Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-26/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1975-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, tutulana kimi ünvan 1 ünvanında yaşamış, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmə, daşıma və saxlama, cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının sonlarında Şəki rayonu, Öryət kəndinin yaxınlığındakı Şəki şəhər Bələdiyyəsinə məxsus ərazidən, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq yabanı halda yetişmiş tərkibində narkotik maddələr olan çətənə kollarının budaqlarının qurumuş yarpaqlarından şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı yığıb, toplayıb, hazırlayıb, qablaşdırıb daşıyaraq ünvan 1 ünvanında saxlamış, xx xxxxxx 2020-ci il tarixdə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq özü istifadə etmək üçün həmin narkotik vasitədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda götürüb üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Şəki ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı, ünvan 1 ünvanının yaxınlığında saxlanılıb polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki açıq sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5.97 qram, həmçinin həmin tarixdə yaşadığı evə baxış keçirilən zaman evin həyətyani sahəsində yerləşən çardağın altındakı, su çəninin altında olan mişar daşlarının arasından, 01 ədəd sellofan torbanın içərisində təmiz çəkisi 450 qram, olmaqla ümumilikdə 455.97 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu bitdikdən sonra yaşadığı evə geri dönərək ailəsilə birlikdə yaşamağa davam etmişdir. Bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Lakin tez-tez yox, sadəcə aradabir istifadə edir. Hazırda da yas mərasimləri olanda orada çay paylayıb pul qazanır. 2020-ci ilin avqust ayının sonlarında rayonun Öyrət kəndinə qışa hazırlıq üçün böyürtikən (mürəkkəb) yığmaq məqsədilə getmişdir. Həmin kəndə gedən zaman özü ilə plastik vedrə və sellofan torbada yemək götürmüşdür. Kəndə çatıb kənd ərazisində bir qədər mürəkkəb, yəni böyürtkən yığdıqdan sonra kolların arasında əvvəllər də tanıdığı bir neçə “nəşə” kolları olduğunu görmüş, istifadə etmək məqsədilə həmin koldan yemək gətirdiyi sellofan torbaya bir qədər nəşə yığmışdır. Daha sonra isə özü ilə götürdüyü plastik vedrəyə də böyürtkən yığmış və bir müddət sonra evə geri qayıtmışdır. O, evə qayıtdıqdan sonra sellofan torbaya yığdığı nəşəni ailə üzvləri görməsin deyə onu yaşadığı evin anbar hissəsində olan univalnikin yanındaki su çəninin altında olan mişar daşlarının arasında gizlətmişdir. Həmin nəşəni orada gizlətdikdən sonra bir neçə dəfə kibrit qutusunda götürüb rayon ərazisində heç kimin görmədiyi yerdə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə də həmşəki kimi nahardan sonra yenə ürəyi nəşə çəkmək istəmişdir. Buna görə də yenə həmin mişar daşlarının arasında olan sellofan torbadan üzərindəki kibrit qutusuna nəşə yığmış və daha sonra çəkmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra həmin nəşəni çəkmək üçün həm fürsət həm də evin yaxınlığında gizlin bir yer axtaramağa başlamışdır. Bir müddət keçmişdi ki, bir neçə mülki geyimli şəxslər yaxınlaşıb üzərində narkotik vasitə olmasına dair məlumatlar olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. Etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis Şöbəsində vəkili Musa müəllimin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş və üzərindən içərisində narkotik vasitə olan kibrit qutusu aşkar olunmuşdur. Şəxsi axtarış zamanı həmin nəşə, həmçinin mobil telefonu ağ zərfə qoyulub qablaşdırılmışdır. Daha sonra müstəntiq başqa yerdə narkotik vasitə olub-olmamasını soruşduqda artıq tutulduğunu düşünüb peşman olaraq evində, yəni qeyd etdiyi kimi mişar daşlarının arasında narkotik vasitə saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarışdan sonra bu barədə protokol tərtib edilmiş və digər iştirakçılar kimi tərəfindən imzalanmışdır. Bundan sonra isə baxış keçirilməsindən ötrü yaşadığı evə gedilmişdir. Həmin vaxt evə baxış keçirilməsinə etirazının olmamasını bildirib bu barədə ərizə yazmışdır. Daha sonra isə iki nəfər əvvəllər tanımadığı hal şahidi dəvət edilmişdir. Müstəntiq həmin hal şahidlərinə və digər iştirakçılara etirazının olub-olmamasını soruşduqda etirazının olmamasını demişdir. Daha sonra isə evində gizlətdiyi narkotik vasitənin yerini göstərmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin baxış zamanı evin digər hissələrinə baxış keçirilsə də heç bir qanunsuz əşya aşkar edilməmişdir. Baxış bitdikdən sonra protokol digər iştirakçılar kimi onun tərəfindən də imzalanmışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, narkotiki 2020-ci ilin avqust ayının sonlarında rayonun Öyrət kənd ərazisində özü istifadə etmək məqsədilə əldə etmiş evində narkotik olmasından ailə üzvlərinin xəbəri olmamış, kollar yabanı, yəni özbaşına olaraq bitmiş, kollar digər böyürtkən kollarının və ağaclıqların içərisində olmuş, ətrafını kol-kos basmış, buna görə də ona heç kim qulluq etməmişdir. Göstərmişdir ki, himayəsində iki azyaşlı uşağı və yaşlı anası vardır. Əməlindən peşmandır. Bütün bunları nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 noyabr 2020-ci il tarixdə Şəki ŞRPŞ-də xidməti fəaliyyəti ilə məşğul olan zaman Şəki şəhər sakini “Mənsur” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, qəbulu və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Mənsur» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəisinin icazəsi ilə xx xxxxxx 2020-ci il tarixdə «Mənsur» adlı şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı «Mənsur» adlı şəxsin ünvan 1 ünvanında yaşayana Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanın yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə gedib ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduğunu bildirmiş və ona narkotik vasitə əldə etməkdə məlumat əldə etdiyi üçün birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün o polis şöbəsinə gətirilmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Onun üstünə şəxsi axtarış keçirilməsi X5a həvalə edilmişdir. X5 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Az sonra vəkil Müdafiəçi gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nun baş inspektor kriminalist vəzifəsində xidmtət aparan Kamran Sabirli dəvət edilmişdir. Az sonra Kamran Sabirli gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin, onun, əməliyyat müvəkkili Şahid1 iştirakı ilə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sol iç cibindən 01 ədəd mobil telefon, əynindəki açıq sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu, həmin şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd balaca ölçülü şəffaf şüşə qabı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə "xeyir" deyərək cavab vermişdir. Təqsirləndirilən şəxs əllərini qaldırması təklif edilmiş və o, hər iki əlini yuxarı qaldırdıqdan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs əynindəki köynəyə, gödəkçəyə, şalvara və digər geyimlər əşyalarında şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq sarı rəngli şalvarın sol yan cibindən bükülmüş vəziyyətdə, ağ rəngli solfet parçası aşkar edilmişdir. Həmin salfet parçasının içərisində qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs ayağındakı ayaqqabılarını çıxartması təklif edilmiş, həmin şəxs ayaqqabılarını çıxartmış, ayaqqabılarını çevirərək silkələmiş, da sonra ayaqqabıların içərisinə bir-bir baxılmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ayaqqabılarını geyinməsi bildirildiyindən o, ayaqqabılarını ayaqlarına geyinmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməyi təklif edilmiş, həmin vaxt aşkar edilmiş 01 ədəd salfet parçası müstəntiq tərəfindən iş üçün əhəmiyyət kəsb edilmədiyi qeyd edilib özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoduğu 01 ədəd cib dəsmalını götürüb özünə məxsus olan cib dəsmalı olduğunu bildirmişdir. Həmin vaxt, o, cib dəsmalını açaraq içərisində qanunla qadağan edilmiş əşya yaxud predmet olmadığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli, Samsung markalı mobil telefonu göstərib özünə məxsus olduğunu bildirmişdir. Daha sonra 01 ədəd kibrit qutusunu götürüb özü istifadə etdiyi, yığdığı, kanapilyar olduğunu bildirmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin kütləni haradan yığdığı soruluşulduqda o, Öyrət kəndinin ərazisindən mürəbbə və kompot üçün böyürtkən yığmağa gedən zaman kolların arasında yığdını bildirmişdir. Nə vaxt getdiyi soruşulduqda o, avqust ayında getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs böyürtkən yığmağa getməsi soruşulduqda o, qışa hazırlıq üçün böyürtkən yığmağa getdiyini, orada nəşə bitkisini kolların arasında gördüyünü, yabanı halda çoxlu halda bitdiyini bildirmişdir. Daha sonra isə müstəntiq tərəfindən verilən suallarına cavab olaraq böyürtkən yığmağa tək getdiyini, narkotik vasitəni yemək götürdüyü qaba yığaraq gətirib evində padval deyilən yerdə, kərpiclərin arasında gizlətdiyini bildirmişdir. Hazırda olan narkotik vasitəni istifadə etmək məqsədilə üzərində gəzdirmiş, evdə saxlamağından ailə üzvlərinin xəbərinin olmamış, həmçinin həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Yaşadığı evdə olan narkotik vasitəni tədqim edə biləcəyini demiş həmçinin evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus Veqas markalı 01 ədəd siqaret qutusunun içərisindən 18 ədəd siqaret giləsindən, başqa qanunla qadağan edilmiş əşya yaxud predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs şüşə qabın içərisində nə olduğu soruşulduqda o, ətir olduğunu bildirmişdir. Həmin şüşə qaba baxdıqda həqiqətəndə içərisində ətir olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, narkotik vasitəyə oxşar kütlənin narkotik vasitə olub-olmaması, çəkisi və mənşəyinin müəyyən edilməsi məqsədi ilə müstəntiq tərəfindən ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirmişdir. Daha sonra 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin gümüşü bükülü içərisində olan narkotik vasitəyə bənzər şəffaf rəngli kütlə zərfə qoyulmuş, zərfin ağzı Şəki ŞRPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs Samsung Duas, qara rəngli mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirmişdir. Daha sonra 01 ədəd zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd şüşə qabda olan ətir iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Bundan sonra isə müstəntiq şəxsi axtarış yekunlaşdırıldğını bildirib videoçəkilişin nümayiş etdirilməsi və protokol tərtib edilməsi məqsədilə videoçəkili dayandırılmış, daha sonra müxtəxəssis tərəfindən videoçəkiliş quraşdırılmış və hər bir iştirakçı videoçəkilişə baxaraq heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Daha sonra isə müstəntiq tərəfindən bu barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bundan sonra yenidən Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə etirazının olub olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmiş və bundan sonra bu barədə ərizə yazmışdır. Daha sonra isə Şəki ŞRPŞ-nin xidməti avtomobilləri ilə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanına gedilmiş, baxış keçirilməzdən əvvəl müstəntiq iştirak etmək üçün iki nəfər hal şahidinin dəvət edilməsini xahiş etmiş və yaxınlıqda olan, əvvəllər tanımadığı, iki nəfər şəxs ayrılıqda dəvət edilmişdir. Hal şahidlərinə dəvət edildikdən sonra onlara hüquq və vəzifələri izah edilmişdir. Onlara Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçiriləcəyi, baxışda iştirak etməklərinə dair etiraz və vəsatətələrinin olub olmaması soruşulduqda onlar, heç bir etirazlarının olmadığını bildirmişdir. Həmçinin həmin vaxt hal şahidlərinə baxışda iştirak edən Təqsirləndirilən şəxs, onun müdafiçəsini, müstəntiqə və digər iştirakçılara etirazlarının olub olmaması soruşulduqda onlar "xeyr" deyə cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hal şahidlərini tanıyıb tanımaması, arasında ədavət və düşməçiliklərin olub olmaması souşulduqda o, həmin şəxsləri tanımadığını, onların arasında heç bir ədavət və düşmənçilikləri, həmçinin baxışda iştiraklarına dair etiraz və vəsatətlərinin olmadığını bildirilmişdir. Bundan sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə kimi təqdim etəcəyi kütləni göstərməsi təklif olunmuşdur. Ondan sonra onun, iştirakçıları və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlanılmışdır. Evə beton pilləkənlərlə qalxılır. Evin ön hissəsi altacıqla əhatə olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evin zirzəmisinin pəncərəsi yaxınlığında olan su çənini göstərib narkotik vasitəni onun altına qoyulmuş mişar daşlarının arasında gizlətdiyini bildirmişdir. Ondan sonra həmin şəxsə narkotik vasitə kimi təqdim etdiyi kütləni gizlətdiyi yerdən çıxarıb təqdim etməsi təklif edilmişdir. O, dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasına əlini salıb göy rəngli sellofan tobanı çıxarıb təqdim etmişdir. Həmin vaxt sellofan torbanın ağzı açılaraq baxıldığında içərisində yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni hardan və kimdən əldə etməsi sual olunduğunda o 2020-ci iln avqust ayında Öyrət kəndi ərazisindən böyürtək toplayarkən oradan kol-kosun arasından yabanı halda bitmiş çətənə kollarından yığdığını və yaşadığı evə gətirib özü istifadə etməsi üçün qurudub saxladığını bildirmişdir. Həmin vaxt bütün iştirakçılar ilə birlikdə sellofan torpabya müstəntiq tərəfindən baxış keçirilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəksinin, təkibini və narkotik vasitə olub-olmamasını müəyyən edilməsi və ekspetiza tədqiqatına təqdim edilməsi üçün 01 ədəd ağ zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılmış və zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs evinin digər hissəsində narkotik vasitə olub-olmaması soruşulduqda o, xeyr deyə cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin digər hissələrinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikililərə və evin bütün otaqlarına baxılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ondan sonra hadisə yerinə keçirilmiş baxışla əlaqdar müstəntiq tərəfindən protokol tərtib olunaraq uca səslə oxunmuşdur. Həmin vaxt o, digər iştirakçılar və hal şahidləri tərəfindən hər hansı bir etiraz və ya vəsatət daxil olmamış, bundan sonra bütün iştirakçılar kimi protokol imza edilmişdir. Bundan başqa ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi, həmçinin onunla heç bir qohumluq əlaqəsinin olmadığını bildirmişdir. Digər Şahid1 xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində Şəki şəhər ərazisində, “Qışlaq” adlanan ərazinin yaxınlığında 11 saylı məktəbin yanında olan zaman bir nəfər yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edib yaxınlıqda olan bir evə baxış keçirilməsinin zərurətini bildirib baxışda hal şahidi qismində iştirak etməyi ondan xahiş etmişdir. Etiraz etməyərək polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə, yaxınlıqda olan Q.Məmmədli küçəsi ev 46 ünvanın giriş qapısına getmişdir. Ora getdikdən sonra polis əməkdaşı əvvəllər tanımadığı bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişdir. Həmin vaxt digər polis əməkdaşı özünü X5 kimi təqdim etmişdir. Daha sonra digər hal şahidinin müstəntiqin təqdim etməsinə görə Şahid4 olmasını bilmişdir. Həmin vaxt müstəntiq, o və Şahid4 orada olan, əvvəllər tanımadığım, bir nəfər şəxsi göstərib onun, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olmasını bildirib, üzərinə şəxsi axtarış keçirilib narkotik vasitəyə oxşar kütlə aşkar olunduğunu və həmin vaxt özünün bildirməsinə görə evində narkotik vasitə olduğunu və bununla bağlı onun yaşadığı evinə baxış keçiriləcəyini, baxışda iştirak etməyinə dair etiraz və vəsatətələrin olub olmaması soruşulduqda o, və Şahid4, heç bir etirazlarının olmadığını bildirmişlər. Həmçinin həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs, onun müdafiçəsini və digər iştirakçılara etirazlarının olub olmaması soruşulduqda "xeyr" deyə cavab vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onu və Şahid4 tanıyıb tanımaması, arasında ədavət və düşməçiliklərin olub olmaması souşulduqda o, tanımadığını, onların arasında heç bir ədavət və düşmənçilikləri, həmçinin baxışda iştiraklarına dair etiraz və vəsatətlərinin olmadığını bildirmişdir. Daha sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə kimi təqdim edəcəyi kütləni göstərməsi təklif olunmuş, ondan sonra onun, digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlanılmışdır. Evin ön hissəsi altacıqla əhatə olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evin zirsəmisinin pəncərəsi yaxınlığında olan su çənini göstərib onun altına qoyulmuş mişar daşlarının arasında gizlətdiyini bildirmişdir. Ondan sonra ona narkotik vasitə kimi təqdim etdiyi kütləni gizlətdiyi yerdən çıxarıb təqdim etməsi təklif edilmişdir. Mənsur dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasına əlini salıb göy rəngli sellofan tobanı çıxarıb təqdim etmişdir. Həmin vaxt sellofan torbanın ağzı açılaraq baxıldığında içərisində yaşıl rəngli kütlə olduğu müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni hardan və kimdən əldə etməsi sual olunduğunda həmin şəxs 2020-ci iln avqust ayında Öyrət kəndi ərazisindən böyürtək toplayarkən oradan kol-kosun arasından yabanı halda bitmiş çətənə kollarından yığdığını və yaşadığı evə gətirib özü istifadə etməsi üçün qurudub saxladığını bildirmişdir. Həmin vaxt bütün iştirakçılar ilə birlikdə sellofan torpaba müstəntiq tərəfindən baxış keçirilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəkisinin, təkibini və narkotik vasitə olub-olmamasını müəyyən edilməsi və ekspetiza tədqiqatına təqdim edilməsi üçün 01 ədəd ağ zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılmış və zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürlənib götürülmüşdür. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs evinin digər hissəsində narkotik vasitə olub-olmaması soruşulduqda o, xeyr deyə cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin digər hissələrinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikililərə və evin bütün otaqlarına baxılmış, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Ondan sonra hadisə yerinə keçirilmiş baxışla əlaqdar müstəntiq tərəfindən protokol tərtib olunaraq uca səslə oxunmuşdur. Həmin vaxt o, digər iştirakçılar tərəfindən hər hansı bir etiraz və ya vəsatət daxil olmamışdır. Bundan sonra bütün iştirakçılar kimi tərəfimdən baxış protokolu imza edilmişdir. Digər Şahid4 Nimət oğlu ibtidai istintaq zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar olan ifadə vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli baxış protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanına keçirilmiş baxış zamanı dəmir su çəninin altına qoyulmuş mişar daşlarının arasından göy rəngli sellofan tobanının içərisində narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan X2 Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ekpress metod ilə xx.xx.2020-ci il tarixdə marixuana istifadə etməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 17/586 nömrəli bioloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəksi -5.97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək 01 ədəd...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 450,00 qram olan bitki mənşəli kütlə tərkinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər.Tədqiq edilən marixuananın ümumi təmiz çəkisi 455.97 qram olmuş, hər obyektdən 0.02 qram olmaqla tədqiqata 0.04 qram sərf edilmiş 455.93 qram qalıq qalmışdır. Ekspertiza xərci 34.55 manat təşkil edir. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 17/603 №-li rəyində göstərilmişdir ki,- tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış ağ kağızlarda “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş torpaq nümunəsi” sözlər yazılmış, 03 (üç) ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. -Təqdim olunmuş 03 (üç) ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Ekspert qarşısında qoyulmuş “Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilərək götürülmüş çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın yabanı formada bitməyə, yaxudda kultivasiya edilərək əkilib-becərilməyə aiddir?” sualı ekspertin zəruri biliyindən kənara çıxdığından cavablandırmaq mümkün olmadı. Ekspertiza xərci 34.55 manat təşkil edir. İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 1012 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinodilərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhəti görülür. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 659 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə X6 Məhkəməsinin hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası dəyişdirilərək ona 02 il azadlıqdan məhdudlaşdırılması cəzası təyin olunmuş, həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli 665 nömrəli Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşdə olan xx.xx.2020-ci il tarixli 2771 nömrəli Şəki RMX-dan daxil olmuş məktubdan görünür ki, ünvan 2 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 1975-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Kannabnoidlərin qəbulu ilə əlaqəli psixi və davranış pozuntuları” diaqnozu ilə Şəki RMX Publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. İşdə olan xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 183 saylı arayışdan görünür ki, Şəki şəhəri “Çələbixan” məhəlləsində yaşayan Təqsirləndirilən şəxs 2007-ci il təvəllüdlü Tunar Ağaəzizov və 2005-ci il təvəllüdlü Altan Ağaəzizov adlı 2 azyaşlı uşaqları vardır. İşdə olan şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 2035 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş Marixuana-Kannabisin yuxarı həddi 5 qram, külli miqdar isə 500 qram kimi göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın cəmi miqdarı 455.97 qram olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş 455.97 qram qurudulmuş marixuana Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi üzrə cinayət məsuliyyəti yaranması üçün kifayət edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin CM-nin 59.2-ci maddəsinə istinad edərək onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 234.1-ci maddəsi üzrə təqsirini boynuna almaqla peşmançılıq çəkməsini ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin Azərbaycan Respublikası 234.1-ci maddəsində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 5.95 və 449.98 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 03 ədəd sellofan torbada olan torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə cəmi 69.10 manat - ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Müdafiəçi Şəki ŞRPŞ-nə təqdim etdiyi hesabatında bununla bağlı 40 saat vaxt sərf etdiyini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-cı il tarixli, 31 saylı qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Beləliklə ibtidai istintaq zamanı göstərilən hüquqi yardıma görə 210 manat haqq hesablanaraq müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, bir il üç ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı işlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 3 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq barəsində qəti olaraq bir il, iki ay, iyirmi yeddi gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan, saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan çəkisi müvafiq olaraq 5.95 və 449.98 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 03 ədəd sellofan torbada olan torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə cəmi 69.10 manat -ekspertizası xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə dövlət hesabına 240 manat vəsait Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı AZ81UBAZ**********0090AZN001 saylı, VÖEN: ********** hesabına köçürülsün. “xxxx” KB ASC-nin Şəki şəhər filialındakı bank rekvizitləri: benefisiar bankın hesab nöməsi AZ46NABZ********************, Kod 502531, VÖEN: **********, SWİFT UBAZAZ22. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-26/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-26/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver