Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-26/2022 04.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Zaqatala rayonu Aşağı Tala kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə oğurluq cinayətini törətmişdir. Belə ki, o, Şəki Apellyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş və cəzaçəkmənin əvvəli 06.08.2020-ci il tarixdən hesablanan beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından azad edilməsinə baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 29.11.2021-ci il tarixdə saat 14:30 radələrində Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşən Şahid2 istifadəsindəki ərzaq mağazasına alışqan almaq üçün qanuna müvafiq qaydada sərbəst girərək mağazada olan rəfdə qoyulmuş Zərərçəkmiş şəxs məxsus 15 manat dəyərində əl çantasını içərsində olan 600 Azərbaycan manatı və həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 3614,61 manat dəyərində 2130 ABŞ dolları ilə birlikdə olmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4229,61 (dörd min iki yüz iyirmi doqquz manat altmış bir qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13.07.2020-ci il tarixdə keçmiş həyat yoldaşı X3 ilə yaşadığı Zaqatala rayonu, Yuxarı Tala kəndində rastlaşmış və aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı o, şüşə sınığı ilə Qumrunun boyun nahiyyəsinə xəsarət yetirmişdir. Buna görə də Zaqatala rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli hökmü ilə 03 il 09 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. O, hökmdən Şəki Apelliyasiya Məhkəməsinə şikayət etmiş, Şəki Apelliyasiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarı ilə həbsdən azad olunmuşdur. O, hazırda qardaşı Mürşüd Həmzəyevlə birlikdə yaşadığı kənddə sallaqxanada iri və xırda buynuzlu heyvan kəsərək ətini satmaqla məşğul olur. 28.11.2021-ci il tarixdən 29.11.2021-ci il tarixə keçən gecə atası Oktay Həmzəyevlə yaşadığı evdə aralarında sözlə mübahisə olmuş və qərara gəlmişdir ki, Bakı şəhərinə gedib orada işləyərək çörək pulu qazansın. O, 29.11.2021-ci il tarixdə səhər saatlarında həmkəndlisi Samirə məxsus VAZ 2107 markalı taksi avtomobilinə minmiş və ona demişdir ki, onu Şəki şəhərinə aparsın. O, Şəki şəhərinə gəlib, qayınanasının evində bir gecə qaldıqdan sonra Bakı şəhərinə getməyi qərara almışdır. Samir onu Şəki şəhərinə gətirərək “Bazarstore” super marketinin qarşısında düşürtmüş, yol haqqı olaraq Samirə 25 manat pul vermiş və Samir çıxıb getmişdir. Əynində olan gödəkçə köhnə olduğu üçün bazara girib özü üçün 35 manat dəyərində gödəkçə almışdır. O, yemək yemək üçün yaxınlıqdakı Fontan kafesinə girmiş, kabinetlərdən birində tək əyləşmiş, yemək sifariş etmişdir. Sonra istifadəsində olan ***-***- **-** saylı nömrədən həmkəndlisi taksi sürücüsü Sabirin istifadəsində olan ***-***-**-** saylı nömərəyə zəng vuraraq demişdir ki, Şəki şəhərindədir, gəlib onu Şəki şəhərindən Bazarstore super marketinin qarşısından götürüb evlərinə aparsın. O, Sabir gələnə qədər Fontan kafesində yemək yeyən zaman spirtli içki olan araq içmişdir. Təxminən saat 13:00- 14:00 radələrində həmkəndlisi və qohumu Tural ona zəng vurub, Sabirlə birlikdə Şəki şəhərinə çatdığını və Bazarstore super marketinin qarşısında olduqlarını demişdir. O, isə onlarla görüşmək üçün kafedən çıxmış, siqareti qurtardığı üçün siqaret almaq məqsədi ilə Fontan kafesinin olduğu küçənin əks tərəfində yerləşən adı olmayan ərzaq mağazasına tərəfə getmişdir. Yolun kənarında olan mağazanın qapsının açıq olduğunu, həmin mağazaya müştərilərin girib çıxdığını görüb mağazanın açıq qapısından içəri daxil olmuşdur. Satıcıdan bir ədəd LD markalı siqaret almış və satıcıya 2 manat 50 qəpik pul vermişdir. Mağazanın qapısına tərəf getmiş, mağazadan çıxanda giriş qapısının yanındakı metal rəfin üst gözündə bir ədəd qara rəngli, süni dəri materialından hazırlanmış, ağzı seplə bağlanmış, çiyindən asmaq üçün kəməri olan əl çantasının qoyulduğunu görmüş və hiss etmişdir ki, həmin çantanın içərsində pul və yaxud qiymətli əşya var. O, həmin çantanı oğurlamaq istəsə də satıcının görə biləcəyindən ehtiyyat edərək həmin çantanı götürməmiş, mağazadan çölə çıxaraq Sabir və Tural ilə görüşmək üçün Bazarstore supermarketinin qarşısındakı avtomobil dayanacağına getmişdir. Sabir və Tural ilə görüşüb, onlara təklif etmişdir ki, yemək yediyi kafeyə gedib, çay içsinlər. Tural Şəki şəhərində dostu ilə görüşməyə gedəcəyini bildirmiş, o, isə təkidlə onlardan kafeyə getmələrini xahiş etmiş və onlar razılaşıb onunla birlikdə Fontan kafesinə getmiş və birlikdə əyləşib çay içmişlər. Onlar üçlükdə kafenin həyətinə çıxmış, Sabir kafenin həyətində lotoreya satan tanımadığı şəxsə yaxınlaşmış, lotoreya almaq üçün lotoreya biletlərini seçməyə başlamışdır. Özü isə Tural ilə birlikdə söhbət edə-edə kafedən çıxmışdır. Tural ona yaxınlıqdakı kafedə öz dostunun işlədiyini, Şəki şəhərinə həmin dostu ilə görüşmək üçün gəldiyini bildirərək birlikdə gedib həmin dostuyla görüşüb, çay içib söhbət etməyi, daha sonra yaşadıqları kəndə birlikdə qayıtmağı təklif etdikdə, o, razılaşıb Tural ilə birlikdə yaxınlıqdakı kafeyə getmişdir. Həmin kafedə Turalın dostu ilə görüşmüş, bir az əyləşmiş, darıxdığına görə Turala gedib Sabirin avtomobilində oturub, onun gəlməsini gözləyəcəyini deyərək kafedən çıxıb Sabirin avtomobilinə minmək üçün Bazarstore super marketinin avtomobil dayanacağına tərəf getmişdir. O, bir qədər əvvəl həmin çantanı gördüyü mağazanın qarşısından keçən zaman alışqanı Turalgilin yanında qaldığına görə fikirləşmişdir ki, həmin mağazaya girib alışqan alsın. O, mağazaya daxil olduqda görmüşdür ki, mağazada 2-3 nəfər qadın alış-veriş edirlər və satıcının başı onlara qarışıb, ona fikir vermirlər. O, bu zaman həmin çantanı oğurlaya biləcəyini düşünərək fürsətdən istifadə edib giriş qapısının yanındakı həmin rəfin üst gözündə olan əl çantasını götürüb mağazadan çıxmışdır. Sonra Bazarstore supermarketinin qarşısındakı avtomobil dayanacağına gedib orada Sabirin dövlət nömrə nişanını xatırlamadığı VAZ 2106 markalı avtomobilinin arxa sərnişin oturacağına əyləşmişdir. Sabirə avtomobili işə salaraq Zaqatala rayonuna sürməsini tapşırmışdır. Yolda ərazinin dəqiq hara olduğunu bilmədiyi yerdə avtomobil ilə hərəkətdə olarkən o, Sabirə “fırlatdım” demişdir. Sabir ondan nəyi fırlatdığını soruşduqda, o, çanta fırlatdığını bildirmişdir. Sabir dərhal avtomobili yolun sağında saxlamış, ondan geri qayıdıb, çantanı oğurladığı yerə geri qaytarmağını tələb etmiş, o, Sabirə “problem yoxdur, sür çıxıb gedək rayona.” - demiş və Sabir yola davam etmişdir. Bundan sonra o, yolda oğurladığı həmin əl çantasının ağzını açmış, içərsində milli pulların və ABŞ dollarlarının olduğunu görmüş, pulun nə qədər olmasını saymadan çantadakı pulları götürmüş və avtomobilin qapısını açıb çantanı yerə tullamışdır. Lakin, Sabirin diqqəti yolda olduğundan onun nə etdiyini bilməmişdir. Onlar Zaqatala şəhərinə çatmış, Sabir avtomobili yanacaq doldurma məntəqəsinə sürmüşdur. O, yol haqqı olaraq cibindən 20 ədəd bir manatlıq çıxarıb, Sabirə yol pulu olaraq 20 manat məbləğində pulu benzin tökməsi üçün yanacaq doldurma məntəqəsinin əməkdaşına Sabirin razılığından sonra vermiş və avtomobilə 20 manatlıq benzin tökməsini xahiş etmişdir. Avtomobilə yanacaq doldurulduqdan sonra Sabir avtomobili işə salaraq Zaqatala rayonu, Aşağı Tala kəndinin yaxınlığındakı qəbiristanlığa çatdıqda, o, Sabirə avtomobili saxlamasını demişdir. Sabir avtomobili dayandırdıqdan sonra o, əvvəllər də onu taksi olaraq müxtəlif yerlərə apardığına görə Sabirə olan borcunu ödəmək məqsədi ilə cibindən bir ədəd yüz manatlıq əskinazı çıxarıb Sabirə vermiş, avtomobildən düşərək yaşadığı evə getmişdir. Yolda qərara gəlmişdir ki, oğurladığı puldan həyat yoldaşı X4 verib, sonra işləmək üçün Bakı şəhərinə getsin. O, yaşadığı evə çatmış, atası ilə görüşmək istəmədiyindən həyətin digər tərəfində yerləşən qardaşı Mürşüdün evinin qarşısına gedib həyat yoldaşı Minayəyə zəng edərək onu həmin yerə çağırmışdır. Minayə həmin yerə gəldikdə, Minayəyə Bakı şəhərinə gedəcəyini deyib, ona məxsus paltarlarını oraya gətirməsini xahiş etdikdə Minayə ona atasının evdə olmadığını deyib, evə getməyi təklif etmiş və o, Minayə ilə birlikdə yaşadığı evə getmişdir. Evdə təklikdə oğurladığı puldan 500 dollarını Minayəyə verib həmin pulu Azərbaycan manatına çevirib, bir qismini dolanışığına xərcləməsini, 500 manatı ilə isə qardaşı Mürşüdə olan borcunu qaytarmasını tapşırmışdır. Həmin vaxt həyat yoldaşı Minayə ondan həmin pulları haradan əldə etdiyini soruşduqda, borcu olan tanışının borcunu qaytardığını bildirmişdir. Minayəyə həmin pulları mağazadan oğurlamağı barədə heç bir söz deməmişdir. Bundan sonra o, paltarlarını da götürüb evdən çıxmış, sağollaşmaq məqsədi ilə həm qohumu, həm də dostu olan Turala istifadəsində olan ***- ***-**-** saylı nömrədən Turalın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng vurub görüşmək istədiyini demiş, kənddə Turala məxsus evin qapısnın qarşısında təklikdə görüşmüşdür. Tural ona pula ehtiyyacının olduğunu bildirdiyindən o, cibindən 45 manat pul çıxarıb Turala vermişdir. Turala həmin pulları oğurlamağı barədə heç bir söz deməmişdir. Tural getdikdən sonra o, Zaqatala rayonundan Bakı şəhərinə sərnişin daşıyan maşının tanımadığı sürücüsünə zəng vurmuşdur ki, onu da Bakı şəhərinə aparsın. O, marşurutun sürücüsü ilə görüşüb Zaqatala rayon Avtovağzalında maşına minib Bakı şəhərinə yola düşmüşdür. Yolda getdiyi maşın Şəki şəhəri ərazisindən keçən zaman Şəki şəhərindəki yanacaq doldurma stansiyasında dayanıb yanacaq doldurarkən o, maşından düşmüşdür ki, hava alsın. Bu vaxt ona mülki geyimli şəxslər yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına razılığını bildirib onlarla birlikdə Şəki ŞRPŞ-yə gəlmişdir. O, polis şöbəsində mağazadan içərisində pul olan çanta oğurlamağını səmimi etiraf etmişdir. Mağazadan oğurladığı pulun qalan bir hissəsini polis şöbəsində təqdim etmişdir. Həmçinin bildirmişdir ki, o, mağazada əl çantasını görəndə çantanın içərsində pul olmasını dəqiq bilmirdi. Amma fikirləşdir ki, çantanın içərsində ya pul, yada ki, qiymətli əşya var. Ona görə də əl çantasını oğurlamışdır. Oğurladığı həmin çantanın içərisindəki pulları saymadığından içərisində ümumilikdə nə qədər pul olmasını bilməmişdir. O, həmin çantanı oğurladıqdan sonra çantadakı pullardan xatırlamadığı məbləğdə pulu siqaretə, suya və yol haqqına xərcləmişdir. Həmin çantadakı puldan həmkəndliləri olan tanışları Sabirə 100 (bir yüz) manat, Turala 45 manat, həyat yoldaşına isə 500 dollar vermiş, həmçinin, Sabirin avtomobilinə 20 manatlıq benzin tökmüşdür. Həmin pulun 600 dollarını və həmin puldan 40 manatına mobil telefonuna yükləmək üçün xatırlamadığı yerdən aldığı Bakcell balans kartlarını isə araşdırma zamanı istintaqa təqdim etmişdir. Lakin, hadisə zamanı sərxoş vəziyyətdə olduğuna görə həmin pulun yerdə qalan hissəsini nə etdiyimi xatırlamır. O, tanışları Sabir və Turala, həmçinin arvadı X4 onlara verdiyi pulların oğurluq olmasını demədiyinə görə onların həmin pulların oğurluq olmasından xəbərləri olmamışdır. Nə mağazanın sahibi yəni satıcısı, nə də ki, mağazada alış veriş edən şəxslər onun oğurluq etməyini görməmiş nə də ki, həmin şəxslərin onu görəcəklərindən şübhələnməmişdir. O, görmüşdür ki, satıcının başı müştərilərə qarışıb, onlar ona fikir vermirlər, oğurluq etməyinin onlar tərəfindən görünməsinin qarşısını almaq üçün arxasını onlara çevirib, üzünü çanta tərəfə tutmuş, sonra çantanı rəfin gözündən götürüb qarnına sıxıb mağazadan çıxmışdır. O, tam əmindir ki, onun mağazadan oğurluq etməyini nə satıcı nə də ki, orada olan müştərilər görməmişlər. Göstərmişdir ki, birinci nikahdan 1 azyaşlı övladı vardır. Həmin uşaq üçün aliment ödəyir. Həmçinin ikinci nikahdan olan həyat yoldaşı 4-5 aylıq hamilədir. Bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Buna görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri S.Rəhman küçəsində yerləşən, tanışı Şahid2 işlətdiyi ərzaq mağazasının qarşısında açıq şəkildə alt paltarı və corab satır, bu yolla əldə etdiyi qazancla dolanır. O, hər gün səhər saat 08:00 radələrində həmin mağazanın qarşısında alt paltarı və corabları açıq şəkildə masanın üzərinə düzür, saat 15:00 radələrinədək həmin yerdə geyim əşyalarının satışı ilə məşğul olur, sonra satış üçün nəzərdə tutduğu geyimlərdən yerdə qalanını toplayıb Məmmədin işlətdiyi mağazanın anbarına yığır və evinə gedir. Hər gün işə gedəndə özü ilə içərisinə geyim satışından əldə etdiyi pulunu və nisyə satdığı geyimlərlə bağlı qeydiyyat apardığı kitabçanı qoyduğu çantanı aparır. Gün ərzində həmin çantanı Məmmədin işlətdiyi mağazanın içərisində hər hansı bir yerə və ya mağazanın anbarına qoyur, gün boyunca geyim əşyalarını satdığı zaman əldə etdiyi pulu isə vaxtaşırı mağazaya girib çantasına qoyur. Çantadakı kitabçasında nisyə satdığı geyimlərin qeydiyyatını aparır. 29.11.2021-ci il tarixdə səhər saatlarında həmişəki kimi mağazaya gəlmiş, həmişəki kimi içərisində nisyə satdığı geyimlərin qeydiyyatını apardığı kitabçası və geyim satışından əldə etdiyi pul yəni, 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul olan çantasını özü ilə götürmüşdür. Həmin gün saat 08:00 radələrində Şəki şəhəri S.Rəhman küçəsində yerləşən, tanışı Məmmədin işlətdiyi ərzaq mağazasına çatmış, mağazanın anbarında saxladığı alt paltarı və corabları mağazanın qarşısına qoyduğu masanın üzərinə yığıb satmağa başlamışdır. O, işə başlamazdan əvvəl içərisində 600 Azərbaycan manatı və 2130 ABŞ dolları məbləğində pul olan çantasını üzərində daşıyıb itirəcəyindən ehtiyat edərək mağazanın içərisində giriş qapısının sağ tərəfində yerləşdirilmiş rəfin ən üst mərtəbəsinə qoymuşdur. Həmin gün təxminən saat 14:45 radələrində o, satdığı geyimlərdən yerdə qalan geyimləri toplayıb, Məmmədin işlətdiyi mağazanın anbarına yığmışdır. Daha sonra mağazanın içərisində giriş qapısının sağ tərəfində yerləşdirilmiş rəfin ən üst mərtəbəsinə qoyduğu çantasını götürmək istədikdə, çantasının orada olmadığını görmüşdür. O, mağazada cantanı axtarsa da tapa bilməmiş və içərisində 600 Azərbaycan manatı və 2130 ABŞ dolları məbləğində pul olan çantasının oğurlanması barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, içərisində 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul olan çantasını sonuncu dəfə 29.11.2021-ci il tarxidə saat 12:00 radələrində mağzaya girən zaman çantasını qoyduğu yerdə, yəni Məmmədin işlətdiyi mağazanın içərisində giriş qapısının sağ tərəfində yerləşdirilmiş rəfin ən üst mərtəbəsində görmüşdür. O, çantasındakı pulu sonuncu dəfə 28.11.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin qonaq otağında təklikdə saymış və həmin vaxt çantasının içərisində 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul olmuşdur. Hadisə zamanı orada və ya yaxınlıqda hadisənin şahidi ola biləcək başqa hansı şəxslərin olmasından məlumatı yoxdur. Onun içərisində 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul olan çantasını saxladığı mağaza hadisə zamanı işləmişdir. Hadisə zamanı mağzada tanışı Məmməd olmuşdur. Hadisə zamanı oğurlanmış içərisində 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul olan çanta və çantadakı pul ona məxsusdur. Hadisə zamanı mağazadan içərisində 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul olan çantadan başqa heç bir şey oğurlanmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə zamanı çantasının içərisində olan 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində pul həmin çantası ilə birlikdə oğurlanmışdır. Həmin vaxt çantasının içərisində qeyd edilən pullardan başqa heç bir şey olmamışdır. Ona görə də hadisə nəticəsində ona 600 (altı yüz) Azərbaycan manatı və 2130 (iki min bir yüz otuz) ABŞ dolları məbləğində maddi ziyan dəymiş, həmçinin, çantasının özünün oğurlanması nəticəsində ona çantasını aldığı vaxtda xərclədiyi pula münasibətdə 15 (on beş) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, o, həmin bir ədəd çiyin çantasını bir il yarım bundan əvvəl, yəni 2020-ci ildə Bakı şəhəri ərazisində yerləşən Sədərək ticarət mərkəzindəki mağazalardan birindən 15 (on beş) manata almışdır. O, Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxslə onun arasında əvvəllər və ya cari dövrdə mübahisə, ədavət və ya qərəzli münasibət, yaxud borc münasibəti olmamışdır. Hadisə zamanı oğurlanmış çiyin çantası qara rəngli olmuş, süni dəridən hazırlanmışdı. Çantasının üzərində parça məmulatından hazırlanmış kəmər olmuşdur. Çantasının uzunluğu 25 santimetr, eni 17 santimetr imiş. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Onunla barışmışdır. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Bildirmişdir ki, Həmzənin yaxşı ailəsi, atası var. Onun həyat yoldaşı da hamilədir. O, hazırda törətmiş olduğu əməldən səmimi peşmançılıq keçirir. Bütün bunları nəzərə alaraq Təqsirləndirilən şəxs ümumiyyətlə cəzalandırılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri S.Rəhman küçəsində, icarə müqaviləsi əsasında ərzaq mağazası işlədir. Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs onun işlətdiyi ərzaq mağazasının qarşısında açıq şəkildə alt paltarı və corab satışı ilə məşğul olur. Anar hər gün səhər saat 08:00 radələrində onun mağazasının qarşısında alt paltarı və corabları açıq şəkildə masanın üzərinə düzür, saat 15:00 radələrinədək həmin yerdə geyim əşyalarının satışı ilə məşğul olur, saat 15:00 radələrində isə satdığı geyim əşyalarının yerdə qalanını toplayıb onun işlətdiyi mağazanın anbarına yığır və çıxıb gedir. Anar işə gələndə özü ilə qara rəngli çiyin çantasını gətirir, gün ərzində həmin çantanı onun işlətdiyi mağazanın içərisində hər hansı bir yerə qoyurdu. 29.11.2021-ci il tarixdə saat 08:00 radələrində Zərərçəkmiş şəxs həmişəki kimi onun işlətdiyi ərzaq mağazasına gəlmiş, mağazanın anbarında saxladığı alt paltarı və corabları mağazanın qarşısına qoyduğu masanın üzərinə yığıb satmağa başlamışdır. Həmin gün təxminən saat 14:45 radələrində Anar satdığı geyimlərdən yerdə qalan geyimləri toplayıb, onun işlətdiyi mağazanın anbarına yığıb getməyə hazırlaşmışdır. Həmin vaxt o, Anarın mağazada rəflərə baxaraq nə isə axtardığını görmüşdür. Nə axtardığını soruşduqda Anar ona səhər işə gələn zaman içərisində öz pulu olan çiyin çantasını mağazanın içərisində giriş qapısının sağ tərəfində yerləşdirilmiş rəfin ən üst mərtəbəsinə qoyduğunu bildirmişdir. İşini bitirdikdən sonra evə getməyə hazırlaşarkən çantasını götürmək istədikdə, çantasının həmin yerdə olmadığını aşkar etmişdir. Mağazanı axtarsa da, çanatasını tapa bilməmişlər. Sonra özü də Anar ilə birlikdə mağazanı axtarsa da Anarın çiyin çantasını tapa bilməmişlər. Anar qonşuluqda işləyən şəxslərdən gün ərzində mağzaya girib, əlində onun çantasına oxşar çanta ilə çıxan şəxs görüb-görmədiklərini soruşsa da heç bir şey görmədiklərini bildirmişlər. Daha sonra isə Anarın çantasının oğurlanması qənaətinə gəlinmiş və bu barədə DİN-in 102 xidmətinə müraciət edərək məlumat vermişdir. Bir qədər sonra isə Şəki ŞRPŞ-nin əməkdaşları gəlib onun işlətdiyi mağazaya baxış keçirmişlər. Daha sonra o, Anardan eşitmişdir ki, çanatasını oğurlayan şəxsin Zaqatala rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən edilib və həmin şəxs polis tərəfindən tutulmuşdur. Bildirmişdir ki, Zərərçəkmiş şəxs içərisində pul olan çiyin çantası oğurlanan zaman onun işlətdiyi həmin mağaza işləmişdir. Hadisə baş verən gün, yəni 29.11.2021-ci il tarixdə, o cümlədən həmin gün saat 14:00-15:00 radələrində mağazada özü olmuş və məhsul satışı ilə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs hadisə zamanı oğurlanmış çiyin çantasının içərisində pul olmasını və hansı məbləğdə pul olmasını bilməmişdir. O, 29.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs işə gələn zaman öz çiyin çantasını mağazanın içərisində giriş qapısının sağ tərəfində yerləşdirilmiş rəfin ən üst mərtəbəsinə qoyduğunu görməmişdir. O, 29.11.2021-ci il tarixdə mağazanın içərisində giriş qapısının sağ tərəfində yerləşdirilmiş rəfin ən üst mərtəbəsindən Zərərçəkmiş şəxs məxsus çiyin çantasının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını görməmişdir. Şahid1 04.03.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. O, Təqsirləndirilən şəxs tanıyır və onunla eyni kənddə yaşayır. 29.11.2021-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs xatırlamadığı nömrədən onun ***-***-**-** saylı nömrəsinə zəng edib, Şəki şəhərində olduğunu, Zaqatala rayonuna yaşadığı kəndə qayıtmaq istədiyini, cəmi 20 (iyirmi) manat pulu olduğundan ona yol pulu olaraq 20 manat pul verə biləcəyini bildirdikdə, o, razılığını bildirmişdir. Telefon danışığı zamanı Həmzə ona demişdir ki, Şəki şəhərindəki Bazarstore supermarketinin qarşısına gəlsin, özünün də həmin supermarketin yaxınlığındakı kafedə olduğunu bildirmişdir. Bundan sonra o, etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı Zaqatala rayonu Aşağı Tala kəndindən Şəki şəhərinə yola düşmüşdür. Yaşadığı kəndin yolunda olduğu zaman həmkəndlisi, Tural ilə rastlaşmış, Turala Şəki şəhərinə getdiyini, dostu ilə görüşmək istədiyini bildirmiş, o, Turalı da avtomobilə mindirərək Şəki şəhərinə gətirmişdir. O, saat 13:30-14:00 radələrində Şəki şəhərindəki Bazarstore supermarketinin qarşısına çatmış, Tural mobil telefonla Həmzəyə zəng edib çatdıqlarını bildirmişdir. O, Tural ilə dayanıb Həmzəni gözləmiş, avtomobil dayanacağına nəzarət edən tanımadığı şəxsə yaxınlaşaraq 40 qəpik pul verib onun da avtomobilnə nəzarət etməsini xahiş etmiş, bu vaxt Həmzə onların yanına gəlib, onlara kafedə yemək yediyini bildirmiş və onlara da çay içməyi təklif etmişdir. Tural dostu ilə görüşməyə getməli olduğunu bildirib getmək istəsə də Həmzə buna imkan verməmiş və Həmzə ilə birlikdə yaxınlıqdakı kafeyə getmişlər. O, Həmzə ilə birlikdə kafedəki kabinetə daxil olduqda kabinetdəki yemək masasında bir nəfərlik yemək dəsti, yemək və spirtli içki olan araq olduğunu görmüşdür. Həmin vaxt Həmzənin danışığı və hərəkətlərindən həddən artıq spirtli içki qəbul etdiyi hiss olunmuşdur. Onlar Həmzə ilə əyləşib çay içmişlər. Həmzə yeməyini yeyib bitirdikdən sonra onlar üçlükdə kafenin həyətinə çıxmış, o, kafenin həyətində lotoreya satan tanımadığı şəxsə yaxınlaşıb, lotoreya almaq üçün lotoreya biletlərini seçməyə başlamış və lotoreya bileti alıb görmüşdür ki, Həmzə və Tural orada yoxdular. Turalın dostu ilə görüşməyə getdiyini, Həmzənin isə onun avtomobilinin yanına getdiyini güman etdiyindən özü də avtomobilinin yanına getmişdir. Həmzənin avtomobilinin yanında olmadığını görmüş və avtomobilinin yanında dayanıb Həmzəni gözləməyə başlamışdır. Bir qədər gözlədikdən sonra Həmzə gəlmiş və avtomobilin arxa sərnişin oturacağında sağ tərəfdə əyləşmiş, ondan yaşadığı kəndə sürməsini xahiş etmişdir. O, Həmzə ilə ikilikdə avtomobillə Zaqatala rayonuna yola düşmüş, yolda Şəki-Qax yolunun Şəki rayonu Qoxmuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olduğu zaman Həmzə ona “fırlatdım” demiş, o, Həmzədən nəyi fırlatdığını soruşduqda, Həmzə ona çantanı fırlatdığını bildirmişdir. O, dərhal avtomobili yolun sağında saxlayıb Həmzədən geri qayıdıb, çantanı oğurladığı yerə geri qaytarmasını tələb etdikdə, Həmzə ona “Problem yoxdur, problem olası şey deyil, sür çıxıb gedək rayona.” demişdir. O, Həmzəni fikrindən daşındıra bilmədiyini görmüş, avtomobili Zaqatala rayonuna sürmüşdür. Onlar Zaqatala şəhərinə çatdıqda, o, yanacaq tökmək üçün avtomobilini şəhərdəki “Karaca oil” yanacaq doldurma məntəqəsinə sürüb avtomobili yanacaq kolonkalarından birinin qarşısında saxlamışdır. Həmin zaman Həmzə cibindən 20 manat çıxarmış, ona yol pulu olaraq verməli olduğu 20 manat məbləğində pulu yanacaq doldurma məntəqəsinin əməkdaşına vermişdir. O, avtomobilə yanacaq doldurtduqdan sonra yoluna davam etmiş və Zaqatala rayonu Aşağı Tala kəndinin yaxınlığındakı qəbiristanlığın yanında Həmzə ona avtomobildən enmək istədiyini bildirib, avtomobili dayandırmağını xahiş etmişdir. O, avtomobili dayandırdıqdan sonra Həmzə bir ədəd yüz manatlıq əskinas şəklində olan 100 manat məbləğində pulu ona tərəf uzadıb, ona əvvəlki borcunun ödənişi olaraq verdiyini deyərək həmin pulu ona vermiş və avtomobildən düşərək getmişdir. Daha sonra o, ailə üzvlərindən Təqsirləndirilən şəxs oğurluq etdiyinə görə polis tərəfindən tutulduğunu eşitmişdir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs çanta oğurlamasının şahidi olmamışdır. Həmzənin oğurladığı çantanın içərisində nə olması haqqında isə heç bir məlumatı da olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs ona yalnız çanta fırlatdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şəki şəhərində “Bazar store” mağazasının qarşısında onun avtomobilinə əyləşən zaman o, Həmzənin əlində bir ədəd qara rəngli çanta görmüş, lakin, əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxs Zaqatala rayonu Aşağı Tala kəndinin yaxınlığındakı qəbiristanlığın yanında onun avtomobilindən enən zaman o, Həmzənin əlində çanta görməmişdir. Təqsirləndirilən şəxs Şəki şəhərində “Bazar store” mağazasının qarşısında onun avtomobilinə əyləşdikdən sonra o, Həmzənin əlindəki çantanı sonuncu dəfə yolda Şəki-Qax yolunun Şəki rayonu Qoxmuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olduqları zaman Həmzə ona “fırlatdım” dedikdə, o, avtomobili dayandırıb Həmzə ilə danışdığı vaxt görmüşdür. Təqsirləndirilən şəxs hadisə zamanı yanacaqdoldurma stansiyasının əməkdaşına verdiyi 20 manat məbləğində pulu şalvarının cibindən çıxarıb vermişdir. Ona verdiyi 100 manat məbləğində pulu isə hardan çıxartmasını görməmişdir. O, Həmzəyə tərəf baxanda 100 manat pul artıq Həmzənin əlində idi. Hadisə zamanı Təqsirləndirilən şəxs ona verdiyi 100 manat məbləğində pulun və yanacaqdoldurma stansiyasının əməkdaşına verdiyi 20 manat məbləğində pulun oğurluq olub-olmaması haqqında heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona hadisə zamanı ümumiyyətlə 300 (üç yüz) ABŞ dolları məbləğində pul verməyib və ona pul oğurlaması haqqında heç bir söz deməmişdir. Həmzənin izahatında ona 300 (üç yüz) ABŞ dolları məbləğində pul verməsini və ona həmin pulu oğurladığını dediyini bidirməsinin səbəbini bilmir. Hadisə zamanı Təqsirləndirilən şəxs ona sumkanı fırlatdığını bildirsə də, o, özünün də məsuliyyətə cəlb edilə biləcəyindən ehtiyyat etdiyinə görə bu haqda polisə məlumat verməmişdir. Üzrlü olaraq məhkəmə iclasında iştirak etməyən, lakin məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan 29 noyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 29.11.2021-ci il tarixdə mağazadan X1 məxsus, içərisində 600 Azərbaycan manat və 2130 ABŞ dolları olan çantanın oğurlanması haqqında DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında hadisə yerinə gedilmişdir. Hadisə yeri Şəki şəhəri, S.Rəhman küçəsində, “Bazarstore” mağazasının yaxınlığında yerləşən adı olmayan ərzaq mağazasıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mağazanın ön hissəsində plastik materialdan hazırlanmış ağ rəngli pəncərələri vardır. Mağzaya giriş bir ədəd iki laylı qapıdandır. Giriş qapısı kilidlə kilidlənir. Həmçinin, giriş qapısının üzərində asma qıfılla qıfıllana bilməsi üçün sonradan quraşdırılmış metal konstruksiya da vardır. Mağazaya daxil olunduqda, içəridə müxtəlif növ qida və qeyri-qida məhsulları olmaqla gündəlik tələbat mallarının olması müşahidə olunur. Baxışın gedişində Zərərçəkmiş şəxs bildirdi ki, həmin mağazanı tanışı Şahid2 icarə əsasında işlədir, özü də mağazanın qarşısında açıq şəkildə geyim satışı ilə məşğul olur, hər iş gününün sonunda isə satdığı geyimlərdən yerdə qalanını toplayıb həmin mağazanın anbarına yığıb evinə gedir. Həmişə işə gələndə özüylə içərisinə geyim satışından əldə etdiyi pulu qoyduğu əl çantasını aparır, gün ərzində çantasını mağazanın içərisində hər hansı bir yerə və ya mağazanın anbarına qoyur, gün boyunca geyim satışındna əldə etdiyi pulu isə vaxtaşırı mağazaya girib çantasına qoyur. Evə gedəndə də həmin çantanı özü ilə aparır. Sonra Zərərçəkmiş şəxs mağazanın içərisində giriş qapısı üz-üzə dayandıqda qapının sağ tərəfində yerləşdirilmiş metal rəfin ən üst gözünü göstərib, 29.11.2021-ci il tarixdə səhər saatlarında içərisində geyim satışından əldə etdiyi özünə məxsus 600 Azərbaycan manatı və 2130 ABŞ dolları olan özünə məxsus əl çantasını həmin rəfin göstərdiyi gözünə qoyduğunu və günorta saatlarında işini bitirib evinə getməyə hazırlaşarkən çantasını qoyduğu həmin yerə baxdıqda, çantasının həmin yerdə olmadığını aşkar etdiyini bildirdi. Baxışın gedişində qeyd edilən mağazanı icarə əsasında işlədən Şahid2 hadisə zamanı mağzasından heç bir şey oğurlanmadığını, mağazadakı malların və mağazanın kassasındakı pulların yerində olduğunu bildirmişdir. İşdə olan 30 noyabr 2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İşdə olan 30.11.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 6 (altı) ədəd yüzlük ABŞ dolları əskinaslarından ibarət və 24 (iyirmi dörd) ədəd bir manatlıq Azərbaycan manatından ibarət olan pulları, həmçinin, 2 (iki) ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq Bakcell balans kartlarını (kontur) təqdim edərək sadalanan pul və balans kartlarından ümumilikdə 600 ABŞ dolları və 24 Azərbaycan manatı təşkil edən pulların Şəki şəhərindəki “Bazarstore” supermarketinin yaxınlığındakı mağzadan oğurladığı əl çantasının içərisindəki pullardan xərclədikdən sonra qalan pullar olduğunu, ümumi dəyəri 40 (qırx) manat olan Bakcell balans kartlarını isə oğurladığı həmin pullar ilə aldığını bildirmişdir. İşdə olan 30 noyabr 2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. İşdə olan 30 noyabr 2021-ci il tarixli, qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuş və 02 dekabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan 08.12.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 5 (beş) ədəd yüzlük ABŞ dolları əskinaslarından ibarət olan 500 ABŞ dolları məbləğində pulu təqdim edərək həmin pulun Şəki şəhərindəki “Bazarstore” supermarketinin yaxınlığındakı mağzadan oğurladığı əl çantasının içərisindəki pullardan arvadı X4 verdiyi, daha sonra isə M.F.Əliyevadan geri götürdüyü həmin 500 ABŞ dolları olduğunu bildirmişdir. İş üzrə viedomateriala baxış keçirilməsi haqqında 24.01.2022-ci il tarixli baxış protokolundan görünür ki, əməliyyat tapşırığının cavab məktubuna əlavə edilmiş, bir ədəd zərfdə qablaşdırılmış bir ədəd “DVD” disk “Fujitsu” markalı noutbuka qoşuldu, həmin diskin yaddaşına daxil olduqda birinin adı “VİD-20220120-WA0013” şəklində, digərinin adı “VİD-20220120-WA0012” şəklində qeyd olunmuş 2 (iki) ədəd videoyazıya dair fayl aşkar olunur.
1. “VİD-20220120-WA0013” adlı video faylı açdıqda həmin video görüntüdə bir nəfər orta boylu, idmançı bədən quruluşlu, boz rəngli şalvar və qara rəngli uzunqol köynək geyinmiş şəxsin hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs özünün içərisində pul olan həmin çantasını qoyduğu, Şahid2 işlətdiyi mağazanın giriş qapısından əlində 01 ədəd qara rəngli çanta ilə bayıra çıxaraq sağ tərəfə dönüb getməsi müşahidə olunur. Videonun müddəti 16 saniyə olması müəyyən edilmişdir.
2. “VİD-20220120-WA0012” adlı video faylı açdıqda həmin video görüntüdə bir nəfər orta boylu, idmançı bədən quruluşlu, boz rəngli şalvar və qara rəngli uzunqol köynək geyinmiş şəxsin əlində 01 ədəd qara rəngli çanta ilə kameranın qarşısından keçərək sağ tərəfə doğru getməsi müşahidə olunur. Videonun müddəti 20 saniyə olması müəyyən edilmişdir. İşdə olan Şəki-Bazar ASC-nin 11.01.2022-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, uzunluğu 25 santimetr, eni 17 santimetr olan, süni dəridən hazırlanmış, üzərində parça məmulatlarından hazırlanmış kəməri olan qara rəngli çiyin çantasının 29.11.2021-ci il tarixinə olan orta satış bazar qiyməti 15 (on beş) manat təşkil edir. İşdə olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şəki Filialının 12.01.2022-ci il tarixli 06 nömrəli məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-də 29.11.2021-ci il tarixinə 2130 USD (iki min bir yüz otuz Dollar) vəsaitin Azərbaycan Manatı ilə (Kurs 1.6970-Alış) 3614.61 AZN (üç min altı yüz on dörd Manat altmış bir qəpik) edir. İş üzrə 22.01.2022-ci il tarixli 189-1802-1222 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus içərisində 600 Azərbaycan manatı və 2130 ABŞ dolları olan çantanı oğurlamış Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə həmkəndliləri Şahid1 və Şahid3, yaxud başqa şəxslərlə əlbir olmaması, sonuncuların və Təqsirləndirilən şəxs arvadı X2 Təqsirləndirilən şəxs törətdiyi oğurluqdan məlumatlarının olmaması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisə zamanı oğurladığı Zərərçəkmiş şəxs məxsus bir ədəd çantanın yerini, həmçinin həmin çantanın içərisindəki pulların hansı istiqamətdə və hansı məqsədlə istifadə olunmasını və yerdə qalan pulların yerini müəyyən etmək mümükün olmamışdır. Təqsirləndirilən şəxs həmin oğurluq cinayətini törətməsindən məlumatı olan şəxs, həmin oğurluq cinayətini törətdiyi vaxt hadisənin şahidi olmuş şəxs, həmçinin, Təqsirləndirilən şəxs digər cinayətlər törətməsi halı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında münaqişə, ədavət, borc və ya başqa əmlak məsələlərinin olmaması müəyyən edilmişdir. Hadisə yerinin ətrafında hadisəni qeydə almış video müşahidə kameralarının qeydə aldıqları görüntülər 01 ədəd DVD diskdə İstintaq Bölməsinə təqdim edilir. İş üzrə 08.01.2022-ci il tarixli, 71 nömrəli Zaqatala RMX -dan daxil olmuş məktubdan görünür ki, Həmzəyev X5 RMX PHŞ-in poliklinika şöbəsinin narkoloji, psixoloji, vərəm xəstəlikləri kabinetlərində və dispanser qeydiyyatında yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində olan 09.12.2021-ci il tarixli tələbnamədən görünür ki, 06.08.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin hökmü ilə 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 06 avqust 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmışdır. Həmçinin 08.10.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3, 66.5-ci maddəsinə əsasən Zaqatala rayon Məhkəməsinin hökmü ilə 03 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 1(033)-35/2020 saylı, 06.08.2020ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 06 avqust 2020-ci il tarixdən hesablanmışdır. İşə əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 1(033)-55/2020 saylı, 08.10.2020ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza müddətinə hesablanmaqla və həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 iyul 2020-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-29/2021saylı, 13.04.2021-ci il tarixli qərarından görünür ki, verilmiş apellyasiya şikayəti təmin edilərək, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunaraq və o, cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibi üzrə icraata xitam verilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əsas cəza kimi qəti olaraq təyin edilmiş və cəzaçəkmənin əvvəli 06 avqust 2020-ci ildən hesablanan beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşdə olan 10 yanvar 2021-ci il tarixli, arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 24 yanvar 2021-ci il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşayır himayəsində 2012-ci il təvəllüdlü X6 adında azyaşlı uşağı vardır. İşə əlavə edilmiş AZ-İİ 451949 saylı nikah şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında nikah bağlanmışdır. İşə əlavə edilmiş 03.03.2022-ci il tarixli, 21 saylı arayışdan görünür ki, Həmzəyeva (Əliyeva) Minayə Faiq qızı 13-14 həftəlik hamilədir. Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, götürmə və baxış keçirilməsi haqqında protokolları və işdə olan digər mötəbər istintaq sənədləri ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə oğurluq cinayətini törətməsi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilib. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, həyat yoldaşının 13-14 aylıq hamilə olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi və onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Zaqatala rayon məhkəməsinin 1(033)-35/2020 saylı, 06.08.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni 06 avqust 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin o, Zaqatala rayon məhkəməsinin 1(033)-55/2020 saylı, 08.10.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilmiş müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti cəza müddətinə hesablanmaqla və həmin hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin edilən cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 iyul 2020-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi hökm edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-29/2021-saylı, 13.04.2021-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilərək, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs CMin 221.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunaraq və o, cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibi üzrə icraata xitam verilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əsas cəza kimi qəti olaraq təyin edilmiş və cəzaçəkmənin əvvəli 06 avqust 2020-ci ildən hesablanan beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum edilsə də onun hazırda törətmiş olduğu oğurluq cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan CM-nin 18.4.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yaranmayacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Bundan əlavə işdən görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Buna görə də məhkəmə ona cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini də nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 30.11.2021-ci il tarixdən 02.12.2021-ci il tarixinədək həbsdə saxlandığı cəmi 3 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 6 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan, Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq Bakcell balans kartları (kontur) onun özünə qaytarılmalıdır. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin, üzərinə həbs qoyulası əmlakın olmaması və maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək bir il, altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq 30.11.2021-ci il tarixdən 02.12.2021-ci il tarixədək həbsdə saxlandığı cəmi 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 6 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq bir il, beş ay, iyirmi dörd gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş bir il, beş ay, iyirmi dörd gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Zaqatala rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Şəki ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 2 manatlıq, 11 ədəd 1 manatlıq Bakcell balans kartları (kontur) onun özünə qaytarılsın. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Cahid İmanov.