Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-22/2023 13.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxx 1973-cü ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu Kiçik Dəhnə kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, qəsdən, hüquq verən rəsmi sənədin saxta olduğunu bilə-bilə qanunsuz istifadə etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, vahid niyyətlə, özünün Azərbaycan Respublikasında tanınan sürücülük hüququnun yaranmasını təmin etmək üçün 2000-ci ilin dekabr ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə və mənbədən hüquq verən rəsmi sənəd hesab olunan Rusiya Federasiyasına məxsus saxta üsulla hazırlanmış BC kateqoriyalı, ** EB ***346 nömrəli saxta sürücülük vəsiqəsini qanunsuz yolla əldə edib 09 iyun 2020-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək üçün həmin BC kateqoriyalı, ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin saxta olmasını bilə-bilə Şəki «Asan xidməti» mərkəzinə təqdim etməklə istifadə edərək bir il müddətinə qüvvədə olan Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmiş, həmçinin, təkrarən xx.xx.2021-ci il tarixdə, saat 11:50 radələrində həmin BC kateqoriyalı, ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin saxta olmasını bilə-bilə Şəki «Asan xidməti» mərkəzinə təqdim etməklə istifadə edərək BC kateqoriyalı, BC 502702 nömrəli, xx.xx.2021 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etməklə istifadə etmiş, təkrarən sonuncu vəsiqənin müddətinin bitməsinə az qaldığından xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində həmin BC kateqoriyalı, ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin saxta olmasını bilə-bilə Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək məqsədi ilə Şəki «Asan xidməti» mərkəzinə təqdim etməklə istifadə etmiş, Şəki «Asan xidməti» mərkəzinin sorğusuna əsasən X2 İşlər Nazirliyinin Azərbaycan Respublikasında nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 116 nömrəli məktubuna əsasən Rusiya Federasiyasında BC kateqoriyalı, ** EB ***346 nömrəli sürücülük vəsiqəsinin verilmədiyi və saxta olması müəyyən edilmiş, bununla da o, hüquq verən rəsmi sənədin, yəni BC kateqoriyalı, ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin saxta olduğunu bilə-bilə vahid niyyətlə istifadə etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən Rusiya Federasiyasının Moskva şəhərinə mövsümi işlə əlaqədar gedib-gəlmiş, 2010-cu ilin sonlarına kimi Moskva şəhərində işlədmişdir. 2011-ci ildən isə ailə vəziyyəti ilə əlaqədar Rusiya Federasiysına artıq getməmişdir. Hal-hazırda Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. 2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində olan zaman ticarəti zəiflədiyi üçün orada olan Allahyar adında həmyerlisi kimi tanıdığı şəxs ondan sürücülük vəsiqəsi almağa köməklik edə biləcəyini bildirmiş, sürücülük vəsiqəsi olacağı halda taksi kimi fəaliyyət göstərə bilib-bilməməsi barədə soruşmuşdur. Nəticədə sürücülük vəsiqəsi olarsa Allahyara işləyə biləcəyini demişdir. Allahyar ona sürücülük vəsiqəsi almağı üçün 170 ABŞ dolları pul verməli olduğunu demiş, o, da 2000-ci ilin dekabr ayının ortalarında Rusiya Federasiyasının Moskva şəhərində Allahyara 170 ABŞ dolları pul və pasportunu vermişdir. Sürücülük vəsiqəsini əldə etmək üçün heç bir məktəbdə oxumamış, həmçinin bu məqsədlə Rusiya Federasiyasında heç bir əyani və ya praktiki imtahanda iştirak etməmişdir. Təxminən bir aydan sonra Allahyar onun adına olan Rusiya Federasiyasının sürücülük vəsiqəsini vermişdir. O, da, icarəyə avtomobil götürüb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2001-ci ilin fevral ayına kimi Moskva şəhərində həmin sürücülük vəsiqəsi ilə taksi fəaliyyəti ilə məşğul olmuş, sonra Şəki rayonuna qayıtmışdır. Bir müddət kənddə qalmış və sonra yenə Moskva şəhərinə getmişdir. Moskva şəhərinə qayıtdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmamış, çünki Moskva şəhərində yolları yaxşı tanımadığı üçün taksi kimi işləyib pul qazana bilməmişdir. Ona görə ticarət işləri ilə məşğul olmağa davam etmişdir. 2011-ci ildən sonra isə Rusiya Federasiyasına getməmişdir. Özünündə avtomobili olmadığı üçün sürücülük vəsiqəsindən istifadə etməmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində özünə Tofaş markalı avtomobil almış, həmin sürücülük vəsiqəsinin müddəti 2020-ci ilin aprel ayında bitmişdir. Sürücülük vəsiqəsini dəyişmək üçün Moskva şəhərinə getmək istəmiş, lakin pandemiya dövrü olduğu üçün Moskva şəhərinə gedə bilməmişdir. Bu barədə maraqlandığı zaman isə Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsini Azərbaycan Respublikasında dəyişməyin mümkün olduğunu öyrənmişdir. Ona görə 2020-ci ildə Şəki «Asan xidməti» mərkəzinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş. Şəki «Asan xidməti» mərkəzində sürücülük vəsiqəsini dəyişdirmişdir. Ona bir il müddətinə Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verilmiş, həmin vəsiqənin vaxtı bitəndə isə yenə gedib ikinci dəfə Şəki «Asan xidməti» mərkəzində sürücülük vəsiqəsini dəyişdirmişdir. Həmin vaxtdan sonra Şəki «Asan xidməti» mərkəzindən aldığı sürücülük vəsiqəsinə əsasən avtomobili idarə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsini dəyişdirmək üçün Şəki «Asan xidməti» mərkəzinə müraciət etmişdir. Şəxsiyyət vəsiqəsini Asan xidmətin əməkdaşına təqdim edib sürücülük vəsiqəsini dəyişmək istədiyini dedikdə Asan xidmətin əməkdaşı şəxsiyyət vəsiqəsini ondan alıb kompüterə məlumatları daxil edib sürücülük vəsiqəsinin saxta olduğunu və bir şəxsin ona yaxınlaşıb polis əməkdaşlarına təhvil verəcəyini demişdir. Az sonra Asan xidmətə polis əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Allahyar onun kəndçisi olmaqla Rusiya Federasiyasının vətəndaşıdır, sənəd düzəltməklə bağlı işlərlə məşqul olur. Allahyara ümumilkidə sürücülük vəsiqəsinin alınması üçün 170 dollar vermiş, vəsiqənin alınması üçün rəsmi müraciət etməmişdir. Lakin sürücülük vəsiqəsini sürücülük məktəbindən götürmüşlər. Azərbaycana 2010-cu ildən gəlmiş və avtomobili həmin vəsiqə ilə idarə etmişdir. Dərslərdə iştirak etməmiş, vəsiqənin alınması ilə bağlı imtahan verməmişdir. Vəsiqənin saxta olduğundan məlumatı olmamış, ona görə də özünü təqsirli bilmir. Lakin sürücülük vəsiqəsinin saxta olduğundan məlumatı olmasa da, həmin vəsiqədən istifadə etdiyinə görə əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, DİN-in BDYPİ-yə bilavasitə tabe olan Qİİ Şəki “Asan Xidməti” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru, polis serjantı vəzifəsində xidmət aparır. xx.xx.2022-ci il tarixdə DİN-in BDYPİ-nə bilavasitə tabe olan Qİİ Şəki “Asan Xidməti” mərkəzində xidmətdə olduğu zaman sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs xidmət etdiyi sürücülük vəsiqələrinin dəyişdirilməsi bölməsinə yaxınlaşaraq ona öz şəxsiyyət vəsiqəsini təqdim edib sürücülük vəsiqəsini dəyişdirmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs onun tədqim etdiyi sənədləri alıb şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini sistemə daxil etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər də Asan Xidmətə gələrək sürücülük vəsiqəsini bir il müddətinə dəyişən zaman onun həqiqətən Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi alıb-almamasını dəqiqləşdirmək üçün Rusiya Federasiyasına müvafiq sorğu verilmişdir. 2022-ci ilin iyul ayının sonlarında həmin sorğuya Rusiya Federasiyasından cavab gəlmiş və sorğunun cavabında Təqsirləndirilən şəxs Rusiya Federasiyasında sürücülük vəsiqəsi verilmədiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini dəyişdirilməsini yoxlayan zaman bunu aşkar etmiş, ilkin olaraq Şəki ŞRPŞ-nin X6 Xidmətdə saxta sürücülük vəsiqəsi ilə Təqsirləndirilən şəxs müraciət etdiyini və onun saxlanılması barədə məlumat vermişdir. Daha sonra bu barədə Şəki şəhər-rayon Polis Şöbəsinin rəisinə raportla müraciət etmiş və az sonra Şəki ŞRPŞ-nin əməkdaşı Asan Xidmətə gəlmiş, raportunu və Təqsirləndirilən şəxs həmin polis əməkdaşına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət aparır. O, 01 avqust 2022-ci il tarixdə PPXB-nin manqa komandiri Şahid3 ilə birlikdə Şəki şəhərində xidmətdə olan zaman Şəki ŞRPŞ-nin növbətçi hissəsindən növbətçi ona zəng vuraraq Şəki «Asan xidməti» mərkəzində saxta sənədlə müraciət edən şəxsin saxlanıldığını və həmin yerə getməli olduqları barədə göstəriş vermişdi. Belə olan halda polis nəfəri Şahid3la birlikdə onun idarə etdiyi Fiat Dobla markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki «Asan xidməti» mərkəzinə getmişdir. Onlar Şəki «Asan xidməti» mərkəzi xidmətinə çatanda həmin mərkəzdə xidmət aparan DİN-in BDYPİ-nə bilavasitə tabe olan Qİİ Şəki “Asan Xidməti” mərkəzi üzrə regional qrupunun kiçik inspekloru, polis serjantı vəzifəsində işləyən Şahid2 bir nəfər vətəndaşı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ona təhvil verdiyini bildirmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsini dəyişmək üçün Şəki «Asan xidməti» mərkəzinə müraciət etdiyini öyrənmiş, Asan Xidmət mərkəzində xidmət aparan DİN-in BDYPİ-nə bilavasitə tabe olan Qİİ Şəki 44Asan Xidməti” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru, polis serjantı vəzifəsində işləyən Şahid2 tərtib etdiyi raportla tanış olub, vətəndaş Təqsirləndirilən şəxs təhvil almağı ilə bağlı raporta qol çəkib, həmin şəxsi Şəki ŞRPŞ-nin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində xidmət aparır. O, 01 avqust 2022ci il tarixdə PPXB-nin polis nəfəri, polis serjantı Şahid1la birlikdə Şəki şəhərində xidmətdə olan zaman Şəki ŞRPŞ-nin növbətçi hissəsindən növbətçinin zəng vuraraq Şəki «Asan xidməti» mərkəzində saxta sənədlə müraciət edən şəxsin saxlanıldığını və həmin yerə getməli olduqları barədə göstəriş verdi. Belə olan halda polis nəfəri Şahid1la birlikdə Fiat Dobla markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki «Asan xidməti» mərkəzinə getmişdir. Onlar Şəki «Asan xidməti» mərkəzi xidmətinə çatanda həmin mərkəzdə xidmət aparan DİN-in BDYPİ-nə bilavasitə tabe olan Qİİ Şəki “Asan Xidməti” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru, polis serjantı vəzifəsində işləyən Şahid2 bir nəfər vətəndaşı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ona təhvil verdiyini bildirmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsini dəyişmək üçün Şəki «Asan xidməti» mərkəzinə müraciət etdiyini öyrənmiş, Asan Xidmət mərkəzində xidmət aparan DİN-in BDYPİ-nə bilavasitə tabe olan Qİİ Şəki “Asan Xidməti” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru, polis serjantı vəzifəsində işləyən Şahid2 tərtib etdiyi raportla tanış olub, vətəndaş Təqsirləndirilən şəxs təhvil almağı ilə bağlı raporta Şahid1 qol çəkib, həmin şəxsi Şəki ŞRPŞ-nin növbətçi hissəsinə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 320.2-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Daxili İşlər Nazirliyindən daxil olmuş 116 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Təqsirləndirilən şəxs Rusiya Federasiyasına məxsus ** EB ***346 nömrəli sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 «Asan xidməti» mərkəzinin 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Şəki “Asan xidmət” mərkəzinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, BYP 626066 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 158-1.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2014-cü il tarixli, BYP 647805 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 151-2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2014-cü il tarixli, BYP 465487 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 151.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2016-cı il tarixli, MMX ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 151-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2017-ci il tarixli, MMX ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2017-ci il tarixli, MMX ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2017-ci il tarixli, MMX ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol, xx.xx.2017-ci il tarixli, MMX ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki. Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Kiçik Dəhnə kəndində, yaşayır, İİ qrup əlildir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Müdafiə tərəfinin vəsatəti əsasında təyin edilmiş məhkmə sənədlərin texniki ekspertizasının 5/525 saylı 8 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin üzərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil birbaşa qələm vasitəsi ilə icra edilmişdirlər. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin blankı mətbəə çap üsulu ilə hazırlanmış və “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş ** EB ***346 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. Aparılan tədqiqatın dəyəri 62 manatdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün qismən etirafı, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin saxta olmasından məlumatı olmadığına dair ifadəsinə tənqidi yanaşaraq bildirir ki, Təqsirləndirilən şəxs rəsmi qaydada müraciət etmədən, prossesual qaydalara riayət etmədən özünün də qeyd etdiyi kimi, hər hansı bir şəxsə müvafiq məbləğdə pul ödəməklə aldığı sürücülük vəsiqəsinin saxta olmasını bilməməsi ağlabatan deyildir. Ona görə də, Təqsirləndirilən şəxs bu ifadəsi məhkəmə tərəfindən əsaslı hesab olunmur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq keçirməsini, yaşadığı yer üzrə müsbət səciyyələnməsini, ailə vəziyyətini, İİ qrup əlil olmasını təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən həm də Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmaması, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cərimə cəzasının təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 62 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış BC kateqoriyalı ** EB ***346 nömrəli sürücülük vəsiqəsi və həmin vəsiqə əsasında alınmış BC kateqoriyalı BC502702 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış BC kateqoriyalı ** EB ***346 nömrəli sürücülük vəsiqəsi və həmin vəsiqə əsasında alınmış BC kateqoriyalı BC502702 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-22/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-22/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver