əfqan və onun ailəsi ilə aralarında ədavət və düşmənçilik var. Əksinə yaxın qohum və yaxın qonşudurlar. 24 sentyabr 2021-ci il tarixdə, səhər saat təxminən 07 radələrində Zərərçəkmiş şəxs həyətinin işıqlarını söndürmək üçün onun həyətinə keçmiş, bu vaxt aynabəndin pəncərəsinin torunun sökülməsini görmüş, ancaq pəncərənin şüşəsinin sınmasını görməmişdir. Zərərçəkmiş şəxs “whatshapp” sosial şəbəkəsində səs göndərib demişdir ki, evinin aynabəndinin pəncərəsinin toru qopub. Bundan sonra isə işə getmişdir. İşdə olduğu müddətdə Zərərçəkmiş şəxs ona zəng edib evlərinə pəncərənin şüşəsini sındırmaq yolu ilə daxil olmaqla 360000 Rusiya rublu və 1 ədəd qızıl boyunbağının oğurlanmasını demişdir. O, da işdən çıxıb gəlmişdir. Daha sonra hamı kimi, o da evdən oğurluq edən şəxsin qonşusu və qaynının oğlu olan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Şəki rayonu Kiş kənd sakini Zərərçəkmiş şəxs onun qardaşı Şahid2 həyat yoldaşıdır. Həmin kənd sakini Təqsirləndirilən şəxs isə digər qardaşı Əfqanın oğludur. Onun heç bir qardaşı və onların ailələri ilə aralarında ədavət və düşmənçilik yoxdur. Yaxın qonşu və yaxın qohumdurlar. O, 1 il yarımdır ki, Rusiya Federasiyasının Ufa şəhərində yaşayıb işləyir, ailəsinə çörək qazanır. 2021-ci ilin sentyabr ayının 25-də o, Azərbaycana, elə həmin günü də Şəki rayonu Kiş kəndinə yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra həyat yoldaşı Şahid5 ona demişdir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs digər qardaşı Şahid2 evindən 360 000 Rus rublu və 1 ədəd qadın boyunbağısını pəncərədən evlərinə daxil olmaqla oğurlamışdır. Həm də polisin verdiyi məlumata görə Təqsirləndirilən şəxs 15 dekabr 2020ci il tarixdə də onların evindən 40 000 Rus rublu və 100 manat pul oğurlamışdır. Qadir həmin oğurluqları öz həyətlərindən onların həyətinə, onların həyətindən isə divardan qardaşı Şahid2 həyətinə keçməklə törətmişdir. Ancaq dediyi kimi onun Təqsirləndirilən şəxs törətdiyi əməldən hadisə vaxtı və ya sonradan məlumatı olmamış, yalnız polis tərəfindən Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra bu barədə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Şəki rayonu Kiş kənd sakini Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Vaxtını dəqiq xatırlamasa da, Təqsirləndirilən şəxs Türkiyədə olduğu zaman ona zəng edərək Azərbaycana gəlmək üçün yol puluna ehtiyacı olduğundan 200 manat borca pul istəmişdir. O, Qadirin xahişi ilə pulu Şəki şəhərində yerləşən “Yenilik” mağazasında adını indi unutduğu satıcıya vermişdir. Qadirin deməyinə əsasən başqa bir şəxs pulu mağazadan götürüb bank vasitəsi ilə Qadirə göndərməli idi. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Kiş kəndinə qayıtmışdır. Qadir kəndə gəldikdən təxminən 10-15 gün sonra ondan aldığı 200 manat borc pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o "xxxx" MMC-nin nəzdində olan Şəki şəhəri S.Rəhman küçəsində yerləşən valyuta dəyişmə məntəqəsində əməliyyatçı vəzifəsində işləyir. Şəki şəhəri S.Rəhman küçəsində “Bazarstore” dükanının yanında yerləşən valyuta dəyişmə məntəqəsində müxtəlif ölkələrin pullarını Azərbaycan manatına və Azərbaycan manatını da müxtəlif ölkələrin pullarına dəyişib mövcud kursla təqdim edir. Uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs onun işlədiyi yerdə pul dəyişməsini dəqiq xatırlamır. Şahid7 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə ziddiyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi. İbtidai istintaq zamanı dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, o, "xxxx" MMC-nin nəzdində olan Şəki şəhəri S.Rəhman küçəsində, “Bazarstore”nin yanında yerləşən valyuta dəyişmə məntəqəsində əməliyyatçı vəzifəsində işləyir. Fəaliyyətinə “Azərpoçt MMC” tərəfindən rəsmi icazə verilmişdir və VÖEN-i vardır. Belə ki, bu fəaliyyətinə görə vergini "xxxx" MMC ödəyir. Şəki şəhəri S.Rəhman küçəsində “Bazarstore” yanında yerləşən valyuta dəyişmə məntəqəsində müxtəlif ölkələrin pullarını Azərbaycan manatına və Azərbaycan manatını da müxtəlif ölkələrin pullarına dəyişib mövcud kursla təqdim edir. Əsasən dəyişdiyi pullar ABŞ dolları, avro və Rus rublu ilə olur. Ondan başqa həmin yerdə işləyən daha 2 nəfər də vardır. İşlədiyi yerə hər gün müxtəlif şəxslər gəlib pul dəyişirlər. Aradan uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs da 2020-ci ilin axırlarında və 2021-ci ilin yanvar-mart aylarında pul dəyişmə yerinə gəlib Rusiya rublu pullarını Azərbaycan manatına dəyişməsi təxmini olaraq yadındadır. Belə ki, 2020-ci ilin dekabr ayının axırlarında 1000 Rus rublu 21 manat olmuş, həmin aralar arabir Rus rublunu Azərbaycan manatına dəyişən şəxslər olmuşdur. Bir dəfə də bir idmançı bədən quruluşlu şəxs 10 000 Rusiya rublunu Azərbaycan manatına çevirmək üçün gəlmiş, o da həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb etsə də həmin şəxs demişdir ki, şəxsiyyət vəsiqəsi üstündə deyil. Kiş kəndindən olduğunu və kəndə qayıdıb şəxsiyyət vəsiqəsini gətirə bilməyəcəyini və tələsdiyini bildirmişdir. O da belə olub 5000-lik Rus rublları ilə 2 ədəd, yəni 10 000 Rus rublunu həmin vaxt Azərbaycan manatına dəyişmişdir. Həmin şəxsə 210 manat pul vermişdir. O, indi ifadə verərkən adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona həmin vaxt pulu haradan əldə etməsi barədə heç nə deməmişdir. O da həmin pulun ona məxsus olduğunu düşünərək Qadir adlı şəxsdən bu barədə heç nə soruşmamışdır. Həmin şəxs 2021-ci ilin yanvar-mart aylarında da onun işlədiyi yerə gəlmiş, hər dəfə müxtəlif məbləğlərdə Rusiya rublu pullarını Azərbaycan manatına dəyişdirib çıxıb getmişdir. İfadəsi elan olunduqdan sonra Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdi. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Şəki rayonu Kiş kəndində yaşadığı evin aynabəndinin pəncərəsinin şüşəsinin və həmçinin evin yataq otağında olan dəmir sandığın qıfılının sındırıldığı, 360000 (72 ədəd 5000-lik əskinaslarla) Rusiya Federasiyası rublunun və 01 ədəd qadın boyunbağısının oğurlandığı müəyyən olunmuşdur. Baxışın keçirilməsi və götürmə haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 360000 (üç yüz altmış min) Rusiya Federasiyası rublunu (72 ədəd 5000-lik əskinazlarla) Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşən “Gənclik” kafesinin arxasında olan, qarajın yanında, kolluğun içərisində, divarın dibində pulqabının içərisində gizlətdiyi yerdən götürərək istintaqa təqdim etmişdir. Baxışın keçirilməsi və götürmə haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qadın boyunbağısını yaşadığı evin çardağında, maqnitofonun içərisində gizlətdiyi yerdən götürüb istintaqa təqdim etmişdir. Baxışın keçirilməsi və götürmə haqqında 24 sentyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd sarımsaqəzən vasitəni, cinayət alətini istifadə etdikdən sonra qaytarıb qoyduğu yerdən götürüb istintaqa təqdim etmişdir. 24 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. 26 sentyabr 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. 26 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Kapital Bank ASC-dən daxil olmuş 13 oktyabr 2021-ci il tarixli 185 nömrəli məktubdan görünür ki, X5 məzənnəsinə əsasən 15.12.2020-ci il tarixində 1 Rusiya rublu 0,0230 AZN, 23.09.2021-ci il tarixində isə 0,0233 AZN ekvivalentində təşkil edib. Həmin məzənnəyə uyğun olaraq 15 dekabr 2020-ci il tarixində 40.000 Rusiya rublu 920 AZN (doqquz yüz iyirmi manat), 23 sentyabr 2021-ci il tarixində 360000 Rusiya rublu 8388 AZN (səkkiz min üç yüz səksən səkkiz manat) təşkil etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 6/4396-9/7127 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 17.90 qram kütləli, üzərində bir ədəd göy rəngli, bir neçə ədəd rəngsiz, şəffaf qaş olan, qırmızımtıl-sarı rəngli 1 ədəd boyunbağı, 583/585 əyarlı qızıldan hazırlanmışdır, qaşları qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd boyunbağının 23 sentyabr 2021-ci il tarixinə olan pərakəndə satış qiyməti təxminən 1522 manat müəyyən edilir. (Aparılan tədqiqatın dəyəri 100 manatdır). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən müəyyən olunür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, 360000 rubl (72 ədəd 5000-lik əskinazları) və bir ədəd boyunbağını ibtidai istintaq dövründə təhvil almışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 12 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 07 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə ona vurulmuş ziyanı tam ödədiyi və üzr istədiyi üçün barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəki şəhər İHB-nin Kiş kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli, 166 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Kiş kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam təsdiq edilir. İbtidai araşdırma orqanı iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd olunanları rəhbər tutaraq, Təqsirləndirilən şəxs hаnsı cəzа növünün təyin оlunmаsı məsələsini müzаkirə edərək, cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrı, hаbelə təyin оlunacaq cəzаnın оnun islаh оlunmаsınа təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs bаrəsində təqsirləndirildiyi mаddənin sаnksiyаsındа nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzаsının təyin оlunmаsını məqsədə müvаfiq hesаb edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, həmçinin onun üzərinə cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulularaq saxlandığı müddət 48 saatdan az olduğundan iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi dörd gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 360000 Rusiya rublunun və bir ədəd boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, bir ədəd sarımsaqəzən alət qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 100 (bir yüz) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba keçirilməlidir. Yuxarıdakılara əsasən, Аzərbаycаn Respublikаsı CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü mаddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 sentyabr 2021-ci il tarixdən 26 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesablanmaqla və təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 360000 (üç yüz altmış min) rublun (72 ədəd 5000lik əskinaslarla) və bir ədəd boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, bir ədəd sarımsaqəzən alət hökm qanuni qüvvəsinin aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 100 (bir yüz) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınsın. Hökmdən, elаn оlunduğu andаn 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpelyаsiyа Məhkəməsinə apelyаsiyа şikаyəti və аpelyаsiyа prоtesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-19/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-19/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver