Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-22/2024 06.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X2 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, ali təhsilli, Babaratma kənd orta məktəbi və Şəki şəhəri 8 saylı məktəbdə riyaziyyat müəlliməsi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən “Hilal Boutique” restoranının yaxınlığında əri Zərərçəkmiş şəxs ondan boşanmaq istəməsi səbəbi ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən sonuncunun sağ əl nahiyəsindən bir zərbə ilə vurmaqla Zərərçəkmiş şəxs sağ əlin İİ barmağının yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2017-ci il tarixdə onunla ailə həyatı qurmuş, bu evlilikdən hər ikisi oğlan övladı olmaqla 2 övladı olmuşdur. Evli olduqları müddətdə aralarında bir qədər mübahisə olsa da son zamanlarda daha çox mübahisə etməyə başlamışlar. Buna görə həyat yoldaşı Sadiq onunla boşanmaq qərarına gəlmiş, bu barədə məhkəməyə müraciət etmiş, Sadiqin boşanmaq qərarı onun narazılığına səbəb olmuşdur. Sadiq bir müddətdir ki, onunla birlikdə bir evdə qalmır və ayrı yerdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olmuşdur. Bu zaman Sadiqə barışmaq üçün zəng etmiş, telefon danışığı zamanı Sadiq onu təhqir etməyə və söyməyə başlamış, həmçinin ana və atasını da təhqir etmişdir. Sadiqin bu sözlərindən əsəbiləşmiş, mətbəxdən bıçaq götürmüş və Sadiqin işlədiyi “Hilal Boutique” restoranına getmiş, bıçağı götürməkdə məqsədi Sadiqə hədə-qorxu gəlmək olmuşdur. İdarə etdiyi avtomobilə minərək “Hilal Boutique” restoranının qarşısına getmiş, bıçağı oturacağın alt hissəsinə qoymuş, restoranın qarşısına gəlib orada siqnal vermiş, daha sonra Sadiq çölə çıxmış, Sadiqə avtomobilə oturmasını söyləmiş, lakin o, tam şəkildə oturmamış, həmin vaxt Sadiqə nə üçün söyüş söydüyünü demiş, Sadiq ona heç bir şey demədən restoranın qarşısından çıxıb getməsini deyərək, maşından düşmək istəmiş, həmin vaxt bıçağı oturacağın altından götürərək Sadiqin arxasınca getmiş, Sadiqi çağıraraq geri baxmasını söyləmiş, bu zaman Sadiq dayanmış və həmin vaxt bıçaq ilə onu hədələmiş, Sadiq əli ilə bıçağı saxlamış, həmin vaxt bıçaq onun sağ əlini kəsmiş, daha sonra Sadiq onun biləklərini sıxmış, bu zaman bıçaq yerə düşmüş, Sadiq dərhal bıçağı yerdən götürərək kafe istiqamətində getmiş, o, Sadiqin arxasınca getmiş, kafenin həyət hissəsində mübahisə etmiş orada olan zaman da Sadiqi arxadan boyun, baş, sifət nahiyyəsindən vurmuş, həmçinin orada onun üzərinə qışqırmış və təhqir etmişdir. Bu zaman orada tanımadığı şəxs ona yaxınlaşaraq sakitləşdirməyə çalışmış, bir müddətdən sonra avtomobilinə əyləşərək atasıgilə getmiş, hadisə bununla da yekunlaşmışdır. Sadiq onun valideynlərini təhqir etdiyi üçün belə addım atmışdır. O, ali təhsilli müəllimədir. 7 il Şuşa məktəbində işləmişdir. Hazırda 8 saylı orta məktəbdə və Babaratma kənd orta məktəbində çalışır. Magistr təhsili var və doktoranturaya namizəddir. Babaratma kənd orta məktəbinə getmək üçün özünə maşın almışdır. Sadiq buna narazılıq etmişdir. Sonra Sadiq onun telefonunu istəmiş, bir müddət özündə saxladıqdan sonra geri qaytarmış və ona demişdir ki, telefonunda kişi nömrələri var. O da ona bildirmişdir ki, o, müəllimə işləyir. Telefonunda çox adamın nömrəsi ola bilər. O, barışıq olmasını istəyir. Ayrılırlarsa da sivil qaydada ayrılsınlar. Sadiq barışmaq üçün uşaqları ondan tələb edir. O isə buna razı deyil. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xaiş etdi. Əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Röyanın başqa biri ilə danışdığını bilirdi. Bu səbəbdən evdən çıxmışdır. Bir neçə gün sonra gəlib paltarlarını götürmüşdür. O, Röyaya dəfələrlə demişdir ki, məsələni aydınlaşdırsınlar. Bakcelldən 6 aylıq çıxarış çıxartmışdır. Həmin nömrə ilə danışmışdır. Həmin adamın kim olduğunu bilmiş, lakin Röyaya deməmişdir. Həmin gün, yəni 9 noyabrda telefonda danışanda Röyaya demişdir ki, onun, yəni Röyanın istədiyi var. Telefonda boşanacağını bildirmişdir. Röya telefonda ona demişdir ki, gələcəm mənə sübut elə görüm nə etmişəm. O, demişdir ki, gəlmə. Üstündən 45 dəqiqə - 1 saat keçdikdən sonra Röya otelin həyətinə gəlmiş və əlini siqnalın üstünə qoymuşdur. O, Röyaya otelin həyətindən çıxmasını demişdir. Röya onu maşına oturtmağa çalışmışdır. Röyanın əsəbi vəziyyətindən ehtiyat edərək avtomobildə tam oturmamış, iş yerinə getmək istəyən zaman Röya avtomobildən düşmüş, oturacağının yanından götürdüyü “krem” rəngli mətbəx bıçağı ilə üzərinə hücum çəkmiş və həmin bıçaqla bel nahiyyəsindən vursa da xəsarət yetirə bilməmiş, yenə də Röyanın oradan çıxıb getməsini söyləmiş, Röya yenə də ona məhəl qoymamışdır. Röya əlindəki bıçaqla onun qarın nahiyyəsindən ona xəsarət yetirməyə çalışan zaman əli ilə bıçağı tutmuş, həmin bıçaq sağ əlinin ikinci barmağına girərək kəsmişdir. Dərhal Röyanın əlindən tutaraq oradan getməsini söyləmiş, əlini bərk sıxaraq silkələmş və bunun nəticəsində bıçaq Röyanın əlindən yerə düşmüş, bu zaman yerdən bıçağı götürmüş və işlədiyi “Hilal Boutique” restoranına tərəf getmiş, həmin vaxt Röya onun arxasınca gəlmiş, onu söyərək təhqir etmiş, ona çatan zaman bıçağı əlindən almaq istəmiş, lakin həmin bıçağı ona verməyərək Röyaya oradan getməsini demiş, həmin bıçağı aparıb mətbəxə qoymuş, bir müddətdən sonra Röya yenə də onun üzərinə gəlmiş, onu arxadan bir neçə dəfə vurmuş, lakin həmin vaxt heç bir xəsarət almamışdır. Daha sonra isə polisə bu barədə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələn müddət ərzində Röya oradan çıxıb getmiş, hadisə bununla da yekunlaşmışdır. Röyaya cəza verilməsini xahiş edir. Onunla barışmaq fikri yoxdur. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs onu bıçaqla xəsarət yetirdiyi yeri təqdim etmiş və hadisənin baş verdiyi Şəki şəhəri, Salman Mümtaz küçəsi ilə Fuad Abdurahmanov küçəsinin kəsişməsində yerləşən “Hilal Boutique” restoranın yanındakı küçəyə baxış keçirilərək protokol tərtib edilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş, həmçinin hadisə zamanı istifadə olunmuş bıçaq götürülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tbbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X9 xx.xx.2023-cü il tarixli 565 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ əlin İİ barmağının yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, bıçaqla yetirilməsi mümkündür, müddəti qərarda qeyd edilən xx.xx.2023cü il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 noyabr 2023-cü il tarixli 935 nömrəli arayışından görünür ki, Şəki şəhər N.Nərimanov küçəsi, 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxs həqiqətən yuxarıda göstərilən ünvanda yaşayır və aşağıdakı ailə üzvləri vardır: Zərərçəkmiş şəxs, X4 və X6. - Şəki Şəhər İcra Hakimiyyəti “Dağdibi” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 939 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs özünü məhəllədə həmişə yaxşı aparmış, qocalara, qadınlara və uşaqlara hörmətlə yanaşmış və buna görə də məhəllədə sakinlərin dərin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs YAP üzvüdür, hal-hazırda 8 saylı orta məktəbdə müəllimə işləyir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1536 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs və ünvan 5a yaşayan Zərərçəkmiş şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanserdə müşahidəsində yoxdurlar. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 748 nömrəli arayışından görünür ki, ünvan 7 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və ünvan 5a yaşayan 1989-cu il təvədllüdlü Zərərçəkmiş şəxs həmin dispanserdə qeydiyyatda yoxdurlar. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin xx.xx.2023-cü il tarixli 17/783 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xəssəyə malik, təsərrüfat-məişət mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs iki təhsil müəssisəsində müəllimə işləyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bəxyiyar qızının hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut – Şəki Şəhər-Rayon Polis Şöbəsinin təminat hissəsində saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, CPM-in 198.1-ci maddəsinə əsasən 30,60 manat ekspertiza xərci təqsirləndirilən şəxdən tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – Şəki Şəhər-Rayon Polis Şöbəsinin təminat hissəsində saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 30,60 (otuz manat atmış qəpik) manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Məhkəmə ekspertizası mərkəzinə (AZ.MEM VÖİN **********; X3, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-22/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-22/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver