Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-26/2025 01.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə, saat 15 radələrində alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonunun Kiçik Dəhnə kəndi ərazisində yerləşən "Dəhnə" şadlıq sarayında keçirilən toy şənliyində onunla bir masada yanaşı əyləşmiş həmkəndlisi Zərərçəkmiş şəxs Vügar oğluna sonuncunun Rusiya Federasiyasında olan zaman guya kirayədə yanında qaldığı şəxslərin cibindən pul oğurlamaqla özünün və Rusiya Federasiyasinda yaşayan Kiçik Dəhnə kənd sakinlərinin nüfuzuna xələl gətirməsini bildirməklə bunu cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan mübahisə etməyə başlamış, bundan sonra toyda iştirak edən şəxslərin va şadlıq sarayının işçilərinin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub gücünü nümayiş etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən, toy şənliyində iştirak edən şəxslərin istirahətinin və şadlıq sarayının işçilərinin normal fəaliyyətlərinin pozulmasına səbəb olan qərəzli hərəktlərə yol verməklə, Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə, daha sonra sonuncunu cəzalandırmaq məqsədilə özü ilə əvvəlcədən gətirdiyi və üzərində olan, silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməmiş bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol ayağının bud nahiyəsinin arxa-orta 1/3-n\ bir dəfə ve sol ayağının baldır nahiyəsinin 1/3-nə bir dəfə zərbə vurmaqla, ona sol budun və sol baldırın kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 221.3 cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 16 aprel 2024-cü il tarixdə qonşuları Nəbi Yolçu oğlu onu oğlu Samirin yaşadıqları kəndin ərazisində yerləşən "Dəhnə" şadlıq sarayında keçirilən toy məclisinə dəvət etdiyi üçün o, saat 13 radələrində həmin toy məclisinə getmişdir. O, həmin toyda qonşları Məzahir Vaqif oğlu, Şahid5, Safail, Elşən və tanımadığı digər şəxslərlə bir stol arxasında əyləşmişdir. O, toyda həmkəndiləri ilə yemək yeyib, çoxlu araq içmişdir. Bir qədədr sonra onu yaxınlıqdakı stoldan dəvət etdiklərindən həmin stola gedib oradakı şəxslərlə salamlaşıb həmin stolun arxasında oturmuşdur. Təxminən 20-30 dəqiqədən sonra Məmmədəli sərxoş vəziyyətdə onların stoluna gəlib onun sağ tərəfində stolun baş hissəsində əyləşmişdir. 2024-cü ilin fevral ayında həmkəndlisi Zərərçəkmiş şəxs Moskva şəhərinə işləməyə gəlmişdir. Həmkəndlisi kimi onunla görüşüb söhbət edəndə Məmmədəli ona iş axtardığını və ona iş tapmaqda köməklik etməyini xahiş etmişdir. O, da Moskva şəhərində «Sadavod» bazarında ona anbardar işi tapmışdır. Məmmədəli həmin bazarda işə başlayandan sonra anbarın müdürü ilə bir evdə qalırmış. On gün sonra anbarın müdürü olan tacik ona zəng vurub demişdir ki, "sən xahiş etdin, mən sənin yerilini işə götürdüm. Ancaq sənin yerlin mənim cibimdən 15.000 rus rublu məbləğində pulumu oğurlayıb. Səhəri gün o, Məmmədəliyə zəng etsə də o, onun zənginə cavab verməmişdir. Stolda oturduqdan sonra Məmmədəli yersiz gülümsəmələr edərək həmin söhbəti danışmağa başlamışdır. O, isə onunla danışmaq istəməmişdir. Məmmədəli getdikcə səsinin tonunu qaldırdığından əsəbləşib ona getməsini desə də o, getməyərək səsinin tonunu daha da qaldırmağa başladığından özü ilə çaxır və pivə açmaq üçün gəzdirdiyi küt alətlə oturduğu yerdə Məmmədəlinin sol bud və sol baldır nahiyəsindən vurmuşdur. Həmçinin oturduğu yerdə bir dəfə təpiklə sol ayağına vurmuşdur. Məmmədəlini bıçaqla vurandan sonra ayağa qalxıb, restorandan çölə çıxmışdır.Sonra qonşusu İsraillə piyada kəndə doğru hərəkət etmişlər. Yolda kəndlərinə gedən bir maşın saxlayıb onları götürmüşdür. Həmin avtomobilin sürücüsü onu ve İsraili kəndlərində idarə qabağı adlanan ərazidə düşürüb getmişdir.O, sonra İsraillə Şahinin kafesine çay içməyə getmişlər, daha sonra həmin kafedən çıxıb X8 kəndi ərazisində olan kafeyə getmişlər. Təxminən 15-20 dəqiqədən sonra kafedən çıxıb evlərinə gəlmişdir. Məmmədəli ilə aralarındakı dava-dalaş xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisində yerləşən «dəhnə şadlıq sarayının içərisində oturduğum stolun ətrafında baş vermişdir. O, hazırda zərər çəkmiş şəxslə barışmışdır və Məmmədəlini vurduğu üçün peşmançılıq çəkir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayır, kənddə hamı onu Elton kimi çağırır. Lakin sənəd üzrə o, Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxs həmkəndlisidir. Əvvəllər Həmzətlə normal münasibətləri olmuşdur. Aralarında ədavət və düşmənçiliyi olmamışdır. 16 aprel 2024-cü il tarixdə qonşuları X5 onu oğlu Samirin yaşadıqları kəndin ərazisində yerləşən «Dəhnə» şadlıq sarayında keçirilən toy məclisinə dəvət etdiyi üçün o, saat 13 radələrində həmin toy məclisinə getmişdir. Həmin toyda həmkəndlisi Məsudla bir stol arxasında əyləşmişdir. Həmin stolun arxasında ondan başqa qeyd etdiyi kimi Məsud, Şahid6, X2, toyun bəyi Samirin adlarını bilmədiyi əmisi uşaqları əyləşmişdir. Toyda Məsudla, Məmmədlə birlikdə yeyib içmişlər. Həmçinin o, təxminən 300-400 qram araq içmişdir. Təxminən saat 15 radələrində həmkəndlisi Həmzət və Şahid5 onların stola gəlib salamlaşıb əyləşmişlər.O, stolun baş hissəsində oturmuşdur. Həmzət onun sol tərəfində, Məsud da onun yanında əyləşmişdir. İsrail isə onun sağında Həmzətlə üzbəüz oturmuşdur. Onlar bir qədər söhbət etmişlər. Deyib gülmüşlər. Söhbət əsnasında Həmzət ona demişdir ki, guya X4 şəhərində onu işə düzəltdiyi yerdə milliyyətcə tacik olan şəxsin pulunu oğurlamış, miliyyətcə tacik olan şəxs də həmin pulu Həmzətə "perevod" etmişdir. Həmzət həm də demişdir ki, o, oğurladığı pulun içində onun da pulu var. Bildirir ki, o, Moskva şəhərində işləyəndə nə milliyyətcə tacik olan şəxsin nə ki başqa bir şəxsi pulunu oğurlamamışdır. O, Həmzətə heç kəsin pulunu oğurlamadığını deyəndən sonra o, ayağa qalxıb ayaq üstündə ona süzülən araq stəkanınını əlinə alıb içəndə birdən Həmzət ona nalayiq söyüş söymüşdür. O, da ona nə üçün söydüyünü demişdir. Həmzət yenə ona söyüş söydüyü üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı o, stula oturmuşdur. Həmzət şalvarının kəmərinə taxdığı bıçağı çıxarıb bir dəfə sol bud nahiyəsinə və bir dəfə isə sol baldır nahiyəsinə vurmuşdur. Sonra bıçağı şalvarının kəmərinə taxmışdır. Ayağından qan gəldiyini görəndə həyəcanlanmışdır. Baxanda görmüşdür ki, sol ayağının baldır nahiyəsindən qan axır. Bundan sonra Həmzət ayağa durmuş, onun Həmzət tərəfindən bıçaqlandığını görən İsrail Həmzəti ondan ayırıb şadlıq sarayından arxa qapısından çıxarmışdır. O, da sonra özü tək şadlıq sarayından arxa qapısından çıxmışdır ki, həkimə getsin. Şadlıq sarayının qarşısında dayanan həm kəndlisi Tərlanın maşının nömrəsini bilmədiyi ağ rəngli Vaz 2107 markalı taksi kimi istifadə etdiyi maşına əyləşib Şəki rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Tərlan da onunla birlikdə xəstəxanaya daxil olmuşdur. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Həmin vaxt həkimlərə evdə yıxılıb xəsarət aldığını bildirmişdir. Az sonra xəstəxanaya polis əməkdaşları gələndə polis əməkdaşlarına düzünü yəni Həmzətin bıçaqla ayağına vurduğunu etiraf etmişdir. Xəstəxanaya gələn polis əməkdaşlarının adlarını bilmir. Mübahisə zamanı o, Həmzəti vurmamış, onu söyməmişdir. Həmzətin onu vurduğu bıçaq düyməli, dəstəyi qəhvəyi rəngli açılıb bağlanan cib bıçağı imiş. Həmzətlə aralarında olan mübahisə zamanı hazırda xatırlamadığı toya gələn qonaqlar yanlarına toplaşmışlar. Musiqi dayanmışdır. Toyda iştirak edən qonaqlar narahat olmuşlar. Bildirir ki, o, işləmək üçün Moskva şəhərinə gedən zaman Həmzətdən ona iş tapmaqda köməklik etməsini xahiş etmiş, o, ona yük daşımaq işi tapmışdır. Məhkəmə araşdırması dövründə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə lə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Mütibillah qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Həmzət onunla birlikdə yaşayır. 16 aprel 2024-cü il tarixdə qonşuları X5 onu və oğlu Həmzəti ailəlikcə oğlu Samirin yaşadıqları kəndin ərazisində yerləşən «Dəhnə" şadlıq sarayında keçirilən toy məclisinə dəvət etmişdi. Oğlu Həmzət də təxminən saat 13 radələrində həmin toy məclisinə getdi. Həmin gün saat 16 radələri olardı, o, evdə imiş. Bu zaman xatırlamır qonşularından kimsə ona Həmzətin toyda qonşuları Məmmədəli ilə dalaşdıqlarını bildirmişdir. Onda belə oldu oğlu Həmzətə zəng etmişdir. Oğlu Həmzət telefonu açmamışdır. Bir neçə dəqiqədən sonra qonşu İsrail oğlu Həmzəti evlərinə gətirmişdir. O, İsraildən və Həmzətdən nə baş verdiyini soruşmuşdur. İsrail də ona bildirmişdir ki, Həmzət toyda Məmmədəli ilə mübahisə edəndə bıçaqla onu vurub. İbtidai istintaq zamanı ifadəsində bildirdiyi hissələ olan bıçağı oğlunun əlindən alması, gəlini Zemfiranın bıçağı atması hissələri omamışdır. Hazırda verdiyi ifadəsini təsdiq edir. Polis şööbəsində ifadəsi alınarkən ona qarşı heç bir hədə və ya təhdid olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 16 aprel 2024-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Dəhnə" şadlıq sarayında toy məclisi keçirildiyi toyda xidmətçi, yəni ofisant kimi işləməyə çağırılmışdır. Toy təxminən saat 13 radələrində toy məclisi başlamışdır. O, toy başlayandan toyun sonuna kimi toy məclisində olmuşdur. Təxminən saat 15 radələrində stollara yemək aparanda sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs adlı şəxslərin mübahisə etdiklərini, Həmzətin Məmmədəliyə nalayiq küçə söyüşü ilə söydüyünü eşitmişdir. Belə ki, həmin vaxtı o, onların oturduqları masanın yanından keçirmiş. Həmzətlə Məmmədəlinin oturduqları stolda onlardan başqa bir neçə nəfər tanımadığı şəxs də olmuşdur. O, onların yanından keçəndə Həmzətin oturduğu yerdə əli ilə Məmmədəlinin sol ayağının dizdən aşağı, yəni baldır hissəsindən vurduğunu görmüşdür. Belə ki, həmin vaxtı Məmmədəli stolun baş hissəsində Həmzət isə onun yanında sol hissəsində oturmuşdu. O, yeməyi verib geri qayıdanda Həmzət ayağa qalxmışdır. Məmmədəli və digər şəxslər isə stolda əyləşmişdilər. Sonra Həmzəti tanımadığı şəxslər şadlıq sarayından arxa qapıdan çıxarıb aparmışlar. O, da mətbəxə getmişdir. Məmmədəli masada, yəni stolun arxasında oturmuşdu. Yenidən yemək gətirəndə Məmmədəlinin oturduğu stolun arxasında sola ayağından qanın axıb döşəməyə töküldüyünü görmüşdür. Lakin yanında oturan şəxslər ona bir söz demədiyi üçün o, da ona bir söz deməyib yeməyi aparıb stola vermişdir. Geri qayıdanda Məmmədəlinin şadlıq evindən arxa qapıdan çıxdığını görmüşdür. Bundan sonra nə baş verdiyini bilmir. Həmin vaxt Məmmədəli Həmzəti vurmayıb və söyməyib. O, Məmmədəlinin Həmzəti söydüyünü eşitməmişdir. Aralarındakı mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxtı toy dayanmamış, kiminsə Həmzətlə Məmmədəlini ayırdığını görməmişdir, yanlarına kiminsə gəldiyini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, 16 aprel 2024-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən «Dəhnə" şadlıq sarayında həmkəndlim Şahid4 toy məclisində iştirak edirmiş. Onların masasında Zərərçəkmiş şəxs, X2, Məsud və toyun bəyi Samirin qohumları oturmuşlar. Təxminən saat 15 radələrində onların masasına Təqsirləndirilən şəxs və Şahid5 gəlmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs masanın baş hissəsində oturmuşdur. Həmzət də gələndə Məmmədəlinin sol tərəfində əyləşmişdir. Həmzətin yanında da Məsud oturmuşdur. Məsudla üzbəüz o, onun yanında sol tərəfində X2 oturmuş, sağ tərəfində isə Şahid5 əyləşmişdir. Həmzət masaya əyləşəndə Məmmədəli ilə söhbət etməyə başlamışlar. O, onların nə barədə danışmalarına fikir verməmişdir. Ona görə də nə danışdıqlarını bilməmişdir. İbtidai istintaqda Həmzətin Məmmədəliyə nalayiq küçə söyüş söydüyünü eşitdiyini bildirsə də, toyda səs küy olduğundan tam olaraq nə söyüşün dediyini bilməmişdir. Lakin Məmmədəlinin də Həmzətə "mən sən deyəndən deyiləm" demişdir. Belə ki, mübahisə masanın arxasında oturaq vəziyyətdə baş vermişdir. Həmzətin Məmmədəlini nalayiq küçə söyüşləri ilə söyəndən sonra oturan yerdə sağ cibinə düymə ilə açılıb bağlanan bıçağı qoyduğunu görmüşdür. Həmin vaxtı bıçaq bağlanmış vəziyyətdə idi. Bundan sonra Həmzət ayağa durub İsraillə birlikdə çıxıb getmişlər. Lakin Məmmədəli oturduğu yerdə qalmışdır. Məmmədəlinin oturduğu yerin ətrafında qan ləkələri var idi. Bu vaxtı Məmmədəli ayağa durmuş, o, onun sol ayağında dizdən aşağı hissədə qan axdığını görmüşdür. Onda artıq anlamışdır ki, Həmzət əlindəki bıçaqla Məmmədəlinin sol ayağından vurmuşdur. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şəki rayon Şəhər Polis Şöbəsinin X6 manqa komandiri kimi xidmət edir. 16 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində ona Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən Dəhnə şadlıq sarayının müdiri kimi tanıdığı adını Hakim kimi bildiyi əsl adının səhv etmirsə İsrafil olan şəxs ona onun ***-***-**-** mobil nömrəsinə zəng vurub demişdir ki, şadlıq sarayında bıçaqlaşma olub. Bundan başqa heç nə deməmişdir.O, da dərhal bölmə rəisimə məruzə edib bölmənin azyaşlılar üzrə inspektoru Nicat Səmədovla birlikdə Dəhnə şadlıq sarayına getmişlər.Orada adlarını bilmədiyi kənd camatından maraqlananda müəyyən etmişdir ki, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs Eltonu vurub. Sonradan ona məlum olmuşdur ki, Eltonun əsl adı Məmmədəlidir, yəni Zərərçəkmiş şəxsdur. Məmmədəlini maraqlananda kənd camaatı demişdir ki, ağ maşınla xəstəxanaya aparıblar. O, Şəki xəstəxanası ilə maraqlananda demişlər ki, Dəhnə kəndindən belə bir adam gəlib, lakin deyir ki, pilləkəndən yıxılmışdır. Bundan sonra Həmzətin evinə getmişdir, lakin anası demişdir ki, Həmzət evdə yoxdur. Bu zaman Həmzət özü çıxmışdır ki, burdayam. Həmzət özü həmin vaxtı içkili olub, ona demişdir ki, bölməyə getmək lazımdır. O, polis kapitanı Nicat Səmədovla birlikdə Həmzəti avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Yolda Həmzət demişdir ki, Məmmədəli Rusiyada kiməsə pul atıb, oradan gəlib bura, Həmzət həm də demişdir ki, həmin pul çatmalıdır, lakin Məmmədəli onun sözünü eşitmir. O, da Həmzətə demişdir ki, necə oldu onu vurdun, onda Həmzət demişdir ki, əvvəl ona böyründən sifətindən yumruq vurmuş sonra da bıçağı çıxarıb vurmuşdur. O, da demişdir ki, bıçaqla harasından vurmusan, onda Həmzət demişdir ki, Məmmədəlinin ayağından vurmuşdur. O, Həmzətə demişdir ki, yumruqla vurmuşdun vurmuşdun niyə bıçaqla vurdun, demişdir ki, elə lazımdır. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayır. Kənddə hamı onu "Nunu" kimi çağırır. Təqsirləndirilən şəxs onun qonşusudur. 16 aprel 2024-cü il tarixdə qonşuları X5 onu oğlu Samirin yaşadıqları kəndin ərazisində yerləşən «Dəhnə" şadlıq sarayında keçirilən toy məclisinə dəvət etdiyi üçün saat 13 radələrində qonşusu Həmzət, Səfail və Adillə həmin toy məclisinə getmişlər. Həmin toyda o, həmkəndlisi Həmzət, Məzahir, Elman, Səmədağa, Elşən, Malik, Səfail, Xəyal, Qaranın oğlu ilə bir stol arxasında əyləşmişdir.Toyda Həmzətlə yemək yemişlər. Həmçinin birlikdə təxminən 300-400 qram araq içmişlər. Təxminən saat 15 radələrində ola bilsin 15:30 radələrində şadlıq evinin arxa hissəsində sonuncu masada əyləşən həmkəndliləri Məsud Həmzəti oturduğu stola dəvət etmişdir. Həmzət də gedən zaman ondan onunla gəlməyini xahiş etmişdir.O, da Həmzətlə birlikdə Məsudun əyləşdiyi stola getmişlər və onların stoluna əyləşmişlər. Məsud əyləşdiyi stolda ondan başqa həmkəndlisi Zərərçəkmiş şəxs, Mamed Əli oğlu və Əli Bayramoğlu var imiş.Masada 5-6 nəfər var imiş.Xatırladıqları qeyd etdikləridir. Həmzət həmin stolda keçib Məsudun sağ tərəfində əyləşmişdir. O, isə onların qarşısında Mamedin yanında əyləşdir. Məmmədəli stolun baş tərəfindən Həmzətin sağ tərəfində oturmuşdur. Əli isə Məmmədəli ilə üzbəüz stolun digər tərəfində oturmuşdur. Həmzət həmin stola gəldikdən sonra o, araq içməsə də, Həmzət Məmmədəli ilə araq süzüb içirmişlər. Təxminən 15-20 dəqiqdən sonra Həmzət Məmmədəliyə söyüş söymüşdür. Bu səbəbdən onlar arasında mübahisə yaranmışdır.O, ayağa qalxıb onları sakitləşdirmək istəyəndə Həmzətin əlində bıçaq olduğunu, Məmmədəlinin isə sol ayağından qan axdığını görmüşdür.Artıq anlamışdır ki, Həmzət Məmmədəlini sol ayağından bıçaqla vurub. Ona görə yaxınlaşıb Həmzəti qucaqlayıb şadlıq sarayının arxa qapısından çölə çıxarmışdır. Mamedə və Məsuda həmin vaxt bildirmişdir ki, onlar da Məmmədəliyə kömək edib xəstəxanaya aparsınlar. Şadlıq evindən çıxandan sonra Həmzətlə bir qədər piyada kəndlərinə doğru getmişlər. Sonra Həmzət yolda keçən taksini saxlatmış ve onlar həmin maşına əyləşib kəndlərində idarə qabağı adlanan ərazidə gəlib düşüb kafeyə getmişlər. Maşından düşəndə o, Həmzətin kəmərində bıçaq olduğunu görüb bıçağı ondan almışdır. Sonra həmin kafedən çıxıb Böyük Dəhnə kəndində olan kafeyə getmişlər. Onlar orada olanda Həmzətin anası ona zəng vurub Həmzəti çağırdığı üçün o, Həmzəti taksi ilə evlərinə aparmışdır.Həmzət Rusiya nömrəsi işlətdiyindən ancaq vatsapla danışır.Həmzətin anası ondan nə baş verdiyini soruşanda ona Həmzətin toyda bıçaqla Məmmədəlinin ayağına vurub ona xəsarət yetirdiyini bildirmiş və həmin bıçağı çıxarıb evlərinin arxasındakı çardağın divarının üstünə qoymuşdur. Həmzətin anası bıçağı aparıb atmağını bildirsə də qorxduğu üçün bıçağı orada qoyub çıxıb evlərinə getmişdir. Həmzət şadlıq evində dava-zamanı bıçaqla Məmmədəlinin sol ayağının baldır nahiyəsindən, yəni dizdən aşagı hissəsindən vurub. Məmmədəli Həmzəti vurmamış və söyməmişdir. Həmzət bıçaqla Məmmədəlini vuran zaman stolda Mamed, Məsud, Əli və o, olmuşdur. Başqa kimlərin olmasını xatırlamır. Eyni zamanda qonşu stollarda toya gələn tanımadığı qonaqlar var imiş. Onlar da bu halı görmüşlər, lakin hamı Həmzətin əlindəki bıçağı qorxularından yaxın gəlməmişlər.Həmin stolda əyləşənlərdən tanıdığı qonşu Eldənizin adını qeyd edə bilər. Həmzətlə Məmmədəli arasındakı dava-mübahisə təxminən 2-3 dəqiqə davam etmiş olarmış. Həmzətin Məmmədəlini vurduğu bıçaq düymə ilə açılıb bağlanan dəstəyi qəhvəyi rəngli cib bıçağı imiş. Həmzəti o, tutub kənara çəkmiş sonra şadlıq sarayından çölə çıxarmışdır.Həmzətlə Məmmədəli arasında mübahisə baş verən zaman toy məclisi dayanmasa da qonaqlar kənardan Həmzətin əlində bıçaq olduğunu görsələr də yaxına gəlməmişlər. Həmzətlə Məmmədəli arasında mübahisənin nəyin üstündə baş verdiyini bilmir. Zərərçəkmiş şəxs hamı öz kəndlərində Elton kimi çağırır. Onun yanında Həmzət Məmmədəlinin sol ayağının baldır nahiyəsindən bıçaq xəsarəti yetirmişdir. O və ya başqası Həmzətə mane olmamışlar. Ancaq Həmzəti şadlıq evindən çıxarmışdır.Həmzət də getməyə maneçilik törətməmişdir. İfadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 16 aprel 2024-cü il tarixdə toyu olduğu üçün toya çağrılan şəxslərə dəvətnamə paylamışlar. Onun toy məclisi yaşadığı Kiçik Dəhnə kəndi ərazisində yerləşən «Dəhnə» şadlıq sarayında keçirilirmişdir. Toyuna bəzi həmkəndliləri, qohumları və dostları dəvət etmişlər. O, cümlədən həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs toyuna dəvət etmişdir. Toy məclisi təyin olunduğu vaxtda yəni saat 13 radələrində başlamışdır. O, isə toya təxminən saat 13:30 radələrində gəlmiş və bəy və gəlinə ayrılan stola keçib əyləşmişdir. Toyunda təxminən 300 nəfərə yaxın qonaq iştirak edirmiş. Toy məclisi başlayandan sonra öz qaydasında davam etmiş. Qonaqlar yemək yeyib-içmiş. Toyda spirtli içki verildiyi üçün istəyən qonaq həmin spirtli içkidən içirmiş. Həmçinin toyda iştirak edən qohumları və qonaqlar musiqi sifariş verib oynayırmışlar. Təxminən saat 17:30 radələrində toy məclisi yekunlaşmış və o, həyat yoldaşı ilə şadlıq sarayından çıxıb gəlin maşını ilə evlərinə getmişdir. Toy məclisi davam edən müddətdə toyda iştirak edən qonaqlar arasında hər hansı bir mübahisə və ya dava dalaş olmamışdır.O, həyat yoldaşını evə gətirib qoyandan sonra tort yemək üçün dostları ilə kafeyə getmişdir. Həmin kafedə tort yeyib söhbət edən zaman orada eşitmişdir ki, toyunda iştirak edən həmkəndlisi Həmzət bıçaqla diger həmkəndlisi Məmmədəlinin ayağına vurub ona xəsarət yetirmişdir. Lakin o, toy məclisində olsa da toyda dava olduğunu, Həmzətin Məmmədəlini vurduğunu görməmişdir. Yəni toyda hər hansı bir mübahisə dava-dalaş olduğu hissəni görməmişdir. Şahid4 ifadəsində göstərmişdir ki, toyun çəkilişini özündə əks etdirən 02 ədəd DVD diski ifadəsinə əlavə edir. Həmin çəkilişdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurulma anı düşməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-nin İstintaq Bölməsində fakt üzrə toplanmış HK-1/113 nömrəli materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olduğundan cinayət işi başlanmaqla istintaq aparılmışdır. “Tutma haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:25-də cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza cə X1 X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 170 saylı rəydən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol budun və sol baldırın kəsilmiş yaraları, deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yetirilməyə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 16 aprel 2024-cü il tarixli, 74a nömrəli tibbi müayinə protokolundan görünür ki, xx.xx.2024-cü il saat 19:54-də müayinə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli, 4(075)-33/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 17 aprel 2024-cü il tarixdən hesablanmaqla 17 iyul 2024-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(107)-36/2024 saylı qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 4(075)- 37/2024 saylı qərarı ləğv edilərək, Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi vəsatət təmin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 18 aprel 2024-cü il tarixdən hesablanmaqla 17 iyul 2024-cü il tarixədək seçilmiş “həbs” növündə qətimkan tədbiri, həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4 (009)- 354/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri 18 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 4 (009)- 489/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri 02 (iki) ay, 18 sentyabr 2024-cü il tarixədən 18 noyabr 2024-cü il tarixədk uzadılmışdır. Əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli, 3-13-108/2-9087/24 nömrəli cavab məktubundan görünür ki, baş vermiş xuliqanlıq hadisəsi ilə əlaqədar tərəfimizdən bir sıra zəruri əməliyyat axtarış tədbirləri keçirilmişdir. Tərəfimizdən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı ilkin olaraq Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərində cinayət aləminin üzvüləri ilə yaxın münasibətdə olması, həmin kriminal aləmin üzvüləri ilə şəxslərin sifarişlə cəzalandırılmasında iştirak etməsi, bundan başqa 2024-cü ilin əvvəllərində onunla həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında pulla bağlı mübahisə yarandığı, bu səbəbdən Təqsirləndirilən şəxs cinayət aləminin qanunları ilə Zərərçəkmiş şəxs cəzalandırılması üçün kriminal aləmin üzvülərindən sifariş aldığı və həmin sifarişə əsasən 16 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs «Dəhnə» şadlıq sarayında keçirilən toy məclisində həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla sol ayağının bud və baldır nahiyələrinə vuraraq xəsarət yetirdiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qohumlarının hadisənin şahidi olmuş şəxslərə təsir göstərməklə həqiqətə uyğun olmayan ifadələr vermələrini təklif etmələri müəyən olunmuşdur. Hazırda «Dəhnə» şadlıq sarayında keçirilən toy məclisində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs oturduqları stola xidmət edən xidmətçinin, həmçinin onlarla bir stol arxasında əyləşmiş Mamed, Əli, qonşu stolda əyləşən Eldəniz və Elçin adlı şəxslərin şəxsiyyətlərinin, eləcədə Təqsirləndirilən şəxs başqa cinayətlərdə iştirakının və maddi sübut olan bıçağın yerinin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Müsbət nəticə əldə olunduğu halda bu barədə sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Şəki Regional ASAN xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə ayaralarında yaranmış mübahisə üzrə razılığa gələrərk barışmışlar və problemi həll etmişlər. Ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən Rusiya Federasiyası Moskva şəhər notariat dairəsində verilmiş olduğu ərizə və həmin ərizənin xx.xx.2025-ci il tarixdə Şəki Regional ASAN xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiqlənmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə ayaralarında yaranmış mübahisə üzrə razılığa gələrərk barışmışlar və problemi həll etmişlər. Ona qarşı şikayəti və tələbi yoxdur. Şəki rayon Kiçik Dəhnə kənd İƏD üzrə nümayəndəlikdən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində iki azyaşlı övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilməyərək, özünü yalnız Zərərçəkmiş şəxs yetirdiyi xəsarətin dərəcəsinə görə təqsirli bildiyini, yəni xuliqanlıq cinayəti törətməməsini, hadisənin 16 aprel 2024-cü il tarixdə "Dəhnə" şadlıq sarayında keçirilən toy məclisində şadlıq sarayının içərisində oturduğu stolun arxasında heç kəsin görmədiyi və eşitmədiyi şəraitdə baş verməsini bildirsə də təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin və Şahid2, Şahid6 ifadələrindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər aralarında mübahisələri olmuş, toy məclisində onların yaxınlığında əyləşən və toy məclisində xidmət edən (ofisiant) şəxslərin ciddi narahatçılığına səbəb olan zərərçəkmiş Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr işlədərək sonuncu ilə mübahisə edərək xuliqanlıq etmiş, bundan sonra özündə olan cibindəki bıçağı çıxardaraq zərərçəkmiş Zərərçəkmiş şəxs sol ayağının bud nahiyəsinə vuraraq ona sol budun və sol baldırın kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş və bununla da öz əməlini xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət işi üzrə məsuliyyətinin yüngülləşdirilməsi məqsədini güdür. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətdə ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını (CM 59.1.12), himayəsində bir azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-26/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-26/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver