Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-22/2025 17.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 inzibati binasında qeydiyyatda olmaqla, tutulan günə kimi ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki rayonunun Çayqaraqoyunlu kəndində yaşayan Zərərçəkmiş şəxs, 6804 manat pul müqabilində oğlu Cəbrayıl Qurbanovu “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək inandırıb etibarını qazandıqdan sonra həmin etibarından sui-istifadə edərək aldadıb, Cəbrayıl Qurbanovun ona məxsus ***-***-**-** mobil telefonun M-10 hesabına xx.xx.2024-cü il tarixdə saat 23:22 dəqiqədə Bakı şəhəri, Məhəmməd qəsəbəsində yerləşən “Göy qurşağı” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə göndərdiyi 186 manat, eyni tarixdə saat 23:50 dəqiqədə Bakı şəhəri, Məhəmməd qəsəbəsində yerləşən “Göy qurşağı” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə göndərdiyi 150 manat, xx.xx.2024-cü il tarixdə saat 09:53 dəqiqədə Bakı şəhəri, Məhəmməd qəsəbəsində yerləşən “Göy qurşağı” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə göndərdiyi 25 manat, eyni tarixdə saat 00:40 dəqiqədə Bakı şəhəri, Məhəmməd qəsəbəsində yerləşən “Göy qurşağı” marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə göndərdiyi 25 manat, eyni tarixdə 14:18 dəqiqədə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kürdəxanı Yeni Y/K yerləşən Milliön elektron ödəmə terminalı vasitəsilə göndərdiyi 100 manat, bundan sonra isə ona məxsus 5522 0993 6590 5728 və 5522 0993 6084 3924 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 21:51 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 145 manat, xx.xx.2024-cü il tarixdə 11:55 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 142 manat, eyni tarixdə 13:22 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 65 manat, xx.xx.2024-cü il tarixdə 17:23 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 70 manat, eyni tarixdə 17:28 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 59 manat, eyni tarixdə 20:30 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 62 manat, eyni tarixdə 20:53 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 70 manat, eyni tarixdə 21:28 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 125 manat, xx.xx.2024-cü il tarixdə 18:24 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 166 manat, xx.xx.2024-cü il tarixdə 11:21 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 200 manat, eyni tarixdə 13:47 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 101 manat, eyni tarixdə 15:47 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 200 manat, xx.xx.2024-cü il tarixdə 21:45 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 43 manat, xx.xx.2024-cü il tarixdə 10:02 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 50 manat, eyni tarixdə 12:48 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 510 manat, eyni tarixdə 13:30 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 1500 manat, eyni tarixdə 13:57 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 440 manat, xx.xx.2024-cü il tarixdə 13:37 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 100 manat, eyni tarixdə 22:58 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi öz kartından göndərdiyi 30 manat, xx.xx.2024-cü il tarixdə 14:40 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 60 manat, eyni tarixdə 16:01 dəqiqədə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Qarabağ Market”də qoyulmuş Mpay ödəniş terminalı vasitəsi ilə göndərdiyi 290 manat, eyni tarixdə 19:55 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 150 manat, eyni tarixdə 21:23 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 100 manat, eyni tarixdə 22:46 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 30 manat, xx.xx.2024-cü il tarixdə 13:08 dəqiqədə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti-53 ünvanda yerləşən “Bazarstore” ticarət mərkəzində qoyulmuş Mpay ödəniş terminalı vasitəsi ilə göndərdiyi 100 manat, eyni tarixdə 14:39 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 45 manat, eyni tarixdə 15:16 dəqiqədə ünvan 3 ünvanda yerləşən Milliön ödəniş terminalı vasitəsi ilə göndərdiyi 410 manat, eyni tarixdə 17:58 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 40 manat, eyni arixdə 20:34 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 325 manat, xx.xx.2024-cü il tarixdə 16:36 dəqiqədə Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdən onun istifadə etdiyi karta öz kartından göndərdiyi 40 manat, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şəki rayonu, Turan qəsəbəsində yerləşən Al market mağazasında qoyulmuş terminal vasitəsi ilə göndərdiyi 320 manat, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şəki rayonu, Turan qəsəbəsində yerləşən Al market mağazasında qoyulmuş terminal vasitəsi ilə göndərdiyi 100 manat, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Şəki rayonu, Turan qəsəbəsində yerləşən Al market mağazasında qoyulmuş terminal vasitəsi ilə göndərdiyi 110 manat və xx.xx.2024-cü il tarixdə günorta saat 14 rədələrində Şəki rayonu, Turan qəsəbəsində yerləşən Al market mağazasında qoyulmuş terminal vasitəsi ilə göndərdiyi 120 manat olmaqla ümumilikdə 6804 (altı min səkkiz yüz dörd) manat məbləğində göndərdiyi pulu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə xeyli miqdar təşkil edən 6804 (altı min səkkiz yüz dörd) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, İkinci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, kəllə-beyin travması almış, uzun müddət hərbi hospitalda yatıb müalicə almışdır. Buna baxmayaraq ona əlillik verilməmişdir. O, X6 iştirakçısı olmaqla 80 manat prezident təqaüdü alır. 2019-cu ildə qeyri rəsmi ailə qurmuş, şəxsiyyət vəsiqəsində problem olduğuna görə rəsmi nikaha daxil ola bilməmişdir. 4 yaşlı oğlu vardır. Bildirmişdir ki, müharibə başa çatdıqdan sonra səhhəti ilə bağlı işləyə bilməmişdir. Lakin ailəyə baxmaq üçün pul lazım idi. Buna görə o, qərara gəlmişdir ki, sosial şəbəkədə iş elanı yerləşdirib müraciət edən şəxsləri aldadıb pulunu ələ keçirsin. Belə də etmişdir. O, “Tapaz” saytında iş elanı yerləşdirib istifadə etdiyi hazırda xatırlamadığı mobil telefon nömrəsini qoymuşdur. Bundan sonra 2022-ci ildə zəng edən şəxsi “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəldəcəyini bildirib aldadaraq pulu aldığına görə onun barəsində cinayət işi qaldırılmış, onun barəsində olan cinayət işini Sabunçu Rayon Məhkəməsində baxılıb 2023-cü ilin fevral ayının əvvəllərində ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilmişdir. Cəzasına Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən nəzarət olunmuşdur. Hazırda o, həmin cəzanı çəkir, 17 sentyabr 2024-cü il tarixdə cəzası başa çatacaq. Bundan sonra o, ikinci dəfə eyni üsulla Ağdam rayon sakinini aldadıb pulunu aldığına görə yenə də onun barəsində cinayət işi qaldırılmış, həmin cinayət işinin istintaqı başa çatdıqdan sonra Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib, ümumi ziyanın 25 faizini dövlətə ödədiyinə görə 2024-cü ilin fevral ayında Ağdam Rayon Məhkəməsində həmin cinayət işinə xitam verilmişdir. Həmin cinayət işinə xitam verildikdən sonra pula ehdiyacı olduğuna görə yenə də eyni üsulla pul qazanmaq üçün fəaliyyətə davam etmişdir. Belə ki, “Tapaz” saytında iş elanı yerləşdirib, “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəldə biləcəyini qeyd etmişdir. 2024-cü ilin aprel ayında, dəqiq tarix yadında deyil, xatırlamadığı mobil telefon nömrəsinin Whatsapp proqramından yazı gəlmiş, yazan şəxs işə düzəlmək barədə maraqlanmaq istəmişdir. Sonra o, həmin şəxlə, adını sonradan bildiyi, Şəki rayon sakini Cəbrayılla danışıb onu, “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəldə biləcəyini, 2800 manat aylıq əmək haqqı alacağını bildirib inandırdıqdan sonra hissə-hissə olmaqla ümumilikdə təxminən 6.250 manat pulunu almışdır. Həmin pulun bir hissəsini Cəbrayıl özü, sonradan isə bir hissəsini Cəbrayılın atası Hümmət kişi göndərmişdir. Hümmət kişi və oğlu Cəbrayıl həmin pulları onun özünün adına olan Beynəlxalq bank tərəfindən verilmiş kart hesabına köçürmüşlər. Cəbrayıl Qurbanov və atası Zərərçəkmiş şəxs onun adına olan Beynəlxalq bank tərəfindən verilmiş 5522 0993 6590 5728 və 5522 0993 6084 3924 nömrəli kartlarına 2024-cü ilin aprel ayından 2024-cü ilin may ayının ortalarına qədər olan müddətdə göndərmişlər. Həmin pulları o, kartdan özü çıxarıb istifadə etmişdir. Həmçinin bildirmişdir ki, həmin dövrdə onun mədəsində qanaxma olmuşdur, bir müddət o, Bakı şəhərində yerləşən “Stimul hospitalda” müalicə almışdır. Vəziyyəti ağır olduğuna görə o, təxminən 45 gün müalicə almışdır. Müalicələrinə pul lazım olduğu üçün o, Cəbrayıl və atası Hümməti aldadıb aldığı pulların təxminən 4250 manatını özünün müayinə və müalicələrinə xərcləmişdir. Qalan 2000 manatı isə işləmədiyinə görə ailəsinin dolanışığına xərcləmişdir. Cəbrayıl və atası Hümmətin təqdim etdiyi qəbzləri əsas gətirərək o, onlardan həmin pulları hissə-hissə aldığını bildirmişdir. Yəni ona lazım olduqca Cəbrayıla və atası Hümmətə pul göndərməklərini istəmiş, Cəbrayıl və atası Hümmət də həmin pulları ona göndərmişlər. Ancaq o, göndərilmiş pulları guya Cəbrayılın işə düzəlməsi üçün lazım oldluğunu deyib aldadaraq almışdır. O, aldığı puldan 300 manat, istintaq dövründə isə 1500 manat qaytarmışdır. Buna baxmayaraq o, aldığı həmin pulları Cəbrayıl və atası Hümmətə qaytaracağına söz vermişdir. Həmçinin o, öz ifadəsində bildirmişdir ki, o, Cəbrayıla, onu “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəldə biləcəyini bildirib inandırdıqdan sonra onların ümumilikdə 6250 manat pullarını ələ keçirməsində heç kimin iştirakı və rolu olmamışdır. Həmçinin o, Zərərçəkmiş şəxs və Cəbrayıl Qurbanovu əvvəllər tanımamış, onlarla heç bir ədavəti və ya düşmənçiliyi, o cümlədən həmin şəxslərlə onun pul və ya əmlakla bağlı mübahisəsi olmamışdır. Həmçinin o, qeydiyyatda olduğu Pirallahı rayonunda yaşadığına görə onun yerini bilməmişdirlər. Buna görə onun X12 çağırılmağından xəbəri olmamışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs və Cəbrayıl Qurbanovdan başqa kənar heç kimi aldatmamış və pulunu almamışdır. Həmçinin bildirmişdir ki, “EKO” mühafizə şirkəti adında şirkət yoxdur, o, yalandan fikirləşib sosial şəbəkədə belə bir adda mühafizə şirkəti olduğunu qeyd etmişdir. O, Cəbrayıl Qurbanov işə düzəltmək üçün heç bir şirkətə və ya dövlət qrumuna rəsmi və ya şifahi müraciət etməmiş, həmçinin Cəbrayıl və atası Hümmətdən aldığı puldan Cəbrayılın işə düzəlməsi üçün heç kimə pul verməmişdir. Cəbrayıl Qurbanovu işə düzəltmək adı ilə aldadaraq ələ keçirdiyi puların hamısını xərcləmişdir. Göstərmişdir ki, ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Həmin nömrə onun öz adınadır və şəxsi nömrə kimi istifadə etmişdir. Aldatdığı şəxslərə həmin nömrə ilə zəng etməmişdir. Zərərçəkmiş şəxs və oğlu Cəbrayıl Qurbanovla ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Həmin mobil telefon nömrələrinin heç biri onun adına olmamış, o, həmin nömrələri əldə etdiyi şəxsiyyət vəsiqəsi ilə onlayın şəkildə almışdır. O, X2 və X3 tanımır. Həmin şəxslərlə onun münasibəti olmamışdır. Həmin şəxslər işə düzəlməklə bağlı müraciət etmiş və bu məqsədlə şəxsiyyət vəsiqələrinin şəkilini ona göndərmiş, lakin ödəniş etməmişlər. O da həmin şəxsiyyət vəsiqəsi ilə onlayın şəkildə mobil telefon nömrəsi almışdır. Bildirmişdir ki, o, zərərçəkmiş şəxsdən oğlunu uşə düzəltmək müqabilində cəmi 6250 manat məbləğdə pul vəsaiti almışdır. İş materiallarında olan çıxarışda göstərilən, onun kartında daxil olan məbləğlər zərərçəkmiş şəxs tərəfindən göndərilmişdir. Ziyanın bir qismini 1730 manatını ödəmişdir. Törətmiş olduğu əməldən peşmandır. Ailəlidir, himayəsində azyaşlı uşağı vardır. X6 iştirakçısıdır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Cəbrayıl Qurbanov onun doğma oğludur. Oğlu hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarmış, lakin tapa bilmədiyi üçün Bakı şəhərinə fərdi qaydada fəhlə işləməyə getmişdir. Bildirmişdir ki, Cəbrayıl Bakı şəhərində işlədiyi müddətdə, 20 aprel 2024-cü il tarixdə ona zəng edərək, sosial şəbəkədə iş elanı vasitəsi ilə özünə iş tapdığını, tanış olduğu şəxs onu “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəldəcəyini, işə düzələndən sonra 2900 manat əmək haqqı alacağını bildirmişdir. O, Cəbrayıla onu işə düzəldəcək adamı tanıyıb-tanımadığını soruşmuşdur. Cəbrayıl da ona həmin adamla sosial şəbəkədə tanış olduğunu, adının Cavid olduğunu, iş bacaran adama oxşadığını bildirmişdir. O, Cəbrayıldan işə düzəlmək üçün nə lazım olduğunu soruşduqda, Cəbrayıl pul lazım olduğunu demişdir. O, da xahişi ilə hər dəfə Cəbrayılın kartına hissəhissə pul göndərmişdir. Belə ki, Cəbrayıl ona zəng edib həmin adamın pul istədiyini demiş və ondan pul göndərməsini istəmişdir. O da onun dediyi məbləğdə pulu tapıb Cəbrayılın özünün adına olan karta göndərmişdir. Cəbrayıl da həmin pulları əvvəlcə özünü Cavid kimi təqdim etmiş şəxsin kart hesabına göndərmişdir. Cəbrayıl ondan 20 aprel 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 6.154 manata yaxın pul almış və həmin pulları Cavid adlı şəxsin kartına göndərdiyini demişdir. xx.xx.2024-cü il tarixdə Cəbrayıl Şəki rayonuna gəlmişdir. Həmin gün Cəbrayıl ondan 40 manat götürüb Cavidin kartına göndərmişdir. Cəbrayıl gələndən sonra özünü Cavid kimi təqdim etmiş şəxslə şəxsin özü danışmışdır. Həmin şəxs ona “ağsaqqal narahat olma, sənin oğlunun işini düzüb qoşacam” demişdir. Oğlu Cəbrayıl sonuncu 40 manatı Məhəmmədə göndərdikdən təxminən 2-3 gün sonra Məhəmməd ona zəng edib 320 manat təcili pul göndərməsini bildirmiş, o da həmin pulu günorta saatlarında Turan qəsəbəsindəki yerləşən Al market mağazasında qoyulmuş terminal vasitəsi ilə 320 manat məhəmmədin kartına göndərmişdir. Bundan təxminən 2-3 gün sonra Məhəmməd ondan 100 manat istəmiş, həmin pulu da Turan qəsəbəsindəki Al marketdəki terminaldan sonuncunun kartına göndərmişdir. Yenə də 1-2 gün sonra 110 manat və daha 2-3 gün sonra isə 120 manat olmaqla Məhəmmədə özü cəmi 650 manat göndərmişdir. Lakin göndərdiyi pulların qəbzlərini saxlamamış və buna görə istintaqa təqdim edə bilməmişdir. Beləliklə Cavidin kartına ümumilikdə 6.804 manat pul göndərilmişdir. O, bir neçə gün gözləmiş, lakin bir xəbər çıxmamış və oğlu Cəbrayıl Bakı şəhərinə getmişdir. O, Cəbrayıla “EKO” adında mühafizə şirkətinin olub-olamadığı ilə maraqlanmasını demiş, həmin adamın onları aldatması ilə bağlı şübhələndiyini bildirmişdir. Cəbrayıl da maraqlanıb Bakı şəhərində “EKO” adında mühafizə şirkətinin fəailiyyət göstərmədiyini öyrənmişdir. Bundan sonra o, Cavid adlı şəxsə zəng edib “utanmırsan atan yaşında kişiyəm məni və oğlumu aldadıb pullarımızı almısan, həmin pullar mənimdir, əgər pulları qaytarmasan səndən polisə şikayət edəcəm” demişdir. Həmin oğlan sonra Whatsapp proqramı vasitəsi ilə görüntülü zəng edib ona “məni bağışla səhv etmişəm, aldığım pulları qısa müddət ərzində qaytaracam” demişdir. Həmin danışıq zamanı ona məlum olmuşdur ki, özünü Cavid kimi təqdim etmiş şəxs əslində Bakı şəhəri, Mərdəkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. Məhəmməd onunla danışan zaman özünün şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. O, həmin şəxsin özünü və şəxsiyyət vəsiqəsini görüb bilmişdir ki, onları aldadıb pulunu alan şəxs həmin Təqsirləndirilən şəxsdir. Həmçinin Məhəmməd özünün kart şəklini də göndərmişdir. Həmin vaxt Məhəmməd özünün barəsində tam şəkildə məlumat verib aldığı pulu qaytaracağını demişdir. Məhəmməd ona pulu qısa vaxt ərzində göndərəcəyini bildirdiyi üçün o, bir müddət gözləmişdir. O, hər dəfə zəng edib danışan zaman Məhəmməd yenə də bəhanə gətirib pulu verəcəyini demişdir. Bir müddət zəng edib pulu istəsə də Məhəmməd ona həmin puldan 230 manat, istintaq zamanı isə 1500 manat qaytarmışdır. Beləliklə Məhəmməd ona 1730 manat qaytarmış, 5.074 manatı qaytarmamışdır. Bildirmişdir ki, həmin pulları o, oğlu Cəbrayılın kart hesabına köçürmüş, Cəbrayıl da öz kartından Məhəmmədin kart hesabına göndərmişdir. Cəbrayıl əvvəl öz pulunu və tanışlarından borc götürdüyü pulları Məhəmmədin kartına göndərmişdir. Lakin həmin pulları qaytara bilmədiyi üçün o, özü Cəbrayıla pul göndərmiş ki, borclarını ödəsin, sonuncu da həmin pullarla aldığı borcları ödəmişdir. Onunla Məhəmməd arasında heç bir ədavət və ya düşmənçilik, həmçinin pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. Oğlu Cəbrayılı “EKO” mühafizə şirkətinə işə düzəldəcəyini bildirib bu məqsədlə həmin 6804 manat pulları onlardan almışdır. Məhəmmədlə onun istifadə etdiyi ***-***-**-** nömrələri ilə danışmış, ancaq oğlu Cəbrayılın deməsinə görə, Məhəmməd onunla ***-***-**-**, ***-***- **-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə danışmışdır. Bildirmişdir ki, təqsirləndirilən şəxs ondan 6804 manat məbləğdə pul almışdır. Vurulmuş zərərin 1730 manatı qaytarılmış, qalan hissəsi ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona yuxarı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma atasıdır. Bildirmişdir ki, o, işsiz olduğuna görə özünə iş axtarmış və Bakı şəhərində fərdi qayadada fəhlə işləyib orada kirayə evdə qalmışdır. 04 aprel 2024-cü il tarixdə o, “Googde” sosial şəbəkəsinə oradan “Lalafo” səhifəsinə daxil olub iş elanı axtarmışdır. Bu vaxt səhifəyə iş elanı daxil olmuşdur. Həmin səhifədə ***-***- **-** mobil telefon nömrəsi ilə əlaqə saxlamaq qeyd olunmuşdur. O, istifadə etdiyi ***-***- **-** nömrəsi ilə həmin mobil telefon nömrəsinə zəng etmiş, lakin zəng çatmamışdır. Sonra o, həmin nömrənin Whatsapp proqramına zəng edib maraqlanan zaman bu nömrəni Lalafo səhifəsindən götürdüyünü, işlə bağlı maraqlandığını bildirmişdir. Həmin şəxs özünü Cavid kimi təqdim edib onu “EKO” mühafizə şirkətinə mühafizəçi kimi işə düzəldə biləcəyini, əgər işi düzəlsə 2900 manat aylıq əmək haqqı alacağını demişdir. O, razılaşmışdır. Həmin vaxt Məhəmməd onun şəxsiyyət vəsiqəsinin şəklini istəmiş, o da şəxsiyyət vəsiqəsinin şəklini çəkib həmin şəxsə göndərmişdir. Özünü Cavid kimi təqdim etmiş şəxsin əslində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Məhəmməd ondan 186 manat pul göndərib-göndərə bilməyəcəyini soruşmuş, o, hazırda pulunun olmadığını və pulu olanda həmin şəxslə əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, işlədiyi yerdən pulu almış və Məhəmmədə zəng etmişdir. Məhəmməd Milliön ödəniş terminalında “M10” proqramı olduğunu və həmin proqrama daxil olub onun mobil telefonunu yığıb pulu həmin nömrəyə göndərməsini ona bildirmişdir. O da həmin gün saat 23:22-də Bakı şəhəri, Məhəmməd qəsəbəsində yerləşən Göy qurşağı marketdə qoyulmuş Milliön ödəniş terminalı vasitəsi ilə 186 manat pulu yuxarıda qeyd etdiyi mobil telefon nömrəsinə göndərmişdir. Sonra o, zəng edib Məhəmmədə pulu göndərdiyini bildirmişdir. Məhəmməd də ona 386 manat göndərməsini dediyini bildirmiş, guya o, düz eşitməyib 186 manat göndərmişdir. O, məcbur olub qayıdıb həmin marketdə qoyulmuş terminal vasitəsi ilə saat 23:50-də 150 manat eyni qaydada telefona pul göndərmişdir. Həmin vaxt üstündə pul olmadığı üçün tanışlardan borc pul almış və həmin pulu onun Kapital Bank tərəfindən verilmiş kart hesabına göndərmişdir. Həmin 25 manat pulu 21 aprel 2024-cü il tarixdə gecə saat 00:40-da həmin mağazadakı terminal vasitəsi ilə Məhəmmədin danışdığı telefon nömrəsinə göndərmişdir. Digər tanışından da 25 manat borc pul götürüb gecə saat 03:53da yenə də həmin mağazada qoyulmuş terminal vasitəsi ilə Məhəmmədin danışdığı telefon nömrəsinə göndərmişdir. Səhəri gün günorta saatlarında o, Məhəmmədə zəng edib danışaraq 360 manat pulu göndərdiyini bildirmişdir. Məhəmməd ona 100 manat da göndərməsini demişdir. Bundan sonra Məhəmməd ona “sənin telefonuna steret kod gəlməlidir. Həmin koda əsasən işə girmək üçün lazım olan sənədləri hazırlamalısan” demişdir. O, xx.xx.2024-cü il tarixdə saat 14:18-də Məhəmməd qəsəbəsində yerləşən Göy qurşağı mağazasındakı terminaldan Mehmana 100 göndərmişdir. Məhəmməd ondan telefona kod gəlib-gəlmədiyini soruşduqda o, kodun hələ gəlmədiyini demişdir. Sonra Məhəmməd ona kart nömrəsi göndərəcəyini, pulu həmin karta vurmalı olduğunu, “M10”-la gələn pulun alınmadığını demişdir. Həmin vaxt Məhəmməd onun telefonuna 5522 0993 6590 5728 kart nömrəsi göndərib 145 manat pulu həmin karta göndərməyi bildirmişdir. O da həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 21:51-də Bakı şəhəri, Məhəmmədi qəsəbəsində kirayə qaldığı evdə onun istifadə etdiyi Kapital bank tərəfindən verilmiş birkart kartından 145 manat həmin nömrəli karta pul göndərmişdir. Səhəri gün o, Məhəmmədə zəng edib işi ilə bağlı maraqlananda, Məhəmməd ona kodun gəlibgəlmədiyini soruşmuş, o isə kodun gəlmədiyini demişdir. Bundan sonra Məhəmməd ona yenə həmin karta 142 manat pul göndərməyini bildirmişdir. O, yenə də xx.xx.2024-cü il tarixdə saat 11:55-də Məhəmmədin həmin kartına kirayə qaldığı evdə öz kartından 142 manat pul göndərmişdir. Həmin gün Məhəmməd zəng edib ondan 65 manat da pul istəmiş, o da həmin gün saat 13:22-də kartından 65 manat pulu yaşadığı evdə Məhəmmədin kartına göndərmişdir. Beləliklə Məhəmməd ona telefonuna kodun gəlibgəlmədiyini soruşub hər dəfə müxtəlif məbləğlərdə pul göndərməyini ona demiş, o da inanıb dediyi məbləğləri Məhəmmədin dediyi kart hesabına göndərmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:23-də öz kartından 70 manat, xx.xx.2024-cü il tarixdə saat 17:28-də öz kartından 59 manat, xx.xx.2024-cü il tarixdə saat 20:30-də öz kartından 62 manat, xx.xx.2024-cü il tarixdə saat 20:53-də öz kartından 70 manat, xx.xx.2024-cü il tarixdə saat 21:28-də öz kartından 125 manat, xx.xx.2024-cü il tarixdə saat 18:24-də öz kartından 166 manat, xx.xx.2024-cü il tarixdə saat 11:21-də öz kartından 200 manat, xx.xx.2024-cü il tarixdə, saat 13:47-də öz kartından 101 manat, xx.xx.2024-cü il tarixdə, saat 15:47-də öz kartından 200 manat, xx.xx.2024-cü il tarixdə saat 21:45-də öz kartından 43 manat, xx.xx.2024-cü il tarixdə saat 10:02-də öz kartından 50 manat, xx.xx.2024-cü il tarixdə saat 12:48-də öz kartından 510 manat, xx.xx.2024-cü il tarixdə saat 13:57-də öz kartından 440 manat, xx.xx.2024-cü il tarixdə saat 13:30-də öz kartından 1500 manat, xx.xx.2024-cü il tarixdə saat 13:37-də öz kartından 100 manat, xx.xx.2024-cü il tarixdə saat 22:58-də öz kartından 30 manat, xx.xx.2024-cü il tarixdə saat 14:40-də öz kartından 60 manat, xx.xx.2024-cü il tarixdə saat 16:01-də Məhəmməd qəsəbəsində yerləşən Göy qurşağı marketdə qoyulmuş Milliön onlayın ödəniş terminalı vasitəsi ilə 290 manat pul göndərmişdir. Bundan sonra Məhəmməd onun telefonuna ABB tərəfindən verilmiş 5522 0993 6084 3924 kart nömrəsi göndərib pulu həmin karta göndərməyini bildirmişdir. Bundan sonra o, Məhəmməd hər dəfə pul istəyəndə onun göndərdiyi həmin karta pulları göndərmişdir. Belə ki, aşağıda qeyd etdiyi pulları həmin kart hesabına göndərmişdir. O da bundan xx.xx.2024-cü il tarixdə saat 19:55-də öz kartından 150 manat, xx.xx.2024-cü il tarixdə saat 21:23-də öz kartından 100 manat, xx.xx.2024-cü il tarixdə saat 22:46-də öz kartından 30 manat, xx.xx.2024-cü il tarixdə saat 13:02-də Məhəmməd qəsəbəsində yerləşən Göy qurşağı marketdə qoyulmuş Milliön onlayın ödəniş terminalı vasitəsi ilə 100 manat, xx.xx.2024-cü il tarixdə saat 14:39-də öz kartından 45 manat, xx.xx.2024-cü il tarixdə saat 15:16-da Məhəmədd qəsəbəsində yerləşən Göy qurşağı marketdə qoyulmuş Milliön onlayın ödəniş terminalı vasitəsi ilə 410 manat, xx.xx.2024-cü il tarixdə saat 17:58də öz kartından 40 manat, xx.xx.2024-cü il tarixdə saat 20:34-də öz kartından 325 manat və xx.xx.2024-cü il tarixdə saat 16:36-da öz kartından 40 manat pul göndərmişdir. Beləliklə də o, Məhəmməd adlı şəxsin kartına ümumilikdə 6.154 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə o, yaşadığı kəndə gəlmişdir. Məhəmməd ona işlə bağlı əlavə 40 manat da göndərməsini demişdir. O, yenə atasından 40 manat götürüb Turan qəsəbəsindəki Al marketdən Məhəmmədə göndərmişdir. Kənddə atası özü də telefonda Məhəmmədlə danışıb onun işi ilə bağlı maraqlanmışdır. Məhəmməd atasına and içib “ağsaqqal narahat olma oğlunun işini qısa müddətdə düzəldəcəm” demişdir. Sonradan o, atası ilə verilmiş pulların məbləğinə aydınlıq gətirən zaman atası ona demişdir ki, özü Məhəmmədlə danışandan sonra o, sonuncu dəfə 40 manatı Məhəmmədə göndərdikdən təxminən 2-3 gün sonra atası 320 manat, təxminən 2-3 gün sonra 100 manat, yenə 1-2 gün sonra 110 manat və ondan 2-3 gün sonra isə 120 manat olmaqla cəmi 650 manat pulu atası Turan qəsəbəsindəki yerləşən Al market mağazasında qoyulmuş terminal vasitəsi ilə Məhəmmədin kartına göndərmişdir. Ancaq atası göndərdiyi pulların qəbzlərini saxlamamışdır. Bir müddət gözləməsinə baxmayaraq Məhəmməd heç bir iş görmədiyi üçün atası ona “EKO” adlı mühafizə şirkətinin olub-olmadığını maraqlanmağı bildirmişdir. O da maraqlanan zaman “EKO” adlı mühafizə şirkətinin mövcud olmadığını bilmişdir. Belə olub o, atasına bu barədə demiş, atası da Məhəmmədin özü ilə danışıb ona iradını bildirib nə üçün onları aldatdığını soruşub aldığı pulları qaytarmasını tələb etmişdir. Məhəmməd də atasına şikayət etməməsini, pulları yaxın vaxtlarda qaytaracağını yalvarıb xahiş etmişdir. Lakin son günə kimi Məhəmməd pulları qaytarmadığı üçün o və atası məcbur olub şikayət ərizəsi yazmışdır. O, yuxarıda qeyd etdiyi pulların bir qismini, Bakı şəhərində, Məhəmməd qəsəbəsi, Savalan küçəsində kirayə qaldığı evdə özünün kart heabından göndərmiş, bəzilərini qeyd etdiyi kimi Göy qurşağı marketdə qoyulmuş terminal vasitəsi ilə göndərmişdir. Sonuncu dəfə isə 40 manat pulu o, Şəki şəhəri, Turan qəsəbəsində olduğu vaxt Məhəmmədin kartına göndərmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, o, Məhəmmədlə şəxsən görüşməmiş, ancaq telefonla danışmış, həmçinin Məhəmmədlə Whatsapp proqramı vasitəsi ilə görüntülü danışmışdılar. Həmin vaxt Məhəmməd özünün barəsində tam şəkildə məlumat verib pulu qaytaracığını demişdir. Məhəmmədlə onun arasında heç bir ədavət və ya düşmənçilik, həmçinin pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. Uzun danışıqlardan sonra Məhəmməd sonradan onlara 230 manat qaytarmışdır. İstintaq zamanı isə 1500 manat olmaqla cəmi 1730 manat qaytarmış, lakin 5.074 manat pulu qaytarmamışdır. O, Məhəmmədə göndərdiyi pulları atasından götürüb göndərmişdir. Az miqdarda tanışlarından borc almış, sonradan həmin şəxslərin pulularını da atasından götürüb qaytarmışdır. Məhəmməd onunla əsasən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Həmçinin Məhəmməd onunla ***-***-**-**, ***-***-**- **, ***-***-**-** nömrələri ilə əlaqə saxlamışdır. Sonda isə Məhəmməd onunla ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Bildirmişdir ki, təqsirləndirilən şəxs onlardan cəmi 6250 manat məbləğdə pul vəsaiti almışdır. Atasının Turan qəsəbəsində marketdən gösdərdiyi məbləğlər də 6250 manata daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq haqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki RPŞ-nin Təhqiqat Bölməsində araşdırılan HK-1/166 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* cinayət işinin başlanılması qərara alınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-153/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 01 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəz” X10 xx.xx.2024-cü il tarixli, 3416 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 inzibati binada qeydiyyatda olan, xx xxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, xx/xx-7243 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli, 7717 saylı məktubundan görünür ki, xx.xx.1196-cı il təvəllüdlü, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 87 inzibati binada qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixatriya Xəstəxanasında qeydiyyatda müalicədə olmayıb. - Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(013)-06/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinə xitam verilməsi qərara alınmışdır. - Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:10 radələrində saxlanılmışdır. - Təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı vurulmuş maddi ziyanın 1500 manatını ödəmişdir. - Təqsirləndirilən şəxs məxsus xx.xx.2024-cü il tarixli, M/V 139289 seriya nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Medalının İ-8518 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Medalının İ-6962 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-66/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq dövründə 1 ay 19 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-153/2023 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixə məhkum cəzasının 01 il 03 ay 03 gününü çəkmiş, 03 ay 05 gün cəzası qalmışdır. - Bakı şəhər Pirallahı rayon İHB-nin Pirallahı qəsəbə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 351 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında pasport qeydiyyatsız yaşayıb. - Bakı şəhər Pirallahı rayon İHB-nin Pirallahı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs adına olan kart hesabına xx.xx.2024-cü il tarixdə 320 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 110 manat məbləğlərdə pul vəsaiti daxil olmuşdur. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixində 320 manat, xx.xx.2024-cü il tarixində 100 manat, xx.xx.2024-cü il tarixində 110 manat və xx.xx.2024-cü il tarixində isə 120 manatın Şəki rayonun Turan qəsəbəsində yerləşən “Al market”ə qoyulmuş İD nömrəsi 51262 olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə ödənilməsi müəyyən edilməmişdir. Eyni zamanda qərarda göstərilən 055 *** ** ** mobil nömrə üzrə "xxxx" MMC-də “m10” hesabı qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən (1730 manat) ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.2 və 58.3-cü maddələrinə əsasən məhkəmə, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən Təqsirləndirilən şəxs əvvəllər eyni növ, az ağır cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, eyni zamanda Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-153/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) ay 5 (beş) gününün iki günü CM-nin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və CM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan - 31 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci mаddələrində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 01 (bir) il 6 (altı) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 3 (üç) ay 5 (beş) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 1 (bir) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin başlanğıcı 31 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-22/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-22/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver