Məhkəmə qərarları › İş №1(075)-19/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-19/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-19/2025 05.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X9 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Şəki rayonu, Baş Layısqı kənd icra nümayəndəliyinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X12 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.2007-ci ildə Şəki rayonu, Şin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şəki rayonu, Şin kənd tam orta məktəbin X sinif şagirdi, subay, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Şin kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci ildə Şəki rayonu, Şin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şəki rayonu, Şin kənd tam orta məktəbin X sinif şagirdi, subay, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Şin kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 324-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, həmkəndlisi və sinif yoldaşı olan, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə, yəni 16 yaşına çatmamış, xx.xx.2008-ci il təvəllüdlü Şahid6 ilə birlikdə 11 fevral 2024-cü il tarixdə, saat 17 radələrində dövlətin hüquq və əxlaq normalarına, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində göstərilən hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan bayrağına hörmət etməlidir kimi vəzifəsinin tələblərinə, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli Qanununun Azərbaycan Respublikasının vətəndaşlarının, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar kimi tələblərinə zidd olaraq Şəki rayonu, Şin kəndində dağlıq ərazidəki yüksəklikdə yerə bərkidilmiş dəmir boru şəkilli dirəkdən asılmış, Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin rəmzi olan Azərbaycan Respublikası Dövlət Bayrağına hörmətsizlik məqsədi ilə həmin bayrağı dirəkdən açaraq qəsdən əlləri ilə dartmaqla cırıb üç ayrı hissəyə ayıraraq, həmçinin sol aşağı küncünü yandırmaqla termik təsir nəticəsində zədələməklə yararsız hala salmaqla və bükərək boru şəkilli bayraq dirəyinin içərisinə yerləşdirməklə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmə cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 324-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, həmkəndlisi və sinif yoldaşı olan, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə, yəni 16 yaşına çatmamış, xx.xx.2008-ci il təvəllüdlü Şahid6 ilə birlikdə 11 fevral 2024-cü il tarixdə, saat 17 radələrində dövlətin hüquq və əxlaq normalarına, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində göstərilən hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan bayrağına hörmət etməlidir kimi vəzifəsinin tələblərinə, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli Qanununun Azərbaycan Respublikasının vətəndaşlarının, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar kimi tələblərinə zidd olaraq Şəki rayonu, Şin kəndində dağlıq ərazidəki yüksəklikdə yerə bərkidilmiş dəmir boru şəkilli dirəkdən asılmış, Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin rəmzi olan Azərbaycan Respublikası Dövlət Bayrağına hörmətsizlik məqsədi ilə həmin bayrağı dirəkdən açaraq qəsdən əlləri ilə dartmaqla cırıb üç ayrı hissəyə ayıraraq, həmçinin sol aşağı küncünü yandırmaqla termik təsir nəticəsində zədələməklə yararsız hala salmaqla və bükərək boru şəkilli bayraq dirəyinin içərisinə yerləşdirməklə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmə cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 324-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətmələri özlərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-nin 324-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 09 fevral 2024-cü il tarixdə dostu Nurlanla kəndlərində söhbət edən zaman ona yaşadıqları Şin kəndində dağlıq ərazidə asılan Azərbaycan Respubilikasının Dövlət bayrağını qoparmalarını təklif edən zaman Nurlan razılaşmışdır. 11 fevral 2024-cü il tarixdə, saat 17 radələrində Nurlan ona mesaj yazdığı üçün evlərindən çıxıb yaşadıqları kənddə yerləşən həmkəndlisi Namiqin işlətdiyi mağazanın qarşısına getmişdir. Nurlan və Sinan orada olduqları üçün birlikdə bir qədər söhbət etmişlər. Sonra oradan birlikdə yaşadıqları kənddə dağlıq ərazidə bayraq asılan əraziyə getmişlər. Bir qədər həmin ərazidə oturub söhbət etmişlər. Sonra Sinana və Nurlana boruya qalxıb bayrağı qopartmaq istədiyini demişdir. Boruya yaxınlaşıb bayrağı asıldığı yerdən qoparmaq üçün hər iki əli ilə borudan yapışıb boruya qalxmaq istəyən zaman Nurlan və Sinan yaxınlaşıb ona boruya qalxması üçün kömək etmişlər. Yəni onlar ayaqlarından tutub ona yuxarı qalxmasına köməklik etmişlər. Lakin boruya qalxa bilmədiyi üçün Nurlana yüngül olduğunu boruya qalxıb bayrağı qoparmasını demişdir. Yerə düşdükdən sonra Nurlan borudan tutub qalxan zaman Sinanla onun ayaqlarından tutub yuxarı qalxmasına kömək etmişlər. Nurlan boruya qalxıb bayraq asılan yerə çatmağa bir metr qalmış Sinanla borunu zarafatla yelləmişlər. Boru nazik olduğu üçün boltla bağlanan hissədən əyilib sınmış və Nurlan yerə yıxılmışdır. Sonra boruya yaxınlaşıb bayrağı dartanda bayraq cırılmışdır. Bayrağı dartıb tam qopara bilmədiyi üçün Nurlan və Sinan da ona kömək etmişlər. Sonra Sinan bayrağı buraxmışdır. Nurlanla birlikdə bayrağı asıldığı yerdən qopardıqdan sonra Sinana vermişlər. Sinan da həmin bayrağı orada olan plastik borunun üstünə sarıyıb bayraq asılan dəmir borunun içərisinə soxub gizlətmişdir. Sonra borunu başqa şəxslər götürməsin deyə borunu Nurlan götürüb yaxınlıqdakı kolların arasına qoymuşlar. Bundan sonra Nurlan və Sinanla Namiqin mağazasının qarşısına getmişlər. Sinan oradan çıxıb evlərinə getmişdir. Özü isə Nurlanla orada qalıb söhbət etmişdir. Söhbət zamanı Nurlan ona uşaq bağçasının qarşısında asılan bayrağı qoparmalarını təklif etdikdə razılaşmış və birlikdə uşaq bağçasının qarşısına getmişlər. Hər ikisi uşaq baxçasının qarşısında olan dəmir məhəccərin üstündən aşıb bağçanın həyətinə keçmişlər. Nurlan telefonu ilə işıq saldığı üçün uşaq baxçasının qarşısında asılan bayrağa yaxınlaşmış və bayrağı çəksə də yerindən qopara bilməmişdir. Ona görə Nurlan ona köməyə gəlmiş və birlikdə çəkib bayrağı yerindən qoparmışlar. Bayrağı götürüb məhəccərin üstündən keçmək istəyəndə bayraq məhəccərə ilişib cırılmışdır. Sonra Nurlanla uşaq bağçasının həyətindən çıxandan sonra bir qədər aşağı gedib cırılan bayrağı kolluğa qoymuşdur. Oradan isə Nurlanla Namiqin mağazasının qarşısına getmişlər. Bir qədər orada oturub söhbət etmişlər. Söhbət zamanı Nurlana oxuduqları məktəbin qarşısında asılan bayrağı qoparmalarını təklif etmişdir. Nurlan razılaşdığı üçün birlikdə məktəbə getmişlər. Məktəbin həyət qapısı bağlı olduğu üçün məhəccərin üstündən aşıb həyətə keçib məktəbin inzibati binasının giriş qapısına yaxınlaşmışdır. Nurlan isə küçədə dayanmışdır ki, gələn olsa ona xəbər versin. Sonra Nurlan onun yanına gəlmişdir. Məktəbin qarşısında asılan bayrağı açmaq üçün məktəbin giriş qapısına qalxmaq üçün olan pilləkənin kənarına çəkilmiş borunun üstünə qalxmışdır. Nurlan da həmin vaxt yıxılmaması üçün onun ayaqlarından tutub saxlamışdır. Bayrağı asıldığı yerdən çıxarıb aparıb yolun kənarında yaşayış olmayan evin hasarının üstünə qoyub ayrılıb evlərinə getmişdir. İki gün sonra məktəblərinin rus dili müəllimi İsmayıl müəllim və məktəblərinin direktoru onu, Sinanı və Nurlanı yanlarına çığırıb onlara dağlıq ərazidəki bayrağı, uşaq bağçasının və məktəbin bayrağının cırılmasında onlardan şübhələndiklərini, həmin bayraqları onların cırıb-cırmadıqlarını soruşan zaman Nurlan və Sinanla həmin bayraqları asıldıqları yerdən qoparıb cırdıqlarını etiraf etmişlər. Bildirmişdir ki, Nurlan ona uşaq bağçasının, özü isə Nurlana məktəbin qarşısında asılan bayrağı açmağı təklif etmişdir. O, Nurlana azərbaycanlılardan xoşu gəlmədiyini bildirib ona yaşadıqları kənddə dağlıq ərazidə asılan dövlət bayrağını qoparmaları məzmununda sözlər deməmişdir. Azərbaycanlı dostları və həmkəndliləri vardır. Qohumları arasında azərbaycanlılarla ailə quranları da olmuşdur. Həmin vaxt Nurlana yalnız həmin ərazidəki bayrağı qoparmağı təklif etmişdir. Sinan və Nurlanla bayraqları açdıqlarını və cırdıqlarını görən şəxslər olmamışdır. Həmin bayraqları asıldığı yerdən endirib cırmaqda heç bir səbəbləri olmamışdır. Səhvini başa düşür. Etdiyi hərəkətlərdən çox peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-nin 324-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 və Şahid6 həmkəndliləridir. Onlarla dostluq münasibətləri vardır. Hər gün Orxan və Nurlanla yaşadıqları kənddə görüşüb söhbət edirlər. 11 fevral 2024-cü il tarixdə, təxminən saat 17 radələrində yaşadıqları kənddə Namiqin mağazasının qarşısına gedən zaman Nurlanın orada olduğunu görmüş və onun yanına gedib görüşüb bir az söhbət etmişlər. Birlikdə söhbət edən zaman Orxan yanlarına gəlmişdir. Orxanla da bir az söhbət edəndən sonra Nurlan və Orxan ona dağlıq əraziyə getmək istədiklərini bildirmişlər. Onlardan nə üçün dağlıq əraziyə getdiklərini soruşan zaman Nurlan və Orxan ona orada olan bayrağı qopartmaq üçün getdiklərini demişlər. Ona görə onlarla birlikdə həmin əraziyə getmişdir. Bir qədər həmin ərazidə oturub söhbət etmişlər. Sonra Orxan onlara bayrağı qoparacağını deyib bayraq asılan boruya yaxınlaşıb hər iki əli ilə borudan yapışıb boruya qalxmaq istəmişdir. Həmin vaxt Nurlanla Orxana boruya qalxması üçün ayaqlarından tutub ona yuxarı qalxmasına köməklik etmişlər. Lakin Orxan boruya qalxa bilmədiyi üçün yerə düşüb Nurlana boruya qalxıb bayrağı qopartmasını təklif etmişdir. Nurlan borudan tutub qalxan zaman Orxanla Nurlanın ayaqlarından tutub yuxarı qalxmasına kömək etmişlər. Nurlan boruya qalxıb bayraq asılan yerə çatmağa təxminən bir metr qalmış Orxanla borunu zarafatla yelləmişlər. Boru nazik olduğu üçün boltla bağlanan hissədən əyilib sınmış və Nurlan yerə yıxılmışdır. Sonra Orxan boruya yaxınlaşıb bayrağı dartıb qopara bilmədiyi üçün Nurlanla Orxana kömək etmişlər. Həmin vaxt bayrağı asıldığı yerdən qoparandan sonra gizlətmək qərarına gəlmiş və yaxınlıqdakı plastik borunu gətirməyə getmişdir. Geri qayıdan zaman Nurlan və Orxan birlikdə bayrağı asıldığı yerdən qoparıb ona vermişlər. Bayrağı onlardan alıb plastik borunun üstünə sarıyıb bayraq asılan dəmir borunun içərisinə soxub gizlətmişdir. Sonra borunu başqa şəxslər götürməsin deyə Orxan və Nurlan götürüb yaxınlıqdakı kolların arasına qoymuşlar. Daha sonra Nurlan və Orxanla dağlıq ərazidən kəndlərinə getmişlər. Namiqin mağazasının qarşısına gələndən sonra çıxıb evlərinə getmişdir. Orxan və Nurlan isə mağazanın qarşısında qalmışlar. İki gün sonra məktəblərində rus dili müəllimi işləyən İsmayıl müəllim və məktəblərinin direktoru onu, Nurlanı və Orxanı yanlarına çığırıb dağlıq ərazidəki bayrağın, uşaq bağçasının və məktəbin bayrağının cırılmasında onlardan şübhələndiklərini, həmin bayraqları onların cırıb-cırmadıqlarını soruşan zaman həmin bayraqları asıldıqları yerdən qoparıb cırdıqlarını etiraf etmişlər. Şəki rayonu, Şin kəndində dağlıq ərazidə quraşdırılan dövlət bayrağı asılan dirəyi Nurlan və Orxan birlikdə sındırmışlar, dirək yerə düşəndən sonra isə bayrağı Nurlan və Orxan dartıb cırmışlar. Özü də həmin vaxt onlara köməklik etmişdir. Kəndlərinin uşaq bağçasının qarşısında asılan dövlət bayrağını və məktəbin qarşısında asılan dövlət bayrağını asıldığı yerdən qoparılıb cırmasında iştirak etməmişdir. Lakin sonradan eşitmişdir ki, məktəbin və uşaq bağçasının qarşısındakı dövlət bayraqlarını da Orxan və Nurlan endirib cırmışlar. Şin kəndində dağlıq ərazidə quraşdırılan dövlət bayrağını, həmin kəndin uşaq bağçasının qarşısında asılan dövlət bayrağını cırmalarını görən olmamışdır. Şin kəndində dağlıq ərazidə quraşdırılan dövlət bayrağını endirilərək cırılmasını ilk olaraq dağlıq ərazidə söhbət edəndə Orxan onlara təklif etmişdir. Bayraq asılan borunu sındırıb bayrağı endirdikdən sonra bayrağı Orxan və Nurlan borudan dartıb qoparıb cırdıqdan sonra bayrağı ona vermişlər. Ona görə həmin vaxt bayrağı endirib cırmalarını bilməsinlər deyə bayrağı plastik boruya sarıyıb borunun içərisinə qoymuşdur. Orxan bayrağı dartıb qoparmaq istəyən zaman gücü çatmadığı üçün Nurlanla bayrağı tutub çəkməkdə ona kömək etmişlər. Lakin sonra bayrağı buraxıb plastik borunu gətirməyə getmişdir. Səhvini başa düşür. Etdiyi hərəkətlərdən çox peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs Şəki rayonu, Baş Layısqı kənd icra nümayəndəliyinin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, 2021-ci ildən Şəki rayonu, Baş Layısqı kənd icra nümayəndəsi vəzifəsində işləyir. İşlədiyi Şəki rayonu, Baş Layısqı kənd inzibati ərazi vahidliyində Cunud, Baş Layısqı, Qumux və Şin kəndləri yerləşir. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində icra nümayəndəliyinə işə gəlmişdir. Təxminən saat 10 radələrində Şin kənd orta məktəbinin direktoru Azər müəllim ona zəng edib məktəbin inzibati binasının qarşına asılan Azərbaycan Respublikasının bayrağının yerindən çıxarılaraq götürülməsi barədə məlumat vermişdir. Ona görə hadisə ilə əlaqədar dərhal Şin kəndinə getmişdir. Məktəbin direktoru ilə görüşən zaman Azər müəllim ona məktəbin qarşısında asılan dövlət bayrağını məktəbin gözətçisinin məktəbdən bir qədər aşağıda yerdə tapıb gətirib ona vermişdir. 11 fevral 2024-cü il tarixdə gecə güclü külək əsdiyindən fikirləşmişlər ki, yəqin külək bayrağı yerindən çıxarmışdır. Sonradan hadisə ilə bağlı kənd sakinləri ilə söhbət aparan zaman məktəbin seçki məntəqəsinin giriş qapısının üzərində olan bayrağı Şin kənd sakinləri Nurlan, Orxan və Sinanın yerindən çıxarıb məktəbdən aşağıda yerə atdıqlarını eşitmişdir. Bir neçə gündən sonra isə Şin kəndinin yuxarı hissəsində hündür təpənin üstünə asılmış, həmçinin Şin kənd uşaq bağçasının qarşısına vurulmuş bayraqların da yerində olmadığını, həmin bayraqları da adlarını qeyd etdiyi Nurlan, Orxan və Sinan adlı uşaqların yerindən çıxarıb cırıb atdıqlarını eşitmişdir. Ona görə sonradan Şin kənd orta məktəbinin, uşaq baxçasının qarşısında asılmış, həmçinin Şin kəndində dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət bayrağının yuxarıda adları qeyd olunan uşaqlar tərəfindən çıxarılaraq hörmətsizlik edilməsinə görə DTX-nin Şəki şəhər Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Şəki Rayon Prokurorluğunun əməkdaşları Şəki rayonu, Şin kəndində dağlıq ərazidə asılmış bayrağın cırıldığı əraziyə onların iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib olunub oxunduqdan sonra protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əvvəllər heç vaxt Şəki rayonu, Şin kənd tam orta məktəbində, uşaq bağçasında və həmin kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarının dirəklərdən açılması, cırılması, digər üsulla yararsız hala salınması və təhqiredici hərkətlər edilməsi halları olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 Şəki rayonu, Şin kənd tam orta məktəbində, uşaq bağçasında və həmin kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarını dirəklərdən hansı səbəbdən açıb cıraraq yararsız hala saldıqlarını bilmir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Onlarla dostluq münasibətləri vardır. Hər gün Orxan və Sinanla kəndlərində görüşüb söhbət etmişlər. 09 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Orxanla evlərinin yaxınlığında görüşüb söhbət etmişlər. 11 fevral 2024-cü il tarixdə, təxminən saat 17 radələrində boş vaxtı olduğu üçün Orxana istifadəsində olan ***-***-**-** nömrə ilə Orxanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə “mən boşam gəl gedək” məzmununda mesaj yazmışdır. Orxan da yola çıx gəlirəm məzmununda mesaj göndərmişdir. Ona görə evlərindən çıxıb Namiqin mağazasının qarşısına getmişdir. Sonra yanına əvvəlcə Sinan, sonra Orxan gəlmişdir. Bir qədər söhbət etmişlər. X24 gedirik deyəndə Sinan onlardan hara gedirsiniz deyə soruşduqda ona dağlıq ərazidəki bayrağı qopartmağa getdiklərini demişlər. Sinan da onlarla gəlmək istədiyini deyən zaman etiraz etməmişlər və birlikdə yaşadıqları kənddə dağlıq ərazidə bayraq asılan yerə getmişlər. Bir qədər həmin ərazidə oturub söhbət etmişlər. Sonra Orxan ona və Sinana bayrağı qopartmağı təklif etmişdir. Razılaşdıqları üçün birlikdə oturduqları yerdən qalxıb bayraq asılan boruya yaxınlaşmışlar. Orxan əli ilə borudan yapışıb boruya qalxmaq istəyən zaman Sinanla ona boruya qalxması üçün köməklik etmişlər. Lakin Orxan boruya qalxa bilmədiyi üçün düşmüş və ona boruya qalxıb bayrağı qopartmasını demişdir. Ona görə borudan tutub qalxmaq istəyəndə Orxan və Sinan da ayaqlarından tutub yuxarı qalxmasına köməklik etmişlər. Boruya qalxıb bayraq asılan yerə çatmağa bir metr qalmış Orxan və Sinan borunu zarafatla yelləmişlər. Həmin vaxt boru nazik olduğuna görə boltla bağlanan hissədən əyilib sındığı üçün yerə yıxılmışdır. Sonra Orxan boruya yaxınlaşıb bayrağı dartanda bayraq cırılmışdır. Orxan bayrağı dartıb qopara bilmədiyi üçün yaxınlaşıb ona kömək edərək birlikdə bayrağı asıldığı yerdən dartıb qoparıb Sinana vermişlər. Sinan da həmin bayrağı orada olan plastik borunun üstünə sarıyıb bayraq asılan dəmir borunun içərisinə soxub gizlətmişdir. Sonra borunu başqa şəxslər götürməsin deyə Orxanla götürüb yaxınlıqdakı kolların arasına qoymuşlar. Sonra Orxan və Sinanla birlikdə oradan Namiqin mağazasının qarşısına gəlmişlər. Sinan çıxıb evlərinə getmişdir. Orxanla orada bir qədər söhbət etmişlər. Söhbət zamanı Orxana uşaq bağçasının qarşısında asılan bayrağı qoparmalarını təklif etmişdir. Orxan razılaşdığı üçün birlikdə uşaq bağçasının qarşısına getmişlər. Hər ikisi uşaq baxçasının qarşısında olan dəmir məhəccərin üstündən aşıb bağçanın həyətinə keçib telefonu ilə işıq salmış, Orxan isə uşaq baxçasının qarşısında asılan bayrağa yaxınlaşıb bayrağı çəksə də, yerindən qopara bilməmişdir. Ona görə yaxınlaşıb Orxana kömək edib birlikdə çəkib bayrağı yerindən qoparmışlar. Bayraq Orxanda qalmışdır. Məhəccərin üstündən keçmək istəyəndə bayraq məhəccərə ilişib cırılmışdır. Sonra Orxanla uşaq bağçasının həyətindən çıxandan sonra bir qədər aşağı getmişlər, Orxan cırılan bayrağı kolluğa qoymuşdur. Oradan sonra Orxanla Namiqin mağazasının qarşısına getmişlər. Bir qədər orada oturub söhbət etmişlər. Söhbət zamanı Orxan ona məktəbin qarşısına asılan bayrağı qoparmalarını təklif etmişdir. Razılaşdığı üçün Orxanla məktəbə getmişlər. Məktəbin həyət qapısı bağlı olduğu üçün Orxan məhəccərin üstündən aşıb həyətə keçib məktəbin inzibati binasının giriş qapısına yaxınlaşmışdır. Əvvəl küçədə dayanmışdır ki, gələn olsa Orxana xəbər versin. Sonra Orxanın yanına getmişdir. Orxan məktəbin qarşısında asılan bayrağı açmaq üçün pilləkənin kənarına çəkilmiş borunun üstünə qalxan zaman yıxılmaması üçün onun ayaqlarından tutmuşdur. Orxan bayrağı yerindən çıxarıb düşəndən sonra məktəbin həyətindən çıxıb bir qədər gedəndən sonra bayrağı yolun kənarında olan yaşayış olmayan evin hasarının üstünə qoymuşdur. Bundan sonra Orxanla oradan çıxıb evlərinə getmişdir. İki gün sonra məktəblərinin rus dili müəllimi İsmayıl müəllim və məktəblərinin direktoru onu, Sinanı və Orxanı yanlarına çığırıb dağlıq ərazidəki bayrağı, uşaq bağçasının və məktəbin qarşısındakı bayrağın cırılmasında onlardan şübhələndiklərini və bayraqları onların cırıb-cırmadıqlarını soruşan zaman Orxan və Sinanla birlikdə həmin bayraqları asıldıqları yerdən qoparıb cırdıqlarını etiraf etmişlər. Orxan və Sinanla birlikdə Şəki rayonu, Şin kəndində dağlıq ərazidə quraşdırılan dövlət bayrağını, həmin kəndin uşaq bağçasının qarşısında asılan dövlət bayrağını və həmin kəndin tam orta məktəbinin qarşısında asılan dövlət bayrağını cırmalarını, bayraq asılan borunu sındırmalarını görən olmamışdır. Hazırda etdiyi əməldən çox peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Şəki rayonu, Şin kənd uşaq bağçasının həvalə müdüri vəzifəsində işləyir. Uşaq baxçası beş günlük iş rejimi ilə işləyir. Altıncı və bazar günləri isə iş olmur. İş saatından sonra uşaq bağçasını gözətçi mühafizə edir. İş günləri olmayanda isə saat 09 radələrindən mühafizəyə götürür. 2024-cü ilin fevral ayının 10 və 11-i iş günü olmadığı üçün 12 fevral 2024-cü il tarixdə, saat 09 radələrində işə gəlmişdir. Uşaq baxçasının gözətçisi Şahid2 ona uşaq bağçasının inzibati binasının ön hissəsində olan pəncərənin qarşısında asılan dövlət bayrağının yerində olmadığını, ola bilsin ki, külək əsdiyi üçün bayrağı küləyin yerindən çıxardığını bildirmişdir. Gözətçi ilə ətrafı axtarsalar da bayrağı tapmamışlar. Fikirləşmişdir ki, bayrağı külək yerindən çıxarıb aparmışdır. Həmin bayraq tapılmadığına görə yeni bayraq alıb yerinə asmışdır. Sonradan uşaq bağçasının qarşısına vurulmuş bayrağı, Şin kənd sakinləri Nurlan, Orxan və Sinan adlı şagirdlərin yerindən çıxararaq cırıb yerə atdıqlarını eşitmişdir. Bir neçə gündən sonra kəndin dağlıq ərazisində təpənin üstünə asılmış bayrağın da yerində olmadığını, həmin bayrağı da adlarını qeyd etdiyi uşaqların yerindən çıxarıb cırıb atdıqlarını eşitmişdir. Ona görə sonradan işlədiyi uşaq bağçasının qarşısından asılmış Azərbaycan Respublikası Dövlət bayrağının yuxarıda adları qeyd olunan uşaqlar tərəfindən cırılaraq hörmətsizlik edilməsinə görə DTX-nin Şəki Şəhər Şöbəsinə ərizə ilə müraciət etmişdir. Nurlan, Orxan və Sinanı və onların valideyinlərini kənd sakinləri kimi tanıyır. Əvvəllər heç vaxt Şəki rayonu, Şin kənd tam orta məktəbində, işlədiyi uşaq bağçasında və həmin kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarının dirəklərdən açılması, cırılması, digər üsulla yararsız hala salınması və təhqiredici hərəkətlər edilməsi halları olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 Şəki rayonu, Şin kənd tam orta məktəbində, işlədiyi uşaq bağçasında və yaşadığı kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarını dirəklərdən hansı səbəbdən açıb cırıb yararsız hala saldıqlarını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Şəki rayonu, Şin kənd tam orta məktəbində müəllim işləyir. 11 fevral 2024-cü il tarixdə saat 16 radələrində bacanağının evinə qonaq gedən zaman Şəki rayonu, Şin kəndinin yuxarı hissəsində dağlıq ərazidə asılan Azərbaycan Dövlət Bayrağının yerində olduğunu görmüşdür. Səhəri gün məktəbdən dəslərini qurtarandan sonra uşaq bağçasının qarşısında kənd sakinləri ilə söhbət edən zaman kimsə ona bayrağın yerində olmadığını bildirmişdir. Bayraq asılan istiqamətə baxan zaman dağlıq ərazidə asılan bayrağın yerində olmadığını görmüşdür. Sonra orada olan şəxslərdən biri ona bəlkə də bayrağı küləyin cırdığını demişdir. Sonradan dağlıq əraziyə bayraq asılan yerə getmişdir. Həmin yerə çatanda bayraq asılan dəmir borunun sındığını, bayrağın dəmir dirəkdən açıldığını, yəni asıldığı yerdə olmadığını görmüşdür. Səhəri günü məktəbə gəlib olanları məktəb direktoruna danışmışdır. Məktəbin direktoru Azər müəllim də ona təsərüffat müdüründən yeni bayraq alıb dağlıq ərazidə olan yerə asmasını bildirmişdir. Ona görə sonradan təsərrüfat müdürü Tacirlə görüşüb ondan bayraq alıb məktəblərinin şagirdləri, Sinan, Orxan və Nurlanla dağlıq əraziyə gedib sınan borunu təmir edib bayrağı yerinə asmışlar. Həmin vaxta kimi dağlıq ərazidəki bayrağı küləyin əsib yerindən qopardığını düşünmüşdür. Sonra kəndlərinin uşaq baxçasının və məktəblərinin qarşısında asılan dövlət bayraqlarının da yerində olmadığını eşitmişdir. Həmin vaxt kimlərinsə həmin bayraqları yerindən çıxarıb götürdüyünü anlamışdır. Həmin bayraqların asıldıqları yerdən çıxarılmasında məktəblərinin şagirdləri Sinan, Orxan və Nurlandan şübhələndiyi üçün Azər müəllimlə onları otağa çağırıb söhbət etmişlər. Bayraqları onların yerindən açıb götürdüklərini bildirmişlər. Sinan, Orxan və Nurlan da söhbət zamanı dağlıq ərazidə, məktəbin və uşaq baxçasının inzibati binalarının qarşısında asılan bayraqları yerindən açıb götürdüklərini etiraf etmişlər. Ona görə məktəblərinin direktoru bu barədə DTX-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Azər müəllimin şikayətindən sonra Şəki Rayon Prokurorluğunun əməkdaşları məktəblərinə gəlib onu kəndlərində dağlıq ərazidə asılmış bayrağın asıldığı yerdən çıxarılaraq cırılması ilə bağlı hadisə yerinə baxış keçirməyə dəvət etdikləri üçün prokurorluğun əməkdaşı ilə həmin əraziyə getmişdir. Orxan, Sinan və Nurlan əvvəlcədən ona bayraq asılan dəmir borunu sındırıb üzərindəki bayrağı açıb cırdıqdan sonra cırılmış bayrağı dəmir borunun içərisində gizlətdiklərini dediklərinə görə bayraq asılan borunu açıb içərisindən bayrağı çıxarıb prokurorluq əməkdaşına təqdim etmişdir. Təqdim etdiyi həmin bayraq cırılmış vəziyyətdə olmuşdur. Hadisə yerinə baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunub ucadan onlara oxunan zaman protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əvvəllər heç vaxt Şəki rayonu, Şin kənd tam orta məktəbində, uşaq bağçasında və həmin kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarının dirəklərdən açılması, cırılması, digər üsulla yararsız hala salınması və təhqiredici hərkətlər edilməsi halları olmayıb. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 Şəki rayonu, Şin kənd tam orta məktəbində, həmin kəndin uşaq bağçasında və həmin kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarını dirəklərdən hansı səbəbdən açaraq cırıb yararsız hala salmalarının səbəbini bilmir. Bu barədə həmin şəxslər bir söz deməmişlər. Nurlana dərs demir. Sinan və Orxan isə dərslərində zəifdirlər. Lakin onların məktəbdə özlərini pis aparmaları halları həmin hadisəyə kimi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2022-ci ilin sentyabr ayından Şəki rayonu, Şin kənd tam orta məktəbin direktoru vəzifəsində işləyir. 07 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenliyinə seçkilər keçirildiyi üçün məktəb direktoru işləməklə bərabər, 113 saylı Qax-Şəki seçki dairəsinin Şəki rayonu, Şin kəndində yerləşən 7 saylı seçki məntəqəsində katib işləmişdir. Həmin seçki məntəqəsi direktoru işlədiyi məktəbin birinci mərtəbəsinin daxilində yerləşmişdir. İşlədiyi məktəbin iki girişi vardır. Birinci əsas giriş qapısı məktəbdə oxuyan uşaqlar və işləyən müəllimlər üçün nəzərdə tutulmuş giriş qapısıdır. Digər qapı isə seçki məntəqəsinə seçicilərin və işçilərin gəlib-getməsi üçün nəzərdə tutulmuş giriş qapısıdır. Məktəbin əsas giriş qapısının üst hissəsində və seçki məntəqəsi keçilən giriş qapısının üst hissəsində Azərbaycan Respublikasının bayraqları asılmışdır. 12 fevral 2024-cü il tarixdə saat 09 radələrində məktəbə gələn zaman məktəbin təsərrüfat müdiri Şahid1 ona məktəbin bayrağını gözətçinin məktəbdən aralıda yerdən tapıb ona təhvil verdiyini və həmin bayrağı aparıb anbara qoyduğunu demişdir. Həmin gün gecə güclü külək əsdiyi üçün bayrağı küləyin yerindən çıxardığını fikirləşmişdir. Sonradan məktəbin seçki məntəqəsinin giriş qapısının üzərində olan bayrağı Şin kənd sakinləri Nurlan, Orxan və Sinan adlı şagirdlərin yerindən çıxarıb məktəbdən aşağıda yerə atdıqlarını, daha sonra isə kəndlərində dağlıq ərazidə və kəndlərinin uşaq bağçasının qarşısına vurulmuş bayraqları da adlarını qeyd etdiyi Nurlan, Orxan və Sinan adlı şagirdlərin yerindən çıxarış cırıb atdıqlarını eşitmişdir. Ona görə sonradan işlədiyi məktəbin qarşısından asılmış Azərbaycan Respublikası Dövlət bayrağının yuxarıda adları qeyd olunan uşaqlar tərəfindən çıxarılaraq hörmətsizlik edilməsinə görə DTX-nin Şəki şəhər Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Şəki Rayon Prokurorluğunun əməkdaşları işlədiyi məktəbin qarşısından asılmış dövlət bayrağının Nurlan, Orxan və Sinan tərəfindən açılması ilə bağlı araşdırma apardıqları üçün həmin bayrağı prokuroluğun əməkdaşlarına təqdim etmişdir. Həmin bayrağa və hadisə yerinə onların iştirakları ilə baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunub ucadan onlara oxunan zaman protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əvvəllər heç vaxt Şəki rayonu, Şin kənd tam orta məktəbində, uşaq bağçasında və həmin kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarının dirəklərdən açılması, cırılması, digər üsulla yararsız hala salınması və təhqiredici hərkətlər edilməsi halları olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 Şəki rayonu, Şin kənd tam orta məktəbində, uşaq bağçasında və yaşadıqları kənddə dağlıq ərazidə asılmış Azərbaycan Respublikası Dövlət Bayraqlarını dirəklərdən hansı səbəbdən açaraq cırıb yararsız hala saldıqlarını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid7 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin İB-də toplanmış HK-1/413 nömrəli material üzrə fakta görə CM-nin 324-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, cinayət işinin ibtidai istintaq aparılması üçün aidiyyatı üzrə Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası DTX-nın Şəki şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 39-160/2-924/2024 saylı məktubunda qeyd edilmişdir ki, tərəflərindən həyata keçirilən tədbirlər zamanı rutul milliyətli şəxslərin kompakt yaşadığı Şəki rayonu, Şin kəndində 3 müxtəlif mövqedə dalğalanan Azərbaycan Respublikasının Dövlət bayraqlarının dirəkdən endirilərək yerə atılmasına dair məlumat daxil olmuşdur. Məlumatla əlaqədar həyata keçirilmiş araşdırmalar zamanı Şəki rayonu, Şin kənd tam orta məktəbində, həmin kəndin uşaq bağçasında və kənddə mövcud olan dağlıq ərazidə asılmış bayraqların məktəbin şagirdləri: xx.xx.2007-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı milliyyətcə rutul Təqsirləndirilən şəxs1, xx.xx.2007-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə rutul Təqsirləndirilən şəxs2 və xx.xx.2008-ci il təvəllüdü, Azərbaycan Respublikası vətəndaşı, milliyyətcə rutul Şahid6 tərəfindən dirəkdən endirilərək yararsız hala salınması məlum olmuşdur. Qeyd olunan hal ilə bağlı Şəki rayon Şin kənd sakinləri - Şahid3, Şahid4 və Nümayəndə tərəfindən Azərbaycan Respublikası DTX-nın Şəki şəhər şöbəsinə müvafiq ərizələr ünvanlanmışdır. - Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ilə bağlı Şəki rayon Şin kənd tam orta məktəbinə baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, məktəbin həyətinə daxil olduqda, sağ tərəfə irəlilədikdə 6,2 metr məsafədə plastik qapı və üzərində bayraq asılması üçün nəzərdə tutulmuş qara rəngli dirək altlığı bərkidilmişdir. Dirəkdə bayraq olmamışdır. - Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ilə bağlı Şəki rayon Şin kənd uşaq bağçasına baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, bağçanın həyətyanı sahəsinə paslanmış dəmir darvazadan daxil olunur, girişçıxış qapısı ilə üzbəüz dayandıqda, sağ tərəfdə şüşəbənd, sol tərəfdə Azərbaycan Respublikasının dövlət bayrağının asıldığı müəyyən olunur. Baxış zamanı bağçanın gözətçisi Şahid2 əli ilə asılmış bayrağı göstərərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən axşam radələrində bayraq yoxa çıxmışdır. - Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəki rayonu, Şin kəndində Azərbaycan Respubilkası Dövlət Bayrağının asıldığı dağlıq əraziyə baxış keçirilən zaman həmin ərazidə kolluq hissədə daşın altından qara rəngli sellofan torbanın içərisindən bir neçə hissəyə cırılmış Azərbaycan Respublikası Dövlət Bayrağı aşkar olunaraq götürülmüşdür. - Şəki şəhər İHB-nin “Baş Layısqı” kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 163 saylı arayışdan görünür ki, Şəki rayonu Şin kənd sakini Təqsirləndirilən şəxs2 Şəki rayonu Şin kəndində qeydiyyatda olmaqla yaşayır. - Şəki şəhər İHB-nin “Baş Layısqı” kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 162 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası X12, anası X10, bacısı X7 və bacısı X1 ibarətdir. - Şəki rayonu Şin kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 09 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu Şin kənd tam orta məktəbin 10-cu sinfində oxuyur. - Şəki rayonu Şin kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 fiziki cəhətdən sağlam şagirddir. Ana dilində yaxşı danışır, oxuyur. Onun söz ehtiyatı ortadır. Xətti səliqəli və aydın deyil. Təlim tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkir. Təqsirləndirilən şəxs2 dərsdə fəal iştirak etmir, laqeydlik göstərir. O, ictimai işlərdə iştirak edir, tapşırılmış işləri yerinə yetirməyə səy göstərir. Öz potensial imkanlarından düzgün istifadə etsə, uğur əldə edə bilər. Təqsirləndirilən şəxs2 çatışmamazlıqları aradan qaldırmağa səy göstərir. Fiziki tərbiyə dərslərinə olan marağı gələcəkdə ona bu sahə ilə bağlı fəaliyyətlərdə uğur qazandıra bilər. Təqsirləndirilən şəxs2 kollektivin qərarı ilə razılaşan, səhvini başa düşən və düzəldəndir. - Şəki şəhər İHB-nin “Baş Layısqı” kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 161 saylı arayışdan görünür ki, Şəki rayonu Şin kənd sakini Təqsirləndirilən şəxs1 Şəki rayonu Şin kəndində qeydiyyatda olmaqla yaşayır. - Şəki şəhər İHB-nin “Baş Layısqı” kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 160 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X13, anası X11 və qardaşı X2 ibarətdir. - Şəki rayonu Şin kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şəki rayonu Şin kənd tam orta məktəbin 10-cu sinfində oxuyur. - Şəki rayonu Şin kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 fiziki cəhətdən sağlam şagirddir. Ana dilində yaxşı danışır, oxuyur. Onun xətti səliqəli və aydın deyil, təlim tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkir. Təqsirləndirilən şəxs1 söz ehtiyatı orta, dərsdə fəallığı zəifdir. Bəzən davranış pozuntularına yol verir, diqqətini gec toplayır. Lakin buna baxmayaraq yoldaşlarına qarşı səmimi və xeyirxahdır. Təqsirləndirilən şəxs1 ictimai işlərdə iştirak edir, ona tapşırılan işləri yerinə yetirməyə səy göstərir. O, hələ aşağı sinifdə oxuyan vaxtlardan musiqiyə həvəs göstərir, dərsdən sonra musiqi məktəbində məşğələlərdə iştirak edir. Təqsirləndirilən şəxs1 kollektivin qərarı ilə razılaşan, səhvini başa düşən və düzəldəndir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/530 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bağlamanın üzərində “Şəki rayonu, Şin kənd tam orta məktəbinin həyətindən aşkar edilərək götürülmüş 01 ədəd Azərbaycan Respubilkası Dövlət Bayrağı” yazıları olan bir ədəd Azərbaycan Respublikası Dövlət Bayrağının səthində zədə yoxdur. Tədqiqata təqdim olunmuş bağlamanın üzərində “Şəki rayonu, Şin kənddə dağlıq ərazidən aşkar edilərək götürülmüş 01 ədəd cırılmış Azərbaycan Respublikası Dövlət Bayrağı” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş üç ədəd bayraq hissəsinin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələrdir. Təqdim edilmiş bayraq hissələrindən qırmızı, mavi, yaşıl rəngli olub, üzərində ağ rəngli səkkiz guşəli, ulduz olan bayraq hissəsinin sol sol aşağı küncündə olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədə termiki təsir nəticəsində yaranmağa xarakterikdir. - Şəki şəhər İHB-nin xx.xx.2024-cü il tarixli, 5-7/2-5/636/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Şahid6 barəsində tərtib edilmiş və baxılmaq üçün Şəki Şəhər İcra kimiyyətinə daxil olmuş material tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı qeyd olunan azyaşlı, onun valideyni və Şəki rayonu Şin kənd tam orta məktəbinin rəhbər heyəti Şəki Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, qanunvericiliyin tələbləri onlara izah edilməklə profilaktiki söhbət aparılmışdır. Söhbət zamanı həm valideynə və həm də məktəbin rəhbərliyinə azyaşlının daima diqqətdə saxlanılması tapşırılmışdır. Bu barədə onlardan yazılı izahat da alınmışdır. Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti yanında YYÇİHM üzrə Komissiyanın 29 mart 2024-cü il tarixli iclasında da baxılmış, Komissiyanın qərarı ilə YYÇİHM üzrə Komissiyalar haqqında Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq səhvlərini başa düşərək növbəti dəfə belə səhvlərə yol verməyəcəyinə dair izahatı nəzərə alınaraq azyaşlı Şəki rayonu Şin kənd tam orta məktəbin direktoru Şahid3 nəzarətinə verilmişdir. - Şəki şəhər İHB-nin xx.xx.2024-cü il tarixli, 5-7/2-5/635/2024 saylı məktubunda qeyd edilmişdir ki, Şəki rayonu, Şin kənd sakini, yetkinlik yaşına çatmayan, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş və baxılmaq üçün Şəki Şəhər İcra Hakimiyyətinə daxil olmuş material tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı qeyd olunan azyaşlı, onun valideyni və Şəki rayonu Şin kənd tam orta məktəbinin rəhbər heyəti Şəki Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, qanunvericiliyin tələbləri onlara izah edilməklə profilaktiki söhbət aparılmışdır. Söhbət zamanı həm valideynə, həm də məktəbin rəhbərliyinə azyaşlının daima diqqətdə saxlanılması tapşırılmışdır. Bu də onlardan yazılı izahat da alınmışdır. Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti yanında YYÇİHM üzrə Komissiyanın 29 mart 2024-cü il tarixli iclasında da baxılmış, Komissiyanın qərarı ilə YYÇİHM üzrə Komissiyalar haqqında Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq səhvlərini başa düşərək növbəti dəfə belə səhvlərə yol verməyəcəyinə dair izahatı nəzərə alınaraq azyaşlı Şəki rayonu Şin kənd tam orta məktəbin direktoru Şahid3 nəzarətinə verilmişdir. - Şəki şəhər İHB-nin xx.xx.2024-cü il tarixli, 5-7/2-5/637/2024 saylı məktubunda qeyd edilmişdir ki, Şəki rayonu, Şin Kənd sakini, yetkinlik yaşına çatmayan, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş və baxılmaq üçün Şəki Şəhər İcra Hakimiyyətinə daxil olmuş material tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı qeyd olunan azyaşlı, onun valideyni və Şəki rayonu Şin kənd tam orta məktəbinin rəhbər heyəti Şəki Şəhər İcra Hakimiyyətinə dəvət edilmiş, qanunvericiliyin tələbləri onlara izah edilməklə profilaktiki söhbət aparılmışdır. Söhbət zamanı həm valideynə, həm də məktəb rəhbərliyinə azyaşlının daima diqqətdə saxlanılması tapşırılmışdır. Bu barədə onlardan yazılı izahat da alınmışdır. Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti yanında YYÇİHM üzrə Komissiyanın 29 mart 2024-cü il tarixli iclasında da baxılmış, Komissiyanın qərarı ilə YYÇİHM üzrə Komissiyalar haqqında Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq səhvlərini başa düşərək növbəti dəfə belə səhvlərə yol verməyəcəyinə dair izahatı nəzərə alınaraq azyaşlı Şəki rayonu Şin kənd tam orta məktəbin direktoru Şahid3 nəzarətinə verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə, Şəki rayonu Baş Layısqı kənd İƏD üzrə nümayəndəlik hüquqi şəxs olaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şəki rayonu Baş Layısqı kənd İƏD üzrə nümayəndəsi Nümayəndə zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması və cinayət prosesində iştirakının təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli, 451 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya xəstəxananın dispanser müşahidəsində yoxdurlar. - Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmalı Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində təyin edilməsi və cinayət prosesində iştiraka buraxılması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 324-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmalı Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində təyin edilməsi və cinayət prosesində iştiraka buraxılması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 324-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 376 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pisixi xəstəlikdən əziyyət çəkmir. O, cinayət əməlini törətdiyi anda öz hərəkətlərini dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur,yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma,təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyill deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 377 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair pisixi xəstəlikdən əziyyət çəkmir. O, cinayət əməlini törətdiyi anda öz hərəkətlərini dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respubilkası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyill deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsi Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxslərin göstərilən əməli törətməkdə təqsirli olmaları özlərinin etiraf ifadələrindən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, oxuduğu yer üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut olan Şəki rayonu, Şin kəndində dağlıq ərazidən aşkar edilmiş, Şəki ŞRPŞ-də saxlanılan Azərbaycan Respublikası Dövlət Bayrağının üç ədəd hissələrinin bərpa olunaraq yerinə asılması üçün Şəki rayonu, Baş Layısqı kənd icra nümayəndəliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumların üzərinə qoyula bilər. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri 65 manat pul təqsirləndirilən şəxslərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut olan Şəki rayonu, Şin kəndində dağlıq ərazidən aşkar edilmiş, Şəki ŞRPŞ-də saxlanılan Azərbaycan Respublikası Dövlət Bayrağının üç ədəd hissələrinin bərpa olunaraq yerinə asılması üçün Şəki rayonu, Baş Layısqı kənd icra nümayəndəliyinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə (Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar