Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-29/2025 22.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X8 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, işsiz, Şəki şəhəri, Məmməd Quliyev küçəsi, ev 20 ünvanında ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və gəzdirmə, həmçinin qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 198,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd şəffaf sellofan bükümdə olmaqla 6,27 qram olan hissəsini üzərində və bir ədəd qara rəngli sellofan torbada olmaqla 191,86 qram olan hissəsini isə idarə etdiyi Vaz-21012 markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gəzdirməklə daşımış, 10 avqust 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən “Şəki House” restoranının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X19 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə, saat 18:30 dəqiqədən başlayaraq video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 6,27 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin tarixdə, saat 20:37 dəqiqədən başlayaraq video çəkilişdən istifadə edilməklə idarə etdiyi Vaz-21012 markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən bir ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofan torbada xeyli miqdarda, təmiz çəkisi 191,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda,qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, yivli odlu silah hesab edilən ******* nömrəli, 5,45 mm kalibirli Kalaşnikov konstruksiyalı AK-74 modelli, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd avtomatı, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd darağı və döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli, təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olmaqla 29 ədəd Kalaşnikov konstruksiyalı silahların ştat patronları özündə saxlayıb, gəzdirərək daşımış, 10 avqust 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən “Şəki House” restoranın yaxınlığında saxlanılaraq Şəki şəhəri, X19 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 20:37 dəqiqədən başlayaraq videoçəkilişdən istifadə edilməklə idarə etdiyi Vaz-21012 markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerində olan bir ədəd ağ rəngli sintetik kisənin içərisindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, yivli odlu silah hesab edilən ******* nömrəli, 5,45 mm kalibirli Kalaşnikov konstruksiyalı AK-74 modelli, hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmiş 01 ədəd avtomat, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli, təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olmaqla 29 ədəd Kalaşnikov konstruksiyalı silahların ştat patronu aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Şəki Rayon Prokurorluğunun inzibati binasının yanında çayxanada oturan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar onun avtomobilinə və üzərinə baxış keçirərək üstündə olan əşyaları qeyd etmişdilər. Daha sonra polis əməkdaşları onu Şəki ŞRPŞ-nə aparacaqlarını, polis şöbəsində ifadəsində üzərindən narkotik vasitə və silah aşkar edilməsini bildirməsini demişdilər. O, etiraz edərək üzərində narkotik vasitə və silah olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları ona etiraf etməyəcəyi təqdirdə ailə üzvlərini də tutacaqlarını bildirdilər. Buna görə də ifadəsində üzərində narkotik vasitə əldə edib daşıdığını, eyni zamanda çaydan silah tapıb avtomobilində gəzdirdiyini bildirmişdir. O, narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki güc tətbiq edilmişdir. O, üzərində narkotik vasitə avtomobilində silah gəzdirməmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx.xx.2024-cü il tarixdə ona “Elvin” adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq odlu silah və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, satması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə daxil olmuş məlumatın yoxlanılması və “Elvin” adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün xx.xx.2024-cü il tarixdə PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra ondan və Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X1 ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra “Elvin” adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. Əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Elvin” adlı şəxsin ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən “Şəki House” restoranın yaxınlığında idarə etdiyi Vaz-21012 markalı, **-TG-*** dövlət nömrə nişanlı avtomobilə minmək istəyən zaman saxlanılaraq PŞ-nə dəvət edilmişdir. PŞ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyati üzrə göstəriş verilməsi üçün PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası təhqiqatçı Murad Sırafilova həvalə edildiyi üçün polis serjantı Şahid2la Təqsirləndirilən şəxs ona təqdim etmişlər. Təhqiqatçı öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim edən zaman o, vəkillərdən Zaur Bayramovu seçərək onun dəvət edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı müdafiəçi Zaur Bayramova zəng edərək PŞ-nə dəvət etmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün Şəki ŞRPŞ-in KTQ-nun baş inspektor kriminalisti polis leytenantı Kamal Məmmədzadə dəvət edilmişdir. Müdafiəçi Zaur Bayramov gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra onların iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd maqna siqaret qutusunu, bir ədəd şəffaf rəngli sellofan bükülünü, 20 qəpik pulu, şalvarının sol ön cibindən bir ədəd alışqanı, bir ədəd Redmi markalı mobil telefonu, avtomobil açarını, şalvarının arxa sağ cibindən bir ədəd 10 manatlıq pul əskinazını çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyyəsinə baxış keçirilmiş, lakin üzərindən başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsini xahiş etdikdə o, əvvəlcə telefonunu, 10 manat 20 qəpik pulu, alışqanı, siqareti, avtomobilin pult və açarını təqdim edib özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs sonra bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edib həmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 20- 25 gün bundan əvvəl Çapağan kəndi ərazisindən yığıb qurudub özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin sellofan bükümü açdıqda içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sonra təhqiqatçı içərisində narkotik vasitə olan marixuana olan bir ədəd sellofan bükümü zərfə qoyaraq zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş Redmi markalı telefonu, 10 manat 20 qəpik pulu zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təhqiqatçı sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir qutu maqna siqaretini, bir ədəd alışqanı və avtomobilin açarını onun özünə qaytarıb vermişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs evində və ya başqa bir yerdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də bir müddət əvvəl Şəki rayonu, Çapağan kəndi ərazində yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından yığıb qurudub özü istifadə etmək üçün avtomobilinin yük yerində gizlətdiyini və həmin narkotik vasitəni, həmçinin avtomobilinin yük yerində olan bir il əvvəl Şin çayının kənarından balıq tutmağa gedən zaman tapdığı bir ədəd avtomat silahı, içərisində patronlar olan bir ədəd avtomat darağı təqdim edə biləcəyini bildirmişdir. Təhiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşan zaman ona heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığı üçün bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb ucadan onlara oxunduqdan sonra polis serjantı Şahid2, Təqsirləndirilən şəxs, onun vəkili Zaur Bayramov və mütəxəssis Kamal Məmmədzadə ilə birlikdə həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı polis şöbəsinin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21012” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtomobilə onun, polis nəfəri Şahid2, Təqsirləndirilən şəxs özünün, onun vəkili Zaur Bayramovun iştirakı ilə video çəkilişlə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin yük yerini açıb yük yerində taxtanın altından bir ədəd qara rəngli sellofan torbanı və bir ədəd ağ rəngli kisəni çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin sellofan torbanı təhqiqatçı açıb onlara göstərdikdə içərisində yaşıl rəngli bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Təhqiqatçı sonra həmin bir ədəd sellofan torbanın içərisindəki narkotik vasitə olan marixuananı sellofan torba ilə birlikdə zərfə qoyub zərfi möhürlədikdən sonra digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra təhqiqatçı ağ kisəni açdıqda içərisindən bir ədəd avtomat silahı və bir ədəd darağı çıxarıb onlara göstərmişdir. Sonra təhqiqatçı darağın üzərində olan patronları saymış və cəmi 29 ədəd patron olduğu müəyyən olunmuşdur. Təhqiqatçı həmin patronları, darağı və avtomat silahı ağ rəngli kisəyə qoyub qablaşdırıb götürmüşdür. Təhqiqatçı onların hər birindən şikayət və vəsatətlərinin olub-olmadığını soruşan zaman heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılıb kompyuterdə onlara nümayiş etdirilmişdir. Heç bir əlavə və şikayətləri olmadığı üçün bu barədə təhqiqatçı tərəfindən protokol yazılıb ucadan onlara oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və satması, həmçinin onun narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və satması barədə ona əməliyyatı məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən narkotik vasitə olan marixuana, həmçinin avtomobilinin yük yerindən odlu silah və döyüş sursatı aşkar olunaraq götürülmüşdür. Hazırda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahın və narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Əgər aşkar üsulla hər hansısa bir faktı müəyyən olunacağı haldı bu barədə istintaqa məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı və odlu silah olan bir ədəd avtomatı, bir ədəd darağı və patronları hardan əldə etməsini müəyyən etmək məqsədilə onlar tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Nüyvər oğlu digər şahid X13 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılması, istintaq aparılması üçün aidiyyatı üzrə Şəki ŞRPŞ-nin İstintaq Bölməsinə göndərilməsi, cinayət işinin ********* satistik nömrə ilə qeydə alınması qərara alınmışdır. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:27-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümdə narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli kütlə aşkar edilib götürülmüşdür. - Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21012 markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin yük yerindən bir ədəd qara rəngli sellofan bükümün içərisində narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli kütlə və bir ədəd ağ rəngli kisənin içərisində bir ədəd avtomat silahına oxşar predmet, bir ədəd içərisində 29 ədəd patron olan darağa oxşar predmet aşkar edilib götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X10 xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-17/694 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut…” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 6,27 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “ Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş maddi sübut…” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 191,86 qram olan bitki mənşəlli kütlə tərkibində narotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1350 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ******* №-li silah 5,45 mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1987-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yaralıdır. Tədqiqata təqdim edilmiş 29 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Ekspermental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. - Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin CM-nin 234.1-ci maddəsindən CM-nin 228.1 və 234.1-ci maddələrinə tövsif edilməsi, ********* nömrəli cinayət işinin ibtidai istintaqının CM-nin 228.1 və 234.1-ci maddələri ilə davam etdirilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-69/2024 saylı qərarının surətindən görünür ki, CM-nin 228.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - Şəki şəhəri İHB-nin Nöyülbulaq Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 503 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X7, oğlu X9 və qızı X4 ibarətdir. - Şəki şəhəri İHB-nin Nöyülbulaq Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 504 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. - Şəki şəhəri İHB-nin Nöyülbulaq Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəki ŞRPŞ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən barəsində cinayət təqibinin başlanmasına bəraətverici əsaslar olmadan xitam verilmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-71/2- 1279/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Mobil nömrələrə daxil olan zənglərə və SMS mətinlərinə dair daxil olmuş məlumata baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “İMEİ detallashmasi_İMEİ_**********4207” faylı açıldıqda həmin faylda Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** nömrəsinin xx.xx.2024 00:00:00-dan xx.xx.2024 00:00:00dək İMEİ **********4207 nömrə altında istifadə olunduğu, həmin müddət ərzində müxtəlif müddətlər ərzində danışıqlar aparıldığı, “Mexsusluq tarixchesi_559470676” faylı açıldıqda həmin fayldə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs adına olduğu, həmin nömrənin xx.xx.2020-ci il saat 12:55-dən aktiv statusda olduğu, “Mushteri zenglerinin detallashmasi_ MSİSDN_559470676” faylı açıldıqda həmin fayıda Təqsirləndirilən şəxs məxsus olan ***- ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il saat 00:00:00-dan xx.xx.2024-cü il saat 00:00:00-dək olan müddət ərzində ayrı-ayrı vaxtlarda müxtəlif mobil nömrələrə zənglər olduğu, danışıqların USHK4838B/ GSHK4838 Sheki TV yani/Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yanı/Shaki/ (41.198xx/xx.18416), GSHK2175A/GSHK2175 Shaki Akhundov/ Şəki rayonu, Muxtar Hacıyev, ev 1/Shaki/ (41.17xx/xx.1763), LSHK2267O4/ LSHK2267 Shaki BSC/Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi 19 a/Shaki/ (41.21241/ 47.16938), USHK0115D/ GSHK0115 PANSİONAT Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi, Sahil Otelin arxası Pansionat otel/Shaki/ (41.20xx/xx.16305), USHK2085B/ GSHK2085 Shaki-ATS/X5, M.Ə. Rəsulzadə 156/Shaki/ (41.20xx/xx.1767), LSHK0115O4/ LSHK0115 PANSİONAT Hotel//Shaki/ (41.20xx/xx.16305), USHK0115D/ GSHK0115 PANSİONAT Hotel/Şəki şəhəri, Salman Mümtaz küçəsi, Sahil Otelin arxası Pansionat otel/Shaki/ (41.20xx/xx.16305), USHK 0109B/GSHK0109 Sheki_20 yanvar/Şəki şəhəri, Şərablar küç 72/Shaki/ (41.20xx/xx.1811), LSHK0057O6/LSHK0057 Shaki Uchgunyum/ Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsi 14/Shaki/ (41.185xx/xx.16899), LSHK0109O5/ LSHK 0109 Sheki_20 yanvar//Shaki/ (41.20xx/xx.1811), LSHK 2019O6/LSHK 2019 Sheki Pavilyon/ Oğuz şossesinin şimalında yerləşən Şəki bələdiyyəsi, Səma marketin arxası/Shaki/ (41.16939/ 47.16849), USHK0053E/GSHK0053 Okhud/Şəki rayonu, Oxud kəndi, kəndin qərbi/ Shaki/ (41.233xx/xx.15493), USHK0085B/GSHK0085 Xan Sarayi/Şəki şəhəri, Çaparidze küçəsi, ev 12, Hüseyn Marketin yanı/Shaki/ (41.202xx/xx.19481), USHK0821E/ GSHK0821 Sheki bus station/Şəki şəhəri, Mahmud Əliyev 55, Fidan gəlinlik və gözəllik salonu arxası/Shaki/ (41.191xx/xx.17271),USHK0114A/GSHK0114 ShekiZ.Aliyeva str/Şəki şəhəri,119-cu kvartal, ASAN Xidmətdən 400 metr cənub şərqə/Shaki/ (41.152xx/xx.18327),LSHK2085O1/ LSHK2085 Shaki-ATS/X5, M.Ə. Rəsulzadə 156/Shaki/ (41.2014/ 47.1767), USHK2086A/GSHK2086 Shaki-ATS(4 sector)/Şəki rayonu Məmmədşərif Həmidov küç Şəki ATS/Shaki/ (41.20xx/xx.1767), USHK0114A/GSHK0114 Sheki Z.Aliyeva str/Şəki şəhəri,119-cu kvartal, ASAN Xidmətdən 400 metr cənub şərqə/ Shaki/ (41.15273/ 47.18327), anten dairələrini əhatə etdiyi, “SMS detallashmasi_ MSİSDN _559470676” faylı açıldıqda həmin fayldə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il saat 00:00:00-dan xx.xx.2024-cü il saat 00:00:00-dək olan müddət ərzində belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:48:02 saniyədə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Salam mənəm ağ 012” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 13:55:12 saniyədə ***- ***-**-** nömrəsinə “Zəng vur” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 17:04:53 saniyədə ***-***-**-** nömrəsinə “Ay qaqas” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 17:05:04 saniyədə ***-***-**-** “Mənəm Xeyal” məzmununda mesajlar göndərildiyi, “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN _559470676” faylı açıldıqda həmin faylda nömrə istifadəçilərinin anket məlumatlarının qeyd olunduğu müəyyən edildi və həmin məlumatlar çıxarılıb protokola əlavə edilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1485 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(075)-86/2024 saylı qərarının surətindən görünür ki, CM-nin 228.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs X6 daxil olan zaman onda “sağ əlin 5-ci barmağında 1 ədəd, sağ diz nahiyyəsinin iç səthində 1 ədəd sıyrılmış yara aşkar olunmuşdur. Sorğu zamanı o, xəsarəti həbsdən əvvəl aldığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin Məcəllənin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitə əldə edib üzərində daşımadığını, avtomobilində narkotik vasitə və silah gəzdirmədiyini bildirsə də, təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış video çəklişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilinin və digər şahidlərin iştirakı ilə onun üzərində baxış keçirildiyini, həmin vaxtı üzərindən aşkar olunan narkotik vasitəni böyürtkən yığan zaman tapıb qurutduğunu, eyni zamanda çay kənarından silah tapıb gizlətdiyini təsdiq etmiş, həmin vaxtı ona hər hansı təzyiq və hədənin olmadığı müşahidə edilməklə o, həmin hadisələrin nəticəsini dərk etməklə heç bir etirazını bildirməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs nəinki şəxsi axtarış zamanı, daha sonra müstəntiq tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də narkotik vasitəni üzərində gəzdirdiyini, silahı avtomobilində saxladığını etiraf etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin və silahın özünün olmasını etiraf etməsinə dair sonradan cinayət işinin istintaqı aparılan zaman da, buna heç bir etiraz etməyərək hər hansı bir müraciəti və ya şikayəti olmadığından bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs aid olan Ədliyyə Nazirliyi tərəfindən verilmiş tibbi kartoçka yoxlanılmış, onun penitensiar müəssisəyə daxil olduğu vaxt üzərində olan xəsarətlərin tutulmamışdan əvvəl olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bildirdikləri işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri işin faktiki hallarına uyğun olduğundan, onun həmin ifadələri daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 10 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut kimi tanınaraq Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, bir ədəd zərfdə bir ədəd sellofan bükümdə 6,27 qram, bir ədəd zərfdə sellofan torbada 191,86 qram, cəmi ümumi təmiz çəkisi tədqiqatdan sonra 198,03 qram narkotik vasitə olan marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 34,55 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, bir ədəd kisədə 5,45 mm kalibrli ******* №-li AK-74 modelli avtomat, bir ədəd daraq və 26 ədəd patron Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan bir ədəd zərfdə bir ədəd sellofan bükümdə 6,27 qram, bir ədəd zərfdə sellofan torbada 191,86 qram, cəmi ümumi təmiz çəkisi tədqiqatdan sonra 198,03 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, bir ədəd kisədə 5,45 mm kalibrli ******* №-li AK-74 modelli avtomat, bir ədəd daraq və 26 ədəd patron Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-29/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-29/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver