Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-27/2022 11.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1964-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu, Zunud kəndində pasport qeydiyyatında olmaqla tutulana kimi həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmşdir. Belə ki, o, qəsdən 19 noyabr 2020-ci il tarixli Şəki Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 355.00 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Şəki rayonu, Zunud kəndindəki fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə heyvanların yemlənməsi üçün nəzərdə tutulmuş axurda gizlədərək saxlamış, 03 noyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin, X2 və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18:30 radələrində Şəki rayonu, Zunud kəndində yaşadığı fərdi yaşayış evi yaxınlığında saxlanılaraq tövləsinə baxış keçirilən zaman onun qəsdən heyvanların yemlənməsi üçün nəzərə tutulan axurda gizlədərək saxladığı 01 ədəd şəffaf sellofan torbada 355.00 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə ibtidai istintaq orqanının mövqeyi ilə razılaşaraq, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsi ilə verilmiş ittihamın düzgün olduğu qənaətinə gəlmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir, (maddə 8.0.3) Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, barəsində 2020-ci ildə olmuş əvvəlki cinayət iş ilə əlaqədar Şəki Şəhər- Rayon Polis Şöbəsinin X3 əməliyyat müvəkkili Şahid6 tanımış, sonuncu ilə telefon vasitəsilə danışmış və Şahid6 ara-bir kəndlərinə gəlmiş və ya şəhərdə mərkəzi xəstəxananın yanındakı yeməkxanada görüşmüşlər. Hər dəfə yeməkxanada Şahid6 yediyi yeməyin pulunu vermiş, sonuncu da ona bir-iki çəkimlik narkotik vasitə olan marixuana vermişdir. O, Şahid6 inanmış, ağrıları olduğu üçün çöldə yabanı halda bitən marixuanadan istifadə etməsinin məsuliyyət yaradıb-yaratmadığını soruşmuş, Şahid6 yığıb satmamasını, lakin özü üçün az-az istifadə etməsini tövsiyyə etmişdir. 2021-ci ilin oktyabr ayında ürəyindən əməliyyatı keçirmiş, 20 oktyabr 2021-ci ildə xəstəxanadan çıxıb evinə gəlmişdir. Bu ərəfələrdə Şahid6 ev telefonlarına zəng vurub onunla görüşmək istədiyini deyərək evlərinə gəlmiş, o həyətdə qarşılayaraq Şahid6 bağçalarında yetişmiş nar meyvəsindən yeməyə dəvət etmişdir. Şahid6 həyətdə onunla söhbət edib mobil telefonunu itirdiyini bildirərək, yenisini almaq üçün 100 manat pul verməsini istəmiş, o Şahid6 100 manat pul vermişdir. Verdiyi pulun əvəzinə olmasa da, Şahid6 cibindən çıxardıb “pinqivin” deyilən sellofanın içərinində 3 ədəd ayrı-ayrı yumurta böyüklükdə narkotik vasitə olan marixuananı istifadə etməsi üçün ona vermişdir. O həmin narkotik vasitədən çəkməklə istifadə edib zəif təsirli və yaxşı olmadığına görə yabanı natkotik bitki kollarından yığıldığını bilmiş və istifadə etməmiş, olduğu vəziyyətdə də həyətindəki tövlənin qoyun saxlamaq üçün tikdiyi çardağın altındakı yem axuruna qoyub gizlətmişdir. xx.xx.2021-ci ildə, saat 18-19 radələrində, həyət qapılarının qarçısında çöl tərəfdə dayanan vaxt bir neçə mülki və bir neçə polis geyimi formasında olan şəxslər ona yaxınlaşıb Şəki rayon Polis şöbəsinin əməkdaşları olduqlarını, yaşadığı evin həyətində narkotik vasitə olan qurudulmuş marixuana olması barədə onlarda məlumat olmasını, bununla bağlı baxış keçirmək istədiklərini bildirmişlər. O, Şahid6 bu işi təşkil etdiyini, özü gəlməsə də gəlmiş polis əməkdaşlarının artıq yem axurunda narkotik vasitə olan qurudulmuş marixuana saxlamasından məlumatları olduğunu başa düşdüyündən etiraz etməmiş, baxış keçirmələrinə razılıq verərək bu barədə ərizə də yazmışdır. O, birlikdə gedib narkotik vasitəni olduğu yerdən götürüb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi kütləyə baxdıqdan sonra polis əməkdaşlarından biri təqdim etdiyi marixuananı olduğu kimi cibinə qoymuş, vəkil və hal şahidləri dəvət etmişlər. Vəkil və hal şahidləri gəldikdən sonra baxış davam etdirilmiş, ona narkotik vasitəni yenidən hamının yanında götürüb təqdim etməsi deyilmiş, o da deyilənləri etmişdir. Lakin artıq həmin vaxt onun təqdim etdiyi narkotik vasitə “pinqivin” sellofanlarda ayrı-ayrı 3 yumurta həddində deyil, bir başqa sellofanın işərisində və bir qədər cox miqdarda olmuşdur. O, narkotik vasitənin onda olandan artıq olmasına etiraz etmiş, elə həmin hissəyə görə də hazırda özünü qismən təqsirli bilmişdir. Etirazına əhəmiyyət verilməmiş, bunun heç bir fərqi olmadığı, hər bir halda CM-nin 234.1-ci maddəsi ilə məsuliyyət daşıyacağı cavabı deyilmişdir. O, yenidən narkotik vasitəni vəkilinin və hal şahidlərinin yanında götürüb polis əməkdaşlarına təqdim etmiş, fotoşəkilləri çəkilmiş, təqdim etdiyi narkotik vasitə götürülmüşdür. Qeyd olunanlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik vasitənin qablaşdırılıdığı zərfin üzərinə imza etdiyi xatirində qalmamış, lakin zərfin üzərində adının qarşısındakı imzanı nəzərdən keçirdikdə öz imzası olmuşdur. Narkotik vasitənin miqdarının onun təqdim etdiyindən çox olmasından və həmin narkotik vasitəni polis əməkdaşı Şahid6 ona verib sonra tutdurmasından narazı olmuş, lakin bunları sübut etmək imkanı olmadığını bildiyi üçün ibtidai istintaq dövründə bu haqda nə ibtidai araşdırmanı həyata keçirən prokurora, nə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə heç nə deməmişdir. İbtidai istintaq dövründə, aşkar olunmuş narkotik vasitəni 2021-ci ilin sentyabr ayında Zunud kəndində yerləşən pay torpağının yaxınlığında yolun kənarındakı qamışlığın içərisində bitmiş çətənə kollarından yığıb qurutduğunu və özü istifadə etmək üçün saxladığını demiş, cinayət işində də bu cür sənədləşdirilmişdir. Narkotik vasitə aşkar olunub, qablaşdırılıb götürülərək sənədləşdirildikdən sonra polis əməkdaşları onu Polis şöbəsinə, təhqiqatçının otağına aparmışlar. Pоlis şöbəsində şübhəli şəxs qismində tutulmuş və təhqiqatçı tərəfindən proses iştirakçılarının yanında videoçəkilişlə üstünə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı əvvəlcə ona üstündə olan əşyaları təqdim etməsini təklif etmiş, sonra özü baxış keçirmiş, lakin üzərindən narkotik vasitə və cinayət xarakterli heç nə aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, ürəyindən əməliyyat olunduğunu, astma xəstəsi olub daim müalicə aldığını, 58 yaşında olmasını nəzərə alınaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə Şəki rayon sakini “Həmzət” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılaraq məlumatın yoxlanılması, "Həmzət" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verilməsindən ötrü PŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Tədbirin keçirilməsinə icazə verilmiş, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı "Həmzət" adlı şəxsin Şəki rayonu, Zunud kəndinə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onlar xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs Şəki rayonu, Zunud kəndində yaşadığı evin yaxınlığında saxlamış, barəsində daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə baxış keçiriləcəyi haqqında Təqsirləndirilən şəxs bildirmişlər. Baxışla bağlı Təqsirləndirilən şəxs hər hansı etirazı olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində, yardımçı tikililərdə narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitəsi olduğu cavabını vermişdir. Baxış keçirilməsi üçün iki nəfər hal şahidi dəvət edilmiş, hal şahidləri gəldikdən sonra təhqiqatçı tərəfindən bütün iştirakçılara hüquq və vəzifələri izah olunmuş və qohumluq əlaqlərinin olub-olmaması yoxlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəni təqdim etməsini təklif edtmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, onlar birlikdə həyət qapısından içəri keçmişlər. Qapının sol və sağ hissəsində həyətyanı sahə ilə üzbəüz yaşayış evi yerləşmiş, həyətyanı sahədə müxtəlif ağaclar əkildiyi və arı yeşikləri olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tövləni göstərib narkotik vasitəni orada saxladığını bildirmişdir. İştirakçılar darvaza qapısından sol hissədə yerləşən tövlənin təktaylı taxta qapısından içəri daxil olmuş, Təqsirləndirilən şəxs sol hissədə yerləşən heyvanları otla təmin etmək üçün hasara birləşik dəmir hissəni göstərərək narkotik vasitəni həmin yerdə saxladığını bildirmiş, yaxınlaşıb içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli sellofanı götürüb təqdim etmişdir. Təhqiqatçı iştirakçılarla birlikdə torbanı açıb baxmış, içərisində narkotik vasitə-marixuanaya oxşar yaşıl kütlə müəyyən edilmişdir. Təhqiqatçı sellofan torbanın içərisindəki kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Şəki rayonu, Zunud kəndi ərazisindən “Qarasov” adlanan ərazidə pay torpaq sahəsinə gedib-gələrkən yolun kənarında yabanı halda bitən çətənə kollarından yığıb özü istifadə etməsi üçün qurudub saxladığını bildirmişdir. Baxış təhqiqatçı tərəfindən müvəqqəti dayandırılmış, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmək məqsədilə Şəki Regional vəkil bürosunun vəkillərinin adları göstərilən siyahı təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olub istədiyi vəkili seçmişdir. Təhqiqatçı zəng edib vəkili dəvət etmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs təqdim olumuş, müdafiəçiyə etirazı olub-olmaması öyrənilmiş, eyni zamanda iştirakçıların hüquq və vəzifələri izah olunmuşdur. Etiraz və vəsatət daxil olmamış, baxış davam etdirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütləni yenidən göstərib özünə məxsus olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmiş, soruşulanda yaşadığı Zunud kəndi ərazisində pay torpaq sahəsinə gedən yolun kənarından yığıb orada qurutduğunu, özü istifadə etmək üçün yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını bildirmişdir. Narkotik vasitə sellofan torbanın içərisinə xüsusi qaydada ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı şöbənin zərflər üçün 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahədə və yardımçı tikililərdə baxışı davam etdirmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı baxışla bağlı protokol tərtib etmiş, uca səslə oxumuş, protokol doğru tərtib edildiyidən heç bir etiraz olmamış, iştirakçılar protokolun doğrulugunu imzaları ilə təsdiq etmişlər. Baxışdan sonra Təqsirləndirilən şəxs yaşadığ evdən PŞ-nə təhqiqatçının xidməti iş otağına aparılmış və şübhəli şəxs qismində tutulmuşdur. Üstünə videoçəkilişlə şəxsi axtarış keçirilməsi məqsədi ilə PŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis leytenantı Kamal Məmmədzadə mütəxəssis qismində dəvət olunmuş, müdafiəçi və onların iştirakları ilə videoçəkilişdən istifadə etməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin heç nə aşkar edilməmişdir. Təhqiqatçı videoçəkilişi nümayiş etdirilməsi və protokol tərtib edilməsindən ötrü dayandırmış, videoçəkiliş nümayiş etdirilmiş, iştirakçılar videoçəkilişə baxmış, heç bir vəsatət və etirazları olmamışdır. Təhqiqatçı bu barədə protokol yazaraq ucadan oxumuş, etiraz və vəsatətləri olmadığı üçün o iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləməmiş, 03 noyabr 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Şəki şəhərinə getmiş, axşamüstü Şəki şəhərindən yol maşını ilə yaşadığı Zunud kəndinə qayıdıb kənd yolunda düşmüş, piyada yaşadığı evə gedərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirəcəklərini bildirib hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməyib könüllü olaraq polis əməkdaşı ilə birlikdə baxış keçirəcəkləri evə tərəf getmişlər. Ondan başqa polis əməkdaşıları, Təqsirləndirilən şəxs özü orada olmuşdur. Odan sonra polis əməkdaşları həmkəndlisi Şahid4 da hal şahidi qismində dəvət etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs onlarla ədavəti, düşmənçilik və ya qohumluq əlaqələrinin olub-olmamasını aydınlaşdırmış, həmçinin yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə polis əməkdaşlarının baxış keçirmələrinə etiraz etməmiş, bununla bağlı ərizə yazmışdır. Təhqiqatçı, yaşadığı evində narkotik vasitə, həmçinin qanunla qadağan olunmuş əşya olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs həyətində yerləşən tövlədə narkotik vasitə saxladığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs saxladığı narkotik vasitəni təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə yaşadığı evin darvaza qapısından həyətə daxil olmuş, tövləni göstərib narkotik vasitəni orada saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə tövlənin təktaylı taxta qapısından içəri daxil olduqdan sonra tövlənin sol hissəsində hasara birləşik yerləşən heyvanları otla təmin etmək üçün dəmir hissəyə yaxınlaşıb içərisində narkotik vasitə saxladığı sellofan torbanı götürüb təqdim etmişdir. Təhqiqatçı iştirakçılarla birlikdə həmin sellofan torbanı açıb içərisinə baxmış, torbada narkotik vasitə marixuanaya oxşar yaşıl rəngli kütlə olmasını müəyyən edilmişdir. Təhqiqatçı sellofan torbanın içərisindəki kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Şəki rayonu, Zunud kəndi ərazisindən “Qarasov” adlanan ərazidə pay torpaq sahəsinə gedibgələrkən yolun kənarında yabanı halda bitən çətənə kollarından yığıb özü istifadə etməsi üçün qurudub saxladığını bildirmişdir. Baxış təhqiqatçı tərəfindən müvəqqəti dayandırılmış, hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmək məqsədilə Təqsirləndirilən şəxs vəkillərin adları göstərilən siyahı təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olub istədiyi vəkili seçmişdir. Təhqiqatçı zəng edib vəkili dəvət etmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs təqdim olunmuş, müdafiəçiyə etirazı olub-olmaması öyrənilmiş, eyni zamanda iştirakçıların hüquq və vəzifələri izah olunmuşdur. Etiraz və vəsatət daxil olmamış, baxış davam etdirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütləni yenidən göstərib özünə məxsus olduğunu və özü istifadə etmək üçün saxladığını bildirmiş, soruşulanda yaşadığı Zunud kəndi ərazisində pay torpaq sahəsinə gedən yolun kənarından yığıb orada qurutduğunu, özü istifadə etmək üçün yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını bildirmişdir. Narkotik vasitə sellofan torbanın içərisində xüsusi qaydada ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı şöbənin zərflər üçün 53 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahədə və yardımçı tikililərdə baxışı davam etdirmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı baxışla bağlı protokol tərtib etmiş, uca səslə oxumuş, protokol doğru tərtib edildiyidən heç bir etiraz olmamış, o və digər iştirakçılar protokolun doğrulugunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o əvvəllər Şəki ŞRPŞ-nin X3 baş əməliyyat müvəkkili işləmiş, həmin dövrdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakını aşkar edib cinayət əməlini ifşa edərək əməliyyat tədbiri keçirərək yaxalamışdır. Sonradan isə vəzifəsi dəyişdirilmiş, halhazıra kimi Polis şöbəsində sahə rəisi vəzifəsində işləmişdir. Aralarında heç bir ədavət, düşmənçilik olmamış, münasibətləri yaxşı olmuş, ara-bir görüşmüş, ümumi qaydada söhbət etmişlər. Lakin o Təqsirləndirilən şəxs narkotik vasitə verməmiş, Təqsirləndirilən şəxs hazırki iş üzrə yaxalanmasında iştirakı olmamışdır. Aşkar olunmuş narkotik vasitəni onun verməsini deməsini əvvəlki cinayət əməlinin onun tərəfindən ifaşa edilməsinə görə etdiyini zənn etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, aşkar olunmuş narkotik vasitəni 2021-ci ilin sentyabr ayında Zunud kəndində yerləşən pay torpağının yaxınlığında yolun kənarındakı qamışlığın içərisində bitmiş çətənə kollarından yığıb qurutduğunu və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Eyni zamanda aşkar olunmuş narkotik vasitənin çəkisinin artırıldığı və polis əməkdaşı Şahid6 barəsində heç nə deməmişdir. Təqsirləndirilən şəxs, eləcə də hal şahidləri məhkəmə istintaqında dindirilərkən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı zərfin üzərinə imza etdiklərini xatırlamadıqlarını demiş, həmin zərf məhkəmə iclasına gətirilib onlara təqdim edilərəkən imzanın özlərinə məxsus olduğunu təsdiqləmiş, onlardan Təqsirləndirilən şəxs zərfin üzərini qablaşdırılmış formada imzalamasını xatırlamadığını söyləmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham narkotik vasitəni naməlum mənbədən qanunsuz əldə etməsinə, daşımasına və saxlamasına görə verilmiş, təsdiqini tapmayan ifadəsi də verilmiş ittihama heç bir təsir etməmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədəki heyvanların yemlənməsi üçün axurdan, 1 ədəd sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. (İ cild, iş.v 23-42) Şübhəli şəxsin tutulması haqqında 04 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 0010-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş.v 46-48) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 323A nömrəli 04 noyabr 2020-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1000-da müayinə edilərkən narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. (İ cild, iş.v 83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X13 04 noyabr 2020-ci il tarixli, 17/786 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən aşkar olunmuş maddi sübut...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi -355.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Rəyin tədqiqat prosessinin təsviri hissəsinin qeydində göstərilmişdir ki, marixuanın 0,05 qr. tədqiqata sərf edilmiş, qalıq -354,95 qr. qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manatdır (İ cild, iş.v 85-86). Şəki rayon Məhkəməsinin 4(075)-93/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 04 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İ cild iş.v 137-139). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234, 237.1, 69.3-cü maddələri ilə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması səzasına məhkum edilmişdir. (İ cild, iş.v 140) Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 1214 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İ cild, iş.v 141). Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 1419/1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. (İ cild, iş.v 153) Şəki şəhər İHB-nın İnçə kənd İƏD üzrə nümayəndəliyinin 07 dekabr 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Zunud kəndində yaşayır, onun ailə üzvləri arvadı X1, qardaşı oğlu X4, qardaşı gəlini X7, qardaşı nəvəsi X5, qardaşı nəvəsi X6 ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild iş.v 208-210) Məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 1489 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata götürülməsi məsləhət görülür. (İ cild, iş.v 233) Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının xx.xx.2021-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması, həmçinin kimlərə satması, eləcədə kimlərlə birlikdə narkotik vasitə istifadə etməsi, onun narkotik vasitə istifadə etməsindən kimlərinsə məlumatının olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidən aşkar olunaraq götürülümş narkotik vasitənin həqiqətən Şəki rayonu, Zunud kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən yığıb qurudaraq əldə etməsini, eyni zamanda onun digər cinayətlərin törədilməsində iştırakının olmasını müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsindən asılı olaraq əlavə məlumat veriləcəkdir. (İ cild, iş.v 235) Şəki Rayon Məhkəməsinin 1(075)-64/2020 nömrəli,19 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddəsi ilə verilmiş ittihamdan CM-nin 234.1-ci maddə çıxarılmış, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İİ cild, iş.v 43-57) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-73/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli qərarından görünür ki, Apellyasiya protesti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. (İ cild, iş.v 242-249) Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-982/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, kassasiya protesti təmin edilmiş, CM-nin 237-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı “Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın ona verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-35/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 1(075)-64/2020 saylı hökmü “Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddəsi ilə verilmiş ittihamdan CM-nin 234.1-ci maddəsinin çıxarılması” hissəsində ləğv edilərək, həmin hissədə yeni hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CMnin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırda təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 03 mart 2021-ci ildən 04 noyabr 2021-ci ilədək çəkmiş olduğu 8 ay 1 gün azadlığın məhdudlaşdırılması cəzası və onun şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün, ümumilikdə 8 ay 5 gün müddət ona təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 2 il, 3 ay, 25 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün qalan hissədə qüvvədə olması nəzərə alınmışdır. Hökm elan olunduğu andan qanuni qüvvəyə minmişdir. 8 X20 münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs üzərində qəti cəza olaraq saxlanılmış 2 il, 3 ay, 25 gün azadlığın məhdudlaşdırılması cəzası 1 il müddətə azaldılaraq onun üzərində 1 il, 3 ay, 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin 23 fevral 2022-ci il tarixli, 332/10 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-64/2020 saylı, 19 noyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 26 fevral 2021 -ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının əvvəli 03 mart 2021 -ci il tarixdən hesablanmış və həmin cəzanın sonu 01 mart 2023-cü il tarixində başa çatır. Şəki Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 4(075)-93/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 04 fevral 2021 -ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Şəki Rayon Məhkəməsinin 1(075)-64/2020 saylı, 19 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 04 noyabr 2021 -ci il tarixədək çəkilməmiş qalan hissəsi 1 (bir) il 3 (üç) ay 25 (iyirmi beş) gündür. Məhkumun qeydiyyata alındığı 03 mart 2021 -ci il tarixdən 04 noyabr 2021 -ci il tarixədək ona təyin edilmiş azadlığı məhdudlaşdırılması növündə cəzadan 8 (səkkiz) ay 1 (bir) gününü çəkmişdir. Hal-hazırda məhkum X8 saxlanıldığı üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 (107)-35/2022 saylı, 12 yanvar 2022-ci il tarixli hökmü üzrə icra hərəkətlərinin davam etdirilməsi mümkün deyil. Təqsirləndirilən şəxs adına olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Miokardin yan divarının infaktı” diaqnozu qoyulmuş və LCx-ə 2*15 mm balonla predilatasiya sonrası 3,0 * 26 mm 1 stent implantasiyası edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, şahid ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan qurudulmuş marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Təqsirləndirilən şəxsin hazırki əməli düzgün qiymətləndirilmiş və mübahisəyə səbəb olan hallara aydınlıq gətirilmişdir. Lakin ona cinayətlərin və ya hökmlərin məcmusu qaydasında cəza təyin edilməsi məsələsinə də aydınlıq gətirilməsi üçün məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəməyə müraciət edilərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4, 407.2 və 412.7-ci maddələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5, 67.1 və 18.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli qərarlarına münasibətdə şərh edilməsi xahiş edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı apellyasiya instansiyası məhkəməsinin qərarından sonra yeni cinayət törətmiş şəxsə həmin qərar sonradan ləğv olunduğu halda, cinayətlərin məcmusu və ya hökmlərin məcmusu qaydasında cəza təyin edilməsi və onun əməlinin residiv yaradıb-yaratmaması ilə əlaqədar olmuşdur. Yəni sonrakı cinayət əməli apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu dövrdə müəyyən edilmişdir. Bundan başqa qeyd olunan qərarda göstərilir ki, Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan qanuni qüvvəyə mindiyindən, həmin qərardan sonra cinayət törətmiş şəxsə hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə və yuxarıda verdiyi izaha uyğun olaraq hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir əsasından yanaşdıqda görürük ki, Təqsirləndirilən şəxs hazırki, ikinci cinayət əməlini törətməsi 03 noyabr 2021-ci ildə aşkar edilərkən, onun barəsində olan birinci instansiya məhkəməsinin hökmünün qanuni qüvvəsini alması üçün əsas olan Apellyasiya instansiyasının qərarı Ali məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv olunduğundan qanuni qüvvəsini almış hesab edilməmiş və Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs sayılmamışdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli, əvvəlki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı Ali Məhkəmənin qərarı ilə ləğv edildikdən sonra, yəni nə apellyasiya instansiyası məhkəməsinin qərarı, nə də birinci instansiyasının hökmü qüvvədə olmadığı dövrdə aşkar edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda sözü gedən qərarında göstərilir ki, cinayətlərin məcmusunun anlayışı və buna görə cəzanın təyin edilməsi qaydası Cinayət Məcəlləsinin 17.1 və 66-cı maddələrində nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır (Cinayət Məcəlləsinin 17.1-ci maddəsi). Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun hökm çıxarılmazdan əvvəl başqa cinayəti törətməkdə təqsirli olduğu müəyyən edildiyi halda cəzanın təyin edilməsi qaydasını da nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Digər tərəfdən, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Məhkəmə konkterliklə daha aydın qeyd edir ki, təqsirləndirilən şəxsə CM-nın 234.1-ci və 237.1-ci maddələri ilə ittiham verilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ittihamdan çıxarılıb, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Səki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci tarixli qərarı ilə hökmdən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı “Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın ona verilmiş ümumi ittihamdan çıxarılması” hissəsində ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmadığı dövrdə - xx.xx.2021-ci il tarixdə hazırki cinayət hadisəsi baş vermişdir. xx.xx.2022-ci ildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Ali Məhkəmənin ləğv etdiyi hissə üzrə qərar qəbul etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin hazırki iş üzrə CM-nin 234.1-ci maddəsi ilə cinayət əməli xx.xx.2021-ci il tarixdə aşkar edilərkən məhkum edildiyi CM-nin 237.1-ci maddəsi ilə olan hissədə toxunulmasa da hökm tamlıqda qüvvədə olmamışdır. Qanunvericilik isə məhkumluğun hökm qanuni qüvvəyə mündiyi gündən yarandığını qəbul edir. Hazırki halda təqsirləndirilən şəxsin CM-nin 237.1-ci maddəsi ilə təyin edilmiş cəzası bu iş üzrə cinayət əməli aşkar ediləndən sonra ümumi ittahamdan çıxarılmış CM-nin 234.1ci maddəsi ilə də təqsirli bilinib təyin edilmiş cəza ilə qismən birləşdirilib qəti cəza təyin edilmişdir. Yəni CM-nin 237.1-ci maddəsi ilə olan hissədə əməli ayrılıqda hökm kimi qanuni qüvvəyə minən hökm həddini almamışdır. Eyni zamanda hər iki maddə üzrə və qəti təyin edilən cəzalar azadlıqdan məhrum etmə ilə bağlı olmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cinayət əməli aşkar edilən xx.xx.2021-ci ildə təqsirləndirilən şəxs barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmadığından məhkumluğu yaranmamış, eləcə də barəsində sonradan çıxarılıb qanuni qüvvəsini almış məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına deyil, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd olunanlara görə təqsirləndirilən şəxsin hərəkətləri cinayətin residivini yaratmamış, onun cəzası cinayətlərin məcmusu ilə CM-nın 66.2 və 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs, qəsdən, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, 355.00 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkibində narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, yaşadığı Şəki rayonu, Zunud kəndində yaşadığı evin həyətində yerləşən tövləyə daşımiş, 03 noyabr 2021-ci ildə, saat 1830 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 1 ədəd şəffaf sellofan torbada aşkar edilərək götürülənə qədər heyvanların yemlənməsi üçün nəzərdə tutulmuş axurda gizlədərək saxlamışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ilk gündən əməkdaşlıq edib narkotik vasitəni heç bir maneə yaratmadan yerini göstərib təqdim etməsini, təqsirini səmimi boynuna almaqla peşmançılıq çəkməsini, ürəyindən əməliyyata məruz qalmasını, yaşının 58 olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyini məsələsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs bundan əvvəl törətdiyi cinayət əməlinə görə barəsində çıxarılmış məhkəmə hökmü qanuni qüvvəsini almadığı dövrdə hazırki cinayət əməlini törədərkən məhkumluğu olmayan şəxs olsa da, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə davam etməsini etiraf etməsi, narkotik vasitəni haradan əldə etməsinin müəyyən edilməsi üçün səmimiyyət göstərməməsi sonrakı davranışları barədə fikir formalaşdırmaqla onu səciyyələndirən hallardandır. Bunlarla yanaşı məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın digər narkotik vasitələrə nisbətdə təsiredicilik baxımından aşagıda və təhlükəliliyi cəhətdən fərqləndirilməli olmasını da diqqətdə saxlayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını və yuxarıda sadalanan cəzasını yüngülləşdirən halları nəzərə alır. Həmçinin, təqsirləndirilən şəxsin məhkumluğu yaranmasa da əvvəl eyni qəbildən olan cinayət törədən şəxs kimi vəziyyətini nəzərdən qaçırmamaqla yanaşı, əməlində cinayətlərin residivi olan şəxsə təyin edilməsi nəzərdə tutulandan da fərqləndirməklə cəza təyin edilməsini ədalətli, qanunun tələblərinə uyğun sayır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CMnin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə təyin olunmuş azadlığın məhdudlaşması cəzasının çəkilmiş hissəsi Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çıxılaraq üzərində qəti cəza saxlandığı nəzərə alınmalı, cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi, daha dəqiqi azadlığı məhdudlaşıb saxlandığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə üzərində qəti cəza olaraq saxlanılmış 1 il 3 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanan azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrumetmə cəzasının qəti həddi saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı şübhəli şəxs kimi saxlanıb azadlığı məhdudlaşdırıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməyib qüvvəsində saxlanılmalı, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofanda tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 354,95 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv olunmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34.55 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə üzərində qəti cəza olaraq saxlanılmış 1 il, 3 ay, 25 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablanan azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı şübhəli şəxs kimi saxlanıb azadlığı məhdudlaşdırıldığı 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməyib qüvvəsində saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofanda tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 354,95 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv olunsun. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34.55 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-27/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-27/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver