Məhkəmə qərarları › İş №1(075)-21/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-21/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-21/2024 10.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngini və döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronları əldə edib həmin patronları üzərində və odlu yivli silahı idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilində saxlayıb, gəzdirərək daşımış, 04 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon X8 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq, həmin tarixdə saat 15:16 dəqiqədən başlayaraq üzərinə və idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinə video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində karton qutuda olmaqla döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronlar və idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin ön oturacaqlarının orta hissəsindən 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalbrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olub ailəsi üçün qazanc əldə edir. Əvvəllər mərhum qardaşı ilə birlikdə müxtəlif rayonlarda keçirilən tədbirlərdə pəhləvan kimi əhali qarşısında maraqlı proqramlarla çıxış etmişlər, qardaşı dünyasını dəyişdikdən sonra pəhləvan kimi tədbirlərə getməmişdir. Bundan başqa hobbi kimi ara-sıra qanuni yolla özünə məxsus qoşa lülə olan ov tüfəngi ilə Şəki rayonu ərazisində qırmızı kitaba düşməyən müxtəlif meşə heyvanları ovlamaqla vaxtını keçirir. 1980-ci ildən ovçular cəmiyyətinin üzvüdür və ov etdiyi halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsindən icazə lisenziya alır, sonra isə Ovçuluq təsərrüfatının nəzarət buraxılış məntəqəsinə ödəniş edib ovçuluq bileti alıb müxtəlif meşə heyvanları ovlayır. 2009-cu ildə Azərbaycan Respublikası DİN-nin Şəki şəhər-rayon Polis Şöbəsindən ov silahı saxlanılması və təyinatı üzrə istifadə etmək üçün 50 nömrəli Şəhadətnamə əsasında keçmiş SSRİ dövlətinin Tula silah zavodunda istehsal olunmuş, 15509 nömrəli, 12 kalibrli, Toz-34R modelli, çaxmaqsız qoşa lüləli ov tüfəngini almışdır. Həmin tüfəngin şəhadətnaməsini və ovçuluq biletinə dair vəsiqəsini araşdırmaya təqdim etmişdir. 1989-cu ildə Şəmkir rayonunda keçirilən tədbirlərin birində pəhləvan kimi çıxış etməyə getmişdir. Həmin vaxt tanımadığı Şəmkir rayon sakini ilə tanış olmuş, həmin şəxslə arasında olan söhbət zamanı onda Toz-8 modelli yivli silah olmasını öyrənmişdir. Həmin şəxsdən xahiş etmişdir ki, silahı güllələri ilə birlikdə ona satsın. Həmin şəxs də onun xahişini nəzərə alıb silahı 39 ədəd güllələri ilə birlikdə 100 manata ona satmağa razı olmuşdur. Həmin şəxsə 100 manat verib SSRİ dövlətinin Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, Toz-8 modelli 89029 nömrəli odlu silahı alıb gətirib yaşadığı evə saxlamış, lakin bu günə kimi həmin silahdan istifadə etməmiş, lakin ov silahlarına marağı olduğu üçün silahı özündə saxlamış, həmin silahların hər ikisini yaşadığı evdə saxlamışdır. Bütün bunlardan başqa meşə heyvanlarını ovlamaqla yanaşı bir çox hallarda satışda olan qırqovul quşlarını alıb böyüdür və çoxalmaları üçün meşə ərazisinə buraxır. 2022-ci ilin yaz aylarında Elşad Alxasov adlı şəxsdən 04 ədəd qırqovul quşu almış, qırqovul quşlarına yaşadığı evdə baxıb böyütmüşdür. Məqsədi qırqovul quşlarını yaşadığı kənd ərazisində dağlıq əraziyə buraxıb saylarını çoxaltmaq olmuşdur. Bu məqsədlə də xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisində yerləşən dağlıq əraziyə getmiş, baxıb böyütdüyü 04 ədəd qırqovul quşlarını qutudan çıxarıb buraxmış, quşlardan üçü uçub getmiş, lakin bir qırqovul uça bilməmişdir. Quşu qovub tutub avtomobilə qoymuş, dağlıq ərazidə bir qədər gəzdikdən sonra yaşadığı ev istiqamətində hərəkətə başlamışdır. Yaşadığı evə çatmasına az qalmış, yolda bir neçə polis əməkdaşı onu saxlamışlar və adını, soyadını soruşmuşlar, adını dedikdən sonra polis əməkdaşları qanunsuz olaraq odlu silah əldə etməklə üzərində gəzdirməsi ilə bağlı onlarda məlumat olduğunu, buna görə də onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər, razılaşmış və polis əməkdaşlarından biri avtomobilin sərnişin orturacağında yanında əyləşmiş, həmin vaxt polis əməkdaşının gözü üstündə olduğu üçün avtomaşında olan silahı çıxarıb kənar bir yerə ata bilməmişdir. Polis əməkdaşları ilə X5 getdikdən sonra birinci mərtəbədə adını, soyadını və yaşadığı ünvanı qeyd olunmuş, sonra onu birinci mərtəbədə yerləşən otaqlardan birinə aparmışlar, otaqda əyləşən şəxs X4 olmuşdur. Təhqiqatçı üstündə şəxsi axtarış aparılacağını, lakin ondan öncə ona vəkil veriləcəyini bildirmişdir. Buna görə də ona vəkillərin siyahısını təqdim etmişdir. O, da vəkillər siyahısında olan şəxslərdən, yəni Ruslan Salahovu özünə vəkil seçmiş, sonra təhqiqatçı videoçəkilişi edən əməkdaşı dəvət etmişdir. Vəkil Ruslan Salahov gəldikdən sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə X4 üstünə videoçəkilişlə baxış keçirməyə başlamışdır. Baxış başlandıqdan sonra təhqiqatçı üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmişdir. O da təhqiqatçı ilə razılaşıb əyləşdiyi stuldan ayağa qalxıb əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibində bir ədəd pul qabını, sol yan cibində bir ədəd kağızşəkilli karton qutunu, üzərində olan ağ qara cizgili köynəyin ön cibindən isə sellofanda sənədləri çıxararaq masanın üzərinə qoymuşdur. X4 üzərində hər hansı bir təqdim etmədiyi əşya olub-olmamasını sual edəndə “xeyr” deyərək cavab vermişdir. Bundan sonra təhqiqatçı əllərini qaldırmasını təklif etmişdir. Hər iki əllərini qaldırdıqdan sonra təhqiqatçı əynində olan göy rəngli şalvarın bel nahiyyəsinə, şalvarın sağ və sol yan ciblərinə, arxa cibində axtarış aparılmış, lakin qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, sonra təhqiqatçı əynində olan tünd göy rəngli gödəkcənin sol və sağ yan ciblərində axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Bunda sonra təhqiqatçı çəkmələrini və corablarını çıxarıb silkələməsini təklif etmiş, ayağındakı çəkmələri və corablarını çıxarıb silkələmiş, heç nə aşkar edilməmişdir. Təhqiqatçı corablarını və çəkmələrini geyinməsini təklif etdikdən sonra corablarını və çəkmələrini geyinib üst-başını səliqəyə salmışdır. Təhqiqatçı üzərindən çıxarıb masanın üzərinə qoyduğu əşyaları götürüb bir-bir təqdim etməsini təklif etmişdir. Masanın üzərinə qoyduğu kağız şəkilli karton qutunu göstərərək içərisində yivli silaha məxsus patronların olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin qutu açılmış və içərisində 39 ədəd Toz-8 modelli yivli silaha aid güllələr aşkar edilmişdir. Həmin vaxt iştirakçılara həmin güllələri Toz-8 markalı silah ilə birlikdə 1989-cu ildə tanımadığı Şəmkir rayon sakinindən 100 manata aldığını, hədəfə atəş açmaq üçün saxladığını bildirmişdir. Təhqiqatçı odlu yivli silahın harada olmasını soruşanda silahın X3 həyətində saxladığı özünə məxsus Niva markalı avtomaşının içində olduğunu bildirmişdir. X4 yivli odlu silaha aid 39 ədəd güllələri ekspertiza tədqiqinə göndəriləcəyini bildirilib həmin güllələri 01 ədəd ağ rəgli zərfə qoymuş və zərfin ağzı Sarıca PB-nin zərflər üçün nəzrədə tutulmuş 144 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanaraq götürülmüşdür. Bütün bunlardan sonra təhqiqatçıya bildirmişdir ki, böyütdüyü qırqovuları avtomaşına qoyub dağa apardığını, qırqovulları dağlıq sahəyə buraxdıqdan sonra birinin uçmadığını, həmin quşu tutub avtomaşına qoyduğunu, eyni zamanda hədəfə atəş açmaq üçün isə avtomaşına qoyduğu yivli odlu silahın da avtomaşında olduğunu bildirmiş, sonra sellofan torbada olan sənədləri təqdim edib özünə məxsus ov tüfənginə aid sənədlər olmasını qeyd etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi sənədlərə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb götürülmüşdür. Təhiqatçı təqdim etdiyi pul qabına, içində olan sənədlərə, avtomaşının texniki pasportuna, şəxsiyyət vəsiqəsinə baxış keçirib özünə qaytarmışdır. Bütün bunlardan sonra o, yenə Polis bölməsinin həyətində saxladığı avtomobildə bir ədəd yivli odlu silah və bir ədəd odlu ov tüfənginin olduğunu qeyd etmiş, həmin vaxt təhqiqatçı avtomobilə baxış keçiriləcəyini bildirib vidoçəkiliş dayandırılmadan polis bölməsinin həyətinə avtomobili saxladığı yerə getmişdir. Avtomobilin sürücü əyləşən qapısını açıb oturacaqlar arasına qoyub saxladığı bir ədəd Toz-8 markalı yivli odlu silahı götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin silaha təhqiqatçı tərəfindən baxılmış və 89029 nömrəli olduğu müəyyən olunmuşdur. Həmin vaxt təqdim etdiyi silahı 1989-cu ildə tanımadığı Şəmkir rayon sakinindən aldığını, bu günə kimi özündə saxladığını və yivli odlu silah olduğunu bildirmişdir. Bundan sonra həmin yivli odlu silahın həqiqətən də odlu silah olubolmaması, markası və modeil, istehsal ili və yerinin, həmin silahla qanunsuz cinayət əməlləri törədilib-törədilməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqinə göndərilməsi üçün 01 ədəd torbaya qoyulmuş və üzəri Sarıca PB-nin zərflər üçün nəzərdə tutulmuş 144 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanaraq götürülmüş, bundan sonra özünə məxsus Niva maıkalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sərnişin oturacağı üzərində olan silah qabını və silah qətərini götürərək təqdim edib şəhadətnaməsi olan silah olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən silah qabı açılaraq baxılmış, həmin vaxt sökülü halda olan 15509 nömrəli qoşa lüləli ov tüfəngi aşkar edilmiş, daha sonrar təhqiqatçı təqdim etdiyi qətərə baxış keçirilmiş, həmin vaxt 24 ədəd patronlar olması aşkar edilmiş, təhqiqatçıya qətərdən aşkar olunmuş təqdim etdiyi patronların qoşa lülə ov-tüfənginə aid patronlar olduğunu bildirmişdir. Həmin qoşa lülə ov tüfənginin və üzərində 24 ədəd patronlar olan qətər 01 ədəd torbaya qoyub qablaşdırılmış, təqdim etdiyi odlu ov-tüfənginin həqiqətən də odlu silah olub-olmaması, markası və modeil, istehsal ili və yerinin, həmin silahla qanunsuz cinayət əməlləri törədilibtörədilməməsi müəyyən edilməsi məqsədi ilə üzəri Sarıca PB-nin zərflər üçün nəzərdə tutulan 144 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüş, sonra avtomaşının bütün hissələrinə baxış keçirilmiş, həmin vaxt avtomobilin saxlanc yerindən 01 ədəd taxta dəstəyi olan bıçaq aşkar olunmuş, bıçaq da ekspertiza tədqiqinə təqdim edilməsi üçün təhqiqatçı tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı Sarıca PB-nin zərflər üçün nəzərdə tutulmuş 144 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüş, bütün bunlardan sonra təhqiqatçı üzərinə şəxsi axtarışın keçirilməsi ilə əlaqədar olan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılacağını bildirmişdir. Videoçəkiliş dayandırıldıqdan sonra ona və digər hər bir iştirakçılara nümayiş etdirilərək protokol tərtib olunmuşdur. Onların hər hansı bir etirazları və ya vəsatətləri olmadığı üçün protokolu imza etmişlər. Üzərindən aşkar olunmuş Toz-8 markalı silahın onda olmasından heç kəsin məlumatı olmamışdır. Toz-8 markalı odlu silahı yaşadığı evdə gizlədib saxlamış, sonradan evdən götürüb Kiçik Dəhnə kəndi ərazisində hədəfə atəş açmaq üçün idarə etdiyi avtomaşına qoyduqdan sonra polis əməkdaşları onu tutmuşlar. Onun hər hansı bir şəxslə ədavəti və ya düşmənçiliyi yoxdur. 89029 nömrəli T02-8 markalı yivli odlu silahdan hədəfə atəş açmaq üçün üzərində daşımış, başqa da məqsədi olmamış, lakin polis əməkdaşlarının onu tutacaqlarını heç düşünməmişdir. Onun 89029 nömrəli Toz-8 markalı yivli odlu silahı gizlətməsindən və yaşadığı evdən saxlamasından heç kəsin məlumatı olmamışdır. Əməlindən çox peşman olduğunu bildirmiş və qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübutlar, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sanca PBnin PPXB-nün polis nəfəri vəzifəsində xidmət aparan Şahid1 ibtidai istintaq zamanı verdiyi idadəni təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Sanca PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 və ona Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs Şəki rayonu ərazisində qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə həmin şəxsin Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisində olduğu yeri müəyyən olunaraq idarə etdiyi “Niva” markalı, ** BB *** dövlət nömrə nişanlı avtomobil ilə saxlanılaraq polis bölməsinə dəvət edilmişdir. PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Sarıca PB-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PB-nin rəhbərliyinə raportla müraciət olunmuşdur. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin Növbətçi Hissəsində PB-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyat olunandan sonra onun üstünə şəxsi axtarış keçirilməsi TB-nin təhqiqatçısı Ülvi Nəzirliyə həvalə edilmişdir. X4 xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkillərin siyahısından Ruslan Salahovu seçərək onun dəvət edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı müdafiəçi Ruslan Salahova zəng edərək onu PB-nə dəvət etmiş, eyni zamanda X4 tərəfindən videoçəkiliş aparılması üçün Şəki şəhər-rayon X1 tədqiqatlar qrupunun baş inspektor-kriminalisti polis leytenantı Kamal Məmmədzadə dəvət olunmuşdur. Müdafiəçi Ruslan Salahov gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üstündə, yəni ciblərində və üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əyləşdiyi stuldan ayağa qalxıb əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibində bir ədəd pul qabını, sol yan cibindən bir ədəd kağızşəkilli karton qutunu, üzərində ağ qara cizgiləri olan köynəyin ön cibindən isə sellofanda sənədləri çıxararaq masanın üzərinə qoymuşdur. X4 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir təqdim etmədiyi əşya olub-olmamasını sual edəndə “xeyr” deyərək cavab vermiş, sonra təhqiqatçı Təqsirləndirilən şəxs əllərini qaldırmasını təklif etmiş, həmin şəxs hər iki əllərini qaldırdıqdan sonra təhqiqatçı əynində olan göy rəngli şalvarın bel nahiyyəsinə, şalvarın sağ və sol yan ciblərinə, arxa cibində axtarış aparılmış, lakin qanunla qadağan edilmiş hər hanısı bir əşya aşkar edilməmiş, sonra təhqiqatçı əynində olan tünd göy rəngli gödəkcənin sol və sağ yan ciblərində axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs çəkmələrini və corablarını çıxarıb silkələməsini təklif etmişdir. Həmin şəxs ayağındakı çəkmələri və corablarını çıxarıb silkələmiş, lakin heç nə aşkar edilməmişdir. Təhqiqatçı corablarını və çəkmələrini geyinməsini təklif etdikdən sonra corablarını və çəkmələrini geyinib üst-başını səliqəyə salmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən çıxarıb masanın üzərinə qoyduğu əşyaları götürüb bir-bir təqdim etməsini təklif etmiş, masanın üzərinə qoyduğu kağız şəkilli karton qutunu göstərərək içərisində yivli odlu silaha məxsus patronların olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin qutu açılmış və içərisində 39 ədəd Toz-8 modelli yivli silaha aid güllələr aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs iştirakçılara həmin güllələri Toz-8 markalı silah ilə birlikdə 1989-cu ildə tanımadığı Şəmkir rayon sakinindən 100 manata aldığını, hobbi olaraq hədəfə atəş açmaq üçün yaşadığı evdə saxladığını bildirmişdir. Təhqiqatçı odlu yivli silahın harada olmasını soruşanda silahın X3 həyətində saxladığı, özünə məxsus Niva markalı avtomaşının içində olduğunu bildirmişdir. X4 yivli odlu silaha aid 39 ədəd güllələri ekspertiza tədqiqinə göndəriləcəyini bildirilib həmin güllələri 01 ədəd ağ rəgli zərfə qoymuş və zərfin ağzı Sarıca PB-nin zərflər üçün nəzərdə tutulmuş 144 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanaraq götürülmüşdür. Bunlardan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs böyütdüyü qırqovuları avtomaşına qoyub dağa apardığını, qırqovulları dağlıq sahəyə buraxdıqdan sonra birinin uçmadığını, həmin quşu tutub avtomaşına qoyduğunu, eyni zamanda hədəfə atəş açmaq üçün isə avtomaşına qoyduğu yivli odlu silahın da avtomaşında olduğunu bildirmiş, sonra həmin şəxs sellofan torbada olan sənədləri təqdim edib özünə məxsus ov tüfənginə aid sənədlər olmasını qeyd etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb götürülmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabına, içində olan sənədlərə, avtomaşının texniki pasportuna, şəxsiyyət vəsiqəsinə baxış keçirib özünə qaytarmışdır. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs yenə Polis bölməsinin həyətində saxladığı avtomobildə bir ədəd yivli odlu silah və bir ədəd odlu ov tüfənginin olduğunu qeyd etmişdir. Həmin vaxt təhqiqatçı avtomobilə baxış keçiriləcəyini bildirib vidoçəkiliş dayandırılmadan polis bölməsinin həyətinə avtomobil saxlanıldığı yerə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin sürücü əyləşən qapısını açıb oturacaqlar arasına qoyub saxladığı bir ədəd Toz-8 markalı yivli odlu silahı götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin silaha təhqiqatçı tərəfindən baxılmış və 89029 nömrəli olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi silahı 1989-cu ildə tanımadığı Şəmkir rayon sakinindən aldığını, bu günə kimi özündə saxladığını və yivli odlu silah olduğunu bildirmişdir. Bundan sonra həmin yivli odlu silahın həqiqətən də odlu silah olubolmaması, markası və modeli, istehsal ili və yerinin, həmin silahla qanunsuz cinayət əməlləri törədilib-törədilməməsi müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqinə göndərilməsi üçün 01 ədəd torbaya qoyuldu və üzəri Sarıca PB-nin zərflər üçün nəzərdə tutulmuş 144 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus “Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sərnişin oturacağı üzərində olan silah qabını və silah qətərini götürərək təqdim edib şəhadətnaməsi olan silah olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən silah qabı açılaraq baxılmış, həmin vaxt sökülü halda olan 15509 nömrəli qoşa lüləli ov tüfəngi aşkar edilmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qətərə baxış keçirilmiş, həmin vaxt 24 ədəd patronlar olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçıya qətərdən aşkar olunmuş təqdim etdiyi patronların qoşa lülə ov tüfənginə aid patronlar olduğunu bildirmişdir. Həmin qoşa lülə ov tüfənginin və üzərində 24 ədəd patronlar olan qətər 01 ədəd torbaya qoyulub qablaşdırılmış, təqdim edilən odlu ov tüfənginin həqiqətən də odlu silah olub-olmaması, markası və modeli, istehsal ili və yerinin, həmin silahla qanunsuz cinayət əməlləri törədilib-törədilməməsinin müəyyən edilməsi məqsədi ilə üzəri Sarıca PBnin zərflər üçün nəzərdə tutulan 144 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüş, sonra avtomaşının bütün hissələrinə baxış keçirilmiş, həmin vaxt avtomobilin saxlanc yerindən 01 ədəd taxta dəstəyi olan bıçaq aşkar olunmuş, bıçaq da ekspertiza tədqiqinə təqdim edilməsi üçün təhqiqatçı tərəfindən 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı Sarıca PB-nin zərflər üçün nəzərdə tutulmuş 144 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bütün bunlardan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi ilə əlaqədar olan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılacağını bildirilmiş, sonra isə bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmamış, onların hər hansı bir etirazı və ya vəsatəti olmadığı üçün protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımır, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti yoxdur. Təqsirləndirilən şəxs Toz-8 modelli odlu silahı hardan və kimdən əldə etməsini müəyyən etmək məqsədilə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslər Şahid2 Siyabər oğlu və Şahid3 eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:25-də Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübəhli şəxsin MSY-dən azad edilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1959-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki ŞRPŞnin MSY-dən dərhal azad olunaraq sərbəst buraxılması qərara alınmışdır (saat 22:15). İşdə olan “şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barəsə” 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin X5 gətirilmiş Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibirli olmaqla Marqolin konstruksiyalı silahlarda və Toz modelli yivli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı döyüş sursatı hesab edilən 39 ədəd patronlar və sonuncuya məxsus “Niva” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobildən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, 1934-cü ildə keçmiş SSRİ dövlətinin Tula silah zavodunda istehsal olunmuş, “89029” nömrəli odlu silah hesab edilən 5,6 mm kalibirli 01 ədəd TOZ-8 modelli tək-tək atılan odlu, yivli, atəşə yararlı döyüş sursatı hesab edilən və texniki cəhətdən saz vəziyyətdə olan 01 ədəd yivli odlu silah, 1 ədəd 15509 zavod nömrəli keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1986-cı ildə istehsal olunmuş 12 kalibrli, TOZ-34R modelli, qoşa lüləli ov tüfəngi və 24 ədəd patronlar, həmçinin 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə ballistik ekspertizasının 05 oktyabr 2023-cü il tarixli, 23/740R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “89029” nömrəli silah, keçmiş “SSRİ” dövlətində 1934-cü ildə Tula silah zavodunda istehsal olunmuş, 5,6 mm kalibirli, Toz-8 modelli tək-tək atılan ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmışdır. Tədqiqata təqdim edilmiş 15509 nömrəli silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1986-cı ildə istehsal olunmuş 12 kalibrli, TOZ-34R modelli, çaxmaqsız, hamar, şaquli vəziyyətdə olan qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah və onun hissə və mexanizmləri hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 39 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibri patronlardır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim dilmiş 24 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli, yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş 89029 nömrəli silahın güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilmiş, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 39 ədəd 5,6 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materialında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/364 nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsul ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materialında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 19 oktyabr 2023-cü il tarixli, 1379 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materialında olan, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş 19 oktyabr 2023-cü il tarixli, 706 nömrəli məktubdan görünün ki, Nuruyev X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materialında olan, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəsi tərfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan, Şəki şəhər-rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş odlu yivli silahı və döyüş sursatını haradan və nə məqsədlə əldə etməsini, həqiqətən həmin odlu silahı və döyüş sursatını Şəmkir rayon sakinindən alıb-almaması, silahı aldığı şəxsin şəxsiyyəti və olduğu yeri, onun odlu silahın alqı-satqısı ilə məşğul olub-olmamasını, aşkar olunmuş odlu silahdan və döyüş sursatından istifadə edib-etməməsini, odlu silahı və döyüş sursatını əldə edərkən başqa şəxslərlə əlbir olub-olmasını və başqa cinayətlərdə iştirakının olubolmamasını müəyyən etmək mümkün olmamış, bununla belə əməliyyat tədbirləri davam etdirilir və gələcəkdə nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş materialında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materialında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardn görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(075)-116/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkəməyə verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalbrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngini və döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronları əldə edib həmin patronları üzərində və odlu yivli silahı qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalibrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngini və döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronları əldə edib həmin patronları üzərində və odlu yivli silahı idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilində saxlayıb, gəzdirərək daşımış, 04 oktyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki rayonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq, həmin tarixdə saat 15:16 dəqiqədən başlayaraq üzərinə və idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinə video çəkilişdən istifadə edilməklə baxış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibində karton qutuda olmaqla döyüş sursatı hesab edilən 39 ədəd zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və Toz modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, 5,6 mm kiçik kalibrli olmaqla atəşə yararlı patronlar və idarə etdiyi Niva markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin ön oturacaqlarının orta hissəsindən 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 89029 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1934-cü ildə istehsal olunmuş, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, 5,6 mm kalbrli, TOZ-8 modelli tək-tək atılan ov tüfəngi aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1c-i maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan birbaşa qəsdlə törədilən cinayətdir. Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Narkotik və psixotrop maddələrə, spirtli içkilərə meyilliyi yoxdur. Cinayət işinin materiallarında olan iş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Lakin məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2 maddəsinə əsasən onun cəzəsını yüngülləşdirən hallar olğununu qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə saat 15:16-dan həmin gün saat 22:15-ə qədər saxlanılmışdır. Odur ki, onun bir gün saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 5,6 mm kalibrli “TOZ-8” modelli odlu yivli silah, 36 ədəd 5,6 mm kiçik kalibrli patronlar müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:25-dən saat 22:15-dək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd 5,6 mm kalibrli “TOZ-8” modelli odlu yivli silah, 36 ədəd 5,6 mm kiçik kalibrli patronlar müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar