Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-27/2020 03.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 oğlunun iştirakları ilə xx xxxxxx 1990-cı ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11, mənzil 8 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16:30 radələrində idarə etdiyi Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun ərazisindən keçən 32-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmçinin diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsində dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib getməli olduğu halda buna əməl etməyərək, hadisəninqarşısınıalmağa texnikiimkanıolsa da almayıb, idarəetdiyi avtomobillə hərəkət hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ aşağı ətrafın travmatik amputasiyasının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun etibarnamə əsasında idarə etdiyi Howo markalı **-LF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili əvvəllər tanıdığı X5 məxsusdur. Onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Şəki rayonunda apardığı yol tikinti işində yük daşımaqla məşqul olmuşdur. xx.xx.2019-cu il tarixdə idarə etdiyi avtomobillə çınqıl yükü apararkən, təxminən saat 16:30 radələrində Dəhnə kəndinin yaxınlığında, avtomobilin sürəti təxminən 15-20 km/saat olan zaman hərəkət yolunda Ford Cargo 3530 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və qarşıdan yəni əks hərəkət yolu ilə avtomobil gəlmədiyini görüb həmin Ford Cargo 3530 yük markalı avtomobilin yanından ötüb keçmək üçün idarə etdiyi Howo yük markalı, **-LF- *** dövlət qeydiyyat nişanlı avtomobili əks hərəkət yoluna çıxartmışdır. Bu zaman Ford Cargo 3530 yük markalı avtomobilin qarşısında yolun sağındakı yolayrıcından naməlum avtomobil çıxıb üzü Şəki şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt yol daraldığına görə keçməyə yer olmamış və idarə etdiyi avtomobil yüklü olduğundan, həmdə yol enişli olduğundan avtomobili saxlaya bilməmiş və idarə etdiyi Howo yük markalı, **-LF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hər iki avtomobilin arasından keçmək istəmiş və həmin vaxt Ford Cargo 3530 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfində kiminsə olmasına fikir verməmişdir. Bu zaman idarə etdiyi Howo yük markalı avtomobilin sağ güzgüsü Ford Cargo 3530 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsünə dəymiş, sol güzgü isə naməlum Howo yük markalı avtomobilin güzgüsünə dəymişdir. Bundan sonra o, idarə etdiyi Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili bir qədər qarşıya hərəkət elətdirib yolun sağında saxlayıb avtomobildən düşərək geriyə qayıtmışdır. O, Ford Cargo 3530 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşarkən Zərərçəkmiş şəxs torpağın üzərində uzanıqlı və sağ ayağının əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, idarə etdiyi Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hər iki avtomobilin arasından keçmək istərkən Zərərçəkmiş şəxs sağ ayağı idarə etdiyi Howo yük markalı avtomobilin qabaq sağ təkərinin altında qalmış və o, xəsarət almışdır. Bundan sonra ətrafa toplaşan tanımadığı şəxslər tez təcili tibbi yardıma zəng etmişlər və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili Zərərçəkmiş şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmış, o, isə hadisə yerində qalıb hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Zərərçəkmiş şəxs ona qarşı qaldırdığı mülki iddiasını qəbul etmir. Belə ki, maddi vəziyyəti çox aşağıdır. Hazırda da heç yerdə işləmir. Əməlindən peşman olduğunu bildirir və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə idarə etdiyi Ford Cargo 3530 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəki rayonunun Cəfərabad kəndindən ələnmmiş torpağı Şəki rayonu Dəhnə körpüsü deyilən ərazinə aparmışdır. Dəhnə körpüsünün yaxınlığında avtomobili yolun sağında saxlayıb avtomobildən enib və avtomobilin solunda dayanmışdır. Təxminən saat 16:30 radələrində dayandığı yerdə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun bərabərliyinə çatanda telefon qulağında danışarkən avtomobilin idarə etməsini itirmiş və avtomobil sağa doğru istiqamətlənmişdir. Nəticədə, o, Təqsirləndirilən şəxs idarə etdiyi Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə özünü saxladığı avtomobilin qabaq sol təkərinin arasında sıxılıb qalmış və Howo yük markalı avtomobilin qabaq sağ təkəri sağ ayağınının üzərindən keçmişdir. Xəsarət aldığını görən Şahid2 ona yaxınlaşmış, Elşadı da çağırtdırmış, daha sonra yolun kənarından ip götürüb qanaxmanın qarşısını almaq üçün sağ ayağını bağlayıb təcili tibbi yardıma zəng vurmuş və hadisə yerinə gələn təcili tibbi yardım maşını onu Şəki rayon Mərkəzi Xəstaxanasına aparmışdır. Bundan başqa bildirdi ki, yolayrıcından hər hansı bir avtomobil gəlməmişdir və Təqsirləndirilən şəxs qarşısına çıxmamışdır. Behbudovun bildirdiyi kimi, həmin hissədə yolayrıcısı var, lakin həmin yoldan avtomobillər sağa hərəkət edərək dərəyə düşür və gətirdikləri yükləri boşaldıb, düz gedib qarşı tərəfdən yola qayıdırlar. O da həmin anda sağa dönüb dərəyə yükünü boşaltmaq üçün növbəsini gözləmişdir. Hadisə nəticəsində ağır xəsarət aldığını, təqsirləndirilən şəxsin onunla maraqlanmadığını, hər hansı bir yardım etmədiyini, kifayət qədər maddi ziyan çəkdiyini, mənəvi sarsıntı keçirdiyini bildirdi və Elşad Qəribovdan şikayətçi olduğunu nəzərə almaqla ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq mülki iddiasını müdafiə edərək bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağ ayağı dizdən yuxarı kəsilmiş, sol ayağı isə sınmışdır. Həmçinin, hadisənin təsiri nəticəsində şəkər xəstəliyində tutulmuşdur. Hadisə nəticəsində sağlamlığının demək olar ki, 30-40%-ni, əmək qabiliyyətini isə tamamilə itirmişdir. O, həmişə işləmiş, qazancı yüksək olmuşdur. Sağ ayağının kəsilməsi onu işindən və qazancından məhrum etmişdir. Hazırda ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Himayəsində iki azyaşlı uşağı var. Təqsirləndirilən şəxs keçən müddət ərzində onunla maraqlanmamış, müalicəsi, dərmanları və ya dolanışığı üçün bir manat da olsun köməklik göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun ərazisindən keçən 32-ci km-də yol nəqliyyat hadisəsinin baş verməsi dair məlumat daxil olan gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Şahid5 ilə birlikdə xidmətdə olmuşdur. Məlumata əsasən qeyd olunan əraziyə getmişlər. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin gün təxminən saat 16:30 radələrində Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun Şəki rayonunun ərazisindən keçən 32-ci km-də idarə etdiyi Howo yük markalı avtomobilin qabaq sağ təkəri ilə yolda dayanmış piyada Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçmiş, nəticədə piyada Zərərçəkmiş şəxs xəsarət alaraq Şəki RMX-na aparılmışdır. Bundan sonra o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, o, hadisə baş verən zaman “xxxxxxxxxxxxxxxxxx” MMC-də nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə Şəki rayonu Dəhnə körpüsü deyilən əraziyə işçilərə nəzarət etməyə getmişdir. Təxminən saat 16:30 radələrində həmin əraziyə yük boşaltmağa gələn Howo ZZ3407S3867E yük markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 ona Ford Cargo 3530 yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobil vurduğunu bildirmişdir. Bundan sonra o, Seymurun yanına qaçmış və Seymurun ayağından qan gəldiyini görmüş, həmin vaxt Seymuru vurmuş Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da Seymura yaxınlaşmışdır. O, yolun kənarından ip götürüb qanaxmanın qarşısını almaq üçün onun sağ ayağını bağlamış, həmin vaxt Howo ZZ3407S3867E yük markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 təcili tibbi yardıma zəng vurmuş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını Seymuru Şəki rayon Mərkəzi Xəstaxanasına aparmışdır. Əlavə olaraq həmin vaxt qarşıdan və tikinti gedən ərazidən heç bir yük avtomobili yola çıxmadığını və Təqsirləndirilən şəxs hərəkətinə heç bir maneəçilik yaratmadığını, sürücülərin yükü boşaltdıqdan sonra Dəhnə körpüsü deyilən əraziyə daxil olduqları yerdən deyil, ərazinin digər tərəfindən çıxıb getdiklərini bildirdi. Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə məzmunca eyni olan oxşar ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun ərazisindən keçən 32-ci km-də yol nəqliyyat hadisəsinin baş verməsi dair məlumat daxil olan gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Şahid4 ilə birlikdə xidmətdə olmuşdur. Məlumata əsasən qeyd olunan əraziyə getmişlər. Hadisə yerində gəldikdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin gün təxminən saat 16:30 radələrində Howo yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun ərazisindən keçən 32-ci kmdə idarə etdiyi Howo yük markalı avtomobilin qabaq sağ təkəri ilə yolda dayanmış piyada Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs hadisə yerində olmuşdur və daha sonra təcili tibbi yardım avtomobili ilə Şəki RMX-na aparılmışdır. Təqsirləndirilən şəxs isə hadisə yerində gözləmişdir və o, Təqsirləndirilən şəxs ürək-dirək vermişdir. Bundan sonra o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş, bu barədə tərtib edilmiş protokol və sxemi iştirakçılarla birlikdə imzalamışdır. Bundan başqa bildirdi ki, hadisənin baş verməsini görməmişdir, lakin bildiyi qədəri ilə Təqsirləndirilən şəxs qarşısına yolayrıcısından digər avtomobil çıxmışdır, Təqsirləndirilən şəxs özünün idarə etdiyi avtomobili yüklü olduğuna görə saxlaya bilməmiş və bu səbəbdən də hadisə baş vermişdir. Belə ki, qeyd olunan yolayrıcısından avtomobillərin qayıtmasını görmüşdür. Həmin yol avtomobillərin gedişi üçün nəzərdə tutulsada, yükü boşaltdıqdan sonrahəmin yol ilə qayıdan sürücülər də var. Məhkəmə iclasında ifadəsi elan olunan şahid qismində tanınan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Howo ZZ3407S3867E yük markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxxx” MMC-nə məxsusdur. Həmin avtomobili müqavilə əsasında idarə edir. Onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. “xxxxxxxxxxxxxxxxxx” MMC-nin Şəki rayonunda apardığı yol tikinti işində yük daşımaqla məşğul olur. xx.xx.2019-cu il tarixdə tək idarə etdiyi Howo ZZ3407S3867E yük markalı ** JS *** dövlət qeydiyyat nişanlı avtomobilə Şəki rayonu Cəfərabad kəndindən ələnmiş torpaq yükü vurub Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonunun ərazisindən keçən 32-ci km-də Şəki rayonu Dəhnə körpüsü deyilən ərazisinə aparmışdır. O, yükü boşaldıb qurtardıqdan sonra təxminən saat 16:30 radələrində iş yoldaşı Howo ZZ3407S3867E yük markalı ** JT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 Seymuru avtomobil vurduğunu bildirərək qışqırmış, bundan sonra o, Faiqlə birlikdə “xxxxxxxxxxxxxxxxxx” MMC-də nəzarətçi vəzifəsində işləyən Şahid2 bu barədə məlumat verərək Seymurun yanına qaçmışdır. Həmin vaxt Seymuru vurmuş Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə Howo yük markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da Seymura yaxınlaşmışdır. Bu zaman Qiyas Seymura yaxınlaşmış və yolun kənarından ip götürüb qanaxmanın qarşısını almaq üçün onun ayağını bağlamışdır. O, həmin vaxt təcili tibbi yardıma zəng vurmuş və bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını Seymuru Şəki Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra o, hadisə barədə maraqlanarkən məlum olmuşdur ki, Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun ərazisindən keçən 32-ci km-də Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Howo yük markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs bərabərliyinə çatanda avtomobilin idarə etməsini itirmiş, avtomobil sağa doğru istiqamətlənmişdir. Həmin vaxt Seymur Howo yük markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri ilə idarə etdiyi Ford Cargo 3530 yük markalı, ** JR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin arasında sıxılıb qalmış, Howo yük markalı avtomobilin qabaq sağ təkəri sağ ayağının üzərindən keçmiş və nəticədə o, xəsarət almışdır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 Təcrübi və Tədris Birliyinin (bundan sonra – Birlik) 499 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ aşağı ətrafın travmatik amputasiyası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 25815 saylı rəyindən görünür ki, “istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Howo markalı, **-LF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan AE seriyalı, 024173 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş, sürücülük vəsiqəsi xx.xx.2026-ci il tarixədək etibarlıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Narkoloji Şöbəsinin xx.xx.2019-cu il tarixli, 658 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur, onda alkoqol qəbulu əlamətləri yoxdur. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 194-cü maddələri ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunub. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yeri müəyyən olunaraq saxlanılmış və Şəki ŞRPŞ-yə gətirilərək MSY-yə təhvil verilmişdir. X1 xx xxxx 2020-ci il tarixli, xx/xx-3045 saylı məlumatından müəyyən olunur ki, saxlanılan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən, 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda sadalanan halları, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin xarakterini, ictimai təhlükəliliyini, həmin əməlin səbəb olduğu nəticələri, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Howo markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 70 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs mülki iddiaçı qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin hadisə nəticəsində xəsarət alması ilə əlaqədar maddi ziyanın əvəzi olaraq 10000 manat və mənəvi ziyanın əvəzi olaraq 10000 manat, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 20 030 manatın Təqsirləndirilən şəxs alınıb ona ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs isə mülki iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Quliyev X2 Elşad Qərib oğlundan ona vurulmuş maddi zərərə görə 10 000 (on min) manatın alınaraq ona ödənilməsini xahiş etsə də, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ona hər hansı bir maddi ziyan vurması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məhz Təqsirləndirilən şəxs təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almış, hadisə nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş, iztirablara məruz qalmışdır. Bundan başqa sağ ayağı dizdən yuxarı kəsilmiş, sol ayağı sınmış, ümumi əmək qabiliyyətini itirmişdir. Beləliklə, Zərərçəkmiş şəxs mənəvi ziyan dəymişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti alması, hadisə nəticəsində fiziki və mənəvi sarsıntılar keçirtməsi, iztirablara məruz qalması öz təsdiqini tapdığından mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş mənəvi ziyanın ödənilməsini də tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut kimi tanınmış Howo markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat miqdarında ekspertiza xərci tutularaq Аzərbаycаn Respublikаsının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Cinayət mühakimə icraatı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayətin törədilməsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş 10 000 (on min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 10 030 (on min otuz) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilsin. Mülki iddianın qalan hissəsi təmin edilməsin. Hökmdən elаn оlunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andаn 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpelyаsiyа Məhkəməsinə apelyаsiyа şikаyəti və аpelyаsiyа prоtesti verilə bilər. Hökm аpelyаsiyа şikаyəti və yа аpelyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-27/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-27/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver