Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-25/2023 20.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxx 2000-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nın) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində sürücülük hüququ əsasında və ayıq vəziyyətdə idarə etdiyi, Şahid2 məxsus BMW 318İ markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, Salman Mümtaz küçəsində Şəki şəhəri, Rasim Ocaqov küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində təsbit olunmuş müddəalara, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməli olduğu halda bunu etməyərək, 45,3 metr məsafədən yolun sağından soluna doğru adi yerişlə keçməkdə olan piyada Zərərçəkmiş şəxs görüb təhlükəni hiss etsə də avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə sükanı sola tərəf döndərməklə hərəkətini davam etdirərək ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi və sağ yan güzgüsü ilə vurmuş, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sonuncuya ehtiyatsızlıqdan sol dirsək sümüyünün açıq, yerdəyişmiş sınığı, sol baldırın aşağı 1/3-nin açıq qəlpəli sınığı və sol baldırın əzilmiş-sıyrılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nın 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, avtomobillərin elektrik sistemindəki nasazlıqların təmiri ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində işlədiyi sexdə olduğu zaman sexə tanışı Anar adlı şəxs özünün BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobili ilə gəlmiş və ona avtomobilini göstərərək avtomobilinin ləng sürətlənməsini bildirib, avtomobilində nasazlıq olub-olmamasını müəyyən etməsini xahiş etmişdir. O, Anara avtomobilində olan problemin müəyyən olunması ilə bağlı avtomobilini sürərək yoxlamalı olduğunu demiş və Anar razılığını bildirib, ondan avtomobilini sürüb yoxlayaraq problemin nədə olmasını müəyyən etməsini xahiş etmişdir. Bundan sonra o, Anarın BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilində nasazlıq olub-olmamasını sürüb müəyyən etmək məqsədi ilə həmin avtomobilin sükanı arxasına əyləşmiş, Anar isə avtomobilin ön sərnişin oturacağına əyləşmiş, avtomobili o, idarə etməklə birlikdə Şəki şəhəri S.Mümtaz küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət etmiş, Anarın dostu Fərid isə sexdə qalmışdır. O, Şəki şəhəri S.Mümtaz küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət edib yolun bir qismini qət etdikdən sonra sexinə qayıtmaq məqsədi ilə dönüb Şəki şəhəri S.Mümtaz küçəsi ilə R.Ocaqov küçəsi istiqamətində hərəkətə davam etmişdir. Həmin vaxt Şəki şəhəri S.Mümtaz küçəsindəki ticarət obyektlərinin qarşısı ilə hərəkət edən zaman yolun sağ tərəfindəki səkidən bir nəfər tanımadığı qadının başını aşağı salıb önünə baxaraq yolun sağ tərəfindən sol tərfinə doğru hərəkət edərək yolu keçməyə çalışdığını görmüş, dərhal siqnal verib, əyləci basaraq sükanı sola doğru çevirmişdir. Avtomobilin istiqamətini sol tərəfə doğru döndərsə də, həmin şəxs avtomobilin sağ ön küncünə və sağ yan güzgüsünə dəymiş və zərbənin təsirindən yerə, yəni asfalt örtüyünün üzərinə yıxılmışdır. O, dərhal avtomobili dayandırmış, avtomobildən enmiş və ətrafda olan tanımadığı şəxslərin köməyi ilə həmin şəxsi ayıtmağa çalışmışdır. Orada olan tanımadığı şəxslər X16 xidmətinə zəng etdiyindən bir qədər sonra Şəki MRX-nin X16 Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş və xəsarət almış şəxsi X16 avtomobili ilə oradan aparmışlar. Hadisə zamanı idarə etdiyi BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilin sürəti təxminən 40 km/saat olmaqla avtomobil istismara yaralı vəziyyətdə olmuşdur. Avtomobillə vurduğu şəxsi, yəni zərərçəkmiş şəxsi gördüyü vaxt aralarında təxminən 20 (iyirmi) metr məsafə olmuşdur. Zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün cəhd etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Zərərçəkən şəxsə dəymiş xəsarətlə bağlı xəstəxana xərclərinə köməklik etmiş, 2700 manat pul vermişdir. Zərərçəkmiş şəxsin ondan dəymiş ziyanla bağlı tələb etdiyi pulu ödəmək iqtidarında olmadıqğı üçün aralarında razılıq əldə edilməmiş və bu səbəbdən zərərçəkmiş şəxslə barışıq əldə edilməmişdir. Ehtiyatsızlıqdan törətdiyi əmələ görə özünü qismən təqsirli bilir, lakin zərərçəkmiş şəxs də yola baxmamış çıxmışdır. Şəkidə olan əməliyata görə zərərçəkmiş şəxs ondan 2900 manat pul tələb etmiş, o, da 2700 manat ödəmişdir. Əlavə olaraq ondan 5000 manat istədilər, lakin onun maddi imkanı yoxdur. Atası pinəçi, özü usta işləyir. O, əməlindən peşman olmasının nəzərə alınaraq ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Uğur inşaat materialları mağazasında satıcı işləmiş, hər gün saat 09:00-da işə başlamış, saat 18:00-da iş vaxtı bitdiyindən işini bitirib, mağazadan çıxıb evinə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:00-da işini yekunlaşdırıb mağazadan çıxmış, yaşadığı evə getmək üçün Uğur mağazasının qarşısından keçən avtomobil yolunun sağ tərəfindən sol tərəfinə keçmək üçün yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkət etmiş və yolun hərəkət hissəsində olduğu zaman ona qəflətən zərbə dəydiyini hiss edib yerə yıxılmışdır. Bir qədər sonra X16 əməkdaşları hadisə yerinə gəlib onu oradan Şəki rayon Mərkəzi Xəstəxanasına aparmışdırlar. O, Şəki RMX-də olduğu vaxt həkimlərdən həmin vaxt avtomobilin onu vurduğunu və nəticədə xəsarət aldığını öyrənmişdir. Hadisə zamanı avtomobilin onu vurması nəticəsində o, hər iki ayağından, sol əlindən və baş nahiyyəsindən xəsarətlər almış, həmin xəsarətləri tam sağalmadığına görə hazırda da müalicə alır. Müalicəsinə 10000 (on min) manatdan artıq məbləğdə bul xərcləmiş, Təqsirləndirilən şəxs onun müalicə olunması ilə bağlı ona 2021-ci ilin dekabr ayında cəmi 2700 (iki min yeddi yüz) manat məbləğində pul vermiş və sonra ona heç bir maddi yardım etməmişdir. Belə ki, hadisədən sonra, o, Şəki şəhərində əməliyyat olunmuş və 2900 manat xərci çıxmışdır. Bunun müqabilində təqsirləndirilən şəxs ona 2700 manat pul vermişdir. Lakin bundan sonra, o, bakı şəhərində ikinci dəfə əməliyyat olunub və artıq 5000 manat xərci çıxmışdır. Bundan sonra da, o, üçüncü dəfə əməliyyat olunmalıdır. Üçüncü dəfə əməliyyat olunanda xərci nə olacaqsa bilmir. Reabilitasiyaya da getməlidir. 400 manatda onun xərci var. İş qabiliyyətini itirmişdir. Təqsirləndirilən şəxs isə onunla maraqlanmır. 10000 manatdan çox xərci çıxıb. Heç olmasa 6000 manatda versə təqsirləndirilən şəxslə barışar. Bu səbəbdən, o, Təqsirləndirilən şəxs şikayətçidir. Bütün bunların nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza verilməsini, mülki iddianın isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobili 2021-ci ilin iyun ayında şifahi razılaşma əsasında tanışı olan X1 almış, dəyərini tam ödəyə bilmədiyi üçün öz mülkiyyətinə keçirə bilməmiş, müvəqqəti olaraq ümumi etibarnamə ilə almışdır. xx.xx.2021-ci il tarixdə özünə məxsus olan və özü idarə etdiyi BMW 318İ markalı, **-CB- *** dövlət nömrə nişanlı avtomobili ilə dostu Şahid1 ilə birlikdə Şəki şəhəri ərazisində gəzinti edən zaman avtomobilinin ləng sürətlənməsini görüb nasazlıq ola biləcəyini düşündüyündən avtomobilini təmir etməsindən ötrü elektrik ustası Vüsal adlı şəxsin işlədiyi Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən sexə getmiş, orada avtomobilini Vüsala göstərərək avtomobilinin ləng sürətlənməsini bildirib, avtomobilində nasazlıq olubolmamasını müəyyən etməsini xahiş etmişdir. Vüsal ona avtomobilində olan problemin müəyyən edilməsi ilə bağlı avtomobili sürərək yoxlamalı olduğunu bildirdikdə, o, Vüsaldan avtomobilini sürüb yoxlayaraq problemin nədə olmasını müəyyən etməsini xahiş etmişdir. Bundan sonra Vüsal onun avtomobilinin sükanı arxasına, o, isə ön sərnişin oturacağına əyləşmiş və avtomobilini Vüsal idarə etməklə birlikdə Şəki şəhəri S.Mümtaz küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət etmişlər. Dostu Fərid isə sexdə qalıb onları gözləmişdir. Onlar Vüsalın idarə etdiyi avtomobillə Şəki şəhəri S.Mümtaz küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət edib yolun bir qismini qət etdikdən sonra sexə qayıtmaq məqsədi ilə dönüb Şəki şəhəri S.Mümtaz küçəsi ilə R.Ocaqov küçəsi istiqamətində hərəkətə davam etmişdir. Həmin vaxt Şəki şəhəri S.Mümtaz küçəsindəki ticarət obyektlərinin qarşısı ilə hərəkət edən zaman yolun sağ tərəfindəki səkidən bir nəfər tanımadığı qadının başını aşağı salıb önünə baxaraq yolun sağ tərəfindən sol tərfinə doğru hərəkət edərək yolu keçməyə çalışdığını görmüşdür. Həmin vaxt Vüsal dərhal siqnal verib, əyləci basaraq sükanı sola doğru çevirib avtomobilin istiqamətini sol tərəfə doğru döndərsə də, həmin şəxs avtomobilin sağ ön küncünə və sağ yan güzgüsünə dəyərək zərbənin təsirindən yerə yıxılmışdır. Vüsal dərhal avtomobili dayandırmış və onlar avtomobildən enmişlər. Həmin vaxt orada olan tanımadığı şəxslər X16 xidmətinə zəng etdiyi üçün Şəki MRX-nin X16 Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, xəsarət alan şəxsi X16 avtomobili ilə xəsatəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində dostu Şahid2 ilə birlikdə Anara məxsus olan və Anarın özünün idarə etdiyi BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri ərazisində gəzinti edən zaman Anar ona avtomobilinin ləng sürətlənməsini, avtomobilində nasazlıq ola biləcəyini düşündüyünü bildirib, avtomobili təmir etməsindən ötrü Vüsal adlı ustanın yanına getməli olduğunu demiş və onlar birlikdə Vüsal adlı ustanın işlədiyi, Şəki şəhəri S.Mümtaz küçəsində yerləşən sexə getmişdirlər. Orada Anar avtomobilini Vüsala göstərərək avtomobilinin ləng sürətlənməsini bildirib, Vüsaldan avtomobilində nasazlıq olub-olmamasını müəyyən etməsini xahiş etmiş, Vüsal Anara avtomobilində olan probleminin müəyyən edilməsi ilə bağlı avtomobili sürərək yoxlamalı olduğunu bildirmişdir. Bundan sonra Vüsal Anarın avtomobilinin sükanı arxasına, Anar isə öz avtomobilinin ön sərnişin oturacağına əyləşmiş və onlar birlikdə Şəki şəhəri S.Mümtaz küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkət etmiş, o, isə sexdə qalıb digər ustalarla söhbət etmişdir. Daha sonra isə Anardan Vüsalın onun BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobili ilə Şəki şəhəri S.Mümtaz küçəsində hərəkət edən zaman piyadanı vurduğunu öyrənmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillər və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Şəki şəhəri, S.Mümtaz küçəsində baş vermiş, Təqsirləndirilən şəxs idarə etdiyi BMW 318İ markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri, S.Mümtaz küçəsində Şəki şəhəri R.Ocaqov küçəsi istiqamətində hərəkət edən zaman yolu keçən piyadanı vurmuşdur. Hadisə yerində yol iki istiqamətli olmaqla, hər iki istiqamətdə yolun hərəkətinin axınını ayıran eni 1,65 metr olan bordyor vardır. Hadisə yerində yolun hərəkət hissəsinin Şəki şəhəri R.Ocaqov küçəsi istiqamətində eni 9,2 metrdir. Həmin istiqamətdə yolun sağ kənarından eni 5,7 metr olan su arxı keçir. Su arxından sonra 2,7 metr enində piyada səkisi yerləşir. Piyada S.Mümtaz küçəsində Uğur mağazasının qarşısında vurulmuşdur. Həmin yerdə yolun hərəkət istiqamətlərini ayıran bordyordan 3,5 metr məsafədə asfalt üzərində qırmızı rəngdə qana bənzər ləkələr aşkar olunmuşdur. Baxış zamanı hadisə yerində avtomobilin təkərlərindən qalmış tormoz və ya sürtünmə izləri aşkar edilməmişdir. Hadisə yerində yolda işıq dirəkləri quraşdırılsa da işıqlar yanar vəziyyətdə olmamışdır. Hadisə yeri yaşayış məntəqəsi daxilindədir. (İş.v 7-15) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 12 oktyabr 2021-ci il tarixli, 212 saylı aktdan görünür ki, müayinə edilən Təqsirləndirilən şəxs ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. (İş.v 20) AD seriyalı 694005 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 318İ markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobil Şəki rayonu, Vərəzət kəndində yaşayan X2 adına qeydiyyata alınmışdır. (İş.v 27) xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Şəki rayonu, Vərəzət kəndində yaşayan X2 adına qeydiyyata alınmış BMW 318İ markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanında yaşayan Şahid2 sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekya qoymaq, sərəncam vermək və digər hərəkətlər qeydiyyata salmaq və qeydiyyadan çıxarmaq, ərizə vermək hüququ verilmişdir. (İş.v 27-28) AE 739104 nömrəli Sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2030-cu il tarixinədək olan BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir, onun xx.xx.2021-ci il tarixdə hadisəni törədən vaxt sürücülük hüququ olmuşdur. (İş. v-28) 13.102021-ci il tarixli nəqliyyat vasitəsinə baxış baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, BMW 318i markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ dönmə işığının şüşəsi və sağ ön pəncərəsi sınmış, sağ arxa güzgüsü yerindən qopmuş və sağ ön qanadı əzilərək içəriyə doğru deformasiyaya uğramışdır. Əl tormozu qapalı vəziyyətdə, sürət göstəricisi sıfır səviyyəsində olmuş, avtomobildə yük olmamışdır. (İş.v 32-38) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli 619 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər: Sol baldırın aşağı 1/3-nin açıq qəlpəli sınığı və sol baldırın əzilmiş-sıyrılmış yarası xəsarətləri bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda qeyd edilən xx.xx.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (İş.v- 41-42) Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 avqust 2022-ci il tarixli, 8/1794 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən BMW 318 markalı, 55CB083 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manatdır. (İş.v-64-66) Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2022-ci il tarixli, 300-368-1222 nömrəli məktubundan görünür ki, Şəki şəhəri M.B.Əfəndiyev küçəsi ev 20-də qeydiyyatda olan və yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək olan “BC” kateqoriyalı AE 739104 nömrəli sürücülük vəsiqəsi almışdır. Sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. BMW 318i markalı, 55CB083 dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2020-ci il tarixdən Şəki rayonu Vərəzət kəndində qeydiyyatda olan X2 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs BMW 318i markalı, 55CB083 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair istifadə və ya sərəncam hüququnun olması aşkar edilməmişdir. X5 özünə məxsus BMW 318i markalı, 55CB083 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Şəki Asan xidmət mərkəzi notariat ofisində Şəki şəhəri K.Qəhrəmanov küçəsi ev 2-də qeydiyyatda olan və yaşayan xx.xx.2000-ci il təvəllüdlü Şahid2 xx.xx.2020-ci il tarixdə xx.xx.2021-ci il tarixədək müddəti olan və xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək müddəti olan etibarnamələr (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) vermişdir. X5 özünə məxsus BMW 318i markalı, 55CB083 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Ağsu rayon notariat ofisində Şəki şəhəri Z.Bünyadov küçəsi ev 8A-da qeydiyyatda olan X9 09.04.222-ci il tarixdə xx.xx.2030-cu il tarixədək müddəti olan etibarnamə (nəqliyyat vasitəsindən istifadə hüququ) vermişdir. (İş.v- 105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 34/619 saylı ekspert rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol dirsək sümüyünün açıq, yerdəyişmiş sınığı, sol baldırın aşağı 1/3-nin açıq qəlpəli sınığı və sol baldırın əzilmiş-sıyrılmış yarası bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. (İş.v-107-109) Şəki şəhər İHB-nin “Şərbablar” məhəllə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, M.B.Əfəndiyev küçəsi ev 20 ünvanında atası X6, anası X7, qardaşı X8 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş.v- 119). Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 1289 nömrəli məktubundan görünür ki, Şəki şəhəri, M.B.Əfəndiyev küçəsi ev 20 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İş.v 121). Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 481 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, M.B.Əfəndiyev küçəsi ev 20 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Məmmədov X3 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmamış və ora müraciət etməmişdir. (İş.v 122) Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbiri seçilmişdir. (İş.v- 150-151) Mediland Hospital və X11 verilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs tibbi xidmətlərin göstərilməsinə görə 92 manat, 650 manat, 920 manat, 3498 manat 70 qəpik ödənişlər etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində sürücülük hüququ əsasında və ayıq vəziyyətdə idarə etdiyi, Şahid2 məxsus BMW 318İ markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, Salman Mümtaz küçəsində Şəki şəhəri, Rasim Ocaqov küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində təsbit olunmuş müddəalara, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməli olduğu halda bunu etməyərək, 45,3 metr məsafədən yolun sağından soluna doğru adi yerişlə keçməkdə olan piyada Zərərçəkmiş şəxs görüb təhlükəni hiss etsə də avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək əvəzinə sükanı sola tərəf döndərməklə hərəkətini davam etdirərək ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi və sağ yan güzgüsü ilə vurmuş, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində sonuncuya ehtiyatsızlıqdan sol dirsək sümüyünün açıq, yerdəyişmiş sınığı, sol baldırın aşağı 1/3-nin açıq qəlpəli sınığı və sol baldırın əzilmiş-sıyrılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərər çəkmiş və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. CM-nin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etməcəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməli, polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 5000 manat maddi, 500 manat mənəvi zərər olmaqla, ümumilikdə 5500 manat pul və 80 manat ödənilən dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 (il) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 5000 manat maddi, 500 manat mənəvi zərər olmaqla, ümumilikdə 5500 manat pul və 80 manat ödənilən dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-25/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-25/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver