Məhkəmə qərarları › İş №1(075)-2/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-2/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-2/2025 24.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X14 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1968-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri, Qara Qarayev küçəsi, ev 2/4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə təmiz çəkisi 44,365 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib, daşıyaraq üzərində saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib Şəki şəhəri ərazisində yerləşən «1941-1945» abidəsinin yaxınlığında yerləşən köhnə restoran binasının içərisində kirəmit dam örtüyünün altında gizlədərək saxlamış, 2 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki şəhər 8 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X34 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 1738 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 44,365 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Şəki şəhəri ərazisində yerləşən «1941-1945» abidəsinin yaxınlığında yerləşən köhnə restoran binasına 2 mart 2023-cü il tarixdə saat 2015 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı onun qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq Şəki şəhəri ərazisində yerləşən «1941-1945» abidəsinin yaxınlığında yerləşən köhnə restoran binasının içərisində kirəmit dam örtüyünün altında gizlədərək saxladığı yerdən bir ədəd sellofan torbada təmiz çəkisi 470 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Buna görə də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilərək cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmədə müəyyən edilmiş hallar və tədqiq edilmiş sübutlar, ittiham tərəfin təqdim etdiyi sübutlara uyğun deyildir, aşkar edilib götürülmüş narkotik vasitə olan tiryək və qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınması ilə bağlı cinayət hadisəsi törətməkdə təqsirləndirilən şəxs qismində məhkəməyə verilmiş şəxsin təqsirliliyi sübuta yetmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 1-ci bənbində göstərilir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 33-cü bəndində göstərilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, verilmiş ittiham üzrə göstərilən narkotik vasitənin ona heç bir aidiyyəti olmamışdır. Onun başında xəsarəti olmaqla, psixi xəstəliyi vardır, bununla bağlı qeydiyyatda dayanır, stasionar və ambulator müalicə olunur. Xəstəliyinə görə əl çəkə bilmədiyi oğurluq hərəkətlərini özü könüllü etiraf etdiyi və oğurluqları sübuta yetdiyi üçün əvvəlllər verilmiş nakotik ittihamına görə də məhkum edilmişdir. Psixi vəziyyəti normal olmadığı üçün mütəmadi müalicələr götürmüş, daim dərmanlar qəbul etmişdir. Müalicəsini etmədikdə və ya dərmanlarının qəbulunu dayandırdıqda xəstəliyi şiddətlənmiş, özündən ixtiyarsız xırda oğurluqlar etmişdir. Xırda oğurluq əməlləri ilə bağlı hər dəfə onu Polis şöbəsinə aparmışlar, lakin xəstəliyini nəzərə alıb, oğurladığını qaytardığına və ya ziyanı anası ödədiyinə görə barəsində tədbir görməyib buraxmışlar. Oğurluqları özündən ixtiyarsız etmiş, istəmədiyi halda bu hərəkətlərə yol vermiş, narkotiklə isə məşğul olmamışdır. Lakin Polis şöbəsinə aparıldığı vaxtlarda döyüləcəyindən, vurulacağından qorxduğu, baş nahiyyəsi zədəli olduğuna görə dözə bilməyəcəyi və ağır nəticələr yaranacağından qorxub etmədiklərini, polis əməkdaşlarının dedikləri kimi narkotik vasitə əldə edib daşıyaraq saxladığını, qəbul etdiyini boynuna götürmüş, o cümlədən hazırki iş üzrə də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, narkotik vasitə qəbul etdiyini, bunun üçün əldə edib, daşıdığını və saxladığını etmədiyi halda boynuna götürmüşdür. Narkoloji ekspertiza zamanı da polis əməkdaşlarının sözlərinə əməl edərək ekspertə narkotik vasitə qəbul etdiyini dediyi üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu barədə rəy verilmişdir. Əslində onun üstündə narkotik vasitə olmamış, o, Şəki şəhəri ərazisində yerləşən «1941-1945» abidəsinin yaxınlığında yerləşən köhnə restoran binasının içərisində kirəmit dam örtüyünün altında narkotik vasitə gizlətməmiş və saxlamamışdır. Mağazalardan etdiyi xırda oğurluqlara görə polis əməkdaşları ondan narazı olmuş, lakin barəsində ciddi tədbir görə bilmədiklərindən narkotik vasitənin qanunsuz dövriyyəsində iştirak etməsini, özü istifadə etmək üçün əldə edib saxladığını boynuna götürməsini ona təkid etmişlər. O, polis əməkdaşlarının dediyini etməsə döyəcəklərindən və başında olan xəsarətin daha da ağırlaşacagından qorxub polis əməkdaşlarının diqtəsinə uyğun olaraq dediklərini etmiş, narkotik vasitə qəbul etdiyi, Şəki rayonu, Öyrət kəndi ərazisində yolun kənarında yabanı halda bitmiş narkotik vasitə olan çətənə bitkilərindən özü istifadə etmək üçün yığıb qurudub saxladığı, Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisindən narkotik vasitə tapıb özü istifadə etmək məqsədilə üstündə saxladığı barədə hazırki cinayət işi üzrə yalan yazılmış ifadələrə imza etmişdir. Əslində isə göstərilənlərin heç biri olmamış, nə narkotik vasitə tapmamış, nə də toplayıb saxlamamışdır. Cinayət işində göstərilənlərə uyğun vaxtda ümumiyyətlə o, Bakı şəhərindən Mingəçevir marşrut avtobusu ilə Yevlax rayonunun Xaldan qəsəbəsinə gəlməmiş, «Xaldan dairəsi» adlanan yerdə avtobusdan düşməmiş, Şəki şəhərinə getmək üçün maşın gözləməmiş, yolun kənarından narkotik vasitə olan tiryək tapmamış, cibinə qoymamış, Şəki şəhərinə gətirməmiş, üstündən götürüb istifadə etməmiş, qalan hissəsini sonra istifadə etmək üçün cibində saxlamamışdır. Şəki rayonun Öyrət kəndinin ərazisində olmamış, oradan da narkotik bitki yarpaqları yığmamış və saxlamaışdır. 2 mart 2023-cü ildə, Şəki şəhəri, S.Rəhman küçəsindən, 8 nömrəli məktəbin yaxınlığından o, Polis şöbəsinə narkotiklə bağlı aparılmamış, bir gün əvvəl həmin yerdə yerləşən mağazadan oğurluq etdiyi üçün növbəti gün - 2 mart 2023-cü ildə yenidən mağazaya gələndə işçilər onu görüb tanımış, tutub saxlayaraq polisə məlumat vermiş, polis əməkdaşları gəlib onu aparmışlar. Cinayət işi üzrə rəsmiləşmə düzgün aparılmamış, 2 mart 2023-cü ildə Polis şöbəsinə onu cinayət işinin materiallarında göstərilən polis əməkdaşları deyil, başqa polis əməkdaşları xırda oğurluqla bağlı Polis şöbəsinə aparmış, lakin sonradan onun narkotiklə bağlı gətirildiyi kimi sənədləşmə aparılmağa başlananda guya onu cinayət işinin materiallarında adları göstərilən polis əməkdaşlarının narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə gətirdikləri kimi sənədləşmə edilmişdir. O, həqiqətin ortaya çıxması üçün göstərdiklərinin yoxlanılmasını, heç bir təqsiri olmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində isə göstərilir ki, o, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. O, əvvəllər Şəki rayonu, Öyrət kəndi ərazisində yolun kənarında yabanı halda narkotik vasitə olan çətənə bitkiləri yetişdiyini eşitmişdir. Son zamanlar narkotik vasitə tapa bilmədiyi üçün həmin yerə gedib yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarından bir qədər özü istifadə etməsi üçün yığmaq qərara gəlmişdir. Ona görə 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öyrət kəndi ərazisinə gedib həmin ərazidə yolun kənarında yabanı halda bitən çətənə bitkilərinin yarpağından bir qədər yığmış və Şəki şəhərinə 1941-1945 abidəsi adlanan əraziyə aparıb həmin ərazidə yerləşən köhnə restoran binası tikintisinin içərisində sərib qurutmuşdur. Təxminən 15 gündən sonra gedib qurutduğu narkotik vasitədən sonradan istifadə etmək üçün göy rəngli sellofan torbaya yığıb tikilidə kirəmitin altına qoyub gizlətmiş, narkotik vasitə istifadə etmək istəyəndə gedib üstündən bir qədər götürmüş, qalan hissəsini yenə həmin yerə qoyub gizlətmişdir. Sonuncu dəfə 7 gün əvvəl həmin narkotik vasitədən götürüb istifadə etmişdir. Bundan başqa təxminən bir ay əvvəl - yəni 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhərindən Mingəçevir marşrut avtobusu ilə Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində yerləşən «Xaldan dairəsi» adlanan yerdə avtobusdan düşüb Şəki şəhərinə getmək üçün maşın gözləyən zaman yolun kənarında şəffaf rəngli bir sellofan büküm görüb yerdən götürüb açanda içərisində narkotik vasitə olan tiryək olduğunu görmüş, tanıdığı üçün istifadə etmək məqsədi ilə götürüb cibinə qoyub Şəki şəhərinə gətirmiş, üstündən götürüb istifadə etmiş, qalan hissəsini sonra istifadə etmək üçün cibində saxlamışdır. 2 mart 2023-cü ildə, saat 1530 radələrində Şəki şəhəri, S.Rəhman küçəsi ilə piyada Şəki bazarına doğru hərəkət edərkən 8 nömrəli məktəbin yaxınlığında iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini polis işçiləri kimi təqdim edib, narkotik vasitə əldə etməsi barədə məlumat daxil olduğunu bildirərək onu Şəki ŞRPŞ-nə dəvət edib təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı narkotik vasitə əldə etməsi barədə daxil olmuş məlumat əsasında üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəyini bildirmişdir. Vəkillərin siyahısından seçdiyi vəkil dəvət edilərək ona təqdim olunmuş, təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı şəxsi axtarış zamanı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir qutu maqna siqaretini, bir ədəd alışqanı, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 5 manat pulu, gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən də üstünə baxış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçının xahişinə əsasən o stolun üstünə qoyduğu əşyaları - bir qutu siqareti, bir ədəd alışqanı, 5 manat pulu bir-bir təqdim edib həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Sonra sellofan bükümü təqdim edib içərisində narkotik vasitə hesab edilən tiryək olduğunu, təxminən bir ay əvvəl Bakı şəhərindən Şəki şəhərinə qayıdan zaman Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində Xaldan dairəsi adlanan ərazidə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Təhqiqatçı içərisində narkotik vasitə tiryək olan sellofan bükümü zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə o da zərfin üzərinə imza etmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən üstündən aşkar olunmuş alışqanı, siqareti və 5 manat pulu təhqiqatçı özünə qaytarmışdır. Evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda o, 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öyrət kəndi ərazisində yabanı halda bitən çətənə bitkilərinin yarpağından bir qədər özü istifadə etmək məqsədilə yığıb Şəki şəhəri, 1941-1945 abidəsinin yaxınlığındakı köhnə restoran binasının içərisində gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini təhqiqatçıya demişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayətinin olmadığını bildirmişdir. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, iştirakçılarla birlikdə o da heç bir əlavə və şikayətinin olmadığını bildirmiş, bu barədə təhqiqatçı tərəfindən tərtib edilib ucadan oxunmuş protokolu imzalamışdır. Vəkili və polis işçiləri ilə birlikdə Polis şöbəsindən çıxıb Şəki şəhəri, 1941- 1945 abidəsinin yaxınlığındakı köhnə restoran binasının olduğu yerə getmişlər. Çatıb tikiliyə daxil olmuş, 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öyrət kəndi ərazisində yabanı halda bitən çətənə bitkilərinin yarpağından yığıb bir ədəd sellofan torbada gizlətdiyi narkotik vasitə olan nəşəni götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı sellofan torbanı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təhqiqatçının sualına cavab olaraq o, heç bir şikayətinin olmadığını bildirmişdir. Videoçəkiliş dayandırılıb kompüterdə onlara nümayiş etdirilmiş, heç bir əlavə və şikayətləri olmamış, təhqiqatçının bu barədə tərtib edib ucadan oxuduğu protokolu iştirakçılarla birlikdə imzalamışdır. Narkotik vasitədən istifadə etsə də satışı ilə məşğul olmamış, narkotik vasitə istifadə etməsindən heç kimin məlumatı olmamış, narkotik vasitəni heç kimlə birlikdə istifadə etməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamış, psixi xəstəlikdən əziyyət çəkdiyi üçün Şəki rayonlararası psixi disponserdə qeydiyyatda olmuş, üstündə narkotik vasitə olan tiryək olmasından və Şəki şəhəri, 1941-1945 abidəsinin yaxınlığındakı köhnə restoran binasında narkotik vasitə olan marixuana saxlamasından heç kimin məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər Şəki şəhər sakini kimi tanımış, aralarında heç bir münasibət, ədavət, düşmənçilik olmamışdır. 2 mart 2023-cü ildə ona "Ehtibar" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması və "Ehtibar" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq, cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 2 mart 2023-cü ildə Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verilmiş, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. "Ehtibar" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib, cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində "Ehtibar" adlı şəxsin ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs 2 mart 2023-cü il tarixdə saat 1530 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Şəki şəhər 8 nömrəli orta məktəbin yaxınlığında küçədə saxlanılaraq Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün o, Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası təhqiqatçıya həvalə edildiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı xidməti otağında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini bildirib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs seçdiyi vəkili və videoçəkiliş aparması üçün Şəki ŞRPŞ-nin UQ və SİQ-nun kiçik inspektoru polis baş serjantı Taleh Mürşüdovu prosesdə iştirak etmək üçün dəvət etmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakıları ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir qutu maqna siqaretini, bir ədəd alışqanı, əynindəki açıq göy rəngli cins şalvarın sol yan cibindən 5 manat pulu, gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan bükülünü çıxarıb stolun üstünə qoymuşdur. Təqsirləndirilən şəxs üstünü təhqiqatçı özü də axtarmış, lakin başqa heç nə aşkar etməmişdir. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları - bir qutu siqareti, bir ədəd alışqanı, 5 manat pulu, sellofan bükümü təqdim edib özünə məxsus olduğunu demiş, sellofan bükümün içərisində narkotik vasitə tiryək olduğunu, təxminən bir ay əvvəl Bakı şəhərindən Şəki şəhərinə gələn zaman Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində Xaldan dairəsi adlanan ərazidə yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı içərisində narkotik vasitə tiryək olan sellofan bükümü zərfə qoyaraq zərfi möhürləmiş, digər iştirakçılarla birlikdə o da zərfin üzərinə imza etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş alışqanı, siqareti və 5 manat pulu özünə qaytarmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs evində və ya başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, Təqsirləndirilən şəxs təhqiqatçıya 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öyrət kəndi ərazisində yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından bir qədər yığıb qurudub özü istifadə etmək üçün Şəki şəhəri, 1941-1945 abidəsinin yaxınlığındakı köhnə restoran binasının içərisində gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təhiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, heç bir şikayətləri olmamış, sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Videoçəkilişə dair də heç bir əlavə və şikayətləri olmadığından bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq onlara ucadan oxunmuş, iştirakçılar protokolu imzalamışlar. Sonra iştirakçılar birlikdə Polis Şöbəsindən çıxıb Şəki şəhəri, M.Axundov küçəsində yerləşən 1941-1945 abidəsinin yaxınlığındakı köhnə restoran binası olan tikiliyə getmişlər. Təqsirləndirilən şəxs tikiliyə daxil olub kirəmit dam örtüyünün altından gizlətdiyi bir ədəd sellofan torbanı götürüb təhqiqatçıya təqdim etmiş, içərisindəkinin narkotik vasitə marixuana olduğunu demişdir. Təhqiqatçı həmin sellofan torbanı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı içərisindəki narkotik vasitə olan bir ədəd sellofan torbanı qablaşdırıb möhürləmiş, digər iştirakçılarla birlikdə o da sellofan torbanın üzərinə imza etmişdir. Təhqiqatçı iştirakçıların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşmuş, onlar heç bir şikayətlərinin olmadığını bildirmişlər. Videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmiş, videoçəkilişlə bağlı da heç bir əlavə və şikayətləri olmamışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunmuş, iştirakçılarla birlikdə protokolu imzalamışlar. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı deyil yalnız əldə etməsi, saxlaması və istifadə etməsi barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr olan marixuananı və tiryəki hardan əldə etməsini müəyyən etmək məqsədilə tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X8 bacısı X15 ifadə verib göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, o ailə qurub Göyçay rayonuna köçmüş, Ehtibar və ailəsi, anası ilə bir evdə yaşamışlar. Ehtibar psixi xəstəlikdən əziyyət çəkdiyi üçün dəfələrlə xəstəxanada müalıcə olunmuş, evdə daim dərman qəbul etmişdir. Dərmanların qəbulundan yayınmağa çalışmış, nəzarətən kənar qalanda yayınıb qəbul etməmişdir. Dərmanları vaxtında qəbul etməyib yayındıqda xəstəliyin təsirindən xırda oğurluqlar etmiş, Polis şöbəsinə aparılması, deyilməsi, tapşırılması ona heç təsir etməmiş, oğurluq vərdişindən əl çəkməmişdir. Anası vəfat edənə qədər həmişə Ehtibarın xırda oğurluqla bağlı vurduğu ziyanları ödəmiş, Polis şöbəsindən buraxdırmışdır. Anasının vəfatından sonra arvadı Ehtibara nəzarət etməkdə çətinlik çəkmişdir. Ehtibarın xırda oğurluqları Polis işçiləri üçün narahatlıqlar yaratmış, bunu polis əməkdaşları ona da demiş, nəzarət etməsələr narkotiklə tutulacağını əvvəlcədən bildirmişdilər. Ehtibar xirda oğurluqlar etmiş, bu vərdişi onun xəstəliyi ilə bağlı olmuş, lakin Ehtibar narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı deyil, mağazadan bir qutu çay oğurladığı üçün Polis şöbəsinə aparıldığını, narkotik vasitənin dövriyəsi ilə məşğul olmadığını, onu Polis şöbəsinə aparan Polis əməkdaşlarının ifadə vermiş Polis əməkdaşları olmadığını bildirdiyi üçün həmin hal araşdırılarkən doğrudan da Şəki ŞRPŞnin gətirilən şəxslərin qeydiyyatı jurnalında xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs Polis şöbəsinə Şahid3 və Şahid4 tərəfindən gətirildiyinin qeyd olunduğu müəyyən edilmiş, həmin polis əməkdaşları da məhkəmədə dindirilmişlər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləmiş, hazırda Yevlax RPŞ-də CAB-nin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili işlədiyi müddətdə Təqsirləndirilən şəxs mağazalardan xırda oğurluq etdiyinə görə dəfələrlə Polis şöbəsinə aparılmış, ziyanı ödədiyi üçün buraxılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Polis şöbəsinə, təhqiqatçının xidməti otağına Şahid4 ilə o aparmış, onların iştirakı ilə videoçəkilişlə üstündən narkotik vasitə aşkar olunub götürülmüş və sənədləşdirilmişdir. Üstündən çox vaxt keçdiyindən yadında tam qalmamış, lakin cinayət işindəki ifadəsini özü oxuyub imza etmişdir, indi həmin prosesi xatırlamasa da cinayət işinin materiallarındakı ifadəsi doğrudur və doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxsi Polis şöbəsinə apararkən Şahid1 və Ramin Adamov onlarla birlikdə olmamış, Şahid4 və o mülki geyimdə olmuşlar. Dəfələrlə Polis şöbəsinə aparaıldığı üçün təqsirləndirilən şəxs kimlər tərəfindən Polis şöbəsinə aparıldığını dəqiq xatırlamaya bilər, lakin hazırki hadisə ilə bağlı təqsirləndirilən şəxsin Polis şöbəsinə Toğrul və onun tərəfindən aparıldığı dəqiqdir. Eyni zamanda təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı fərqli ifadələr verə bilər, bir neçə gündən sonra Polis şöbəsinə aparanların fərqli şəxslər olduğunu deyəcəkdir. İstintaqdakı ifadəsinə baxa bilmədiyi üçün dəqiq deyə bilməsə də, xatirində qalana görə təqsirləndirilən şəxsin üstündən narkotik vasitənin marixuna növündən aşkar edilmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləmiş, hazırda Qax RPŞ-də CAB-nin əməliyyat müvəkkili işləyən Şahid4 da, Şahid3 ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Göründüyü kimi, Şahid3 və Şahid4 X4 polisə gətirilməsində iştirak etmiş, bu faktı özləri də təsdiq etmiş və həmin hal polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabında da əksini tapmışdır. Lakin onların sonrakı prosessual hərəkətlərdə iştirakı iş materiallarında görünmür və iş üzrə onlar şahid qismində dindirilməmiş, nə də iş materiallarında ifadələri mövcud deyildir. Lakin xidməti vəzifələri ilə bağlı refleks olaraq iş üzrə verdikləri, iş materiallarındakı ifadələrini təsdiq etdiklərini qeyd edirlər. Həmçinin iş materiallarında təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin tiryək növündən aşkar edildiyi kimi sənədləşmə aparıldığı halda, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin marixuana növündən aşkar edildiyi bildirilir. Eyni zamanda iş materiallarında təqsirləndirilən şəxsi Polis şöbəsinə gətirən, üzərinə şəxsi axtarış keçirilməsində iştirak edən və digər yerdən narkotik vasitənin götürülməsində iştirak etmiş polis əməkdaşları olaraq Şahid1 və Şahid2 göstərilir. Onlar məhkəmə iclasında da bu halı təsdiq edirlər. Təqsirləndirilən şəxs isə onu Polis şöbəsinə Şahid1 və Şahid2 gətirmədiyini, Şahid3 və Şahid4 tərəfindən oğurluqla bağlı gətirildiyini, üstündə və başqa yerdə narkotik vasitə saxlamadığını, iş materiallarındakı sənədləşmənin saxtalaşdırıldığını, bu halı həmin vaxt özünün də qorxudan etiraf etdiyini bildirir. Beləliklə, təqsirləndirilən şəxsin məhkəmə istintaqında göstərdikləri təsdiqini tapmaqla iş materiallarını təkzib edir və sonrakı araşdırmalarda da müəyyən edilənlər təqsirləndirilən şəxsin alibilərinin həqiqət olduğunu təsdiq edir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şəki Rayon Psixatriya Xəstəxanasının baş həkimi X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şəki şəhər sakini və psixi xəstəliyi olan şəxs kimi tanımış, aralarında qohumluq əlaqəsi, ədavət, düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs xəstəxanaya adətən özünə qulluq etməyəndə, xəstəliyi ilə bağlı müalıcıdın yayınanda, dərmanlarını qəbul etməyəndə gətirilib və onda da çox aqresiv olmuş, son 2-3 ildə Polisin sorğuları zamanı qarşılaşmışlar. Ehtibar adətən mağazadan xırda şeylər, siqaret və ya kiçik içki, lazımsız balaca şeylər kibrit götürərdi. Ehtibarda şizefreniyanın qüsur əlamətləri görünürdü. Həmin mağazadan etdiyi oğurluqlarda xəstəliyinə uyğun hərəkətlərdi. O cür xəstələr etdiyi oğurluq hərəkətlərindən həzz alır. Əvvəl anası sağ idi, etdiyi oğurluqlarla bağlı ziyanları ödədiyi üçün polis də xəstəliyinə görə nəzərə alırdı. Anası vəfat edəndən sonra isə nəzatərsiz qalıb özünə baxmır, buna görə xəstəliyi şiddətlənir. Bəzən də evə getməyəndə, axtarıb tapmayanda, xəstəxanadan soruşurdular, sonra məlum olurdu ki, spirtli içki qəbul edib haradasa yatıb qalıb evə getməmişdir. Havanın pis soyuq vaxtlarında içib çoldə yatab qalıb məhv olmaması üçün əksər hallarda xəstəxana özü də Ehtibarı xəstəxanada saxlayıb müalicəsi ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs nə spirtli içkiyə, nə də narkotikə asılılıq görməmiş, hiss etməmişdir. Etdiyi oğurluqlara görə Ehtibarda Kleptomaniyadan çox Şizofreniyanın qüsur əlamətlərinı daha uyğun görmüşdür. Xəstəxanada olduğu vaxtlarda, eləcə də hazırki işə baxılan müddətdə xəstəxanaya düşəndə Təqsirləndirilən şəxs narkomaniya ilə bağlı o, heç bir əlamətlər görməmişdir. Ehtibarın pxisi xəstəliyini tam aradan qaldırmaq mümkün olmur, müalicədən sonra nisbətən sabitləşir, sonradan dərmanları qəbul etmir, nəzarətsiz qalır və xəstəliyin baş qaldırmasından hərəkətlərini – yəni xırda oğurluqlar etməyə başlayır. Onun etdiyi xırda oğurluqlar polis üçün də problem yaradır, bəzən polis əməkdaşlarının Ehtibarın psixi xəstəliyi ilə bağlı xəstəxanadan sənədlər götürdüyü hallar da olmuşdur. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, ticarətlə məşğul olmuş, Şəki şəhər 8 saylı orta məktəbin yaxınlığında mağaza işlətmişdir. 1 mart 2023-cü ildə mağazanın kamerasını izləyərkən bir nəfər kişi cinsli şəxsin mağazanın piştaxtasından 1 qutu quru çay oğurladığını müşahidə etmişlər. Oğurluq edən şəxsi kamera çəkilişindən tam görmək mümkün olsa da, lakin tanımadıqları üçün kimliyini müəyyən edə bilməmişlər. 2 mart 2023-cü ildə, saat 12-13 aralığında həmin oğurluq edən şəxs yenidən mağazaya gəlmiş, tanıyıb mağazada saxlayaraq Mühafizə Polisində işləyən Qara ləqəbli polis əməkdaşı tanışına zəng vuraraq hadisə barədə deyib mağazaya gəlməsini xahiş etmişdir. Qara ləqəbli polis əməkdaşı gəlmiş, hazırki iş üzrə Təqsirləndirilən şəxs bir gün əvvəl mağazadan 1 qutu quru çay oğurladığını boynuna almış, Qara kiməsə zəng etmiş, polis əməkdaşları gəlib oğurluq etmiş Təqsirləndirilən şəxs özləri ilə Polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Şəki rayon Mühafizə Polisində polis nəfəri işləmişdir. Adı Pərvin olsa da əksər tanıyanlar onun adını Qara kimi bilmiş və Qara deyərək çağırmışlar. 2 mart 2023-cü ildə, saat 12 radələrində Şəki şəhər 8 saylı orta məktəbin yaxınlığında mağaza işlədən tanışı X23 mobil telefonuna zəng edərək, mağazasından oğurluq etmiş şəxsi tutub saxladığını bildirmiş, kömək etmək üçün mağazaya gəlməsini xahiş etmişdir. O, mağazaya gedib oğurluq etmiş Təqsirləndirilən şəxs görmüş, Ehtibar bir gün əvvəl mağazadan 1 qutu quru çay oğurladığını etiraf etmişdir. O, Şəki ŞRPŞ-nin CAB-nin rəisi Şahid6 zəng vurub hadisə barədə bildirmiş, Polis şöbəsindən polis əməkdaşları mağazaya gəlmiş, Təqsirləndirilən şəxs ondan təhvil alab özləri ilə Polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın rəisi işləmiş, hazırda Yevlax RPŞ-i rəisinin köməkçisi işləyən Şahid6 ifadəsində göstərmişdir ki, uzun müddət vaxt keçdiyinə görə tam təfsilatı ilə yaddında qalmasa da Təqsirləndirilən şəxs mağazadan oğurluq etməsi ilə bağlı ona məlumat verildiyini və bölmənin əməkdaşlarının Təqsirləndirilən şəxs Polis şöbəsinə gətirdiyini ötəri xatırlamışdır. Həmin tədbirdə şəxsən iştirak etmədiyi üçün olduğu kimi yadında qalmamış, lakin Polis şöbəsində narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs barəsində cinayət işi istintaq edilmişdir. Onların eyni vaxtda olduğunu yaxud da başqa vaxtlarda baş verdiyini xatırlamamışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, polis əməkdaşlarının peşə fəaliyyəti ilə bağlı olaraq hadisəni olduğu kimi xatırlamadıqları demələri və ittihamın mahiyyətinə uyğun ifadə vermələri, ittihamın təsdiq olunmasına doğru addımları və cəhdləri başa düşülən olmaqla məhkəmə istintaqında görünən həddə olmuşdur. Belə ki, gətirilən şəxslərin qeydiyyatı jurnalında Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Polis şöbəsinə gətirən şəxslər kimi qeyd olunmuş polis əməkdaşları Şahid3 və Şahid4 keçirildiyi qeyd olunan əməliyyat tədbirində iştirakları qeydə alınmamış, həmin polis əməkdaşları iş üzrə ibtidai istintaq zamanı dindirilməmiş və ifadə verməmişlər. Lakin təqsirləndirilən şəxsin onu Polis şöbəsinə narkotiklə bağlı deyil, xırda oğurluqla bağlı başqa polis əməkdaşlarının apardığını bildirməsi iddiası üzrə müəyyən edilib əlavə şahid qismində məhkəmə istintaqında dindirilərkən, ibtidai istintaq zamanı vermədikləri ifadələrini təsdiq etdikləri barədə dedikləri, təqsirləndirilən şəxsi xırda oğrluqla bağlı gətirdiklərini, narkotiklə bağlı qurama sənədləşmə zamanı iştirak etmədikləri halda ittihamın təsdiq olunmasına çalışmalarını, ittihamın isə təsdiqini tapmadığını göstərir. İttihamın qurama olduğu, yəni təqsirləndirilən şəxsə narkotiklə verilən ittihamın saxtalaşdırıldığı, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillərlə yanaşı, onların həqiqiliyini yoxlamaq üçün dindirilmiş əlavə şahidlərin ifadələrindən əlavə, telefon danışıqlarının vaxtları, yerləri və digər sənədlər, həmçinin faktların üst-üstə düşməsilə bir daha təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrinin etirafedici olmasının səbəbini döyülməsindən, başında xəstəliyi olduğu üçün vurulduğu halda xəstəliyinin daha da şiddətlənəcəyindən qorxduğuna görə heç bir etiraz etmədən, müqavimətsiz olaraq polis əməkdaşlarının təklifi ilə narkotik vasitənin dövriyyəsində iştirakını boynuna götürdüyü, narkotik vasitənin ona aid olmadığı digər aşağıda sadalananlarla üst-üstə düşmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində ondan aşkar edildiyi qeyd olunan tiryəki təxminən bir ay əvvəl Bakı şəhərindən Şəki şəhərinə qayıdan zaman Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisində Xaldan dairəsi adlanan ərazidə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, marixuananı 2022-ci ilin avqust ayının sonlarında Şəki rayonunun Öyrət kəndi ərazisində yabanı halda bitən çətənə bitkilərinin yarpağından özü istifadə etmək məqsədilə yığıb Şəki şəhəri, 1941-1945 abidəsinin yaxınlığındakı köhnə restoran binasının içərisində gizlətdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonun istifadə olunduğu ərazilər yoxlanılarkən onun qeyd olunan vaxt Bakı, Yevlax, Xaldan, Öyrət kəndi ərazilərində olduğu təsdiqini tapmamışdır. Bunların həqiqiliyini yoxlamaq, sübut etmə yükünün ittiham tərəfinin vəzifəsi olduğu baxımından yanaşdıqda görünür ki, ibtidai araşdırma orqanı qeyd olunanların doğru olub-olmadığını yoxlamamış və buna heç cəhd də etməmiş, bunları araşdırmağa səy göstərməmişdir. Bu onu deməyə əsas verir ki, narkotikin əldə edilmə mənbəyi ilə bağlı müəyyən edilənlərin həqiqəti əks etdirmədiyi dəqiqliyi ilə bilindiyi üçün yoxlanmasına ehtiyac duyulmamış, narkotikin əldə edilmə mənbəyinin aşkar edilməsi üçün əsaslı addımlar atılmamış, ayrıca icraata ayrılmaqla kifayətlənilmişdır. Eyni zamanda narkotik vasitələrin yerdən tapılmaqla əldə edilməsi həqiqəti əks etdirmədiyini göstərməkdən əlavə, marixuananın Şəki rayonunun Öyrət kəndinin ərazisindən yabanı halda bitən çətənə bitkilərinin yarpağından yığılmaqla əldə edilməsi versiyası əksər cinayət işlərində eyni ilə göstərilib bu haqda narkotik vasitənin yayılmasının qarşısının alınması üçün vaxtında həmin ərazinin təmizlənməsi tədbirləri görülməsinin mümkünlüyü eyni nəticə fikrini əsaslı edir. Narkotik vasitə həqiqətən qeyd olunan yerdən tapılmılşdırsa, ibtidai araşdırma orqanı nə üçün həmin yerə baxış keçirməmiş, mümkünlüyünü yoxlamamış, orada kimlərin olduğunu araşdırmamış, dindirilməsi üçün şahidlər axtarmamış, doğrudan da oradan narkotik daşındığı, yerə düşüb qalmasının mümkünlüyü öyrənilməmiş, əgər bunlar doğru deyildirsə nə üçün mənbənin gizlədilməsinin səbəbi heç bir maraq doğurmamışdır? Bitki mənşəli narkotik vasitənin hər dəfə eyni ərazidən yığılması, bunun mübarizəsi ilə məşğul olan orqan üçün əhəmiyyət kəsb etməyə bilməz. Eyni zamanda bitkinin yetişmə vaxtı məlum olduğu üçün vaxtında məhv edilməsi və ərazini daim nəzarətdə saxlayıb oradan narkotik yığılmasının qarşısını almaq da mümkündür. Ümumiyyətlə avqust ayında narkotik vasitə olan marixuana əldə mövcud olan vəziyyətdə yetişərmi? Onun qurudulub hazırlanması psixi xəstəliyi olan şəxs tərəfindən hansı qaydada, harada edilib ki, heç kim görməmişdir? Belə olan halda ibtidai araşdırma orqanının və məhkəmənin yalanlara inanıb bu kimi hallara qiymət verməməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi qiymətləndirilməməlidir. Bunların həqiqət olmadığına dair isə ibtidai araşdırma orqanı heç bir sübut təqdim etməmişdir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin narkotik vasitə əldə edib saxlaması barədə xx.xx.2023-cü ildə əməliyyat məlumatı daxil olduğu, şəxsiyyətinin və yerinin müəyyənləşdirilib məlumatın yoxlanması üçün Polis şöbəsinə gətirildiyi, üstünə şəxsi axtarış keçirilərək narkotik vasitə olan tiryək, sonra isə eyni tarixdə özünün təqdim etməsi əsasında digər yerdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürüldüyü məlum olur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında həmin vaxt Polis şöbəsinə, bir gün əvvəl mağazadan quru çay oğurladığına görə mağaza sahibi tərəfindən yaxalanıb polis əməkdaşlarına təhvil verilməklə aparıldığını bildirmişdir. Həmin hal yoxlanılarkən təsdiqini tapmışdır. Mağazanı işlədən şəxs, bir gün əvvəl mağazadan quru çay oğurladığına görə xx.xx.2023-cü ildə təqsirləndirilən şəxsi mağazada saxlayıb mühafizə polisinin əməkdaşını çağırıb təhvil verdiyini, mühafizə polisinin əməkdaşı da ŞRPŞ-nin əməkdaşlarını çağırıb təqsirləndirilən şəxsi təhvil verdiyini bildirmişdir. Görüdyü kimi təqsirləndirilən şəxsin Polis şöbəsinə aparıldığı vaxt və yer, yəni 8 nömrəli məktəbin yaxınlığı və xx.xx.2023-cü il tarixi deyilənlər və cinayət işinin materialları ilə eynidir. Deməli həqiqətən də təqsirləndirilən şəxsin xx.xx.2023-cü ildə 8 nömrəli məktəbin yaxınlığından xirda oğurluqla bağlı Polis şöbəsinə aparıldığı mübahisə edilən hal deyildir. Lakin cinayət işin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı əsasında, əməliyyat keçirilməsinə razılıq verilib, əməliyyat qrupu yaradılıb polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən şəxsiyyəti və yeri müəyyən edilməklə Polis şöbəsinə aparıldığı rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxsin həmin halın həqiqəti əks etditmədiyi barədə məhkəmə istintaqında etdiyi iddialardan sonra verilmiş sorğu əsasında ŞRPŞ-dən götürülmüş Gətirilən şəxslərin qeydiyyatına dair jurnalın təsdiq olunmuş surətindən məlum olmuşdur ki, təqsirləndirilən şəxsi həqiqətən də xx.xx.2023-cü ildə Polis şöbəsinə polis əməkdaşları Şahid1 və Şahid2 deyil, polis əməkdaşları Şahid3 və Şahid4 aparmışlar, jurnalda da sonuncuların apardığı qeyd olunmuşdur. Deməli təqsirləndirilən şəxsin onu Polis şöbəsinə narkotiklə bağlı deyil, xırda oğurluğa görə, mağazadan quru çay oğurlamasına görə apardıqları təsdiqini tapır. Həmin halı iş üzrə əlavə şahid qismində müəyyən edilib məhkəmə istintaqında dindirilmiş xırda oğurluq edilmiş mağazanı işlədən və xx.xx.2023-cü ildə təqsirləndirilən şəxsi mağazada yaxalayan X23, eləcə də sonuncunun təqsirləndirilən şəxsi yaxaladıqdan sonra təhvil verdiyi Şəki rayon Mühafizə Polisində polis nəfəri işləmiş Şahid5 da birmənalı təsdiq etmişlər. Göründüyü kimi aidiyyəti və cinayət işinin necə sənədləşməsindən xəbərləri olmayan şəxslərin verdiyi ifadələr təqsirləndirilən şəxsin dedikləri ilə üst-üstə düşüb, göstərdiklərini təsdiq etmişdir. Bundan başqa ittihamın təsdiq olunmasında xidməti vəzifələrinə görə maraqlı olan polis əməkdaşları təqsirləndirilən şəxsin narkotiklə bağlı gətirildiyini bildirsələr də, xirda oğurluqla bağlı sənədləşmənin nə üçün aparılmadığını, gətirilən şəxslərin qeydi jurnalında həqiqi gətirən şəxslərin qeydiyyatı aparıldığı halda narkotik sənədləşməsində başqa şəxslərin adlarının qeyd edilməsi səbəbi barədə heç bir izah tapmaq mümkün olmamışıdır. Hətta təqsirləndirilən şəxsi xırda oğurluqla bağlı Polis şöbəsinə aparmış polis əməkdaşları əlavə şahidlər kimi cəlb olunub dindirilərkən belə narkotiklə bağlı sənədləşmədə onların iştirakı qeyd edilmədiyini, ifadələri alınmadığını xatırlamayıb, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini deməklə, verilmiş ittihamın qurama olduğunu göstərmişlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istintaq materiallarında təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitələr olan tiryəki yaxalanmamışdan 1 ay əvvəl, marixuananı isə 7 ay əvvəl 2022-ci ilin avqust ayında özü istifadə etmək üçün əldə etdiyi kimi və tiryək 44,365 qram, qurudulmuş marixuana isə 470 qram göstərilir. Tiryəkin qanunla müəyyən edilmiş küllü miqdar həddi 50 qramdan yuxarı, qurudulmuş marixuananın isə qanunla müəyyən edilmiş küllü miqdar həddi 500 qramdan yuxarı hesab edilir. Belə görünür ki, aşkar olunmuş hər iki növ narkotik vasitələr külli miqdara yaxın həddədirlər. Hər biri külli miqdara yaxın iki növ narkotik vasitənin xırda oğurluğa meyilli psixi qüsurlu təqsirləndirilən şəxsin birini 1, digərini 7 aydan çox saxlaması, onlarla davranması, qədərinə görə aşkar edilmiş narkotik vasitələrin qara bazar qiyməti onların yerdən tapılmaq və yığılıb saxlanması üçün qeyri fərqli düşüncə tələb edir. İş üzrə məhkəmə istintaqında əlavə şahid qismində cəlb edilib dindirilmiş həkim izah etmişdir ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə və işə məhkəmədə baxıldığı dövrdə də psixi durumu ilə bağlı baxımsızlıqdan xəstəxanada müalıcə aldığı vaxtlarda heç vaxt narkotiklə bağlılığını və asılılığını, hətta narkotikə meyillliyini, narkotik vasitə qəbul edən olması əlamətlərini görməmiş və müşahidə etməmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxsin xəstəliyinin aid olduğu şəxslərin narkotikə meyilli olmasını nə ədəbiyyatlarda oxumamış nə də təcrübədə görməmişdir. Eyni zamanda külli miqdara yaxın qurudulmuş marixuananın əldə edilməsi üçün nə qədər yaş marixuana yığmalı idi ki, onlardan aşkar olunmuş qədərində marixuana hazırlamış olsun. Onu harada, necə hazırladığı, necə saxladığı, istifadə etdiyi yolları barədə yalnız çəkməklə istifadə etməsi kimi kiçik bir kəlmə ilə kifayətlənmək, narkotiklə mübarizə tədiri kimi qiymətləndirilib, həqiqət kimi qəbul edilməsi özünü aldatmaqdan başqa heç nə ola bilməz. Deməli kifayət qədər dəyəri olan aşkar edilmiş narkotik vasitənin təqsirləndirilən şəxsdə yerdən tapılmaq və yığılmaqla aşkar edilmiş kimi cinayət işinin materiallarında göstərildiyi qaydada mənbənin müəyyən edilməsi üçün heç bir əsaslı araşdırma aparılmadan ibtidai araşdırma orqanı tərəfindən qəbul edilməsi, ümumi düşüncədə olduğu kimi hər dəfə bu qaydada olub keçib kimi yanaşmaların hazırda və hazırki iş üzrə istisnalarını ortaya çıxarır və bir mənalı demək olar ki, inandırıcı deyil, əksinə təqsirləndirilən şəxsin narkotik vasitələrin ona aid olmadığı iddiasına daha uyğundur. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, hazırki cinayət işinə baxıldığı dövrdə təqsiləndirilən şəxs psixi xəstəliyi ilə bağlı 2 dəfə stasionar qaydada xəstəxanada müalicə almış, eləcə də həmin dövrdə etdiyi oğurluq hərəkətləri ilə bağlı barəsində cinayət işi istintaq edilib məhkəmə məsuliyyətinə verilmişdir. Lakin məhkəmə hesab edir ki, onun psixi vəziyyəti kifayət qədər lazımi səviyyədə araşdırılıb qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə hazırki işə tam, obyektiv və hərtərəfli qiymət verilməsi üçün araşdırma apararaq, təqsirləndirilən şəxsin ifadəsindən və real etdiklərindən ortada olan hallara görə hərəkətlərini tibbi cəhətdən öyrənərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin hərəkətləri, etdikləri və danışığından məlum olan düşüncəsi aşağıda qeyd edilənlərə uyğun görünür. Belə ki, söylədikləri əsasında müşahidə olunan əlamətlərə görə - bu cür "qeyriməntiqi zövq" (heç kimin görmədiyinə inanaraq oğurluqdan həzz alma) şizofreniya, psixoz və ya digər psixi pozuntuların əlaməti ola bilər. Xüsusilə, grandioz delüziyalar (məsələn, "Mən qeyri-görünənəm, heç kim məni tuta bilməz") və ya dezorganizə düşüncə ilə əlaqəli ola bilər. Şizofreniya - Psixotik Epizodların digər Psixi Pozuntularla əlaqəsi də mümkündür. Məsələn 1. - Delüziyalarla: "Mən xüsusi güclərə malikəm", "Kameralar məni görə bilmir". - Halüsinasiyalar: Səslər ona "təhlükəsiz olduğunu" deyə bilər. - Qeyri-məntiqi həzz: Cəmiyyət qaydalarını pozmaqdan özünü "xüsusi" hiss etmə. 2. Kleptomaniya (X20). - Oğurluq anında gərginlik və sonra rahatlama. - Əşyanın dəyəri yox, "etmə prosesi" önəmlidir. 3. Narsisistik və ya Antisosial Şəxsiyyət Xüsusiyyətləri. - "Mən ağıllıyam, heç kim məni tuta bilməz" kimi böyük fikirlər. - Riskli davranışlardan özünü üstün hiss etmə. 4. Paranoid Pozuntular. - "Hamı mənə qarşıdır, ona görə də onlardan əşya götürmək haqlıdır" kimi inamlar. Bundan başqa qeyd olunan - bu cür davranış (riskdən həzz alma və cəzadan qorxmama) antisosial şəxsiyyət pozuntusu, psixopatiya, bipolyar pozuntu (manik fazada) və ya bəzi şizofreniya formaları ilə əlaqəli ola bilər. Onlarda aşağıdakı Səbəblər və X13. 1. Antisosial Şəxsiyyət Pozuntusu (ASŞP) / Psixopatiya. - Riskli davranışdan həzz alma (kriminal hərəkətlər, qanunları pozmaq). - Cəzadan qorxmama ("Məni heç kim tuta bilməz" və ya "Əgər tutulsam da, nəticəsi mənə toxunmaz"). - Empatiya çatışmazlığı (başqalarının əzabını görməkdən narahat olmama). - İmpulsivlik və davranış nəticələrini düşünməmək.

2. X17 Fazası. - Həddindən artıq özünəinam ("Mən qeyri-məhdudam, heç nə mənə zərər verə bilməz"). - Artıq risk alma (impulsiv oğurluq, qumar, təhlükəli seksual davranış). - Nəticələri qiymətləndirə bilməmə. 3. X1. - "Mən xüsusi güclərə malikəm" (məsələn, "Polis məni görə bilmir"). - Reallıqdan ayrılma (cəza və nəticələri inkar etmək). 4. Kleptomaniya və ya X35 Bozukluqları. - Oğurluq zamanı gərginlik və həzz hissi. - Dürtünə qarşı müqavimət göstərə bilməmə. Qeyd olunanlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı etdiyi xırda oğurluqlara görə arzu olunmaz şəxs olmuş, müalicəsini davam etdirmədiyi vaxtlarda xəstəliyi baş qaldırmış, xırda oğurluqlar etməklə aidiyyəti orqanın, konkret olaraq polis orqanının probleminə çevrilmişdir. Göründüyü kimi, mağazadan quru çay oğurluq hadisəsi baş verdiyi, yaxalanıb Polis şöbəsinə aparıldığı təsdiq olunsa da bu hadisə qeydə alınıb araşdırma aparılmamışdır. Xəstə olduğunu bildiyi üçün mağazanı işlədən şəxs də axıra kimi üstünə düşüb cəzalanmasını və oğurlanmış quru çayın dəyərini tələb etməmiş, yaxalayıb polisə təhvil verməklə kifayətlənmişdir. Təqsirləndirilən şəxs bu cür hərəkətlərinin xəstəliyi baş qaldırdığı vaxtlarda mütəmadiliyi mübahisə edilməyən hal olmaqla, iş üzrə dindirilmiş şahid polis əməkdaşlarının ifadələrində də təsdiqini tapmışdır. Deməli, bu qeyd olunan hallar, Təqsirləndirilən şəxs və iş üzrə şahid kimi dindirilimiş bacısının ifadələrinin oğurluq etdiyinə görə polis əməkdaşlarının işinə problemlər yaratdığı üçün narkotiklə bağlı tutulmasının saxtalaşdırılmaqla quraşdırılıb hazırlandığı barədə olan hissələri ilə üst-üstə düşür. Beləliklə məhkəmə işin müəyyən edilmiş əsas hallarını ümumiləşdirərək qeyd edir ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı xırda oğurluqlar etməklə polis əməkdaşlarının işini artırmaqla çətinliklər yaratdığına görə müəyyən müddət nəzarətdə qalması üçün cinayət hesab edilən hadisə ilə barəsində tədbir hazırlanıb görülmüşdür. Bu cür nəticəyə gəlməyə o hallar əsas verir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin həmin gün, xx.xx.2023-cü ildə Polis şöbəsinə mağazadan quru çay oğurlamasına görə aparılması qeydə alınmayıb xırda oğurluqla bağlı araşdırma aparılmamışdır, bunun əvəzinə guya narkotiklə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Polis şöbəsinə gətirilmə kimi sənədləşmə aparılmışdır. Hansı ki, təqsirləndirilən şəxsin Polis şöbəsinə xırda oğurluqla bağlı aparıldığı özünün, mağaza işlədən şəxsin, mühafizə polisinin əməkdaşının ifadələri, onların həmin vaxt telefon danışıqlarının baş tutmasını təsdiq edən telefon danışıqlarına dair məlumatın alınıb əldə edilərək təhlil edilməsi və üst-üstə düşməsi həmin halın doğruluğunu təsdiq etmişdir. Bundan başqa iş materiallarında göstərilən guya narkotikin tiryək növünü Xaldan ərazisindən yerdən tapmaqla, marixuna növunu Öyrət kəndinin ərazisindən yabanı bikilərin hissəslərindən yığmaqla əldə etməsi halı yoxlanılarkən müəyyən olunur ki, həmin vaxtlarda o, Bakı şəhərinə getməmiş, nə Xaldan, nə də Öyrət kəndinin, eləcə də 1941-1945 abidəsinin yerləşdiyi ərazilərində olmamışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1, Ehtibar adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı alması haqda şöbə rəisinə raportla müraciət etmişdir. Raportun üzərinə xx.xx.2023-cü il tarixdə yoxlayın dərkənarı yazılmışdır. Raportun üzərindəki ştampdan görünür ki, raport Polis Şöbəsində xx.xx.2023-cü ildə daxil olma 3-13-109/1-6140/2023 nömrəsi ilə qeydə alınmışdır. (İ cild, İş.v 3) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1, Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olan Ehtibar adlı şəxsin, xx.xx.1968-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan X24 olması, onun cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat tədbirləri keçirmək üçün göstəriş verilməsindən ötrü şöbənin rəisinə raportla müraciət etmişdir. Raportun üzərinə xx.xx.2023-cü il tarixdə razıyam dərkənarı qoyulmuşdur. Raportun üzərindəki ştampdan görünür ki, raport Polis Şöbəsində xx.xx.2023-cü ildə daxil olma 3-13-109/1-6141/2023 nömrəsi ilə qeydə alınmışdır. (İcild, iş.v 4) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1, xx.xx.1968-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan X8 xx.xx.2023-cü ildə saat 15:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 8 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-ya gətirilməsi, X8 üzərinə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün Şəki ŞRPş-nin aidiyyəti xidmət sahəsinə göstəriş verilməsindən ötrü şöbənin rəisinə raportla müraciət etmişdir. Raportun üzərinə xx.xx.2023-cü il tarixdə TB-nə dərkənarı qoyulmuşdur. Raportun üzərindəki ştampdan görünür ki, raport Polis Şöbəsində xx.xx.2023-cü ildə daxil olma 3-13-109/1-6142/2023 nömrəsi ilə qeydə alınmışdır. (İcild, iş.v 4) Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərardan görünür ki, X8 Şəki rayonu ərazisində narkotik vasitə qəbulu və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatının yoxlanması üçün “X5 haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndini və 14-cü maddəsini rəhbər tutaraq, Şəki ŞRPŞ-nin NMQ-nin və CAB-ın əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması, X8 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirləri keçirilməsi, keçirilmiş əməliyyat tədbiri barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Polis Şöbəsinin rəisi tərəfindən qərar təsdiq edilmişdir. (İcild, iş.v 6) Şəki Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə qərardan görünür ki, Şəki rayonu ərazisində narkotik vasitə qəbulu və saxlaması ilə məşğul olan X8 yaxalanması üçün qrupun rəhbəri Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1, qrupun üzvü Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Polis Şöbəsinin rəisi tərəfindən qərar təsdiq edilmişdir. (İcild, iş.v 7) 2 mart 2023-cü il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, X24 həmin gün saat 1640-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İcild, iş.v 18-20) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 2 mart 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, həmin tarixdə Şəki ŞRPŞ-də X8 əynindəki qara rəngli gödəkcənin sağ iç cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə oxşaq qara rəngli maddə aşkar edilib qablaşdırılıb götürülmüşdür. Prosessual hərəkətin xx.xx.2023-cü il saat 1738-də başlandığı, saat 1948də qurtardığı qeyd olunur. (İcild, iş.v 40-48) Hadisə yerinə baxış keçirilməsi və maddi subutun götürülməsi barədə 2 mart 2023cü il tarixli protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, Şəki şəhəri ərazisində yerləşən “1941-1945” abidəsinin yaxınlığında yerləşən köhnə tikiliyə baxış keçirilən zaman həmin tikilidəki kirəmitin altından bir ədəd göy rəngli sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləşi aşkar edilib götürülmüşdür. Prosessual hərəkətin xx.xx.2023-cü il saat 2015-də başlandığı, saat 2223-də qurtardığı qeyd olunur. (İcild, iş.v 49-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 mart 2023-cü il tarixli 17/231 №-li rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə…» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 44,365 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda «H.Ehtibar Şəfi oğlunun təqdim etdiyi narkotik vasitə …» sözləri, imzalar və adlar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi 470 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş tiryək və marixuana fərqli növ narkotik vasitələr olduğundan onların müqayisəli (eynilik) tədqiqatı aparılmamışdır. Qeyd: 1) marixuanaların ümumi təmiz çəkisi – 470 qr., tədqiqata sərf edildi - 0,10 qr., qalıq 469,90 qr. 2) marixuanaların ümumi təmiz çəkisi – 44,365 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq 44,265 qr. Aparılmış tədqiqatın dəyəri 107,91 manat təskil edir. (İcild, iş.v 59-62) 4 mart 2023-cü il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X8 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İcild, iş.v 160-161) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında 4 mart 2023-cü il tarixli qərardan görünür ki, X8 cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olmaq, cinayət prosesini həyata keçirən orqanın çağrışlarına üzürlü səbəblər olmadan gəlməmək ehtimallarının olması müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs X24 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi barədə vəsatət təmin edilməyib, məhkəməyə təqdimat verilməsindən imtina edilmişdir. (İ cild, iş.v 107-108) 4 mart 2023-cü il tarixli qərardan görünür ki, CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X3 ŞRPŞ-nin MSY-dən həbsdən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, həmin qərar ona elan edilmişdir. (İ cild iş.v 109-110) X7 X21 vasitəsilə keçirdiyi müayinənəyə dair sənəddən görünür ki, X8 narkotest müayinəsinin cavabı pozitiv qiymətləndirilmiş, sidikdə narkotik tərkibli Marixuana (THC) və Morfin (MOR) aşkar olunmuşdur. (İcild, iş.v 58) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya xəstəxanasının 14 mart 2023-cü il tarixli 402 №-li məktubundan görünür ki, Şəki şəhəri, Q.Qarayev küçəsi ev 2/4 ünvanında yaşayan X24 xx.xx.2019-cu ildən “Hebefrenik şizofreniya F-20.1” diaqnozu ilə Şəki rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. (İcild, iş.v 121) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X8 məhkumluğu yoxdur. (İcild, iş.v 122-123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhəri Rayonlararası Narkoloji Dispanserin 30 mart 2023-cü il tarixli, 294 №-li məktubundan görünür ki, Şəki şəhəri, Q.Qarayev küçəsi ev 2/4 ünvanında yaşayan X24 xx.xx.2013-cü ildən “Opoidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları “Aslılıq sindromu diaqnozu üzrə Mingəçevir şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatdadır. (İ cild, iş.v 131) Şəki şəhər “Pirimlər” məhəllə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 143 nömrəli arayışdan və xasiyyətnaməsindən görünür ki, X3 şəhəri, Q.Qarayev küçəsi ev 2/4 ünvanında qeydiyyatdadır və həmin ünvanda arvadı-X6 və 2016-cı il təvəllüdlü qızı-X16 ilə birlikdə yaşayır yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, iş.v 140-141) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 30 may 2023-cü il tarixli, 938 №-li rəyində göstərilir ki, X24 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəlyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəlyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş.v 179) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxin 25 iyun 2023-cü il tarixli, 2598 nömrəli ekspert rəyindən və ona əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Paranoid Şizofreniya” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda-psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında “Şizofreniya və ya digər bircinsli psixotik pozuntular” rublikasında 6A20 kodu altında “Şizofreniya” olraq qeyd olunur. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hər tərəfli təhlili sahəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları Aşağıdakı kimi cavablandırır; Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs dücar olduğu paranoid şizofreniya psixi xəstəliyi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunmasına baxmayaraq o, hal-hazırda öz həkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırki hərəkətləri Azərbaycan Respubilkası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirləndiyi cinayət cinayət əməlini törədərkən keçirdiyi paranoid şizofreniya xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəlliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görədə Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respubilkası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. (İ cild, iş.v 182-218) Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-109/2-24960/2024 saylı məktubuna əlavə edilmiş gətirilən şəxslərin qeydiyyatı kitabının təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Şahid3 və Şahid4 tərəfindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı alınmış ifadələrin və toplanmış sübutların işin faktiki halları ilə birgə tədqiqindən görünür ki, cinayət işinin materialları və təqsirləndirilən şəxsə verilmiş ittiham tam saxtalaşdırılmış, hadisə səhnələşdirilmiş, mexanizmi, baş verməsi cinayət işinin materialları ilə ittahama uygun formalaşdırılmağa çalışılsa da, elə cinayət işinin materiallarında olan uyğunsuzluqlar saxtakarlığın təsdiq olunduğuna kifayət edən həddə müəyyən edilmiş, ittihamın ibtidai araşdırma orqanı tərəfindən qurulub formalaşdırıldığı, iş materiallarındakı ittihamın təsdiqi üçün toplanıb təqdim edilmiş sübutlar məhkəmə istintaqında müəyyən edilənlərlə tam ziddiyət təşkil etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrini təzyiq və təsir altında verilməsi kimi qəbul edir, məhkəmə istintaqında doğru adlandırdığı ifadələrini mötəbər hesab edərək, işin faktiki halları ilə eyni olduğu qənaətindədir. CPM-nin 126.6-cı maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxsin etirafedici ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi, təzyiq və təsir altında alındığı üçün məhkəmə ona qarşı irəli sürülmüş ittihamın əsası və ümumiyətlə sübut kimi qəbul və əsaslı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şəki Şəhər-Rayon Polis Şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən təzyiq, təsir, hədə-qorxu, təhdid edildiyini, narkotik vasitə qəbul edən şəxs olmadığını, narkotik vasitə saxladığını boynuna alarsa buraxılacağı və məhkəmədə də işinə baxanda tutulmayacagına söz verib inandırdıqlarını, narkotik vasitənin polis əməkdaşlarının tapşırığı ilə ona aid olduğunu yalandan qorxub dediyini, əslində narkotik vasitələrin ona aid olmamasını, ekspertiza keçirilən zaman da eyni qayda ilə polis əməkdaşların tapşırığına əsasən narkotik vasitə qəbul edən şəxs olduğunu yalandan deməsinə görə narkomaniyadan müalicəyə ehtiyacının olmasını yazdıqlarını, sonrakı mərhələlərdə də təsir və təzyiqlərə məruz qalacağından qorxduğu üçün məcbur qalıb etirafedici ifadələr verməsini bildirdiyindən maddi sübutun onun olmasında məhkəmədə əsaslı şübhələr yaranmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 8-ci bənbində göstərilir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmin Qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Buna görə də prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X18rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Eyni zamanda şəxsin narkotik vasitənin dövriyyəsində iştirakı barədə məlumatın daxil olması, onun şəxsiyyətinin müəyyən edilməsi haqda raportların, əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsi, əməliyyat qrupunun yaradılması barədə qərarların Təqsirləndirilən şəxs polis şöbəsində olduğu vaxtda rəsmiləşdirildiyi və qeydiyyata alındığı əməliyyat tədbirinin qanunsuz keçirildiyini, saxta olduğunu, formal görüntü üçün yazıldığı təkzib olunmaz və heç bir bəhanə və yozmanın imkansızlığı formasında təsdiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Təqsirləndirilən şəxsun işə mahiyyəti üzrə məhkəmədə baxılarkən məhz məhkəmə istintaqı zamanı verdiyi etirafdan kənar ifadələrini əsaslı sayır və ona verilən bəraətin əsaslı olduğunu hesab edir. Polis əməkdaşının ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxsun əleyhinə göstərdiyi xüsusatlarla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, polis əməkdaşları Təqsirləndirilən şəxsa qarşı cinayət təqibinin başlanmasının təşəbbüskarları olmuşlar, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları kimi sona qədər cinayət təqibinin nəticələrində maraqlı olmaları, öz hərəkətlərini, təşkil etdikləri, qurub keçirdikləri tədbirin saxtalığını, oradakı boşluqları, quraşdırmaları müdafiə etməli olmuşlar. Məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxsa verilən ittihamın qanuni və əsaslı yollarla verilməməsi, saxtalaşdırmaqla ədalətsizlik edilib qanunsuz ittiham verildiyi müəyyən edildiyi vəziyyətdə, polis əməkdaşlarının verilən ittihamın təsdiq olmasında maraqlı olması, xüsusilə də polis əməkdaşları tərəfindən təsir, təzyiq, hədə-qorxuya məruz qalması, narkotik vasitənin ona məxsus olmaması, qorxub və aldanıb etirafedici ifadələr verməsi daha aydın görnüş almışdır. Odur ki, məhkəmə qeyd edilən ifadələrə də tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarında olan ekspert rəyləri ilə bağlı məhkəmə qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana və tiryək olmasına dair ekspert rəyi həmin maddi sübutun aşkar olunmasının qanuni əsaslarla keçirilmiş tədbir və götürmə prosesinin mötəbərliyi və etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilə bilər və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə əməliyyat tədbirinin heç bir prosessual tələblərə əməl etmədən – tədbir keçirildikdən sonra saxta sənədləşmə aparılmaqla narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut rolunu oynayır. Digər bir ekspert rəyi olan narkoloji ekspertizanın rəyi də, Təqsirləndirilən şəxsun narkomaniya xəstəliyindən əziyyət çəkməsini təsdiq edən sənəd rolunu əks etdirmir. CPM-nin 447.2-ci maddəsinə görə məhkəmədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində baxılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 16-cı bənbində göstərilir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X19rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci madəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və Başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsverçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı CM-nin 234.1-ci maddəsi ilə təqsiri sübuta yetirilməmiş X24 ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə görə qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsini nəzərdə tutur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 57-ci bəndində göstərilir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin qərarın 58-ci bəndində qeyd edilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Cinayət işi üzrə məhkəmənin gəldiyi nəticə sübutlarla əlaqədar olduğundan Avropa Məhkəməsinin həmin məsələlərlə bağlı presedentlərinə müraciət edilmişdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Avropa Məhkəməsinin Barbera, Messegue və Yabardo İspaniyaya qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafıq yəni, qanuni yolla əldə olunmalıdır. Eyni zamanda məhkəmə həmin qərarında onu da qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər: Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X8 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, X8 təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, X8 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlak müəyyən edilməmişdir və təyin edilməməlidir. Habelə, X24 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də bir ədəd zərfdə saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 44.265 qram qalmış narkotik vasitə olan tiryək, bir ədəd zərfdə saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 469.90 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə marixuana əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmaması əsası ilə rədd edilib ayrılmış materiala əlavə edilməli və narkitik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi tədbirləri görülməlidir. Həmçinin, X24 107 manat 91 qəpik ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və APzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 344-349, 350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə X24 təqsirsiz elan edilsin və ona bəraət verilsin. X24 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən X8 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona həmin Məcəllənin 356.5-ci maddəsinə əsasən qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinin həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də bir ədəd zərfdə saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 44.265 qram qalmış narkotik vasitə olan tiryək, bir ədəd zərfdə saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 469.90 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə marixuana əldə olunma mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin əlamətləri olmaması əsası ilə rədd edilib ayrılmış materiala əlavə edilsin və narkitik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi tədbirləri görülsün. X24 107 manat 91 qəpik ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən : Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar