Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-20/2022 09.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X33 oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X19, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirаkları ilə xx xxxx 1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulan günə kimi ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1 və 234.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmə, saxlama, daşıma, göndərmə və satma, həmçinin qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qadağan olunmuş əşya hesab edilən narkotik vasitə olan heroini cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürülməyə cəhd etmə cinayətini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq ümumi təmiz çəkisi 0,108 qram narkotik vasitə hesab edilən heroini satış məqsədi ilə əldə edib, daşıyaraq saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətmək yolu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X18 ötürmək məqsədilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, X12 saxlanılan cinayətkar qəsddən məlumatı olmayan X27 ötürülməsi üçün göndərmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, 0,108 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qaynadıb maye halına gətirdikdən sonra cinayətkar məqsədləri üçün əldə etdiyi dəsmalın kənarlarına şpris vasitəsi ilə xüsusi üsulla hopdurduqdan sonra idman kostyumu, köynək, şalvar, mayka, meyvə, 2 litrlik fanta, 2 litrlik Cola suları və şirniyyatlardan ibarət sovqatlarla birgə 19 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Yevlax şəhəri, Elçin Ağayev küçəsinin girişində Elsevər Quliyevin dostu, cinayətkar qəsddən məlumatı olmayan Şahid1 vermiş, sonuncu da həmin narkotik vasitə hopdurulmuş dəsmalı sovqatlarla birlikdə aldıqdan sonra həmin sovqatı, həmçinin özünün aldığı və Elsəvər Quliyevin atası Elçin Quliyevdən götürdüyü digər sovqatlarla birlikdə 20 oktyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Shevrolet Cruze markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərindən çıxmaqla Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən X18 gəldikdən sonra həmin sovqatların cinayətkar qəsddən məlumatı olmadan Elsəvər Quliyevə ötürülməsi üçün həmin tarixdə saat 11:30 radələrində X18 təqdim etmiş, göstərilən tarixdə saat 11:40 radələrində X13 əməkdaşları tərəfindən Nəzarət-Buraxılış məntəqəsində Şahid1 tərəfindən gətirilmiş sovqata axtarış-baxış keçirilən zaman sovqatların içərisində olan 01 ədəd dəsmalın kənar hissəsinə hopdurulmuş vəziyyətdə olan, təmiz çəkisi 0,108 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq ümumi təmiz çəkisi 0,108 qram narkotik vasitə hesab edilən heroini satış məqsədi ilə əldə edib, daşıyaraq saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraq məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətmək yolu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X18 ötürmək məqsədilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, X12 saxlanılan cinayətkar qəsddən məlumatı olmayan X27 ötürülməsi üçün göndərmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, 0,108 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qaynadıb maye halına gətirdikdən sonra cinayətkar məqsədləri üçün əldə etdiyi dəsmalın kənarlarına şpris vasitəsi ilə xüsusi üsulla hopdurduqdan sonra idman kostyumu, köynək, şalvar, mayka, meyvə, 2 litrlik fanta, 2 litrlik Cola suları və şirniyyatlardan ibarət sovqatlarla birgə 19 oktyabr 2021-ci il tarixdə 17 radələrində Yevlax şəhəri, Elçin Ağayev küçəsinin girişində Elsevər Quliyevin dostu, cinayətkar qəsddən məlumatı olmayan Şahid1 vermiş, sonuncu da həmin narkotik vasitə hopdurulmuş dəsmalı sovqatlarla birlikdə aldıqdan sonra həmin sovqatı, həmçinin özünün aldığı və Elsəvər Quliyevin atası Elçin Quliyevdən götürdüyü digər sovqatlarla birlikdə 20 oktyabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Shevrolet Cruze markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərindən çıxmaqla Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən X18 gəldikdən sonra həmin sovqatların cinayətkar qəsddən məlumatı olmadan Elsəvər Quliyevə ötürülməsi üçün həmin tarixdə saat 11:30 radələrində X18 təqdim etmiş, göstərilən tarixdə saat 11:40 radələrində X13 əməkdaşları tərəfindən Nəzarət-Buraxılış məntəqəsində Şahid1 tərəfindən gətirilmiş sovqata axtarış-baxış keçirilən zaman sovqatların içərisində olan 01 ədəd dəsmalın kənar hissəsinə hopdurulmuş vəziyyətdə olan, təmiz çəkisi 0,108 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülməsinə görə iradəsindən asılı olmayan səbəblərə görə cəzaçəkmə müəssisəsinə saxlanılan şəxsə qadağan olunmuş əşya hesab edilən narkotik vasitə olan heroini yoxlamadan gizlətmək yolu ilə cəzaçəkmə müəssisəsinə ötürmə cinayətini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək və ifadə verərək göstərdi ki, X12 saxlanılan Anar onun yeznəsidir. Anar ayda bir iki dəfə müəssisənin telefonu ilə onun mobil telefonuna zəng edib atası və anası ilə danışır. Belə danışıqların birində Anarın yanında olan Elsevər də onunla danışmışdır. 2021-ci ilin sentyabr ayının sonlarında Anar zəng edib xahiş etmişdir ki, ona paltar və odiyal göndərsinlər. O, da isti paltar və odiyal, həmçinin qənd, çay, şirniyyat və siqaret alıb iki çanta hazırlamışdır. Anara, Şəki şəhərinə gələ bilməyəcəyini deyəndə, Anar ona demişdir ki, çantanı hazırlasın gəlib götürəcəklər. Həmin gün axşam bir nəfər oğlan ona zəng edib adı Ruslan olduğunu və Anarla bir kamerada saxlanılan Elsevərin dostu olduğunu bildirmişdir. Həmçinin Ruslan ona, Mingəçevir şəhərində olduğunu bildirib, türməyə gedəcək çantaları gətirməsini demişdir. O, da taksi avtomaşını ilə Mingəçevir şəhərinə gedib Ruslanın dediyi ünvana aparıb həmin çantaları ona vermişdir. Ruslan da həmin çantaları aparıb müəssisədə Anargilə çatdırmışdır. 2021-ci ilin oktyabr ayının ortalarında, o, yaşadığı küçədən bir ədəd sellofan bükümdə kakos tapmışdır. Həmin kakosun bir hissəsini türməyə göndərmək qərarına gəlmişdir. Bundan sonra 18 oktyabr 2021-ci il tarixdə Anar müəssisəsinin telefonu ilə ona zəng etmişdir. Anarla danışandan sonra kamera yoldaşı Elsevər onunla danışmışdır. Elsevərlə danışan zaman söhbət əsnasında Elsəvərə sovqat göndərəcəyini demişdir. Elsevər də təşəkkürünü bildirmişdir. O, fikirləşmişdir ki, həmin kakosu Elsevərə göndərsə onunla olan dusdaqlar onun hörmətcil olduğunu bilər, dustaqlar arasında hörməti olar. Həmçinin Elsevər demişdir ki, sovqatı hazırlasın Ruslan gəlib götürüb gətirəcək. Həmin gün axşam tərəfi saat saat 19 radələrində Ruslan xatırlamadığı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna zəng etmişdir. Ruslana demişdir ki, özü zəng edib əlaqə saxlayacaq. Həmin gün mağazadan qara dəsmal alıb gətirib, həmin kakosu qaynadıb şprisə çəkib dəsmalın bir tərəfinə boşaldıb isladıb sonra bükmüşdür. Hazırladığı idman kostyumu, köynək, şalvar, maykadan ibarət paltarların arasına dəsmalı qoyub ayrıca torbaya qoymuşdur. Həmin paltarların yanında əlavə şiriniyat məhsulları alıb çantanı Mingəçevir şəhərinə aparmaq üçün sürücüsünü xatırlamadığı Vaz-2107 markalı taksi avtomaşını saxladıb paltar yığdığı çantanı götürüb, yolüstü mağazaların birindən bir az meyvə, fanta, Cola suları və şirniyyat alıb ayrıca çantaya qoymuşdur. Mingəçevir şəhərinə gedən zaman yolda Yol patrul xidməti əməkdaşları həmin avtomaşını saxladıb sənədlərini yoxlayan zaman sürücünün sənədləri yerində olmadığı üçün avtomaşını X57 aparmışlar. O, məcbur yolda düşüb piyada evə gəlmişdir. Səhəri gün saat təxminən 17 radələrində Ruslan ona zəng edəndə, Ruslana, Mingəçevir şəhərinə gələ bilməyəcəyini bildirib, imkan varsa özü Yevlax şəhərinə gəlib çantanı götürməsini xahiş etmişdir. Ruslan da etiraz etməyib gəlib yaşadığı küçənin başında həmin iki ədəd çantaları ondan götürüb idarə etdiyi avtomaşının arxa yük yerinə qoymuşdur. Yük yerində başqa çantalar da olmuşdur. Səhəri gün, yəni 20 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada ona demişlər ki, X18 göndərdiyi dəsmalın üstündən narkotik vasitə aşkar olunub, ona görə də Şəki şəhər-rayon Polis Şöbəsinə dəvət edirlər. O, artıq vəziyyəti başa düşüb, etiraz etməyib oraya gəlmiş polis əməkdaşları ilə birlikdə Şəki şəhər-rayon Polis Şöbəsinə gəlmişdir. İbtidai istintaq zamanı, o, narkotik vasitəni Elsəvərə göndərməsini etiraf etmiş, lakin bunu pul müqabilində etməmişdir. O, narkotik vasitəni Elsəvərə pay göndərmişdir. Daha sonrakı iclasda Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə olan heroini tapmamış, heroin hopdurulmuş dəsmalı ona Yevlax şəhər sakini İlham deyilən şəxs vermişdir. Onun həmin narkotikdən, ümumiyyətlə dəsmaldan xəbəri olmamışdır. Belə ki, Yevlax şəhər sakini İlham kimi tanıdığı şəxs ondan xahiş etmişdir ki, yeznəsi Anara sovqat göndərəndə ona xəbər versin. O, da Anara sovqat göndərəndə bu barədə İlhama məlumat vermişdir. İlham ona torbada şirniyatlarla birlikdə həmin dəsmalıda vermiş və xahiş etmişdir ki, həmin dəsmal və şirniyyat olan torbanı da Elsəvərə aparsın. Torbanı götürəndə daxilinə səthi baxıb, şübhəli bir hal müəyyən etməyib. Bundan sonra da həmin torbanı da verib Ruslana ki, Elsəvərə aparsın. Qeyd olunanları ibtidai istintaq zamanı bildirməyib. Hesab edib ki, İlham gəlib özü etiraf edər. Lakin sonradan ona məlum olub ki, İlham dünyasını dəyişib. Ona görə də həqiqəti demək qərarına gəlib. Qeyd etdikləri nəzərə alınmaqla ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə, göstərdi ki, X12 əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir, ədliyyə mayorudur. xx.xx.2021-ci il tarixdə saat 11:40 radələrində ünvan 4 ünvanda yaşayan Şahid1 X6 təcridxanasında saxlanılan X27 gətirdiyi sovqata daxili əsasnaməyə əsasən axtarış-baxış keçirilmişdir. Baxış X13 Rejim Nəzarət Şöbəsinin böyük nəzarətçisi, kiçik gizir Şahid4 tərəfindən keçirmişdir. Elsevər Quliyevə göndərilmiş çantalara axtarış-baxış keçirilən zamanı paltarların arasında olan bir ədəd əl-üz dəsmalının üzərində şübhəli maddə olduğunu görüb baxışı dayandırıb dərhal ona məlumat vermişdir. O, əvvəlcə bununla bağlı Penitensiar Müəssisənin rəhbərliyinə məlumat vermiş və rəhbərliyin göstərişi ilə həmin sovqatlara ətraflı baxış keçirilməsi üçün həmin sovqatları gətirmiş Şahid1 Nəzarət buraxılış Məntəqəsinə dəvət edilmiş, həmçinin baxışda hal şahidi qismində iştirak etmələri üçün iki nəfər məhkum, Şahid5 və Şahid6 da dəvət olunmuşlar. Hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Şahid1 dəvət olunmuş hal şahidlərini tanıyıb-tanımadığını, onlarla hər hansı bir ədavəti və düşmənçiliyi olub-olmadığını soruşulmuş, Şahid1 da həmin hal şahidlərini tanımadığını, onlarla heç bir qohumluq əlaqəsi, eləcə də ədavəti və düşmənçiliyi olmadığını demişdir. Baxışda iştirak edən şəxslərə baxışın keçirilməsinin səbəbi izah edilmiş, sovqata baxış keçirilməyə başlanmışdır. Baxış zamanı gətirilmiş çantalarda meyvə, siqaret, qənd, çay, şirniyyat və paltarlar olmuşdur. Çantanın içərisində olan paltarlar bir-bir açılıb baxıldıqda, həmin paltarların içərisində olan bir ədəd qara rəngli əl-üz dəsmalının kənarına heroinə oxşar maddənin hopdurulması müəyyən edilmişdir. Həmin əl-üz dəsmalının Şahid1 kimə məxsus olduğunu və kimə çatacağını soruşulduqda, Şahid1 bildirmişdir ki, həmin paltarları və dəsmalı Yevlax şəhər sakini Nicat adlı şəxs ona vermişdir ki, Müəssisədə saxlanılan Elsevər Quliyevə ötürsün. Aşkar olunan dəsmal hal şahidlərinin iştirakı ilə ağ rəngli zərfə qoyulub bağlanıb möhürlənmiş, zərfin üzərinə iştirakçılarla birlikdə, o, da imza etmişdir. Protokol tərtib edilmiş, ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və düzəliş edilməsi təklif olunmamış, şikayət və etiraz daxil olmamışdır. Protokola digər iştirakçılarla birlikdə, o, da imza etmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə hopdurulmuş dəsmal ekspertizaya təqdim edilmişdir. Ekspertiza tədqiqatından sonra müəyyən edilmişdir ki, həmin dəsmala hopdurulmuş maddə narkotik vasitə heroindir və xalis çəkisi 0,108 qramdır. Bundan sonra Şəki ŞRPŞ-nə narkotik vasitənin keçirilməsi ilə bağlı məlumat verilmiş və toplanmış material qanuni tədbir görülməsi üçün narkotik vasitə ilə birgə Şəki ŞRPŞ-nə göndərilmişdir. Həmçinin o, göstərmişdir ki, gün ərzində X18 çoxlu sayda sovqat və banderol gətirilir. Onlar hər biri ayrı-ayrılıqda yoxlanılır. İlkin yoxlama zamanı bəzən şübhəli əşyalar müəyyən olunsa da, sonradan həmin əşyaların qanunsuz olmadığı müəyyən edilir. Bundan başqa o, göstərmişdir ki, Şahid1 təqsirləndirilən şəxs Elsevər Quliyevə gətirdiyi sovqatın içərisindəki dəsmala narkotik vasitə hopdurulması barədə qabaqcadan məlumat daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Müəssisəsinin X13 Rejim-nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyir, əsas vəzifəsi X12 cəza çəkən məhkum və təqsirlndirilən şəxslərlə görüşə gəlmiş şəxslərin üzərini və gətirdikləri sovqata axtarış-baxış keçirməkdən ibarətdir ki, müəssisəyə qadağan olunmuş əşya və ya maddə keçirilməsin. xx.xx.2021-ci il tarixdə saat 11:40 radələrində ünvan 4 ünvanda yaşayan Şahid1 X6 təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətikan tədbiri seçilmiş X27 gətirdiyi sovqata tərəfindən axtarış-baxış keçirilən zaman paltarların arasında olan bir ədəd əl-üz dəsmalının kənarına şübhəli maddə hopdurulduğunu görüb, həmin maddənin narkotik vasitə heroinə bənzər maddə olmasına şübhə yarandığı üçün dərhal axtarışbaxışı dayandırıb Müəsissənin əməliyyat şöbəsinin rəisi Şahid2 məlumat vermişdir. Elxan Hacıyəhyayev bununla bağlı Müəssisənin rəhbərliyinə məlumat vermiş, sonra rəhbərliyin göstərişi ilə həmin sovqatlara ətraflı baxış keçirilməsi üçün sovqatları gətirmiş Şahid1 Nəzarət buraxılış Məntəqəsinə dəvət etmişdir. Baxışda hal şahidi qismində iştirak etmələri üçün iki nəfər məhkum, Şahid5 və Şahid6 dəvət edilmişdir. Bununla yanaşı rəisin növbətçi köməkçisi Şahid3 da dəvət etmişdir. Baxışda iştirak edən hal şahidlərinə hüquq və vəzifələri izah edilmiş, daha sonra Şahid1 həmin hal şahidlərini tanıyıb-tanımadığını, onlarla hər hansı bir ədavət və düşmənçiliyi olubolmadığını soruşulmuşdur. Şahid1 həmin hal şahidlərini tanımadığını, onlarla heç bir qohumluq əlaqəsi olmadığını, eləcə də ədavəti və düşmənçiliyi olmadığını demişdir. Baxışda iştirak edən şəxslərə baxışın keçirilməsinin səbəbi izah edilmişdir. Şahid1 gətirdiyi çantalarda olan sovqata baxış keçirilməyə başlanmışdır. Baxış zamanı gətirilmiş çantalarda meyvə, siqaret, qənd, çay, şirniyyat və paltarlar gözlə görünürdü. Çantanın içərisində olan paltarlar bir-bir açılıb baxıldıqda, həmin paltarların içərisində olan bir ədəd qara rəngli əl-üz dəsmalının kənarına heroinə oxşar maddənin hopdurulması müəyyən edildi. Həmin əl-üz dəsmalı Şahid1 təqdim edib, dəsmalın kimə məxsus olduğu və kimə çatacağını soruşduqda, Şahid1 bildirmişdir ki, həmin paltarları və dəsmalı Yevlax şəhər sakini Nicat adlı şəxs ona vermişdir ki, Müəssisədə saxlanılan Elsevər Quliyevə ötürsün. Aşkar olunan dəsmal hal şahidlərinə də göstərilib ağ rəngli iri zərfə qoyulub bağlanıb möhürləndi, zərfin üzərinə iştirakçılarla birlikdə, o, da imza etmişdir. Protokol tərtib edilib, ucadan oxundu, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə, o, da həmin protokola imza etmişdir. Narkotik vasitəyə bənzər maddə hopdurulmuş dəsmal ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, hal-hazırda X12 cəza çəkir. 20 oktyabr 2021-ci il tarixdə saat 11:40 radələrində X13 Əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyən Elxan Hacıyəhyayev onu və digər məhkum X15 nəzarət buraxılış məntəqəsinə dəvət edib, adını həmin vaxt bildiyi Ruslan adlı şəxsin məhkuma gətirdiyi sovqat olan çantalara baxış keçiriləcəyini bildirmişdir. Əvvəlcə onu və Elvini Ruslan adlı şəxsə təqdim edib onları tanıyıb tanımadığını, onlarla qohumluq əlaqəsinin, eləcə də ədavəti və ya düşmənçiliyi olub-olmadığını soruşmuşlar. Ruslan adlı şəxs onları tanımadığını onlarla heç bir münasibəti olmadığını, qohumluq əlaqəsi və ədavəti olmadığını bildirmişdir. Hüquq və vəzifələri ona izah edilmişdir. Çantalara bir-bir baxılmış, paltarlar olan çantaya baxış zamanı paltarların arasında olan bir ədəd qara rəngli əl-üz dəsmalının bir tərəfinə hopdurulmuş narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş dəsmal ona və digər hal şahidinə də göstərilmiş, sonra dəsmal ağ rəngli zərfə qoyulub bağlanıb möhürlənmişdir. Zərfin üzərinə iştirakçılarla birlikdə, o, da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə göstərdi ki, Mingəçevir şəhər sakini X34 onun tanışıdır. Elsevər adam öldürməyə cəhd etməyə görə həbs edilmiş və hal-hazırda X12 saxlanılır. Həbs edildikdən sonra Elsevər arabir Müəssisənin telefonu ilə onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna zəng edir, hal-əhval tutub danışıb. 18 oktyabr 2021-ci il tarixdə Elsevər Müəssisənin telefonu ilə onun mobil telefonuna zəng edib, Nicatda ona çatası çanta olduğunu, həmin çantanı Nicatdan götürüb, evdən atasıgilin verdiyi sovqatla birlikdə gətirməsini xahiş etmişdir. Yaxın münasibətləri olduğu üçün etiraz etməyib razılaşmışdır. Bundan başqa təxminən 14-15 gün öncə Elsevərin xahişi ilə o, Nicatdan Elsevərə çatası sovqatı götürüb gətirib Müəssisənin əməkdaşları vasitəsi ilə sonuncuya göndərmişdir. Elsevərlə danışandan sonra o, Nicata zəng edib, lakin sonuncu telefonu açmamışdır. Bundan sonra o, yenə də Nicata zang etmiş, Nicat ona demişdir ki, indi vaxdı yoxdur, gecə də olsa həmin sovqatı çatdıracaq. Gecə saat 02 radələrində Nicat ona zəng edib, Yevlax şəhərindən çıxdığını, Mingəçevir şəhərinə girə bilməyəcəyini, Mingəçevirin alaqapısının yaxınlığında gözləyəcəyini, həmin yerə çatıb zəng edəcəyini demişdir. O, təxminən bir saat gözləmiş, lakin Nicat zəng etmədiyi üçün, o, özü Nicata zəng etmiş, lakin zəng çatmadığı üçün yatmışdır. Səhəri gün, yəni xx.xx.2021ci il tarixdə saat 07:30 radələrində o, bir gün qabaq Elsevər üçün aldığı qənd, çay, şirniyyat məmulatlarını götürüb X18 gəlmişdir. O, sövqatı Elsevərə göndərmək üçün Müəssisədə qeydiyyatdan keçmək istəyən zaman Elsevər müəssisənin telefonu ilə ona zəng edib, Nicatla görüşüb-görüşmədiyini soruşmuşdur. O, da Elsevərə, Nicat sovqatı gətirib çıxarmadığını demişdir. Elsevər ona, gətirdiyi sovqatı göndərməməsini, qayıdıb atasınında verəcəyi sovqatı və Nicatın da verəcəyi sovqatı götürüb gətirməsini, özü Nicatla danışacağını demişdir. Belə olub o, Elsevər üçün gətirdiyi sovqatı verməyib yenidən Mingəçevir şəhərinə qayıtmış, Nicata zəng eləmiş, Nicat ona Mingəçevir şəhərinə gələ bilməyəcəyini deyib, özü Yevlax şəhərinə gəlməsini xahiş etmişdir. Nicat ona, Kür çayının üstündəki körpünü keçəndən sonra təxminən 500 metr qabaqda yaşadığı küçənin başında gözləyəcəyini demişdir. O, da deyilən ünvana gedib Nicatla görüşmüşdür. O, Nicatdan, çantanın içərisində nələr olduğunu soruşub. Nicat da ona, səffaf çantanın içərisində meyvələr olduğunu, o biri tünd rəngli çantanın alt hisəsində paltarlar, üstündə də sok, qənd, çay və şirniyyat olduğunu demişdir. O, Nicatdan götürdüyü çantaları idarə etdiyi avtomaşının arxa yük yerinə qoyub Mingəçevir şəhərinə qayıtmışdır. Elsevərin atası ilə telefon vasitəsi ilə əlaqə saxlayıb evlərinin yanına gedib, atasının verdiyi iki ədəd sellofan torbaları da götürüb idarə etdiyi avtomaşının arxa yük yerinə qoymuşdur. Elsevərin atasının verdiyi torbanın birinin içərisində Elsevərin müalicəsi üçün aldığı dərmanlar və meyvə olmuş, digər torbada isə Elsevər üçün aldığı reksona, ətir, şampun, siqaret, qənd, çay və şirniyyat olmuşdur. O, özü də Elsevər üçün aldığı qənd, çay və şirniyyat məmulatları olan çantanı da avtomaşının arxa yük yerinə qoymuşdur. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən saat 09:30 radələrində Elsevər Müəssisənin telefonu ilə ona zəng edib, əvvəlcə Nicatdan və atasından çantaları götürməyini soruşmuş, o, Elsevərə götürdüyünü və yolda olduğunu demişdir. Həmin gün saat təxminən 10:30 radələrində müəssisəyə çatmış, sovqatları vermək üçün qeydiyyatdan keçmiş, bundan sonra Müəssisənin əməkdaşı gəlib sovqatlar olan çantaları götürüb içəri keçmişdir. Bir müddətdən sonra onu Müəssisənin içərisinə çağırıb Nicatın ona verdiyi içərisində paltarlar olan çantanın çıxmış əl-üz dəsmalını göstərib, dəsmalın üstündə narkotik maddə olmasına şübhə olduğunu, ona görə də həmin dəsmalı ekspertizaya göndərəcəyini deyib, həmin dəsmalı onun yanında ağ rəngli zərfə qoyub bağlayıb möhürləmişlər və ekspertizaya göndərmişlər. Bir müddətdən sonra məlumat verib bildirmişlər ki, həmin dəsmalın üzərinə narkotik maddə olan heroin hopdurulub. Bundan sonra orada onun izahatını almışlar. O, izahatında yuxarıda qeyd etdiyi kimi olmuş vəziyyəti qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, üzərinə narkotik vasitə hopdurulmuş dəsmal Nicatın verdiyi çantanın içərisindən çıxmışdır. Çünki Elsevərin atasının verdiyi çantanın birinin içərisində reksona, şirniyyat, çay, qənd və «Prima» markalı siqaret olmuşdur. Digər çantada isə müalicə üçün alınmış dərmanlar, 3 ədəd ətir və bir az qarışıq meyvə olmuşdur. Həmin çantalarla geyim əşyaları və sair olmamışdır. Nicatın verdiyi şəffaf rəngli torbada meyvə olmuşdur. İkinci tünd rəngli çantanin alt hissəsində paltarlar, üstündə meyvə şirəsi, qənd, çay və şirniyyat olmuşdur. Həmin dəsmal da Nicatın verdiyi çantadan aşkar olunmuşdur. Nicatın verdiyi həmin çantada olan dəsmala narkotik vasitə hopdurulmasından onun əvvəlcədən xəbəri olmamışdır, xəbəri olsaydı o, həmin çantanı götürməzdi. İttiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X34 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Sovqatı ona əvvəllər tanıdığı Ruslan gətirib. Sovqat məhkuma gətirilən mallardan, yəni ərzaq məhsulları və pal-paltardan ibarət olub. Narkotik vasitə hopdurulmuş yaylıqdan heç bir məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X49 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qonşu olublar. Onun qardaşı X44 dünyasını dəyişib. Nicatın atası İsmayıl kişi ona demişdir ki, qardaşı İlham cəzaçəkmə müəsisəsinə göndərmək üçün Nicata narkotik vasitə vermiş, Nicatda tutulub. Qardaşı İlham əvvəllərdə həbsdə olub və cəzaçəkmə müəssisəsinə sovqat göndərən olub. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qonşu olublar. Eşitmişdir ki, Nicatın atası İsmayıl kişi xəstədir və dəqiq xatırlamadığı vaxt, təxminən 2021-ci ilin yaz qabağı ərəfəsində İsmayıl kişini görməyə gəlib. O, Nicat gildə olan zaman qapı döyülüb, Nicat qapıya çıxıb. Mərhum İlhamı tanıyıb, o, da qonşuluqda yaşayıb. O, da siqaret çəkmək üçün çölə çıxıb, Nicatnan İlhamın söhbət etdiyini görüb. Nicatın əlində göy rəngli torba olub. Həmin torbanı Nicata İlham verib. Torbada bozumtul rəngli dəsmal var idi. Nicat ona deyib ki, İlham həmin torbanı cəzaçəkmə müəssisəsinə sovqat göndərmək üçün ona verib. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilən X50 ifadəsində göstərdi ki, Yevlax şəhərində yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Nicatı tanıyır. Dəqiq vaxtını xatırlamasa da, təxminən bir qabaq Yevlax şəhəri “üçün başı” deyilən ərazidə İlham ona yaxınlaşıb və onu İsmayıl kişinin evinə aparmasını xahiş edib. İlhamın əlində göy rəngli torba olub, içində nə olduğunu bilmir. Nicatgilin qapısında həmin torbanı İlham Nicata verib. İlhamla Nicatın danışığını eşitməyib. Daha sonra geri qayıdıblar. Torbada nə olduğunu dəqiq bilmir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 234.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 23 oktyabr 2021-ci il tarixli, 4(075)- 88/2021 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay, yəni 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 21 yanvar 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(075)- 3/2022 saylı qərarından qərarından görünür ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə, yəni 21 yanvar 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Müəssisəsinin X13 20.102021-ci il tarixli məlumat məktubundan görünür ki, həbs olunaraq X12 saxlanılan X28 tanışı Şahid1 tərəfindən gətirilmiş sovqata baxış zamanı sovqatın içərisində 1 ədəd əl-üz dəsmalına hopdurulmuş vəziyyətdə narkotik vasitə olan ümumi xalis çəkisi 0,108 qram heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 4 ünvanda yaşayan Şahid1 X12 saxlanılan X27 xx.xx.2021ci il larixdə gətirdiyi sovqata axtarış-baxış zamanı sovqatın içərisində olan bir ədəd əl-üz dəsmalına hopdurulmuş narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli 17/762 nömrli arayışdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Şahid1 götürülmüş xususi üsulla hopdurulmuş əl-üz dəsmalı ....» sözləri və imzaları olan zərfin içərisindəki 01 (bir) ədəd dəsmalın kənar hissəsinə hopdurulmuş vəziyyətdə olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin quru maddənin təmiz çəkisi 0,108 qramdır. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizanın 05 noyabr 2021-ci il tarixli 17/775 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Şahid1 götürülmüş xususi üsulla hopdurulmuş əl-üz dəsmalı ....» sözləri və imzaları olan zərfin içərisindəki 1 (bir) ədəd əl-üz dəsmalından ekstraksiya edilmiş 1 (bir) ədəd kağız bükümdəki, təmiz çəkisi 0,088 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə Ekspertiza Mərkəzinin X42 xx.xx.2021-ci il tarixli 17/762 saylı arayışına əsasən ilkin tədqiqat zamanı 1 (bir) ədəd əl-üə dəsmalının kənar hissəsinə hopdurulmuş herinin təmiz çəkisi -0,108 qram olmuşdur. Heroinin təmiz çəkisi-0,088 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,038 qram. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir). İş materiallarına əlavə edilmiş 07 dekabr 2021-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki. Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd köhnə modelli, düyməli «Nokia» markalı mobil telefona baxış zamanı müəyyən olunmuşdur ki, həmin telefonda 055- ***-**-** nömrəsi istifadə olunur. Mobil telefon açıldıqda ekranda ВАКСЕ L- AZ sözləri və saat göstərilir. Sol tərəfdə menyu, sağ tərəfdə Get sözləri yazılmışdır. Telefonda olan cavabsız zənglər siyahısına daxil olub cavabsız zənglər siyahısına baxdıqda xx.xx.2021-ci il tarixdə saat 17:39-da ***-***-**-** nömrəsindən, həmin gün saat 17:25-də ***-***-**-** nömrəsindən, həmin gün saat 17:16-də «Cimka» adı altında istifadə olunan ***-***-**-** nömrəsindən, yenə həmin gün saat 16:34-də ***-***-**-** nömrəsindən, yenə həmin gün saat 16:23-də «Rikid» adı altında ***-***-**-** nömrəsindən cavabsız zənglər daxil olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs siyahıda olan ***-***-**- ** nömrəsinin atasına məxsus olduğunu, digər nömrələrin isə dostlarına məxsus olduğunu bildirmişdir. Qəbul edilən zənglər siyahısında isə xx.xx.2021-ci il tarixdə saat 13:36-da ***- ***-**-** nömrəsindən zəng daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin telefon nömrədən ona zəng edilərək Yevlax RPŞ-nə dəvət olunduğunu bildirmişdir. Başqa nömrədən zəng daxil olmamışdır. Yığılan nömrələr siyahısında isə xx.xx.2021-ci il tarixdə saat 13:34-də ***-***-**-** nömrəsinə və həmin gün saat 13:32-də ***-***-**-** nömrəsinə zəng edilmişdir. Təqsirləndirilən şəxs zəng etdiyi həmin nömrələrin kimə məxsus olduğunu xatırlamadığını, belədə mobil telefon nömrələrini əzbər yadda saxlaya bilmədiyini, həmin nömrələrin ona yaxın adamların nömrəsi ola biləcəyini, yada hansısa işlə bağlı həmin nömrələrə zəng etdiyini bildirmişdir. Həmçinin mobil telefonun yaddaşında olan Mesajlar taylına daxil olub gələn mesajlara baxdıqda, əsasən «777»-dən, «İrshad»-dan, «QOF»-dan «Kontakt Hom»-dan ismarıclar daxil olmuşdur. Ancaq xx.xx.2021-ci il tarixdə Eyyub adı altında olan ***-***-**-** nömrəsindən «Qaqa yatmısan» ismarıcı daxil olmuşdur. Göndərilən mesajlarda «082» nömrəsindən 3 dəfə boş ismarıc daxil olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, istifadə etdiyi mobil telefonu təxminən bir həftə öncə aldığını, ona görə də mobil telefonun siyahısında olan telefon nömrələrinin çoxunu tanımadığını, telefonun yaddaşında ancaq bir neçə dostunun və atasının telefon nömrələrini qeyd etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2021-ci il tarixli 1459 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər X4 rayon Psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2415 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər X26 rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1938 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 -ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.01,2013-cü il tarixli qərarı əsasında cəzasının çəkilməmiş 5 ay 1 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin 46 saylı evlər komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yaşayır, onun himayəsində xx.xx.2013-cü ildə anadan olmuş X21 və xx.xx.2014-cü ildə anadan olmuş X29 adlı iki azyaşlı uşağı vardır. X7 və X11 atası Təqsirləndirilən şəxs, anası X30r. İş materiallarına əlavə edilmiş nigah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X22 arasında xx.xx.2016-cı il tarixdə nigah bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2018-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X44 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin 46 saylı evlər komitəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Penitensiar Xidmətin İxtisaslaşdırılmış Mualicə Müəssisəsindən daxil olmuş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X10 "xxxx" diaqnozu ilə X2 daxil olmuşdur. Xəstə stasionarda muayinələrdən keçirilmiş və onda “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində VM(+) pozitiv” kliniki diaqnozu təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş X10 daxil olmuş xx.xx.2018-ci il tarixli 1810 nömrəli məktubda göstərilmişdir ki, X5raşdırılmış video kameraların yaddaşı hər ay yeniləndiyi üçün 21-25 iyul 2017-ci il tarixdə olan video görüntüləri təqdim etmək mümkün olmamışdır. Həmçinin məktuba əlavə olunmuş zənglər siyahısından görünür ki, X9 Penitensiar Müəssisəsində istifadə olunan ******* nömrəsindən X36 tərəfindən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci. xx.xx.2021-ci il. xx.xx.2021-ci il tarixlərdə ***-***-**-** nömrəsinə, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il (iki dəfə) xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixədək atası Elçin Quliyevin istifadəsində olan ***-***-**-** nömrəsinə, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə və xx.xx.2021-ci il tarixdə Şahid1 Xanldar oğlunun istifadəsində olan ***-***-**-** nömrəsinə zənglər olunmuşdur. İş materiallarına əlavə edilmiş X18 verilmiş əməliyyat tapşırığının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli cavablarında göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə hal-hazırda X12 saxlanılan həbs edilmiş şəxs X27 vətəndaş Şahid1 tərəfindən gətirilmiş sovqatın içərisindən narkotik vasitənin aşkar olunması faktı üzrə müəssisənin əməliyyat aparatı tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Belə ki, həbs edilmiş X3 Nicat ismayıl oğlunun göndərdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün göndərdiyi müəyyən olunmuş, həbs edilmiş şəxs X34 ilə eyni kamerada saxlanılan Anar Qocayev (Təqsirləndirilən şəxs yeznəsi) həmin narkotik vasitənin Müəssisəyə göndərməsində rolunun olması barədə hər hansı məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs həbs edilmiş şəxs X27 ötürülməsi üçün göndərmək məqsədilə Şahid1 verdiyi narkotik vasitə olan heroini nə vaxt, harada və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həbs edilmiş şəxs X23 X18 əvvəlcədən qanunsuz əşya, predmet və ya narkotik vasitə keçirməyə cəhd göstərəcəyi ilə bağlı əməliyyat məlumatı əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi isə Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş, öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində, hətta məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə və məhkəmə baxışında ilkin ifadəsində ona istinad olunan əməli etiraf etmiş narkotik vasitə hopdurulmuş dəsmalı əvəssiz olaraq göndərməsini bildirmişdir. O, məhkəmə baxışında sonradan təqsirsiz olduğunu bildirsə də, ibtidai istintaqda etiraf edici ifadələr verdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş X8 və X37 bildirdiklərinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, həmin şahidlər təqsirləndirilən şəxsin yaxın adamları olmaqla onu müdafiə etmək məqsədilə ümumi sözlərdən ibarət olan ifadələr vermişdilər. Belə ki, qeyd olunan şəxslər mərhum X32 təqsirləndirilən şəxslə görüşdüyünü bildirsələrdə, konkret olaraq məhz narkotik vasitə hopdurulmuş dəsmalın mərhum İlham tərəfindən təqsirləndirilən şəxsə verildiyi barədə məlumat verə bilməmişlər. X49 isə işin mahiyəti ilə bağlı heç nə bildirməmişdir. Odur ki, məhkəmə X8 və X37 və X38 ifadəsini əsaslı sübut kimi qəbul etmir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Həmin Məcəllənin 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000- ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmə, saxlama, daşıma, göndərmə və satma, həmçinin qəsdən, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi qadağan olunmuş əşya hesab edilən narkotik vasitələrin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladının olması, həyat yoldaşının vəfat etməsi, övladlarının onun himayəsində olması və onları tək böyütməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Ona görə də məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə, qanuni və ədalətli cəza təyin edilməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona CM-nin təqsirli bilindiyi CM-nin 234.2 və 29,317-1.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində olan uşaqları, 21 noyabr 2013-cü ildə anadan olmuş X21 və 12 dekabr 2014-cü ildə anadan olmuş X11 14 (on dörd) yaşına çatmamasını və onun həmin uşaqları təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası X11 14 (on dörd) yaşına çatanadək təxirə salınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, təqsirləndirilən şəxs saxlandığı yerdən dərhal həbsdən azad olunmalı, seçilən qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon X48 Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,038 qram narkotik vasitə olan heroin hopdurulmuş 1 ədəd dəsmal hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 121,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı X16, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) il, 01 (bir) ay, 18 (on səkkiz) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il, 10 (on) ay, 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğu müəyyən olunsun. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan və xx.xx.2014-cü ildə anadan olmuş uşağı X11 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs məhkum edildiyi cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs saxlanıldığı Penitensiar Xidmətin Mualicə Müəssisəsində dərhal həbsdən azad olunsun. Seçilən qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs himayəsində on dörd yaşına qədər uşağının olması ilə əlaqədar cəza çəkməsinin təxirə salınmasının qeydiyyata götürülməsi və üzərində nəzarətin həyata keçirilməsi üçün yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,038 qram narkotik vasitə olan heroin hopdurulmuş 1 ədəd dəsmal hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 121,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X16, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-20/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-20/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver