Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-27/2024 18.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Göyçay rayonu Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 2022-ci ilin sentyabr ayının ortalarında, istintaqla dəqiq müəyyən olunmamış gündə icarəyə götürməklə avtomobil təmiri ilə məşğul olduğu İsmayıllı şəhəri, 16A kvartalı ünvanında, “Kərpiczavod” adlanan ərazidə yerləşən avtomobil təmiri sexinin qarşısındakı digər avtomobil təmiri sexində usta işləyən tanışı Zərərçəkmiş şəxs AD seriyalı 959995 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən özünə məxsus olan, 1993-cü il buraxılışlı, “Vaz 21061 minik” markalı, sedan tipli, **-TP-*** dövlət qeydiyyat nişanlı, 4500 (dörd min beş yüz) manat dəyərində avtomobili 345 (üç yüz qırx beş) manat müqabilində təmir etməsi barədə ona etdiyi təkliflə razılaşaraq sonuncunun təmir etmək üçün ona etibar edib verdiyi həmin avtomobili qəbul edərək təmir etməyə başlamış, həmin avtomobilin təmiri müqabilində işlədiyi sexin yaxınlığında Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 345 (üç yüz qırx beş) manat məbləğində pul almış, qeyd edilən avtomobili Zərərçəkmiş şəxs götürdükdən təqribən 20 gün sonra işlədiyi sexin icarə haqqını ödəyə bilməməsi səbəbi ilə həmin sexdən çıxdığından sonuncuya məlumat verməklə sözügedən avtomobili təmirini davam etdirmək üçün yaşadığı Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən evin həyətinə aparmış və bundan sonra ona etibar edilmiş özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus 1993-cü il buraxılışlı, “Vaz 21061 minik” markalı, sedan tipli, **-TP-*** dövlət qeydiyyat nişanlı, 4500 manat dəyərində avtomobili və həmin avtomobilin təmiri üçün aldığı 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsatini qəsdən mənimsəmək qərarına gələrək bu cinayətkar qəsdini həyata keçirmək məqsədilə həmin avtomobili xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən avtomobil təmiri sexinə apararaq onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 550 (beş yüz əlli) manat pul müqabilində satmaqla və avtomobilin təmiri üçün aldığı 345 (üç yüz qırx beş) manat məbləğində pulu öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 4845 (dörd min səkkiz yüz qırx beş) manat dəyərində əmlakı mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ildə İsmayıllı şəhərində Kərpic zavod adlanan yerin yaxınlığında icarə əsasında avtomobil təmiri sexi işlətməyə başlamış, həmin vaxt Zərərçəkmiş şəxs da onun təmir sexinin yanında başqa, xadavoy işinə baxdığı avtomobil sexi işlətmiş, beləcə aralarında tanışlıq yaranmışdır. 2022-ci ilin sentyabr ayının 20-22-si aralığında Zərərçəkmiş şəxs ona sexində köhnə, 1993-cü il buraxılışlı, safari rəngli, Vaz 2106 markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobilin idarə olunmaz vəziyyətdə olduğunu, satmaq istədiyini, buna görə avtomobili təmir etməsini, təmirdən sonra birlikdə avtomobili 5000 manata satmalarını, qazancı da yarıbayarı bölmələrini bildirmişdir. Nadir həmin maşını 3.000 manata aldığını ona demiş, o da razılaşmışdır. Həmin gün, yəni 2022-ci ilin sentyabr ayının 20-22-si aralığında Nadirlə ikisi maşını itələyib sexǝ salmışlar. Yarım saatdan sonra avtomobilin üzərində olan karbiratorun nasazlığını aradan qaldırmışdır. Nadirin icazəsi ilə bundan sonra avtomobili oradan evə, yəni Göyçay rayon Qaraməryəm kəndinə sürüb getmiş və işə geri qayıtmışdır. Lakin sonradan o, işlətdiyi sexin icarə haqqını ödəməyə maddi imkanı olmadığından sexi avtomobili Nadirdən təmir üçün aldığı gündən təxminən 20 gün sonra sahibinə təhvil vermiş və İsmayıllı şəhərində mal bazarı yaxınlığında başqa bir avtomobil təmir sexi götürüb işlətməyə başlamışdır. Həmin vaxt da, Nadirin təmir üçün verdiyi avtomobil onda olmuşdur. 2023-cü ilin yanvar ayında sexin daxili yanıb yararsız hala düşmüş, bundan sonra Nadirin ona verdiyi avtomobili özüylə yaşadığı Göyçay rayon Qaraməryəm kəndinə aparmışdır. Nadir icazə verdiyi üçün həmin maşını sürmüşdür. Müştəri tapanda da satmağı fikirləşmiş, lakin müştəri çıxmadığından maşını sata bilməmişdir. Həmin vaxt, təxmini xatırladığına görə Vaz 2106 markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay rayon Qaraməryəm kəndində evinin həyətindən çıxarkən ağaca vurub əzmiş, bundan sonra maşını həyətə salmışdır. Bu barədə hər hansı rəsmi qeydiyyat aparılmamışdır, yəni, hadisəni heç bir yol və ya digər polis əməkdaşı görməmişdir. Tarix dəqiq yadında qalmadığından o, avtomobili vuruq vəziyyətdə Göyçay rayon Qaraməryəm kəndindəki həyətinə saldıqdan təxminən bir ay sonra, müxtəlif vaxtlarda, Nadir onun evdə olmadığı vaxt həyətə gəlib avtomobili əzik halda görüb aparmamışdır. O isə Nadirlə həyətinə gələn vaxta kimi müxtəlif vaxtlarda telefonla danışmışdır. Nadir hər dəfə maşını sata bilib-bilmədiyini soruşmuş, o isə maşını 1800 manat, maksimum isə 2500 manata satmağı nəzərdə tutmuşdur. Bu barədə Nadirə deyib, bu qiymətə maşını ala biləcək müştəri olmadığını demişdir. Lakin Nadir avtomobili görmək üçün onun qapısına gələndən sonra bu ona pis təsir etmiş, artıq Nadirin telefon zənglərinə cavab verməmişdir. Həmçinin Nadir maşını əzik vəziyyətdə görən zaman onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, maşını dəyər-dəyməzə satıb Nadiri maşınsız qoymağa qərar vermişdir. Nəhayət, 2023-cü ilin fevral ayında maşını satmaq qərarına gəlmiş, buna görə maşını instaqram səhifəsində 600 manata satdığına dair elan yerləşdirmiş, bundan 2 gün sonra, yǝni 2023-cü ilin fevral ayında dəqiq bilmədiyi tarixdə o, avtomobili satmaq üçün sürücüsünü tanımadığı evakuatorla Şəki şəhərinə satmaq üçün aparmışdır. Həmin avtomobili Şəki şəhərində yerləşən əvvəldən tanıdığı avtomobil təmiri sexi kimi fəaliyyət göstərən yerə aparmışdır. Sexdə işləyən əvvəldən tanıdığı, lakin adını xatırlamadığı şəxsə avtomobili satmaq istədiyini demiş, həmin şəxslə 550 manata razılaşmış, həmin şəxsdən 550 manatı götürüb Bakı şəhərinə yollanmışdır. Avtomobili satarkən dövlət qeydiyyat nişanları avtomobilin içərisində, lakin qeydiyyat şəhadətnaməsi isə avtomobilin sahibində olmuşdur. Maşını satdığı həmin sexin yiyəsi ondan maşının müvafiq sənədlərini tələb etdikdə o, həmin şəxsə növbəti gün sənədləri təqdim edəcəyi barədə yalan danışaraq 550 manatı götürüb çıxıb getmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onun barəsində şikayət etdiyini öyrənmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ona maşının təmiri məqsədilə ayrı-ayrı vaxtlarda, hissə-hissə olmaqla ümumilikdə 175 manat məbləğində pul vermişdir. O, həmin pulu maşının təmiri üçün almış, maşının təmiri məqsədilə müvafiq avadanlıqlar almışdır, həmin pulu bütövlükdə maşının təmiri üçün lazım olan avadanlıq və işlərə xərcləmişdir. Nadirlə onun niyyəti həmin maşını təmir etdikdən sonra baha qiymətə satmaq olmuşdur. Nadirin ona söydüyü söyüşlərə görə o, Nadirin avtomobilini dəyərdəyməzə satıb pulu mənimsəmək fikrinə düşmüşdür. Avtomobili satması barədə Nadirə heç bir məlumat verməmişdir. Nadirin söydüyü söyüşlərə görə cəzalandırmaq məqsədilə həmin vaxt maşını ucuza satıb pulu cibinə qoyaraq istirahətinə xərcləmişdir. Əməlindən peşmandır, zərərçəkmş şəxsə dəymiş ziyanı tez bir zamanda tam olaraq ödəyəcəyinə söz verərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xaiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, təxminən 40 ildir ki, avtomobil təmiri ilə məşğul olur. İsmayıllı şəhəri, Kərpic zavod adlanan yerin yaxınlığında özünə məxsus sexi var, həmin sexdə fəaliyyət göstərir. Ondan başqa həmin sexdə Şahin adlı usta da işləyir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Vüqar onun işlədiyi sexin qonşuluğunda yerləşən sexdə işləmiş, həmin vaxtdan o, Vüqarı tanımış, aralarında heç bir düşmənçilik və ədavət olmamış, Vüqarla münasibətləri normal olmuşdur. xx.xx.2021-ci il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbə sakini əvvəldən tanımadığı və adını xatırlamadığı şəxsdən 2600 manata Vaz 2106 markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobilin müəyyən hıssələrinin təmirə ehtiyacı olmuşdur. Həmin avtomobilin müəyyən hissəsini özü, digər hissələrini isə başqabaşqa ustalara təmir etdirmişdir. Avtomobil saz vəziyyətinə gəldikdən sonra özü sürmüşdür, lakin avtomobilin qabaq sol krel və sol qapı hissəsinin yenidən təmirə ehtiyacı olmuşdur. Həmin hissələri də təmir elətdirdikdən sonra avtomobili satmaq fikrində olmuşdur. Avtomobilin qalan hissələrini təmir etmək üçün 2022-ci ilin sentyabr ayın 15-16sı avtomobili Vüqara vermişdir. Vüqar avtomobili düzəltdikdən sonra o, 5000 manata satmağı fikirləşmişdir. Vüqar onun avtomobilini düzəldib 5500 manata sata biləcəyini demişdir. Vüqar avtomobili 15 gün ərzində, yəni, xx.xx.2022-ci il tarixədək düzəldəcəyini demiş və bunun müqabilində ondan 300 manat pul istəmişdir. Vüqar bir müddət sonra akkumuliyator alınmalı olduğunu və əlavə 45 manat verməsini istəmişdir. O, hissə-hissə ümumilikdə Vüqara 345 manat pul vermişdir, lakin Vüqar dediyi vaxtda avtomobili təmir edib yekunlaşdırmamışdır. 2022-ci ilin noyabr ayında Vüqar onun avtomobilini yaşadığı Göyçay rayonunun Qaraməryəm kəndindəki evinin həyətində təmir edəcəyini bildirmiş, o da bununla razılaşmışdır. Vüqar həmin gün onun avtomobilini sürüb Qaraməryəmə aparmışdır. O, bundan sonra dəfələrlə Vüqarın istifadəsində olan mobil nömrəsinə zəng edib işlərin nə yerdə olduğunu soruşduqda, Vüqar hər dəfə az qalıb deyərək, ondan 1-2 gün möhlət istəmişdir. O, 2023-cü ilin yanvar ayında soraqlaşa soraqlaşa Vüqarın yaşadığı Qaraməryəm kəndindəki evinə getmişdir, Vüqar evdə olmamışdır. Həyət qapısında onu Vüqarın arvadı qarşılamış, daha sonra isə Vüqarın atası da ora gəlmişdir. O, avtomobilin qabaq sağ tərəfinin əzik olduğunu görmüşdür. Avtomobilini əzilmiş halda gördükdən sonra onlardan Vüqarın harada olduğunu, nə üçün belə etdiyini soruşmuşdur. Atası isə Vüqarın bir neçə gündür ki, harada olması barədə məlumatı olmadığını bildirmişdir. Avtomobil vuruq vəziyyətində olduğundan o, yenidən İsmayıllıya qayıtmış, bir müddət sonra yenidən Vüqarın yaşadığı evə getmiş və Vüqarın ailə üzvləri yenidən Vüqarın evə gəlmədiyini, sonuncunun harada olması barədə məlumatlarının olmadığı bildirmişlər. O da onlara bu barədə şikayət edəcəyini bildirmiş və Vüqar barəsində İsmayıllı RPŞ-yə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Lakin Vüqarın ziyanı üç ay müddətinə dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, avtomobil təmiri ilə məşğul olur. Yaşadığı evin həyətində özünə məxsus avtomobil təmir sexi mövcuddur. Həmin sexdə usta kimi fəaliyyət göstərməklə ailəsini dolandırır. Ondan başqa sexdə birdə Tağı adlı bir nəfər də işləyir, onun köməkçisi kimi fəaliyyət göstərir. Ona məxsus sexdə həmçinin avtomobil ehtiyat hissələri satılır. O, köhnə, istismara yararsız olan avtomobilləri alıb, onları hissələrə ayıraraq, yararlı hissələrini satır. 2015-ci ildən bu işlə məşğul olur. Avtomobil alarkən, qeydiyyat şəhadətnaməsini götürür, avtomobili DYP-də yoxlatdırır, heç bir cəriməsi olmadığına əmin olduqdan sonra qeydiyyat şəhadətnaməsi ilə birlikdə götürür. Həmin vaxt avtomobilin dövlət qeydiyyat nişanı da üzərində olmalıdır, əks halda avtomobili qəbul etmir. Avtomobili aldıqdan sonra hissələrə ayırır, əgər mühərriki yararlıdırsa, avtomobili satan şəxslə birlikdə, avtomobilin sənədini də götürərək, aidiyyəti üzrə "MERO"ya yaxınlaşaraq, avtomobil istismara yararsız olduğundan sistemdən sildirir. Aldığı avtomobillər barəsində heç bir qeydiyyat aparmır, bunları şifahi olaraq yadında saxlayır. Təqsirləndirilən şəxs əvvəldən şəxsən tanımamış, Vüqarla heç bir münasibəti olmamışdır, Vüqarı cəmi bir dəfə görmüşdür. 2023-cü ilin fevral ayında, dəqiq tarixi xatırlamadığı vaxtda və saatda Vüqar onun işlətdiyi sexə gələrək, avtomobil satmaq istədiyini bildirmiş, avtomobil sexin qarşısında evakuatorun üzərində olmuşdur. Xatırladığı qədəri ilə avtomobilin dövlət qeydiyyat nişanları olmamışdır. O, avtomobili Vüqarla 550 manata razılaşmış və 550 manat pulu Vüqara vermişdir. O, Vüqardan avtomobili alanda qeydiyyat şəhadətnaməsini verməsini istəmiş, Vüqar ona səhəri gün gətirib verəcəyini bildirmiş, lakin avtomobilin dövlət qeydiyyat nişanları avtomobilin salonunda olmuşdur. O, Vüqarla razılaşmışdır. Avtomobili düşürüb sexə salmış və Vüqar oradan uzaqlaşmışdır. Vüqarın hara getməsi barədə heç bir məlumatı olmamışdır. Səhəri gün isə Vüqar avtomobilin qeydiyyat şəhadətnaməsini gətirməmişdir. O, Vüqarla əlaqə saxlaya bilməmişdir. Avtomobilin mühərriki yararsız olduğundan avtomobilin qeydiyyat şəhadətnaməsi ilə maraqlanmamışdır. O, avtomobilin yararlı hissələrini sökərək satmışdır. Hazırda sexdə həmin avtomobildən heç nə qalmamışdır. xx.xx.2023-cü il tarixdə günorta radələrində polis əməkdaşları onun işlədiyi sexə yaxınlaşmışlar və özlərini təqdim edərək, İsmayıllı RPŞ-nin əməkdaşları olduğunu bildirmişlər. Vüqar da onlarla birlikdə gəlmişdir. Vüqar onlara avtomobili onun sexinə satdığını bildirmişdir. Polis əməkdaşları Vüqardan avtomobil alıbalmadığını soruşmuş, o da Vüqardan avtomobil aldığını və hissələrə ayıraraq satdığını demişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahin ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyun ayında dəqiq tarixi xatırlamadığı gündə o, özünə məxsus sexdə olarkən bir nəfər Vüqar adlı şəxs ora gələrək icarəyə sex götürüb işləmək istədiyini bildirmişdir. O, Vüqarı əvvəldən tanımamışdır. İlk dəfə sexə gələndə görmüşdür. Vüqar həbsdən təzəlikcə çıxdığını bildirmiş və sexdə işləməyə icazə verməsini xahiş etmişdir. Vüqar onunla səmimi münasibət qurduğundan Vüqarla razılaşmış və aylıq 150 manat haqq ödəmək şərtilə Vüqarın sexdə işləməsinə icazə vermişdir. O, özü də ara-bir sexə gedib qaynaqçı kimi işləyir. Onun sexləriylə qonşuluqda əlavə bir neçə sex də vardır ki, həmin sexlərdə də avtomobil təmiri ilə məşğul olurlar. Zərərçəkmiş şəxs da onlarla qonşuluqda yerləşən avtomobil təmiri sexində usta kimi işləyir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, Nadirlə münasibətləri normaldır. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Zərərçəkmiş şəxs Vaz 2106 markalı, safari rəngli, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Nadir həmin avtomobili özü təmir edib satmaq istəmişdir. Avtomobilin xatırlamadığı detalında əzik olmuşdur. Vüqar Zərərçəkmiş şəxs avtomobilin həmin detalını təmir edib 5500 manata sata biləcəyini demişdir. Zərərçəkmiş şəxs Vüqara avtomobili təmir etmək üçün vermişdir. Təxminən 10 gün Vüqar həmin avtomobili sexdə saxlamışdır. Vüqar avtomobilin müəyyən hissələrinin təmiri ilə məşğul olmuşdur. Təxminən 10-12 gün sonra o, Vüqarı sexdən uzaqlaşdırmışdır. Səbəb isə Vüqarın icarə haqqını verməməsi olmuşdur. Vüqar sexdən çıxarkən özünün bütün təmir ləvazimatlarını və Zərərçəkmiş şəxs avtomobilini də aparmışdır. Bildiyi qədəri ilə Vüqar bir müddət də İsmayıllı şəhəri mal bazarı adalanan yerdə sexdə işləmiş, daha sonra isə oradan da çıxıb Göyçay rayonuna getmişdir. Gedərkən Zərərçəkmiş şəxs da avtomobilini özü ilə aparmışdır. Lakin Vüqar avtomobili təmir etməmiş, eşitdiyinə görə satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə İsmayıllı Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Cinayət işinin tövsif edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında” 04 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olğlunun barəsində olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən CM-nin 179.1-ci maddəsinə tövsif edilsin və aidiyyəti üzrə istintaqın davam etdirilməsindən ötrü İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olğlunun barəsində olan ********* nömrəli cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsindən ötrü Şəki rayon prokurorluğuna göndərilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Vaz 2106 markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil verdiyi, eləcə də sonradan təmir edildiyi sexi göstərdi. Baxış zamanı müəyyən edildi ki, ərazi İsmayıllı şəhəri 16 A krvartal ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs orada ətrafı açıq sahədə, tut ağacı yanındakı yeri göstərərək Vaz 2106 markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili məhz orada Təqsirləndirilən şəxs təhvil verdiyini bildirdi. Daha sonra isə ərazidə olan sexi göstərərək avtomobili Təqsirləndirilən şəxs orada təmir etdiyini qeyd etdi. Baxış zamanı ərazidə cinayət xarakterli hər hansı iz, əlamət, əşya, predmet aşkar edilmədi. Bununla da baxış başa çatdı. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6626 №-li rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərar göstərilən 1993-cü il buraxılışlı Vaz 21061 minik markalı, sedan tipli **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3500,00 manat müəyyən olunur. X6 Servis Mərkəzinin xx.xx.2023-cü il tarixli, 66 nömrəli arayışına əsasən 1993-cü il buraxılışlı, normal vəziyyətdə olan Vaz 2106 markalı avtomobillərin qiyməti təxminən 3000,00-3500,00 manat civarında təşkil edir. "xxxx" MMC-nin məktubundan görünür ki, fevral ayı üzrə xx.xx.2023-cü il tarixdə, ********** saylı əlaqə nömrəsi vasitəsilə “Vaz2106” markalı nəqliyyat vasitəsinin Göyçay rayonu ərazisindən-Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən ünvana evakuasiya olunmasına dair xidmətin çağrı mərkəzinə sifariş daxil olmuş və sözügedən sifariş sürücü X5 idarə etdiyi **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə icra olunmuşdur. Belə ki, sifariş qəbul edilən zaman nəqliyyat vasitəsinin yalnız markası və müştərinin əlaqə nömrəsi qeyd olunduğundan, arxiv baza məlumatlarında evakuasiya xidmətinin göstərilməsinə dair öncədən icra edilmiş sifarişlərin nəqliyyat vasitəsilərinin rəngi və dövlət qeydiyyat nişanı haqda məlumatlar da mövcud deyildir. xx.xx.2023-cü il tarixdə daşınılan avtomobilin məhz “safari” rəngli, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olubolmamasına dair şirkətdə dəqiq məlumat yoxdur. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 2104 nömrəli arayışından və eyni tarixli xasiyyətnaməsindən görünür ki, İsmayılov X2 şəhəri, Ç.Bağırov küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda həyat yoldaşı X4 və oğlu Elşad İsmayılov ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs yaşayış yeri müsbət xarakterizə olunur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 1(007)-229/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Amnistiya aktının tətbiq edilməsi haqqında 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən məhkuk Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilsin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsinə münasibətdə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM 179.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, eyni zamanda əvvəlki hökm üzrə cəza aldığı maddəsi isə CM-nın 263.1-1-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aid olduğundan onun barəsində cəza təyin edilərkən cinayətin residivi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2-ci maddəsi), himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-nin 59.1.4-cü maddəsi), cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179.1 -ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxslər barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qənaətedici olmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 179.1 -ci maddəsində göstərilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 179.1 -ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər alternativ cəzalar da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1 -ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törətdikdən sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən yuxarıda qeyd olunan hallar, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Göyçay rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli manat) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-27/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-27/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver