Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-24/2024 16.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə, əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə, əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 8600 (səkkiz min altı yüz) manat pul müqabilində sonuncunun Şəki ŞRPŞ-də Azərbaycan Respublikası CM-rin 234.2-ci maddəsi ibtidai istintaqı aparılan cinayət işi üzrə həbs olunmuş qardaşı Bayramov Ruslan Şahid oğlunun həbsdən azad olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb 19 fevral 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “20 yanvar” dairəsinin yaxınlığındakı “Qarabağ” kafesində 5000 (beş min) manat, 21 fevral 2022-ci il tarixdə saat 12:07 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən Azərpoçt MMC-nin 7 saylı Şəki poçt filialından onun dediyi və cinayətkar qəsdindən məlumatı olmayan X1 adına göndərdiyi 1500 (bir min beş yüz) manat, 22 fevral 2022-ci il tarixdə, saat 12:13 radələrində Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yerləşən “XXİ əsr” marketdə quraşdırılmış “e.manat” elektron ödəmə terminalından onun göndərdiyi 4169 7377 0137 8511 nömrəli kart hesabına köçürdüyü 1500 (bir min beş yüz) manat və 03 mart 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında 600 (altı yüz) manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi xeyli miqdar təşkil edən 8600 (səkkiz min altı yüz) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 8600 (səkkiz min altı yüz) manat məbləğində maddi zərər vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan məbləğini tam olaraq ödədiyini, eyni zamanda ziyan məbləğinin 25 faizi miqdarında dövlət nəfinə ödəniş etdiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdan heç bir şikayəti yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, qardaşı həbs olunan vaxtı Bakıdan nömrə vermiş və demişlər ki, belə bir şəxs var və onun qardaşını həbsdən azad edə bilər. Onlar həmin nömrə ilə əlaqə saxlayan zaman həmin şəxs özünü Tural Paşayev kimi təqdim etmişdir. Daha sonra qardaşı Ruhlan Bakıya getmiş və görüşərək pulun bir qismini orada vermişdir. Şəkiyə gələndən sonra da iki dəfə birini bankla digərini də poçtla göndərmişdir. Ən sonuncu dəfə də Şəkiyə gələrək məsələni özü həll edəcəyini bildirmişdir. Daha sonra Ağqaya restoranında görüşmüşlər. Yenə qismən pul vermək lazım olduğunu bildirmiş, həmin gün onlar 600 manat pul vermişlər. Daha sonra onların evlərinə gələrək anası və atası ilə görüşmüşdür. Sonra həll edəcəyini bildirərək çıxıb getmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, ondan heç bir şikayəti yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olaraq 151 (bir yüz əlli bir) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olaraq 2000 (iki min) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə 11 ay 24 gün müddətinə qazancının 20% məbləğində islah işləri cəzasına məhkum olunmuş, Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” Qərarının 1.5-ci bəndinə əsasən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxsə dəymiş ziyаnı tam ödəmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlunun məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 2150 (iki min bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-24/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-24/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver