Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-2/2024 16.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 (mülki iddiaçı), Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdən hazıradək «TL Qroup MMC»-nin (VÖEN **********) direktoru işlədiyi dövrdə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə, Şəki şəhəri, Təyyarə Meydanı ev 40, mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, cəmi 14000 manat pul müqabilində direktoru olduğu "xxxx" MMC-yə məxsus olmasını bildirməklə, faktiki olaraq başqasının mülkiyyətində olan ** LM *** dövlət nömrə nişanlı, «Hyundai İX35» markalı avtomobili ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 16 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 9500 (doqquz min beş yüz) manat pulunu nəğd şəkildə, bundan sonra Zərərçəkmiş şəxs3 Şəki şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən «24 saat» marketdən eManat terminalı vasitəsi ilə onun 510307....4144 nömrəli plastik kartına xx.xx.2022-ci il tarixdə, saat 19:29 dəqiqədə göndərdiyi 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə, saat 22:34 dəqiqədə Şəki şəhəri, «Ekonom» marketdə yerləşən eManat terminalı vasitəsi ilə onun 510307....4144 nömrəli plastik kartına göndərdiyi 3500 (üç min beş yüz) rrıanat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 14000 (on dörd min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdən hazıradək «TL Qroup MMC»-nin (VÖEN **********) direktoru işlədiyi dövrdə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Şəki rayonunun Bideyiz kəndində yaşayan Zərərçəkmiş şəxs2 Adışırin oğlunun etibarından sui-istifadə edib, cəmi 24000 manat pul müqabilində direktoru olduğu "xxxx" MMC-nin vasitəsi ilə Koreya Respublikasından «Hyundai İX35» markalı avtomobil gətirib ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 02 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində qardaşı Şahid2 Adışırin oğlunun vasitəsi ilə aldığı 10000 (on min) manat pulunu nəğd şəkildə, 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 10000 (on min) manat pulunu nəğd şəkildə, onun cinayətkar qəsdindən məlumatı olmayan tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə Şəki rayonu ərazisindən onun «Leo Bank»a məxsus **********630569 nömrəli plastik kartına xx.xx.2022-ci il tarixdə göndərdiyi 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə göndərdiyi 4000 (dörd min) manat məbəğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 Adışırin oğluna vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 24300 (iyirmi dörd min üç yüz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarər, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdən hazıradək «TL Qroup MMC»-nin (VÖEN **********) direktoru işlədiyi dövrdə vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə, Şəki rayonunun Oraban kəndində yaşayan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, cəmi 13330 manat pul müqabilində direktoru olduğu "xxxx" MMC-yə məxsus olmasını bildirməklə, faktiki olaraq başqasının mülkiyyətində olmaqla "xxxx" MMC-nin istifadəsində olan ** PJ *** dövlət nömrə nişanlı, «Hyundai Accent» markalı avtomobili və ya həmin avtomobilin əvəzinə başqa avtomobili ona satacağını bildirməklə yalan və uydurma vədlər verərək aldadıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 26 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 8000 (səkkiz min) manat pulunu nəğd şəkildə, bundan sonra Zərərçəkmiş şəxs1 Şəki rayonu ərazisindən onun «Leo Bank»a məxsus **********630569 nömrəli plastik kartına 2022-ci ilin mart ayında göndərdiyi 300 (üç yüz) manat, 2022-ci ilin aprel ayında göndərdiyi 300 (üç yüz) manat, 2022-ci ilin may ayında göndərdiyi 300 (üç yüz) manat pulunu, 2022-ci ilin may ayında Bakı şəhəri. Yasamal rayonu ərazisində 300 (üç yüz) manat pulunu nəğd şəkildə, Şəki rayonu ərazisindən onun «Leo Bank»a məxsus **********630569 nömrəli plastik kartına 2022-ci ilin may ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda göndərdiyi 3000 (üç min), 600 (altı yüz), 130 (bir yüz otuz) və 400 (dörd yüz) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 13330 (on üç min üç yüz otuz) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,"xxxx" MMC-nin təsisçisi və direktorudur. "TL Group” MMC 2020-ci ilin yanvar ayından fəaliyyət göstərmişdir. “TL Group" MMC avtomobil icarəsi, elektronika lombardı və turizm istiqamətində fəaliyyət göstərmişdir. 2022-ci ilin yanvar ayında X4 ona telefonda avtomobil almaq istədiyini demiş və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisindəki Günəş Petrol yanacaq doldurma məntəqəsinin yaxırdığında yerləşən kafedə Zərərçəkmiş şəxs3 ilə görüşmüş, söhbət zamanı Novruz ona "Hyundai İX35" markalı avtomobil almaq istədiyini demiş, onda Hyundai İX35 markalı maşın olmadığı üçün Novruza 1-2 ay vaxt lazım olacağını demişdir. Novruz isə ona gec olsa da saz maşın istədiyini demişdir. O, Novruza Koreya Respublikasından və ya Bakı şəhərindən saz maşın tapacağını bildirmişdir. Belə olduqda Novruz Bakı şəhəri, Yasamal rayonu Günəş Petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən ‘Kafe park”da ona 9500(doqquz min beş yüz) manat pul vermiş və rəhbərlik etdiyi "xxxx" MMC ilə beh müqaviləsi bağlamışdır. Əslində Novruz ona 9500 manatı pul şəklində verməmiş, özünün istifadə etdiyi avtomobilini 9500 manat hesabı ilə ona vermişdir. Həmin vaxt o, Novruza Hyundai İX35 markalı avtomobil tapana qədər müvəqqəti idarə etməsi üçün etibarnamə ilə şirkətə məxsus “Hyundai Accent” markalı ağ rəngli avtomobil vermiş və Novruz həmin avtomobili ondan götürüb getmişdir. Təxminən 1 ay sonra Novruza zəng edib özü üçün 1000 (bir min) manat borc pul istəmiş və Novruz buna razı olaraq xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat məbləğində pulu onun bank hesabına köçürərək ona borc vermişdir. xx.xx.2022-ci il tarixdə o, Novruza zəng edib özü üçün 3500 (üç min beş yüz) manat məbləğində borc pul lazım olduğunu deyib ona qısa müddətə borc verməsini xahiş etmiş, Novruz həmin tarixdə 3500 (üç min beş yüz) manat məbləğində pulu onun bank hesabına köçürərək ona borc vermişdir. Daha sonra həmin borcu ödəyə bilmədiyi üçün Novruz ilə telefon danışıqları zamanı ona maddi vəziyyətinin pis olduğunu, borcunu qısa zamanda ödəyəcəyini demiş və razılaşmışlar. Daha sonra o, Novruza satmaq üçün Bakı şəhərində yerləşən Okean avtosalonundan 6700 manat ödəniş etməklə lizinqlə Hyundai İX35 markalı, ** LM *** dövlət nömrə nişanlı avtomobil almışdır. O, Okean avtosalonundan aldığı avtomobili bir qədər baha qiymətə olmaqla lizinqlə Novruza sataraq qazanc əldə edəcəyini düşünmüşdür. xx.xx.2022-ci il tarixdə Novruza zəng edib onun alacağı avtomobilin sənədləşmə işlərinin bitdiyini demiş, avtomobilini təhvil götürməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə əvvəlcədən gəldikləri razılığa əsasən, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Günəş Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan adını xatırlamadığı kafedə Novruz ilə görüşmüş, həmin kafedə “Hyundai İX35” markalı avtomobili Novruza satması ilə bağlı onun rəhbərlik etdiyi "xxxx" MMC ilə kredit müqaviləsi bağlamış və Okean avtosalonundan aldığı avtomobili Novruza vermişdir. Həmçinin Novruza kredit cədvəlini də təqdim edib aylıq ödənişlərin edilməsinin zəruriliyini ona izah etmişdir. Novruz isə “Hyundai Accent” markalı maşını ona qaytarıb "Hyundai İX35” markalı avtomobili təhvil götürüb getmişdir. Bir neçə ay sonra Novruz avtomobilə görə aylıq ödənişləri etmədiyi üçün Okean avtosalon tərəfindən “Hyundai İX35” markalı, ** LM *** dövlət nömrə nişanlı avtomobilin ondan geri alınması barədə məlumatı olmuşdur. Bundan başqa 2022-ci ilin fevral ayının sonlarında Novruz ona zəng edib tanışının da ondan maşın almaq istədiyini demiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisindəki kafelərdən birində Novruz sonradan tanıdığı Zərərçəkmiş şəxs2 ilə birlikdə onunla görüşmüşdür. Həmin vaxt söhbət zamanı Zərərçəkmiş şəxs2 ailəsi üçün “Hyundai İX35” markalı maşın istədiyini demiş və ondan bu işdə köməklik göstərməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 əlindən gələn köməkliyi edəcəyini demiş, Koreya Respublikasından və yaxud Bakı şəhərindən onun üçün “Hyundai İX35” markalı avtomobil tapacağını bildirmişdir. Ramil həmin maşın üçün beh olaraq 10000 manat pul gətirdiyini ona demiş, belə olduqda Yasamal rayonunda həmin kafedə "TL GROUP” MMC ilə beh müqaviləsi bağlayaraq 10000 (on min) manat məbləğində pulu Ramil ona vermişdir. Bir neçə gün sonra Ramil ona zəng edib qardaşı ilə avtomobili nəğd ödənişlə almaq qərarına gəldiklərini bildirmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində adını bilmədiyi kafedə Zərərçəkmiş şəxs2 ilə görüşmüş, həmin vaxt yanlarında Novruzdan başqa heç kim olmamışdır. Söhbət zamanı Ramil ona qardaşı Amilin işləri olduğundan qardaşının əvəzinə özünün gəldiyini, özü ilə 10000 (on min) manat pul gətirdiyini demişdir. O, Ramildən 10000 manat pulu ona borc olaraq verməsini xahiş etmiş və həmin pulu qısa müddətdə qaytaracağına söz vermişdir. Ramil onunla razılaşmış, bundan sonra Bakı şəhərində 19 saylı Notariat Kontorunda Ramil ilə borc müqaviləsi bağlayaraq Ramildən 10000 (on min) manat məbləğində pulu almış və Ramilə müvəqqəti idarə etməsi üçün etibarnamə əsasında “Hyundai Accent” markalı avtomobil vermişdir. Ramil avtomobili ondan təhvil alıb getmişdir. xx.xx.2022-ci il tarixdə telefon əlaqəsi zamanı Şahid2 onlara təşkil edəcəyi avtomobil üçün qalan 4000 (dörd min) manat pulu da göndərmək istədiyini ona demiş, o, buna razı olmuşdur. Telefon danışığı zamanı Ramil və qardaşı Amil işləri ilə bağlı Bakı şəhərinə gələ bilmədikləri üçün pulu onun bank hesabına köçürmək istədiklərini demişlər. Bir neçə gün sonra onun bank hesabına 4000 (dörd min) manat pul köçürülmüşdür. Zərərçəkmiş şəxs2 və qardaşı Şahid2 ümumilikdə ona 24000 (iyirmi dörd min) manat məbləğində pul vermişlər. Bundan başqa onun Ramilə müvəqqəti idarə etməsi üçün etibarnamə əsasında verdiyi “Hyundai Accent” markalı maşının icarə haqqı olan 300 manat məbləğində pulu onun hesabına köçürmüşlər. O, bir müddət Zərərçəkmiş şəxs2 üçün avtomobil ilə maraqlanmış, lakin saz vəziyyətdə olan maşın tapmamışdır. Həmin puldan 20000 manatını onlara qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayından tanımışdır. Zərərçəkmiş şəxs3 ona zəng edib Arzu adlı tanışının maşın almaq istədiyini demiş, o, isə Arzuya avtomobil təşkil edə biləcəyini bildirmişdir. Bir gün sonra Arzu ilə Novruz Bakı şəhərinə gəlmişlər. Gecə saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisindəki Günəş Petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb söhbət etmişlər. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Arzu və Novruzla yenidən görüşmüşdür. Arzu ona “cip” almaq istədiyini demiş, o, isə ona saz vəziyyətdə maşın tapmaq üçün müəyyən zaman lazım olacağını bildirmişdir. Həmin vaxtlar Novruz üçün maşın axtarırdığı üçün Arzuya Novruzun “Hyundai İX35” markalı maşını gəldikdən sonra onun müvəqqəti idarə etdiyi “Hyundai Accend” markalı maşını müvəqqəti idarə etməsi üçün ona verəcəyini demişdir. Arzu ondan yeni və tam saz vəziyyətdə olan, az istifadə olunmuş və qiyməti münasib olan avtomobil istəmişdir. Daha sonra Arzu maşın üçün 8000 manat pul gətirdiyini demişdir. Həmin vaxt onun maddi sıxıntıları olduğundan Arzuya həmin 8000 manatı ona borc olaraq verməsini demiş, ona maşın tapdıqda avtomobilin pulundan 8000 manatını ödəyəcəyini bildirmişdir. Arzu razı olmuş və həmin yerdə 8000 manat pulu ona vermişdir. Həmin vaxt direktoru olduğu 'TL Group'1 MMC ilə müqavilə bağlamış və bir nüsxəsini Arzuya təqdim etmişdir. Arzudan aldığı həmin pul ilə şəxsi xərclərini ödəmişdir. Bir neçə gün sonra Novruz üçün Hyundai İX35 markalı avtomobil təşkil edərək təhvil vermiş, “Hyundai Accend” markalı maşını isə istədiyi avtomobili tapana qədər müvəqqəti idarə etməsi üçün etibarnamə ilə Arzuya vermişdir. Bir müddət Arzu üçün maşın axtarmış, lakin tam olaraq Arzunun dediyi avtomobili tapa bilməmişdir. Arzu təxminon 3 ay Hyundai Accend markalı avtomobili idarə etmiş və həmin avtomobilin bütün texniki qulluqlarını, o, qarşılamışdır. Buna görə də Arzu onun kart hesabına hər ay 300 manat olmaqla cəmi 900 manat pul göndərmişdir. Arzunun idarə etdiyi “Hyundai Accend” markalı avtomobil "xxxx"a məxsus olduğu üçün müddəti bitdiyindən həmin maşını ondan alıb sahibinə qaytarmışdır. Arzu ona təcili maşın lazım olduğunu deyərək ondan Rent A Cardan maşın götürüb bir ay müddətinə idarə etməsi üçün ona verməsini xahiş etmiş, o, da Arzu üçün “Rent A Car'!dan “Kia Forte” markalı, ** MM *** nömrə nişanlı avtomobili icarəyə götürmüş və yol vərəqəsi əsasında Arzuya vermişdir. Həmin maşının aylıq icarə haqqı 1400 manat olmuşdur. Həmin pulun 1100 manatını özü, qalan 300 manatı isə Arzudan alıb maşının aylıq icarə pulunu ödəmişdir. Daha sonra onun digər maddi sıxıntıları yarandığı üçün Arzu ilə əlaqə saxlayıb ondan borc və ya faizlə pul tapmasını xahiş etmişdir. Arzu 2022-ci ilin may ayından avqust ayınadək olan müddətlərdə onun kart hesabına hissə-hissə olmaqla ümumilikdə 4130 manat pul göndərmiş və aralarındakı danışıq zamanı Arzu həmin pulu hər hansı faiz hesablamadan verdiyini ona demişdir. Daha sonra onun maddi sıxıntıları və şəxsi problemləri olduğundan Arzu üçün avtomobil gətirməmiş və ondan aldığı pulları geri qaytara bilməmişdir. Sonda bildirdi ki, vaxtında gəlsəydi avtomobili Novruzun adına rəsmiləşdirərdi. Arzunun pulunu ödüyəcək. Ramilə olan borcu isə müqavilə əsasında alınan puldur və mülki muhakimə icraat qaydasında baxılmalıdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getmiş, Yasamal rayonu ərazisindəki Günəş Petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş Anara “Hyundai İX35" markalı avtomobil almaq istədiyini demiş. Anar ona həmin marka avtomobil sata biləcəyini bildirmişdir və aralarındakı razılığa əsasən Koreya Respublikasından “Hyundai İX35" markalı avtomobil gətirtməsindən ötrü Anarın rəhbərlik etdiyi "xxxx" MMC ilə beh müqaviləsi bağlayaraq Anara 9500 (doqquz min beş yüz) manat pul vermişdir. Əslində 9500 manatı nəqd verməmiş, özünün avtomobilini 9500 manata qiymət edib Anara vermişdir. Anar ona “Hyundai İX35” markalı avtomobil gələnə qədər müvəqqəti idarə etməyindən ötrü “Hyundai Accent" markalı avtomobil vermiş və o, həmin avtomobil ilə Şəki rayonuna qayıtmışdır. xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat məbləğində pulu kredit ödənişi olaraq Şəki şəhərindəki ödəmə terminallarından birindən Anarın bank hesabına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə Anar ona zəng edib avtomobilin ölkəyə gətrildiyini, gömrük rüsumunun ödənilməsi üçün 3500 (üç min beş yüz) manat pul ödəməli olduğunu, həmin pulun daha sonra avtomobilin kredit ödənişindən çıxılacağını bildirmiş və o, 3500 (üç min beş yüz) manat məbləğində pulu Şəki şəhərindəki ödəmə terminallarından birindən Anarın bank hesabına köçürmüşdür. xx.xx.2022-ci il tarixdə Anar yenidən ona zəng edib avtomobilin sənədləşmə işlərinin bitdiyini demiş, avtomobili təhvil götürməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə o, Bakı şəhərinə getmiş və Bakı şəhəri Yasamal rayonu ərazisində Günəş Petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında olan adını xatırlamadığı kafedə Anar ilə görüşmüşdür. Həmin kafedə Anar ilə “Hyundai İX35” markalı avtomobili ona satmasından ötrü Anarın rəhbərlik etdiyi "xxxx" MMC ilə kredit müqaviləsi bağlamış və Anardan Hyundai İX35 markalı avtomobili təhvil götürüb Şəki rayonuna qayıtmışdır. Həmin dövrdə tanışı olan Şahid2 və digər tanışı Zərərçəkmiş şəxs1 da, onun Hyundai markalı avtomobil idarə etdiyini görüb ondan həmin avtomobili haradan aldığını soruşduqda o, avtomobili Təqsirləndirilən şəxs şirkətindən aldığını bildirmiş və həmin şəxsləri də Anar ilə tanış etmişdir. Daha sonra Amil və Arzu da Təqsirləndirilən şəxs avtomobil almışlar. 2022-ci ilin iyul ayında Arzu ona zəng edib avtomobili işə düşmədiyinə görə ustaya göstərdikdə, avtomobilinin mərkəzi kompyüter sistemindən sahibi tərəfindən söndürüldüyünü öyrəndiyini bildirmişdir. Həmin vaxt o, öz avtomobilinin mülkiyyətçisini öyrənmək üçün polisə nüraciət etdikdə, idarə etdiyi avtomobilin “Okean" avtosalonuna məxsus olduğunu öyrənmişdir. Bundan sonra o, Okean avtosalon ilə əlaqə saxlayıb, idarə etdiyi “Hyundai İX35” markalı avtomobil ilə bağlı maraqlandıqda, avtomobilin həqiqətən də Okean avtosalonuna məxsus olduğunu və avtomobilin kredit ödənişlərinin ödənilmədiyinə görə axtarışda olduğunu öyrənmişdir. Bir neçə gün sonra isə Okean avtosalonunun əməkdaşları Şəki şəhərinə gəlib Təqsirləndirilən şəxs aldığı “Hyundai İX35” markalı avtomobili ondan təhvil almışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Anar avtomobili Koreyadan 40 günə gətirməli idi, o, isə ayda 560 manat olmaqla cəmi 25 000 manat ödəniş etməli idi. Bildiyi qədəri ilə həmin avtomobil “Okean” avtosalondan 6000 manat ilkin və 36 ay 893 manat ödənişlə lizinq müqaviləsi ilə verilib. Avtomobil onun adına rəsmiləşməyib, müqavilə isə Anarla avtosalon arasında bağlanıb. Avtomobili 2-3 ay sürüb, həmin dövrdə ödəniş etməyib, ödənişlər Anara verdiyi 3500 manatdan çıxılmalı idi. Sonda bildirdi ki, təqsirləndirilən şəxs dələduzluq cinayətini dəfələrlə törətməsini nəzərə alaraq ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2022-ci ilin fevral ayının 25-də qohumu Novruzla söhbət zamanı onun idarə etdiyi “Hyundai Accent" markalı avtomobili haradan aldığım soruşduqda o, dostunun həmin maşını ona güzəştli şərtlərlə satdığını demişdir. O, Novruza özü üçün maşın almaq istədiyini demiş və tanışının ona da, maşın təşkil etməsini xahiş etmişdir. Novruz onun yanında Anar adlı şəxslə telefon vasitəsilə danışmış, Anar onlara əlində maşın olduğunu demiş və onları Bakı şəhərinə çağırmışdır. Həmin gün axşam saatlarında Novruzla birlikdə Bakı şəhərinə getmiş, gecə saat 01 radələrində Anar adlı şəxslə Bakı şəhərində görüşmüşlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Novruz ona zəng edib Anarın maşınla bağlı sənədləşmə işlərini gördüyünü demiş və onu kafeyə çağırmışdır. Anarla aralarındakı razılığa əsasən, Novruzun sürdüyü Hyundai Accent markalı maşını ondan almış, Anar həmin maşının 27000 manat qiyməti olduğunu deyərək ondan ilkin ödəniş üçün 8000 manat pul istəmişdir. Anarın özünü direktoru kimi təqdim etdiyi ‘TL GROUP'1 MMC ilə beh müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən 05 il ərzində hər ay 300 manat pul ödəmək lazım olduğu üçün Təqsirləndirilən şəxs ona kart hesabını vermiş və 300 manat pulu hər ay həmin hesaba ödəməsini bildirmişdir. O, 8000 manat pulu Anara verib sənədləri ondan alaraq maşınla Şəki şəhərinə gəlmişdir. 2022-ci ilin mart, aprel və may aylarında hər ay 300 manat olmaqla cəmi 900 manat pulu Şəki şəhərindən Anarın “Leo Bank,!a məxsus **********630569 nömrəli plastik kartına göndərmişdir. May ayında həmin “Hyundai Accent" markalı maşınla Bakı şəhərinə gedərkən yoxlama zamanı Anarın ona satdığı maşının “Rent A Car" MMC- yə məxsus olması məlum olmuşdur. O, Bakı şəhərinə çatan kimi Anarla əlaqə saxlayıb görüşmüş və Anar xaricdən başqa maşınların gəldiyini, bu maşının əvəzinə onun adına sənədləşdirmək şərti ilə ona başqa maşın verəcəyini demişdir. Hyundai Accent markalı maşını ondan alıb əvəzində müvəqqəti idarə etmək üçün “Kia Forte” markalı maşını ona vermişdir. Pulunun çatmadığını deyib ondan yenidən 300 manat pul almışdır. O, Kia markalı maşınla Şəki şəhərinə gəlmiş, iyun ayının ortalarında həmin maşının icarə müddəti başa çatdığı üçün ona tanımadığı şəxslərdən zənglər gəlib maşının ödənişini ondan tələb etmişlər. Belə olduqda həmin avtomobili Bakı şəhərinə aparıb Anarın özünə təhvil vermişdir. Həmin vaxt Anar iki gün müddətindo ona maşın verəcəyini bildirmiş, lakin bir neçə gün keçdikdən sonra Anar ona zəng edib xaricdən maşın gətizdirdiyini, rəsmiləşdimək üçün əlavə pul lazım olduğunu deyərək ayrı- ayrı vaxtlarda 3000 manat, 600 manat, 130 manat, 400 manat olmaqla cəmi 4130 manat pulu 2022-ci ilin iyun-avqust aylarında ondan almışdır. Həmin pulları o, Şəki şəhərində ayrı-ayrı terminallar vasitəsilə Anarın şəklini ona göndərdiyi müxtəlif nömrəli plastik kartların hesabına göndərmişdir. Lakin Anar onu aldadaraq maşın təşkil etməmiş, ondan pullarını istədikdə isə maşın təşkil edəcəyini desə də, müxtəlif bəhanələrlə onu aldatmışdır. Ona görə də hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Ziyanın ona ödənilməsinə köməklik edilməsini xahiş edir. Sonda bildirdi ki, etdiyi insanlığa qarşı təqsirləndirilən şəxs onları aldadıb. Ziyanın ödənilməsini, ədalətli qərar verilməklə, təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, qardaşı Şahid2 ilə birlikdə 2022-ci ilin fevral ayında avtomobil almaq qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə Novruz onların yaşadığı evə gələrək özü də avtomobilini kredit müqaviləsi ilə tanışı Təqsirləndirilən şəxs şirkətindən aldığını demiş, onlara da, Anarın şirkətindən avtomobil almalarını məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixdə o, işi ilə bağlı Bakı şəhərinə gedə bilmədiyi üçün qardaşı Amilə 10000 manat pul vermiş və Novruzla birlikdə Bakı şəhərinə gedib Anarla görüşüb maşın barədə danışmasını xahiş etmişdir. Amil Novruzla birlikdə Bakı şəhərinə getmiş və orada Anar Amilə maşın alqı-satqısı ilə məşğul olduğunu, özünə məxsus avtosalonu olduğunu bildirmişdir. Amil Anarın onlar üçün Koreya Respublikasından “Hyundai İX35" markalı avtomobil gətirməsindən ötrü Anarın rəhbərlik etdiyi “TL GROJP" MMC ilə müqavilə bağlayaraq Anara 10000 (on min) manat məbləğində pul verdikdən sonra Anar Amilə maşın xaricdən gələnə qədər müvəqqəti idarə etmək üçün “Hyundai Accent” markalı avtomobili etibarnamə ilə vermişdir. Amil də həmin maşını sürüb Şəki rayonuna yaşadığı evə qayıtmışdır. Bundan sonra onlar avtomobili daha tez və nəğd ödənişlə almaq qərarına gəldikdə avtomobilin ödənişini tam olaraq etmək istəmiş və Anara zəng edib bu barədə bildirdikdə. Anar onlarla razılaşaraq, avtomobil üçün əlavə olaraq 14000 (on dörd min) manat məbləğində pul ödəməli olduqlarını, ödəniş olduqdan sonra 45 gün ərzində avtomobilin ünvana çatdırılacağını demişdir. Belə olduqda, o, özünə məxsus 10000 manat pulu evdən götürüb tanışı Novruzla birlikdə xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gedib Anar ilə Yasamal rayonu ərazisində X9 rayon filialının yaxınlığında kafedə görüşmüş, Təqsirləndirilən şəxs həmin pulu avtomobil onlara təhvil verilənə qədər müqavilə əsasında vermək istədiyini bildirmişdir. Bundan sonra Bakı şəhərində 19 saylı Notariat Kontorunda Anar ilə borc müqaviləsi bağlayaraq Anara 10000 (on min) manat məbləğində pulu vermişdir. 2 gün sonra Anar ona zəng edib həmin “Hyundai Accent” markalı avtomobilin icarə haqqını, yəni 300 manat pulu ödəmək lazım olduğunu bildirmiş və Novruz onun yaşadığı evə gedib anası İradədən 300 manat pulu almışdır. Həmçinin həmin vaxt qardaşı Amil “Hyundai Accent” markalı avtomobili də Novruza təhvil verərək Anara aparmasını xahiş etmişdir. Novruz 300 manat pulun köçürülməsinə dair qəbzi xx.xx.2022-ci il tarixdə gətirib ona vermişdir. Bir neçə gün sonra işdə olduğu üçün maşınla bağlı Anara göndərəcəyi 4000 manat pulu qardaşı Amilə verərək pulu Anarın hesabına köçürməsini xahiş etmişdir. Anası iradə ilə qardaşı Amil Şəki şəhərində “Asan Xidmət" mərkəzinin inzibati binasının yaxınlığında Novruzla görüşərək ona 4000 manat pulu verib Anarın bank hesabına köçürməsini xahiş etmişlər. Novruz da razılaşaraq həmin pulu götürüb gedib Anarın bank hesabına ödəmə terminalı vasitəsi ilə köçürmüş və xx.xx.2022- ci il tarixdə həmin köçürmənin qəbzini gətirib ona vermişdir. Anar ona 2022-ci ilin may ayının sonuna qədər avtomobil gətirəcəyinə söz vermiş, Anara zəng edib maşını soruşduqda o, hər dəfə müxtəlif bəhanələrlə avtomobilin Gürcüstan Respublikasında olduğunu, hələ Azərbaycan Respublikasına gəlmədiyini, qısa müddətdə gələcəyini demişdir. O, ümumilikdə Anara 24300 manat vermişdir, lakin Anar ona 20000 manat qaytarmışdır. Həmin pulu onlar ailəlikcə bankdan götürmüşlər və artıq məbləğdə faizləri ilə birlikdə qaytarırlar. Hazırda Anara qarşı mülki iddia vermişdir və iddianın təmin olunmasını xahiş edir. Tələb etdiyi pulun 150 manatı notariusda rüsum kimi ödəmiş, qalanı isə bank faizidir. Təqsirləndirilən şəxsin dəfələrlə məhkum olunması nəzərə alınmaqla ən ağır cəzanın verilməsini və mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, X2 və Şahid1 eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Nürəddin oğlu CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan olunmuşdur. 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Nürəddin oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(075)-45/2023 saylı qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Nürəddin oğlu barəsində axtarış elan olunmaqla onun tutulması və Penitensiar Müəssisəyə yerləşdirilməsi qərara alınmışdır. Şəki Şəhər Rayon Polis Şöbəsindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlunun yeri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonun ərazisində müəyyən olunub və Nərimanov Rayon Məhkəməsi tərəfindən istintaq müddətinin sonunadək həbs dilib. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-151/2023 saylı qərardan çıxarışın sürətindən görünür ki, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Nürəddin oğlunun barəsində, 21 oktyabr 2023-cü il tarixdən hesablıanmaqla 2 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi trəfindən Şəki Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlunun barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 29 dekabr 2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsindən daxil olmuş məktuba əsasən, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi(VÖEN) ilə və TL GROUP” MMC xx.xx.2020- ci il tarixdə ********** saylı VÖEN ilə vergi orqanında vergi uçotuna alınmışdır. 29 mart 2022-ci il tarixli, 3768 nömrəli əşyanının nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, alıcı Təqsirləndirilən şəxs satıcı "xxxx" MMC il aralarında KMHJT81EBEU806231 şassi nömrəli 2013-cü ilin HYUNDAİ İX35 markalı 1 ədəd minik avtomobilinin nisyə alqı-satqısı haqqında müqavilə bağlamış, tərəflər arasında bağlanmış bu müqavilənin şərtlərinə əsasən satıcı özünə məxsus minik avtomobilini alıcıya nisyə olmaqla satır, alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq satıcıya ödəyir. X6 İcarə Müqaviləsi kimi göstərilən, 30 mart 2022-ci il tarixli tərəflərin Təqsirləndirilən şəxs Nürəddin oğlu və Zərərçəkmiş şəxs3 olan müqavilədən və ona əlavə olunmuş ödəniş qrafikindən görünür ki, KMHJT81EBEU806231 şassi nömrəli avtomobil mülkiyət hüququnun keçməsinə səbəb olmayan icarəyə verilməsi nəzərdə tutulmuş, avtomobil üçün ilkin ödəniş kimi 10500 manat, aylıq ödəniş kimi 560 manat müəyyən olunmuşdur. Adı beh müqaviləsi kimi göstərilən, tərəflərin Təqsirləndirilən şəxs Nürəddin oğlu və Şahid2 olan müqavilədən avtomobil üçün 10000 manat behin verilməsi nəzərdə tutulmuşdur. Notarial qaydada təsdiq olunmuş 28 mart 2022-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğluZərərçəkmiş şəxs2 10000 manat pul almışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində tələbnamədən və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-41/2019 saylı hökmünün sürətindən görünür ki, o, Şəki Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 32.4, 312.2 maddələri ilə təqsirli bilinərək 5 il 4 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti bitmişdir. Bakı Hərbi Məhkəməsinin hökmündən sonra Lerik rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən məsuliyyətdən azad olunmuş, hazırda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilmiş, cinayət işinin materialları xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Şəki Rayon Psixiatriya Xəstəxanasında daxil olmuş məktubdan görünür ki, Şəki şəhəri, X10 küçəsi, ev 25-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş məktubdan görünür ki, Şəki şəhəri, X11 küçəsi, ev 25-də qeydiyyatda olan Süleymanov X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənə kimi Bakı şəhərində yaşamışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlunun himayəsində üç azyaşlı uşağı vardır və bu hal onun cəzasının yüngülləşdirici halı kimi həzərə alınmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Nürəddin oğlundan cinayət əməli nəticəsində ona dəymiş 15847 manat məbləğində əsas borc və ödənilmiş 137.54 manat dövlət rüsumunu, cəmi 15984.54 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 aldığı pulun müqabilində ona avtomobil verməsini, Zərərçəkmiş şəxs2 pulu müqavilə əsasında aldığını göstərsə də, onun gətirdiyi dəlillər zərərçəkmiş şəxslərin ifadələri, cinayət işində olan digər sübutlarla tam təkzib olunduğundan məhkəmə bu halları təqsirləndirilən şəxsin bu ifadələrini əsaslı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs Nürəddin oğlu Zərərçəkmiş şəxs3 xarici dövlətdən gətirdiyi avtomobili satmaqla bağlı razılıq əldə etməsinə baxmayaraq üçüncü şəxslərin mülkiyətində olan avtomobili verməklə və zəruri olan rəsmiləşdirmə aparılmadan müvəqqəti olaraq istifadə etmək üçün avtomobil vermis və nəticə etibarı ilə zərərçəkmiş şəxs maddi ziyan çəkməsi ilə yanaşı avtomobili də əlindən alınmışdır. Eyni əməl Zərərçəkmiş şəxs2 qarşı da, törədilmişdir. Müqavilə əsasında aldığı vəsaitin əvəzinə avtomobil satmaq barədə razılaşma olsa da, təqsirləndirilən şəxsin niyəti göründüyü kimi zərərçəkmiş şəxsə qarşı dələduzluq əməlinin törədilməsi olmuşdur. Məhkəmə hesab edir zərərçəkmiş şəxslərlə müqavilələr bağlamaqla müvafiq görüntü yaradıb dələduzluq əməllərini tərətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəniş etməsi, yaşayış yerində müsbət xarakterizə olunması və himayəsində üç azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətmkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməyib qüvvəsində saxlanmalı, cəzaçəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Zərərçəkmiş şəxs2 mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs Nurddin oğlundan cinayət əməli nəticəsində ona dəymiş 15847 manat məbləğində borc, 137.54 manat dövlət rüsumu olmaqla, cəmi 15984.54 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1, 181.1.1, 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Mülki iddia tələbindən göründüyü kimi mülki iddiaçı Zərərçəkmiş şəxs2, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfində ona ümumilikdə 35847 manat məbləğində maddi ziyan dəydiyini, həmin ziyandan 20000 manat məbləğinin ödənildiyini, 15847 manat məbləğinin isə ödənilmədiyini qeyd etmişdir. Mülki iddia tələbi araşdırılarkən müəyyən edilir ki, mülki iddiaçı həm beh müqaviləsinə əsasən həm də təqsirləndirilən şəxsə verilən məbləğin bankdan alınması nəticəsində artıq pul ödənildiyini qeyd edir. Göründüyü kimi, iddia tələbində qeyd edilən hallar qeyri-müəyyən olmaqla mülki məhkəmə icraatı qaydasında ətraflı araşdırılmalı, onun tərəfindən banka ödənilmiş faiz məbləğləri dəqiqləşdirilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasın Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu büdcəsindən dövlət rüsumunun ödəyicisinə qaytarılır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mülki iddia ərizəsi baxılmamış saxlanıldığına görə, mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddianın verilməsi üçün ödənilmiş 137.54 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs2 tərəfindən mülki iddianın verilməsi üçün ödənilmiş 137.54 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-2/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-2/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver