Məhkəmə qərarları › İş №1(075)-29/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-29/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-29/2022 16.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki regional vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, issiz, əvvəllər məhkum olunmamış, Şəki rayonunun Kiş kəndində pasport qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10.01.2022-ci il tarixdə, saat 23:00 radələrində arvadı Zərərçəkmiş şəxs Nizami qızı ilə Şəki rayon, Kiş kəndində yaşadıqları evdə ailədaxili münasibətlər zəminində münaqişələri yaranmış və münaqişə zamanı Təqsirləndirilən şəxs yaşadıqları evdə qəsdən Zərərçəkmiş şəxs hər iki üz nahiyəsindən iki dəfə olmaqla ümumilkdə dörd dəfə şillə ilə vurmuş, qol və sol çiyin nahiyələrindən tutub sıxmaqla sağ və sol tərəfli alt çənədə, hər iki bazu orta və yuxarı 1/3, sol qulaq sırğalığında, sol çiyin qurşağında dərialtı hematomalar, yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə, sağlamlığa yüngül zərər vurma cinayət əməli törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq spirtli içki qəbul etdiyindən həyat yoldaşı Günellə aralarında tez-tez münaqişələri yaranır. 10.01.2022-ci il tarixdə, saat 23:00 radələrındə spirtli içki qəbul edərək yaşadıqları evə gəlmişdir. Evə daxil olduqdan sonra həyat yoldaşı Günellə ailədaxili münasibətlər zəminində, yəni arvadının uşaqlarına mobil telefonla oynamalarına icazə verməsi səbəbindən münaqişələri yaranmışdır. Münaqişə zamanı əsəbləşərək Günelin üstünə getmiş və hər iki üz nahiyyəsindən iki dəfə olmaqla ümumilikdə dörd dəfə şillə ilə zərbə vurmuşdur. Nəticədə Günelin çənə nahiyəsindən qan açılmışdır. Həmçinin, Günelin sol çiyin, qol nahiyələrindən əli ilə tutub sıxmışdır. Təxminən beş dəqiqə davam edən münaqişədən sonra əsəbi sakitləşdiyindən öz yatağına keçərək yatmışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, həyat yoldaşı Xəyal spirtli içki aludəçisidir. Buna görə aralarında tez-tez münaqişələri yaranır. 10.01.2022-cı il tarixdə, saat 23:00 radələrində Xəyal spirtli içki qəbul edərək yaşadıqları evə gəlmiş və azyaşlı uşaqlarının telefonla oynamalarına görə münaqişə yaratmağa başlamışdır. Münaqişə gedişində Xəyal onun üzərinə gələrək şillə ilə hər iki üz nahiyəsindən iki dəfə olmaqla ümumilikdə 4 dəfə şillə ilə vurmuşdur. Nəticədə çənə nahiyəsindən qan açılmışdır. Daha sonra Xəyal onun nər iki qol, sol çiyin nahiyəsindən tutaraq sıxmış və nəticədə həmin nahiyələrində qaraltılar yaranmışdır. Münaqişələri təxminən 20-25 dəqiqə davam etmiş və Xəyal spirti içkinin təsiri altından olduğundan münaqişəni davam etdirməyərək yatağına keçib yatmışdır. Münaqişələri ailə daxili münasibətlər zəminində yaşadıqları evdə yaranmışdır. Münaqişə zamanı evdə uşaqlarından başqa kənar şəxslər olmamışdır. Münaqişədən sonra valideyinlərinə baş verənlər barəsində demiş və bir az sonra qardaşı gələrək onları aparmışdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışaraq onu bağışlamış, ona vurulmuş ziyanın tam ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmamasını göstərmişdir. Buna görə də iş üzrə cinayət təqibinə xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizanın 13 yanvar 2022-ci il tarixli, 18 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı sağ və sol tərəfli alt çənədə, hər iki bazu orta və yuxarı 1/3-də, sol qulaq sırğalığında, sol çiyin qurşağında dərialtı hematomalar, yumşaq toxumaların əzilməsi bərk-küt əşyanın (əçyaların) təsirindən törənmişdir, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən 10.01.2022-ci il tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 29.01.2022-ci il tarixli, 165/1 nömrəli Şəki RMX-dan daxil olmuş məktubdan görünür ki, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində dispanser qeydiyyatında yoxdurlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının 31.01.2022-ci il tarixli, 121 saylı məktubundan görünür ki, Şəki rayonu, Kiş kəndində yaşayan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 02.02.2022-ci il tarixli tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Şəki Şəhər İHB-nin “Kiş” kənd Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Şəki Şəhər İHB-nin “Kiş” kənd Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 155 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Kiş kəndində qeydiyyatdadır. İş materiallarında olan Şəki Şəhər İHB-nin “Kiş” kənd Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 156 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs ailə üzvləri əri xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs, oğlu 26.05.2009-cu il təvəllüdlü X3, oğlu 01.08.2010-cu il təvəllüdlü Şahid, qızı 09.10.2017-ci il təvəllüdlü X2r. İş materiallarında olan Şəki Şəhər İHB-nin “Kiş” kənd Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 157 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, oğlu 26.05.2009-cu il təvəllüdlü X3, oğlu 01.08.2010-cu il təvəllüdlü Şahid, qızı 09.10.2017-ci il təvəllüdlü X2r. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş maddi ziyanın tam ödənilməsini bildirmiş və onun barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2-ci və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.11, 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışmasına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar