Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-20/2021 05.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X11 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 oğlunun, onun müdafiəçisi X14 iştirakları ilə, Təqsirləndirilən şəxs: 1. xx xxxx 1984-cü ildə Şəki rayonunda anadan olmuş, ailəli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; Təqsirləndirilən şəxs: 2. xx xxxxxx 1982-ci ildə Şəki şəhərində anadan olmuş, ailəli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla hazırda ünvan 3 ünvanında yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri xx.xx.2020-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti və satış məqsədi olmadan xx xxxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən evində tanışı Təqsirləndirilən şəxs2 psixotrop maddə təşkil etməsi barədə xahiş etmiş bu məqsədlə sonuncuya 30 (otuz) manat pul vermiş, Təqsirləndirilən şəxs2 ondan aldığı pulun üstünə 30 manat da özü qoyub xx xxxxxx 2020-ci il tarixdə günorta radələrində həmin pulun 10 manatını taksi avtomaşınına verib gedərək istintaqa məlum olmayan mənbədən iki ədəd kağız bükümdə, qanunsuz olaraq əldə etdiyi ümumi çəkisi 0,797 qram psixotrop maddə olan metamfetaminin bir hissəsini xx xxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun yaşadığı evin sanitar qovşağında istifadə etmiş, qalan hissəsini Təqsirləndirilən şəxs2 özündə saxlamış, həmin tarixdə ona məxsus olan sonuncunun idarə etdiyi VAZ 21099 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərinə gələn zaman, saat 13:00 radələrində Oğuz-Şəki yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üstündə saxladığı psixotrop maddə olan metamfetaminin 0.338 qramını ona verərək sonuncunun psixotrop maddə əldə etməsinə vasitəçilik etdikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 13:45 radələrində Şəki şəhərinin giriş hissəsində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki ŞRPŞ-nə gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ ön cibindən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,338 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respuhlikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 oğlu təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədi olmadan xx xxxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən evində tanışı Təqsirləndirilən şəxs1 psixotrop maddə təşkil etməsi barədə xahişindən sonra o, vasitəçilik edərək sonuncunun psixotrop maddə alması üçün ona verdiyi 30 (otuz) manat pulun üstünə 30 manat da özü qoyub xx xxxxxx 2020-ci il tarixdə günorta radələrində taksi avtomaşınına 10 manat verib gedərək istintaqa məlum olmayan mənbədən iki ədəd kağız bükümdə, qanunsuz olaraq əldə etdiyi ümumi çəkisi 0,797 qram psixotrop maddə olan metamfetaminin bir hissəsini xx xxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evin sanitar qovşağında Təqsirləndirilən şəxs1la istifadə etmiş, qalan hissəsini üstündə saxlamış, həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus olan özü idarə etdiyi VAZ 21099 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərinə gələn zaman, saat 13:00 radələrində Oğuz- Şəki yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq üstündə saxladığı psixotrop maddə olan metamfetaminin 0,338 qramını Təqsirləndirilən şəxs1 verərək sonuncunun psixotrop maddə əldə etməsinə vasitəçilik etdikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ei il tarixdə saat 13:45 radələrində Şəki şəhərinin giriş hissəsində saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki ŞRPŞ-nə gətirilib şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sol yan cibindən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,459 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2007-ci il tarixdə Şəki şəhər sakini Vüsalə Rəsulova ilə ailə həyatı qurmuş, 2 azyaşlı uşağı var. Oğlu Famil 7-ci sinifdə, qızı Fatimə isə 4-cü sinifdə oxuyurlar. Əvvəl heç vaxt həbs olunmamış, barəsində məhkəmənin hökmü olmamışdır. O, evləri təmir etməklə məşğul olub çörək pulu qazanır. Təqsirləndirilən şəxs2 Şəki şəhər sakini və taksi sürücüsü kimi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmayıbdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 15:00 radələrində şəhər ticarət mərkəzinin yaxınlığında Mövludla rastlaşmışdır. Söhbət zamanı Mövlüd ona demişdir ki, onun Bakı şəhərində evi var, həmin evin damının su-kanalizasiya sistemi tutulub evin divarının isladaraq yararsız vəziyyətə salıb. Bir neçə dəfə ustalar həmin yeri təmir etsələrdə, suyu kəsə bilməyiblər. Mövlüd ondan xahiş etmişdir ki, onunla bir yerdə Bakı şəhərinə gedib onun evində təmir işləri aparsın. O, Mövlüda demişdir ki, evə baxıb görəcəyi işin zəhmət haqqını deyər. Həmin gün saat təxminən 18:00 radələrində o, təmir üçün nəzərdə tutulan alətləri özünə məxsus VAZ 21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuş və Mövlüdla birlikdə Bakı şəhərinə yola düşmüşlər. İsmayıllı rayonuna çatandan sonra Mövlüd söhbət etməyə başlamışdır ki, barlarda qızlar şüşədən istifadə edirlər. O, Mövlüddan şüşənin nə olduğunu soruşmuşdur. O, bildirmişdir ki, şüşə əsasən narkotik vasitədir, adamı kefləndirir. Ona demişdir ki, əgər istəsə onun üçün təşkil edə bilər. O da ona demişdir ki, şüşədən onun üçün təşkil etsin, istifadə edib baxar. Mövlüd cavabında ona demişdir ki, evin təmir işlərini qurtarsın, Bakı şəhərində onun üçün təşkil edəcək. O, Mövlüda demişdir ki, ona çox lazım deyil, üstündə yalnız 30 manat pulu var. O, da Mövludla razılaşmışdır, o, üstündə olan 30 manat pulu Mövlüda vermişdir. Bundan sonra yollarını davam etdirmişlər. Bakı şəhərinə çatıb Mövlüdün təmir etdirəcəyi evə Bakı şəhəri Yasamal rayonu köhnə Sovetski deyilən yerə getmişlər. Ev binanın 2-ci mərtəbəsində yerləşmiş, 2 otaqdan ibarət olmuşdur. Evə gedəndə evdə təxminən 40 yaşlarında bir qadın da olmuşdur. Mövlüd ona demişdir ki, evdə olan qadın onun həyat yoldaşıdır. O, divara suyun haradan keçməsini müəyyən etmək üçün evi nəzərdən keçirtmiş, sonra Mövluda demişdir ki, yuxarı qonşunun evinə keçib oradan su sisteminə baxmalıdır. Baxandan sonra ona demişdir ki, ona zəhmət haqqı olaraq 100 manat verəcəkdir. Mövlüd 100 manat pulu ona Şəki şəhərinə qayıdandan sonra verəcəyini demiş, o da razılaşmışdır. Mövludla qonşunun evinə keçib oradan su xətlərinin çəkildiyi yerləri nəzərdən keçirtmişdir. Qonşu ona demişdir ki, təmir işlərini elə aparsın ki, onun evinə ziyanlıq dəyməsin. xx.xx.2020-ci il tarixdə həmin evin damından düşən boru xəttini təmir edərək nahardan sonra işlərini qurtarmışdır. Mövlüd evdən çıxıb getsə də sonradan qayıdıb gəlmişdir. Mövlüd Bakı şəhərində yaşadığı evdə olanda ona demişdir ki, onun üçün narkotik vasitə olan şüşə alıb, üstündədir. xx.xx.2020-ci il tarixdə səhər tezdən saat 07:30 radələrində Mövlüdün aldığı psixotrop maddədən bir dəfə ayaq yolunda istifadə etmişdir. Bundan sonra Mövlüdün həyat yoldaşı Naira bildirmişdir ki, o da Şəki şəhərinə müalicə aldığı həkimin yanına getmək istəyir, ona görə də hazırlaşıb maşına əyləşmişdir. O, evi təmir etmək üçün apardığı alətləri öz maşınına yığmışdır. O, sükanın arxasına əyləşmiş, Mövlüdla həyat yoldaşı Naira arxada oturmuşlar. O, maşını 20 Yanvar dairəsinə qədər idarə etmişdir, oradan maşının sükanını Mövlüda vermiş və avtomobili Şəki rayonuna qədər Mövlüd idarə etmişdir. Şəki rayonu Vərəzət-Oraban yolunda Mövlüd avtomaşını, tualetə getmək adı ilə saxlamışdır. Mövlüd və o avtomaşından yerə düşmüşlər. Onunla bir qədər çökək yerə düşmüşlər ki, Naira onları görməsin. Yüngül tələbatlarını ödəyən zaman Mövlüd cibindən gümüşü kağıza bükülmüş bükülünü çıxardıb ona vermiş və psixotrop maddə olan şüşə olduğunu demişdir. O da Mövlüddan aldığı bir büküm psixotrop maddə olan şüşəni sağ yan cibinə qoymuş və yenidən qayıdıb avtomaşına minmişlər. Şəki şəhərinə girəcəkdə Mövlüdün idarə etdiyi maşına DYPB-nin əməkdaşı saxla işarəsi vermiş, Mövlüd maşını saxlamışdır. Polis əməkdaşı avtomobilin sənədləri ilə maraqlanmış, sonra bir neçə nəfər polis əməkdaşı onlara yaxınlaşmış və onları PŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşıb polis şöbəsinə gəldikdən sonra birinci mərtəbədə onun adını, soyadını və yaşadığı ünvanı qeyd edərək birinci mərtəbədə yerləşən otaqlardan birinə aparmışlar. Həmin otaqda əyləşən şəxs müstəntiq olmuş, müstəntiq onun üstündə şəxsi axtarış aparılacağını, lakin öncə ona vəkil veriləcəyini bildirmişdir. Buna görə də ona vəkillərin siyahısını təqdim etmişdir. O da vəkillər siyahısında olan şəxslərdən Müdafiəçi1 özünə vəkil seçmişdir. Vəkil dəvət olunandan sonra müstəntiq ona şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin və polis işçilərinin iştirakı ilə üstündə videoçəkilişlə şəxsi axtarış aparmağa başlamışdır. Şəxsi axtarış başlandıqdan sonra müstəntiq ona üstündə, paltarında, paltarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmişdir. O da müstəntiq ilə razılaşıb əynindəki açıq göy rəngli cins şalvarın sağ və sol ön ciblərinə əlini salaraq ilkin olaraq sol ön cibindən bir ədəd qara rəngli Nokia markalı mobil telefonu, qara rəngi siqaret qutusunu, sağ ön cibindən avtomaşının açarını, sağ ön cibindən şəxsiyyət vəsiqəsini, sağ arxa cibindən qara rəngli Redmi markalı mobil telelonu, daha sonra isə şalvarın sağ ön cibindən bir ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq pul əskinazlarını, bir ədəd göy rəngli alışqanı və bir ədəd gümüşü bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Müstəntiq ondan üzərində başqa təqdim etmədiyi əşya olub-olmaması barədə sual etmişdir. O, müstəntiqə xeyir deyərək cavab vermişdir. Bundan sonra müstəntiq onun üzərində özü axtarış aparmışdır. Sonra müstəntiq ona təklif etmişdir ki, təqdim etdiyi əşyaları bir-bir özü təqdim etsin. O da Nokia və Redmi markalı mobil telefonları, bir ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinazlarını və siqareti təqdim etmiş, özünə məxsus olmasını demişdir. Sonra gümüşü kağıza bükülmüş bükülünün isə narkotik vasitə olan şüşə olduğunu, həmin psixotrop maddəni tanıdığı Mövlüd adlı şəxsdən 30 manat pula özü istifadə etmək üçün aldığını demişdir. Gümüşü kağızda olan bükülü açılmış, içərisində şəffaf rəngli kütlə olduğu müəyyən edilmişdir. Müstəntiqlə aralarında olan bu sual-cavabdan sonra o, təqdim etdiyi Nokia və Redmi markalı mobil telefonlar və gümüşü kağıza bükülmüş bükülü bir-bir kameraya göstərib ayrı-ayrı ağ rəngli zərfin içərisinə qoyub, 53 nömrəli möhür ilə zərfin ağzını möhürləmiş, sonra isə bütün iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları daha üstündə nələrin olduğunu soruşmuşdur. O, üstündə ayrı heç nəyin olmadığını bildirməsinə baxmayaraq müstəntiq özü bir daha onun üstünü axtarmış, lakin təqdim etdiklərindən başqa heç nə aşkar edilməmişdir. Bütün bunlardan sonra müstəntiq avtomobilə baxış keçirmək üçün videoçəkilişi dayandırmışdır. Onlar birlikdə Şəki ŞRPŞ-nin inzibati binasının həyətində saxlanılan ona məxsus Vaz-21099 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirmişlər. Avtomobilindən heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Sonra müstəntiq ona bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırılıb onlara nümayiş etdirilmişdir. O, həmin videoçəkilişə baxmış, heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Müstəntiq bu barədə protokol yazaraq ucadan oxumuş, heç bir etirazının və vəsatətinin olmadığını bildirərək həmin protokola imza etmişdir. Mövlüd həmin psixotrop maddəni haradan əldə edəcəyi barədə ona heç bir söz deməmiş, həmin psixotrop maddəni ona Şəki rayonu Oraban yolunda, yəni Şəki rayon ərazisində vermişdir. O, həmin psixotrop maddədən Mövlüdün yaşadığı Bakı şəhərində yerləşən evinin ayaqyolusunda istifadə etmişdir. İstifadə etdiyi psixotrop maddəni ona Mövlüd vermişdir. Naira evdə olsa da onun psixotrop maddə qəbul etməyini bilməmişdir. Psixotrop maddə ampula formasında olan şüşə qabda olmuş, Mövlüd şüşə qabın baş hissəsini alışqanla yandırıb qızdırmış və tüstü əmələ gəlmiş, o da şüşə qabın arxa tərəfindən iki dəfə tüstünü içərisinə çəkib psixotrop maddəni qəbul etmişdir. Naira Mövlüdün ona psixotrop maddəni verməsini görməmiş və onun bundan heç bir məlumatı olmamışdır. Mövlüd ona özü demişdir ki, psixotrop maddəni Şəki rayonunda ona verəcəkdir. Belə etməsinin səbəbini bilmədiyini qeyd etmişdir. Əlavə olaraq göstərmişdir ki, həyat yoldaşı müəllim kimi Samux rayonuna təyinatı olduğundan, halhazırda Gəncə şəhərində həyat yoldaşının işlədiyi məktəbə yaxın ərazidə kirayə yaşayır. İki azyaşlı övladı var. Üzərində psixotrop maddə saxlamasına görə peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün, şəxsi avtomobili ilə Şəki-Bakı marşurutu üzrə sərnişin daşımaqla pul qazanıb ailəsini dolandırır. Bildirmişdir ki, Naira Hüseynovanı təxminən 10 ildir tanıyır, təxminən 3 ildir Naira ilə qeyri rəsmi olaraq birlikdə yaşayırıq. Təqsirləndirilən şəxs1 isə Şəki şəhər sakini kimi təxminən bir-neçə aydır tanıyır. Təxminən 3 aydır ki, psixotrop maddə olan metamfetamin qəbul edir. İstifadə etdiyi narkotik vasitəni onlayn şəkildə alır. Belə ki, xatırlamadığı türk mobil operatoruna whatshap proqramı ilə yazır, tanımadığı şəxs həmin nömrədən whatshap vasitəsi ilə özünün şəxsi hesab nömrəsini ona göndərir, o da bankda həmin hesab nömrəsinə narkotik vasitə almaq üçün 60 manat pul yükləyir və qəbzi həmin şəxsə göndərir. Bundan sonra həmin şəxs ona narkotik vasitəni gizlədiyi yerin şəkilini çəkib göndərir, o da həmin yerə gedib gizlədilən yerdən narkotik vasitəni götürür. Həmin şəxs hər dəfə narkotik vasitəni fərqli yerlərdə gizlədir və həmin yerlərin şəklini çəkib ona göndərir. Həmçinin qeyd edir ki, narkotik vasitəni ancaq ən azı 60 manat civarında almaq mümkündür, ondan aşağı qiymətə satılmır. Bildirmişdir ki, qeyri-rəsmi yaşadığı Nairanın yaşadığı evinin damı su buraxmış, təmir etmək üçün usta lazım olmuşdur. Buna görə də xx.xx.2020-ci il tarixdə ev təmiri ilə məşğul olan tanışı Samirlə görüşüb məqsədini ona bildirmiş, Samir də ona etiraz etməmişdir. Onun idarə etdiyi Mersedes Benz-C220 markalı avtomobilinin mühərriki xarab olduğu üçün Samirin idarə etdiyi «Vaz-21 099» markalı avtomobili ilə Bakı şəhərinə getmişlər. Samirlə yol getdiyi müddətdə o, narkotik vasitədən söhbət salıb demişdir ki, istəsə birlikdə pul qoyub narkotik vasitə alıb qəbul edərlər. Belə ki, 60 manata metamfetamin almaq üçün onun imkanı zəif olmuşdur. Ona görə Samirə psixotrop maddə almaq barədə təklif etmiş, o da 30 manatlıq narkotik almaq istədiyini demişdir. Razılaşandan sonra Samir ona 30 manat pul vermişdir. Daha sonra Samir ilə birlikdə Nairanın yaşadığı ünvan 7 50 ünvana getmişlər. Samir evin damından gələn boru xəttinə baxıb, təmir edə biləcəyini bildirmişdir. Samir evin damından gələn borunun təmiri üçün ondan 100 manat pul istəmiş, o da etiraz etməmişdir. Həmin gecə Samir Nairanın evində qalmış, səhəri təmir işlərinə başlamışdır. Samir təmir işləri ilə məşğııl olduğu müddətdə o, evdən çıxıb Samirin verdiyi 30 manat pulun üstünə 30 manat da özü qoyub psixotrop maddəni onlayn qaydada tanımadığı və görmədiyi şəxsdən Yasamal rayonu “Bizim marketin” yanındakı işıq dirəyinin dibinə qoyulduğu yerdən götürüb evə gəlmişdir. Dediyi kimi ödənişi də onlayn qaydada etmişdir. Samir ona pulu verərkən demişdir ki, bu dəfə taksi xərcini o versin. Gələn dəfə özü verər. Buna görə onunla razılaşmışdır. O, həmin 60 manat pula iki büküm psixotrop maddə almış, 10 manat taksi və yol xərcini özü çəkdiyinə görə Samirə verəcəyi bükülünün üstündən bir qədər psixotrop maddə götürüb özünə saxladığı bükülüyə əlavə etmiş və Samirə çatacaq bükülünü özündə saxlamışdır. Samirə psixotrop maddə qəbul etmək barədə təklif etmiş, o da razılaşmışdır. Səhərisi günü, yəni xx.xx.2020-ci il tarixdə səhər tezdən birlikdə evin sanitar qovşağına keçmişlər, orada o, ümumi aldıqları psixotrop maddədən bir az götürüb iynə apmulasının içərisində alışqanla istilik vermiş və psixotrop maddə tüstülənməyə başlamışdır. Bu zaman Samirə demişdir ki, tüstünü özünə çəksin. Həmin zaman psixotrop maddəni bir yerdə çəkmişlər. Qalan psixotrop maddəni isə Şəki rayonunda Samirə vermək üçün özündə saxlamışdır. Bundan sonra Naira ilə o, Samirin idarə etdiyi Vaz-21 099 markalı avtomobili ilə Şəki şəhərinə yola düşmüşlər. Bakıdan çıxarkən avtomobili o, idarə etmişdir. Şəki rayonunun Oraban kəndi ərazisindən keçən zaman psixotrop maddəni Samirə vermək üçün avtomobili yolun kənarına verib saxlayıb Nairaya tualetə gedəcəklərini demiş və Samirlə abtomobildən düşmüşlər. Bundan sonra psixotrop maddə bükümünü Samirə vermiş və yenidən avtomobilə əyləşib yola düşmüşlər. Şəki şəhərinə girən zaman polis əməkdaşları onları saxlayıb özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra onu müstəntiqin xidməti iş otağına aparmışlar. Otaqda müstəntiq onun üstündə videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmiş, o, artıq vəziyyəti başa düşüb etiraz etməmiş, bundan sonra müstəntiq ona müdafiə hüququnun olmasını izah edərək vəkillərin siyahısını təqdim etmişdir. O, həmin siyahıda Ruslan müəllimi özünə vəkil seçmiş, Ruslan müəllim gəldikdən sonra müstəntiq videoçəkilişlə üstündə şəxsi axtarış aparmağa başlamış, şəxsi axtarış aparılan zaman müstəntiq ona üstündə olan əşyaları çıxarıb təqdim etməyini bildirmiş, o da əynindəki göy rəngli şalvarın sağ yan cibindən Redmi-8 markalı 01 ədəd mobil telefonunu və həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində psixotrop maddə olan kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq əynində olan paltarları və ayaqqabını axtarmış, heç nə aşkar etməmişdir. Müstəntiq ondan cibindən çıxarıb stolun üstünə qoyduğu 01 ədəd kağız bükümün içərisində nə olduğunu soruşmuş, o da ona həmin bükümün içərisində psixotrop maddə olan “şüşə”, yəni metamfetamin olduğunu, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Bundan sonra müstəntiq həmin ağ rəngli kağız bükülünü açaraq içərisində olan ağ rəngli kütləni iştirakçılara göstərmiş, müstəntiq həmin kütləni kağızı ilə birlikdə ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişdir. Həmçinin üstündən aşkar olunmuş mobil telefonu da başqa bir zərfə qoyub bağlayıb möhürləmişdir. O, müdafiəçi və digər iştirakçılar həmin zərflərin üzərinə imza etmişlər. Sonra müstəntiq ondan həmin psixotrop maddəyə oxşar kütləni nə vaxt, haradan və hansı məqsədlə əldə etməyini soruşmuş, o da müstəntiqə yuxarıda qeyd etdiyi kimi, Samirdən aldığı 30 manat pulun üstünə 30 manat da özü qoyub Bakı şəhərində onlayn şəkildə metamfetamin aldığını,Samirə çatacaq psixotrop maddənin üstündən bir qədər özünə götürüb, ona 20 manat dəyərində psixotrop maddə verdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, həmin videoçəkiliş onlara nümayiş etdirilmişdir, daha sonra isə bu barədə protokol yazılmış, ucadan oxunmuş, şikayət və etiraz olmadığı üçün o və digər iştirakçılar həmin protokola imza etmişlər. Ailəlidir iki azyaşlı övladı var. Üzərində narkotik vasitə saxlamasına görə peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Yasamal rayonu Vidadi küçəsi ev 50, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. xx.xx.2020ci il tarixdə Mövlüd və Samir adlı şəxslərin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmaları barədə ona əməliyyat məlumatı daxil olmuş, o da məlumatın yoxlanılması üçün raportla Şəki ŞRPŞ-nin rəisinə məruzə etmişdir. Həmin şəxslərin şəxsiyyətini müəyyən etmişdir. Məlum olmuşdur ki, həmin şəxslər ünvan 8 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Yasamal rayonu Vidadi küçəsi ev 50,mənzil 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2dur. xx.xx.2020-ci il tarixdə həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyindən razılıq aldıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Qərar şöbə rəhbərliyi tərəfindən təsdiqləndikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Əməliyyat qrupunun rəhbəri o, qrupun üzvləri isə CAB-ın əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2 və X5 əməliyyat müvəkkili, polis leytenantı Şahid3 təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, xx.xx.2020-ci il tarixdə saa: 13:40 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 şəhəri Qaz idarəsi adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs1 məxsus VAZ 21099 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Şəki ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs1 Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Zəfər Cəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs1 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarın sol və sağ ön ciblərinə əlini salaraq ilkin olaraq sol ön cibindən 01 ədəd qara rəngli "Nokia" markalı mobil telefonu, qara rəngli siqaret qutusunu, sağ ön cibindən avtomaşın açarını, sağ ön cibindən şəxsiyyətini təsdiq edən vəsiqəni, sağ arxa cibindən qara rəngli "Redmi" markalı mobil telefonu, daha sonra isə şalvarın sağ ön cibindən bir ədəd 20 manatlıq, iki ədəd 05 manatlıq pul əskinazlarını. bir ədəd göy rəngli alışqanı və 01 ədəd gümüşü bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə “xeyir" deyərək cavab vermişdir. Təqsirləndirilən şəxs1 əllərini qaldırması təklif edilmiş və o, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 əynindəki ağ və göy kletkaları olan koftanın boyun hissəsində, şalvarının bel nahiyyəsində, şalvarının sağ və sol ön və arxa ciblərində axtarış aparılmışdır. Lakin heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ayağındakı ayaqqabılarını çıxartması təklif edilmiş, həmin şəxs ayaqqabılarını çıxartmış, ayaqqabılarını çevirərək silkələniş, daha sonra ayaqqabıların içərisinə bir-bir baxılmışdır, lakin hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ayaqqabılarını geyinməsi bildirildiyindən o, ayaqqabılarını ayaqlarına geyinmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif edildikdə o, masanın üzərinə qoyduğu əşyaların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 masanın üzərinə qoyduğu şəxsiyyət vəsiqəsini götürüb özünə məxsus şəxsiyyət vəsiqəsi olduğunu, "Want" sözləri yazılmış siqaret qutusunu götürüb özünə məxsus siqaret olduğunu demiş, siqaret qutusunun içərisinə baxıldıqda 14 ədəd siqaret olması müəyyən edilmişdir. Sonra 01 ədəd "Nokia" markalı qara rəngli mobil telefonu götürüb özünə məxsus işləməyən mobil telefon olduğunu, avtomaşın açarlarını götürüb özünə məxsus avtomaşının açarları olduğunu bildirmişdir. 01 ədəd üzərində qara kabrosu olan, arxası isə qırmızı rəngli “Redmi A7" markalı mobil telefonu götürüb özünə məxsus mobil telefon olduğunu, bir ədəd 20 manatlıq və iki ədəd 05 manatlıq pul əskinazlarım götürüb özünə məxsus pul əskinazları, 01 ədəd göy rəngli alışqanı götürüb özünə məxsus alışqan olduğunu, daha sonra isə 01 ədəd gümüşü bükülünü götürüb üzərindən aşkar olunmuş narkotik vasitə olduğunu bildirmişdir. Həmin vaxt gümüşü bükülü açılmış və bükülünün içərisində narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 içərisində şəffaf rəngli kütlə olan bükülünün içərisində nə olduğu soruşulduqda o, “şüşə" olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitə kimi təqdim etdiyi və şüşə olması bildirdiyi kütləni haradan və kimdən əldə etdiyi soruşulduqda həmin şəxs Mövlüd adlı şəxsdən Şəki rayonu ərazisində Zəyzid yolu tərəfdən avtomobillə Bakı şəhərindən bir yerdə gələrkən aldğını bildirmişdir. Bundan sonra həmin narkotik vasitəyə 01 ədəd gümüşü bükümdə şəffaf rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə müstəntiq tərəfindən ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Daha sonra 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra həmin gümüşü bükülü içərisində olan narkotik vasitəyə bənzər şəffaf rəngli kütlə zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs1 məxsus mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra ilkin olaraq "Redmi A7" markalı mobil telefon zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus "Nokia" markalı mobil telefon 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Daha sonra 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ilkin olaraq "Nokia" markalı mobil telefon zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən harada saxlanılıb polis şöbəsinə gətirildiyi soruşulduqda həmin şəxs “Şəkiyə çatmışdım. Şəkiyə girmişdim” deyərək cavab vermişdir. Ondan sonra Təqsirləndirilən şəxs1 ona məxsus avtomobilin polis şöbəsinin həyətində olduğu və həmin avtomobilə baxış keçirilməsinə hər hansı etirazı olubolmamasını soruşduqda həmin şəxs “xeyr” deyərək cavab vermiş, bütün bunlardan sonra 30 manat pııl əskinazlarının, avtomaşın açarlarının, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və şəxsiyyəti təsdiq edən vəsiqə iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmış, bütün bu hərəkətlərdən sonra hər bir iştirakçı ilə birlikdə polis şöbəsinin həyətində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus Vaz-21099 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşında qanunla qadağan edilmiş əşya və predmet olması güman edildiyindən həmin avtomaşın saxlanılan yerə gedərək müstəntiq tərəfindən onların, Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomaşının hər bir yerinə baxılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya və va predmet aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın keçirilməsi ilə əlaqədar olan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün xx.xx.2020-ci il tarixdə saat 15:56-da dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Panasonic" markalı videokameradan istifadə edilmiş, baxış zamanı videoçəkiliş köçürülmüş 1 ədəd "DVD" markalı disk protokola əlavə edilmiş, ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 15.022021-ci il tarixdə məhkəməyə teleqram göndərərək Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Yasamal rayonu Vidadi küçəsi ev 50, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu və düşmənçiliyi olmamışdır. xx.xx.2020-ci il tarixdə Mövlüd və Samir adlı şəxslərin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmaları barədə CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 əməliyyat məlumatı daxil olmuş, Şahid3 həmin vaxt məlumatın yoxlanılması üçiin raportla Şəki ŞRPŞ-nin rəisinə məruzə etmişdir. Həmin şəxslərin şəxsiyyətini müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxslər ünvan 8 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Yasamal rayonu Vidadi küçəsi ev 50, mənzil 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2dur. Şahid3 xx.xx.2020-ci il tarixdə həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Şöbə rəhbərliyindən razılıq aldıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Qərar şöbə rəhbərliyi tərəfindən təsdiqləndikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid3, qrupun üzvləri isə CAB-ın NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, polis leytenantı Şahid1 və o, təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, xx.xx.2020-ci il tarixdə saat 13:40 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X6 Şəki şəhəri Qaz idarəsi adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs1 məxsus VAZ 21099 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Şəki ŞRPŞ-nə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Şəki ŞRPŞ-nin İB-ııin müstəntiqi, polis baş leytenantı Zəfər Cəlilov tərəfindən, Təqsirləndirilən şəxs2 isə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Abdulla Xəlilov tərəfindən şübhəli şəxs qismində tutularaq onların üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. O və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış həyata keçirilərkən iştirak etmişlər. Təqsirləndirilən şəxs2 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon və həmin şalvarın sol yan cibindən 01 ədəd kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə "xeyir" deyərək cavab vermişdir. Təqsirləndirilən şəxs2 əllərini qaldırması təklif edilmiş və o, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən əynindəki qırmızı rəngli gödəkçənin boyun hissəsinə, ciblərinə, şalvarının bel nahiyyəsində, şalvarının sağ və sol yan ciblərində axtarış aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ayağındakı corablarını və ayaqqqabılarını çıxartması təklif edilmiş və o corablarını, sonra isə ayaqqqabılarını çıxartmış, corablarını və ayaqqabılarını çevirərək silkələmişdir, lakin heç bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 corablarını və ayaqqabılarını geyinməsi bildirildiyindən o, corablarım və ayaqqqabılarını ayaqlarına geyinmiş, bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif edildikdə o, masanın üzərinə qoyduğu əşyalardan 01 ədəd mobil telefonun ona məxsus olduğunu bildirmiş, həmin telefona müstəntiq tərəfindən baxış keçirilən zaman 01 ədəd arxa hissəsi göy rəngli, Redmi markalı mobil telefon olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərinə qoyduğu digər əşyanı, yəni 01 ədəd kağız bükümü açaraq içərisində “şüşə” olduğunu, üzərində istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Müstəntiq tərəfindən həmin kütləyə baxılan zaman ağ rəngli kağız bükümün içərisində ağ rəngli psixotrop maddəyə oxşar kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs2 həmin kütləni nə vaxt alması soruşulduqda o, dünən aldığını bildirmişdir. Mövlüda həmin psixotrop maddəyə 01 ədəd kağız bükümdə ağ rəngli kütlənin narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün ayrı-ayrılıqda ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Daha sonra zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kağız bükümün içərisində olan psixotrop maddəyə bənzər ağ rəngli kütlə kağız bükümlə birlikdə zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş və özünə məxsus 01 ədəd, “Redmi” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyi bildirilib ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi qeyd edilmiş, daha sonra 01 ədəd ağ rəngli zərf götürülüb zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kağız bükümün içərisində olan narkotik vasitəyə bənzər ağ rəngli kütlə kağız bükümlə birlikdə zəifə qovulmuş, zəifin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd mobil telefonun və 01 ədəd kağız bükümün içərisində olan psixotrop maddəyə oxşar kütlənin, özünün deməsinə görə isə “şüşə” olduğunu dediyi olan kütlə aşkar olunaraq götürüldüyü bildiririb onunla sual-cavab edilmiş, Mövlüddan həmin vaxt soruşulmuşdur ki, həmin psixotrop maddəyə oxşar kütləni nə vaxt, haradan və hansı məqsədlə əldə etmişdir. O, srağagün Bakıya getdiyini, Bakıdan onlayn qaydada, aparatdan pulu vurub çekin şəkilini çəkib ataraq aldığını, yəni həmin tanımadığı şəxs və ya şəxslərin sonradan həmin yerin şəklini çəkib atdıqlarını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 bildirmişdir ki, pulu Bakı şəhərində Yasamal rayon ərazisində olan aparatdan vurmuş, psixotrop maddəni Yasamalda Bizim market tərəfdən götürmüş, həmin şəxsləri, yəni ona onlayn qaydada psixotrop maddə satan şəxsləri tanımır, əvvəllər həmin şəxsdən psixotrop maddə almışdır. Həmin şəxslərlə özünə məxsus mobil telefonla əlaqə saxlamışdır. Həmin mobil telefondan onun mobil telefonuna göndərilən şəkli, yəni psixotrop maddəni qoyduqları yerin şəklini telefonundan silmiş, psixotrop maddəni götürən zaman yanında heç kim olmamış, həmin psixotrop maddəni 60 manata atmış, bir hissəsini Samir adlı tanışına vermiş, Samirlə Bakıya işləməyə gedərkən, yol gedəndə söhbət düşmüş, demişdir ki, belə bir şey var istəyərsənmı?. Samir də həqiqətən də istədiyini demiş, 60 manata, yəni bütov pul olmasa verməyəcəyini, 30 manat versə götürə biləcəyini qeyd etmiş, 30 manat da özünün qoyacağını bildirmişdir. Samir də ona 30 manat pul vermiş, ancaq o Samirə 30 manatlıq “şüşə” verməmiş, hardasa 20 manatlıq vermiş, az vermişdir. Çünki taksi ilə getmişdir, əziyyətini çəkən o, olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Şəkiyə gəlmək üçün yola çıxmışlar. Şəkinin ərazisindən keçib Oraban yolu ilə aşağı düşəndə Samir orda maşını saxlamış, yerə düşmüşlər, orada, yəni maşından yerə düşdükdən sonra Samirə psixotrop maddə vermiş, Samir adlı şəxsin psixotrop maddə istifadə etdiyini görməmiş, elə yolda gedəndə söhbət düşmüşdür. Ona psixotrop maddə təklif etməkdə, almaqda məqsədinin 30 manat pulunun olduğunu, psixotrop maddəni də 30 manata vermədiklərini, 60 manatlıqdan az pula vermədiklərini bildirmişdir. Samir ona 30 manat pul vermiş, taksi ilə getmiş, biraz vaxt sərf eləmişdir, əziyyətini çəkmişdir, ona görə də az vermişdir. O, gətirilən zaman yanında X10m da gətirmişdir. Naira Hüseynovanın psixotrop maddənin dövriyyəsindən, onun alınmasından, Samirə verməyindən ondan pul almağından xəbəri olmamışdır. Psixotrop maddəni Təqsirləndirilən şəxs1 verən zaman Naira Hüseynovanın bunu görmədiyini bildirmiş, Oraban yoluna düşən zaman Samirə demişdir ki, gəl düşək havamızı dəyişək. Həmin vaxt Naira avtomobildə qalmışdır. Düşəndə orada “şüşə”-ni Samirə vermişdir. X10 həmin vaxt həkimə gəlmiş, saat 15:00 radələrində həkimlə görüşüb geri qayıtmalı imiş. Mövlüd qeyd etmişdir ki, 6 aydır psixotrop maddələrdən istifadə etmiş, onun Təqsirləndirilən şəxs1 və X10 ilə əvvəllər aralarında ədavət və düşmənçiliyi olmamış, polis şöbəsinə gətirilən zaman qeyri insani rəftara, təzyiqə və təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışın keçirilməsi yekunlaşdırılmış, şəxsi axtarış ilə əlaqədar olan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün xx.xx.2020-ci il tarixdə saat 15:32-da dayandırılmış, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sonic-54 X " markalı videokameradan istifadə edilmiş, baxış zamanı videoçəkiliş köçürülmüş 1 ədəd “DVD” markalı disk protokola əlavə edilmişdir. Protokol tərtib olunmuş, ucadan oxunmuşdur, o da digər iştirakçılar kimi protokolun düzgünlüyünü imzası ilə təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 15.022021-ci il tarixdə məhkəməyə teleqram göndərərək üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi sııhulun götüriilmasi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 əynindəki açıq göy rəngli cins şalvarın sol ön cibindən 01 ədəd qara rəngli "Nokia" markalı mobil telefon, sağ arxa cibindən qara rəngli "Redmi" markalı mobil telefon, daha sonra isə şalvarın sağ ön cibindən 01 ədəd gümüşü bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bükülüdə olan maddənin psixotrop maddə olduğunu və tanışı Təqsirləndirilən şəxs2 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilmişdir ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs2 həmin 01 ədəd bükülüdə olan maddənin psixotrop maddə olduğunu, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhərindən gələrkən Şəki rayonu Oraban kəndinin yaxınlığından keçən yolda dayanıb yüngül tələbatını ödəyərkən həmin psixotrop maddədən 20 manatlıq tanışı Təqsirləndirilən şəxs1 istifadə etməsi üçün verdiyini, aşkar edilmiş psixotrop maddəni Bakı şəhərində Yasamal rayonu ərazisində olan "Bizim market" adlanan yerdən qablaşdırılan mobil telefonla onlayn qaydada, tanımadığı şəxsdən ümumilikdə 60 manata aldığını, Təqsirləndirilən şəxs1 ona metamfetamin alması üçün 30 manat pul verdiyini bildirmişdir. İşdə olan cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2020-ci il tarixli 17/517 nömrəli ekspetiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «şübhəli şəxs X12 üzərinə keçirilmiş şəxsi axtarış zamanı..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,459 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra N 27) daxil olanmetamfetamindir. Psixotrop maddənin tədqiqatdan sonra qalıq çəkisi 0,359 qram olmuşdur. Tədqiqata təqdim edilmiş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,338 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı,İİ bənd, sıra N 27) daxil olan-metamfetamindir. Psixotrop maddənin tədqiqatdan sonra qalıq çəkisi 0,238 qram olmuşdur. Tədqiqata təqdim olunmuş metamfetaminlər tərkiblərinə görə eynidirlər. Ekspertiza xərci 69.10 qəpikdir. İşdə olan Şəki RMX X29 Narkoloji şöbəsinin xx.xx.2020-ci il tarixli 2537 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki RMX X26 Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. İşdə olan Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli 586 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşdə olan Bakı şəhəri X21 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 3020 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bakı şəhəri X21 Hüquqi Şəxsində qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X16 Şəxsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 6602 nömrəli məktubdan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli, 860 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabionidlərdən epizodik istifadə etmə hallan olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2020-ci il tarixli 903 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2020-ci il tarixli Yasamal Polis İdarəsinin 29-cu PB-dən daxil olmuş, əməliyyat tapşırığına verilmiş 095-17418-1220 nömrəli cavab məktubundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 psixotrop maddəni Yasamal rayonu “Bizim Market” adlanan ərazidə əldə etməsi faktı ilə əlaqədar hadisə şahidi və əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə Şəki ŞRPŞ-dən daxil olmuş 189-29426-1220 nömrəli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəki rayonu Oraban kəndi ərazisində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 bir ədəd gümüşü rəngdə bükülüdə vermiş olduğu 0,338 qram çəkidə psixotrop maddə olan metamfetamini və öz üzərindən aşkar olunmuş br ədəd kağız bükülüdə təmiz çəkisi 0,459 qram olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 haradan və ya kimdən almasını, hər iki şəxsin psixotrop maddənin satışı ilə məşğul olub-olmamasını, eləcə də digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmamasını müəyyən etmək məqsədilə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İşdə olan “Asan Xidmət 3”-dən verilən və Yasamal rayonu 43 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi ev 50,mənzil 2-də X10 ilə birgə qeydiyyatdadır. Onun barəsində Yasamal rayonu 43 saylı Mənzil Kommunal istismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Eyni zamanda Şəki şəhər Topqarağac məhəllə nümayəndəsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş 670 və 671 nömrəli arayış və xasiyyətnamədən görünür ki, X8 şəhəri S.Rəhman küçəsi ev 37-də yaşayır, himayəsində 2003-cü ildə anadan olmuş Laçın və 2008-ci ildə anadan olmuş Jalə adlarında iki azyaşlı uşağı var. Eyni hal işə əlavə olunmuş doğum şəhadətnamələri ilə də təsdiq olunur. Onun haqqında məhəllə nümayəndəsinə heç bir şikayət daxil olmamışdır. İşdə olan Şəki şəhər Mənzil İstismar Sahəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 220 və 28 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəki şəhəri S.Rəhman küçəsi 23 A ictimai yaşayış binasının 6 saylı mənzilində yaşayır. Himayəsində Famil və Fatimə adında 2 azyaşlı uşağı vardır. Eyni hal işə əlavə olunmuş doğum şəhadətnamələri ilə də təsdiq olunur. Onun barəsində Şəki MİS-nə heç bir şikayət daxil olmamışdır. İşdə olan Gəncə şəhəri İH MKTİB-nin 6 saylı Xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz rayonu İİİ mikrorayon bina 16, mənzil 49-da qeydiyyatsız yaşayır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli 1252 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli 1261 saylı qərardan və həmin tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli təhbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri onların özlərinin məhkəmə iclasındakı etiraf ifadələri, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokollar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar cinayət törətməkdə təqsirlidirlər və buna görə də onlara Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin yuxarı həddi 0.15 qram, küllü miqdarı isə 2 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetamin miqdarı 0,338 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş heroinin miqdarı cəmi 0,459 qram olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxslərin üzərindən ayrı-ayrılıqda aşkar edilərək götürülmüş metamfetaminin miqdarı Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki az yaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Şəki RMX X29 Narkoloji şöbəsində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki az yaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və onun şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Şəki RMX X29 Narkoloji şöbəsində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.238 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 0.359 qram psixotrop maddə hesab olunan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş “Redmi" və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş “Redmi” markalı mobil telefonlar qanuni sahiblərinə qaytarılmalıdır. İş üzrə 69.10 manat məhkəmə bioloji ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra onun 34.55 manatı Təqsirləndirilən şəxs1 və 34.55 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X9, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulası əmlakların olmaması nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı onların hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkilləri uyğun olaraq Müdafiəçi1 və Müdafiəçi2 həvalə edilmişdir. Müdafiəçi1 Şəki ŞRPŞ-nə təqdim etdiyi hesabatında bununla bağlı 35 saat, Müdafiəçi2 isə 50 saat vaxt sərf etdiyini göstərmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cinayət işi üzrə aparılmış araşdırma zamanı Şəki Regional Vəkil Bürosunun vəkili X3 Naira Məhərrəm qızının hüquqlarını müdafiə etməsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-cı il tarixli, 31 saylı qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 210 manat haqq hesablanaraq müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə 300 manat haqq hesablanaraq Müdafiəçi2 və X7 göstərilən hüquqi yardıma görə 60 manat haqq hesablanaraq X22 verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı işlə əlaqədar xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “şübhəli şəxs qismində tutulduğu” üç gün müddət həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi altı gün müddət ona təyin edilmiş iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq iki il beş ay iyirmi dörd gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış iki il beş ay iyirmi dörd gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Gəncə şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Şəki RMX X29 Narkoloji şöbəsində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı işlə əlaqədar xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək “şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı” 7 ay 10 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, bir il iki ay iyirmi gün müddət ona təyin edilmiş iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq bir il üç ay on gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış bir il üç ay on gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Şəki RMX X29 Narkoloji şöbəsində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.238 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 0.359 qram psixotrop maddə hesab olunan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Həmçinin iş üzrə maddi sübut olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş “Redmi" və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş “Redmi” markalı mobil telefonlar qanuni sahiblərinə qaytarılsın. İş üzrə 69.10 manat məhkəmə bioloji ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra onun 34.55 manatı Təqsirləndirilən şəxs1 və 34.55 manatı isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X9, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulası əmlakların olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 210 manat haqq hesablanaraq müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə 300 manat haqq hesablanaraq Müdafiəçi2 və X7 göstərilən hüquqi yardıma görə 60 manat haqq hesablanaraq X18 “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı AZ81UBAZ**********0090AZN001 saylı, VÖEN: ********** hesabına köçürülsün. “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nöməsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-20/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-20/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver