Məhkəmə qərarları › İş №1(075)-23/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-23/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-23/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konustraksiyalı AKMS modelli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən bir ədəd “Kalaşnikov” konustruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavodu üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı avtomat darağı, döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı vəziyyətdə olan 29 ədəd patronları əldə edib, daşıyıb üstündə gəzdirməklə saxlamış, 21 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün saat 22:30 radələrində Şəki şəhəri, Qazı Məmmədli küçəsində saxlanılaraq Şəki şəhəri, X15 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq 22 sentyabr 2023-cü il tarixdə saat 00:50 dəqiqədən etibarən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki yol çantasının içərisində saxladığı həmin odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konustraksiyalı AKMS modelli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı avtomat darağı, döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı vəziyyətdə olan 29 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Bəyaz Marketlər” şəbəkəsində mülki mühafizənin rəhbəri işlədiyi müddətdə doğulub böyüdüyü Bakı şəhəri, Buzovna qəsəbəsinə gedib gəlirdi. 2010-cu ilin yazında Bakı şəhəri, Buzovna qəsəbəsinə getmişdir. Qəsəbədə yerləşən zibil tökülmüş yerin kənarında yarım tikili olduğunu görmüşdür. Kənardan baxanda həmin tikilinin içərisində basdırılmış plastik qutunun olduğunu görmüşdür. Həmin qutunun yuxarı hissəsində avtomat silahının uc hissəsi görsənirdi. O, qutunu çıxarıb baxanda görmüşdür ki, içərisində bir ədəd Kalaşnikov markalı avtomat silah, üstündə darağı vardır. Darağı çıxarıb yoxlayanda görmüşdür ki, içərisində 29 ədəd 7,62 mm kalibrli patron var. O, həmin silahı və içərisində 29 ədəd patron olan darağı özü ilə götürmüşdür. Silahı patronları və darağı birlikdə gizlincə Şəki şəhərinə gətirmiş, ayrı-ayrı yerlərdə bir müddət gizlədib saxlamışdır. Sonuncu 2022-ci ilin oktyabr ayının sonlarında Şəki şəhərinin “Güyümlər” adlanan ərazisində yerləşən “Narlı qəbirstanlığına” gedib, tapdığı silahı, patron və sandığı ilə birlikdə həmin qəbirstanlıqda yerləşən çökmüş qəbrlərin birinin içərisinə basdırmışdır. Ancaq o, “Narlı qəbristanlığında” silah-sursatı basdırdığı yerin yaxınlığında yeni qəbir açıldığını görmüşdür. Gizlətdiyi silahsursatın aşkar olunacağından qorxduğu üçün oradan çıxartmaq və təhvil vermək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə qeyd olunan silah, patron və daraqı götürmək üçün “Narlı qəbirstanlığına” gedib orada gizlətdiyi yerdən silah-sursatı çıxarıb özü ilə gətirdiyi çantanın içərisinə qoymuşdur. O, həmin gün saat təxminən 22:30 radələrində həmin silah-sursatı götürüb çantaya qoyduqdan sonra yaşadığı ünvana doğru gedən zaman, yaşadığı Şəki şəhəri, Q.Məmmədli küçəsində iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Polis Şöbəsinə dəvət etmişlər. O, vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Həmin silahı maraq üçün saxlamış, digər hər hansı başqa məqsədi olmamışdır. O, həmin silahdan istifadə etməmişdir. Həmçinin o, həmin silahın üzərində dəyişiklik etməmiş və silahın hansısa hissəsini təmir etdirməmişdir. Həmin silahın onda olmasını heç kim bilməmişdir. Həmin silahı gizlədib saxlamağı ilə bağlı heç kimə deməmişdir. Əməlindən peşmandır. İki azyaşlı övladı var. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 ifadəsində göstərdi ki, “Cavidan” adlı şəxsin Şəki rayonu ərazisində qanunsuz olaraq odlu silah və onun komplekt hissələrinin, döyüş sursatını saxlaması və daşıması ilə məşğul olması barədə 21 sentyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı tərəfindən rəsmiləşdirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı, “Cavidan” adlı şəxsin, xx.xx.1987-ci il təvəllüdlü, Şəki şəhəri, Q.Məmmədli küçəsi ev 3 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə Şəki ŞRPŞnin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Şahid2lə birlikdə 21 sentyabr 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində Şəki şəhəri, Q.Məmmədli küçəsində əməliyyat tədbirləri keçirən zaman Təqsirləndirilən şəxs həmin küçədə yerləşən yaşadığı evin yaxınlığında müəyyən edib yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını, həmçinin onun odlu silah və onun hissələrini, döyüş sursatı saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsini demişlər. Cavidan vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Həmin vaxt Cavidanın əlində yol çantası olmuşdur. X11 gəlirilərək şəxslərin qeydiyyatı jurnalında qeydiyata alınması və üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün Şöbə rəisinə raportla məruzə etmiş, raportun icrası təhqiqatçı Nicat Nərimanlıya həvalə edildiyindən, Cavidan qeydiyyata götürüldükdən sonra həmin təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Cavidana hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Musa Sarıyevi seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət edib Cavidana təqdim etmişdir. Təhqiqatçı tərəfindən Cavidan şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, videoçəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmiş, Cavidan da etiraz etməmişdir. Bundan sonra Cavidanın üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Cavidana üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Cavidan əynindəki tünd göy rəngli şalvarın ciblərindən bir ədəd alışqan və 8 manat pulu çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Sonra təhqiqatçı Cavidanın üstünü axtarmış və heç nə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı ondan çantada nə olduğunu soruşub təqdim etməyini bildirmiş, Cavidan da çantada avtomat silah olduğunu bildirmişdir. Təhqiqatçı çantanı açdıqda içərisində bir ədəd avtomat silahı aşkar edilmişdir. Avtomat silahın üstiində sandıq, sandığın içərisində də 29 ədəd patronları aşkar edilmişdir. Təhqiqatçı 29 ədəd patronlar daraqda olmaqla avtomat silahı sallafan torbaya qoyub bağlayıb möhürləmişdir. Torbanın üzərinə qoyulmuş kağıza digər iştirakçılarla birikdə o da imza etmişdir. Təhqiqatçı Cavidandan həmin silah-sursatı nə vaxt, haradan və nə məqsədə əldə etdiyini soruşduqda, Cavidan təhqiqatçıya həmin silah-sursatı təxminən 13 il qabaq Bakı şəhəri, Buzovna qəsəbəsində zibillikdən tapdığını, həmçinin özünü müdafiə məqsədilə həmin silahı gizlədib saxladığını bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılmış, iştirakçılara nümayiş etdirilmişdir. Sonda isə təhqiqatçı şəxsi axtarış keçirilməsi ilə bağlı protokol yazmış, ucadan oxunmuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs üstündə gəzdirdiyi silah-sursatı haradan əldə etməsi keçirilmiş əməliyyat tədbirləri zamanı dəqiq müəyyən etmək mümkün olmamışdır. Ancaq Cavidanın özünün deməsinə görə həmin silah-sursatı təxminən 13 il qabaq Bakı şəhəri, Buzovna qəsəbəsi ərazisindəki zibbillikdən tapıb saxlamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı Cavidanın həmin silahı nə məqsədə saxlaması barədə məlumat əldə edilməmişdir. Ancaq Cavidanın özünün deməsinə görə silahı tapdıqdan sonra, keçmişdə bir neçə dəfə müəyyən şəxslərlə arasında mübahisələr yaranmış, həmin mübahisələr səbəbli bir çox şəxslərlə düşmənçiliyi vardır. Gələcəkdə baş verə biləcək düşmənçilik ilə bağlı olan pis hallarda özünü qorumaq üçün həmin silah-sursatı gizlədib saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunda ifadə verərək X5 göstərdiyi halları təsdiq etdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinyət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1987-ci ildə Şəki şəhərində anadan olmuş, ailəli, azərbaycanlı, AR vətəndaşı, orta əhsilli, işsiz, məhkum olunmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:50-də Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olmuş yol çantasının içərisindən bir ədəd avtomat silah, həmin silaha məxsus daraq və darağın içərisində 29 ədəd patron aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, 23/723R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov kostruksiyalı AKMS modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrin və mexanizmlərin üzərində heç bir dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 29 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm Kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİNnin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(075)-64/2023 saylı qərarından görünür ki, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, ünvan 6 ünvanında qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə, yəni 21 sentyabr 2023-cü il tarixdən hasablanmaqla 21 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 181 nömrəli “Çələbixan” Məhəllə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəki şəhər Q.Məmmədli küçəsi 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxsn oğlu həqiqətən yuxarıda göstərilən ünvanda ailə üzvləri, arvadı X7, qızı xx.xx.2013-cü il tarixli X2 və oğlu xx.xx.2020-ci il təvəllüdlü X8 ilə yaşayır. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının 36 nömrəli “Çələbixan” Məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şəki şəhər Q.Məmmədli küçəsi 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxs həqiqətən ailədə tək işləyərək evə qazanc gətirən başqa şəxs yoxdur. Şəki Şəhər İcra Hakimiyyəti “Çələbixan” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəki şəhər Q.Məmmədli küçəsi 3 saylı evdə yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 28 sentyabr 2023cü il tarixli, məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli 3-13-109/2-24537/23 Nsli məktubla təqdim edilmiş 7,62 mm kalıbrli, AFE-4695 №-li AKMS modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zaman eynilik aşkar edilmədi. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş 16 oktyabr 2023-cü il tarixli 692 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Şəki rayon MXnin PHŞ-sin həkim narkoloqu tərəfindən göndərilmiş siyahıya əsasən, xx.xx.2018-ci il tarixdən “F11.2 Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asılılıq sindromu” diaqnozu üzrə, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 1360 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. “Ambulator məhkəmə-psixatrik ekspertiza təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ambulator məhkəmə-psixatrik ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliynin Gəncə şəhəri ruhi-əsəb dispanserinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ X12, Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 741 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (X1 verilmiş xx.xx.2023-cü il tarixli 692 saylı arayış, Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 1360 saylı arayış, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2018-ci il tarixli 196 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyi), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri ekspertiza zamanı yoxlanılan şəxsdə az ifadəli emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, qavrama, yaddaş, təfəkkür, intellekt pozuntuları müşahidə olunmaması, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, törətdiyi əmələ tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik keçirməmiş və hal-hazırda keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, cinayət törədən vaxt və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ondan aşkar olunmuş silah, onun komplekt hissəsi və döyüş sursatının guya basdırdığı yerdən çıxarıb təhvil vermək qərarına gəlməsi barədə dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs həmin silahı və onun komplekt hissəsini, həmçinin döyüş sursatını təxminən 13 il bundan əvvəl tapmış və yaşadığı Şəki rayonu ərazisinə gətirərək müxtəlif yerlərdə gizlətmişdir. Təqsirləndirilən şəxs bu əşyaları polisə təhvil vermək fikrində olsa idi, bu barədə aidiyyəti üzrə dərhal məlumat verməli, yaxud təxirəsalınmadan, vaxt itkisinə yol vermədən onları polis orqanına gətirib təqdim etməli idi. Bunun üçün də 13 il gözləmək tələb olunmurdu. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, AKMS modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu döyüş silahı, 26 ədəd patron (7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar) və 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, AKMS modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu döyüş silahı, 26 ədəd patron (7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar) və 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar