Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-24/2022 17.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1968-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 21-də qeydiyyatda olmaqla tutulan günədək Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 39/8-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CMnin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyətlə, əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə cinayətkar qəsdindən məlumatı olmayan tanışı Şahid2 vasitəsilə tanış olduğu Şəki şəhər sakini Zərərçəkmiş şəxs Suriya Respublikasında gedən döyüşlərdə ölmüş oğlu Mahmud Məmmədovun həmin Respublikada üç azyaşlı övladları X4, X8 və X3 qalmasından və Zərərçəkmiş şəxs nəvələrini geri qaytarmaq istəyindən məlumatı olduqdan sonra Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə sonuncuya nəvələrini sərhəddən kənar qeyri-qanuni yolla Azərbaycan Respublikasına keçirib gətirəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə, 2017-ci ilin sentyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən “Zabitlər Parkı”nda həmin dövr üçün ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 17010 (on yeddi min on) AZN dəyərində 10000 ABŞ dolları, 2017-ci ilin sentyabr ayının sonlarında Bakı-Şamaxı- Yevlax magistral avtomobil yolunun 118-ci kilometrliyində Şamaxı rayonu ərazisində yerləşən “Turist” restoranında həmin dövr üçün ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 8501 (səkkiz min beş yüz bir) AZN dəyərində 5000 ABŞ dolları, 2017-ci ilin oktyabr ayının əvvəllində ünvan 2 ünvanında yerləşən Cabbar Mahmudova məxsus “Halvaçı Mahmud” şirniyyat evində həmin dövr üçün ABŞ dollarının Azərbaycan Respublikası manatına olan məzənnəsi ilə 8501 (səkkiz min beş yüz bir) AZN dəyərində 5000 ABŞ dollar və 2017-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən özünə məxsus “Halvaçı Mahmud” şirniyyat evində 1200 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 35212 (otuz beş min iki yüz on iki) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı Şahid3la Orxanın qayınatası Nurəddin Məmmədovun evində qonaq olmuşlar. Belə olmuş Nurəddin Məmmədov ilə əlaqələri yaranmış, imkan olanda görüşüb çay içmişlər. Belə görüşlərin birində Nurəddin Məmmədov ilə arasında olan söhbət zamanı Nurəddin Məmmədov ona Şəki şəhərində yaşayan Cabbar adlı dostunun oğlu arvadını və üç uşağını götürüb Suriyaya getdiyini və orada öldüyünü demişdir. Zərərçəkmiş şəxs nəvələrinin Suriyadan gətizdirmək istədiyini demişdir. O da Şahid2 “qanuni yolla etmək olar, gərək Zərərçəkmiş şəxs “Qırmızı aypara” cəmiyyətinə müraciət etsin” demişdir. Bir neçə gün sonra isə Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlib onunla görüşüb xahiş etmişdir ki, nəvələrinin Suriyadan gətirilməsinə köməklik etsin. Ona bu işdə köməklik edə bilməyəcəyini demişdir. Bir müddət sonra Nofəl ilə çay içib söhbət edərkən Zərərçəkmiş şəxs yenə ona zəng edib nəvələrinin gətirilməsinə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt yanında olan Şahid1 məsələnin nə olduğunu bildikdən sonra özünün bu işlə məşğul olduğunu, problem olmadığını demişdir. O da Nofələ inanmışdır. Nofəl bu işin içində olduğunu, bir neçə nəfərin Azərbaycana gətirilməsində başqa şəxslərə köməklik etdiyini demişdir. Əvvəl yuxarı məbləğ desə də, sonradan bu iş üçün 20000 ABŞ dolları pul istəmişdir. O da zəng vurub Zərərçəkmiş şəxs Şahid1 dediyi kimi demişdir. Həmçinin o, Zərərçəkmiş şəxs demişdir ki, “Şahid1 avans olaraq yarı pulu istəyir”. Təxminən bir həftədən sonra Zərərçəkmiş şəxs ona 10000 ABŞ dollarını düzüb qoşduğunu demişdir. Zərərçəkmiş şəxs ilə Şamaxı şəhərində görüşmək qərarına gəlmişlər. Şamaxı şəhərində yerləşən “Turist” restoranında görüşüb 10000 ABŞ dolları pulu ondan götürmüşdür. O, Şamaxı şəhərinə tək getmiş, Zərərçəkmiş şəxs da tanımadığı sürücüsünün Mercedes markalı avtomobili ilə gəlmişdir. Sürücü avtomobildə əyləşmiş, Zərərçəkmiş şəxs ilə “Turist” restoranında çay içmiş, elə həmin vaxt Zərərçəkmiş şəxs 10000 ABŞ dolları pulu ona vermişdir. Bundan sonra onlar ayrılmış, o, Bakı şəhərinə qayıtmışdır. Sabahı gün Şahid1 ilə görüşmüş, 10000 ABŞ dollarını Şahid1 vermişdir. Nofəl pulu ondan götürdükdən sonra birlikdə Binəqədi rayonu ərazisində yerləşən 8-ci mikrorayona getmişlər. Nofəl bir binaya qalxıb düşmüş, guya ondan götürdüyü pulu kiməsə göndərmişdir. Şahid1 yaşayış binasına qalxıb düşdükdən sonra onlar ayrılmışlar. Təxminən bundan bir ay sonra Şahid1 ona zəng edib pulun qalan hissəsini tələb etmişdir. O da Zərərçəkmiş şəxs zəng edib pulun qalan hissəsinin hazır olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs da 5000 ABŞ dolları hazır etdiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs sözünə əsasən Səbail rayonu Badamdar qəsəbəsində yerləşən çörək sexinə gedib orada onunla görüşmüşdür. Zərərçəkmiş şəxs 5000 ABŞ dollar pulu ona vermişdir. Həmin gün axşam Şahid1 ilə görüşmüş, onun avtomobilində 5000 ABŞ doları pulu sonuncuya vermişdir. Nofəl pulu ondan götürdükdən sonra birlikdə yenə də Binəqədi rayonu ərazisində yerləşən 8-ci mikrorayona getmişlər. Nofəl ondan götürdüyü pulu guya kiməsə göndərmək məqsədilə yaşayış binasına qalxıb düşmüşdür. Bir müddət sonra Şahid1 ona zəng etmiş və onlar görüşmüşlər. Şahid1lə söhbət zamanı Dəməşq şəhərində atışma olduğunu, dostunun yaralandığını, uşaqları gətirə bilmədiyini demişdir. Səhəri gün Nofəli Şəki şəhərinə gətirmiş, Zərərçəkmiş şəxs halva sexində onunla görüşmüş, Nurəddin Məmmədov da orada olmuşdur. Şahid1 göstərib Zərərçəkmiş şəxs nəvələrini gətirəsi olan adam olduğunu, pulu ona verdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs Şahid1 ilə danışmağa başlamış və Nofəl ona danışdığı kimi guya Dəməşq şəhərində olduğunu, atışmada olduğunu, əllərini göstərib silah əllərini qabar etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs demişdir ki, “sənin mənə verdiyin 15000 ABŞ dolları pulu Şahid1 vermişəm”. Təxminən iki-üç gün sonra Nofəl qalan 5000 ABŞ dolları istəmişdir. O, Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişdir. Cabbar da etiraz etməyib səhəri gün Bakı şəhərinə gəlib 5000 ABŞ dolları pulu ona vermişdir. O da həmin pulu Şahid1lə görüşüb ona vermişdir. Bu dəfə də Nofəl pulu ondan götürdükdən sonra birlikdə Binəqədi ərazisində yerləşən 8-ci mikrorayona getmişlər. Guya Nofəl ondan götürdüyü pulu kiməsə göndərəcəkdi. Təxminən 15 gündən sonra Zərərçəkmiş şəxs ona zəng edib Şahid1 zəng çatmadığını demişdir. Şahid1 telefonuna zəng çatmadığı üçün onunla əlaqə saxlaya bilməmişdir. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs dostu Nurəddin və Orxanla birlikdə Bakı şəhəri Bakıxanov qəsəbəsində onunla görüşüb Nofəlin burada olduğunu və gələcəyini bildirmişdir. Bir qədər sonra Şahid1 onların yanına gəlmiş, Şahid1 20000 ABŞ dollarını aldığını etiraf etmişdir. Zərərçəkmiş şəxs da demiş ki, mənə təcili 5000 ABŞ dolları pul lazımdır. Şahid1 pul olmadığına görə həmin an Zərərçəkmiş şəxs 5000 ABŞ dolları pul vermiş və Şahid1 “mənim pulumu qaytararsan” demişdir. Orxan, Nurəddin və Zərərçəkmiş şəxs ona “sən narahat olma, qalan pulu Nofəldən alacağıq” demişlər. Bundan sonra işi ilə əlaqədar bir ildən artıq müddətdə İranda, Türkiyədə və Ukraynada olmuşdur. Elə hesab etmişdir ki, Şahid1 Zərərçəkmiş şəxs pullarını qaytarmışdır. 20000 ABŞ dollarını Zərərçəkmiş şəxs ona vermiş, o da həmin pulu Şahid1 vermişdir. Zərərçəkmiş şəxs nəvələrinin Suriyadan gətirilməsinə söz verməmişdir. Ona bu barədə Şahid1 söz vermişdir. Sonradan Şahid1 demişdir ki, “uşaqları tapmışam gətirirəm, onların əynində paltarları yoxdur, paltar almaq üçün pul lazımdır”. O da bunu Zərərçəkmiş şəxs demiş, Cabbar 1200 manat pul vermiş, o da həmin pulu Şahid1 vermişdir. Nofəl ifadəsində tam yalan göstərmişdir. Zərərçəkmiş şəxs aldığı 20000 ABŞ dollarını və 1200 manatı ona vermişdir. Nofəli Şəki şəhərində Zərərçəkmiş şəxsla görüşdürmüş, həmin vaxt Nofəl təsdiqləmişdir ki, pul və bütün işlər hamısı onluqdur. Belə də razılaşma olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yolun kənarında onlar avtomobilin içərəsində əyləşdikləri vaxtda Zərərçəkmiş şəxs 100 manat pulu şəxsən Şahid1 vermişdir. O, Şahid1 dediklərinə əsasən Zərərçəkmiş şəxs ilə söhbət edib məsələnin həlli üçün 20000 ABŞ dolları və 1200 manat pulu alıb Şahid1 vermişdir. Zərərçəkmiş şəxs Şahid1 əvəzindən 5000 ABŞ dolları pul versə də Nofəl həmin pulu bu günə kimi ona qaytarmamışdır. O, ilk dəfə 2017-ci ilin sentyabr ayının əvvəllərində Şamaxı şəhərində yerləşən “Turist” restoranında Zərərçəkmiş şəxs ilə görüşüb 10000 ABŞ doları pulu və uşaqların sənədlərini ondan almışdır. 2017-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində 5000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs almışdır. 2017-ci ilin oktyabr ayının əvvəllərində 5000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs məxsus halva sexində, 2017-ci ilin oktyabr ayının sonlarında yenə Zərərçəkmiş şəxs halva sexində uşaqlara paltar almaq üçün 1200 manat pulu alıb Şahid1 vermişdir. Zərərçəkmiş şəxs aldığı bütün pulları bir gün ara verməklə şəxsən Şahid1 vermişdir. Yaxın günlərdə, o, 5000 manat zərərçəkmiş şəxsə ödəmişdir. Ümumi zərərdən 5000 dollar və 5000 manat Zərərçəkmiş şəxs qaytarmışdır. Qalan pulu da yaxın vaxtlarda ödəyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərdi ki, 2012-ci ildə oğlu Mahmud Məmmədov birinci nikahından olan oğlu və qızını, eyni zamanda ikinci həyat yoldaşı Gülyaz və Gülyazdan olan bir qız övladını götürüb Suriya Respublikasına gedərək orada yaşamışdır. Bir müddət oğlu Mahmud Məmmədov zəng edib onlarla hal-əhval etmişdir. 2013-cü ilin may ayında oğlu X5 gedən döyüşlər zamanı həlak olmasını öyrənmişdir. Mahmud Məmmədovun ölməsini öyrəndikdən sonra gəlini və üç nəvəsini yanına gətirmək qərarına gəlmiş, nəvələrini Suriyadan gətirməyin yollarını axtarmışdır. Təxminən 2017-ci ilin sentyabr ayında uzun illər dostluq etdiyi Şahid2 ilə görüşən zaman başına gələn hadisəni danışmışdır. Həmin söhbət zamanı Şahid2 Hacı Rahib adlı tanışı olduğunu və bu barədə həmin şəxslə söhbət edib ona bir söz deyəcəyini bildirmişdir. Nurəddin ilə aralarında olan bu söhbətdən bir neçə gün sonra ona zəng edib Rahiblə danışıb-danışmadığını soruşmuşdur. Şahid2 Rahib ilə danışdığını və bu işdə ona köməklik edə biləcəyini bildirmişdir. O, Nurəddindən xahiş etmişdir ki, onu Rahiblə tez bir zamanda görüşdürsün. Bir neçə gün sonra Nurəddin ilə birlikdə Bakı şəhərinə gedib Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağı” adlanan istirahət parkında Təqsirləndirilən şəxsla görüşmüş və başına gələn hadisəni ona danışmışdır. Bu, onun Rahiblə birinci görüşü olmuşdur. Rahiblə aralarında olan söhbət zamanı Rahib ona əlinin hər yerə çatdığını, nəvələrini 10-15 günə Suriya Respublikasından Azərbaycan Respublikasına gətirəcəyinə söz vermişdir. 20000 ABŞ dollarına razılaşmışlar. Rahiblə arasında olan söhbət belə olmuşdur ki, pulun bir hissəsini qabaqcadan, bir hissəsini nəvələri gətirildikdən sonra verəcəkdi. O, Təqsirləndirilən şəxsla söhbət etdikdən sonra dostu Nurəddin ilə birlikdə Şəki şəhərinə qayıtmışdır. Bir neçə gün ərzində 10000 ABŞ dolları pulu düzüb-qoşmuş və Nurəddin ilə birlikdə yenidən Bakı şəhərinə qayıtmışdır. Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağ”ında yenə Təqsirləndirilən şəxsla görüşmüş, 10000 ABŞ dolları pulu Rahibə vermişdir. Rahib ondan pulu aldıqdan sonra Aşura gününə kimi nəvələrini Bakıya gətirəcəyinə söz vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng etmiş, 5000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Bir neçə günə 5000 ABŞ dolları pulu hazır edib Təqsirləndirilən şəxs zəng edib pulun hazır olmasını demiş, Rahib də pulu götürmək üçün Şəki şəhərinə gələcəyini demişdir. O, Təqsirləndirilən şəxs Şəkinin yolu uzaq olduğunu, “sən gəl Şamaxıya, mən də həmin yerə gəlim, orada görüşək” demişdir. Onlar belə də etmişlər. O, Şamaxı şəhərinə gedib yolun kənarında yerləşən “Turist” restoranında Rahib ilə görüşmüş, 5000 ABŞ dollarını ona vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs yenə ona zəng edib təcili olaraq 5000 ABŞ dolları pul verməsini tələb etmişdir. Rahib ilə söhbətindən 5-6 gün sonra Rahib yanında bir nəfər tanımadığı, sonradan “Nofəl” olduğunu bildiyi və dostu Nurəddin ilə birlikdə onun halva satılan mağazasına gəlmişlər. Görüş zamanı Rahib yanında gələn Nofəl ilə onu tanış edib nəvələrini Suriyadan gətirəcək şəxsin Nofəl olduğunu bildirmişdir. Mağazada əyləşib söhbət etdikdən sonra qərara gəlmişlər ki, yemək yesinlər. Onlar qalxıb gedəndə Nurəddin, Nofəl və Rahib birlikdə çölə çıxmışlar. Onlar çölə çıxdıqdan sonra Rahib dərhal otağa qayıdıb pulu istəmiş, o da əvvəlcədən hazırladığı 5000 ABŞ dollarını otaqda Rahibə vermişdir. Nofəl ilə Nurəddin çöldə olduğundan onun Təqsirləndirilən şəxs 5000 ABŞ dolları pul verməsini görməmişlər. Onlar birlikdə yemək yedikdən sonra Rahib ilə Nofəl çıxıb getmişlər. Bundan 15-20 gün sonra Rahib ona zəng edib nəvələrinin əyinlərində olan paltarların pis olduğunu, onlara paltar alınması üçün yenidən pul istəmişdir. Həmin vaxt da onun 1200 manat pulu olmuşdur. Təqsirləndirilən şəxs 1200 manat pulu olduğunu demişdir. Təqsirləndirilən şəxs da pulu ondan götürmək üçün Şəki şəhərinə gələcəyini demişdir. Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən ona məxsus halva mağazasına gələrək onunla orada görüşüb nəvələrinə paltar alacağı bəhanəsi ilə ondan 1200 manat pulu alıb getmişdir. Rahib ondan pulu alıb gedərkən 2-3 günə kimi nəvələrini gətirib ona təhvil verəcəyinə söz vermişdir. Bu söhbətin üstündən bir müddət keçdikdən sonra Rahib “Nofəl” adlı şəxslə Şəki şəhərinə onun halva satılan mağazasına gəlib onunla görüşmüşlər. Görüş zamanı Nofəl ona nəvələrini gətirməsi üçün etibarnamə verməli olduğunu demişdir. O, Şahid1 etibarnamə vermək məqsədi ilə Şəki şəhərində və ətraf rayonlarda olan notariuslara getsə də, açıq yer tapa bilməmişdir. Bu səbəbdən Nofələ etibarnamə verə bilməmişdir. Belə olmuş, onlarla birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gec çatdıqlarına görə orada da açıq olan notarius tapa bilməmişlər. Bu zaman həmin şəxslər təkidlə ona ağ vərəqə imza etdirib qalan məsələləri özləri həll edəcəklərini bildirmişlər. O, məcbur qalıb onların verdiyi ağ zərfə imza etmişdir. Həmin vaxt Şahid1 ona mobil nömrəsini də vermişdir. Rahib ilə Nofəl onu Səbail rayonu, Badamdar qəsəbəsində bacısı oğlunun çörək sexinin yaxınlığında düşürəndə o, etibarnamə məsələsi ilə bağlı görüləcək işlərə görə onlara 100 manat da pul vermişdir. Səhəri gün yaşadığı Şəki şəhərinə qayıtmışdır. Həmin ərəfələrdə həyat yoldaşının gəlini Gülyaz ilə “WhatsApp” proqramı ilə danışmasını öyrənmiş və Rahibin onu aldatmasından şübhələnmişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan sonra onun telefon zənglərini açmamışdır. Belə olmuş, o, dostu Şahid2 kürəkəni Şahid3 zəng edib bu barədə məlumat vermiş və həmin şəxsləri onun üçün tapmasını xahiş etmişdir. Şahid3 1-2 günə onu həmin şəxslərlə görüşdürəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra Şahid3 ona zəng edib Nofəl ilə Rahibi tapdığını demişdir. Belə olmuş, o Şahid2 da götürüb Bakı şəhərinə getmişdir. Bakı şəhərində tanımadığı bir yerdə Şahid3 ilə görüşüb bir kafedə əyləşmişlər. Onlar kafedə əyləşən zaman Şahid3 Nofəl ilə Rahibə zəng etmiş, həmin şəxslər də onlar əyləşdikləri yerə gəlmişlər. Görüş zamanı, o, Rahib ilə Nofələ ona yalan danışıb onu aldatdıqlarını və ondan alınan pulu geri vermələrini tələb etmişdir. Səhəri gün yenə həmin tanımadığı kafeyə Şahid2 ilə birlikdə getmişlər. Onlar orada olan zaman Şahid3 Rahib ilə Nofəli zəng edib onların yanına gətirmişdir. Rahib 5000 ABŞ dolları pulu ona geri qaytarıb ondan aldığı qalan pulları da qısa vaxt ərzində qaytaracağını demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Nofəlin deməyinə görə, guya nəvələrini sərhəddən keçirərkən atışma olmuş, tanışları Ruslan adlı şəxs öldürülmüşdüt. Onun nəvələrini “Qırmızı Xaç” komitəsi vasitəsilə gətirəcəklər. Bu işdə onlara Rusiya səfirliyində işləyən”Kostya” adlı şəxs köməklik edəcək. Bu söhbətdən sonra Nofəl və Orxanla birlikdə X13 Komitəsinin Azərbaycandakı nümayəndəliyinə getmişlər. Orada Nofəl onları Elnur adlı əməkdaş ilə görüşdürmüşdür. Elnur onlara bildirmiş ki, hər gün onlar kimi 20-30 nəfər müraciət edən şəxslər vardır. Nofəl onun adından ərizə ilə müraciət edərək onun xəstə olduğuna görə gələ bilmədiyini, uşaqların qaytarılmasını xahiş etmişdir. Bundan sonra Rahib və Nofələ dəfələrlə zəng edib pulunun geri qaytarılmasını tələb etmiş, Nofəl torpaq sahəsinin olduğunu, satılanda pulun qaytarılmasında Rahibə köməklik edəcəyini bildirmişdir. Ona vurulan ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 5000 dollar və 5000 manat ona pul qaytarmışdır. Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ondan Suriyada olan qohumlarını gətizdirməyə köməklik etmək istəmişdir. O da X13 Cəmiyyətinə müraciət edilməli olduğunu demişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxsla birlikdə Şəki şəhərinə gəlmiş və tanımadığı iki nəfər şəxslə “Halvaçı Mahmud” adlanan halva sexində görüşmüşlər. Sonradan görüşdüyü şəxslərin birinin adı Cabbar, digərinin isə Nurəddin olmasını öyrənmişdir. Halva sexində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona göstərib nəvələri Suriyada qalan Zərərçəkmiş şəxs olduğunu, ona kömək etmək lazım olduğunu demişdir. O da həmin vaxt Zərərçəkmiş şəxs ilə söhbət edən zaman “nəvələrini X13 Cəmiyyətinin və Qızıl Aypara cəmiyətinin köməkliyi ilə Azərbaycana gətirmək olar” demişdir. Bunun üçün şəkillər, şəxsiyyət vəsiqələri və beş nəfər yaxınlarının telefon nömrələri lazımdır. Zərərçəkmiş şəxs Bakı şəhərinə gedib-gəlməməsi üçün etibarnamə verməyini xahiş etmişdir. Sonradan bilmişdir ki, Cabbarın nəvələri üzərində heç bir hüquqi yoxdur. Belə olmuş, Cabbar ona etibarnamə verə bilməmişdir. Onlar günorta yeməyini yedikdən sonra Qırmızı Xaç Cəmiyyətinə müraciət etmək üçün Rahib və Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə getmişlər. Qırmızı Xaç Cəmiyyətində işləyən Elnur adlı şəxsə zəng vurmuş və ona əvvəlcədən məlumat vermişdir ki, Zərərçəkmiş şəxs nəvələrinə görə müraciət etməsi üçün onun yanına gətirəcək. Elnur da dörd gündən sonra işdə olacağını demişdir. Zərərçəkmiş şəxs Şəkiyə qayıtmış, o isə ona verilən sənədləri aparıb Elnura təqdim etmişdir. Bundan bir müddət keçəndən sonra Orxanla Binə qəsəbəsində görüşəndə Orxan ona Təqsirləndirilən şəxsla birlikdə onun qayınatasının dostu Cabbardan 20000 ABŞ dolları pul aldıqlarını demiş, o isə pul məsələsindən məlumatı olmadığını demişdir. Şahid3 da “Təqsirləndirilən şəxs zəng et, bir yerdə görüşək” demişdir. Onlar birlikdə Bakıxanov ticarət mərkəzinin yaxınlığında “Qəlyan” çay evinə getmişlər. Bir qədər sonra o, Təqsirləndirilən şəxs əyləşdikləri yeri demiş, Rahib də bir neçə dəqiqə sonra həmin yerə gəlib onlarla görüşmüşdür. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxsla görüşüb məsələni həll edəcəyini demişdir. O da Şahid3, onun qayınatası Nurəddinə və Zərərçəkmiş şəxs sabahı gün 10 radələrində görüşüb birinci Qırmızı Xaç Cəmiyyətinə gedəcəklərini, oradan da keçib Təqsirləndirilən şəxsla görüşüb öz məsələlərini həll etmələrini tövsiyə etmişdir. Sabahı gün o, Orxan, Nurəddin Məmmədov, Cabbar və Rahiblə birlikdə Qırmızı Xaç Cəmiyyətinə getmişlər. Orada Elnur adlı şəxslə onları görüşdürmüş və təqdim etdiyi sənədləri bu şəxslərin adına keçirilməsini xahiş etmiş və məsələ ilə bağlı onlarla əlaqə saxlanılmasını demişdir. Sonradan Zərərçəkmiş şəxs, Orxan, Rahib və Nurəddinlə birlikdə restoranda yemək yemişlər. Həmin vaxt Rahib cibindən 5000 ABŞ dolları çıxarıb Zərərçəkmiş şəxs təqdim etmiş və onların yanında “bu pul məsələsinə Nofəlin aidiyyəti yoxdur, bütün məsələni, o, özü həll edəcəyini” demişdir. Üstündən 3-4 gün keçəndən sonra Orxan ona zəng vurmuş və Təqsirləndirilən şəxs zəng çatmadığını demişdir. X6 yaşadığı evə getmiş, ailə üzvləri onun harada olmasını bilmədiklərini demişlər. Təqsirləndirilən şəxsla birlikdə Şəki şəhərinə gələndə Zərərçəkmiş şəxs nəvələrini ancaq Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə gətirilməsi mümkün olduğunu demişdir. O, Zərərçəkmiş şəxs bu işləri görməyə söz verdiyinə görə Zərərçəkmiş şəxs və onun dostu X14 Cəmiyyətinə aparmışdır. Zərərçəkmiş şəxs şəxsi işi olduğuna görə həmin gün onlarla birlikdə Bakı şəhərinə getmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə Şəki şəhərinə gəlib-getmişdir. X9 pul almasından xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs və digərlərinə Suriya Respublikasında olduğunu, uşaqları gətirmək istəyən zaman atışma olması və bir nəfər şəxsin ölməsi və sair bu kimi sözlər deməmişdir. Təqsirləndirilən şəxs ondan etdiyi xahişə əsasən Zərərçəkmiş şəxs kömək etmək istəmişdir. Zərərçəkmiş şəxsla Rahibin uşaqların gətirilməsi ilə bağlı Şəki şəhərində söhbətini eşitsə də, onların arasında pulla bağlı olan söhbətlərini eşitməmişdir. Rahib ona Cabbardan pul aldığını deməmişdir. Orxan bu işə qarışandan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20000 ABŞ dolları pul aldığını bilmişdir. Zərərçəkmiş şəxs əvvəl özü də Təqsirləndirilən şəxs xatir onun adından Qırmızı Xaç Cəmiyyətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs özünü Qırmızı Xaç cəmiyyətinə aparmış və orada da nəvələrinin gətirilməsi ilə özü maraqlanmasını xahiş etmişdir. Ondan sonra işin nəticəsi ilə maraqlanmamışdır. Zərərçəkmiş şəxs ona 100 manat pul verməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə uzun illər dostluq münasibəti olmuş, bir-birilərinin evinə gediş-gəlişləri olmuşdur. Zərərçəkmiş şəxs oğlu Mahmud Məmmədovun ailəsini götürüb Suriya Respublikasına getdiyini, döyüşlər zamanı orada ölməsini, onun Suriyada ölməsindən sonra yoldaşı və üç övladı orada qalmasından, Zərərçəkmiş şəxs da nəvələrini yanına gətirmək istəyindən xəbəri olmuşdur. Təqsirləndirilən şəxs kürəkəni Şahid3 görə tanımışdır. Təqsirləndirilən şəxs ona Bakı şəhərində görüşüb söhbət edən zaman hər bir yerdə tanışı olduğunu və bütün işlərində ona köməklik edə biləcəyini demişdir. O da Zərərçəkmiş şəxs ona Suriya məsələsinə köməklik edə bilən bir tanışı olduğunu demiş, Zərərçəkmiş şəxs razılıq verdikdən sonra o, Təqsirləndirilən şəxs zəng edib məsələ haqqında məlumat vermiş və “kömək edə bilərsənsə Bakı şəhərinə gəlib söhbət edək” demişdir. Aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə gedib Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Parkı” adlanan yerdə görüşmüş və Cabbarla Rahibi tanış etmişdir. Onlar söhbət edən zaman Zərərçəkmiş şəxs başına gələn hadisəni Rahibə danışmışdır. Rahib də Zərərçəkmiş şəxs onun yaxşı tanışları olduğunu və onların vasitəsi ilə nəvələrini Suriya Respublikasından gətirəcəyinə söz vermiş, bu işə görə 20000 ABŞ dolları pul lazım olduğunu demişdir. Cabbarla Rahib öz aralarında danışıb pulun bir hissəsini başdan, qalan hissəsini isə işin sonunda verilməsi ilə razılaşmışlar. Bakı şəhərindən qayıtdıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edib pulun bir hissəsini hazır etdiyini, Bakı şəhərinə gedib Təqsirləndirilən şəxs pulu verib qayıtmaq istədiyini demişdir. O, Zərərçəkmiş şəxs pul az-az verməsini məsləhət bilmiş, lakin Cabbar onun sözünə məhəl qoymamışdır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağı” adlanan yerdə onlar Təqsirləndirilən şəxsla görüşmüşlər. Sonradan Cabbar ona axşam oteldə olarkən demişdir ki, “10000 ABŞ dolları pulu Rahibə verdim”. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üç nəvəsini Azərbaycana gətirəcəyinə söz vermişdir. Bundan sonra Cabbar ilə birlikdə Şəki şəhərinə qayıtmışlar. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda iki dəfəyə 5000 ABŞ dolları pul verməklə, ümumilikdə ona 20000 ABŞ dolları pul vermişdir. Rahib və Nofəllə Şəki şəhərində Cabbarın halva dükanında görüşmüşlər. Rahib onlarla görüşən zaman yanında gətirdiyi Şahid1 onlara Zərərçəkmiş şəxs nəvələrini Suriyadan gətirəcək şəxsin olduğunu demiş və onları Şahid1lə tanış etmişdir. Lakin bir müddət sonra Cabbar ona Təqsirləndirilən şəxs zəng etdiyini və Rahibin telefona cavab vermədiyini demişdir. O da Təqsirləndirilən şəxs zəng etmiş, lakin, Rahib onun da zənginə cavab verməmişdir. O da kürəkəni Şahid3 zəng edib Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat vermiş və Zərərçəkmiş şəxs pulunun qaytarılmasına köməklik etməsini xahiş etmişdir. Şahid3 Təqsirləndirilən şəxs tapılmasına köməklik edəcəyini demişdir. Nofəl, Rahib, kürəkəni Orxan və Zərərçəkmiş şəxsla birlikdə görüşən zaman Təqsirləndirilən şəxs 5000 ABŞ dolları pulu Cabbara geri qaytarmış və pulun qalanını isə qısa zamanda qaytaracağına söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxsla Şahid1 onları “Qırmızı Xaç” komitəsinə aparmışlar. Orada Elnur adlı əməkdaş ilə görüşüb söhbət edən zaman həmin şəxs onlar kimi gün ərzində 20-30 nəfərin müraciət etdiyini, uşaqların qaytarılması vaxtını dəqiq bilmədiyini demişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. İbtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, dələduzluq faktına görə 20 fevral 2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 22 may 2021-ci il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda Bakı İstintaq Təcritxanasında saxlanılır. Mahiyyəti üzrə bildirmirmiş ki, Şəki şəhər sakini Şahid2 onun qayınatasıdır. Şəki şəhər sakini Zərərçəkmiş şəxs qayınatası Şahid2 vasitəsi ilə tanımışdır. Onlar uzun müddət dost olmuşlar. Təqsirləndirilən şəxs isə 2017-ci ilin əvvəllərindən tanımış, onunla yaxın tanışlıq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ilə onun arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Eləcə də onlar arasında pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. Şahid1 isə təxminən 2016-cı ildən tanımış, həmin şəxslə tanışlıq münasibəti olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin, pul və ya əmlakla bağlı mübahisələri olmamışdır. 2017-ci ilin yay mövsümü olarkən qayınatası Nurəddin ona zəng edərək Şəki rayonunda torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istədiyini, bu işdən başıçıxan adam tapmasını xahiş etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edən zaman həmin şəxs ona dəfələrlə əli hər yerə çatdığını, bütün problemləri həll etməyə qadir olduğunu, müxtəlif orqanlarda yaxın tanışları olduğunu demişdir. Buna görə o, Təqsirləndirilən şəxs qayınatası Nurəddinin Şəki rayonunda torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini sənədləşdirmək istədiyini demişdir. Təqsirləndirilən şəxs da ona “heç bir problem yoxdur, gedək torpaq sahəsinə baxaq” demişdir. Belə olmuş 2017-ci ilin yay mövsümündə Təqsirləndirilən şəxsla birlikdə Şəki şəhərinə getmişlər. Qayınatası Nurəddin ona həmin torpaq sahəsini göstərmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinə baxmış və Bakı şəhərinə gedib nazirlik ilə əlaqə saxlayıb torpağın sənədləşməsinə köməklik edəcəyini və həmin torpağın sənədləşməsinin təxminən 5000-10000 manat xərci olacağını demişdir. Rahib bir neçə gündən sonra qayınatasına zəng edib demişdir ki, torpağın ilkin sənədləşməsi işinə 5000 manat pul lazımdır. Qayınatası Nurəddin də ona o qədər pulu olmadığını, 1000 manat düzüb-qoşa biləcəyini demişdir. Bu səbəbdən qayınatasının torpağının sənədləşmə məsələsi qalmışdır. Bu söhbətdən təxminən üç ay sonra qayınatası Nurəddin zəng edib demişdir ki, “Təqsirləndirilən şəxs onun dostu Zərərçəkmiş şəxs hissəhissə olmaqla, ümumilikdə 20000 dollar pul almışdır ki, onun Suriyada olan nəvələrini gətirib gəlsin. Lakin Təqsirləndirilən şəxs vədini əməl etməyib Cabbarın pulunu mənimsəmişdir. İndi də Rahibi tapa bilmirlər. Onun tapılmasına köməklik et”. X7 Rəhimovun «Mercedes B600» markalı avtomobil ilə gəldiyini demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin avtomaşın tanışı Nofələ məxsusdur. Nofəl də onun vasitəsilə Rahibi tanımışdır. Belə ki, o, Rahib və digər tanışları ilə birlikdə əyləşib yeyib-içən zaman Nofəl gəlib ora çıxmış, belə olmuş onunla tanış olmuşlar. O, sabahı gün Şahid1 zəng edib onunla görüşmüş və Şəkiyə nəyə görə getməsini soruşmuşdur. Həmin şəxs əvvəl Şəkiyə getməsini demək istəməmiş, lakin sonra Təqsirləndirilən şəxsla həqiqətən Şəki şəhərinə getdiyini demişdir. Şahid1 guya kənarda dayanmış, Zərərçəkmiş şəxs ilə Rahibin arasında olan söhbəti eşitməmişdir. Lakin sonradan Cabbarın deməsindən sonra həqiqətən də Rahiblə Zərərçəkmiş şəxs söhbət edərkən Nofəl də onların yanında olmuşdur. Zərərçəkmiş şəxs Rahibə pul verdiyini, lakin nə qədər pul verdiyini bilmədiyini demişdir. Nofəl bildirmişdir ki, guya Rahibin Zərərçəkmiş şəxs aldadaraq pulunun ələ keçməsində onun rolu olmamışdır. O, Nofəlin vasitəsi ilə Rahibin yaşadığı evini tapmış, lakin o evdə olmamış, evlərindən nömrəni götürüb telefonla əlaqə saxlayarkən Təqsirləndirilən şəxs “kənarda olduğunu, 3-4 günə gələrəm görüşərik” demişdir. Həmin vaxtdan 3-4 gün sonra Təqsirləndirilən şəxs ilə görüşərkən həmin şəxs ona guya Suriyadan gəldiyini, Cabbarın nəvələrinin gətirilməsi məsələsini həll etdiyini demişdir. O da Təqsirləndirilən şəxs “nağıl danışma, Zərərçəkmiş şəxs aldada bilərsən, amma məni aldada bilməzsən” demişdir. Təqsirləndirilən şəxs “qayınatası Nurəddini ortada qoyduğunu, Zərərçəkmiş şəxs onun qayınatasından əl çəkmədiyini, aparıb Zərərçəkmiş şəxs pulunu qaytarmasını tələb etmiş, əks halda polisə şikayət etdirib onu tutduracağını” demişdir. Təqsirləndirilən şəxs da demişdir ki, guya pul Nofəldədir. Nofəl isə Təqsirləndirilən şəxs demişdir ki, guya pulu qırmızı xaç cəmiyyətinə verib ki, uşaqların gətirilməsinə kömək etsinlər. Bundan sonra Zərərçəkmiş şəxs Bakı şəhərinə çağırmış, Nofəl ilə birlikdə Qırmızı Xaç çəmiyyətinə getmişlər. Zərərçəkmiş şəxs ilə o içəri daxil olub maraqlanan zaman orada onlara bildirmişlər ki, kiminsə Suriyadan və ya başqa dövlətdən gətirilməsi üçün onlar pul almır, yəni qırmızı xaç cəmiyyətinə bununla bağlı pul verilməyibdir. Orada olan işçilərdən biri demişdir ki, “Nofəl” adlı şəxs üç uşağın sənədlərini gətirib təqdim edərək həmin uşaqların Suriyada olduğunu, atasının öldüyünü bildirib, uşaqların gətirilməsinə köməklik edilməsini xahiş etmiş və uşaqların babası Zərərçəkmiş şəxs xəstə olduğundan gələ bilmədiyini bildirmişdir.Oradan çıxandan sonra Şahid1 ilə Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs pulunu qaytarmadığınız halda polisə müraciət edəcəyik, ikiniz də tutulacaqsınız” demişdir. Bundan sonra həmin şəxslər bir həftəyə pul verəcəklərini bildirmişlər. Təxminən bir həftədən sonra Zərərçəkmiş şəxs və qayınatası Nurəddin Bakı şəhərinə gəlmişlər. Onlarla birlikdə Rahib və Nofəllə görüşüb Mərkəzi Qan bankının yaxınlığındakı kafeyə getmişlər. Orada birlikdə əyləşib nahar etmişlər. Yemək yeyəndən sonra Rahib əynində olan idman gödəkçəsinin sol iç cibindən xarici valuta olan dollar çıxarıb Zərərçəkmiş şəxsyə verib «say» demişdir. Zərərçəkmiş şəxs də pulu götürüb saymış və “5000 dollar olduğunu, bəs pulun qalanı hanı?” demişdir. Təqsirləndirilən şəxs and içmişdir ki, “alacağı var, 2-3 günə kimi alıb, gələn həftə görüşüb pulun qalan hissəsini verəcək”. Zərərçəkmiş şəxs əsəbləşib pulun hamısını tələb etmiş, Rahib və Nofəl and içmişlər ki, “narahat olma gələn həftə qalan pulu verəcəyik”. Cabbar da əlacsız qalıb razılaşmış, bundan sonra o, qayınatası Nurəddini və Zərərçəkmiş şəxs avtovağzaldan Şəki rayonuna yola salmışdır. Təxminən 2-3 gündən sonra, o, Rahibə zəng etmiş, lakin onun telefonu bağlı olmuşdur. Sonra o, telefonu açdıqda, o əsəbləşib Təqsirləndirilən şəxsla kobud danışmışdır. Həmin gün axşam Rahib qayınatası Nurəddinə zəng edərək “kürəkənin Orxan kobudluq edir, narahat olma, İrandayam, 1-2 günə kimi qayıdıb gəlib qalan pulu verəcəyəm” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ümumiyyətlə zəng çatmamış və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tapa bilmədiyi üçün, o, Nofəllə görüşmüş, həmin şəxs and-aman etmişdir ki, bu işdə guya onun heç bir rolu yoxdur. Nofəl pulu Təqsirləndirilən şəxs aldığını, Rahib gəlib çıxsa ona sözünü deyəcəyini bildirmişdir. Həmçinin Şahid1 ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi 5000 ABŞ dolları pulun 2000 dollarını o verdiyini demişdir. O da Nofələ demişdir ki, Rahib Zərərçəkmiş şəxs aldığı puldan ona verməmişdirsə, o, nə üçün Rahibə 2000 dollar pul vermişdir. Şahid1 də demişdir ki, “Rahib xahiş etdiyi üçün 2000 dollar pulu ona vermişəm”. Bir neçə gündən sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və demişdir ki, “Nofələ denən pulumu versin, əks halda şikayət edəcəyəm”. Şahid1lə Neftçilərdə yerləşən kafedə görüşüb Cabbarın dediyini ona demişdir. Nofəl də “Binədə torpaq sahəm var, həmin torpaq sahəsini satdığa qoymuşam, istəyirsə həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adına keçirim” demişdir. O da bunu Zərərçəkmiş şəxsyə demiş, həmin şəxs də əsəbləşib kobud şəkildə Nofəldən onun pulunu verməsini tələb etmiş, əks halda şikayət edəcəyini bildirmişdir. Nofəl də bu danışığı eşidib “heç nə verməyəcəm. Zərərçəkmiş şəxs gedib hara istəyir şikayət etsin” demişdir. Bundan sonra da Zərərçəkmiş şəxs müxtəlif orqanlara şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş: 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlunun şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan olunmuşdur. Axtarışda olan şəxsin tutulması haqda 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində tutulmuş və Şəki ŞRPŞ-nə gətirilərək İstintaq Bölməsinə təhvil verilmişdir. 21 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 23 dekabr 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 178.2.4-cü mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. Şəki Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 21 dekabr 2021-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 23 yanvar 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 02.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib sonuncunu özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə ifşa etmişdir. Üzləşdirmə protokolundan görünür ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq etmişdir. ünvan 5 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. ünvan 5 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir ki, onun vurulan ziyanın qalan hissəsini də ödəyə bilsin. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 178.2.4-cü maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə Təqsirləndirilən şəxs CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, onun törətdiyi əmələ münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan cərimə cəzasının verilməsi cəzanın məqsədlərinə uyğun deyildir. Bununla yanaşı təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmadan islah olunması imkanları tükənmədiyindən ona azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Seçilən qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.4-cü mаddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesablanmaqla və təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddiаnın оlmаmаsı nəzərə аlınsın. Hökmdən elаn оlunduğu andаn 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpellyаsiyа Məhkəməsinə apellyаsiyа şikаyəti və аpellyаsiyа prоtesti verilə bilər. Hökm аpellyаsiyа şikаyəti və yа аpellyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-24/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-24/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver