Məhkəmə qərarları › İş №1(075)-22/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-22/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-22/2022 17.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçi Şəki Gegional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Şəki rayon məhkəməsinin inzibati binasında; xx.xx.1978-cu ildə Şəki rayonu, Oxud kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, 22 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 noyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan torbada ümumi təmiz çəkisi 464,94 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib, daşıyaraq üzərində və Şəki rayonu, Oxud kənd yolunun sağ kənarında daşın altında gizlədərək saxlamış, 22 noyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin, gün saat 19:20 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində 6 saylı marşrut avtobus dayanacağının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X7 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 21:20 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda 4,94 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirlərinin davamı olaraq 23 noyabr 2021-ci il tarixdə saat 00:27 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə Şəki rayonu, Oxud kənd yolunun sağ kənarında daşın altına keçirilən baxış zamanı həmin daşın altından qəsdən özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 460,00 qram, cəmi 464,94 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər istifadə etdiyi narkotik vasitə olan marixuananı Şəki rayonu, Qoxmuq kəndinin yaxınlığında yerləşən Oxud kəndinə məxsus «Qarasov» adlanan ərazidə yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığıb qurudub istifadə etmişdir. Əvvəllər, yəni 2002-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Orada olan zaman hazırda xatırlamadığı azərbaycanlı ilə birlikdə bir dəfə narkotik vasitə olan marixuana çəkmişdir. Marixuananı çəkəndən sonra özünü çox pis hiss etdiyinə görə sonradan narkotik vasitə olan marixuana çəkməmişdir. Lakin, həmin vaxt iki ədəd çəkdikləri çətənə bitkisinin toxumundan götürmüşdür ki, sonra lazım olanda əksin. 2010-cu ildə Rusiyadan yaşadığı Oxud kəndinə qayıdıb gəlmiş və özü ilə gətirdiyi çətənə bitkisinin toxumunu kağıza büküb boş kibrit qutusuna qoyub tövlələrində taxtanın arasında gizlətmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində həmin iki ədəd toxumları götürüb Şəki rayonu, Qoxmuq kəndinin yaxınlığında Oxud kəndinə məxsus «Qarasov» adlanan ərazidə əkmiş və həmin toxumların hər ikisi də yetişmişdir. Yetişdikdən sonra həmin çətənə bitkisinə su verib, dibini boşaldıb, otunu təmizləyib qulluq göstərməyə başlamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında bitkinin yarpaqlarını yığıb həmin yerdə bir həftə ərzində qurutmuş, sonra həmin narkotik vasitə olan marixuananı selofon torbaya yığıb gətirib Oxud kəndinə gedən dağ yolunun sağ tərəfində yerləşən daşın altına qoyub gizlətmişdir. Sonradan narkotik vasitə çəkmək istəyəndə gedib gizlətdiyi yerdən bir qədər marixuna götürmüş, qalan hissəsini isə yenə daşın altına qoyub gizlətmişdir. 17 noyabr 2021-ci il tarixdə narkotik vasitə istifadə etmək istədiyi üçün həmin gün saat 16:00 radələrində narkotik vasitə olan marixuananı gizlətdiyi yerə getmiş və sellofan torbada gizlətdiyi həmin narkotik vasitədən bir qədər götürüb kibrit qutusuna doldurmuş, bir qədər də kağıza yığıb cibinə qoyub evlərinə getmişdir. Həmin gün götürdüyü marixuanadan bir qədər siqaretə doldurub çəkmişdir. 20 noyabr 2021-ci il tarixdə yenə kağızda götürdüyü marixuanadan çəkmişdir. Kibrit qutusundakı marixunanı isə üstündə saxlamışdır. 22 noyabr 2021-ci il tarixdə gündüzdən Şəki şəhərinə gəlmişdir. Təxminən saat 19:00 radələrində Şəki şəhərində bazarın yaxınlığındakı çayxanadan çıxıb Axundov parkı ilə Qoxmuq körpüsünə tərəf getmişdir ki, oradan taksi ilə yaşadığı Oxud kəndinə getsin. Bazarın qarşısında Oxud kəndinə gedən 6 saylı marşurut avtobusunun dayanacağının yaxınlığına çatanda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını, həmçinin onun narkotik vasitə əldə etməsi barədə onlara məlumat daxil olduğunu, ona görə onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. Razılaşdığı üçün polis işçiləri ilə birlikdə Şəki ŞRPŞ-nə gəlmişdir. Həmin vaxt gizlətdiyi yerdən götürdüyü bir kibrit qutusu narkotik vasitə olan nəşədə üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Təhqiqatçı ona narkotik vasitə əldə etməyi barədə onlara məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını ona təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəyini bildirmişdir. Vəkillərin siyahısından vəkil Elbrus müəllimi seçdiyi üçün təhqiqatçı zəng vurub Elbrus müəllimi PŞ-nə dəvət edərək ona təqdim etmişdir. Bundan sonra onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah edilmişdir. Sonra onu küçədə saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili Elbrus müəlimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməsini təklif etdiyi üçün əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd Redmi markalı telefonu, şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu, sol arxa cibindən bir ədəd qəpik yığdığı pul kisəsini, şalvarının sağ arxa cibindən bir ədəd bloknotu, 56 manat pulunu, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir qutu Arqo siqaretini, bir ədəd alışqanını çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir.Təhqiqatçı stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməyini xahiş etdikdə, əvvəlcə bir qutu siqaretini, bir ədəd alışqanını, 56 manat pulunu, telefonunu, bloknotunu, pul kisəsini təqdim etmiş, sonra bir ədəd kibrit qutusunu təqdim edib içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni təxminən 5 ay əvvəl Şəki rayonu, Qoxmuq kəndinin yaxınlığında Oxud kəndinə məxsus «Qarasov» adlanan ərazidə əkdiyi iki çətənə bitkilərinin yarpaqlarından yığdığını bildirmişdir. Təhqiqatçı sonra üstündən aşkar olunmuş bir ədəd kibrit qutusunu açdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı içərisində narkotik vasitə olan marixuana olan kibrit qutusunu zərfə qoyub, zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Həmçinin təhqiqatçı üstündən aşkar olunmuş telefonunu və bloknotunu ayrı-ayrı zərflərə qoyub zərfləri möhürlədikdən sonra digər iştirakçılarla birlikdə zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı sonra üstündən aşkar edilmiş siqaretini, alışqanını, qəpiklər yığdığı pul kisəsini və 56 manat pulunu özünə qaytarıb vermişdir. Sonra təhqiqatçı ondan evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda təhqiqatçıya təxminən 5 ay əvvəl Şəki rayonu, Oxud kəndində «Qarasov» adlanan ərazidə 2 ədəd çətənə bitkisi əkib becərdiyini, sentyabr ayında isə həmin çətənə bitkilərini yığıb qurudub Oxud yolu adlanan ərazidə gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olubolmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Həmin vaxt heç bir əlavə və şikayətlərinin olmadığını bildirmişlər. Sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunduğu üçün vəkili Elbrus müəllim və polis işçiləri kimi həmin protokolu imzalamışdır. Daha sonra vəkili Elbrus müəllim və polis işçiləri ilə birlikdə polis şöbəsindən çıxıb Şəki rayonu, Oxud kəndinə dağ yolu ilə getmişlər. Yolda narkotik vasitəni gizlətdiyi yerə çatanda maşını saxladıb yerə düşüb yolun sağ tərəfində daşın altında 2021-ci ilin iyun ayının əvvəllərində Qarasov adlanan ərazidə əkib becərdiyi çətənə bitkilərinin yarpağından yığıb qurudub bir ədəd sellofan torbaya yığıb gizlətdiyi narkotik vasitə olan nəşəni götürüb təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbanı təhqiqatçı açıb iştirakçılara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Həmin vaxt digər iştirakçılar kimi heç bir əlavə və şikayətinin olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol yazılaraq ucadan onlara oxunmuş, ona görə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Göstərmişdir ki, narkotik vasitədən istifadə etsə də, onun satışı ilə məşğul olmamışdır. Narkotik vasitə istifadə etməsindən heç kəsin məlumatı olmamış və narkotik vasitəni heç kimlə birlikdə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamış, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və Şəki Rayonlararası psixi disponserdə qeydiyyatda durmur. Üstündə narkotik vasitə olan marixuana saxlamasından və Şəki rayonu, Oxud kəndinə gedən yolun sağ tərəfində daşın altında narkotik vasitə gizlətməsindən heç kimin məlumatı olmamış, özü də bu barədə heç kimə bir söz deməmişdir. Yaşadığı evdə yaşlı anası, arvadı və iki azyaşlı uşaqları ilə birlikdə yaşasa da, narkotik vasitə istifadə etməyindən və üzərində saxlayaraq daşımasından anasının, uşaqlarının və arvadının məlumatı olmamışdır. O, daha sonra ifadəsində Şəki rayonu, Qoxmuq kəndinin yaxınlığında Oxud kəndinə məxsus Qarasov adlanan ərazidə iki kol narkotik tərkibli çətənə bitkiləri əkməyindən heç kimin məlumatının olmadığını, həmin çətənə bitkisini özü tək əkib becərdiyini, çətənə bitkilərini əkib becərməkdə ona heç kimin köməklik göstərmədiyini, çətənə əkdiyi torpaq sahəsinin Şəki rayonu, Qoxmuq kəndinin yaxınlığında Oxud kəndinə məxsus Qarasov adlanan ərazidə yerləşdiyini, lakin həmin torpaq sahəsinin konkret kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. Göstərmişdir ki, etdiyi hərəkətdən peşmandır. Himayəsində 5 və 7 yaşlarında iki azyaşlı uşağı, xəstə və yaşlı anası vardır. Bildirmişdir ki, marixuna istifadə etməsindən ailəsində və ümumiyyətlə kəndlərində heç kəsin xəbəri olmayıb. Hazırda baş vermiş əməlinə görə həm ailəsinin həm də kənd içində biyabır olmuşdur. Çox xəcalət çəkərək səmimi peşmandır. Söz verir ki, bir daha belə neqativ əməllərə yol verməyəcəkdir. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, onunla aralarında heç bir düşmənçilik, qohumluq əlaqəsi və ədavət olmamışdır. 22.11.2021ci il tarixdə ona "Əhməd" adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyatı məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və "Əhməd" adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün 22 noyabr 2021-ci il tarixdə Şəki ŞRPŞnin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılaraq, qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra "Əhməd" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Əhməd" adlı şəxsin Şəki rayonu, Oxud kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 19:20 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində bazarın qarşısında 6 saylı marşurut avtobus dayanacağının yaxınlığında saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası təhqiqatçı Nicat Nərimanlıya həvalə edildiyi üçün Təqsirləndirilən şəxs ona təqdim etmişlər. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkillərdən Müdafiəçi seçərək onun dəvət edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Müdafiəçi zəng olunaraq PŞ-nə dəvət olunmuşdur. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün Şəki ŞRPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis leytenantı Kamal Məmmədzadə dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd Redmi markalı telefonu, şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu, şalvarının sol arxa cibindən bir ədəd pul kisəsini, şalvarının sağ arxa cibindən bir ədəd bloknotu, 56 manat pulu, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir qutu Arqo siqaretini, bir ədəd alışqanı çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirmiş, lakin onun təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə o, əvvəlcə bir qutu siqareti, bir ədəd alışqanı, 56 manat pulu, telefonu, bloknotu, pul kisəsini təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs kibrit qutusunu təqdim edib içərisində narkotik vasitə olan marixuana olduğunu qeyd etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd kibrit qutusunu açdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuşdur. Təhqiqatçı içərisində narkotik vasitə olan marixuana olan həmin kibrit qutusunu zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş telefonu və bloknotu ayrı-ayrı zərflərə qoyub zərfləri möhürlədikdən sonra digər iştirakçılarla birlikdə zərflərin üzərinə imza etmişdir. Təhqiqatçı sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş siqareti, alışqanı, pul kisəsini və 56 manat pulu iş üçün əhəmiyyət kəsb etmədiyindən qaytarıb onun özünə vermişdir. Təhqiqatçı daha sonra Təqsirləndirilən şəxs evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçıya təxminən 5 ay əvvəl Şəki rayonu, Oxud kəndində «Qarasov» adlanan ərazidə 2 ədəd çətənə bitkisi əkib becərdiyini, sentyabr ayında isə həmin çətənə bitkilərini yığıb qurudub Oxud yolu adlanan ərazidə gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təhiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda ona heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığı üçün bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunub ucadan oxunduqdan sonra əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs, onun vəkili Müdafiəçi və mütəxəssis Kamal Məmmədzadə ilə birlikdə həmin protokolu imzalamışlar. Daha sonra əməliyyat müvəkkili Şahid1, mütəxəssis Kamal Məmmədzadə, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi ilə birlikdə polis şöbəsindən çıxıb Şəki rayonu, Oxud kəndinə gedən dağlıq yola getmişlər. Həmin kəndə gedən dağ yolu ilə bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs yolun kənarında böyük daş olan əraziyə çatanda avtomobili saxladıb yerə düşmüş və həmin yolun sağ kənarındakı daşın altından 2021-ci ilin iyun ayının əvvəllərində Şəki rayonu, Qoxmuq kəndinin yaxınlığında, Şəki rayonu, Oxud kəndinə məxsus «qarasov» adlanan torpaq sahəsində əkib becərdiyi iki ədəd çətənə bitkilərindən qurudub bir ədəd sellofan torbaya yığıb gizlətdiyi narkotik vasitəni götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin sellofan torbanı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsi olduğu müəyyən olunmuşdur. Təhqiqatçı həmin bir ədəd sellofan torbanın içərisində olan narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsini zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılar kimi həmin zərfin üzərinə imza etmişdir. Bundan sonra təhqiqatçı hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşduqda heç bir şikayətlərinin olmadığını bildirmişlər. Sonra videoçəkiliş dayandırılmış və kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətlərinin olmadığını bildirdikdən sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan onlara oxunduğu üçün digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid1 17.02.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və göstərmişdir ki, ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq edir. Üzrlü səbəbdən məhkəmə iclasına gəlməyən şahid Şəki ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı digər Şahid2 göstərdiyi xüsusatlara oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: İşdə olan 22 noyabr 2021-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:32-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 22-23) İşdə olan “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY azad edilməsi haqqında” 24.11.2021-ci il tarixli, 21-4 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video görüntülərindən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üstündən bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar yaşıl bitki kütləsi aşkar edilib götürülmüşdür. (İş.v 42-50) İşdə olan hadisə yerinə baxış keçirilməsi və maddi subutun götürülməsi haqqında 23 noyabr 2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video görüntülərindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs gizlətdiyini bildirdiyi Şəki rayonu, Oxud kəndinə gedən dağ yolunun sağ kənarında yerləşən daşın altına baxış keçirilən zaman həmin daşın altından bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. (İş.v 51-53) İşdə olan Şəki MRX-nın Narkoloji şöbəsinin 23.11.2021-ci il tarixli, 338A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı marixuana qəbulu aşkar edilmişdir. (İş.v 57) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X5 23 noyabr 2021-ci il tarixli, 17/818 №-li ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər bitki…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 4,94 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs Oxud kəndi ərazisində saxladığı narkotik vasitəyə bənzər bitki …» sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd rəngli sellofan torbada təmiz çəkisi 460.00 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kibrit qutusunda və 01 ədəd rəngli sellofan torbada olan qurudulmuş marixuanlar tərkiblərinə görə eynidirlər. Qeyd: a) marixuananın təmiz çəkisi 464.94 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq 464.84 qram. (İş.v 58-61) Ekspertiza xərci 34.55 manatdır. İşdə olan Şəki şəhər İHB-nin “Oxud” kənd nümayəndəliyinin 26.11.2021-ci il tarixli, 823 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki rayonu, Oxud kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailəlidir 06.08.2014 və 09.06.2017-ci illərdə anadan olmuş Ömər və Nuray adlarında iki övladı vardır. (İş.v 108-110) İşdə olan AZ-İİİ 381276 və AZ-İİİ 957270 saylı doğum şəhadətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Nuray və Ömər adlarında iki azyaşlı uşağı vardır. İşdə olan n14.02.2022-ci il tarixli, 97 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 70 yaşlı anası X2 onun himayəsində yaşayır. İşdə olan Şəki rayon Psixiatriya xəstəxanasının 24.05.2021-ci il tarixi, 606 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 117) İşdə olan “Şəki RMX” X8 25.05.2021-ci il tarixli, 653 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şəki Mərkəzi Rayon Xəstəxanası” X8 narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. (İş.v 119). İşdə olan DİN-nin BƏSİİ-dən daxil olmuş 29 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v 119) İşdə olan Məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli, 1460 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (İş.v 139) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni səmimiyyətlə təqdim etməsini, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin himayəsində 70 yaşında anasının olmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 05 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CMnin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir narkotik vasitənin ictimai təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan qurudulmuş marixuananın daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 22.11.2021-ci ildən 24.11.2021ci ilədək həbsdə saxlandığı cəmi 3 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən və onun göstərdiyi Şəki rayonu, Oxud kənd yolunun kənarında daşın altından aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 464,84 qram qalmış iki zərfdə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34.55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 22.11.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək həbsdə saxlandığı cəmi 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 6 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq iki il, on bir ay, iyirmi dörd gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs iki il, on bir ay, iyirmi dörd gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X8 Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən və onun göstərdiyi Şəki rayonu, Oxud kənd yolunun kənarında daşın altından aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 464,84 qram qalmış iki ədəd zərfdə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34.55 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar