Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-19/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ı dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1979-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu, Qazma kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonunun Baş Göynük kəndində yaşayan Zərərçəkmiş şəxs1 850 manat pul müqabilində sonuncunun oğlu Anar Abdurahmanovun xəstəliyi ilə bağlı təqaüdə çıxmasına köməklik göstərəcəyinə dair yalan və uydurma vədlər verib etibarından sui-istifadə edərək aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 30 iyul 2021-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində yerləşən poçt vasitəsilə onun kart hesabına göndərdiyi 400 manat, 04 avqust 2021-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində yerləşən poçt vasitəsilə onun kart hesabına göndərdiyi 300 manat, 17 avqust 2021-ci il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində yerləşən poçt vasitəsilə onun kart hesabına göndərdiyi 150 manat olmaqla cəmi 850 (səkkiz yüz əlli) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 850 (səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakınıəvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonunun, Aşağı Göynük kəndində yaşayan Zərərçəkmiş şəxs2 1800 manat pul müqabilində onun Şəki şəhərində yerləşən məktəblərdən birinə müəllim kimi işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan və uydurma vədlər verib etibarından sui-istifadə edərək aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri ərazisində 750 manat, 2021-ci ilin sentyabr ayının sonlarında, dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində cinayətkar qəsdindən məlumatı olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə 500 manat, 2021-ci ilin sentyabr ayının sonlarında, dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində 350 manat, 2021-ci ilin oktyabr ayında, dəqiq müəyyən olunmamış gündə Şəki rayonunun Aşağı Göynük kəndində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsilə nömrəsini verdiyi cinayətkar qəsdindən məlumatı olmayan Günel Xəlilovanın adına olan «Beynəlxalq Bank»a məxsus kart hesabına göndərdiyi 200 manat olmaqla cəmi 1800 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 1800 (bir min səkkiz yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakınıəvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonu, Baş Göynük kəndində yaşayan Zərərçəkmiş şəxs3 800 manat pul müqabilində sonuncunun arvadı X2 əmək təqaüdünə çıxmasına köməklik göstərəcəyinə dair yalan və uydurma vədlər verib etibarından sui-istifadə edərək aldatma yolu ilə 2021-ci ilin avqust ayının sonlarında, dəqiq müəyyən olunmamış gündə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs3 800 manat pulunu sonuncunun oğlu Xalid Mustafayevin vasitəsi ilə alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz ifadəsi ilə sübut olunur. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, Şəki rayonunun Göynük kəndində yaşayan qohumu Əhəd 2021-ci ilin iyul ayında ona zəng edib qohumunun övladının xəstə olduğunu, onu təqaüdə çıxarmaq istədiklərini demiş və ondan bu işdə köməklik etməsini xahiş etmişdir. Əhədə bu işdə onlara köməklik edə biləcəyini demiş və Şəki şəhərində görüşmələrini bildirmişdir. Daha sonra Şəki şəhərinə gəlmiş, bazar adlanan ərazidə onunla görüşmüşdür. Əhədin yanında bir nəfər şəxs olmuşdur. Əhəd onu həmin şəxslə tanış edərək adının Azad olduğunu, övladına köməklik etmək lazım olduğunu demişdir. Azad oğlu Anarın nitq qüsurlu olduğunu, onu təqaüdə çıxarmaq istədiyini dedikdə, o Azaddan oğlunun xəstəlikləri barədə maraqlandıqdan sonra ona köməklik edə biləcəyini demişdir. Azaddan oğlu Anarın hərbi biletini və digər lazım olan sənədləri götürüb Bakı şəhərinə getmiş, iyul ayının sonlarında Əhədə zəng edib Azadın oğlunun təqaüd işləri ilə maraqlandığını deyərək, ilkin olaraq 400 manat pul göndərməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə Azad poçt vasitəsilə onun adına 400 manat pul göndərmiş, o, həmin pulu Bakı şəhərində poçtdan götürmüşdür. Həmin pulu şəxsi xərclərinə ödəmiş, bir neçə gün sonra yenidən pul lazım olduğu üçün Azada zəng edib oğlunun işi üçün əlavə 300 manat da göndərməsini istəmişdir. xx.xx.2023-cü il tarixdə Azad poçt vasitəsilə onun adına 300 manat pul köçürmüş, həmin pulu da götürüb şəxsi xərclərinə ödəmişdir. Bir neçə gün sonra Azadı və oğlu Anarı Bakı şəhərinə çağırmış, onları inandırmaq üçün özü ilə birlikdə Psixiatriya Xəstəxanasına aparmışdır. Azad içəri daxil olmamış, o isə Anarla birlikdə xəstəxanaya daxil olmuş, lakin orada Anarın işi ilə bağlı heç nə etməmişdir. Daha sonra yenidən Azada əlavə 200 manat da lazım olduğunu demişdir. Azad üstündə pul olmadığını, rayona qayıdıb pulu köçürəcəyini bildirmişdir. Bir neçə gün sonra Azad onun adına 150 manat pul köçürmüşdür. Həmin pulu əldə edib şəxsi xərclərinə ödəmişdir. Bir neçə gün sonra Azada oğlunun təqaüd işinin həll olunduğunu demiş, Azadı inandırmaq üçün X7 Şəki Filialına aparıb orada öz adına kart aldıraraq guya hər ay təqaüdün həmin kartın hesabına köçürüləcəyini demişdir. Anar kart aldıqdan sonra o, Azadı inandırmaq üçün kartın hesabına 110 manat pul köçürmüşür. Bir müddət sonra isə yenidən kartın hesabına 200 manat pul köçürmüş, daha sonra karta pul köçürə bilməmişdir. Azad şübhələndiyi üçün ondan pulunu istədikdə, o, Azadın həyat yoldaşının adına olan kart hesabına 200 manat pul köçürmüş, qalan pulu isə qaytara bilməmişdir. Bundan başqa həmin müddətlərdə Azad ona zəng edib bacısı Tutunun 180 manat sosial təqaüd aldığını demiş, onun əmək təqaüdü almasına köməklik göstərməsini xahiş etmişdir. O, Tutuya köməklik edə biləcəyini demiş və bu iş üçün 1000 manat pul istəmiş, Tutunun hər ay əlavə 170 manat da alacağını demişdir. Azadın kürəkəni Rafiq 800 manat pulu olduğunu dedikdə o, razı olmuşdur. Beləliklə bir neçə gün sonra Bakı şəhərində Neftçilər metrosunun yaxınlığındakı “Taxta” kafesində Rafiqin oğlu Xalidlə görüşüb anası Tutunun təqaüdünün artırılmasına köməklik edəcəyini deyib 800 manat pul almış, həmin pulları şəxsi xərclərinə ödəmişdir. Tutuya isə Beynəlxalq Bankdan plastik kart əldə etməsini, artan təqaüdünün həmin hesaba köçürüləcəyini demişdir. Tutu kart əldə edib şəklini ona göndərdikdən sonra o, onları inandırmaq üçün kartın hesabına 170 manat pul köçürmüşdür. Növbəti ay yenidən 170 manat pulu Tutunun adına olan həmin kart hesabına köçürmüş və onlara guya təqaüdünün artdığını demişdir. Lakin sonradan pulu olmadığı üçün karta pul köçürə bilməmiş və Rafiqə zəng edib bu barədə danışmış, qalan 460 manat pulunu da verəcəyini desə də, həmin pulu qaytara bilməmişdir. Bundan başqa 2021-ci ilin avqust ayının əvvllərində Azad ona zəng edib Rahib adlı qohumunun ali təhsilli olduğunu, işə qəbul imtahatlarında az bal toplasa da işə qəbul olunmadığını demiş və ona köməklik etməsini istəmişdir. Həmin vaxt ona pul lazım olduğu üçün Azada Rahibə işlə təmin olunmasında köməklik edəcəyini demiş və bu işüçün 1800 manat pul istəyib həmin pulun 750 manatını təcili verməsini bildirib Rahibi Bakı şəhərinə çağırmışdır. Bir neçə gün sonra Rahiblə Bakı şəhərində Qara Qarayev metrostansiyasının yaxınlığında görüşmüş, Rahib diplomunu, digər sənədləri və 750 manat pulu ona vermişdir. O, Rahibə ərizə yazdırmış və ona həmin ərizəni Təhsil Nazirliyinə göndərəcəyini demişdir. Rahib rayona qayıtmış, bir müddət sonra Balakən rayonundan Bakı şəhərinə gedərkən pul lazım olduğu üçün Azada zəng edib Rahibin işi üçün əlavə 500 manat da lazım olduğunu demişdir. Onlar razı olmuş, o, Göynük kəndində yolun kənarında Azad və Rahiblə görüşüb Azaddan 500 manat pulu alıb Bakı şəhərinə getmişdir. Həmin pulu şəxsi xərclərinə ödəmiş, bir ay sonra Rahibə zəng edib imtahanın vaxtının çatdığını deyib onu Bakı şəhərinə çağırmışdır. Rahib Bakı şəhərinə getmiş, orada Rahib özü imtahana girmişdir. Daha sonra Rahibin həmin imtahandan 39 bal topladığı və işə qəbul olunmadığı məlum olmuşdur. Lakin bir neçə gün sonra o, Göynük kəndinə gedib Rahibə onun işini həll edəcəyini deyib ondan əlavə 350 manat pul istəmiş, Rahib 350 manat pulu ona vermişdir. Bir neçə gün sonra Rahibə zəng edib artıq işinin düzəldiyini demiş və ona 200 manat pul verməsini istəmişdir. Rahib də tanışı Günel Xəlilovanın kart hesabına köçürməklə ona 200 manat pulu vermişdir. Həmin pulu Bakı şəhərində bankomatdan çıxarıb xərcləmişdir. Daha sonra Rahib işinin həll olunmadığını görüb ondan pullarını istəmiş, 2022-ci ilin fevral ayında o, 300 manat pulu Rahibin adına köçürməklə ona qaytarmışdır. Qalan pulları isə indiyədək qaytara bilməmişdir. O, 2021-ci ilin iyul-sentyabr aylarında Şəki rayon sakini Zərərçəkmiş şəxs1 onun oğlunun təqaüd almasına köməklik edəcəyinə söz verib hissə-hissə olmaqla cəmi 850 manat, Zərərçəkmiş şəxs3 onun arvadının təqaüdünün artırılmasına köməklik edəcəyinə söz verib 800 manat, Zərərçəkmiş şəxs2 işlə təmin olunmasına köməklik edəcəyinə söz verib 1800 manat pullarını aldığını, həmin pulların müqabilində hər hansı real hərəkət etmədiyini, pulları şəxsi xərclərinə ödədiyini, həmin işlərlə bağlı heç bir tanışının olmadığını, həmin pulları özünün Azaddan, Rafiqdən və Rahibdən aldığını, xərclədiyini, bu işdə heç kimin ona köməklik etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə iş materiallarındakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir, kənd təsərrüfatı ilə məşğul olmaqla özünü və ailəsini dolandırır. Oğlu Anar uşaq vaxtlarında yıxılaraq baş nahiyəsindən zədə almış, 18 yaşı tamam olduqdan sonra hərbi komissarlıq onu hərbi xidmətə çağırmış, lakin yarasız olduğu üçün hərbi xidmətə aparılmamışdır. Anarın xəstəliyi olsa da, lakin təqaüd almır. Ona görə də o, oğlunu təqaüdə çıxarmaq istəmişdir. Bu barədə yaxın qohumlarının yanında danışmış, Baş Göynük kəndində yaşayan bacısı Gülyazın əri Əhəd ona Balakən rayonunda Pərviz adlı qohumunun yaşadığını, müxbir işlədiyini, Anarın təqaüdə çıxmasına köməklik göstərə biləcəyini demişdir. Belə olduqda o, Əhəddən Pərvizlə onu tanış etməsini xahiş etmiş, 2021-ci ilin iyul ayının əvvələrində Şəki şəhərində olan zaman Əhəd ona zəng edib Pərvizin Mingəçevir şəhərindən çıxıb Şəki rayonuna gəldiyi bildirmişdir. Əhədlə Şəki şəhərində görüşüb Pərvizi gözləmiş, təxminən 2 saat sonra Pərviz Şəki şəhərinə gəldikdə, onunla “təzə bazar” adlanan ərazidə Göynük marşrutlarının dayanacağında görüşmüşlər. Pərviz onun oğlu Anar barədə ondan soruşduqda, Anarın hərbi xidmətə getmədiyni, başından uşaq vaxtı zədə aldığını və hazırda nitq qüsurlu olduğunu demiş, Pərviz isə ona oğlu Anarın təqaüdə çıxmasına köməklik edəcəyinə söz vermişdir. Pərviz Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasında həkim tanışları olduğunu, onların vasitəsilə Anarın təqaüdə çıxmasını təşkil edəcəyini bildirmişdir. Daha sonra taksi ilə Göynük kəndinə kürəkəni Əhədin yaşadığı evə getmişlər. Pərvizlə gecəni həmin ünvanda qalmış, səhəri gün isə Pərviz Şəki şəhər istiqamətində getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Əhəd ona zəng edərək Anarın təqaüd işi ilə əlaqədar Pərvizə 400 manat pul göndərmək lazım olduğunu demiş, o da xx.xx.2021-ci il tarixdə Baş Göynük kəndində yerləşən poçtdan 400 manat pulu Təqsirləndirilən şəxs adına göndərmişdir. Bir müddət sonra Pərviz ona zəng edib 300 manat pul göndərməsini demiş, Pərvizə həmin vaxt 300 manat pulunun olmadığını dedikdə, Pərviz Anarın təqaüd məsələsinin alınmayacağını bildirdiyi üçün o, məcbur olub təsərrüfatında olan bir baş iribuynuzlu heyvanı (camış) satmış və xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına göndərmişdir. 300 manat pulu Pərvizə göndərib baldızı Vəfagilə getmiş, orada söhbət zamanı oğlu Anarın təqaüd işinin düzəlməsi üçün Pərviz adlı şəxsin ona köməklik etməsi barədə danışmışdır. Həmin vaxt Vəfanın oğlu Rahib ona müəllimlik üçün imtahan versə də, balı aşağı olduğu üçün işə qəbul olmadığını demiş və Pərvizin ona da köməklik etməsini xahiş etmişdir. Bir neçə gün sonra isə Tutuya zəng edib tanış adam olduğunu, onun əmək təqaüdünə çıxarmasına köməklik edə biləcəyini demişdir. Onlar onunla razılaşmış, o, bacısı Tutu yaşayan evə gedib Tutunun ailə üzvlərinin yanında Pərvizlə danışmış, Pərviz Tutunun əmək təqaüdünün artırılması üçün 1000 manat pul istəmişdir. O, Pərvizə Tutunun maddi imkanının zəif olduğunu izah edib 800 manat pul verə biləcəklərini demiş, Pərviz onunla razılaşmışdır. X3 Bakı şəhərində 800 manat pulu Pərvizə vermişdir. Rahib isə hissə-hissə olmaqla ümumilkdə 1800 manat pulu müəllim kimi işə düzəlməkdə köməklik göstərməsi üçün Pərvizə vermişdir. xx.xx.2021-ci ildə Pərviz ona zəng edib Anarın müayinəsi üçün onları Bakı şəhərinə çağırmış, səhəri gün Anarla birlikdə Bakı şəhərinə getmişlər, orada Pərvizlə görüşüb birlikdə Hövsan qəsəbəsində “Bazarstore” ticarət mərkəzinin yaxınlığında yerləşən binanın 2-ci mərtəbəsindəki mənzillərdən birinə getmişlər. Pərviz həmin evin özünə məxsus olduğunu ona demişdir. Səhəri gün Pərvizlə birlikdə Psixiatriya Xəstəxanasına getmişlər. Ona xəstəxanaya daxil olmasına icazə verilmədiyi üçün Pərviz Anarla birlikdə xəstəxanaya daxil olmuş, təxminən 30 dəqiqə sonra Pərviz Anarla birlikdə onun yanına qayıdaraq hər şeyin qaydasında olduğunu, Anarın xəstəliklə bağlı təqaüdə çıxacağını, buna görə də narahat olmamasını, lakin əlavə 200 manat pul lazım olduğunu ona demişdir. O, Pərvizə həmin vaxt pulunun olmadığını, rayona qayıdıb ona göndərəcəyini bildirmiş və həmin gün Anarla birlikdəŞəki rayonuna qayıtmışdır. Cəmi 150 manat pulu olduğu üçün Pərvizlə danışıb xx.xx.2021-ci il tarixdə Aşağı Göynük kəndində yerləşən poçt vasitəsilə Pərvizin adına 150 manat pulu göndərmişdir. Aradan 5 gün keçəndən sonra Pərviz Şəki rayonuna gəlib oğlu Anarı və onu "xxxx" ASC-nin Şəki filialına aparmış, orada Anarın adına boş plastik kart aldırmışdır. Sertyabr ayında Pərviz ona zəng edib həmin plastik kartın hesabını bankomatda yoxlamasını dediyi üçün o, kartı yoxladıqda hesabda 31 manat pulun olduğunu görmüş, həmin 31 manat pulu çıxartmışdır. Təxminən aradan 45 gün keçdikdən sonra Pərviz yenidən ona zəng edib kartın hesabında pul olduğunu dedikdə o, kartın hesabını yoxlamış və 110 manat pul olduğunu görmüşdür. Həmin pulu da çıxartmışdır. Təxminən 1 ay sonra Pərviz ona yenə zəng edib kartı yoxlamasını dedikdən sonra kartın hesabına baxdıqda 200 manat pul olduğunu görmüş və həmin pulu hesabdan çıxarmışdır. Sonradan kartın hesabına pul köçürülmədiyi üçün kapital banka yaxınlaşmış, həmin kartı bankda işçilərə göstəmiş, orada həmin plastik kartın təqaüd kartı olmadığı müəyyən olunmuşdur. Belə olduqda Pərvizə zəng edib onu aldatdığını, ona inanmadığını demiş və ondan aldığı pulları qaytarmasını istəmişdir. Pərviz onu inandırmağa çalışsa da, o, Pərvizdən pullarını istəmişdir. Daha sonra Pərviz onun zənglərinə cavab vermədiyi üçün Balakən rayonunun Qazma kəndinə, Pərvizin yaşadığı evə gedib anası ilə görüşmüş, Pərvizin Balakən rayonunda olmadığı məlum olmuşdur. Bir müddət sonra Pərviz onun arvadı Çəmənin adına olan Beynəlxalq Banka məxsus plastik kartın hesabına 200 manat pul köçürmüşdür. O, həmin pulu da hesabdan çıxarıb xərclərini ödəmişdir. O, Təqsirləndirilən şəxs ümumilkdə 850 manat pulu onun oğlu Anar Abdurahmanovu xəstəliyi ilə bağlı təqaüdə çıxaracağına söz verərək ondan aldığını, həmin pulları xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 300 manat və xx.xx.2021-ci il tarixdə 150 manat olmaqla Şəki rayonu Göynük kəndində yerləşən Poçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərməklə ona verdiyini, Təqsirləndirilən şəxs ondan pulları aldıqdan sonra oğlu Anarla birlikdə Psixiatriya xəstəxanasına getsə də, orada heç bir iş görmədiyini, onu inandırmaq üçün xəstəxanaya daxil olub yarım saatdan sonra xəstəxanadan çıxdığını, Pərvizin ona vurduğu ziyanın 541 manatını kart hesabına köçürməklə ona qaytardığını, qalan 309 manat pulu qaytarmadığını, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla münasibətinin olmadığını, onu kürəkəni Əhəd vasitəsilə tanıdığını, Təqsirləndirilən şəxs ondan başqa kürəkəni Rafiqin 800 manat, baldızının oğlu Rahibin isə 1800 manat pulunu ələ keçirdiyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Şəki müəllimlər instutunu bitirmiş, 2019-cu il tarixdə müəllim kimi işə qəbul olunmaq üçün test imtahanı vermiş, lakin işə qəbul olmamışdır. Daha sonra isə müəllimlərin işə qəbulu ilə bağlı keçirilen test imtahanlarına getməmişdir. 2021- ci ilin avqust ayının əvvələrində yaşadığı evdə olarkən xalası Çəmənin həyat yoldaşı Azad onlara gəlmiş. Söhbət zamanı Azad Pərviz adlı şəxsin onun xəstə oğlu Anarı təqaüdə çıxaracağını, hətta Bakı şəhərinə Psixiatriya xəstəxanasına da apardığını, bu işlərdə ona Parviz adlı şəxsin köməklik etdiyini demişdir. Belə olduqda o, Azaddan Pərvizin ona da iş tapmasını xahiş etmiş, Azad bu barədə Pərvizlə danışıb nəticəsini ona deyəcəyini bildirmişdir. Aradan 4-5 gün keçdikdən sonra Azad yenidən onlara gəlib, Pərvizlə danışdığını, onun 2019-cu il tarixdə toplandığı 39 bal ilə Pərvizin onu Şəki rayonunda məktəblərin birində müəllim kimi işə düzəldəcəyini demişdir. Azad Pərvizin onu işə düzəltməsi üçün ondan 1600 manat pul istədiyini bildirmişdir. O, iş düzəldikdən sonra Pərvizə 1600 manat pul verəcəyini dedikdə, Pərviz razı olmamış və pulun 750 manatını tezliklə göndərməsini ona demişdir. Pərvizin hazırda xatırlamadığı nömrədən ona zəng edib ərizə yazması üçün onu Bakı şəhərinə getməsini, həmçinin 750 mant pulu da, ona aparmasını demişdir. Belə olduqda o, 10 avqust 2021-ci il tarixdə şəxsiyyət vəsiqəsi, diplomu və hərbi biletini, həmçinin 750 manat pulu götürüb Bakı şəhərinə getmişdir. Qara Qarayev metrosunun yaxınlığında Pərvizlə görüşüb kafedə oturub Təhsil Nazirliyinə göndərmək üçün ərizə yazmış, Pərviz kafedə onun şəxsiyyət vəsiqəsinin, diplomunun, hərbi biletinin surətilərini və 750 manat pulu ondan almış və yazdığı ərizəni Təhsil Nazirliyinə təqdim edəcəyini demişdir. Pərviz 15 gün ərzində onu yenidən çağıracağını, işi ilə əlaqədar təhsil nazirliyinə gedəcəyini demişdir. Təxminən 1 ay sonra Pərviz ona zəng edib qəbul üçün Bakı şəhərinə çağırmış və Təhsil Nazirliyinə getməli olduğunu demişdir. O, səhəri gün, yəni 11 sentyabr 2021-ci ildə yaşadığı Aşağı Göynük kəndindən çıxıb Bakı şəhərinə getmiş, Pərvizin dediyi kimi Hövsan qəsəbəsindəki sosial evlərin yanında Pərvizlə görüşmüş, Pərviz onu öz yaşadığı evə aparmışdır. Bir neçə gün sonra Pərvizlə birlikdə Təhsil Nazirliyinin inzibati binasının qarşısına getmiş, Pərviz girişdə onu gözləməsini deyib özü isə binanın birinci mərtəbəsinə daxil olmuş, orada onun tanımadığı şəxslə danışıb təkrar onun yanına qayıtmışdır. Pərvizin həmin şəxslə nə barədə danışdığını ona deməmiş, lakin qəbula girəcəyini ona bildirmişdir. Pərvizlə həmin binanın yan tərəfinə keçmiş, orada qəbula girmək istəyən insanların sayı çox olduğu üçün qəbula düşə bilməmiş və oradan uzaqlaşmışlar. Pərviz telefonla kiminləsə danışıb onları çağıracaqlarını demiş və orada yaxınlıqda olan kafedə əyləşib axşam saat 17 radələrinə qədər gözləmişlər. Lakin onları heç kim çağırmamış, Pərviz telefonla adını Könül dediyi qadınla danışan zaman qadın ona diplomun, şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətlərini və COVİD-19 vurusu ilə bağlı arayışı poçt vasitəsi ilə Təhsil Nazirliyinə göndərmələrini demişdir. Pərvizlə yaxınlıqda yerləşən poçta gedib, diplomun, şəxsiyyət vəsiqəsinin, hərbi biletin surətini və COVİD-19 vurusu ilə bağlı arayışı poçt vasitəsi ilə Təhsil Nazirliyinə göndərmişlər. Pərviz ona Təhsil Nazirliyindən zəng vurub çağıracaqlarını demiş, o, Pərvizdən ayrılıb yaşadığı Aşağı Göynük kəndinə gəlmişdir. Aradan 15 gün keçəndən sonra Perviz yaşadığı Balakən rayonundan Bakı şəhərinə gedərkən Azada zəng edib onun işinə görə əlavə 500 manat da istəmişdir. Azad bu barədə ona dedikdə o, evdən 500 manat pul götürüb Azadla birlikdə mərkəzi yola çıxmış, Pərviz tanımadığı taksi ilə onların yanına gəldikdə o, 500 manat pulu Pərvizə verməsi üçün Azada vermişdir. Azad da 500 manat pulu onun yanında Şəki-Qax magistral yolunun Aşağı Göynük kəndindən keçən hissəsində asfalt yolun kənarında Pərvizə vermişdir. Artıq dərslər başlamış, lakin onun işindən heç bir xəbər olmamışdır. Belə olduqda telefonla Pərvizlə danışan zaman ona öz iradını bildirmiş, Pərviz isə ona qalan pulu da götürüb Bakı şəhərinə getməsini demiş və onun işini həll edəcəyinə söz vermişdir. 2021-ci ilin sentyabr ayının sonlarında 350 manat pul götürüb Bakı şəhərinə Hövsan qəsəbəsinə getmiş, Pərvizlə görüşüb gecəni onun evində qalmış, səhəri gün Pərvizlə birlikdə nahardan sonra Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbin qarşısında Pərvizin adının Könül olduğunu dediyi qadınla görüşmüşlər. Həmin qadın ona işinin düzələcəyini demişdir. Bundan sonra Pərvizlə birlikdə Şəki rayonuna, yaşadığı Aşağı Göynük kəndinə gəlmişlər. O, Pərvizə inanıb 350 manat pulu da Aşağı Göynük kəndində Pərvizə vermişdir. Aradan 15 gün keçəndən sonra Təhsil Nazirliyindən ona təqdim etdiyi səndlərin düzgün olmadığı barədə cavab gəlmişdir. O, Pərvizə zəng edib bu barədə dedikdə o, işə qəbul üçün ərizəsi olmadığına görə səndlərin düzgün olmaması barədə cavab göndərildiyini demiş, buna görə o, işə qəbul olunmaq üçün ərizə yazıb göndərmişdir. Pərviz onun göndərdiyi ərizəni götürüb bir neçə gün sonra ona zəng edərək artıq işin həll olunduğunu, sənədlərin bazaya yerləşdirildiyini demişdir. Daha sonra Pərviz 200 manat şirinlik pulu göndərməsini dedikdə o, atası Qasımdan 200 manat pul alıb Pərvizin ona şəklini atdığı Günel Xəlilovanın adına olan Beynelxalq banka məxsus kartını hesabına Aşağı Göynük kəndindəki ərzaq mağazasındakı Milliön ödəmə terminalından 200 manat pulu köçürməklə Pərvizə göndərmişdir. Lakin Pərviz onun işini həll etmədi üçün ona verdiyi pulları tələb etdikdə, 2022-ci ilin fevral ayında Pərviz ona 300 manat pulu poçt vasitəsi ilə göndərmiş, 1500 manat pulu isə qaytarmamışdır. O, Pərvizin onu Şəki rayonunda yerləşən məktəblərin birinə Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işə düzəldəcəyinə söz verərək ümumilkdə 1800 manat pulunu ələ keçirdiyini, həmin pulun xx.xx.2021-ci il tarixdə 750 manatını Bakı şəhəri, Q.Qarayev metrosunun yanında nəğd olaraq Pərvizə verdiyini, daha sonra 2021-ci ilin sentyabr ayının sonlarında Aşağı Göynük kəndində yolun kənarında 500 manat pulu qohumu Azad vasitəsilə Pərvizə verdiyini, bir neçə gün sonra 350 manat pulu X8 kəndində nəğd olaraq verdiyini, qalan 200 manat pulu isə 2021-ci ilin oktyabr ayının əvvəllərində Aşağı Göynük kəndindəki mağazaların birində yerləşən Milliön vasitəsilə Pərvizin şəklini ona göndərdiyi Günel Xəlilovanın adına olan Beynəlxalq Banka məxsus kart hesabına köçürməklə Təqsirləndirilən şəxs göndərdiyini, lakin heç bir nəticə olmadığını, Pərvizin onun işə düzəlməsi üçün heç bir real hərəkət etmədiyini, 500 manat və 350 manat pulu Pərvizə verərkən qohumu Azadın onun yanında olduğunu, Təqsirləndirilən şəxs ümumilkdə ona 1800 manat ziyan vurduğunu, həmin ziyanın 300 manatını qaytarsa da, qalan 1500 manat pulu qaytarmadığını, Pərvizi əvvəllər tanımadığını, onu qohumu Azadın vasitəsilə tanıdığını, Pərvizin ondan başqa qohumu Azadın 850 manat, həmkəndlisi Rafiqin isə 800 manat pulunu da ələ keçirdiyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Əyriçay Suvarma sistemləri idarəsində çilingər işləyir. Həyat yoldaşı Tutu Mustafayeva hər ay 180 manat sosial təqaüd alır. O, Milli Məclisdə 25 ildən aşağı iş günləri olan şəxslərin əmək haqlarının hesablanaraq sosial təqaüdlərə əlavə ediləcəyini eşitmiş, arvadı Tutu da 20 il kolxozda işlədiyi üçün onun əmək haqlarının hesablanaraq sosial təqaüdünə əlavə olunmasını istəmişlər. Qaynı Azad onlara getmiş, söhbət zamanı Azad Pərviz adlı tanışı olduğunu, Tutunun 20 illik əmək iş gününü hesabladaraq aldığı sosial təqaüdün üstünə əlavə olunmasına köməklik edə biləcəyini demiş, o, Azadın bu fikiri ilə razılaşdıqda, Azad onun yanında istifadəsində olan mobil telefonla Pərvizlə bu barədə danışmışdır. Pərvizə Tutunun 20 illik iş stajı olduğunu, hazırda 180 manat sosial təqaüd aldığını demiş, əmək təqaüdünün hesablanmasına görə onlara köməklik etməsini xahiş etmişdir. X9 əmək təqaüdü almaq hüququ olduğunu, lakin bunun gecikdirildiyini, həmin prosesi tezləşdirə bilicəyini demiş və bu işi həll etmək üçün 1000 manat pul istəmişdir. O, Tutunun növbəti ay əmək təqaüdünə görə əlavə 170 manat pul alacağını bildirmişdir. O, 800 manat pulu olduğunu Pərvizə dedikdə, sonuncu razılaşmış və həmin pulu bir gündən sonra ona göndərməsini demişdir. O, dərhal Bakı şəhərində yaşayan və Hərbi Dəniz Qüvvələrində xidmət edən oğu Xalid Mustafayevə zəng edib Tutunun əmək təqaüdünün hesablanması üçün Bakı şəhərində yaşayan Pərviz adlı şəxslə görüşüb ona 800 manat pulu təcili verməsini demiş, Xalid də 2021-ci ilin avqust ayının sonlarında 800 manat pul taparaq Pəvizlə Bakı şəhəri Şərq bazarının yaxınlığında yerləşən çayxanada görüşüb arvadı Tununun əmək təqaüdünü hesablanması üçün 800 manat pulu vermişdir. Aradan bir ay keçdikdən sonra Pərviz ona zəng edib Beynəlxalq Bankdan hesabında pul olmayan kart almasını, həmin kartın hesabına Tununun əmək təqaüdü üçün aldığı pulların köçürüləcəyini bildirmişdir. Onlar Tutunun adına “Beynəlxalq Bank”a məxsus olan “Tam” kart əldə etmiş, kartın nömrəsinin şəklini Pərvizə göndərmiş. 2 ay həmin kartın hesabına 170 manat olmaqla, cəmi 340 manat pul yüklənmişdir. Hər dəfə aldığı kartın hesabına pul köçürüldükdə Pərviz ona mesaj göndərərək kartın hesabına 170 manat pulun köçürülməsi barədə məlumat vermişdir. Aradan bir qədər vaxt keçdikdən sonra Pərviz ona zəng edib Tutunu əmək təqaüdünə çıxara bilmədiyini, 340 manat pulu isə o özünün kartın hesabına köçürdüyünü demiş, qalan 460 manat pulu isə yaxın vaxtlarda göndərəcəyinə söz vermişdir. Lakin Pərviz qalan 460 manat pulu ona qaytarmamışdır. Pərvizi əvvəllər tanımadığını, onu qaynı Azadın vasitəsilə tanıdığını, Pərvizi bir dəfə Göynük kəndində gördüyünü, Pərvizin ondan başqa qaynı Azadın 850 manat, həmkəndlisi Rahibin isə 1800 manat pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun qohumumdur, həmçinin Zərərçəkmiş şəxs1 onun qaynıdır, Rafiq və Rahib isə həmkəndliləridir. Təqsirləndirilən şəxs söhbət zamanı yuxarı orqanlarda tanışları olduğunu, pensiya işləri həll etdiyini ona demişdir. 2021-ci ilin iyul ayının əvvələrində qaynı Azadla söhbət zamanı Azad oğlu Anarın əlil olduğunu, lakin təqaüd almadığını deyib ondan bu işdə köməklik etmək üçün hər hansı tanışının olub-olmadığını soruşduqda o, həmin vaxt Pərvizin ona kömək edə biləcəyini düşünmüşdür. Çünki Pərviz tez-tez təqaüd işləri həll etdiyini ona demişdir. Beləliklə o, Prəvizə zəng edib bu barədə dedikdə o, Mingəçevir şəhərindən çıxıb Şəki rayonuna gəldiyini demiş və görüşüb Anarın təqaüd məsələsi barədə danışmalarını bildirmişdir. O, Azada zəng edib bu barədə məlumat vermiş və “təzə bazar” adlanan ərazidə Göynük marşrutlarının dayanacağında Pərvizlə görüşmüşlər. Pərviz Anar barədə Azaddan soruşduqda Azad Anarın hərbi xidmətə getmədiyini, başından uşaq vaxtı zədə aldığını və hazırda nitq qüsurlu olduğunu bildirmiş, həmin vaxt Pərviz Anarın təqaüdə çıxmasına köməklik edəcəyinə söz vermişdir. Pərviz Maştağa qəsəbəsində yerləşən Psixiatriya Xəstəxanasında həkim tanışları olduğunu, onların vasitəsilə Anarın təqaüdə çıxmasını təşkil edəcəyini demişdir. Onlar birlikdə Şəki rayonu üzrə Hərbi Komissarlığa getmişlər, orada sənədlər gec hazır olduğundan Pərvizlə birlikdə bazara qayıtmış, Azad da sənədləri götürüb bazara onların yanına gəlmişdir. Daha sonra bazardan taksi ilə Göynük kəndinə onun yaşadığı evə getmişlər. Onlar həmin gün gecəni orada qalmış, səhəri gün isə Pərviz Anarın işini həll edəcəyini deyib onlarla sağollaşıb Şəki şəhəri istiqamətində getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Pərviz ona zəng edərək Anarın təqaüd işi ilə əlaqədar tanışları ilə danışdığını və bu iş üçün ilkin olaraq 400 manat pul lazım olduğunu demiş, o da bu barədə Azada zəng edib məlumat verdikdə Azad razı olmuş və 2021-ci ilin avqust ayında Baş Göynük kəndində yerləşən poçtdan 400 manat pulu Təqsirləndirilən şəxs Mamməd oğlunun adına göndərmişdir. Həmin vaxtdan bir müddət sonra Azadla görüşərkən ondan Pərvizin onun işini həll edib-etmədiyini soruşduqda Azad Pərvizə ümumilikdə 850 manat pul verdiyini, lakin Pərvizin heç bir iş görmədiyini, Anarın təqaüd işinin düzəlmədiyini ona demişdir. Pərvizlə bir neçə dəfə əlaqə saxlayıb aldığı pulları qaytarmasını demişlər. Həmin vaxtlarda Pərvizin onun həmkəndlisi Rafiqdən onun arvadı Tutunun təqaüdünün artırılmasına köməklik edəcəyinə söz verib 800 manat, digər həmkəndlisi Rahibdən isə onu işə düzəldəcəyinə söz verib 1800 manat pul alması barədə eşitmişdir. O, Pərvizin həmin şəxslərdən pul almasını görmədiyini, Pərvizin onun yanında Azada onun oğlu Anarın təqaüdə çıxmasına köməklik edəcəyinə söz verdiyini, həmçinin ona zəng edib bu iş üçün ilkin olaraq 400 manat pul istədiyini, Azadın həmin pulu Pərvizə göndərdiyini, digər pulların Pərvizə verilməsi barədə bir qədər sonra eşitdiyini, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Pərvizə pul verdiklərini görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur, onunla normal münasibətləri vardır. Rahib ali təhsilli olsa da, uzun müddətdir ki, iş tapa bilməməsi barədə hərdən ona demişdir. 2021-ci il avqust ayında Rahiblə birlikdə Şəki şəhərində evlərin birində usta kimi işləyərkən Rahib sevincli halda ona Pərviz adlı şəxslə tanış olduğunu, Pərvizin ona işə düzəlməkdə köməklik edəcəyini demiş, o, ondan Pərvizin kim olduğunu, harada işlədiyini, ona necə kömək edə biləcəyini soruşduqda, Rahib Pərvizin ona dediyinə görə onun rəhbər vəzifələrdə tanışları olduğunu, onların köməyi ilə müəllim kimi işə düzəlməsinə kömək edəcəyini bildirmişdir. Bir neçə gün sonra Rahib Pərvizin onu işi ilə bağlı Bakı şəhərinə çağırdığını demiş və səhəri gün Bakı şəhərinə getmişdir. Bir neçə gün sonra Rahiblə görüşən zaman o, Bakı şəhərində Pərvizlə görüşdüyünü, orada ona 750 manat pul və sənədlərini verdiyini demişdir. Həmin vaxtlar Rahib onun yanında telefonla bir neçə dəfə Pərvizlə iş ilə bağlı danışmışdır. Rahib Pərvizdən dərs ili başlayana qədər əmrinin verilməsini xahiş etmişdir. Sentyabr ayında Rahib ona Pərvizin Göynük kəndinə gəldiyini, ondan işi ilə bağlı pul istədiyi üçün Pərvizə 500 manat və 350 manat olmaqla 850 manat pul verdiyini demişdir. Pərvizi Göynük kəndində kafedə və Rahibin yaşadığı evdə görmüşdür. Pərviz, Rahib və onun atası X6 tezliklə müəllim kimi işə düzələcəyini demişdir. Bir müddət sonra Rahib onun yanında Pərvizə zəng edib dərslərin başladığını, lakin onun işinin həll olunmadığını deyib ona verdiyi 1600 manat pulu geri istədikdə, Pərviz ona işinin həll olunduğunu, lakin onun işini həll edən şəxslərə şirinlik vermək lazım olduğunu deyib əlavə 200 manat pul istəmişdir. Həmin vaxt o, Rahiblə birlikdə Göynük kəndində olmuşlar. Pərviz atası ilə əlaqə saxlayıb ondan 200 manat pul almış və Göynük kəndindəki ərzaq mağazasındakı milliön ödəmə terminalı vasitəsilə onun yanında Pərvizin ona şəklini göndərdiyi kart hesabına 200 manat pul köçürmüşdür. Daha sonra Pərvizlə telefon əlaqəsi saxladıqda Pərviz 200 manat pulun ona çatdığını, bir neçə günə işə düzəlməsi barədə məlumat verəcəyini Rahibə demişdir. Lakin sonradan Pərvizin Rahibi aldadıb onun 1800 manat pulunu ələ keçirməsi ona məlum olmuşdur. Bundan başqa Rahib ona Pərviz adlı şəxsin həmkəndliləri Azadı və Rafiqi də, aldadıb onların da pullarını ələ keçirdiyini demişdir. Zərər çəkmiş şəxslər həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığını bildirdilər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi ********* nömrəli qəbzəəsasən, xx.xx.2021-ci il tarixdə saat 15:49-da Azərpoçt MMC (AZ5514) vasitəsilə Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına 400 (dörd yüz) manat hesaba köçürülən məbləğ, 7,80(yeddi manat səksən qəpik) manat isə rüsum olmaqla ümumilikdə 407,80 (dörd yüz yeddi manat səksən qəpik) manat pul köçürülmüşdür. Zərərçəkmiş şəxs1 təqdim etdiyi ********* nömrəli qəbzəəsasən, xx.xx.2021-ci il tarixdə saat 11:30-da Azərpoçt MMC (AZ5514) vasitəsilə Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına 300(üç yüz) manat hesaba köçürülən məbləğ, 7,80 (yeddi manat səksən qəpik) manat isə rüsum olmaqla ümumilikdə 307,80(üç yüz yeddi manat səksən qəpik) manat pul köçürülmüşdür. Zərərçəkmiş şəxs1 təqdim etdiyi ********* nömrəli qəbzəəsasən, xx.xx.2021-ci il tarixdə saat 09:47-də Azərpoçt MMC(AZ5537) vasitəsilə Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs adına 150(bir yüz əlli) manat hesaba köçürülən məbləğ, 7,70 (yeddi manat yetmiş qəpik) manat isə rüsum olmaqla ümumilikdə 154,70 (bir yüz əlli dört manat yetmiş qəpik) manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər sübutlar yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 178.2.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi tam təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulunu sonuncu dəfə xx.xx.2021-cil ildə, Zərərçəkmiş şəxs2 pulunu 2021-ci ilin oktyabr ayının əvvəllərində, Zərərçəkmiş şəxs3 pulunu 2021-ci ilin avqust ayının sonlarında yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə mənimsəməklə dələduzluq əməli törədilmiş, cinayətlərin törədilməsindən iki il üç aydan çox vaxt keçmişdir. İbtidai istintaq dövründə 07 avqust 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 16 sentyabr 2023-cü il tarixdə icraat təzələnmişdir. Göstərilən əsasla cinayət işinin icraatının dayandırılması zamanı 1 (bir) ay 15 (on beş) gün keçməsinə baxmayaraq hazırkı cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti 15 dekabr 2023-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin həmin məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq qeyd edir ki, yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməməsi baxımından Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan müddətlərdə deyil məhz CM-nın 178.1-ci maddəsi əsas götürülməklə həmin məcəllənin 15.2-ci maddəsinə üçün nəzərədə tutulan iki illik müddət tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməllər üzrə hər birinə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-19/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-19/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver