Məhkəmə qərarları › İş №1(075)-28/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-28/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-28/2022 28.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid-Əzim Nağı oğlunun, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, qəsdən, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli yolla talama məqsədilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməllərini törətmişdir. Belə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edildiyi qaydada götürülmədiyi halda qəsdən, tamah niyyəti və юzgя яmlakыnы gizli yolla talama məqsədi ilə 23 iyul 2021-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus evinin qarşısında yerləşən, saxlanc yeri hesab olunan ərzaq mağazasına giriş qapısında olan dəmir qıfılı yerdən tapdığı dəmir parçası ilə sındıraraq mağazaya qanunsuz daxil olaraq mağazadakı ön piştaxtanın üzərində olan kassa aparatına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 120 (bir yüz iyirmi) manat məbləğində pul əskinazlarını və 40 (qırx) manat məbləğində qəpik pullar olmaqla ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində pulunu götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edildiyi qaydada götürülmədiyi halda qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə 27 avqust 2021-ci il tarixdə saat 02 radələrində Göyçay şəhəri X16 küçəsi döngə 5, ev 1-də qeydiyyatda olmaqla Göyçay rayonu Kürd kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus Göyçay şəhəri “Köhnə bazar” adlanan yerdə yerləşən ərzaq və şirniyyat məhsullarının satıldığı saxlanc yeri hesab olunan mağazaya plastik pəncərəsinin açıq qalmış nəfəsliyindən qanunsuz daxil olaraq orada olan, piştaxtanın altında saxlanılan, yuxarı hissəsi xüsusi üsulla kəsilmiş, 50 qəpiklik pulların yığıldığı dəmir qabın içərisindəki 680 ədəd 50 qəpiklik pullar olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində pulunu götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edildiyi qaydada götürülmədiyi halda Göyçay RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Göyçay Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar müəssisəsinə yerləşdirildikdən sonra 30 noyabr 2021-ci il tarixdə saat 11 radələrində barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından saxlanıldığı Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Ədliyyə Nazirliyiнин Penitensiar Xidmətinin X3n buraxıldıqdan sonra yaşadığı Göyçay şəhərinə getmək üçün üzərində pulu olmadığınа görə bir müddət həmin ərazidə dayanаraq gözləmiş daha sonra həmin gün saat 12 radələrində X3 nəzarətçi işləyən, ədliyyə kiçik giziri Zərərçəkmiş şəxs3nун işlədiyi müəssisənin qazanxanasının qarşısında yolda saxladığı VAZ-21074 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə və açarlarının üzərində olmasını görüb ətrafda kənar şəxslərin və avtomobilin sahibinin olmamasından istifadə edərək qəsdən, avtomobilin sükanı arxasına əyləşib həmin avtomobili istifadə etməyə icazə və hüququ olmadan mühərriki işə salaraq hadisə yerindən uzaqlaşmaqla avtomobili talama məqsədi olmadan ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilmiş və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 10 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qutarmasada Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(046)-18/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 06 ay 21 gün müddətindən Azərbaycan Respublikası Milli Məclisinin 8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqda 05 noyabr 2021-ci il tarixli qərarın 2.5-ci bəndinə əsasən azad edilmişdir. 23 iyul 2021-ci il tarixdə təxminən saat 20 radələrində Göyçay şəhəri, Natəvan küçəsində yerləşən bazarda yerləşən mağazadan oğurluq etmişdir. Mağazanın qapısında qıfıl olduğundan dəmir parçasıyla qıfılı sındırmışdır. Qıfılı sındırdıqdan sonra mağazanın içərisinə daxil olub kassada olan kağız pullar və iki ədəd sellofan torbada qəpikləri götürüb dərhal mağazadan çıxmışdır. Yaşadığı evə gəlmiş, evə gəldikdən sonra pulları saymış və görmüşdür ki, 120 manat kağız pul və 40 manat dəyərində qəpikdi. Pulun 54 manatını xərcləmiş, 106 manatı isə üzərində saxlamış və polis əməkdaşları tərəfindən saxlanıldıqda təqdim etmişdir. Bundan başqa o, Göyçay şəhər mərkəzi bazarında yerləşən şirniyyat mağazasından da oğurluq etmişdir. Belə ki, 26 avqust 2021-ci il tarixdən 27 avqust 2021-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində mağazanın giriş hissəsində pəncərənin açıq vəziyyətdə olan nəfəslik hissəsindən mağazanın içərisinə daxil olmuş, mağazaya daxil olduqda kassanın yaxınlığında dar uzun qabda 50 qəpiklik pulların olduğunu görmüşdür. O, həmin qəpikləri götürüb, mağazadan çıxmış, daha sonra evə gəlib, qəpikləri saydıqda görmüşdür ki, ümumilikdə 340 manat puldur. O, həmin pulların bir qismini xərcləmiş, qalan hissəsini isə yaşadığı evdə döşəklərin arasında gizlətmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda həmin gizlətdiyi pulları təqdim edə biləcəyini demiş və onun iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı, o, yaşadığı evdə döşəklərin arasında gizlətdiyi qalan 72 manatı təqdim etmişdir. bu xüsusatla bağlı ifadəsində göstərmişdir ki, avtomobili talamaq məqsədi olmamışdır. 30 noyabr 2021-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmadığına görə onu həbsdən buraxmışlаr. O, Penitensiar müəssisəsindən buraxıldıqdan sonra pulu olmadığına görə Göyçay rayonuna gedə bilməmişdir. Penitensiar Müəssisənin ətrafında dolaşmışdır. Ətrafda gəzən vaxt yaxınlıqda olan qırmızı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21074 markalı avtomobilin sürücü qapısının açıq olmasını, mühərriki işə salan açarında da üzərində olmasını görmüşdür. Həmin vaxtda yaxınlıqda bir daha kənar şəxslərin olmamasına fikir verdikdən sonra həmin avtomobilin sürücü qapısını açıb əyləşmiş, Göyçay şəhəri istiqamətində getmişdir. Avtomobili idarə edən zaman yanacağının az olmasına görə yalnız bir yerdə, Şəki rayonunun çıxacağında olan Socar YDM-də dayanıb benzin vurmuşdur. Ağdaş rayonu Yeniarx kəndi ərazisində olan zaman avtomobilin sağ arxa təkəri partladığı üçün avtomobili artıq idarə edə bilməmiş və avtomobili yolun sağ kənarında saxlamışdır. Bundan sonra piyada olaraq Göyçay rayonuna getmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Göyçay şəhərində yaşadığı evin qarşısında özünə məxsus ərzaq mağazası vardır. Mağazanın girişi küçədən olan qapıdandır. 23 iyul 2021-ci il tarixdə saat 19 radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. Axşam saatlarında mağazada işi olduğu üçün mağazaya qayıtmış, mağazaya qayıtdıqda qapısındakı qıfılın olmadığını və qapının açıq olduğunu görmüşdür. Dərhal mağazaya girmiş və kassaya baxmışdır. Kassada olan 160 manat (120 manat kağız pul, 40 manat dəyərində qəpik pul) pulun oğurlandığını görmüşdür. Bundan sonra bu barədə polisə məlumat vermişdir. Ona oğurlanmış pulun təxminən 106 manatını qaytarmışlar. Təqsirləndirilən şəxs cavan olmasını nəzərə alıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunula bağlı ərizəni məhkəməyə təqdim edir. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Göyçay şəhər mərkəzi bazarında icarə əsasında şirniyyat mağazasını işlədir. Mağazanın iki qapısı vardır, bir qapı bazara digər qapı isə küçəyə açılır. Bazara açılan qapıdan istifadə etmir, həmin qapı daimi bağlı olur. Mağazada onunla birlikdə anası da işləyir. Mağazanı hər gün səhər saat 07 radələrində açır və saat 15 radələrində bağlayır. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində mağazanı bağlayaraq anası ilə birlikdə yaşadığı evə getmişdir. 27 avqust 2021-ci il tarixdə saat 07 radələrində anası ilə birlikdə mağazaya gəldikdə qapının, nəfəslik pəncərənin və iri pəncərənin açıq olduğunu görmüşdür. Dərhal mağazaya daxil olmuş, mağazada 50 qəpiklik pulları saxladığı dar uzun qaba baxmışdır. Həmin qab boş olmuş, içərisinə yığdığı pulların oğurlandığını görmüşdür. Həmin qabın içərisində 340 manat dəyərində 50 qəpiklik yığmışdır. O, bundan sonra dərhal polisə məlumat verməmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 340 manat maddi ziyan dəymiş, 72 manatı ona qaytarılmışdır. Təqsirləndirilən şəxs cavan olmasına görə, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunula bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Göyçay RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2021-ci il tarixdə icraatına Göyçay RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X14 şəhəri H.Aslanov küçəsi ev 3 ünvanında yerləşən ərzaq mağazasından 160 manat pulu oğurlanmasını bildirməsi ilə bağlı əməliyyat tapşırığı daxil olmuş, göstərilən əməliyyat tapşırığına uyğun olaraq tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında yerləşən ərzaq mağazasından 120 manat kağız və 40 manat məbləğində qəpik pullar olmaqla ümumilikdə 160 manat pulu qıfılı sındırmaqla qanunsuz olaraq daxil olub oğurlayan şəxsin Göyçay şəhəri Natəvan küçəsi ev 4, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq Göyçay RPŞ-nə gətirilib müstəntiqə təqdim olunmuşdur. 29 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Göyçay RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə naməlum şəxslərin Göyçay şəhəri Mərkəzi Bazarın ərazisində yerləşən mağazaya daxil olaraq oradan ona məxsus qəpik pullardan ibarət ümumilikdə 340 manat pulun oğurlanmasını bildirmişdir. Faktla bağlı 29 avqust 2021-ci il tarixdə icraatına Göyçay RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Hüseyn Rüstəmli tərəfindən verilmiş əməliyyat tapşırığı daxil olmuşdur. Baş vermiş hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 məxsus şirniyyat mağazasından oğurluq edən şəxsin Göyçay şəhəri, Natəvan küçəsi, ev 4, mənzil 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs dindirilməsi üçün istintaq bölməsinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə verərək göstərdi ki, Göyçay RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ərzaq mağazasından 160 manat pulun oğurlanması ilə əlaqədar Göyçay RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Kərimov tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxışda, o, da iştirak etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan naməlum şəxs tərəfindən 120 manat kağız və 40 manat məbləğində qəpik pullar olmaqla ümumilikdə 160 manat qıfılı sındırmaqla oğurlanmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs1 mağazasından edilmiş oğurluqla bağlı oğurlanan pulların oğurlandığı yeri göstərmiş, protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 24 iyul 2021-ci il tarixdə Göyçay RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, Muradəli Məhərrəmov tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin Göyçay şəhəri Natəvan küçəsi ev 4, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq Göyçay RPŞ-nə gətirilib müstəntiqə təqdim olunmuşdur. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 23 iyul 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazanın giriş hissəsində hər hansı sındırılma izi müşahidə olunmur, 160 manat (120 manat kağız pul və 40 manat qəpik pul) oğurlandığı müəyyən olunmuşdur. Baxışın keçirilməsi və götürmə haqqında 24 iyul 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı 160 manat puldan xərcləmədiyi 106 manatı istintaqa təqdim etmişdir. 24 iyul 2021-ci il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 24 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 avqust 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus şirniyyat mağazasından 340 manat (50 qəpikliklərlə) məbləğində pulunun oğurlandığı müəyyən olunmuşdur. Baxışın keçirilməsi və götürmə haqqında 29 avqust 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Heydərli X8 Aydın Cahid oğluna məxsus şirniyyat mağazasından oğurladığı qəpik pullardan qalan 72 manatı (50 qəpikliklərlə) yaşadığı evin yataq otağında döşəyin altından gizlətdiyi yerdən götürüb istintaqa təqdim etmişdir. 30 avqust 2021-ci il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 30 avqust 2021-ci il tarixli cinayət işinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri birləşdirilmiş və vahid cinayət işi kimi ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Göyçay Rayon Məhkəməsinin 4(046)-36/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində, əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən müəyyən olunür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus mağazalardan oğurluq etməsinə dair ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. 01 dekabr 2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 01 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 03 dekabr 2021-ci il tarixli Şəki Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalında azad olunmuşdur. 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 18 yanvar 2022-ci il tarixli cinayət işinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri birləşdirilmiş və vahid cinayət işi kimi ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrinə tövsif edilmişdir. Şəki Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə məhkəmə iclas zalından həbs olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 16 dekabr 2021-ci il tarixli tələbnaməsindən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(091)- 036/17 nömrəli hökmünün və Göyçay Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 1(046)-70/2020 nömrəli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Göyçay RPŞ-də xx.xx.2013-cü il tarixdə aparılan araşdırma materialı üzrə Azərbaycan Respublikası CPMnin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 10 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(046)-18/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(076)-70/2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 06 ay 21 gün müddətindən Azərbaycan Respublikası Milli Məclisinin 8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqda 05 noyabr 2021-ci il tarixli qərarın 2.5-ci bəndinə əsasən azad edilmişdir. Göyçay Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli xasiyətnamədən görünür ki, Göyçay şəhəri Natəvan küçəsi 4 mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir çikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir çikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.2-ci maddələrilə nəzərdə tutulan əməlləri törətmişdir. Onun həmin cinayətləri törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 177.2.3 və 177.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici halları kimi qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayət hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və cinayətlərin residivini məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-nin 65-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 177.2.3 və 177.2.2-ci maddələrinin sanksiyalarında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətindən çıxılmalı, cəza çəkməsinin əvvəli məhkəmənin hazırlıq iclasında tutulduğu 10 mart 2022ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 106 manat (10 ədəd 5 manatlıq, 16 ədəd 1 manatlıq, 40 manat qəpiklə) pul əskinazlarının Zərərçəkmiş şəxs1 və 72 manat (qəpiklə) pulu Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddiаnın və məhkəmə xərclərinin olmaması оlmаmаsı nəzərə аlınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutumuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iki gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iki gün və həbsdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək üç ay, ümumilikdə üç ay dörd gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesablanmaqla və təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 106 manat (10 ədəd 5 manatlıq, 16 ədəd 1 manatlıq, 40 manat qəpiklə) pul əskinazlarının Zərərçəkmiş şəxs1 və 72 manat (qəpiklə) pulu Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev Azərbaycan Respublikası adından Şəki şəhəri İş № 1(075)-28/2022 xx.xx.2022-ci il QƏRAR (cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında) ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid-Əzim Nağı oğlunun, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, qəsdən, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli yolla talama məqsədilə saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olaraq oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama və avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayət əməllərini törətmişdir. Belə ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edildiyi qaydada götürülmədiyi halda qəsdən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə 23 iyul 2021-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus evinin qarşısında yerləşən, saxlanc yeri hesab olunan ərzaq mağazasına giriş qapısında olan dəmir qıfılı yerdən tapdığı dəmir parçası ilə sındıraraq mağazaya qanunsuz daxil olaraq mağazadakı ön piştaxtanın üzərində olan kassa aparatına qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 120 (bir yüz iyirmi) manat məbləğində pul əskinazlarını və 40 (qırx) manat məbləğində qəpik pullar olmaqla ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində pulunu götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edildiyi qaydada götürülmədiyi halda qəsdən, təkrarən, tamah niyyəti və özgə əmlakını gizli yolla talama məqsədi ilə 27 avqust 2021-ci il tarixdə saat 02 radələrində Göyçay şəhəri X16 küçəsi döngə 5, ev 1-də qeydiyyatda olmaqla Göyçay rayonu Kürd kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus Göyçay şəhəri “Köhnə bazar” adlanan yerdə yerləşən ərzaq və şirniyyat məhsullarının satıldığı saxlanc yeri hesab olunan mağazaya plastik pəncərəsinin açıq qalmış nəfəsliyindən qanunsuz daxil olaraq orada olan, piştaxtanın altında saxlanılan, yuxarı hissəsi xüsusi üsulla kəsilmiş, 50 qəpiklik pulların yığıldığı dəmir qabın içərisindəki 680 ədəd 50 qəpiklik pullar olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində pulunu götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsinə əsasən 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edildiyi qaydada götürülmədiyi halda Göyçay RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Göyçay Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar müəssisəsinə yerləşdirildikdən sonra 30 noyabr 2021-ci il tarixdə saat 11 radələrində barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığından saxlanıldığı Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Ədliyyə Nazirliyiнин Penitensiar Xidmətinin X3n buraxıldıqdan sonra yaşadığı Göyçay şəhərinə getmək üçün üzərində pulu olmadığınа görə bir müddət həmin ərazidə dayanаraq gözləmiş daha sonra həmin gün saat 12 radələrində X3 nəzarətçi işləyən, ədliyyə kiçik giziri Zərərçəkmiş şəxs3nун işlədiyi müəssisənin qazanxanasının qarşısında yolda saxladığı VAZ-21074 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə və açarlarının üzərində olmasını görüb ətrafda kənar şəxslərin və avtomobilin sahibinin olmamasından istifadə edərək qəsdən, avtomobilin sükanı arxasına əyləşib həmin avtomobili istifadə etməyə icazə və hüququ olmadan mühərriki işə salaraq hadisə yerindən uzaqlaşmaqla avtomobili talama məqsədi olmadan ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadə verərək göstərdi ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 10 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qutarmasada Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(046)-18/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 06 ay 21 gün müddətindən Azərbaycan Respublikası Milli Məclisinin 8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqda 05 noyabr 2021-ci il tarixli qərarın 2.5-ci bəndinə əsasən azad edilmişdir. 23 iyul 2021-ci il tarixdə təxminən saat 20 radələrində Göyçay şəhəri, Natəvan küçəsində yerləşən bazarda yerləşən mağazadan oğurluq etmişdir. Mağazanın qapısında qıfıl olduğundan dəmir parçasıyla qıfılı sındırmışdır. Qıfılı sındırdıqdan sonra mağazanın içərisinə daxil olub kassada olan kağız pullar və iki ədəd sellofan torbada qəpikləri götürüb dərhal mağazadan çıxmışdır. Yaşadığı evə gəlmiş, evə gəldikdən sonra pulları saymış və görmüşdür ki, 120 manat kağız pul və 40 manat dəyərində qəpikdi. Pulun 54 manatını xərcləmiş, 106 manatı isə üzərində saxlamış və polis əməkdaşları tərəfindən saxlanıldıqda təqdim etmişdir. Bundan başqa o, Göyçay şəhər mərkəzi bazarında yerləşən şirniyyat mağazasından da oğurluq etmişdir. Belə ki, 26 avqust 2021-ci il tarixdən 27 avqust 2021-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində mağazanın giriş hissəsində pəncərənin açıq vəziyyətdə olan nəfəslik hissəsindən mağazanın içərisinə daxil olmuş, mağazaya daxil olduqda kassanın yaxınlığında dar uzun qabda 50 qəpiklik pulların olduğunu görmüşdür. O, həmin qəpikləri götürüb, mağazadan çıxmış, daha sonra evə gəlib, qəpikləri saydıqda görmüşdür ki, ümumilikdə 340 manat puldur. O, həmin pulların bir qismini xərcləmiş, qalan hissəsini isə yaşadığı evdə döşəklərin arasında gizlətmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda həmin gizlətdiyi pulları təqdim edə biləcəyini demiş və onun iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı, o, yaşadığı evdə döşəklərin arasında gizlətdiyi qalan 72 manatı təqdim etmişdir. bu xüsusatla bağlı ifadəsində göstərmişdir ki, avtomobili talamaq məqsədi olmamışdır. 30 noyabr 2021-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmadığına görə onu həbsdən buraxmışlаr. O, Penitensiar müəssisəsindən buraxıldıqdan sonra pulu olmadığına görə Göyçay rayonuna gedə bilməmişdir. Penitensiar Müəssisənin ətrafında dolaşmışdır. Ətrafda gəzən vaxt yaxınlıqda olan qırmızı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ-21074 markalı avtomobilin sürücü qapısının açıq olmasını, mühərriki işə salan açarında da üzərində olmasını görmüşdür. Həmin vaxtda yaxınlıqda bir daha kənar şəxslərin olmamasına fikir verdikdən sonra həmin avtomobilin sürücü qapısını açıb əyləşmiş, Göyçay şəhəri istiqamətində getmişdir. Avtomobili idarə edən zaman yanacağının az olmasına görə yalnız bir yerdə, Şəki rayonunun çıxacağında olan Socar YDM-də dayanıb benzin vurmuşdur. Ağdaş rayonu Yeniarx kəndi ərazisində olan zaman avtomobilin sağ arxa təkəri partladığı üçün avtomobili artıq idarə edə bilməmiş və avtomobili yolun sağ kənarında saxlamışdır. Bundan sonra piyada olaraq Göyçay rayonuna getmişdir. Hazırda Zərərçəkmiş şəxs3 ilə barışmış, ona vurulan ziyanı ödəmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 bu xüsusatla bağlı ifadəsində göstərmişdir ki, X2xanasında ocaqçı-nasosçu işləyir. 30 noyabr 2021-ci il tarixdə saat 09 radələrində özünə məxsus Vaz 2107 markalı 10-UG 637 nömrəli avtomobillə işə gəlmiş, avtomobili işin giriş qapısının qarşısında saxlamışdır. Günortaya yaxın vaxtlarda işdən çıxıb avtomobili yerində aşkar etməmiş, rəhbərliyə məruzə etmiş və 102 xidmətinə məlumat vermişdir. Avtomobildə ona məxsus sənədlər və pul olmuşdur. Sənədlər və pullar ona qaytarılmışdır. Belə ki, ona məxsus VAZ 2107 markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən talama məqsədi olmadan qaçırılsa da, sonradan avtomobil ona heç bir ziyan dəymədən qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid X12 ifadəsində göstərdi ki, X2xanasında 2019-cu ildən ocaqçı işləyir. Qazanxanada işləyən Zərərçəkmiş şəxs3 tanıyır. Zərərçəkmiş şəxs3 hər gün işə idarə etdiyi VAZ 21074 markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib-gedir. 30 noyabr 2021-ci il tarixdə saat təxminən 12 radələrində Pərviz qazanxanaya keçib ona demişdir ki, maşını saxladığı yerdə yoxdur. Həmin vaxtdan təxminən yarım saat əvvəl, o, maşını Pərvizin saxladığı yerdə görmüşdür. Maşının yanında bir nəfər orta boylu şəxs gördüyünü Pərvizə demişdir. Hesab etmişdir ki, həmin şəxs müəssisənin işçisidir. Daha sonra Pərviz 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Şəki ŞRPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis leytenantıdır. İcraatına xx.xx.2021-ci il tarixdə Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Mübariz Əhmədovun əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığında 30 noyabr 2021-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə ona məxsus Vaz-21074 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X4 yaxınlığından naməlum şəxs tərəfindən qaçırılmasını bildirməsi, materialın tam, hərtərəfli və obyektiv araşdırmasının aparılması məqsədilə bir sıra əməliyyat tədbirlərinin keçirilməsinə zərurət yarandığı göstərilmişdir. Verilmiş əməliyyat tapşırığı ilə bağlı Şəki ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5la birgə bir sıra təcili və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs3 məxsus Vaz-21074 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağdaş rayonu, Yeniarx kənd ərazisində, yolun kənarında olması müəyyən edilmişdir. Bundan sonra həmin tarixdə müstəntiq tərəfindən avtomobilə olduğu yerdə baxış keçirilmişdir. Baxışda, o, Şahid5 və 2 nəfər hal şahidləri də iştirak etmişdir. Baxış zamanı avtomobilin yolun sağ hissəsində saxlanıldığı, qırmızı rəngli olduğu, markasının Vaz-21074, dövlət qeydiyyat nişanının **-UG-*** olduğu, avtomobildə Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsi, “Kovid” pasportunun, övladına məxsus sağlamlıq kartının, avtomobilin qeydiyyat şəhadətnaməsinin, 03 ədəd bank kartının, 3 ədəd yüzlük, 5 ədəd 20-lik və 01 ədəd 10 manatlıq pul əskinazları olmaqla 410 manat pulun olması müəyyən edilmişdir. Həmin əşyalar müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Eyni zamanda baxış zamanı avtomobilin arxa sağ təkərinin partladığı da müəyyən olunmuşdur. Protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Bundan sonra 30 noyabr 2021-ci il tarixdə X4 yaxınlığından Zərərçəkmiş şəxs3 məxsus Vaz-21074 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Şahid5 və onun tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı avtomobili qaçıran şəxsin xx.xx.1995-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxs xx.xx.2021ci il tarixdə yaşadığı evin yaxınlığında saxlanılaraq istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid6 Calal oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu. Şahid6 Calal oğlu ifadəsində göstərmişdir ki, o, 30 noyabr 2021ci il tarixdə axşam saat təxminən 18:15 radələrində kəndlərində olan küçə ilə evlərinə getdiyi vaxt mülki paltarda olan 2 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları kimi təqdim etmişlər və ona bildirmişlər ki, Şəki şəhəri ərazisindən qaçırılmış 01 ədəd VAZ 21074 markalı avtomobil onların kəndində, yolun kənarında aşkar edilmişdir. Həmin avtomobilə baxış keçirilməsinin vacib olduğunu bildirərək ona da baxışda iştirak etməyi təklif etmişlər. O da buna etiraz etməmiş və könüllü şəkildə baxışda hal şahidi kimi iştirak edə biləcəyini bildirmişdir. O, baxışda iştirak etməyə gələrkən yolla evlərinə gedən həmkəndlisi Şahid7 ilə rastlaşmışdır. Həmin 2 nəfər polis əməkdaşları ona da 01 ədəd, Şəki şəhəri ərazisindən qaçırılmış avtomobilə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişlər. Nurlan da buna etiraz etməmişdir. Bundan sonra ona və Nurlana hüquq və vəzifələri izah olunmuşdur. Baxışda həmin 2 nəfər polis əməkdaşı da iştirak etmişdir. Bundan sonra müstəntiq tərəfindən yolun kənarında, dayanmış vəziyyətdə olan, qırmızı rəngli avtomobilə baxış keçirilməsinə başlanmışdır. Baxış qaranlıq havada, süni işıqlandırma ilə həyata keçirilmişdir. Baxış zamanı qaçırıldığı bildirilən avtomobilin yolun sağ hissəsində saxlanıldığı, qırmızı rəngli, markasının VAZ-21074, dövlət qeydiyyat nişanının **-UG-*** olduğu, avtomobildə Zərərçəkmiş şəxs3 adlı Şəki şəhər sakininə məxsus şəxsiyyət vəsiqəsinin, “Kovid” pasportunun, sağlamlıq kartının, avtomobilin qeydiyyat şəhadətnaməsinin, 03 ədəd bank kartının, 3 ədəd yüzlük, 5 ədəd 20-lik və 01 ədəd 10 manatlıq pul əskinazları olmaqla 410 manat pulun olması müəyyən edilmişdir. Həmin əşyalar müstəntiq tərəfindən qablaşdırılıb götürülmüşdür. Eyni zamanda baxış zamanı avtomobilin arxa sağ təkərinin partladığı da müəyyən olunmuşdur. Müstəntiq tərəfindən protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Protokola o və Nurlan da imza etmişlər. Bundan sonra ona və Şahid7 polislər bildirmişlər ki, baxış başa çatmışdır. O və Nurlan hadisə yerindən çıxıb getmişlər. Şəki şəhər sakininə məxsus VAZ-21074 markalı, **-UG- *** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən qaçırılması barədə onun məlumatı olmamışdır. İfadəsi alınarkən ona məlum olmuşdur ki, həmin avtomobil Göyçay şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu. Şahid7 Şahid6 Calal oğlunun ibtidai istintaqda verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəki şəhəri Salman Mumtaz küçəsində yerləşən X2xanasının qarşısıdır. Yol asfalt örtüklüdür. Yolun sol tərəfi müəssisənin hasarı ilə əhatə olunmuşdur. Sağ tərəfi isə yaşıllıq zolağıdır. Yolun sağ kənarında bir sıra müxtəlif avtombillər saxlanılıb. Baxışda iştirak edən Pərviz X1xanasının giriş qapısının qarşısına çatdıqda yolun sağ kənarında VAZ 21064 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsində dayanaraq xx.xx.2021-ci il tarixdə saat 09 radələrində işə gəldiyini və avtomobilini göstərdiyi yerdə saxlayıb müəssisənin qazanxanasına daxil olduğunu, təxminən saat 12 radələrində avtomobilini saxladığı yerdə görmədiyini bildirmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış qaranlıq havada, süni işıqlandırma ilə həyata keçirilmişdir. Baxış zamanı avtomobilin Ağdaş rayonu Yeniarx kəndi ərazisində, yolun sağ hissəsində saxlanıldığı müəyyən edilmişdir. Avtomobil qırmızı rəngli, markası VAZ-21074, dövlət qeydiyyat nişanı **-UG-***-dir. Avtomobildə Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsi, “Kovid” pasportu, sağlamlıq kartı, avtomobilin qeydiyyat şəhadətnaməsi, 03 ədəd bank kartı, 3 ədəd yüzlük, 5 ədəd 20-lik və 01 ədəd 10 manatlıq pul əskinazları olmaqla 410 manat pul aşkar edilmiş, həmin əşyalar qablaşdırılıb götürülmüşdür. Baxış zamanı avtomobilin arxa sağ təkərinin partladığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 17 yanvar 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən müəyyən olunür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus Vaz 21074 markalı ** UG *** dövlət nömrə nişanlı avtomobilin qaçırılması ilə bağlı ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. BD117308 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** UG *** dövlət qeydiyyat nömrəli Vaz 21074 markalı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3dur. Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona vurulan ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı CM-nin 185.1-ci maddəsi ilə irəli sürülən ittiham cinayət işinin materiallarında mövcud olan və biri digərini tamalayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə və s.) tam təsdiq olunsa da, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qarşı CM-nin 185.1-ci maddəsi ilə başlanmış cinayət təqbinə xitam verilməli və təqsirləndirilən şəxs həmin maddə ilə məsuliyyətdən azad olunmalıdır. Belə ki, CM-nin 73-1.1-ci maddəsində bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43 və 384-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış ** UG *** dövlət nömrə nişanlı VAZ 21074 markalı avtomobilin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar