Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-26/2023 05.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirаkı ilə xx xxxx 1990-cı il-də Qax rayonu İbaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Qax rayonu, İbaxlı kəndində qeydiyyatda olmaqla Ucar rayonunda yaşayan, bаrəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, təkrаrən, tаmаh niyyəti ilə özgənin xeyli miqdаrdа əmlаkını gizli yollа tаlаyаrаq oğurluq cinаyət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 24 аvqust 2022-ci il tarixdə, sааt 09:30 rаdələrində Şəki rayonunun İnçə kəndi ərаzisində, mаgistrаl yolun kənаrındаkı örüş sаhəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus 1350 mаnаt dəyərində, 6 yаşı olаn, 130 kq çəkidə əti olаn, аğ rəngli bir bаş boğаz inəyi, 1200 mаnаt dəyərində, 4 yаşı olаn, 110 kq çəkidə əti olаn, qırmızı rəngli bir bаş inəyi, 1300 mаnаt dəyərində, 5 yаşı olаn, 130 kq çəkidə əti olаn, şаbаlıdı rəngli bir bаş boğаz inəyi, cəmi 3 bаş inəyi gizli olaraq talamaqla oğurlаyаrаq Zərərçəkmiş şəxs1 ümumilikdə cəmi 3850 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, təkrаrən, tamah niyyəti və özgənin xeyli miqdаrdа əmlakını gizli yolla talama məqsədi ilə 19 sentyаbr 2022-ci il tarixdə, sааt 09 rаdələrində Şəki rayonunun Abbas kəndi ərаzisində yerləşən örüş sаhəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1500 mаnаt dəyərində, 5 yаşı olаn, diri çəkisi 200 kq olаn, sаrı rəngli bir bаş boğаz inəyi, 1500 mаnаt dəyərində, 5 yаşı olаn, diri çəkisi 200 kq olаn, qаrа rəngli bir bаş boğаz inəyi, 1000 mаnаt dəyərində, 3 yаşı olаn, diri çəkisi 170 kq olаn, sаrı rəngli bir bаş dişi dаnаnı, 1000 mаnаt dəyərində, 2 yаşı olаn, diri çəkisi 170 kq olаn, tünd şаbаlıdı rəngli bir bаş dişi dаnаnı, 1000 mаnаt dəyərində, 3 yаşı olаn, diri çəkisi 170 kq olаn, qаrа rəngli bir bаş inəyi, 1500 mаnаt dəyərində, 10 yаşı olаn, diri çəkisi 250 kq olаn, şаbаlıdı rəngli bir bаş inəyi, cəmi 6 bаş iribuynuzlu heyvаnını gizli olaraq talamaqla oğurlаyаrаq Zərərçəkmiş şəxs2 ümumilikdə cəmi 7500 manat dəyərində xeyli miqdаrdа maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə onа elаn edilən ittihаm üzrə özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2022-ci ilin avqust ayının 22-də Şəki şəhərində yaşayan bibisi Firidəgilə gələrək, onlarda qalmışdır. Şəki şəhərində olarkən bir çox yerlərə gedib iş axtarsa da tapa bilməmiş, bu səbəbdən maddi çətinlikləri olmuşdur. 24 avqust 2022-ci il tarixdə Qax rayonu istiqamətində getmiş, Şəki rayonu, İnçə kəndinə çatdıqda yolun sağ tərəfində 3 baş inək malının otladığını görmüşdür. Ətrafda heç kim olmadığından həmin heyvanları oğurlamaq qərarına gəlmişdir. Sürücüyə bu barədə heç nə demədən inəkləri keçdikdən sonra sürücüdən maşını saxlamasını xahiş etmiş, maşından düşüb ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra heyvanlara yaxınlaşıb onları Əyriçay istiqamətində sürmüşdür. Kənddən xeyli uzaqlaşdıqdan sonra Əyriçay su anbarından keçərək əkin sahələrinin kənarı ilə heyvanları sürmüşdür. Qarşısına ferma çıxmış, heyvanları maşın tapana qədər həmin fermada saxlamaq qərarına gəlmişdir. Fermaya yaxınlaşmış, tanımadığı təxminən 12-13 yaşlarında bir uşağa oğurladığı 3 baş inəyi göstərib özünə məxsus olduğunu, həmin heyvanları maşın gələnə qədər fermada saxlamasını xahiş etmişdir. O, 3 baş inəyi fermaya yerləşdirmiş, Ucar rayonunda yaşayan qeyri-rəsmi həyat yoldaşı Şahid5 zəng edib kürəkəni Rüstəmin ona 3 baş inək malı hədiyyə etdiyini, həmin heyvanları Ucara aparmaq lazım olduğunu demiş və ondan yük maşını tapmasını istəmişdir. Aygün ona tanımadığı bir nəfər şəxsin nömrəsini vermiş, həmin şəxsin Qazel markalı maşını olduğunu, heyvanları onunla Ucar rayonuna apara biləcəyini demişdir. Həmin mobil nömrəyə zəng edib danışmış, həmin şəxsə Şəki rayonunda özünə məxsus heyvanlar olduğunu və Ucar rayonuna aparmaq istədiyini deyərək gəlib aparmasını xahiş etmişdir. Aralarındakı şifahi razılığa əsasən sürücü 150 manat pulun müqavilində heyvanları idarə etdiyi Qazel markalı yük maşını ilə Şəki rayonundan Ucar rayonuna aparmağa razı olmuşdur. O, magistral yolun kənarına çıxmış, təxminən iki saat sonra Qazel markalı yük maşını ona yaxınlaşmış və birlikdə heyvanları saxladığı fermaya getmişlər. Orada saxladığı və İnçə kəndindən oğurladığı 3 baş inəyi maşına mindirmiş, daha sonra sürücü ilə birgə Ucar rayonuna getmiş, orada həyat yoldaşı Aygünlə birlikdə yaşadığı yataqxananın həyətində heyvanları maşından düşürmüşdür. Daha sonra həmin heyvanları satıb qazanc əldə etmək istəmiş, ona görə də Aygünə dayısı Şabanın heyvanları satmaqda ona köməklik etməsini demişdir. Bu məqsədlə Şabana zəng edib onunla bu barədə danışmış, o, heyvanlara müştəri tapa biləcəyini demişdir. Səhəri gün Şaban tanımadığı bir nəfər şəxslə onların yaşadığı ünvana gəlmiş, o, həmin heyvanları onlara göstərmişdir. Şaban digər şəxsi göstərib onun heyvanları almaq istədiyini ona demişdir. Şabanın yanında olan şəxslə aralarındakı razılığa əsasən 3 baş inək malını 1800 manata həmin şəxsə satmışdır. O, bundan başqa Qax rayonu, Üzümlü kəndində fəaliyyətə başlayan yeni zavodda iş tapmaq məqsədilə həmin yerə gedərkən kəndin Əyriçay adlanan ərazisində yolun kənarında bir baş at və bir baş atın balasını görüb ətrafda heç kimin olmadığından əmin olduqdan sonra onları oğurlayaraq yolun kənarına sürüb oradan keçən tanımadığı Qazel markalı yük maşını ilə 150 manat pulun müqavilində Ucar rayonuna həmin yaşadığı ünvanın həyətinə aparmışdır. Şabanın yanındakı şəxs atı və balasını görüb onları da almaq istədiyini bildirmiş, aralarındakı şifahi razılığa əsasən atı və balasını 300 manata həmin şəxsə satmışdır. Adını sonradan bildiyi Mirhəsən 3 baş inək malını, bir baş atı və bir baş at balasını özünün idarə etdiyi Qazel markalı maşına mindirmiş, o, da ona kömək etmişdir. Daha sonra Mirhəsən onun həyat yoldaşı Aygünə 2100 manat pul verərək maşına əyləşib getmişdir. Həmin 2100 manat pul ilə uşaqlara məktəb paltarları və lazımı əşyaları almış, qalan pulu isə evin ehtiyaclarına xərcləmişdir. Bir müddət Ucar rayonunda ailəsinin yanında qalmış, yenidən iş axtarmaq məqsədilə xx.xx.2022-ci il tarixdə Şəki şəhərinə bibisigilə gəlmişdir. Bir gün onlarda qalmış, iş tapmamış, xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Qax rayonu, İbaxlı kəndinə getmək üçün evdən çıxıb Qoxmuq körpüsünə tərəf piyada getmişdir. Tanımadığı maşına əyləşib Qax rayonu istiqamətində hərəkət etmiş, Şəki rayonu, Abbas kəndindən keçərkən asfalt yolun kənarında 5 baş və onlardan biraz aralıda 1 baş inək görmüşdür. O, inəkləri oğurlamaq qərarına gəlmiş, bir az keçən kimi maşını saxladıb düşmüşdür. Ətrafa diqqətlə baxmış, heç kimin olmadığından əmin olub 6 baş inəyə yaxınlaşıb onları Qax rayonu istiqamətində sürmüşdür. Abbas kənddən çıxana qədər kənd sakinlərindən Qazel sürücüsünün nömrəsini əldə etmiş və 6 baş inəyi Qax rayonu “kilsə burnu” adlanan əraziyə qədər sürmüşdür. Hazırda xatırlamadığı mobil nömrəyə zəng edib tanımadığı həmin sürücüdən inəkləri Ucar rayonuna aparmasını xahiş etmişdir. Həmin şəxs 160 manat pulun müqavilində heyvanları aparmağa razı olmuşdur. Təxminən yarım saat sonra Qazel markalı yük maşını ona yaxınlaşmış, o, 5 baş inək malını Qazelə mindirmişdir. Digər 1 baş inək malı maşına sığmadığı üçün onu buraxmışdır. Özü də Qazelə əyləşmiş, sürücü ondan heyvanların kimə məxsus olduğunu, hardan gətirdiyimi soruşduqda, heyvanların ona məxsus olduğunu, kürəkəni tərəfindən hədiyyə verildiyini, dağdan gətirdiyini deyərək onu inandırmışdır. Beləliklə Ucar şəhərinə çatmışlar və orada polis əməkdaşları onları saxlayaraq Ucar Rayon Polis Şöbəsinə aparmışlar. Ondan heyvanlar barədə soruşulduqda o, heyvanları oğurladığını etiraf etmişdir. Oğurladığı 5 baş inək malı sənədləşdirilərək təhvil verilmişdir. O, dəymiş ziyanı ödəməsinin, himayəsində azyaşlı uşaqlarının olmasının, əməlindən peşman olmasının nəzərə alınaraq ona həbslə əlaqədar olmayan cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, təsərrüfatla məşğul olur. Təsərrüfatında 10 baş iribuynuzlu heyvan vardır. Həmin heyvanlardan 4 başı buzov, 6 başı inəkdir. Buzovları özünə məxsus tövlədə saxlayır, 6 baş inəyi isə gündəlik olaraq səhər saatlarından yaşadığı evdən təxminən 500 metr kənarda yerləşən kəndin ümumi örüş sahəsinə aparır və saat 17 radələrində tövləyə gətirir. Ona məxsus heyvanlar indiyədək örüş sahəsindən kənara çıxmamışdır. xx.xx.2022ci il tarixdə saat 8 radələrində həmin 6 baş inəyi örüş sahəsinə aparmış, heyvanlar sahədə otlayarkən, özü evə qayıtmış və digər işlərini görmüşdür. Həmin gün saat 17 radələrində heyvanları buraxdığı örüş sahəsinə getdikdə, heyvanların heç birini tapa bilməmişdir. Heyvanları axtarmağa başlamış, iki gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə, saat 7 radələrində heyvanların axtarışında olarkən, Şəki rayonu, İkinci Biləcik kəndində “Ədəm gölü” adlanan ərazidə bir baş inəyini yatmış vəziyyətdə tapmışdır. İnəyin bədənində hər hansı bir xəsarəti aşkar etməmiş, onu sürərək həyətinə gətirdikdən sonra yenidən digər heyvanların axtarışına başlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində İkinci Biləcik kəndində magistral yolun kənarındakı mağazaya yaxınlaşıb tanımadığı şəxsdən kamera görüntülərinə baxmasını xahiş etmiş, kamera görüntülərini izləyərkən xx.xx.2022ci il tarixdə, saat 11:41-də ona məxsus həmin 6 baş inəyin tanımadığı şəxs tərəfindən Qax rayonu istiqamətində aparıldığını görmüşdür. Dərhal polis əməkdaşlarına bu barədə məlumat vermiş və birlikdə Qax Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən ona məxsus 5 baş iribuynuzlu heyvanların Qax rayon sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə ona məxsus olan və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 5 baş iribuynuzlu heyvanlar polis əməkdaşları tərəfindən ona təhvil verilmişdir. Həmin heyvanlar hazırda onun həyətindədir və heyvanlarda hər hansı bir xəsarət yoxdur. O, Təqsirləndirilən şəxs oğurladığı ona məxsus sarı rəngli inəyin 5 yaşında olmaqla, buynuzlarının balaca olduğunu və boğaz olduğunu, diri çəkisi təxminən 200 kq olmaqla, 1500 manat dəyərində olduğunu, qara rəngli inək 5 yaşında olmaqla boğaz olduğunu, təxminən 200 kq çəkisi olmaqla, 1500 manat dəyərində olduğunu, qara rəngli dişi dananın 3 yaşı olmaqla, təxminən 170 kq çəkisi olduğunu və 1000 manat dəyərində olduğunu, tünd şabalıdı rəngli inəyin 2 yaşı olmaqla təxminən 160-170 kq çəkisi olduğunu və 1000 manat dəyərində olduğunu, qara rəngli inəyin 3 yaşında və sol buynuzunun sınıq olduğunu, təxminən 170 kq çəkidə olmaqla, 1000 manat dəyərində olduğunu, 2 gün sonra Ədəm gölü adlanan ərazidən tapdığı şabalıdı rəngli inəyin 10 yaşı olmaqla, təxminən 250 kq çəkisi olduğunu və 1500 manat dəyərində olduğunu, Təqsirləndirilən şəxs ona məxsus cəmi 7500 manat dəyərində iribuynuzlu heyvanları oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi qalmamışdır. O, qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, ailəlidir, iki övladı var, rəsmi olaraq heç yerdə işləmir, hazırda yaşadığı kənddə təsərrüfatla məşğul olur. Təsərrüfatında 4 baş iribuynuzlu heyvanlar var idi ki, onlardan 3 başı inək, bir baş buzov idi. Həmin iribuynuzlu heyvanları yaşadığı evin həyətindəki tövlədə saxlayırdı. 3 baş inək malını gündəlik olaraq bir neçə saatlıq İnçə kəndinin avtomagistral yola yaxın hissəsində örüş sahəsinə aparıb orada otarır, axşam 17-18 radələrində həyətindəki tövləyə aparırdı. xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində təsərrüfatında olan 3 baş iribuynuzlu heyvanları tövlədən çıxarıb otarmaq üçün kəndin aşağı hissəsində avtomagstral yolun kənarında olan örüş sahəsinə aparmış, tövlədə saxladığı bir baş buzov xəstə olduğu üçün üç baş inəyi həmin örüş sahəsinə buraxıb özü isə idarə etdiyi VAZ-2107 markalı, ** BZ *** dövlət nömrə nişanlı maşınla həkimi gətirmək üçün Aşağı Göynük kəndinə getmişdir. Təxminən 1 saat yarım müddət ərzində orada yaşayan Yusif həkimi evlərinə gətirib buzovu müayinə etdikdən sonra yenidən Aşağı Göynük kəndinə aparıb geriyə örüş sahəsinə qayıtmışdır. Örüş sahəsinə çatdıqda heyvanları tapa bilməmişdir. İki gün İnçə kəndinin küçələrində və örüş sahələrində heyvanlarını axtarsa da, tapa bilməmişdir. Belə olduqda polis şöbəsinə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şəki ŞRPŞ-nin inzibati binasında olarkən ona məxsus üç baş iribuynuzlu heyvanların xx.xx.2022-ci il tarixdə Göynük kəndinə gedən müddətdə Qax rayonu, İbaxlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və ona məxsus olan ağ rəngli inəyin 6 yaşlı və boğaz olduğunu, ətinin çəkisinin təxminən 120-130 kq olduğunu, buynuzunun birinin sındığını, Göynük kəndindən 1350 manata aldığını, qırmızı rəngli inəyin 4 yaşında olduğunu, ətinin çəkisinin təxminən 110 kq olmaqla, təxminən 1200 manat dəyərində olduğunu və bir aylıq balasının hazırda tövlədə olduğunu, şabalıdı rəngli inəyin 5 yaşı olduğunu, ətinin çəkisi təxminən 120-130 kq olmaqla iki il bundan əvvəl bazardan 1300 manata aldığını və oğurlanan vaxt boğaz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi qalmamışdır. O, qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, 2020-ci ildən Təqsirləndirilən şəxsla qeyri-rəsmi ailə münasibətləri vardır. Ümütvar əvvəllər bir müddət Bakı şəhərində fəhlə işləmişdir. 2022-ci ilin may ayının sonları Ucar rayonuna gəlmiş, orada müxtəlif tikintilərdə fəhlə işləmişdir. Təxminən iki ay bundan əvvəl evdə Ümütvarla söhbət zamanı ağ rəngli at xoşladığını, satan olsa pulunu verib almaq istədiyini demişdir. Bir neçə gün sonra Ümütvar kürəkəninin yanında işləmək adı ilə Qax rayonuna getmiş, oradan ona zəng edib Rüstəmin ona at hədiyyə etdiyini, onu Ucar rayonuna gətirəcəyini demişdir. Həmin gün axşam saatlarında Ümütvar markasını və modelini bilmədiyi yük maşını ilə Ucar rayonunda birgə yaşadıqları evin qarşısına gəlib onu çağırmış, həyətə çıxdıqda Ümütvarın maşından bir baş at və at balasını düşürdüyünü görmüşdür. Maşının sürücüsünə 130 manat zəhmət haqqı verdikdən sonra Ümütvardan atları hardan əldə etdiyini soruşduqda o, kürəkəni Rüstəmin atları ona hədiyyə etdiyini, ağ rəngli atı olmadığı üçün həmin qırmızı rəngli atı verdiyini demişdir. Beləliklə həmin atı və atın balasını yaşadıqları evin həyətinə buraxmışlar. Təxminən iki ay ərzində heyvanlara qulluq göstərmişdir. Bu ilin sentyabr ayının 22-də Ümütvar iş axtarmaq üçün Şəki şəhərində yaşayan bibisi Firudəgilə gəlmişdir. 2 gün sonra, yəni 24 avqust 2022-ci il tarixdə ona zəng edib Rüstəmin ona 3 baş inək hədiyyə etdiyini, heyvanları Ucar rayonuna birgə yaşadıqları evə gətirmək istədiyini demiş, rayondan yük maşını tapmasını və birlikdə gəlib heyvanları aparmağa kömək etməsini ondan xahiş etmişdir. O, Ucar rayonunda yük maşınları ilə maraqlanmış, elə həmin gün yük maşını sürücüsü Baxış adlı şəxsin mobil nömrəsini əldə edib ona zəng edərək Şəki rayonunda həyat yoldaşı Ümütvara məxsus 3 baş inək olduğunu demiş və heyvanları onun maşını ilə Ucar rayonuna gətirmələrini xahiş etmişdir. Baxış ondan heyvanların sənədlərini, kimdən alındığını soruşduqda, o, heyvanların həyat yoldaşına məxsus olduğunu demiş və Ümütvarın istifadə etdiyi mobil nömrəni Baxışa vermişdir. Onlar telefonla danışdıqdan təxminən yarım saat sonra Baxış idarə etdiyi QAZEL markalı maşınla yaşadığı evə gəlib onu götürmüş və birlikdə Şəki rayonu istiqamətində gəlmişlər. Təxminən iki saat yol gəldikdən sonra dördyol adlanan ərazidə şirniyyat dükanının yanında Ümütvarla görüşüb birlikdə fermaya getmişlər. Ümütvar fermanın həyətinə gedərək 3 baş inək malını sürüb maşına tərəf gətirmişdir. Sürücü maşının arxa boltlarını açdıqdan sonra Ümütvar inəkləri maşına mindirmişdir. Maşına əyləşib birlikdə oradan çıxmışlar. Təxminən iki saatdan sonra Ucar şəhərinə çatdıqdan sonra heyvanları yaşadıqları evin həyətində maşından düşürmüşlər. Bir neçə gün sonra onlar uşaqların məktəb ləvazimatlarını almaq üçün və digər ehdiyaclarını ödəmək məqsədilə heyvanların hamısını satıb pul əldə etmək qərarına gəlmişlər. Belə olduqda o, Bərgüşad kəndində yaşayan dayısı Şabana zəng edib Ümütvara 3 baş inək hədiyyə etdiklərini və satmaq istədiyiklərini deyib müştəri tapmasını xahiş etmişdir. Həmin gün dayısı Şaban tanımadığı bir nəfər şəxslə yaşadığı evə gəlmiş, heyvanları onlara göstərmişlər. Şaban digər şəxsi göstərib onun heyvanları almaq istədiyini demişdir. Şaban və yanında olan şəxs onlardan heyvanları haradan əldə etdiklərini soruşduqda o, heyvanların hədiyyə verdiyini demişdir. Adını sonradan bildiyi Mirhəsən adlı şəxslə Ümütvarın arasındakı razılığa əsasən, Ümütvar 3 baş inək malını 1800 manata həmin şəxsə satmışdır. Ümütvar iki ay əvvəl gətirdiyi atı və balasını da Mirhəsənə göstərib onları da satmaq istədiyini deyib həmin heyvanları da 300 manata Mirhəsənə satmışdır. Mirhəsən 3 baş inək malını, bir baş atı və bir baş at balasını Ümütvarın köməyi ilə özünün idarə etdiyi Qazel markalı maşına mindirib 2120 manat pul ona verərək Şabanla birlikdə maşına əyləşib getmişdir. Onlar 2120 manat pul ilə uşaqlara məktəb paltarları və lazımı əşyalar aldıqdan sonra qalan pulu isə evin ehtiyaclarına xərcləmişlər. Onun Ümütvarın xx.xx.2022-ci il tarixdə Şəki rayonundan 5 baş iribuynuzlu heyvan oğurlaması barədə məlumatı olmamış, Ümütvarın xx.xx.2022-ci il tarixdə evdən çıxıb işləmək adı ilə Şəki şəhərinə bibisigilə gəldiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Təqsirləndirilən şəxsla bacısı qızı Aygün 2020-ci ildən qyri-rəsmi ailə həyatı qurmuşlar və bir az yaşlı övladları vardır. xx.xx.2022-ci il tarixdə Ucar şəhərində yaşayan bacısı X1 Aygün Hümmət qızı ona zəng edərək həyat yoldaşı Ümütvarın Qax rayonundan Ucar rayonuna üç baş inək malı gətirdiyini, onları satmaq istədiklərini demiş və ondan heyvanları satmaqda onlara kömək etməsini xahiş etmişdir. O, onların əvvəllər təsərrüfatları olmadığı üçün Aygündən heyvanları haradan əldə etdiklərini soruşmuş, Aygün isə ona Qax rayonundan qohumlarının Ümütvara 3 baş inək malı hədiyyə etdiklərini demişdir. O, təxminən 7 ay əvvəl özünə məxsus iribuynuzlu heyvanı satarkən tanış olduğu Mirhəsən adlı Ucar rayon sakini ilə telefonla bu barədə danışmış, Mirhəsən heyvanlara baxdıqdan sonra almaq istədiyini ona demişdir. Beləliklə Mirhəsən idarə etdiyi Qazel markalı maşınla onu yaşadığı evdən götürmüş və birlikdə Ucar şəhərinə Aygünün yaşadığı ünvana getmişlər. Ümütvar həyətdə olan 3 baş inəyi, bir baş atı və bir baş at balasını göstərib Qax rayonunda yaşayan qohumunun ona hədiyyə etdiyini, pula ehdiyacı olduğu üçün satdığını demişdir. Mirhəsən heyvanlara baxıb almaq istədiyini demiş, aralarındakı şifahi razılığa əsasən Ümütvar 3 baş inək malını 1800 manata, at və atın balasını isə 320 manata Mirhəsənə satmışdır. Mirhəsən 2120 manat pulu Ümütvarın yanında Aygünə vermişdir. Ümütvar və Mirhəsən heyvanları, yəni üç baş inəyi, bir baş atı və onun balasını Qazelə mindirmiş, daha sonra Mirhəsənlə Qazelə minib oradan uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus Qazel markalı, ** BD *** dövlət qeydiyyat nişanlı yük maşını ilə yaşadığı rayonda iri və xırdabuynuz heyvanların daşınması ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Şaban ona zəng edib bacısı qızının heyvanları olduğunu və satmaq istədiklərini demiş, o Şabana heyvanlara baxdıqdan sonra ala biləcəyini demişdir. Birlikdə Ucar şəhərinə “Xəstəxana yolu” adlanan ərazidə yerləşən yataqxanaya getmişlər. Orada tanış olduğu Aygün və Ümütvar adlı şəxslər həyətdə olan 3 baş iribuynuzlu heyvanları (inəyi), bir baş atı və atın balasını göstərib satmaq istədiklərini demişlər. O, heyvanlara baxmış və aralarındakı şifahi razılığa əsasən 3 baş inəyə görə 1800 manat, bir baş at və atın balasına görə 320 manat olmaqla cəmi 2120 manat pulu Aygün adlı şəxsə həmin yerdə Ümütvarın yanında vermişdir. Daha sonra Ümütvar heyvanları ona məxsus Qazelə mindirmiş, Şabanla birlikdə maşına əyləşib oradan uzaqlaşmışlar. Bərgüşad kəndinin girişində Şaban maşından düşmüş, o da Pirkənd kəndinə yaşadığı eviə getmişdir. Heyvanları daha sonra başqa şəxslərə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, özünə məxsus Qazel markalı, ** BU *** dövlət qeydiyyat nişanlı yük maşını vardır. xx.xx.2022-ci il tarixdə onun mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verdikdə özünü təqdim etməyən şəxs Qax rayonunda yerləşən fermaların birindən Ucar rayonuna 5 baş inək aparmaq istədiyini demiş və ona məxsus qazel ilə həmin heyvanları aparmasını xahiş etmişdir. O, razı olmuş, aralarındakı şifahi razılığa əsasən həmin şəxs heyvanları Ucar rayonuna aparmasının əvəzində ona 160 manat pul verəcəyini demişdir. Daha sonra əlaqə saxlayacağını demiş və telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ona yenidən zəng edib idarə etdiyi yük maşını ilə “kilsə burnu” adlanan əraziyə getməsini bildirmişdir. O, idarə etdiyi Qazel markalı maşınla təxminən yarım saat ərzində həmin yerə çatanda bir nəfər şəxsin beş baş iribuynuzlu heyvanları qabağına qatıb Qax rayonu istiqamətində apardığını görmüş, həmin şəxs ona zəng etdikdən sonra maşını saxlayıb onunla orada görüşmüşdür. O, həmin şəxsdən heyvanların kimə məxsus olduğunu, əlində hər hansı sənədin olubolmadığını soruşmuş, özünü Vüsal kimi təqdim edən şəxs heyvanların ona məxsus olduğunu, yeni aldığını və dağdan düşürdüyünü demişdir. Vüsal kimi tanıdığı şəxs beş baş inəyi ona məxsus Qazel markalı, ** BU *** dövlət nömrə nişanlı yük maşınına mindirib maşının arxa boltunu bağlamışdır. Maşına əyləşib ondan İbaxlı kəndinə gedib oradan Ucara getmələrini xahiş etmişdir. O, razı olmuş və maşını İbaxlı kəndi istiqamətində sürmüş, birlikdə Ucar rayonu istiqamətində hərkətə başlamışlar. Maşında ikisindən başqa heç kim olmamışdır. Yol gedərkən, həmin şəxs əslən Qax rayonu, İbaxlı kəndindən olduğunu, Ucar rayonunda ailəsi və uşaqları ilə birlikdə yaşadığını ona demişdir. Saat təxminən 19 radələrində Ucar şəhərinə çatmışlar. İdarə etdiyi maşınla hərəkətdə olarkən, iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb maşında olan heyvanların oğurlandığını demişlər və onları polis şöbəsinə dəvət etmişlər. Onlar Ucar Rayon Polis Şöbəsinə getdikdən sonra orada ona məlum olmuşdur ki, özünü Vüsal kimi tanıdan şəxs Qax rayon sakini Təqsirləndirilən şəxsdur və həmin 5 baş inəyi oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onunla arasında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ədavət olmamışdır. O, rəsmi olaraq heç yerdə işləməmiş, özünə məxsus Qazel markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük maşını ilə sifarişlə yük daşımaqla məşğul olmuşdur. Təxminən bir ay əvvəl idarə etdiyi yük maşını nasaz olduğu üçün Ucar şəhərində təmir sexlərinin birində maşını təmir etdirərkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xatırlamadığı nömrədən bir nəfər zəng edərək, adını bildirmədən Şəki rayonunda olduğunu, Ucar rayonuna aparılası heyvanlarının olduğunu, bunun üçün Ucar şəhərində xəstəxana yolu adlanan yerdən həyat yoldaşını götürüb Şəki şəhərinə gəlməsini demişdir. O, həmin şəxsdən neçə baş heyvan olduğunu, haradan əldə etdiyini, heyvanların kimə məxsus olduğunu, heyvanlara dair arayış və ya digər sənədlərin olub-olmamasını soruşduqda həmin şəxs 3 baş inək olduğunu, onun özünə məxsus olduğunu demişdir. Aralarındakı şifahi razılığa görə həmin şəxs ona 150 manat zəhmət haqqı verməli olmuşdur. Beləliklə o, maşını təmir etdirdikdən sonra Ucar şəhərindən adını sonradan bildiyi Ümütvar adlı şəxsin həyat yoldaşını yataqxananın həyətindən götürmüş və Şəki rayonu istiqamətində hərəkətə başlamış, təxminən iki saat ərzində Şəki rayonuna dördyol adlanan əraziyə çatmışdır. Qax rayonu istiqamətində gedən yolun sağ tərəfində yerləşən şirniyyat mağazasının yanında Ümütvarla görüşmüş və birlikdə Əyriçay su anbarı istiqamətində getmişlər. Yolu tanımadığı üçün Ümütvarın bələdçiliyi ilə su anbarını keçdikdən sonra sağda yerləşən əkin sahələrinə tərəf maşını sürmüş, təxminən 2 km getdikdən sonra ferma qarşılarına çıxmışdır. Ümütvar fermanın həyətindən çöldə olan 3 baş inəyi göstərib həmin heyvanları Ucar rayonuna aparacağını demişdir. O, Ümitvardan yenə heyvanların kimə məxsus olduğunu soruşduqda Ümütvar bir müddət fermada işlədiyini, heyvanları isə ona hədiyyə etdiklərini, Ucar rayonuna aparıb orada baxacağını, süd və qatığından istifadə edəcəyini deyərək onu inandırmışdır. Ümütvar heyvanları onun maşınına mindirmiş, daha sonra Ümümtvar və onun həyat yoldaşı adını sonradan bildiyi Aygün ilə birlikdə onun idarə etdiyi maşına əyləşib oradan uzaqlaşıb Ucar rayonu istiqamətində getmişlər. Təxminən iki saat sonra Ucar şəhərinə Ümütvarın yaşadığı xəstəxana yataqxanasına çatdıqdan sonra Ümütvar heyvanları yataqxananın həyətinə düşürmüş, 150 manat pulu ona vermiş və o, həmin yerdən uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki şəhər-rаyon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan və qəbzdən görünür ki, bir baş sarı rəngli balaca buynuzları olan, bir baş qara rəngli iri və əyri buynuzları olan, bir baş qara rəngli buynuzu sınmış inək malları, iki baş şabalıdı rəngli dişi danalar olmaqla ümumilikdə 5 baş iribuynuzlu heyvanlar Şəki rayonu, Abbas kənd sakini Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən dаxil olmuş xx.xx.2022-ci il tаrixli, 43 nömrəli məktubdаn görünür ki, аşаğıdа göstərilən heyvаnlаrın 2022-ci ilin аvqust аyınа ortа sаtış bаzаr qiyməti аşаğıdаkı kimidir: -bir bаş, təxmini 120 kq əti olаn boğаz inək mаlın- 840 mаnаt, -bir bаş, təxmini 110 kq əti olаn inək mаlın- 770 mаnаt, -bir bаş, təxmini 130 kq əti olаn boğаz inək mаlın- 910 mаnаt, -bir bаş, beş yаşlı, təxmini diri çəkisi 200 kq boğаz inək mаlın sentyаbr 2022-ci il tаrixə ortа sаtış bаzаr qiyməti- 1200 mаnаt, -bir bаş, diri çəkisi 170 kq olаn dişi dаnа- 680 mаnаt, -bir bаş, diri çəkisi 160 kq olаn dişi dаnа- 640 mаnаt, -bir bаş, diri çəkisi 170 kq olаn inək- 595 mаnаt təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən dаxil olmuş xx.xx.2022-ci il tаrixli, 50 nömrəli məktubdаn görünür ki, 10 yаşındа, diri çəkisi təxminən 250 kq olаn inək mаlının 2022-ci ilin sentyаbr аyınа ortа sаtış bаzаr qiyməti 1100 mаnаt, 5 yаşlı, diri çəkisi təxminən 200 kq olаn boğаz inəyin ortа sаtış bаzаr qiyməti 1200 mаnаt təşkil etmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Qax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 3000 manat cərimə cəzasına məhkum olunmuş, Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 və 67.1-ci maddələrinə əsasən 4 il azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2019cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 7(002)-505/2018-ci il tarixli qərarından görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzsı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Qax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 658-P nömrəli məktuba əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlindən azad edilmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmdən hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəa xaric edilərək cəzası 3 il 9 aya endirilmiş və xx.xx.2019-cu iul tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəza çəkməkdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Qax rayonu, İbaxlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Rayonlararası Narkoloji Dispanserdən daxil olmuş məktubdan görünür ki, Qax rayonu, İbaxlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Qax rayon Mərkəzi Xəstəxanasının PHŞ-in həkin narkoloqu tərəfindən göndərilən siyahıya əsasən Mingeçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu, İbaxlı kəndində qeydiyyatda olmaqla Ucar rayonunda yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə Cinayət Məcəlləsinin 177.2.2-ci, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsi davam edən cinayətləri təkrar cinayətlərdən fərqləndirən xüsusatları açıqlamış və hər bir anlayışa ayrıca qiymət vermişdir. Həmin qərarında məhkəmə göstərmişdir ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara yetirilmiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən və zərərçəkmiş şəxslərlə barışmasını isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində himayəsində azyaşlı uşaqlarının olduğunu bildirirək ona cəza təyin edilərkən nəzərə alınmasını xahiş etsə də, onun himayəsində azyaşlı uşağın olması barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Məhkəmə iclası zamanı müdafiə tərəfinə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması ilə bağlı hər hansı bir sübutun təqdim edilməsi bildirilmiş, lakin təqdim edilməmiş və təqsirləndirilən şəxs tərəfindən həmin uşaqların qeyri-rəsmi onun himayəsində olması kimi əsalandırlmışdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 11.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olması heç bir möhtəbər sübutla təsdiq edilmədiyindən bu hal Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirici hal kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxsin şəxsiyyətini, yəni əvvəllər də eyni qəbildən olan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilsə də islah olunmadan yenidən az ağır cinayət əməlini törətməsini və həmin əməlin təqsirləndirilən şəxsdə bir növ adət halına çevrilməsini əsas götürərək onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını qeyri-mümkün sayır və ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlqıdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 05 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut kimi tanınmış 1500 (bir min beş yüz) manat dəyərində, 5 yaşı olan, diri çəkisi 200 kq olan, sarı rəngli bir baş boğaz inəyin, 1500 (bir min beş yüz) manat dəyərində, 5 yaşı olan, diri çəkisi 200 kq olan, qara rəngli bir baş boğaz inəyin, 1000 (bir min) manat dəyərində, 3 yaşı olan, diri çəkisi 170 kq olan, sarı rəngli bir baş dişi dananın, 1000 (bir min) manat dəyərində, 2 yaşı olan, diri çəkisi 170 kq olan, tünd şabalıdı rəngli bir baş dişi dananın, 1000 (bir min) manat dəyərində, 3 yaşı olan, diri çəkisi 170 kq olan, qara rəngli bir baş inəyin, 1500 (bir min beş yüz ) manat dəyərində, 10 yaşı olan, diri çəkisi 250 kq olan, şabalıdı rəngli bir baş inəyin olmaqla, cəmi 6 baş iribuynuzlu heyvanların sahibi Zərərçəkmiş şəxs2 qaytarılması, iş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlqıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın və cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 1500 (bir min beş yüz) manat dəyərində, 5 yaşı olan, diri çəkisi 200 kq olan, sarı rəngli bir baş boğaz inəyin, 1500 (bir min beş yüz) manat dəyərində, 5 yaşı olan, diri çəkisi 200 kq olan, qara rəngli bir baş boğaz inəyin, 1000 (bir min) manat dəyərində, 3 yaşı olan, diri çəkisi 170 kq olan, sarı rəngli bir baş dişi dananın, 1000 (bir min) manat dəyərində, 2 yaşı olan, diri çəkisi 170 kq olan, tünd şabalıdı rəngli bir baş dişi dananın, 1000 (bir min) manat dəyərində, 3 yaşı olan, diri çəkisi 170 kq olan, qara rəngli bir baş inəyin, 1500 (bir min beş yüz ) manat dəyərində, 10 yaşı olan, diri çəkisi 250 kq olan, şabalıdı rəngli bir baş inəyin olmaqla, cəmi 6 baş iribuynuzlu heyvanların sahibi Zərərçəkmiş şəxs2 qaytarılması, iş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkuma hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-26/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-26/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver