Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-2/2022 01.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında 11.11.1974-cü ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – 1 nəfər azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmuş və tutulana qədər həmin ünvanda yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(091)-118/2021 saylı hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar Zaqatala rayon prokurorunun 09 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi barədə” qərarına əsasən həbsdə olduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasından Zaqatala Rayon Polis X6 Yerinə keçirilərək orada saxlanılarkən “İstintaq təcridxanalarının X11” ilə qadağan olunmuş əşya olan bir ədəd “Samsung” markalı “BM310” modelli “**********00151, **********00158” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və 17 mart 2021-ci il tarixdə saat 11:35 radələrində Zaqatala RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən X4 təhvil verilərkən müəssisə əməkdaşları tərəfindən üzərində axtarış-baxış keçirilən zaman alt paltarında gizlətdiyi daxilində “Sim” və “Nar” danışıq kartları olan həmin mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Cinayət-Prosessual Məcəllənin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi aşağıdakı mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində törətmiş olduğu cinayət əməlini etiraf etməklə göstərmişdir ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hökmdən apellyasiya şikayəti vermiş və şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılaraq Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində Zaqatala Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək 15 sentyabr 2020-ci il tarixdən Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında həbsdə saxlanılmışdır. Təqsirləndirildiyi cinayət işinin istintaqı ilə əlaqədar müxtəlif vaxtlarda, o cümlədən 10 mart 2021-ci ildə Zaqatala Rayon Polis X6 Yerinə keçirilmişdir. MSY-də saxlanıldığı kamerada yatdığı çarpayıda balıncın (yastığın, balışın) içərisində onu narahat edən əşyanın olduğunu hiss etmiş, içərisinə baxdıqda orada bir ədəd işlək vəziyyətdə olan mobil telefon aparatının və elektrik qidalandırıcısının olduğunu görmüşdür. Bu barədə MSY-nin əməkdaşlarına məlumat verməmişdir. 17 mart 2021-ci ildə MSY-dən X4 keçiriləcəyini bilən kimi telefon aparatını və elektrik qidalandırıcısını müəssisəyə keçirmək məqsədi ilə selefona bükərək alt paltarında, yəni tumanında gizlətmişdir. Zaqatala RPŞ-nin MSY-nin əməkdaşları həmin gün onu X4 gətirib təhvil verərkən, saat 1135 radələrində müəssisə əməkdaşları üzərində axtarışbaxış keçirmiş, alt paltarında gizlətidyi həmin əşyaları aşkar edərək götürmüşlər. Bununla bağlı protokol tərtib edilmiş və aşkar edilərək götürülmüş əşyalar onun və baxışda iştirak edən digər şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürləmişdir. Hadisə ilə bağlı tərtib edilmiş protokolu digər şəxslər kimi o da imzalayaraq təsdiq etmişdir. Etdiyi hərəkətin qanunla qadağan edilməsindən xəbəri olmamış, əməlindən peşmançılıq çəkdiyini və bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki Penitensiar müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və X3 həbsdə olan şəxs kimi tanımış, qohumluq əlaqələri, ədavətləri, düşmənçilikləri olmamışdır. 17 mart 2021-ci ildə saat 1135 radələrində Zaqatala RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən X4 etapla gətirilmiş Təqsirləndirilən şəxs üzərinə və gətirdiyi əşyalara müəssisənin digər əməkdaşları və hal şahidlərinin iştirakı ilə axtarışbaxış tədbirləri keçirmişlər. Tədbir zamanı Təqsirləndirilən şəxs alt paltarında gizlətdiyi «İstintaq təcridxanalarının X11» ilə qadağan olunmuş əşyalar - daxilində ***-***-**-** nömrəli “Sim” və ***-***-**-** nömrəli “Nar” danışıq kartları olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edərək götürmüşlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş əşyaların ona məxsus olduğunu, Zaqatala RPŞ-nin MSY-də saxlandığı zaman yatdığı çarpayıdakı balıncın içərisindən tapdığını bildirmişdir. Faktla bağlı protokol tərtib etmiş, iştirakçılar tanış olub doğruluğunu imzaları ilə təsdiqləmişlər. Götürülmüş əşyaları qablaşdıraraq “Zərflər üçün” möhürü ilə möhürləmiş, materiala əlavə etmiş və toplanmış materialı hüquqi qiymət verilməsi üçün göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki Penitensiar müəssisəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin konvoy hissəsinin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işinin istintaqı ilə əlaqədar və əvvəllər də Zaqatala Rayon Polis X6 Yerində saxlanılmış rayon sakini kimi tanımış, qohumluq əlaqələri, ədavətləri, düşmənçilikləri olmamışdır. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş Quliyev X7 rayon prokurorunun 09 mart 2021-ci il tarixli qərarına əsasən 10 mart 2021-ci ildə X2 Zaqatala RPŞ-nin MSY-nə keçirilmiş, 17 mart 2021-ci ildə X1ytarılmışdır. Qaytarılan vaxtı Şəki Penitensiar müəssisəsinin əməkdaşları onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış keçirmiş, alt paltarında gizlətdiyi daxilində iki ədəd danışıq kartı olan bir ədəd mobil telefon aparatı və elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin əşyaları necə və hardan əldə etdiyi barədə məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 17.03.2021-ci ildə X3 tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və gətirdiyi əşyalara axtarış-baxış keçirilən zaman alt paltarı olan tumanında gizlətdiyi, işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli “Sim” və ***-***-**-** nömrəli “Nar” danışıq kartı və elektrik qidalandırıcısı olan 1 ədəd “Samsung DUAS” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. (İş.v-9) 17.03.2021-ci ildə X3 tərtib edilmiş aktdan görünür ki, 17.03.2021-ci ildə, saat 1130 radələrində, müəssisənin axtarış-baxış otağında, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən müəssisəyə qaytarılan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilən zaman, alt paltarı olan tumanında gizlətdiyi işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli “Sim” və ***-***-**-** nömrəli “Nar” danışıq kartı və elektrik qidalandırıcısı olan 1 ədəd “Samsung DUAS” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. (İş.v- 12) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs X3 saxlandığı müddətdə mənfi xarakterizə edilmişdir. (İş.v-8) Zaqatala Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli, 4(033)-65/2020 saylı qərarından görünür ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 09 sentyabr 2020-ci il tarixdən hesablanmaqla 4 ay, yəni 09 yanvar 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İş.v-20-23) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2021-ci il tarixli, 5/443 nömrəli məhkəmə kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd “Samsung” markalı “BN310” modelli, “**********00151, **********00158” imei kodlu mobil telefon əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır (mobil telefonun proqram təminatında olan “ımei” kodla arxa markalanma göstəricisində olan “ımei” kod fərqlidir). Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. (İş.v-49-51) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Quliyev X10 Rayon Məhkəməsinin 29 noyabr 2001-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 22.01.2002-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilmiş, 28.08.2004-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin barəsində Zaqatala RPŞ-də CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına 28.10.2013-cü il tarixli qərarla CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. (İş.v-77-78) Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(091)-118/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddətin cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 09 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (İş.v-116-117) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 1(107)-8/2022 saylı qərarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021ci il tarixli, 1(091)-118/2021 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, şahid ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar həbsdə olduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasından Zaqatala rayon prokurorunun 09 mart 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi barədə” qərarına əsasən Zaqatala Rayon Polis X6 Yerinə keçirilərək orada saxlanılarkən “İstintaq təcridxanalarının X11” ilə qadağan olunmuş əşya olan bir ədəd “Samsung” markalı “BM310” modelli “**********00151, **********00158” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və 17 mart 2021-ci ildə, saat 1135 radələrində Zaqatala RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən X4 təhvil verilərkən müəssisə əməkdaşları tərəfindən üzərində axtarış-baxış keçirilən zaman alt paltarında gizlətdiyi daxilində “Sim” və “Nar” danışıq kartları olan həmin mobil telefon aparatı və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyası həddində cəzalanmalıdır. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs bir nəfər azyaşlı uşağı olmasını CM-nin 59.1.4-cü maddəsinə, eləcə də təqsirini boynuna alıb peşimançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, habelə CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilməmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CMnin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ başqa cəza yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində azyaşlı uşağı olmasını, təqsirini boynuna almaqla peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının orta həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi cəzanın məqsədinə xidmət edəcəkdir və bununla həmin məqsədə nail olmaq mümkün olacaqdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə olan cinayət əməli 09 sentyabr 2020-ci ildə müəyyən edilmiş və o yaxalanmış, cinayət işi başlanıb istintaq edilərkən, həbsdə saxlandığı müddətdə 17 mart 2021-ci ildə üzərindən hazırki cinayət əməlinə səbəb olmuş əşyalar aşkar edilib 17 may 2021-ci ildə CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanıb istintaq edilmişdir. Hər iki cinayət əməli üzrə cinayət işləri ayrı-ayrılıqda baxılması üçün məhkəməyə göndərilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs, törətdiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə olan cinayət əməli üzrə barəsində məhkəmə hökmü çıxarılmamışdan əvvəl hazırki CM-nin 317-2.1-ci maddəsi ilə olan cinayət əməlini törətmişdir, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib həbsdə olmuş, CM-nin 317-2.1-ci maddəsi ilə olan cinayət işi üzrə barəsində qətimkan tədbiri seçilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 66.5-ci maddəsinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasının əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(091)-118/2021 saylı hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib hazırda həbsdə olması, hazırki iş üzrə barəsində qətimkan tədbiri seçilmədiyi nəzərə alınmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. 01 may 2012-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. CM-nin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Həmin Məcəllənin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri bu Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli “Sim” və ***-***-**-** nömrəli “Nar” danışıq kartları olan 1 ədəd “Samsung” markalı “BM310” modelli, proqram təminatına görə imei kodu “**********00151, **********00158”, arxa markalanma göstəricisinə görə isə imei kodu “**********60822, **********60830” olan mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı dövlət nəfinə müsadirə olunmalıdır. Maddi sübutla bağlı hökmün icrası Şəki rayon icra şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən qəti cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(091)-118/2021 saylı hökmü ilə hazırda həbsdə olması və hazırki iş üzrə barəsində qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmiş işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli “Sim” və ***-***-**-** nömrəli “Nar” danışıq kartları olan 1 ədəd “Samsung” markalı “BM310” modelli, proqram təminatına görə imei kodu “**********00151, **********00158”, arxa markalanma göstəricisinə görə isə imei kodu “**********60822, **********60830” olan mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-2/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-2/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver