Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-22/2021 10.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, tam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşaşyış yeri üzrə daimi qeydiyyatda olmaqla, həmin ünvanda tutulan günə kimi yaşmış, barəsində “xxxx” qətimkan tədbiri seçilmiş və hal-hazırda X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, Şəki rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay 04 gün hissəsinin azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək cəza çəkmə müəssisəsindən azad edilməsinə baxmayaraq, yenidən X4 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.4.2, 68.1.2, 67.1, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilməsinə və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmasına baxmayaraq, qeyd edilən cinayətlərə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Şəki şəhəri, M.Qorki küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulmuş və üstünə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən üç ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkiləri 0,094 qram, 0,085 qram və 0,110 qram olmaqla ümumi təmiz çəkisi 0,289 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Şəki rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin xx.xx.2009-cu il tarixdə cəzasının çəkilməmiş 01 il 06 ay 04 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və o, cəza çəkmə müəssisəsindən azad edilmişdir. Lakin sonradan CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə X4 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azad olunduqdan sonra təxminən 3 (üç) ildir ki, narkotik vasitə istifadə edir. Belə ki, qeyd edilən müddət ərzində o, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Əvvəllər narkotik vasitə olan heroini istifadə etmək istədiyi zaman Bakı şəhərində hazırda kim olmalarını xatırlamadığı şəxslərdən pul ödəməklə alıb istifadə etmişdir. Hazırda işsiz olduğundan xx.xx.2020-ci il tarixdə iş axtarmaq məqsədi ilə Bakı şəhərinə getmiş, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 20 yanvar metrosunun yaxınlığında olduğu zaman küçədə keçmiş tanışı Nəriman adlı şəxslə rastlaşmışdır. Həmin vaxt Nəriman adlı şəxslə salamlaşıb hal-əhval tuduqdan sonra əvvəllər də ondan narkotik vasitə olan heroin aldığına görə söhbət zamanı Nəriman adlı şəxsə ona yenə narkotik vasitə olan heroin lazım olduğunu bildirdikdə, Nəriman adlı şəxs ona üzərində 4 (dörd) büküm heroin olduğunu və ona hər bükümünü 10 (on) manat müqabilində sata biləcəyini bildirmişdir. O, Nəriman adlı şəxsə 40 (qırx) manat ödəyib, bunun müqabilində ondan 4 (dörd) büküm narkotik vasitə olan heroin alıb, əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra 20 yanvar metrosu ətrafında bir neçə kafeyə də baş çəkib, işçiyə ehtiyyaclarının olubolmadığını maraqlansa da həmin gün iş tapa bilməmiş və axşam saatlarında yaşadığı Şəki şəhərinə gəlmişdir. Ailə üzvlərinin narkotik vasitə istifadə etməyindən xəbər tutmamaları üçün içərisində narkotik vasitə olan həmin 4(dörd) ədəd bükümü gündəlik geyindiyi şalvarın cibində gizlədib saxlamışdır. xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında olduğu zaman siqaret almaq üçün mağazaya getmək məqsədi ilə küçəyə çıxmış, küçədə heç kimin olmadığını görüb Bakı şəhərində aldığı həmin narkotik vasitə olan heroindən istifadə etmək qərarına gəlmiş və cibindəki 4 (dörd) büküm heroindən bir bükümünü istifadə etmişdir. Sonra mağazaya getmək üçün yoluna davam etmiş, bir qədər irəliləmiş, yaşadığı küçədə evinin yaxınlığında ona mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş, onun üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlamağı və narkotik vasitənin satışı ilə məşğul olmağı barədə onlarda məlumat olmasını bildirib, onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarına razılığını bildirmiş və polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində ona üzərində şəxsi axtarış aparacaqlarını bildirərək Şəki rayonu ərazisində fəlaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişlər. O da təqdim olunmuş siyahıdan Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkil Müdafiəçi seçmiş, bundan sonra müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə üstündə şəxsi axtarış aparılacağını bildirmişlər və təhqiqatçı tərəfindən ona üstündə, paltarında, paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Bu zaman o, əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu və bir ədəd kibrit qutusunu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərilərində narkotik vasitə heroin olan 3 (üç) ədəd gümüşü bükülünü masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq əynindəki gödəkçənin sol üst cibindən 2 ədəd siqaret, 1 ədəd salfet və ətir aşkar edilmişdir. Üzərindən sadalananlardan başqa heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş əşyaları təqdim etməyi təklif olunmuş, o, həmin 3 (üç) ədəd gümüşü bükülünü göstərərək bükülülərin içərilərində narkotik vasitə olduğunu, özünün istifadə etməyi üçün Bakı şəhərində tanış olduğu şəxsdən aldığını bildirmişdir. Daha sonra ona və digər iştirakçılara həmin narkotik vasitənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Bu zaman üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan 3 (üç ədəd) bükülü zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunmuş digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişdirlər. Göstərmişdir ki, onun narkotik vasitə qəbul etməyindən və ya hadisə zamanı narkotik vasitəni üzərində saxlayıb, daşımağından nə ailə üzvlərinin, nə də başqa şəxslərin məlumatı olmamışdır. O, yuxarıda da qeyd edilən kimi narkotik vasitə istifadəçisidir. Lakin, o, narkotik vasitə satmır, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. Ümumiyyətlə onun narkotik vasitənin satışı ilə məşğul olmağı barədə verilmiş məlumat yalandır. Hal-hazırda evində və ya başqa bir yerdə narkotik vasitə saxlamır. O, bundan əvvəl yuxarıda sadalanan cinayət əməllərini törətmiş və həmin əməllərinə görə məsuliyyətə cəlb olunub cəzasını çəkmiş, lakin, hal-hazırda törətdiyi cinayət əməlindən başqa heç bir cinayət əməlini törətməmişdir. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatı yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə yaxud təsirə məruz qalmamışdır. O, Bakı şəhərində narkotik vasitə aldığı Nəriman adlı şəxslə 2019-cu ilin əvvəllərində Bakı şəərində xətt (marşrut) avtobusu sürücüsü kimi işlədiyi dövrdə tanış olmuş, Nəriman adlı şəxs həmişə onun idarə etdiyi avtobusla tez-tez Bakı şəhərindən Lökbatan qəsəbəsinə gedib-gəlmişdir. Həmin dövrdə bəzən avtobusda tək olduqları vaxtlarda söhbət etmişlər. Belə söhbətlərinin birində o, Nəriman adlı şəxsə narkotik vasitə olan heroin istifadəçisi olduğunu bildirmiş, Nəriman adlı şəxs isə ona lazım gələrsə narkotik vasitə olan heroin təşkil edə biləcəyini bildirmişdir. O, 2019-cu il ərzində bir neçə dəfə Nəriman adı şəxsdən onun üçün narkotik vasitə olan heroin təşkil etməsini xahiş etmiş, Nəriman adı şəxs isə sərnişin olaraq onun idarə etdiyi avtobusa mindikdə, özü ilə kiçik kağız bükülüdə heroin gətirmiş və o, hazırda xatırlamadığı məbləğlərdə pullar ödəməklə Nəriman adlı şəxsdən heroin almışdır. Lakin, onda Nəriman adlı şəxsin heç bir əlaqə vasitəsi olmadığından o, Nəriman adlı şəxslə yalnız Nəriman adlı şəxs onun idarə etdiyi avtobusa mindikdə görüşmüşdür. Ona görə də o, 2019-cu ildə işdən çıxıb yaşamaq üçün Şəki şəhərinə gəldikdən sonra Nəriman adlı şəxslə bir daha görüşməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni aldığı şəxsin kim olmasını bildirməməyinin səbəbi həmin vaxt həyəcanlı olduğundan fikirlərini doğru ifadə edə bilməməsi olmuşdur. Nəriman adlı şəxs sarışın, alçaq boylu, kök bədən quruluşlu, mavi rəngli gözləri olan, təxminən 40-45 yaşlarında bir şəxs olmasını göstərmişdir. Məhkəmə iclasındakı çıxışında törətmiş olduğu cinayətə görə peşiman olduğunu, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Göstərmişdir ki, “Lüqü” ləqəbli «İlqar» adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «İlqar» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, alınmış əməliyyat məlumatına əsasən “Lüqü” ləqəbli “İlqar” adlı şəxsin xx.xx.1962-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin tarixdə də onun tərəfindən Şəki ŞRPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin icazəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə onun rəhbərliyi və Şəki ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Həmin gün onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirib, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişdirlər. Təqsirləndirilən şəxs da razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə baxış keçirilib barəsində tədbir görülməsi üçün raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Onun üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Ülvi Nəzirliyə həvalə edilmiş, təhqiqatçı Ülvi Nəzirli öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş, bir qədər sonra vəkil Müdafiəçi gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində xidmət aparan Kamran Sabirli dəvət edilmiş, daha sonra Kamran Sabirli gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra Müdafiəçi, onun, əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu və bir ədəd kibrit qutusunu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 3 (üç) ədəd gümüşü bükülünü çıxarıb masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və əlavə olaraq əynindəki gödəkçənin sol üst cibindən 2 ədəd siqaret, 1 ədəd salfet və 1 ədəd ətir aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən sadalananlardan başqa heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin 3 (üç) ədəd gümüşü bükülünü göstərərək bükülülərin içərilərində narkotik vasitə olduğunu, özü istifadə etməyi üçün Bakı şəhərində tanış olduğu şəxsdən aldığını bildirmişdir. Həmin üç ədəd bükülü onun, əməliyyat müvəkkili Asalan Axundovun, Müdafiəçi və Təqsirləndirilən şəxs özünün iştirakı ilə açıldıqda bükülülərin hər birinin içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlələr olması aşkar olunmuşdur. Daha sonra ona və digər iştirakçılara içərilərində narkotik vasitəyə bənzər kütlələr olan həmin 3 (üç) ədəd bükülünün ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman həmin 3 (üç ədəd) bükülü onun, əməliyyat müvəkkili Şahid1, Müdafiəçi və Təqsirləndirilən şəxs özünün iştirakı ilə zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu, 2 ədəd siqaret, 1 ədəd kibrit qutusu, 1 ədəd salfet və 1 ədəd ətir isə özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, daha sonra videoçəkiliş bərpa edilmiş və o, heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişdirlər. Bundan başqa ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxsla onun heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, həmçinin onunla heç bir qohumluq əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunan Şahid1 digər Şahid2 ifadəsinə oxşar olan ifadə vermişdir. İş materiallarında olan iş üzrə daxil olmuş əməlliyyat tapşırığınının xx.xx.2020-ci il tarixli 189-29423-1220 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan və ya kimdən almasını, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını, kimlərləsə əlbir olub-olmamasını, eləcə də digər cinayətlərin törədilməsində iştirakının olub-olmamasını, həmçinin, Nəriman adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 3 (üç) ədəd gümüşü bükülünün içərisindən narkotik vasitəyə (heroin) oxşar kütlə aşkar edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli 17/565 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... narkotik...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,094 qr., 0,085 qr., 0,110 qr., ümumi təmiz çəkisi-0,289 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlərdir. Heroinlərin təmiz çəkisi 0.289 qram., tədqiqata 0.060 qram sərf edimiş, 0.229 qram qalıq qalmışdır. 71.94 manat ekspertiza xərci vardır. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli 912 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli 575 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşdə olan Şəki RMX-nin Narkoloji şöbəsinin xx.xx.2020-ci il tarixli 501A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyindən heroin qəbulu faktı aşkar edilmişdir. İşdə olan Şəki RMX-nin xx.xx.2020-ci il tarixli 2562 №-li məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. Şəki Psixiatriya xəstəxanasının xx.xx.2020-ci il tarixi 603 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki şəhər İH-nin 1 nömrəli X5 Dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 327 nömrəli arayışı və xx.xx.2020-ci il tarixli 310 nömrəli xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “xxxx” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barədə məlumat aşağıdakı kimidir:
1. Təqsirləndirilən şəxs oğlu xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinə əsasən Şəki rayon Məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay 04 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. 2.xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.2, 68.1.2, 67.1, 93.1.4-cü maddəsinə əsasən X4 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu vardır. Onun törətdiyi cinayətə görə məhkumluq müddəti ödənilmədiyindən yenidən onun qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə olan heroinin yuxarı həddi 0.15 qram, külli miqdar isə 2 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin cəmi miqdarı 0.289 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin Аzərbаycаn Respublikаsı CM-nin 234.1ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Şəki rayon MX-nın Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və xxxxdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra cəmi 0.229 qram qalan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 71.94 manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Müdafiəçi Şəki ŞRPŞ-nə təqdim etdiyi hesabatında bununla bağlı 35 saat vaxt sərf etdiyini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-cı il tarixli, 31 saylı qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Beləliklə ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 210 manat haqq hesablanaraq müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “xxxx” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və xxxxdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun artıq Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Şəki ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra cəmi 0.229 qram qalan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 71.94 manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə dövlət hesabına 210 manat vəsait Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı AZ81UBAZ**********0090AZN001 saylı, VÖEN: ********** hesabına köçürülsün. “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nöməsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Cahid İmanov