Məhkəmə qərarları › İş №1(075)-24/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-24/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-24/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Şəki rayonu, Cumakənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəki rayonu, Cumakənd kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 05:40 radələrində etibarnamə olmadan idarə etdiyi X1 məxsus Qaz-330210 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax magistral yolunun Şəki rayonu, Qoxmuq kəndindən keçən hissəsində Şəki şəhəri istiqamətində yolun sağ zolağı ilə saatda 60 km/saat sürətlə hərəkət edərkən hərəkətin intensivliyini, nəqliyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metoroloji şəraiti, xüsusi hərəkət istiqamətində görmə şəraitini nəzərə almamış, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olan sürətdə sürmüş, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltma üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq ehtiyatsızlıqdan həmin yolun hərəkət hissəsi ilə yolun sol kənarına keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs "açıq ağır kəllə beyin travması, hər iki böyük yarımkürə alın paylarında, sol ənsə payında, sağ gicgah payında parenximal qansızma, beyin əziyi, sağ alın-gicgahı əzilmiş-cırılmış yarası, hər iki haymor cibləri divarlarından keçən, hər iki etmoid hücrələrdən keçən və sağ orbital lateral divarlarından keçən az yerdəyişməli sınıqları, göz almasını dəlib keçən yarası, travmatik şok xəsarətləri ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsatətləri almışdır. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəli və 2 uşaq atasıdır. Böyük uşağı 1-ci sinifdə oxuyur, kiçik uşağının isə 4 yaşı vardır. Daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq 2016-cı ildən qohumu X1 məxsus Şəki rayonu, Cumakənd kəndi ərazisində yerləşən tütün sahəsində sürücü işləyir. Sürücülük vəsiqəsi olduğu üçün Həsən Səfərova məxsus "Qaz-330210" markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. Avtomobili idarə etsə də Həsən Səfərov tərəfindən ona avtomobili idarə etmək üçün etibarnamə verilməyibdir. O, hər gün səhər tütün sahəsində işləyən fəhlələri yaşadıqları Oxud kəndindən götürərək tütün sahəsinə aparır, axşam da qaytarıb yaşadıqları kənddə düşürür. Həmişə olduğu kimi xx.xx.2019-cu il tarixdə saat 05:00 radlərində yaşadığı Cumakənd kəndində yerləşən evin həyətindən Qazel markalı avtomobili işə salaraq Şəki rayonu, Oxud kəndində yaşayan fəhlələri sahəyə gətirmək üçün həmin kənd istiqamətində yola düşmüşdür. Həmin vaxt hava tamamilə qaranlıq olmuşdur. Şəki-Qax magistral yolunun Şəki rayonu, Qoxmuq kəndi ərasizində Şəki şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Avtomobili yaxın düşmə işıqları altında idarə edirmiş, yaxın düşmə işıqda qarşı tərəfi və ətrafı təxminən 10-15 metr məsafəni tam aydın görə bilmişdir. Həmin kənd ərazisində fəailiyyət göstərən yanacaq doldurma məntəqəsinin və məntəqə ilə üzbə-üz yerləşən ət mağazasının işıqları yandığı üçün həmin vaxt ətraf daha aydın görünmüşdür. Ət dükanına təxminən 10 metr qalmış qarşı hərəkət yolunun ortasında bir nəfər kişinin yolun sağından soluna doğru qaçaraq keçmək istədiyini görmüş, həmin anda əyləci sıxıb və sükanı sağa doğru çəkmiş ki, həmin piyadanı vurmasın. Buna baxmayaraq idarə etdiyi avtomaşının sol yan güzgüsü həmin kişiyə dəyib sınmışdır. O, avtomaşını bir qədər yolun sağ kənarında saxlayıb yerə düşüb baxanda görmüş ki, həmin piyada kişi yolun hərəkət hissəsində yerə düşüb qalıbdır. Avtomobillə vurduğu şəxsin adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə yaxınlaşanda görmüş ki, həmin şəxs yerdə tərpənməz vəziyyətdədir, baş və sifəti qana boyanıbdır. Hadisədən sonra oraya gəlmiş tanımadığı bir nəfər şəxs təcili yardıma zəng edib danışsa da onun özü də zəng edib təcili yardım çağırmışdır. Hadisədən sonra ətrafdan bir neçə tanımadığı şəxslər gəlmişlər. O, hadisənin təsirindən həyacanlı vəziyyətdə olmuşdur. Oraya gəlmiş şəxslərin köməkliyi ilə vurduğu piyada Zərərçəkmiş şəxs qaldırıb yolun kənarına qoymuşlar. Bir qədər sonra hadisə yerinə təcili yardım ilə polis əməkdaşları gəlmişlər. Xəsarət almış Zərərçəkmiş şəxs təcili yardım avtomobilinə mindirib yola salandan sonra hadisə yerinə gəlmiş polis işçiləri iki nəfər hal şahidlərini dəvət edib hadisə yerinə baxış keçirmişlər. Yolnəqliyyat hadisəsi konkret olaraq xx.xx.2019-cu il tarixdə təxminən saat 05:40 radlərində Şəki-Qax Magistral yolunun Şəki rayonu, Qoxmuq kəndi ərasisindən keçən hissəsində "Ət mağazası"nın qarşı tərəfində asfalt örtüklü yolda baş vermişdir.Həmin vaxt piyada Zərərçəkmiş şəxs yolu iti qaçışla keçmək istəmişdir. Hadisə zamanı idarə etdiyi avtmaşında kənar şəxslər və ya yük olmamışdır. Hadisə zamanı qarşısına heç bir maneə çıxmamışdır. Avtomobili idarə etməyinə maneə olan heç bir maneə və amil olmamışdır. Diqqəti yolda olmuşdur. Diqqəti heç nəyə yayınmamışdır. Hadisə zamanı o, yorğun, yuxulu və ya sərxoş vəziyyətdə olmamış, diqqəti ancaq yolda olmuşdur. O, həmin yolda hərəkətdə olan zaman qarşı hərəkət zolağından avtomaşın gəlirmiş, həmin avtomaşının qabaq işıqları onun gözünə düşdüyü üçün piyada Zərərçəkmiş şəxs yolu keçməyə başlamasını təxminən 4-5 metr məsafədə görmüşdür. Həmin vaxt qarşıdan gələn avtomaşın "Mersedes Benz" markalı avtomobil olmuş, dövlət qeydiyyat nişanını görməmiş, hadisədən sonra həmin avtomaşın bir qədər qabağa doğru gedib yolun kənarında saxlamışdır. Hadisə zamanı həmin avtomaşın yaxın düşən işığı altında hərəkətdə olmuşdur. Həmin anda qarşıdan gələn avtomaşınla onun arasında olan məsafəni dəqiq deyə bilmir, ancaq onların arasındakı məsafə az olmuşdur. Həmin anda qarşıdan gələn avtomaşının tormuz verməsini bilməmişdir. Qarşıdan gələn "Mersedes Benz" markalı avtomaşının işıqları gözünə düşən zaman o, idarə etdiyi avtomaşının sürətini azaltmamış, gəldiyi surətdə hərəkətinə davam etmişdir. Ona görə ki, idarə etdiyi avtomaşının surətini azaldanda mühərrik zəifləyir və sonradan yeni surəti almaq çətinlik yaradır. Bu səbəbdən eyni surətlə hərəkətinə davam etmişdir. Hadisədən əvvəl onun hərəkət yoluna yalnız Zərərçəkmiş şəxs çıxmış, həmin vaxt onun hərəkət yolunda digər maneə olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomaşın istismara yararlı vəziyyətdə olmuş, tormuz-sükan mexanizmi saz vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman hava qaranlıq olmuş, yol asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuş, hadisədən sonra asta-asta yağış yağmağa başamışdır. İdarə etdiyi avtomaşın Şəki rayonu, Cumakənd kəndində yaşayan qohumluq əlaqələri olan X1 məxsusdur. Həsən Səfərov da həmin avtomaşını etibarnamə ilə almışdır. Həsən Səfərov həmin avtomaşını idarə etmək üçün ona etibarnamə verməmişdir. Etibarnamə olmadığı üçün o, avtomaşını şəhərə sürməmişdir. Ancaq Cumakənd kəndindən Oxud kəndinə, oradan da geriyə sürmüşdür. Göstərmişdir ki, törətmiş olduğu əməldən səmimi peşmandır. Elə bir hadisə törətdiyi üçün mənəvi əzab çəkir. Həmçinin qeyd etmişdir ki, hazırda zərərçəkmiş şəxsin xəstəxanaya çəkmiş olduqları bütün xərcləri, onlara vurulmuş maddi ziyanı tamamilə ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbi yoxdur. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun illərdi ailə həyatı qurmuş və birgə nikahlarından iki oğlan övladları vardır. Böyük oğlu ailə həyatı qurmuş, hazırda balaca oğlu və əri Zərərçəkmiş şəxs ilə birgə yaşayırlar. Təxminən 15-20 ildir əri Zərərçəkmiş şəxs Şəki şəhər Komunal Təsərrüfatı birliyində fəhlə işləmiş, aldığı aylıq 240 manat məvacib ilə onları dolandırmışdır. Bundan başqa onların heç bir yerdən maddi gəliri olmamışdır. Yaşadıqları Şəki rayonu, Aşağı Şabalıd kəndi dağlıq ərazidə yerləşdiyindən və kənd sakinləri kənddə azlıq təşikil etdiyindən Şəki şəhərinə avtomaşınla gediş-gəlişləri çox çətin olur. Buna görə əri Zərərçəkmiş şəxs hər səhər tezdən saat 05:00 radələrində evdən çıxaraq piyada Şəki rayonu, İnçə kəndinə gedir, oradan da müxtəlif şəxslərin avtomobilinə minərək iş yerinə getmişdir. Həmişə olduğu kimi əri Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə təxminən saat 05:00 radələrində yaşadığı evdən çıxaraq Şəki rayonu, İnçə kəndi istiqamətinə getmişdir. Həmin gün təxminən saat 10:00 radlərində mobil telefonuna zəng gəldiyini eşidib telefonu açmış, həmin vaxt qonşusu ona bildirmiş ki, əri Zərərçəkmiş şəxs Şəki-Qax magistral yolunun Şəki rayonu, Qoxmuq kəndindən keçən hissəsində avtomobil vurmuşdur. Ondan sonra dərhal qonşusu Elxanın avtomobili ilə Şəki MRX-na gəlmiş və orada Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən tanınmaz hala düşdüyünü görmüşdür. Həkimlər Zərərçəkmiş şəxs müayinə edib reainimasiya şöbəsinə yerləşdirmişlər. Bir neçə gün keçdikdən sonra Dəmirin gözündə yaranmış xəsarətə görə həkimlər onun sağ gözünü əməliyyat edib götürmüşlər. Hazırda Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən yataq vəziyyətindədir, gəzə və danışa bilmir. Müailicəsini evdə davam etdirir və ona özü baxır. Zərərçəkmiş şəxs avtomobillə vuraraq ağır xəsarət yetirmiş Təqsirləndirilən şəxs da müxtəlif vaxtlarda onun dərman pulu, panpers pulu verirlər. Bütün bunları o, hadisədən sonra müxtəlif şəxslərdən və kəndçiləri Nəzirdən eşitmişdir. Dəmir tam olaraq danışa bilmir, dediyi sözlər də baş düşülmür. Yəni Zərərçəkmiş şəxs bu zamana kimi hadisə barədə ona heç bir məlumat deyə bilməmişdir. Hazırda həkimlə Zərərçəkmiş şəxs vəziyyətini kafi qiymətləndirir. Sonda göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs onların xəstəxanaya çəkdikləri bütün xərcləri ödəmiş, həmçinin onlara maddi yardım da etmişdir. Onlara vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs hər hansı məsuliyyətə cəlb olunmamasını və onun barəsində cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşlı olduğu üçün heç bir yerdə işləmir. Bir çox halarda evə bazarlığı o, özü edir. Həmişə səhər saatlarında Qoxmuq kəndində yolun kənarında yerləşən ət mağazasına gedərək oradan ət alır. xx.xx.2019-cu il tarixdə təxminən saat 05:20 radlərində Zunud kəndində yerləşən yaşadığı evdən çıxaraq Şəki-Qax magistral yolu ilə Qoxmuq kəndi istiqamətində hərəkət edərkən həmkəndlisi Sadiq ona əl edib saxlatmışdır. O, avtomaşını saxlamış, həmin vaxt Sadiq onu da Şəki şəhərinə aparmağını xahiş etmişdir. O, Sadiqə demiş ki, Qoxmuq kəndinə ət almağa gedir. Buna baxmayaraq Sadiq avtomobilə əyləşmiş və demiş ki, Qoxmuq kəndində düşüb başqa avtomobil ilə gedərəm. Sadiq avtomaşına əyləşdikdən sonra 50 metr yol qət etmişlər ki, Şəki rayonu, Aşağı Şabalıd kənd sakini Zərərçəkmiş şəxs avtomaşına əl edib onu yenidən saxlatmış, həmin vaxt o, Zərərçəkmiş şəxs də Qoxmuq kəndinə ət almaq üçün getdiyini demişdir. Zərərçəkmiş şəxs də Qoxmuq kəndinə kimi gedib, oradan başqa avtomaşına minib gedəcəyini deyib avtomobilə əyləşmişdir. Zərərçəkmiş şəxs sağ arxa tərəfə keçib əyləşdikdən sonra o, yoluna davam etmişdir. Yolda gələrkən fikirləşmiş ki, Qoxmuq kəndində yerləşən ət mağazası ilə Şəki şəhəri arasında elədə uzaq məsafə yoxdur. Ət mağazasından ət aldıqdan sonra Zərərçəkmiş şəxs ilə Sadiqi Şəki şəhərinə aparıb düşürər. Şəki-Qax magistral yolunun Qoxmuq kəndindən keçən hissəsində Şəki şəhəri istiqamətində yolun sol tərəfində yerləşən ət mağazasının qarşısında yolun sağ hissəsində Vaz-2106 markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobili saxlayıb Sadiq ilə Dəmirə demiş ki, siz avtombildə əyləşin ət alıb gəlirəm, gəlib sizi aparıb Şəki şəhərinə düşürəcəm. O, yolun sağ hissəsindən yolun sol hisəsində yerləşən ət mağazasına gedib ət alan zaman geriyə dönüb baxdığında Sadiqin avtomaşından yerə düşüb dayandığını görmüşdür. Sadiqin avtomaşından düşüb yerdə dayanmasını görüb baş-ayaq aldığığına görə onu kömək etməsi üçün ət mağazasının qarşısına çağırmışdır. Bu zaman o, üzü ət mağazasına tərəf dayanıb satıcıya ətin pulunu ödəmişdir. Elə bu vaxt yoldan möhkəm səs gəldiyini eşidib geriyə yola dönüb baxan zaman Sadiq demiş ki, "maşın Dəmiri vurdu" elə deyəndə o, yola dönüb baxdığında, Qazel markalı avtomaşının yolun sağ kənarında olan balaca daşlara dəyərək dayandığını görmüşdür. Ət mağazısının qarşı tərəfində asfalt örtüyün üzərinə baxdığında isə Zərərçəkmiş şəxs asfalt örtüyün ortasında qırıq-qırıq xəttinin yaxınlığında sifət və baş nahiyyəsi qana boyanmış vəziyyətdə yerdə yatdığını görmüşdür. O, dərhal qaçıb Zərərçəkmiş şəxs yerdən qaldırmaq istəmiş, həmin vaxt orada olan şəxslərlə köməkli şəkildə Dəmir Misayevi yolun hərəkət hissəsindən götürüb yolun sağ kənarına qoymuşlar. Orada olan şəxslərdən biri təcili yardıma zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra tanımadığı şəxlər, təcili yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təcili yardım gələrək Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərib onu müayinə üçün Şəki MRX-na aparmışlar. Ondan sonra o, da yaşadığı evə getmişdir. Şahid2 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Şahid2 ibtidai istintaq zamanı oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2019cu il tarixli tibbi müayinə 709 saylı Protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobili idarə edən zaman ayıq olmuşdur. İşdə olan AC 411610 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyası üzrə sürücülük hüququ xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək verilmişdir. İşdə olan Azərbaycan Respubilkası DİN BDYPİ tərəfindən Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Zəfər Cəlilova göndərilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respubilkası DİN BDYPİ-nin X4 İmtahan və Texniki Baxış şöbəsində yaradılmış mərkəzləşdirilmiş kompüter bazasına əsasən məktubda qeyd olunan Şəki rayonu Cəfərabad kəndində eydiyyatda olan, Təqsirləndirilən şəxs 1 saylı Səyyar “Asan” xidmətindən xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibarlılıq müddəti olan “B C” kateqoriyalı AC 411610 nömrəli sürücülük vəsiqəsi almışdır. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-cu il tarixli 28690 nömrəli yol-nəqliyyat hadisələri ekzpertizası rəyinin nəticə hissəsindən görünür ki, Qaz-330210 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərci 100 manatdır. İş üzrə təyin olunmuş Məhkəmə Tibbi Ekspertizası və X5 Təcürbə və X7 rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, 540 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı açıq ağır kəllə beyin travması, hər iki böyük yarımkürə alın paylarında, sol ənsə payında, sağ gicgah payında parenximal qansızma, qansızma, beyin əziyi, sağ alın-gicgahın əzilmiş-cırılmış yarası, hər iki haymor cibləri divarlarından keçən, hər iki etmoid hücrələrdən keçən və sağ orbital lateral divarlarından keçən az yerdəyişməli sınıqları, göz almasını dəlib keçən yarası, tavmatik şok bərk-küt əşyanın (əşyaların) təsirindən törəndiyi, müddət zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun olması, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmədiyi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Psixatiriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 161 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş "Şəki Rayon Mərkəzi Xəstəxanası"publik hüquqi şəxsin Narkoloji Şöbəsinin xx.xx.2020-ci il tarixli 168 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin xəstəxanada qeydiyyatda yoxdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli “İltizam”-dan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bu günə kimi məhkumluğu olmamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli arayış və ona əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü və xx.xx.2016-cı il tarixlərində anadan olmuş X3 və X6 adında iki azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2020-ci il tarixli, 91 saylı Sərəncamdan görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs qəyyumu təyin edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə verilmiş ittihamda özünü tam təqsirli bilmiş, əməlindən peşman olduğunu göstərmişdir. Həmçinin o, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs onların xəstəxanaya çəkdikləri bütün xərcləri ödəmiş, həmçinin onlara maddi yardım da etmişdir. Onlara vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs hər hansı məsuliyyətə cəlb olunmamasını və onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”-nin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizələrini məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını qanuni, ədalətli və əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət məsələsinin müəyyən edilməsi və tədbir görülməsi üçün iş üzrə çıxarılmış qərar Şəki ŞRPŞ-nın DYPB-nə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Müdafiəçi Şəki ŞRPŞ-nə təqdim etdiyi hesabatında bununla bağlı 80 saat vaxt sərf etdiyini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-cı il tarixli, 31 saylı qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Beləliklə ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 480 manat haqq hesablanaraq müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi verilməlidir. İş üzrə maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. 100 manat məbləğində ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖEN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyinə və vurulmuş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə əsasən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə (işinə) xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. 100 manat məbləğində ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖEN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət məsələsinin müəyyən edilməsi və tədbir görülməsi üçün iş üzrə çıxarılmış qərar Şəki ŞRPŞ-nın DYPB-nə göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə dövlət hesabına 480 manat vəsait Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı AZ81UBAZ**********0090AZN001 saylı, VÖEN: ********** hesabına köçürülsün. “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nöməsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22. Qərar apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar