Məhkəmə qərarları › İş №1(075)-23/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-23/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-23/2023 25.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirаkı ilə xx xxxxxx 1993-cü il tarixdə Şəki rayonunun Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki rayonunun Suçma kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə fərdi yaşayış evinə və saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qanunsuz olaraq 17 sentyabr 2022-ci il tarixdə, saat 24 radələrində Zərərçəkmiş şəxs İslanı qızma məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsini açaraq içəri otaqlara daxil olduqdan sonra həmin evin yataq otağından 110 manat dəyərində bir ədəd mikrodalğalı sobanı, 70 manat dəyərində plastik boruları birləşdirən bir ədəd elektrik ütüsünü, həmin evin digər yataq otağından 150 manat dəyərində bir ədəd tikiş maşınını, 60 manat dəyərində bir ədəd kompüter monitorunu, bundan sonra hərəkətlərini davam etdirərək həmin yaşayış evinin saxlanc yeri olan zirzəmi otaqlarından birinin qapısının qıfılını qırmaqla qanunsuz daxil olaraq həmin zirzəmi otağından 250 manat dəyərində bir ədəd altı qab tutumlu mis qazanı, 350 manat dəyərində bir ədəd səkkiz qab tutumlu mis qazanı, 500 manat dəyərində bir ədəd on iki qab tutumlu mis qazanı, 600 manat dəyərində bir ədəd on beş qab tutumlu mis qazanı, 800 manat dəyərində mis materialdan hazırlanmış gülab çəkmək üçün bir ədəd mey qazanını, hər birinin dəyəri 300 manat olmaqla, ümumi dəyəri 600 manat olan, hər birinin diametri bir metr olan iki ədəd mis materialdan hazırlanmış tiyanı, 100 manat dəyərində bir ədəd tərəzini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə cəmi 3590 (üç min beş yüz doxsan) manat dəyərində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə onа elаn edilən ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Yaşadığı kənddə iş olmadığı üçün Şəki şəhərində maşın təmiri sexində işləmiş və ünvan 2 ünvanında yerləşən evində həyat yoldaşı Fatma və 1 azyaşlı övladı ilə birlikdə kirayədə yaşamışdır. Zərərçəkmiş şəxsnm evinə müvəqqəti qeydiyyata düşmüş və hər ay 150 manat kirayə haqqı ödəmişdir. Şəfa ona kirayə qalmaq üçün özünə məxsus evin sol tərəfində tikdiyi bir mərtəbəli 2 otaqlı evi vermişdir. xx.xx.2022-ci il tarixdə işlədiyi sexdə olan vaxt əslən Yevlax rayonundan olan adını bilmədiyi Qazel markalı avtomaşının sürücüsünə onda mis əşyalar olduğunu və həmin əşyaları satmaq istədiyini demiş, həmin şəxs ona mis və dəmir əşyalar yığdığını, həmin əşyaları ondan ala biləcəyini demiş və 2 gün sonra yenidən Şəki şəhərinə gələcəyini bildirmişdir. O, həmin şəxsdən saat neçədə gələcəyini soruşduqda ona xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Şəki şəhərinə gələcəyini demişdir. O, həmin şəxslə Şəki şəhərində ticarət mərkəzinin yaxınlığında, 8 nömrəli məktəbdən bir qədər yuxarıda aptekin qarşısında gürüşəcəkləri barədə razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat evə gəlmişdir. Həmin vaxt həyat yoldaşı və azyaşlı uşağı Suçma kəndində yerləşən ata evində olmuşlar. Həmin gün gecə saat 24 radələrində məhlədə yaşayan digər qonşular evlərində olduqları üçün heç kimin onu görmədiyinə əmin olmuş, Zərərçəkmiş şəxs məxsus evin çöl tərəfdə yerləşən taxta pəncərəsini əli ilə basaraq açıq və yaxud bağlı olmasını yoxlamışdır. Pəncərə bağlı olduğu üçün digər tək palstik materialdan hazırlanmış pəncərəyə yaxınlaşmış, pəncərənin üst hissəsinə keçirilmiş plastik toru çıxarıb yerə qoymuş və pəncərəni açıb evə daxil olmuşdur. Ev sahiblərinin evdə olmamasını həyətdə kirayə yaşayan digər şəxslər bilirdiklərinə görə şübhə yaranmaması üçün evin işıqlarını yandırmamış, özündə olan alışqanın işığını yandırıb evi nəzərdən keçirmişdir. Evdə olan masanın üzərindən bir ədəd kompyuter manitorunu və bir ədəd mikrodalğalı sobanı götürüb mətbəxtdə olan masanın üstünə qoymuş və evə giriş qapsını arxadan açmışdır. Daha soonra plastik pəncərəyə yaxınlaşıb masanın üstünə qoyduğu manitoru və mikrosobanı oradan götürüb öz yaşadığı tikilinin qarşısına aparıb qoymuş, bundan sonra yerdən «Q» hərif formasında əyilmiş dəmir parçası tapıb evə arxa tərəfdən giriş qapsınm cəftəsini sındırıb oradan evə daxil olmuş, oradan bir ədəd paltar tikən maşını, bir ədəd plastik boruları birləşdirən ütünü götürüb arxa qapıdan çıxarıb manitor və mikrodalğalı sobanın yanına qoymuşdur. Daha sonra evin zirzəmisinə yaxınlaşmış, qapının üzərindəki qıfılı əli ilə dartdıqda cəftəyə bərkidilmiş qıfıl yerindən çıxmış və o, qapını açıb oradan zirzəmiyə daxil olmuşdur. Zirzəmi qaranlıq olduğundan özündə olan alışqanın işığını yandırıb zirzəmini işıqlandırmışdır. Zirzəmidən 5 ədəd mis qazanı, 2 ədəd mis tiyanları götürüb həyətə qoymuş, daha sonra qaldığı evə gedib yatmışdır. Göstərilənlərdən başqa heç nə götürməmişdir. Səhər tezdən saat 08 radələrində evdən çıxıb bazara tərəfə gedib aptekin qarşısında əvvəlcədən danışdığı Qazel markalı avtomaşının sürücüsü ilə rastlaşmışdır. Onun avtomaşınına minib ona qaldığı evin yolunu göstərmiş, evin qarşısında Qazel markalı avtaşının qapısını açıb, oğurladığı bir ədəd paltar tikən maşını, bir ədəd ütünü, 4 ədəd mis qazanı və 2 ədəd mis tiyanları əvvəlcədən danışdığı Qazel markalı avtomaşının sürücüsünə 300 manata satmış, həmin evdən oğurladığı bir ədəd böyük qazanı həmin şəxs ucuz qiymətə istədiyi üçün razı olmamış və onu həmin şəxsə satmamışdır. Həmin qazanı boz rəngli adyala büküb altıaçıqdakı stolun altında gizlətmişdir. Bir neçə gün sonra maddi sıxıntıları olduğu üçün həmin bir ədəd böyük qazanı da satmaq qərarına gəlmiş, əvvəllər Mingəçevir şəhərində olarkən, orada Orxan bazarı adlanan yerdə mis qabların alqı-satqı mağazasının olduğunu gördüyü üçün qazanı Mingəçevirə aparıb satmaq istəmişdir. Bunun üçün evdən çıxıb bazara tərəfə getmiş, orada tanımadığı taksi sürücüsü ilə danışıb ona nənəsindən miras qalan bir ədəd mis qazan olduğunu, artıq köhnəldiyi üçün satmaq istədiyini demiş və idarə etdiyi Opel markalı maşınla qazanı Mingəçevir şəhərinə aparmalarını xahiş etmişdir. 20 manat zəhmət haqqı müqavilində sürücü razı olmuş, onun maşınına əyləşib evə qayıtmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Həyat yoldaşı və övladı kəndə getmişdilər. Dərhal adyala bükdüyü qazanı Opel markalı avtomobilin arxa yük yerinə qoymuş və Mingəçevir istiqamətində hərəkət etmişlər. Yolda şəxsiyyət vəsiqəsinin üstündə olmadığını xatırlamış, ona görə də həmin vaxt Mingəçevir şəhərində olan həmkəndlisi Qurbana zəng edib Mingəçevir şəhərinə gəldiyini, nənəsindən miras qalmış mis qazanı satmaq istədiyini demiş və onunla birlikdə mağazaya gedib şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. Bu zaman digər həmkəndlisi Qorxmaz da Qurbanın yanında olmuş, Qurban şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, lakin Qorxmazın xarici pasportunun üstündə olduğunu ona demişdir. Beləliklə Mingəçevir şəhərinə çatmış, Politexnik Texnexnikumunun qarşısında Qorxmazla görüşmüşdür. Üstündə pul olmadığı üçün Qorxmazdan 25 manat pul alıb 20 manatını taksiyə vermiş, qalan 5 manatını cibinə qoymuşdur. Qorxmaza qazanı satıb pulunu verəcəyini demişdir. Qorxmazla birlikdə yaxınlıqda yerləşən Orxan bazarındakı həmin mağazaya getmiş, bu zaman qazanı da özü ilə aparmışdır. Orada tanımadığı təxminən 40 yaşında bir nəfər şəxsə yaxınlaşıb qazanı göstərmiş, nənəsindən miras qaldığını, köhnə olduğu üçün satmaq istədiyimi demiş, həmin şəxs qazana baxıb ondan sənəd istəmişdir. Həmin şəxsə şəxsiyyət vəsiqələrinin olmadığını demiş və Qorxmaz özünə məxsus xarici pasportu ona vermişdir. Həmin şəxs pasportun şəklini çəkib götürmüş və bundan sonra qazanı tərəzidə çəkmişdir. O, qazanı alıb ona təxminən 120- 130 manat pul vermişdir. Həmin puldan Qorxmazdan aldığı 25 manatı ona qaytarmış və həmin gün Şəki şəhərinə qayıtmışdır. Əməlindən peşman olduğunu bildirərərk ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. ünvan 1 ünvanı ona və həyat yoldaşı Şahid1 məxsusdur. Ona məxsus evin həyətində iki ev yerləşir. İki otaqlı evi 150 manata Məftun və Fatma adlı cavan ailəyə kirayə vermişlər. Bundan başqa həyətdəki mərhum qaynatası və qaynanasından miras qalmış evin bir otağını isə Göyçay rayon sakini Arzu adlı tək qadına 100 manata kirayəyə vermişlər. Arzu təxminən 5 ilə yaxındır ki, həmin evdə kirayə qalır. Onlara məxsus ev kürsülü olamaqla 3 otaqdan, həmçinin hamam və tualetdən ibarətdir. Həmin evdə və evin zirzəmisində ona məxsus əşyalar vardır. Giriş qapısının açarları ondan başqa heç kimdə olmamışdır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şahid1la birlikdə ünvan 1 ünvanında yerləşən evlərinə gəldikdə Arzu onları qarşılamış, o, evin qapısının kilidini açarla açıb evə daxil olduqdan sonra yataq otağına daxil olduqda yorğan-döşəyin dağınıq halda yerdə olduğunu, şkafın içərisindəki mikrodalğalı sobanın, sandığın yanına qoyduqları santexnik ütüsünün yerində olmadığını görmüşdür. Evdən oğurluq olmasına şübhələnmiş, Kamal ilə birlikdə dərhal digər otaqlara da baxmışlar. Qonaq otağına baxdıqda stolun üstündə olan bir ədəd markasını xatırlamadığı kompyuter monitorunun yerində olmadığını, həmçinin həmin otaqdan şüşəbəndə açılan qapının açıq vəziyyətdə olduğunu, qapının kilidinin sındırıldığını, şüşəbəndin pəncərəsi yarı açıq halda olduğunu görmüşdür. Pəncərənin kilidi bağlanmadığı üçün iyul ayında o, evdə olarkən pəncərəni örtsə də kilidini bağlamamışdır. Ancaq qonaq otağından şüşəbəndə açılan qapısının kilidini açarla bağlamışdır. Evə daxil olan şəxs həmin pəncərəni açıb şüşəbəndə daxil olmuş, daha sonra qapını sındıraraq qonaq otağına və digər otaqlara daxil olmuşdur. Digər yataq otağına baxdıqda tikiş maşınının olmadığını görmüşdür. Bundan sonra evin zirzəmisinə baxdıqda orada olan əşyaların dağınıq halda olduğunu görmüş, əşyaları yoxladıqda 4 ədəd müxtəlif ölçülərdə mis qazanın, 1 ədəd gülab çəkmək üçün mis materialdan hazırlanmış mey qazanmın, 2 ədəd eyni ölçüdə diametrləri təxminən 1 metr olan mis materialdan hazırlanmış ləyən tiyanın və 1 ədəd iki gözlü tərəzinin yerində olmadığını görmüşlər. Bundan sonra həmin əşyaların oğurlandığı məlum olmuş, bu barədə Arzudan soruşduqda o, hadisədən məlumatı olmadığını demişdir. Belə olduqda o, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, hadisə zamanı ona məxsus evin yataq otağındakı şkafın içərisindən 100 manat dəyərində 01 ədəd “iltimat” markalı elektrik sobasının, 50 manat dəyərində 01 ədəd “HP” markalı kompyuter monitorunun, 70 manat dəyərində 01 ədəd “Candan” markalı boruları birləşdirən ütü dəstinin, 150 manat dəyərində 01 ədəd “Singer” paltar tikən tikiş maşınının, ona məxsus evin zirzəmisindən ümumi dəyəri 2500 manat olmaqla 01 ədəd mis materialdan hazırlanmış mey qazan dəstinin(gülab çəkən), 01 ədəd 15 qab tutumlu mis materialdan hazırlanmış qazanın, 01 ədəd 12 qab tutumlu mis materialdan hazırlanmış qazanın, 01 ədəd 8 qab tutumlu mis materialdan hazırlanmış qazanın, 01 ədəd 6 qab tutumlu mis materialdan hazırlanmış qazanın və 01 ədəd mis materialdan hazırlanmış hər birinin diametri təxminən 1 metr olan tiyan qabların və 100 manat dəyərində iki gözlü tünd qəhvəyi rəngli tərəzinin oğurlandığını, oğurluq hadisəsi zamanı ona təxminən 3570 manat maddi ziyan dəydiyini bildirmişdir.Ona dəyən zərərin ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alıb, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, 1995-ci ildən Bakı şəhərində yaşayır. ünvan 1 ünvanı ona və həyat yoldaşı Zərərçəkmiş şəxs məxsusdur. Burada yaşamasalar da, hərdən evə baş çəkirlər. Sonuncu dəfə bu ilin iyun ayınınm sonlarında həmin evə həyat yoldaşı Zərərçəkmiş şəxs gəlmiş və təxminən bir həftə orada qalıb yenidən Bakı şəhərinə qayıtmışdır. Həyətlərində iki ev vardır ki, həmin evlərdən birində arvadı Şəfa ilə ona məxsus əşyalar vardır. Həmin evin arxa tərəfində yerləşən iki otağı 150 manata Məftun və Fatma adlı cavan ailəyə kirayə vermişdilər. Bundan başqa həyətdəki bir otaqlı digər evdə Arzu adlı qadın təxminən 5 ilə yaxındır yaşayır. Əşyaları olan evin giriş qapısının açarları Şəfadan başqa heç kimdə olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 19:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxsyla birlikdə ünvan 1 ünvanında yerləşən evlərinə gəlmiş, digər kirayəçi Arzu onları qarşılamışdır. Şəfa ilə birlikdə evə daxil olduqdan sonra yataq otağına daxil olduqda yorğan-döşəyin dağınıq halda yerdə olduğunu, şkafın içərisindəki mikrodalğalı sobanın, sandığın yanma qoyduqları santexnik ütüsünün yerində olmadığını görmüş, bu zaman evdən oğurluq olmasından şübhələnmişdir. Şəfa ilə birlikdə dərhal digər otaqlara baxmışlar. Qonaq otağına baxdıqda stolun üstündə olan bir ədəd markasını xatırlamadığı kompyüter monitorunun yerində olmadığını, həmçinin həmin otaqdan şüşəbəndə açılan qapının açıq vəziyyətdə olduğunu, qapının kilidinin sındırıldığını, şüşəbəndin pəncərəsinin yarı açıq halda olduğunu görmüşdür. Əvvəldən pəncərənin kilidi bağlanmasa da, Şəfa Adışiribova qonaq otağından şüşəbəndə açılan qapının kilidini açarla bağlamışdır. Evə daxil olan şəxs həmin pəncərəni açıb şüşəbəndə daxil olmuş, daha sonra qapını sındıraraq qonaq otağına və digər otaqlara daxil olmuşdur. Digər yataq otağına baxdıqda tikiş maşınının yerində olmadığını, bundan sonra evin zirzəmisinə baxdıqda orada olan əşyaların dağınıq halda olduğunu, əşyaları yoxladıqda 4 ədəd müxtəlif ölçülərdə mis qazanın, 1 ədəd gülab çəkmək üçün mis materialdan hazırlanmış mey qazanmın, 2 ədəd eyni ölçüdə diametrləri təxminən 1 metr olan mis materialdan hazırlanmış ləyən tiyanın yerində olmadığını görmüşlər. Bu barədə Məftundan soruşduqda, o, hadisədən məlumatı olmadığını demiş, belə olduqda Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. O, hadisə zamanı onlara məxsus evin yataq otağındakı şkafın içərisindəki 1 ədəd mikrodalğalı sobanın, həmin otaqda olan 1 dəst santexnik ütüsünün, digər yataq otağından 1 ədəd tikiş maşınının, qonaq otağındakı stolun üstündən 1 ədəd kompyuter monitorunun, evin zirzəmisindən 1 ədəd 6 qab tutumlu, 1 ədəd 8 qab tutumlu, 1 ədəd 12 qab tutumlu, 1 ədəd 15 qab tutumlu mis qazanın, 1 ədəd gülab çəkmək üçün mis materialdan hazırlanmış mey qazanmın, 2 ədəd diamterləri 1 metr olan mis materialdan hazırlanmış halva tiyanının oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş, 2015-ci ildə İntizam adlı övladları dünyaya gəlmişdir. Məftunla Suçma kəndində birlikdə yaşamışlar. Məftun özünə iş axtarsa da tapa bilmədiyi üçün Şəki şəhərinə gəlib burada iş axtarmağa başlamış, şəhərdə avtomobil təmiri sexində özünə iş tapmışdır. Məftun gündəlik işə gedib gəlmişdir. Lakin yaşadıqları kənddən onun iş yerinə məsafə çox olduğu üçün onlar birlikdə Şəki şəhərində kirayə ev tutmaq qərarına gəlmişlər. Məftunla birlikdə ünvan 1 ünvanına getmiş, qapını onlara sonradan tanıdığı Arzu xanım açmışdır. Ona kirayə ev axtardıqlarını dedikdə Arzu həyətdə yerləşən birmərtəbəli böyük evin arxasında yerləşən bir otaq və mətbəxdən ibarət olan qarşısında altıaçığı olan evi göstərib, həmin evin sahibinin Şəfa adlı qadın olduğunu, hazırda Bakı şəhərində yaşadığını, evi 150 manata kirayə verdiyini demişdir. Onlar Arzu ilə aralarındakı şifahi razılığa əsaasən evə baxdıqdan sonra 150 manat pulun müqavilində orada yaşamaq qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə əşyalarını da aparıb həmin evə köçmüşlər. Məhkəmənin qərarına əsasən Məftun axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşadığı ünvanda olmalı idi. Ona görə də o, səhər saat 09 radələrində evdən çıxıb işə gedir və axşam saat 19-20 radələrində isə evə gəlmiş və gecəni evdə olmuşdur. Qardaşı Məhəmmədin toy mərasimi ilə bağlı xx.xx.2022-ci il tarixdə o, övladı İntizamla birlikdə Cəfərabad kəndinə atası evinə getmiş, 10 gün orada qalmışdır. xx.xx.2022-ci il tarixdə yenidən Şəki şəhərinə kirayə yaşadıqları evə gəlmişdir. Həmin gün Məftun axşam saatlarında evə gəlmişdir. Səhəri gün Məftun işdən qazanc əldə etdiyini demiş və birlikdə şəhərə çıxıb övladları İntizama məktəb ləvazimatları almış, həmçinin evə bazarlıq etmişlər. Beləliklə onlar bir müddət həmin ünvanda yaşamışlar. Kirayə pulunu isə Arzu adlı qadına vermişdilər. 15 oktyabr 2022-ci il tarixdə axşam saat 20 radələrində Arzu onu həyətə çağırmış, ev sahibi Şəfa xanım ilə həmin vaxt tanış olmuşdur. Onlar ona evdən oğurluq olduğunu demişlər və birlikdə evə baxdıqda şüşəbəndin qapısının kilidi sındırıldığını görmüşdür. Şəfa xanım evdən kompyuter monitorunun, tikiş maşınının, santexnik ütüsünün və başqa əşyaların oğurlandığını demiş, daha sonra həmin evin zirzəmisinə baxdıqda əşyaların dağınıq halda olduğunu görmüş, Şəfa xanım zirzəmidəki əşyalara baxıb oradan mis qazanların oğurlandığını bildirmişdir. Ondan bu barədə soruşduqda o, bu barədə məlumatının olmadığını, heç kimi görmədiyini demişdir. Daha sonra Məftunu çağırmış, Şəfanın həyat yoldaşı Şahid1 Məftundan oğurluq barədə soruşduqda Məftun heç nə oğurlamadığını demişdir. Bir neçə saat sonra ev sahibi Polis Şöbəsinə məlumat vermiş, polis əməkdaşları həmin ünvana gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, Məftun Məmmədrəhimili onun həmkəndlisidir. Bu ilin sentyabr ayının sonlarında ona zəng vurub ondan şəxsiyət vəsiqəsinin olubolmamasını soruşmuş, nənəsinə məxsus mis qazanı satmaq üçün Mingəçevir şəhərinə gətirdiyini, qazanı satacağı yerdə şəxsiyyət vəsiqəsi ilə qeydiyat aparılacağı üçün lazım olduğunu demişdir. O, da xarici pasportunun üstündə olduğunu demişdir. Məftun ona Politexnik Texnikumunun qarşısında onunla görüşmək istədiyini demiş, onlar Politexnik texnikumunun qrşısında görüşmüşlər. Məftun ondan taksi sürücüsünə yol haqqı vermək üçün 25 manat pul istəmiş, qazanı satıb onun 25 manat pulunu qaytaracağını demişdir. O, üstündə olan 25 manat pulu çıxardıb Məftuna vermiş, Məftun pulu taksi sürücüsünə verib avtomobilin arxa yük yerindən adyala bükülmüş bir ədəd bükülünü götürüb yerə qoymuşdur. Məftun ona Orxan bazarında tanıdığı bir nəfər şəxs olduğunu, həmin şəxsin köhnə əşyaları qəbul etdiyini, mis qazanı həmin şəxsin yanına aparıb ona satacağmı, daha sonra ondan aldığı 25 manat pulu ona qaytaracağını demişdir. Məftunla birlikdə ticarət mərkəzində olan əvvələr tanmadığı mağazanın qarşısına getmişlər. O, mağazanın qarışısnda dayanmış, Məftun isə mağazaya daxil olmuşdur. Daha sonra Məftun mağazadan çıxıb onun yanma gəlmiş və qazanın deşiyi olduğu üçün qazanı lom qiymətinə almaq istədiyini demiş, o isə Məftuna qazanı lom kimi satmasını demiş və mağazanın içərsində qazanı alan şəxsə üstündə şəxsiyyət vəsiqəsinin olmadığını, lakin xarci pasportunun olduğunu demiş, həmin şəxs onun ümumvətəndaş pasportunun şəkilini özündə olan mobil telefonla çəkmişdir. O, mağazdan bir qədər kənarlaşmış, Məftun gətirdiyi mis qazanı həmin mağazada satıb onun yanına gəlmişdir. Məftun qazanı həmin şəxsə hansı qiymətə satdığını ona deməmiş, lakin ondan aldığı 25 manat pulu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, təxminən 10 ildir Mingəçevir şəhərində “Orxan” ticarət mərkəzinin qarşısında icarəyə götürdüyü yerdə işlənmiş məişət əşyalarının alqısatqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə iş yerində olarkən, iki nəfər tanımadığı şəxs əllərində bir ədəd mis qazanla ona yaxınlaşmış, onlardan biri qazanın nənəsindən ona miras qaldığını, pula ehdiyacı olduğu üçün satmaq istədiyini demişdir. O, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş və ona sənəd olmadan heç kimdən əşya almadığını demişdir. Həmin şəxs üstündə sənədi olmadığını ona demiş və yanındakı şəxsin xarici pasportunu ona təqdim etmişdir. O, Şahid3 məxsus olan P5035374 nömrəli ümumvətəndaş pasportunun şəklini istifadə etdiyi “Samsung A51” markalı mobil telefon ilə çəkmiş, bundan sonra həmin mis qazanı çəkərək 16 kq çəkidə olduğunu görmüşdür. O, mis qazanı alıb şəxsə qazanın əvəzində 128 manat pul vermişdir. O, Şahid3 şəxsiyyətini təsdiq edən sənən əsasında aldığı 1 ədəd mis qazanı həmin həftənin bazar günü Qəbələ rayonunun Nic bazarına aparıb orada tanımadığı şəxsə satmışdır. 16 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 18 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tаrixli, 4(075)-104/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2022-ci il tarixdən 16 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünavmda yerləşən evin daxilindən 01 ədəd elektrik sobası, 01 ədəd kompyuter monitoru, 01 ədəd boruları birləşdirən ütü dəsti, 01 ədəd paltar tikən tikiş maşını, ona məxsus evin zirzəmisindən 01 ədəd mis materialdan hazırlanmış mey qazan dəsti(gülab çəkən), 01 ədəd 15 qab tutumlu mis materialdan hazırlanmış qazan, 01 ədəd 12 qab tutumlu mis materialdan hazırlanmış qazan, 01 ədəd 8 qab tutumlu mis materialdan hazırlanmış qazan, 01 ədəd 6 qab tutumlu mis materialdan hazırlanmış qazan, 02 ədəd mis materialdan hazırlanmış hər birinin diametri təxminən 1 metr olan tiyan qablar və 100 manat dəyərində iki gözlü tərəzi oğurlanmışdır. "xxxx" ASC-dən daxil olmuş məktubdan görünür ki, 2022-ci ilin sentyabr ayının ikinci ongünlüyünə bir ədəd mis materialdan hazırlanmış mey qazan dəstinin(gülab çəkən) orta satış bazar qiyməti 100(bir yüz) manat, bir ədəd 15 qab tutumlu mis materialdan hazırlanmış qazanın orta satış bazar qiyməti 140(bir yüz qırx) manat, bir ədəd 12 qab tutumlu mis materialdan hazırlanmış qazanın orta satış bazar qiyməti 100(bir yüz) manat, bir ədəd 8 qab tutumlu mis materialdan hazırlanmış qazanın orta satış bazar qiyməti 70(yetmiş) manat, bir ədəd 6 qab tutumlu mis materialdan hazırlanmış qazanın orta satış bazar qiyməti 50(əlli) manat təşkil etmişdir. Şəki rayon Kooperativlər Cəmiyyətindən daxil olmuş məktubdan görünür ki, 2022-ci ilin sentyabr ayının ikinci ongünlüyünə 01 ədəd mikrodalğalı sobanın orta bazar qiyməti 110(bir yüz on) manat, 01 ədəd boruları birləşdirən ütü dəstinin qiyməti 60(altmış) manat, 01 ədəd paltar tikən tikiş maşınının qiyməti 150(bir yüz əlli) manat, 01 ədəd kompyuter monitorunun orta bazar qiyməti 60(altmış) manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-51/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən 02 il islah işləri - 20% cəzasına məhkum edilməklə, 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuşdur. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1420/10 nömrəli məktuba əsasən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 1 (005)- 51/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmənin hökmü ilə onun üzərinə cəzasını çəkdiyi müddətdə axşam saat 23:00-dan növbəti gün saat 06:00dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə olması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən arqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icrasına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış, ona xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş və onun cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 25 aprel 2023-cü il tarixli, 479 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza 14 aprel 2017-ci il tarixdə başa çatmışdır. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş 29 mart 2023-cü il tarixli, 293 nömrəli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-51/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 16 oktyabr 2022-ci il tarixə çəkilməmiş qalan hissəsi 2 il 4 ay 12 gündür. Təqsirləndirilən şəxs qeydiyata alındığı 02 mart 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 7 ay 14 gününü çəkmişdir. Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Mingəçevir Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş məktubdan görünür ki, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Mingeçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxssdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o, cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş maddi ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini, yəni əvvəllər də cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində islah işləri və azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, cəzasını çəkib qurtarmadan və bununla da islah olunmadan yenidən az ağır cinayət əməlini törətməsini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını qeyri-mümkün sayır və ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü mаddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 4 ay 12 gün hissəsini həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 1 il 2 ay 6 gün azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməli, təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməli, cəzа çəkmə müddətinin əvvəli 16 oktyabr 2022-ci il tаrixdən hesаblanmalı, bаrəsində seçilmiş həbs qətimkаn tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində sаxlаnılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. iş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü mаddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 12 (on iki) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 1 (bir) il 2 (iki) ay 6 (altı) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəksin. Cəzа çəkmə müddətinin əvvəli 16 oktyabr 2022-ci il tаrixdən hesаblansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş həbs qətimkаn tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində sаxlаnılsın. İş üzrə maddi sübut kimi tanınmış əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd əyri formalı dəmir parçası hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar