Məhkəmə qərarları › İş №1(075)-20/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-20/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-20/2024 04.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Şəki şəhərində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxx 1994-ci ildə Şəki şəhərində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə,, xx xxx 1985-ci ildə Şəki şəhərində anadan olmuş,, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxx 1984-ci ildə Şəki şəhərində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, məhkumluğu olmayan, ünvan 4 ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda X14 saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Şəki Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs4 silah qisimində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 22 may 2023-cü il tarixdə, saat 16 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, Şəki şəhər mərkəzi bazarının içərisində yerləşən, ictimai yer hesab edilən «Miraj» kafesində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünün tanışı X9 90 manata aldığı "Redmi Not 9" markalı mobil telefonu ucuz qiymətə almasını cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, kafedə işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, diş ətinə qansızma, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, ağlı qişaya qansızma, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı, sağ baldırın geniş və sol budun geniş hematomaları, sol budun sıyrığı kimi, onlardan üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, ağlı qişaya qansızma, sağ baldırın geniş və sol budun geniş hematomaları ilə nəticələnən istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, diş ətinə qansızma, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla sol üst göz qapağının qançırı, sağ kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər, həmçinin, cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər edərək silah qismində istifadə olunan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfatməişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə vuraraq Zərərçəkmiş şəxs2 sağ əlin arxa səthinin və sağ əlin İİ barmağının kəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən bir qrup şəxs tərəfindən və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 22 may 2023-cü il tarixdə, saat 16 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, Şəki şəhər mərkəzi bazarının içərisində yerləşən, ictimai yer hesab edilən «Miraj» kafesində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünün tanışı X9 90 manata aldığı "Redmi Not 9" markalı mobil telefonu ucuz qiymətə almasını cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, kafedə işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyərək, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, diş ətinə qansızma, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, ağlı qişaya qansızma, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı, sağ baldırın geniş və sol budun geniş hematomaları, sol budun sıyrığı kimi, onlardan üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, ağlı qişaya qansızma, sağ baldırın geniş və sol budun geniş hematomaları ilə nəticələnən istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, diş ətinə qansızma, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla sol üst göz qapağının qançırı, sağ kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 22 may 2023-cü il tarixdə, saat 16 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, Şəki şəhər mərkəzi bazarının içərisində yerləşən, ictimai yer hesab edilən «Miraj» kafesində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünün tanışı X9 90 manata aldığı "Redmi Not 9" markalı mobil telefonu ucuz qiymətə almasını cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, kafedə işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, diş ətinə qansızma, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, ağlı qişaya qansızma, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı, sağ baldırın geniş və sol budun geniş hematomaları, sol budun sıyrığı kimi, onlardan üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, ağlı qişaya qansızma, sağ baldırın geniş və sol budun geniş hematomaları ilə nəticələnən istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, diş ətinə qansızma, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla sol üst göz qapağının qançırı, sağ kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 22 may 2023-cü il tarixdə, saat 16 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, Şəki şəhər mərkəzi bazarının içərisində yerləşən, ictimai yer hesab edilən «Miraj» kafesində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özünün tanışı X9 90 manata aldığı "Redmi Not 9" markalı mobil telefonu ucuz qiymətə almasını cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, kafedə işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, diş ətinə qansızma, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, ağlı qişaya qansızma, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı, sağ baldırın geniş və sol budun geniş hematomaları, sol budun sıyrığı kimi, onlardan üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, ağlı qişaya qansızma, sağ baldırın geniş və sol budun geniş hematomaları ilə nəticələnən istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid, diş ətinə qansızma, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, burun tağı, alın nahiyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 qəsdən fiziki zor tətbiq etməklə əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq yerə yıxmaqla və yerdə olan zaman bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri ilə vurmaqla sol üst göz qapağının qançırı, sağ kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 may 2023-cü il tarixdə doğum günüm olduğu üçün evdən çıxıb Şəki mərkəzi bazarına gedib İlham adlı şəxsin işlətidiyi "Qu-quşun" kafesi adlanan yerdə əyləşib çay içmişdir. Kafedə olarkən fikirləşmiş ki, tanış uşaqlara zəng edib doğum gününü qeyd etmək üçün kafeyə dəvət etsin. Belə olmuş tanışı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zəng edib doğum günü ilə bağlı oturub yeyib içməyi təklif etmişdir. Həmin şəxslər də onun təklifinə heç bir etiraz etməmişlər. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə təxminən saat 13 radələri olarkən Şəki mərkəzi bazarına onun əyləşdiyi kafeyə gəlmişlər. Onlar birlikdə əyləşib yeyib-içməklə spirtli içki qəbul etmişlər. Onlar kafedə əyləşib yeyib-içərkən Zərərçəkmiş şəxs2 onların əyləşdikləri masaya yaxınlaşıb salamlaşmışlar. Həmin vaxt o və digər uşaqlar Zərərçəkmiş şəxs2 onun tanışı Zərərçəkmiş şəxs1 harada olmasını soruşmuşlar, həmin şəxs Sadiqin harada olmasını bilmədiyini bildirmişdir. Onlar yenə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 onların tanışından telefon aldığını, həmin tanışın telefonun qaytarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 yenə Sadiqin harada olmasını bilmədiyini deyib çıxıb getmişdir. Onlar bir qədər əyləşib yeyib-içdikdən sonra təxminən saat 16 radələri olarkən kafedən çıxıb bazarın dayanacağına "Miraj" kafenin yanına getmişlər ki, oradan hər kəs evinə getsin. Həmin vaxt Zərərçəkmiş şəxs2 Miraj kafeyə getdiyini görmüşlər. Həmin şəxsin arxası ilə Miraj kafeyə daxil olduqlarında Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 görüşüb masalardan birində əyləşdiklərini görmüşlər. Zərərçəkmiş şəxs2 yaxınlaşıb "bəs sən Sadiqin yerini bilmirdin" dediyində həmin şəxs onunla kobud danışmağa başlamışdır. Nəsirin onunla kobud danışmasına hirslənib içkili olduğundan onu iki dəfə sillə ilə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs2 qaçıb kafenin mətbəxinə girmişdir. O, da onun arxasınca mətbəxə girmişdir. Pərviz, Valeh və Veysəl kafedə masanın kənarında dayanıb Sadiq ilə söhbət etmişlər. O, mətbəxə daxil olduqdan sonra Nəsir ortalıqda olan stolun kənarında o, tərəfə, bu tərəfə qaçaraq onu tutmağına imkan verməmiş, mətbəxdə stolun üzərində bıçaq olmasını görüb hirsindən Zərərçəkmiş şəxs2 qorxutmaq üçün bıçağı götürüb onun üzərinə gedərkən kafeni işlədən Elnur qarşıya keçib onu tutub saxlamış, sonra Elnur əlindən bıçağı alıb onu mətbəxdən çıxarmışdır. O, mətbəxdən çölə çıxandan sonra kafeyə gələn tanımadığı şəxslər mübahisəyə son qoymaq üçün onları kafedən çölə çıxarmışlar. Onlar kafedən çıxdıqdan sonra hər biri taksiyə əyləşib yaşadıqları evə çıxıb getmişlər Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1la barışdığını, digər Zərərçəkmiş şəxs2 ilə barışmağa cəhd etməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində dostu Valehin icarə əsasında işlətdiyi Ruslan kafesinə getmiş, orada görüşüb çay içərkən onlara qulluq etmək üçün bir ofisant masaya yaxınlaşmışdır. Valeh həmin ofisantdan telefonunun harada olmasını soruşmuş, həmin uşaq da Valehə telefonunu təmirə verdiyini demişdir. Həmin vaxt Valeh bazarda telefon alqı satqısı işinə baxan Sadiq adlı şəxsə zəng edib ona bu gün telefon verilib-verilməməsini soruşmuş, həmin şəxs bu gün telefon almadığını demişdir. Həmin gün evə getmiş, növbəti gün saat təxminən 15 radələrində dostu Valehin icarə əsasında işlətdiyi Ruslan kafesinə yenə getmişdir. Həmin uşağı görmüş, ondan soruşmuş ki, telefonunu kimə verib. Həmin uşaq da telefonunu Sadiq adlı şəxsə pul əvəzində girov qoyduğunu demişdir. Həmin uşaq da xx.xx.2023-cü il tarixdə ona təcili pul lazım olduğu üçün özünə məxsus telefonu Sadiq adlı şəxsə 90 manat əvəzində verdiyini və 5 gündən sonra 140 manat verib telefonu geri alamağa razılaşdığını demişdir. Bu zaman uşaqdan Sadiqin nömrəsini almış və ona zəng etmişdir. Sadiqlə danışdıqda uşağı nə üçün aldatmağını soruşmuşdur. Həmin şəxs də telefonu uşaqdan aldığını demişdir. Sadiqə nə üçün telefonu şəxsiyyət vəsiqəsi ilə almamısan demiş, həmin şəxs də konkret cavab verməyib telefonu söndürmüş, sonra tanışı Tərlan adlı şəxsə zəng etmiş, çünki Əsədə telefonunu Sadiqə verməsini o demişdir. O, Sadiqə telefonu Əsədə geri qaytarmaq lazımdır demiş, həmin şəxs də özüm həll edəcəyəm demişdir. xx.xx.2023ü il tarixdə Tərlan onun kartına 60 manat pul göndərmişdir. O, da həmin pulu Sadiqin kartına atmış, Sadiq ona nə üçün kartıma pul göndərmisən, səndən telefon almamışam demişdir. Sadiq sabah axşam Şəkidə olacam demiş, o da ona mənə maraqlı deyil, sabah saat 12-yə telefon uşaqda olsun demişdir. xx.xx.2023-cü il tarixdə saat 12-də Sadiqə zəng etmiş, lakin telefonuna zəng çatmamışdır. Valeh, Vüsal və Pərvizlə bazar adlanan ərazidə kafelərin birində görüşüb çörək yemişlər. Belə ki, həmin vaxt onların Vüsalın zənginə əsasən kafeyə gedib onun doğum gününü qeyd etmişlər. Həmçinin onlar bir qədər spirtli içki qəbul etmişlər. Onlar kafedə 5-10 dəqiqə əyləşdikdən sonra qalxmışlar. Onlar bir yerdə yemək yeyən zaman Tərlan zəng edib Sadiq səni Miraj kafesində gözləyir demişdir. O, da təxminən 40-45 dəqiqə sonra Pərviz, Valeh və Vüsal ilə birlikdə Miraj kafesinə getmiş, ora çatdıqda Sadiqi görmüş və onun yanında kimsə olmuşdur. Sadiqə yaxınlaşıb telefonu istəmiş, həmin şəxs də 10 dəqiqəyə telefonu gətirəcəklər demişdir və bu sözündən sonra ortaya söyüş söymüşdür. Bu zaman Valeh Sadiqə şillə vurmuş, o, Sadiqin əlindəki telefonu götürmək istəmiş, lakin həmin şəxs telefonu geri çəkmişdir. Bundan sonra o, Sadiq adlı şəxsin sifətinə bir neçə dəfə yumruqla vurmuşdur. Bu zaman Sadiqin yanındakı oğlan ayağa durmuş, onun adının Nəsir olduğunu sonradan bilmişdir. Nəsir durub üstünə gələndə onun da baş nahiyyəsinə bir dəfə yumruqla vurmuş, bu zaman Pərviz və Vüsal onları ayırmağa çalışmışlar. Onlar Sadiq və Nəsiri vurmamışlar. Həmin vaxt yaranmış səsküyə obyektin mətbəxindən bir qadın çıxmış, bir qadın da əvvəldən zalda olmuş, zalda oturan başqa şəxsləri görməmişdir. Onların mübahisəsi 5 dəqiqə çəkmişdir. Hadisədən 15 dəqiqə sonra Tərlan ona zəng edib Sadiq telefonu bazarda dönərxanaya qoyduğunu demiş, o da gedib telefonu götürüb Əsədə qaytarmışdır. Hazırda əməlindən peşmandır. Ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Daimi iş yeri olmadığı üçün 2023-cü ilin yanvar ayında Ruslan kafesini icarəyə götürüb işlətmişdir, may ayının 26-da kafeni təhvil vermişdir. Əsəd adlı şəxsi təxminən 2023-cü ilin fevral ayından tanıyır. Belə ki, həmin kafeni işlətdiyi müddətdə Əsəd yanına gəlib kafedə xidmətçi işləmək istədiyini bildirmiş və onu işə götürmüşdür. Atası və anası bir-birlərindən ayrıldıqları üçün Əsəd nənəsinin himayəsində yaşayır. Buna görə ondan xahiş etmiş ki, onu xidmətçi kimi işə götürsün, o da buna etiraz etməmişdir. 20 may 2023-cü il tarixdə kafedə olduqları vaxt Əsəd ondan 90 manat borc pul istəyib vacib lazım olduğunu bildirmiş, lakin o, konkret olaraq nə məqsədlə pul lazım olduğunu deməmişdir. Onun pulu olmadığı üçün Əsədə pul verə bilməmiş və pulunun olmadığını bildirmiş, sonra Əsəd «işim var» deyib çıxıb getmişdir. Əsədə mobil telefonunu satmasın demiş, Əsəd də «telefonu ustaya verdiyini» deyib çıxıb getmişdir. Bir müddətdən sonra, axşam tərəfi Əsəd qayıdıb gəlmiş, həmin vaxt onun mobil telefonu olmamışdır. Ondan telefonu hara etdiyini soruşanda, Əsəd ona ekranı zədələnib telefonu təmirə vermişəm demişdir. Əsədə mobil telefonu təmir üçün kimə vermisini soruşduqda, Əsəd də ona Nəsir adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Nəsirə zəng edib kim olduğunu soruşanda, o, özünü mobil telefon ustası Qalib kimi təqdim etmişdir. Ondan Əsəd adlı şəxsin gətirib ona mobil telefon verdiyini soruşanda, o, gətirib verib, məndə dəyişmək üçün ekranını sökmüşəm demişdir. O, da bazara gəl, telefonu mənə ver, tanış usda var özüm düzəltdirəcəm demişdir. Nəsir də kabineti bağlamışam, bazara girə bilmirəm, sabah uşağı göndərərsən gəlib telefonu götürər demişdir. Sabahı gün səhər Əsəd kafeyə işə gələndə ona mobil telefonu 90 manata Sadiqə girov vermişəm, 5 gündən sonra 90 manat üstündə 50 manat olmaqla qaytarıb telefonu götürəcəm demişdir. Həmin vaxt onun yanında olan dostu Veysəl Sadiqə zəng edib demiş ki, kart nömrəsin ver, 60 manat göndərək, 40 manatı da sabah verərik, uşağın mobil telefonunu verərsən. Sadiq də razılaşmış, həmin vaxt Sadiq Veysəlin mobil telefonuna kart nömrəsi göndərmiş, Veysəl də tanışından 60 manat götürüb Sadiqin kartına göndərmişdir. Sabahsı gün, yəni xx.xx.2023cü il tarixdə Veysəllə birlikdə bazara getmişdir. Bazarda dostları Pərviz və Kamranla rastlaşmış, nahar vaxdı olduğu üçün birlikdə bazarın içərisində yerləşən kafelərin birində oturub yemək yeyib, birlikdə araq içmişlər. Həmin vaxt Tərlan adlı şəxs Veysələ zəng edib demiş ki, Sadiq Miraj kafesində Sizi gözləyir. Onlar da qalxıb birlikdə həmin kafeyə getmişlər. Həmin vaxt Sadiq Nəsirlə birlikdə oturub çay içmişlər. Veysəllə o, Sadiqə yaxınlaşıb demiş ki, telefonu ver, Sadiq də onlara kobud şəkildə gözləyin 10 dəqiqəyə gələcək demişdir. O, da bundan əsəbləşib Sadiqin sifətinə bir dəfə sillə vurmuşdur. Bu vaxt Veysəl də Sadiqin sifətinə sillə-yumruqla vurmuşdur. Həmçinin özü də Sadiqin sifətinə bir dəfə sillə, 2 dəfə yumruq vurmuş, bu zaman Nəsir də qarışmaq istəyəndə Veysəllə onu da yumruqla vurmuşlar. Pərviz çatıb onu, Kamran isə Veysəli tutub kənara çəkmiş, onlar Sadiqə mobil telefonu gətir ver demişlər. Sadiq də 5 dəqiqəyə kimi telefonu gətirəcəklər demişdir. Kimsə gətirib mobil telefonu Veysələ vermiş, mobil telefonu götürəndən sonra onlar çıxıb getmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəki şəhər sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti vardır. 22 may 2023-cü il tarixdə evdə olan zaman dostu Təqsirləndirilən şəxs4 ona zəng edib doğum günü olduğunu, uşaqlarla əyləşib yeyib-içməyi təklif etmişdir. O, evdən çıxıb Təqsirləndirilən şəxs4 ilə görüşüb Şəki mərkəzi bazarına "Quş-quşun" kafesinə getmişdir. Onlar bir qədər əyləşdikdən sonra dostu Təqsirləndirilən şəxs2 ilə Vaqif Hüseynbalazadə gəlmiş, birlikdə onlarla əyləşib yeyib içib spirtli içki qəbul etmişlər. Onlar bir qədər uşaqlarla əyləşib yeyib içərkən Zərərçəkmiş şəxs1 Veysələ zəng edib Miraj kafedə olduğunu bildirmişdir. Onlar da əyləşdikləri kafedən qalxıb Vüsal, Veysəl və Valehlə birlikdə Miraj kafeyə getmişlər. Onlar Miraj kafeyə daxil olarkən Zərərçəkmiş şəxs1 sağdan baş tərəfdə masalardan birində əyləşdiyini görmüşlər. Kafedə Sadiqdən başqa əlavə 1-2 masalarda əyləşən tanımadığı müştərilər də olmuşdur. Valeh Sadiqə yaxınlaşıb ondan telefonu istəmiş, həmin şəxs Valehə gobud cavab verdiyinə görə Valeh əsəbləşib sillə ilə Sadiqin başından vurmuşdur. Sadiqdə Valehi əli ilə geri itələmiş, həmin an Veysəl də Sadiqin üzərinə gedəndə Sadiq onu da əli ilə geri itələyərkən Veysəl yumruq ilə onun başından vurmuşdur. Bu zaman onların arasında mübahisə daha da qızışmış, araya keçib onları ayıran zaman Zərərçəkmiş şəxs2 də gəldiyini görmüşdür. Həmin şəxs gəlib mübahisəni görüb o, tərəfə, bu tərəfə qaçmışdır. Valeh ilə Veysəli kənara kafenin çıxış qapısına tərəf çəkib apararkən Təqsirləndirilən şəxs4 Nəsir ilə mübahisə edib kafenin mətbəxinə getdiklərini görmüş, lakin mətbəxdə onların arasında olan mübahisəni görməmişdir. Həmin hadisə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən «Miraj» kafesinin zalında baş vermişdir. O, Sadiq və ya Nəsirlə dalaşmamış, həmin şəxsləri vurmamış, Veysəl ilə Valeh Sadiq və Nəsirlə dalaşanda onları ayırmışdır. Baş vermiş mübahisə zamanı Veysəl ilə Valehi ayırıb Sadiq ilə mübahisə etmələrinə imkan verməmişdir. Onun həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Hazırda hadisə yerinə getməsindən peşmandır. Himayəsində azyaşlı övladı olduğundan ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq etməklə ifadəsində göstərdi ki, Uzun illərdir Şəki mərkəzi bazarında müxtəlif şəxslərdən telefon alıb-satmaqla ailəsi üçün qazanc əldə edir. 22 may 2023-cü il tarixdə saat 16 radələri olarkən bazara gəlib çay içmək üçün "Miraj" kafeyə gedərkən həmkəndlisi Zərərçəkmiş şəxs2 zəng edərək onu da çay içməsi üçün kafeyə dəvət etmişdir. Miraj kafedə tanışı taksi sürücüsü Yəhyənin əyləşdiyini görüb ona yaxınlaşıb onunla birlikdə əyləşmış, bir neçə dəqiqədən sonra həmkəndlisi Zərərçəkmiş şəxs2 kafeyə yanına gəlmişdir. Miraj kafedə tanışı Yəhyə və Nəsir ilə birlikdə əyləşib çay içərkən Valeh, Veysəl, Pərviz və el içində yanıq Kamran kimi tanınan, əslində isə adının Təqsirləndirilən şəxs4 olan şəxs birlikdə kafeyə gəlib onların əyləşdikləri masaya yaxınlaşmışlar. Həmin şəxslərin hərəkətindən onların hər birinin sərxoş vəziyyətdə olmaları görünmüş, həmin şəxslər onların əyləşdikləri masaya yaxınlaşdıqdan sonra Valeh onun üzərinə gəlib "əəə telefon hanı" deyərək onunla hirsli halda danışmağa başlamış, buna baxmayaraq əyləşdiyi masadan Valehə heç nə demədən əlini onun yanında olan Veysəl ilə görüşmək üçün əlini uzadıb "bir dəqiqə gözləyin zəng edim telefonu gətirsinlər" demişdir. Bu zaman Veysəl əlindən tutub "əəə bir ayağa qalx görüm" deyib sol əlində olan mobil telefonu dartıb "əəə ver telefonu " deyəndə Veysələ "sən mənimlə birlikdə telefon almısan, məndən telefon almaq istəyirsən" demişdir. Həmin vaxt Valeh ona heç bir səbəb göstərmədən ünvanına nalayiq ifadələr işlədib bir dəfə sol sifətindən sillə ilə vurmuş, onun ardınca isə Veysəl yumruqla baş və sifət nahiyyəsindən zərbələr vurmuş, Veysəlin onu vurmasını görən Pərviz də çoxlu sayda yumruq təpik zərbələri ilə ardı-ardına sifətinə, başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Onların yanında olan Təqsirləndirilən şəxs4 onu vurmamışdır. O, isə yerdə döşəmədə aldığı xəsarətlərdən halsız halda qalıb nə baş verməsini artıq düzgün başa düşə bilməmiş, Nəsir həmin şəxsləri ondan uzaqlaşdırmaq istəyərkən Veysəl adlı şəxsin onu stul ilə vurduğunu, digər şəxslərin isə yumruq təpik zərbələri ilə vurub onu da döymələrini görürmüş, lakin aldığı xəsarətlərə görə konkret olaraq nə baş verməsini düzgün anlaya bilməmişdir. Hadisə zamanı Nəsirlə onu döyən şəxslər ona xəsarət yetirməklə yanaşı onların ünvanına nalayiq şöyüşlər edərək onları alçatmışlar. Hazırda təqsirləndirilə şəxslərdən Təqsirləndirilən şəxs4la barışmış ondan heç bir şikayət tələbi yoxdur. Lakin igər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Pərviz Abdulkərimovdan şikayətçidir. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatları olarkən Şəki mərkəzi bazarına gəlmiş, bazarda kafedə olarkən Şəki şəhər sakini Valeh onu yanına çağırıb Zərərçəkmiş şəxs1 zəng etdiyini, həmin şəxsin ona cavab vermədiyini, Sadiqə zəng etməyini xahiş etmişdir. Valehə Sadiqin onun da zənginə cavab vermədiyini bildirmişdir. Təxminən 5-6 dəqiqə sonra Veysəl yenə onu əyləşdikləri masaya çağırıb Zərərçəkmiş şəxs1 gördüyündə ona telefona cavab verməsini deməsini xahiş etmişdir. Həmin an Təqsirləndirilən şəxs4 da onlarla əyləşdiyini görmüşdür. Təqsirləndirilən şəxs4 ona Zərərçəkmiş şəxs1 telefon aldığını, həmin telefonun sahibinə qaytarılmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs4 Sadiq telefonu açdığında bu barədə məlumat verəcəyini, telefon qaytarılmalıdırsa qaytaracağını bildirmişdir. Mobil nömrəsini Veysələ verib Sadiqin telefona cavab verdiyində telefonu ondan alıb gətirəcəyini deyib əyləşdiyi masaya qayıtmışdır. O, bir qədər şəhər ərazisində şəxsi işləri ilə məşğul olmuş, təxminən saat 16 radələri olarkən bazara qayıdarkən Zərərçəkmiş şəxs1 ona zəng edərək bazarda yerləşən "Miraj" adlı kafedə olduğunu, həmin kafeyə gedib onunla çay içməyə dəvət etmişdir. O, da Sadiqin zəngindən sonra Miraj kafesinə onun yanına getmiş, kafeyə girəndə Zərərçəkmiş şəxs1 taksi sürücüsü Yəhyə ilə əyləşib çay içmələrini görmüşdür. O, masaya yaxınlaşıb Zərərçəkmiş şəxs1 yanında əyləşdiyi və Veysəlgilin onu axtardığını bildirmişdir. Zərərçəkmiş şəxs1 da bu barədə məlumatı olduğunu, telefonda danışdığını demişdir. Bir neçə dəqiqə olmuş ki, Zərərçəkmiş şəxs1 ilə kafedə əyləşib söhbət edərkən Valeh, Veysəl, Pərviz və Vüsalın birlikdə kafeyə onların əyləşdikləri masaya yaxınlaşdıqlarını görmüşdür. Valeh qarşıda onların əyləşdikləri masaya yaxınlaşarkən ayağa qalxmış ki, həmin şəxslər keçib onlarla əyləşsinlər. Valeh onlara yaxınlaşan kimi Zərərçəkmiş şəxs1 telefonu nəyə görə cavab vermirsən demiş, bu zaman Zərərçəkmiş şəxs1 ayağa qalxıb onlarla əl verib salamlaşarkən "qaqaş bir dəqiqə zəng edim telefonu gətirsinlər" dediyində Veysəl Sadiqin əlindən tutub "əəə bir ayağa qalx görüm" deyib Sadiqin əlində olan telefonu almağa çalışmışdır. Sadiq telefonu özünə tərəf edib Veysələ "sən mənimlə telefon almısan, məndən telefon almağa çalışırsa" demişdir. Həmin an Valeh nalayiq ifadə işlədərək sillə ilə Zərərçəkmiş şəxs1 sifətindən vurmuş, həmin vaxt onun yanında olan Veysəl və Pərviz hücum edib Zərərçəkmiş şəxs1 sifətinə, başına və bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik və sillə ilə vurub döyməyə başlamışlar. El arasında yanıq Kamran kimi tanınan Təqsirləndirilən şəxs4 isə kənarda dayanıb mübahisəyə baxmışdır. Bu zaman kafeni işlədən Elnur ilə araya keçib onları ayırmağa çalışmış ki, Sadiqi döyüb xəsarət yetirməsinlər. Onları ayırmağa çalışarkən Təqsirləndirilən şəxs4 fürsətdən istifadə edib Zərərçəkmiş şəxs1 yaxasından tutub onu kafenin pənəcərəsinə çırparaq təpiklər vurmuş, o, isə digər Veysəl, Pərviz və Valehi Sadiqdən uzaqlaşdırmaq istəyən zaman Təqsirləndirilən şəxs4 onun üzərinə gəlib yaxasından tutub bir neçə dəfə ona sillə zərbələri ilə vurmuş, həmçinin Veysəl də gəlib stulu götürüb kürəyinə vurub onu yerə yıxmışdır. Bu zaman Valeh ilə Pərviz də onun üzərinə hücum edib yerdə yumruq təpik zəbləri vurmağa başlamışdır. O, çətinliklə yerdən qalxıb həmin şəxslər onu döyməsinlə deyə qaçıb kafenin mətbəxinə girib qapını bağlamışdır. Təqsirləndirilən şəxs4 mətbəxin qapısını təpiklə vurub açıb mətbəxə daxil olmuşdur. Mətbəxdə olan stolun arxasında ora-bura qaçaraq Vüsalın onu tutmasına imkan verməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 mətbəxdə masanın üzərində olan bıçağı götürüb onun üzərinə hücum edərək bir dəfə bıçaq zərbəsi ilə onu vurmaq istəsədə, onun bıçaq zərbəsindən yayınmış, kafenin mətbəxində işləyən İlhamə adlı qadın Təqsirləndirilən şəxs4 onu bıçaqla vurmaq istəməsini görüb qışqırıb kömək çağırmağa başlamışdır. Bu zaman kafeni işlədən Elnur mətbəxə gəlib, Təqsirləndirilən şəxs4 tutub saxlamış və onlar çətinliklə onun əlindən bıçağı almış, həmin vaxt bıçaq onun sol əlini kəsmişdir. Elnurla birlikdə Təqsirləndirilən şəxs4 əlindən zorla bıçağı aldıqdan sonra Elnur Vüsalı mətbəxdən kafenin salonuna çıxarmışdır. Bundan sonra mətbəxdən çıxıb kafenin arxa hissəsində balkon kimi olan yerə gedib gizlənmişdir. Hadisə zamanı onları döyən şəxslər onlara xəsarət yetirməklə yanaşı onların ünvanına nalayiq küçə şöyüşlər edərək onları alçatmışlar. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq etməklə ifadəsində göstərdi ki, Hadisə olan vaxtı Miraj kafenin yaxınlığında olan dayanacaqda dayanıb marşurutun gəlməsini gözləyərkən insanların toplaşıb Miraj kafeyə tərəf baxdıqlarını görmüşdür. O, da Miraj kafeyə dönüb baxarkən orada bir neçə şəxsin bir nəfər şəxsi yerə yaxıb yumruq təpiklə vurub döymələrini görmüşdür. Əvvəlcə həmin şəxslərin kim olmasını bilməmiş, pilləkənlərlə ikinci mərtəbəyə Miraj kafeyə qalxıb kafeyə daxil olduğunda üç nəfər şəxsin bazarda telefon satan şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 masaların arasında yerə yıxıb yumruq təpik vurub döydüklərini, Sadiqin isə əlini başına tutub özünü qoruduğunu görmüşdür. Kafedə olan bir neçə şəxsin Sadiqi yerdə təpiklə vurub döyən şəxslərə yaxınlaşa bilməmişlər. Həmin şəxslərin hərkətindən içkili olmaları aydın şəkildə görünmüşdür. Onlar elə hərəkət etmişlər ki, yaxınlaşıb onları ayırmaq mümkün olmamışdır. Kafedə masalardan birində iki nəfər şəxs də əyləşmiş, həmin şəxslər mübahisəni görsələrdə yerlərindən qalxıb onları ayırmamışlar. Həmin vaxt orada olan və bazarda telefon satan şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs2 də üç nəfər şəxsin Sadiqi yerdə təpik yumruqla vurub döymələrini görüb araya keçib onları ayırmaq istəyəndə adının sonrdan Veysəl, Valeh və Pərviz olmasını bildiyi şəxslər də Nəsirin üzərinə hücum edib yumruq, təpik ilə vurub onu döyməyə başlamışlar, bu zaman Nəsir qaçıb kafenin mətbəxinə girmiş, mətbəxdə olan xala mübahisəni görüb qışqırmışdır. Kafeni işlədən Elnur adlı şəxs isə mübahisə edən şəxsləri ayırmağa çalışmışdır. Nəsir mətbəxə girdikdən sonra Təqsirləndirilən şəxs4 da onun arxasınca mətbəxin qapısını açıb içəri girmişdir. Həmin vaxt mətbəxdə işləyən xala daha da yüksək səslə qışqırıb "Elnur gəl, Kamran əlinə bıçaq götürüb" demişdir. Elnur mətbəxə gedib Təqsirləndirilən şəxs4 ordan çıxarmış, həmin şəxs mətbəxdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 də əlindən qan axa-axa çölə çıxdığını görmüşdür. Bütün bunlardan başqa onun hadisəylə bağlı heç bir məlumatı yoxdur. Yəni, Sadiq ilə Nəsirin digər şəxslər Veysəl, Vüsal, Valeh və Pərvizlə nə səbəbə mübahisə etmələrinin, onların arasında nə məsələ olmasını bilmir, sonrdan bazarda olarkən eşitmiş ki, həmin şəxslər nəsə telefon söhbətinə görə mübahisə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq etməklə ifadəsində göstərdi ki, "Miraj" adlı kafeni icarəyə götürüb işlədib ailəsi üçün dolanışıq əldə edir. Kafenin mətbəxində İlhamə adlı qadın işləyir, masalara isə özü nəzarət edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələri olarkən Zərərçəkmiş şəxs1 taksi sürücüsü Yəhyə adlı şəxslə gəlib başdan birinci masada əyləşib çay sifariş etdilər. Bir qədər sonra isə Nəsir adlı şəxs də onların yanına gəlib birlikdə əyləşmişlər. Həmin şəxslər əyləşib çay içərkən o, kafedən çıxıb elektirik borcunu ödəməyə getmişdir. Bir neçə dəqiqə sonra kafeyə qayıdarkən kafedən yüksək səs-küy gəldiyini, bir çox tanımadığı şəxslərin kafenin pəncərəsi önünə toplaşdıqlarını görüb dərhal pilləkənlərlə qalxıb kafeyə daxil olduğunda adının sonradan Valeh olmasını bildiyi şəxs Zərərçəkmiş şəxs1 kafenin pəncərəsinə vurduğunu görmüş, pəncərənin şüşəsi sınmasın deyə gedib həmin şəxslərin qarşısına keçib dayanın, bura mübahisə yeri deyil, deyib Sadiqi pəncərənin qarşısından kənara çəkmiş ki, pəncərənin şüşəsi qırılar və həmin şəxs ikinci mərtəbədən yerə düşə bilər. Sadiqi pəncərədən kənara çəkdiyi anda kafenin mətbəxindən İlahmənin qışqırıq səslərini eşitmişdir. O, dərhal mətbəxə qaçıb içəri daxil olduğunda el arasında "Yanıq Kamran" kimi tanınan, yəni Təqsirləndirilən şəxs4 əlində bıçaq olduğunu və Nəsiri vurmaq istədiyini, Nəsirin isə həmin şəxsin əlindən tutub onu saxladığını görmüş, bıçağı Vüsal İmsayılovun əlindən alıb onu mətbəxdən zala çıxarmış, sonra digər adının sonrada Pərviz, Veysəl, Valeh olmasını bildiyi şəxslərlə birlikdə onları kafedən çölə çıxarmış, sonra Zərərçəkmiş şəxs1 ilə Nəsir gəlib əl-üzlərini yumuşlar. Həmin şəxslərə yaxınlaşıb kafedən çıxıb getmələrini xahiş etmiş, ondan sonra nə baş verməsini bilmir, sonradan öyrənmiş ki, həmin şəxlər arasında mübahisə telefona görə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif yerlərdə tikinti işləri ilə məşğul olub dolanışıq əldə edir. xx.xx.2023-cü il tarixdə Şəki mərkəzi bazırına gedərkən bazar ərazisində yerləşən "Miraj" adlı kafenin yaxınlığında işıqforun yanına çatarkən ikinci mərtəbədə yerləşən Miraj kafedə yüksək səs-haray olduğunu və kimlərinsə mübahisə etiyini görmüş, maraq üçün pilləkənlərlə Miraj kafeyə qalxdığında kafedə üzdən görmədiyim və tanımadığım şəxslərin mübahisə edərək dalaşdıqlarını görmüşdür. Bundan sonra kafenin mətbəxinə İlhamə adlı qadın "ay aman “bıçaq götürdü" deyib qışqırmasını eşitmişdir. Həmin vaxt o, dərhal ordan çıxıb getmiş, sonradan eşitmiş ki, Təqsirləndirilən şəxs4, Veysəl, Valeh və Pərviz telefon alqı-satıqı ilə məşğul olan Nəsir və Sadiqlə telefon məsələsinə görə mübahisə edib onları döyüb xəsarət yetirmişlər. Bütün bunlardan başqa onun hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Mübahisə edən hər bir şəxsi Şəki rayon sakini kimi tanıyır, onlarla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi yoxdur. Valeh, Veysəl, Vüsal və Pərviz telefon alqı-satqısı ilə məşğul olan Nəsir ilə Sadiqi döyərkən kafenin pəncərəsi önünə çoxlu sayda bazara gələn insanlar toplaşmışlar, həmin şəxslərin konkret olaraq kimlər olmasını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Elnur adlı şəxsin icarəyə götürüb işlətdiyi "Miraj" adlı kafedə aşbaz işləyib ailəsi üçün dolanışıq əldə edir. Kafeyə müxtəlif şəxslər gəlib yemək yeyib çay içirlər. Bütün gün, yəni iş vaxtı qurtarana kimi kafenin mətbəxində olur. Kafenin zalında nə baş verməsindən məlumatı olmur. Məlum hadisə vaxtı kefenin mətbəxində gündəlik işləri ilə məşğul olarkən kafenin zalında səs-küy gəldiyini eşitsə də gələn səsə elə də əhəmiyyət verməmiş və mətbəxdən çölə çıxmamışdır. Kafedə səs-küy yarandıqdan bir qədər sonra Zərərçəkmiş şəxs2 ani vaxtda qaçıb gəlib mətbəxə girmişdir. Onun arxasınca isə el arasında "yanıq Kamran kimi" tanınan, əslində adının Təqsirləndirilən şəxs4 olmasını bildiyi şəxs mətbəxə girərək masanın üzərində şokolat doğradığı mətbəx bıçağını götürdüyündən qorxduğu üçün yüksək səslə qışqırıb Şahid3 köməyə çağırmışdır. Həmin vaxt Elnur mətbəxə gəlib Nəsir ilə Təqsirləndirilən şəxs4 əlində olan bıçağı almışlar. Sonra isə Vüsla İmsayılov və Nəsiri qovub mətbəxdən çölə çıxarmış, X23 arxasınca mətbəxə gedib bıçağı götürüb Nəsirə tərəf gəlməsini görsə də, digər üç nəfər şəxsin Nəsir ilə Sadiqi döymələrinin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqa verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, bir neçə ildir özünə məxsus Renaul markalı, **-CO-*** dövlət nömrə nişanlı avtomobil ilə takis işləyib ailəsi üçün qazanc əldə edir. Hər gün səhər saatlarında Şəki Mərkəzi bazarı ərazisində yerləşən "Miraj" kafenin yaxınlığına gedib orada dayanıb müxtəlif müştərilərə xidmət göstərir. xx.xx.2023-cü il tarixdə dörd nəfər şəxs tərəfindən döyülən Nəsir və Sadiq adlı şəxsləri Şəki Mərkəzi bazarında telefon alqı-satqısı işinə baxan şəxs kimi tanıyır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bazar ərazisində gəzərkən Zərərçəkmiş şəxs1 görüb ikinci əl telefon almaq istədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 hələ işim var söhbət edərik demişdir. Sadiqə Miraj kafeyə qalxıb çay içirəm, ora gələrsən demiş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 Miraj kafeyə onun yanına gəlib onunla əyləşmiş və onun satdığı telefonlara baxmış, bu zaman Zərərçəkmiş şəxs2 də onların yanına gəlib birlikdə əyləşib çay içmişlər. Bir qədər sonra dörd nəfər şəxs, əvvəllər tanımadığı, adının sonradan Valeh, Pərviz, Veysəl və el arasında yanıq Kamran, əslində isə Təqsirləndirilən şəxs4 olan şəxslərin onlara yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslə Zərərçəkmiş şəxs1 yaxınlaşıb nəsə telefonla bağlı söhbət edib mübahisə etməyə başlamışlar. Veysəl adlı şəxs Sadiqin əlində ola telefonu dartıq almaq istəyən zaman Sadiq ona nəsə acı söz demişdir. Bu zaman onarın arasında əlbəyaxa mübahisə başlamış, mübahisə zamanı dörd nəfər şəxs Sadiq və Nəsirlə əlbəyaxa mübahisə etməyə başlayanda o, mübahisəyə qarışmasın deyə qaçıb kafedən çölə çıxıb gedib kənarda dayanmışdır. Bir qədər sonra Nəsir ona zəng edib onları taksi kimi Zunud kəndinə aparıb düşürməsini xahiş etmişlər. Nəsirlə Sadiq gəlib onun maşınına minmişlər. Həmin vaxt Sadiqin sifəti qanlar içində olduğunu və onların pis vəziyyətdə olduqlarını görmüşdür. Sadiq ilə Nəsir dörd nəfər şəxsin onları döyüb pis günə qoyduqlarını demişlər. Onların arasında olan mübahisə telefon söhbətinə görə olmuşdur. Bütün bunlardan başqa onun heç bir məlumatı yoxdur. O, dörd nəfər şəxsin Sadiq ilə Nəsiri yumruq təpiklə vurub döymələrini görsədə, konkret olaraq kimin-kimi necə vurmasına fikir vermədən mübahisəyə qarışmasın deyə kafedən çıxıb getmişdir. Sadiq ilə Nəsiri Zunud kəndinə aparıb düşürərkən onların xəsarət aldıqlarını və pis gündə olduqlarını görmüşdür. O, Veysəl, Sadiq, Pərviz və Təqsirləndirilən şəxs4 adlı şəxsləri tanımır, onlarla heç bir ədavəti və ya düşməçiliyi yoxdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Hadisə olan vaxtı Miraj kafenin yaxınlığında olan lotareya satılan yerdə dayanıb lotareya alrkən Miraj kafedən səs küy gəldiyini görüb kafeya qalxmışdır. Miraj kafedə orada bir neçə şəxsin Sadiq və Nəsiri yumruq təpiklə vurub döymələrini görmüşdür. Daha sonra Nəsir qaçıb kafenin mətbəxinə girmiş, Təqsirləndirilən şəxs4 da onun arxasınca mətbəxin qapısını açıb içəri girmişdir. Bir neçə dəqiqə sonra həmin şəxs mətbəxdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 də əlindən qan axa-axa çölə çıxaraq yuyucu hövzəsində əlini yuduğunu görmüşdür. Bütün bunlardan başqa onun hadisəylə bağlı heç bir məlumatı yoxdur. Yəni, Sadiq ilə Nəsirin digər şəxslər Veysəl, Vüsal, Valeh və Pərvizlə nə səbəbə mübahisə etmələrinin, onların arasında nə məsələ olmasını bilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 13 iyul 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 13 iyul 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 13 iyul 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs4 11 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəki Rayon Məhkəməsinin 4(075)-48/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 11 iyul 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay, 20 (iyirmi) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” kafesidir. Baxış zamanı zərərçəkmiş şəxslər X15 və Zərərçəkmiş şəxs2 Şəki şəhər sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Valeh Hüseynbalzadə və Təqsirləndirilən şəxs2la birlikdə mübahisənin baş verdiyi yerləri göstərmişlər. Hadisə yerinə baxış keçirilmiş fotoşəkillər çəkilmişdir. Beləliklə həqiqətən də hadisə yerində dava-dalaş olması müəyyən edilmişdir. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Miraj kafedə mübahisə edib onlara yumruq təpik zərbələri ilə xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etdikləri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 döyüb xəsarət yetirdikləri Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında əvvəllər mübahisə, narazılıq, ədavət və ya düşmənçiliyinin olmaması, onların qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməli törətmədiyi, baş vermiş hadisəyə şahidlik etmiş Şahid3, X18, X20, Şahid1 və Şahid2 olması müəyyən olunmuşdur. Bu istiqamətdə tədbirlər davam etdirilir. Gələcəkdə müsbət nəticə əldə edilərsə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X28 xx.xx.2023-cü il tarixli 231 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı sol üst göz qapağının qançırı, sağ kürək nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağ əlin arxa səthinin və sağ əlin İİ barmağının kəsilmiş yaraları; Bu xəsarətlərdən: sol üst göz qapaığının qançırı, sağ kürək nahiyyəsinin yumşaq toxumalarının əzilməsi bərk-küt əşyanın təsirindən törənmişdir; sağ əlin arxa səthinin və sağ əlin İİ barmağının kəsilmiş yaraları iti kəsici-deşici alətin təsərindən törənmişdir, bıçağın təsərindən əmələ gəlməsi mümkündür; xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X28 xx.xx.2023-cü il tarixli T636/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş S.Zərərçəkmiş şəxs1 üst çənədə sağda İİ, İİİ dişlərin sınığı, diş ətinə qansızma, üst dodağın selikli qişasında əzilmiş yara, sağ göz qapaqlarının yumşaq toxumasının əziyi, qançırı nəticəsində göz yarığının daralması, ağlı qişaya qansızma, burun tağı, alın nahiyyəsində solda və sol qulaq seyvanında yumşaq toxumaların əziyi, qançırı, sağ baldırın geniş və sol budun geniş hematomaları, sol budun sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər-küt əşyanın (əşyaların) təsirindən yaranmış, əl, ayaqla yetirilən zərbələrlə yaranması inkar edilmir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə dişin sınması, selikli qişaya, sağ göz qapaqlarının əzilməsi, ağlı qişaya qansızma, sağ baldır və sol budun hematomaları istər birlikdə, istər də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X24 Bölməsinin məhkəmə ballistik ekspertizas, “Odlu silah və döyüş sursatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi” ekspertizasının xx.xx.2023-cü il tarixli 17/661 nömrəli ekspert rəyindən görünür ki, hadisə yerində götürülərək tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 454 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəailiyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. O, ona şamil edilən ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir, bu səbəbdən cinayət əməlini törədərkən Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmur. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müailicə tədbirlərinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 474 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 475 nömrəli məktubundan görünür ki, Hüseynov X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 471 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 473 nömrəli məktubundan görünür ki, İsmayılov X4 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 795 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 796 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 801 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində olduğunu və ona qeyri üzvi mənşəli dəqiqləşdirilməmiş psixoz F-29 diaqnozu qoyulmuşdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 799 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 həmin xəstəxanada qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinə əsasən Oğuz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Zaminbank ASC-yə 32470.94 manat borclu fiziki şəxs və cavabdeh olmuş, onun barəsində olan olan cinayət işinin icraatı xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Məhkumluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə cinayət məsuliyyətində azad olunmuşdur. Məhkmluğu yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X5 barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada təsdiq olunmaqla verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs4 ilə barışıq əldə etmiş, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Şəki şəhər İHB-nın mənzil istismar sahəsindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəki şəhər İHB-nın “Nuxa” məhəllə nümayəndəliyindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ünvan 10əhəllə nümayəndəliyindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 11 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2008-ci il təvəllüdlü oğlu Sənan Abdulhəmidli və 2009-cu il təvəllüdlü qızı Leyla Abdulhəmidli vardır. Şəki şəhər İHB-nın “Qurdlar” məhəllə nümayəndəliyindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Şəki şəhəri, A.Əfəndiyev küçəsi, ev 10-da pasport qeydiyyatında və ünvan 12 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 2009-cu il təvəllüdlü qızı Gülnur İsmayılova vardır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qərəzli xuliqanlıq hərəkətləri etmiş, bununla ictimai təhlükəli əməli törətmiş və onların əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olması, özlərinin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində digər təqsirləndirilən şəxslər Valeh və Veysəllə zərərçəkmiş şəxslər arasında mübahisənin böyüməməsi üçün onları aralamasını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə şahid Taryel Həsənovun və digər şahidlərin ifadələrindən də məlum olur ki, Təqsirləndirilən şəxs3 digər təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Valeh Hüseybalazadə ilə birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təpik və yumruq zərbələri ilə vuraraq xuliqanlıq əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı özünü CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs2 arxasınca mətbəxə gedib orada götürdüyü bıçağı Nəsiri qorxutmaq üçün etdiyini, onun Zərərçəkmiş şəxs2 xəsarət yetirmək niyyətinin olmamasını bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə şahid Elnur Hüseynov və İlhamə Ağayevanın ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs4 kafenin mətbəxində olan bıçağı götürərək Zərərçəkmiş şəxs2 vurmaq istəmiş, Laikin Nəsirin və şahid Elnurun onun əlindən bıçağı aldıqlarından istəyini həyata keçirə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 Əsabəli oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 Əsabəli oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bununla əlaqədar Təqsirləndirilən şəxs4 Əsabəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 Əsabəli oğluna təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinin tələbinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş hallar məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin hər birinə aid olan hissədə ayrı-ayrılıqda qeyd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 Əsabəli oğlunun zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1la barışmasını (CM 59.1.12), himayəsində bir azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 Əsabəli oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq Təqsirləndirilən şəxs4 Əsabəli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 Əsabəli oğluna əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs4 Əsabəli oğlu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona həmin maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını (CM 59.2) cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını (CM 59.2) cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxslərinin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onların barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni bir qrup şəxs tərəfindən xuliqanlıq əməlinin törədilməsi, şəxsiyyəti nəzərə alınmaqla, barələrində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində onlara azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasılarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, onların tutulduğu 2 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onların barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış Şəki şəhər-Rayon Polis Şöbəsinin təminat hissəsində saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 30,60 (otuz manat altmış qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 yerləşdirilməsi üçün müəssisənin mühafizəsini həyata keçirən mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Şəki şəhər-Rayon Polis Şöbəsinin təminat hissəsində saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 30,60 (otuz manat altmış qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan, həbsdə olan şəxslərə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar