Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-3/2025 30.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X1, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, 15 sentyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “Mercedes-Benz 208D” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində Şəki şəhəri, Zərifə Əliyeva küçəsinin kəsişməsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “X15” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələblərini pozmaqla, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıq etməklə idarə etdiyi mikroavtobusla piyada keçidinə yaxınlaşarkən mikroavtobusun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmadan, piyada keçidinə daxil olmuş piyadaya yol verdikdən və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda hərəkət hissəsini nizamlanmayan piyada keçidi ilə yolun sağ kənarından sol kənarına keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun qapalı kəllə-beyin travması, kəllə qapağı və kəlləəsası sümüklərinin qapalı yerdəyişən sınıqları, baş-beyin toxumalarının əzilmiş-cırılmış yaraları, burun sümüyünün qapalı yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, qasıq nahiyyəsinin geniş həcmdə açıq yarası, sol 3-4-5-6-7-8-ci qabırğaların yerdəyişən qapalı sınıqları, sol bazunun və döş qəfəsinin sol yarısının geniş sahədə sıyrıqlan kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə olan xəsarətlər alaraq baş-beyinin diffuz travması nəticəsində inkişaf edən travmatik beyin qanaxması nəticəsində hadisə yerində ölməsinə səbəb olan, yəni nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadəsi və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ara-sıra Şəki şəhəri ərazisində müxtəlif marşurut sürücülərinin xahişi ilə işləri olduğunda onlara məxsus mikroavtobusları sürüb ailəsi üçün qazanc əldə edir. Şəki şəhəri ərazisində bir çox marşurut sürücüləri ilə tanışlığı vardır. Sürücülərdən bir çoxunun işi olduğunda onları əvəz etməsini xahiş edirlər. X4 Şəki şəhər sakini kimi tanıyır. Həmin şəxsin özünə məxsus “Mercedes Benz 208” markalı, **-BK-*** dövlət nömrə nişanlı mikroavtobusu vardır. Taleh Mirzoyev mikroavtobus ilə 1A saylı marşurut üzrə sərnişin daşıma ilə məşğul olur. Taleh Mirzoyev işi olduğunda əvvəlcədən ona xəbər edir. O, axşam saatlarında gedib mikroavtobusu götürüb yaşadığı evə gətirib qoyur, səhəri gün marşurutun saatına uyğun səhər saatlarında sərnişin daşıma üçün yola çıxır. Taleh Mirzoyev işi olduğu vaxtlar ona məxsus “Mercedes Benz 208” markalı, **-BK-*** dövlət nömrə nişanlı mikroavtobusu o idarə edir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə mikroavtobusu Taleh Mirzoyevdən təhvil alıb gətirib yaşadığı evin qapısında saxlamışdır. xx.xx.2023-cü il tarixdə yuxudan oyanıb avtobusun mühərrikini qızdırmaq üçün mühərriki işə salmaq istəyəndə mühərrik işləməmiş, qonşuluqda yaşayan Tahir ustanı çağırıb avtomaşına baxmasını xahiş elmişdir. Tahir gəlib avtomobilin staterində olan nasazlığı aradan qaldırıb mühərriki işə salıb getmişdir. Yaşadığı evdən çıxıb Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şəki RMX-nın yanında yerləşən 1A saylı marşurutların dayanacağına gedib orada dayanıb növbənin çatmasını gözləmiş, növbəsi çatarkən avtomaşında iki nəfər sərnişin əyləşmiş, mühərriki işə salıb avtomobili hərəkət etdirmək istəyəndə sürətlər qutusunu dəyişmək istəyəndə muftanın işləmədiyini görmüş, belə olmuş şərnişinlərdən xahiş etmiş ki, düşüb başqa marşuruta minsinlər. Sərnişinilər getdikdən sonra Taleh Mirzoyevə zəng edib mikroavtobusda nasazlıq olduğunu, usta Tahirin yanına getdiyini bildirmişdir. Tahirin yanına gedib mikroavtobusda olan nasazlığı aradan qaldırıb M.Ə.Rəsulzadə prospekti ilə Z.Əliyeva adına küçənin kəsişməsi istiqamətində 50 km/saat sürətlə hərəkət etmişdir. Hər gün sərnişin daşımaya başlayanda Şəki MRX-nın qarşısında yerləşən dayanacağa gedib, oradan marşurut üzrə sərnişin götürüb işə başlayırlar. Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti ilə Z.Əliyeva küçəsi istiqamətində yolun sağ kənarında Daxili İşlər Nazirliyi Daxili Qoşunların inzibati binası yaxınlığında olan piyada keçidinə yaxınlaşarkən yolun sağ hissəsində yol idarəsi işçilərinin işlədiklərini görmüş, mikroavtobusu 50 km/saat sürətlə hərəkət etdirərkən yolun sağ kənarında piyada keçidi və işıq dirəkləri arasında olan səkinin üzərində ondan 30 metr qarşıda fəhlələrdən birinin səkinin üzərində üzü aşağı doğru dayanıb telefonla danışdığını, lakin ona tərəf baxmadığını görmüş, elə zənn etmiş ki, həmin şəxs piyada keçidinin üzərində səkidə dayanıb hərəkət etməyəcəkdir. Lakin o, piyada keçidinə çatmasına bir metr, bir metr yarım qalmış həmin şəxs ona tərəf çönüb ayağını işıq dirəkləri arasında olan səkinin üzərindən asvalt yola qoymuş, həmin an piyadanı vurmuş və idarə etdiyi mikroavtobusun sağ ön güzgüsü piyadanın sifətinə dəymiş, həmin şəxs güzgüyə çırpılıb yerə yıxılmışdır. Piyadanı vuran kimi sükanı sola çevirib bir neçə metr gedib mikroavtobusu saxlamış, həmin hadisə vaxtı onun idarə etdiyi mikroavtobusda heç kim olmamışdır. Mikroavtobusdan düşüb dərhal mikroavtobusa çırpılan şəxsin yanına qaçıb onun arxası üstə yerdə olduğunu, ağzından isə qan gəldiyini görmüş, həmin şəxs boğulmasın deyə digər şəxslərlə birlikdə yanı üstə çevirmiş, sonra əlini kürəyinə tutub ürəyinin döyüntüsünü hiss etmiş, bu zaman yaxınlıqda olan tanımadığı fəhlələr gəlib onun vurduğu şəxsin sifətini su ilə yumuşlar və təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat vermişlər. Bir qədər sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təcili tibbi yardımın işçiləri gəlib vurduğu mərhum Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdikdən sonra köməkli şəkildə təcili tibbi yardımın avtomobilinə qoyub Şəki MRX-na aparmışlar. Təcili tibbi yardımın işçiləri Zərərçəkmiş şəxs xəstəxanaya aparsalar da artıq həmin şəxs aldığı xəsarətlərdən yolda keçinmişdir. Bütün bunlardan sonra hadisə yerinə gələn polis əməkdaşları hadisə yerinə baxış keçirib protokol tərtib etmişlər və onu hadisə ilə bağlı polis şöbəsinə dəvət etmişlər. İdarə etdiyi “Mercedes Benz 208” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu 50 km sürətlə idarə etmiş, piyada Zərərçəkmiş şəxs yolun sağ hissəsində işıq dirəkləri arasında səkinin üzərində dayanıb telefonla danışdığını 30 metr məsafədən görmüş, həmin şəxsə çatmağa bir qədər qalmış həmin şəxs ona tərəf çönüb səkidən ayağını asfalta qoyan vaxtı onu vurmuş və bir neçə metr qarşıya gedib mikroavtobusu saxlamışdır. Mərhum Zərərçəkmiş şəxs ona tərəf çönüb səkinin üzərindən ayağını asfalt yola qoyduğunda idarə etdiyi mikroavtobusun sağ güzgüsü onun sifətinə çırpılmış, həmin şəxs mikroavtobusun sağ ön hissəsinə dəyib yerə düşmüş, o, 5-10 metr qarşıya gedib mikroavtobusu saxlayıb yerə düşmüş, gedib vurduğu şəxsə baxdığında artıq onun sifətinin qanlar içində olduğunu görmüş, hadisə baş verdiyi anda mikroavtobusun sahibi Taleh Mirzoyevə məlumat vermiş, hadisədən bir neçə dəqiqə sonra təcili tibbi yardım gəlib vurduğu Zərərçəkmiş şəxs Şəki MRX-na aparmışdır. 30 metr kənardan piyada Zərərçəkmiş şəxs telefonla danışıb üzü aşağı tərəf dayandığını görmüş, həmin şəxsin normal şəkildə hərəkət edib yolu keçmək istəyəndə idarə etdiyi mikroavtobusun sağ güzgüsü sifət nahiyyəsinə dəymiş, o sükanı sola çevirib saxlamış, Zərərçəkmiş şəxs hərəkət edib yolu keçəcəyini düşünməmiş, ona görə də tormuz edib surətini azatmamış, Zərərçəkmiş şəxs ayağını səkidən asfalta qoyduğu vaxt ona çatıb vurmuş, bu səbəbdən imkan edib tormuz edib mikroavtobusu saxlaya bilməmişdir. Zərərçəkmiş şəxs 30 metr məsafədən görsə də orada piyada keçidinin olmasına fikir verməmişdir. Mərhum Zərərçəkmiş şəxs səkinin üzərindən ayağını asfalta qoyarkən onunla arasında bir metr, bir metr yarım məsafə olmuşdur. İdarə etdiyi avtomaşında hadisə vaxtı hər hansı bir nazaslıq olmamışdır. Mikroavtobusu idarə edərkən sağ tərəfdə yerləşən bardur ilə nəqliyyat vasitəsi arasında 50-60 sm məsafə olmuşdur. Zərərçəkmiş şəxs dayanıb üzü aşağı tərəf baxmış, ani vaxtda çönüb ayağını yola qoyduğu vaxt ona çatıb vurmuş, həmin an avtomobili saxlamağa imkanı olmamış, o, piyadanı vurduqdan sonra qarşıya gedib avtomobili saxlamış, hadisə vaxtı hərəkət sürəti 50 km saat olduğundan avtomobili saxlaya bilməzdi, fikirləşmiş ki, piyada dayanar, o keçib getdikdən sonra hərəkətə başlayar, ona görə də tormuz edib avtomaşını saxlamamışdır. Piyadanı görən vaxt həmin şəxs piyada keçidi və səkinin üzərində dayanıb əli qulağında aşağı doğru baxırmış, piyada Zərərçəkmiş şəxs çatanda həmin şəxs ona tərəf çönmüş və ayağını asfalta qoyduğu anda idarə etiyi avtomobilin sağ güzgüsü onun sifətinə çırpılmış və həmin şəxsin sifətində xəsarətlər əmələ gəlmişdir. Hadisə zamanı yaxınlıqda və ətrafdan müxtəlif tanımadığı fəhlələr olmuşdur. Hadisə vaxtı bir neçə fəhlə gəlib ona köməklik etmişlər, lakin onları tanımamışdır. İdarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Piyada Zərərçəkmiş şəxs gördüyü anda həmin şəxs yolda piyada keçidi olan yerdə işıq dirəkləri arasında səkinin üzərində dayanıb əli qulağında telefonla danışmış, həmin şəxsin yolu adi yerişlə keçmək üçün ayağını səkidən asfalta qoyarkən ona çatmasına az məsafə qalmış, ona görə də o, mikroavtobusu saxlaya bilməyib onu vurmuşdur. xx.xx.2023-cü il tarixdə tibbi müayinədən tibbi müayinə olunmamış və tibbi müayinədən keçməmişdir. Ona Azərbaycan Yerüstü X10 Regional İdarəsi tərəfindən hər hansı bir yol vərəqəsi təqdim olunmamışdır. Taleh Mirzoyev ona məxsus mikroavtobusu idarə etməsi üçün hər hansı bir rəsmi sənəd verməmiş, yəni həmin şəxs ona etibarnamə verməmişdir. Mikroavtobusu Taleh ilə aralarında olan şifahi razılaşmaya əsasən idarə etmişdir. Avtomobili idarə edərkən sipirtli içki qəbul etməmiş, ümumiyyətlə spirtli içki içən biri deyil, hadisə vaxtı heç bir bədən xəsarəti almamışdır. Göstərmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Mərhum zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Himayəsində yaşlı ata və anası vardır. Əməlindən səmimi peşmançılıq çəkir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs hüquqi varisi X5 ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəki Mərkəzi bazarında Seymur adlı şəxsə məxsus kişi geyimləri satılan mağazasında işləməklə dolanışıq əldə edir. Mərhum atası Zərərçəkmiş şəxs Şəki şəhərində yerləşən Yol İstismarı İdarəsində “Mexanizator” vəzifəsində işləmişdir. Hər gün səhər saatları mərhum atası Zərərçəkmiş şəxs ilə yaşadıqları evdən çıxıb işə getmişlər. Bildirmişdir ki, hər gün olduğu kimi 15 sentyabr 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs ondan öncə səhər saatlarında evdən çıxıb işə getmişdir. O, da atasının getməsindən bir qədər sonra evdən çıxıb işə getmiş, bazara çatıb mağazada satılan kişi geyimlərini səliqə səhmana salarkən evdən anası Məlahət Cəfərova zəng edib atası Zərərçəkmiş şəxs maşın vurduğunu, onu təcili tibbi yardımla Şəki MRX-na apardıqlarını bildirmişdir. O, dərhal bazardan çıxıb taksiyə əyləşib Şəki MRX-na getmiş, xəstəxanaya çatdığında həkimlər artıq atası Zərərçəkmiş şəxs dünyasını dəyişdiyini bildirmişlər. Ondan sonra mərhum atası tibbi ekspertiza müayinəsindən sonra yaşadıqları evə gətirmişlər, sonra adəti üzrə yaşadıqları evə yaxın qəbirstanlıqda dəfn etmişlər. Eşitdiyinə görə hadisədən sonra mərhum atası Zərərçəkmiş şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Daxili Qoşunlar”ın binası yaxınlığında yolda asfatlama işləri görərkən yolu keçəmək istəyən zaman Şəki şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz 208” markalı, **-BK-*** dövlət qeydiyat nişanlı mikroavtobus ilə vurmuş, həmin vaxt atası aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Göstərmişdir ki, hazırda onun Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Həmin şəxs onun atasını qəsdlə deyil, ehtiyatsızlıqdan vurmuşdur. Təqsirləndirilən şəxs onunla və ya ailə üzvüləri ilə, o cümlədən mərhum atası Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Çünki yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan baş vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir neçə rayonları üzrə müxtəlif idarələrində işləmişdir. 2022-ci ilin avqust ayından 12 saylı Yol İstismar MMC-nin direktor müavini vəzifəsində işləyir. Onun Şəki şəhəri ərazisində dövlət əhəmiyyətli yoların təmirində işləyən şəxslərin təcizatı işi ilə məşğul olur. Yəni yolda gedən işə uyğun olaraq fəhlələrə lazım olan avadanlıqları baş idarədən alıb 12 saylı Yol İstismar MMC-yə aid yolların təmir olunmasına köməklik edir. Hazırda idarənin 40-50 fəhləsi Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Z.Əliyeva prospektinin kəsişməsi istiqamətində gedərkən yolun sağ kənarında yerləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların inzibati binası önündən keçən hissəsində yolda asfatlama işləri görürlər. Onlarla yanaşı həmin yolda kanalizasiya işlərini görən Yevrolayn ASC-nin fəhlələri də işləyirlər. xx.xx.2023-cü il tarixçə işdə olan zaman bir nəfər marşurut mikroavtobusu idarə edən fəhlə işləyən Zərərçəkmiş şəxs vuraraq öldürmüşdür. Hadisə yerinə getdiyində Daxili Qoşunların inzibati binası qarşısında piyada keçdinin üzərində qan ləkələri olmasını görmüşdür. İdarənin fəhlələri Zərərçəkmiş şəxs təcili tibbi yardımın işçiləri maşına qoyub aparmışlar, lakin hadisə nəticəsində aldığı xəsarətlərdən keçindiyini bildirmişlər. Orada olarkən polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və mikroavtobusun sürücüsünü polis şöbəsinə dəvət etmişlər. 12 saylı Yol İstismar MMC tərəfindən yolun yuxarı və aşağı hissəsində yolda hərəkətin məhdudlaşdırılması üçün lentlər çəkilmiş, müxtəlif hərəkət istiqamətinin dəyişmə yol nişanları qoyulmuşdur. İdarənin texniki təhlükəsizlik üzrə mühəndisi Rəşid tərəfindən hər gün işə çıxan fəhlələr təhlükəsizliklə bağlı təlimatlandırılır. Hər bir təlimatda iştirak edən şəxs jurnalda imzalar edirlər. Həmin şəxslə idarə arasında əmək müqavilə bağlanmışdır. Asfatlama işləri gedən yolun baş hissəsində yolda təmir işləri getdiyi və sola hərkət istiqaməti göstərən yol nişanları qoyulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2003cü ildən 12 saylı Yol İstismar MMC-də mexanizator işləyir. İş prinsipi idarə tərəfindən Şəki şəhəri ərazisində dövlət əhəmiyyətli yollarda gedən tikinti və təmir işlərində “Bomaq” markalı vərdənə adlanan texnika ilə yeni tökülən asfaltın bərkidilməsi işlərini görür. Hər gün Rəşid müəllim tərəfindən təhlükəsizlik qaydalarına dair təlimatlar bütün işçilərə izah olunur. Hər səhər saat 8-də idarənin işi başlayır, axşam üstü saat 17-də iş saatları başa çatır. Hər gün olduğu kimi xx.xx.2023-cü il tarixdə, saat 08-də işə gəlmiş, təlimatdan sonra bütün işçilərlə birlikdə texnikaları təmir və tikinti işləri gedən yerə gətirmişdir. Hazırda idarə tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən Daxili Qoşunların inzibati binası qarşısından keçən hissəsində asfatlama işləri görülür. Həmin yerdə idarənin təxminən 50 nəfərə yaxın işçiləri işləyirlər. Onların təmir tikinti işləri görülən yerə asfat gətirilmədiyinə görə yolun kənarında çay qoyub işçilərlə birlikdə çay içərkən onlardan 20- 25 metr aşağı hissədən səs eşitmiş, səs gələn hissəyə dönüb baxdığında göy rəngli mikroabtobusu piyada keçidindən qarşıda dayandığını və bir nəfər fəhlənin yerdə yıxılıb qaldığını, bir neçə şəxsin də ona tərəf qışqırıb qaçdıqlarını görmüş, həmin yerə yaxınlaşdığında iş yoldaşı Zərərçəkmiş şəxs yerdə qanlar içində olduğunu, onu ağzından qan gəldiyini, bir neçə iş yoldaşı su gətirib onun sifətini yusalar da həmin şəxs aldığı ağır xəsarətdən hərkətsiz halda yerdə qalmışdır. Onlar hadisədən sonra dərhal təcili tibbi yardıma zəng edib məlumat vermişlər, təcili tibbi yardım gəlib Zərərçəkmiş şəxs avtomaşına qoyub xəstəxanaya apararkər həmin şəxs yolda dünyasını dəyişmişdir. Hadisədən bir qədər sonra bir neçə polis əməkdaşı hadisə yerinə gəlib baxış keçirib ölçü işləri aparmışlar. 12 saylı Yol İstismarı MMC tərəfindən yolun yuxarı və aşağı hissəsində yolda hərəkətin məhdudlaşdırılması üçün lentlər çəkilmiş, müxtəlif hərəkət istiqamətinin dəyişmə yol nişanları qoyulmuşdur. İdarənin texniki təhlükəsizlik işlərinə dair təlimatlandırma işləri aparan Rəşid müəllim hər gün təlimatlandırma işləri görür və hər bir təlimatda iştirak edən şəxs jurnala imza edir. Asfatlama işləri gedən yolun baş hissəsində yolda təmir işləri getdiyini və sola hərkət istiqaməti göstərən yol nişanları qoyulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, 2008-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 saylı Yol İstismar MMC-də mexanizator vəzifəsində işləməklə ailəsi üçün qazanc əldə edir. Onunla yanaşı 15 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmiş dayısı Zərərçəkmiş şəxs da uzun illərdir həmin idarədə mexanizator işləməklə ailəsinin dolanışığını təmin etmişdir. Onların iş saatları hər gün səhər səkkizdə başlayıb, axşam üstü saat on yeddidə qurtarır. Hər gün olduğu kimi 15 sentyabr 2023-cü il tarixdə səhər saatlarında idarəyə getmiş, digər işçilərlə birlikdə texnikanı (katok edən traktoru) çıxarıb Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində “Daxili Qoşunların” inzibati binası qarşısından keçən hissəsində asfatlama işləri gedən yerə getmiş, yol-nəqliyyat hadisəsi baş verən yerdən təxminən 40-50 metr yolun aşağı hissəsində texnikanı iş üçün hazırlamış, idarənin digər işçiləri də Daxili Qoşunların giriş qapısı yaxınlığında işləri ilə məşğul olmuşdur. Mərhum dayısı Zərərçəkmiş şəxs da həmin yerdə öz işiylə məşğul olmuş, birdən fəhlələr olan yerdən səsi eşidib çönüb baxdığında fəhlələrin yolun nəqliyyat vasitələri hərəkət edən hissəsinə doğru qaçdıqlarını görmüş, fəhlələrdən kimsə onu səsləyib “ay Zaur, Seyfi dayını maşın vurdu, gəl” demişdir. Ondan sonra həmin yerə getmiş və dayısı Zərərçəkmiş şəxs piyada keçidi üzərində ağzı yuxarı doğru, başı yolun aşağı hissəsinə, ayaqları isə yolun yuxarı hissəsinə doğru yerdə olduğunu, ağzından qan gəldiyini, artıq keçinmək üzrə olduğunu görmüşdür. Dayısının mavi rəgli Mersedec Benz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəki şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin vurduğunu görmüşdür. O, qaçıb dayısı Zərərçəkmiş şəxs nəbzini yoxlayıb yanı üstə çevirmiş ki, ağzından gələn qan axsın və rahat nəfəsə ala bilsin. Bu zaman hadisə yerinə təcili tibbi yardım gəlmiş və dayısı Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobilinə qoyub MRX-na aparmış, xəstəxanaya çatanda artıq dayısı Zərərçəkmiş şəxs tamamilə keçinmişdir. Hadisənin təsərindən halsız hala düşmüş, artıq özünə gəldiyində orada qohumların səs-haray etdiyini görmüş, həmin vaxt artıq dayısının öldüyünü bilmişdir. Dayısı Zərərçəkmiş şəxs tibbi ekspertiza müayinəsindən sonra yaşadığı evinə gətirib el adəti üzrə dəfn etmişlər. Bütün bunlardan başqa onun hadisə ilə bağlı bildiyi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 1979cu ildən sürücü işləyir, 2000-ci ildən isə özünə məxsus “Mersedec Benz-208D” markalı, **- KO-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə 4 saylı marşurut üzrə sərnişin daşıma ilə məşğul olur. Uzun illərdir sürücü işlədiyinə görə özünə məxsus avtomaşınlarda nasazlıq yarandığında özü təmir edər və heç vaxt istifadəsində olan nəqliyyat vasitəsini ustaya aparmamış, istifadəsində olan nəqliyyat vasitəsində yaranan nasazlığı özü aradan qaldırmışdır. Eyni zamanda müxtəlif tanış şəxslərin avtomobilində nasazlıq yarandığında avtomaşının təmir edilməsinə köməklik göstərir. xx.xx.2023-cü il tarixdə evdə olan zaman qoşuluqda yaşayan Təqsirləndirilən şəxs onu yaşadığı evin həyətinə çağırıb idarə etdiyi mikroavtobusun mühərrikində nasazlıq olduğunu, ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə tanış və qonşu kimi münasibəti olduğundan onun yaşadığı ünvana gedib idarə etdiyi mikroavtobusa baxmış və mikroavtobusun staterin düyməsində nasazlıq olduğunu aşkar etmiş və həmin nasazlığı təmir edib aradan qaldırmış, sonra Təqsirləndirilən şəxs mikroavtobusu işə salıb çıxıb getmişdir. Vüqar gedəndən sonra o, da yaşadığı evə getmişdir. Vüqar gedəndən bir qədər sonra yenə zəng edib idarə etidiyi mikroavtobusun muftasının ayırmadığını bildirmişdir. Vüqara ehtiyatla sürüb yaşadığı evin yaxınlığına gəlməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs mikroavtobusu çətinliklə sürüb yaşadığı evin yaxınlığına gəlmiş, mikroavtobusun muftanın salniklərinin buraxdığını, sistemdə jitkis qalmadığını aşkar etmiş, salnikləri dəyişmiş və jitkis əlavə edib muftanı təmir etmiş, ondan sonra mikroavtobusda olan nasazlıq aradan qaldırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona təşəkkür edib mikroavtobusu sürüb getmişdir. Təqsirləndirilən şəxs gedəndən bir neçə saat sonra eşitmiş ki, həmin şəxs Daxili Qoşunların binası yaxınlığında yolda bir nəfər piyadanı idarə etdiyi mikroavtobusla vurmuş, vurduğu şəxs isə ölmüşdür. Hər biri sükan arxasındadırlar və hansısa sürücü heç vaxt kimisə vurmaq istəməz, Vüqar da ehtiyatsızlıqdan piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobus tekniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin mikroavtobusda nasazlıq olsada, onu təmir etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələrini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/1680 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində CMnin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Daxili Qoşunlar”ın inzibati binası qarşısında yolda baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru və düzdür. Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eni 12 metirdir. Yolun hər iki hərəkət hissəsinin kənarında ehtiyat hissə vardır. Hadisə yerində tormuz izləri aşkar edilmədi. Yolda sürət məhdudiyyəti 60 km/saatdır. Hadisə yerində Mersedes Benz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən piyada keçidi nişanı üzərində bir nəfər piyadanı vurmuş, həmin vaxt mikroavtobus bir neçə metr qarşıda Z.Əliyeva küçəsinin kəsişməsi istiqamətinə dayanmış, sonra sürücü mikroavtobusdan düşüb vurduğu piyadaya yaxınlaşıb köməklik etmiş, bir qədər sonra təcili tibbi yardım gəlib yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi Şəki MRX-na aparmışlar. Bu səbəbdən yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş piyadanın meyitinin hadisə yerində olmadığı müəyyən olunmuşdur. Piyada yolun sağ kənarından 1.30 metr məsafədə, sol kənarından isə 10.70 metr məsafədən vurulmuşdur. Yolun sol hərəkət hissəsində piyada keçidinin üzərində yerdə qanabənzər ləkələr vardır.Yolun sağ kənarından qanabənzər ləkəyə qədər 1.60 metr, sol kənarından isə 10 metr məsafə vardır. Mersedes Benz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağ ön təkəri ilə səkinin arasında 17 sm, sağ arxa təkəri ilə 70 sm, mikroavtombusun sol ön təkəri ilə sol səki arasında 6.66 mert, sol arxa təkəri ilə səki arasında 6.30 metr məsafə vardır. Mersedes Benz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağ güzgüsü və buferin sağ hissəsi qırılmış, mikroavtobusun sol ön hissəsi və sol ön təkərin üzərində dəmir hissə əzilmişdir. Piyada hadisədən əvvəl yolun sağ hərəkət hissəsinin kənarından yolun sol kənarına doğru hərəkətdə olmuşdur. Piyada sağ tərəfdə elektirik dirəkləri olan səkinin üzərindən hərəkətə başlayıb yolun sol hissəsinə doğru keçmək istəmişdir. Piyada vurulduğu yerdən yolun sağ kənarına 1.30 metr, sol kənarına 10.70 metrdir. Piyada yolun hərəkət hissəsinin sağ kənarından vurulduğu yerə qədər 1.30 metr yol qəl etmişdir. Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sağ kənarından sola doğru yolu keçmək istədiyini 30 metr kənardan gördüyü andan yaranmış, həmin anda piyada avtomobil ilə vurulma yerinə kimi adi yerişlə 1.30 metr məsafə qət etmişdir. Bu səbəbdən yol-nəqliyyat hadisəsi törətmiş avtomobil və hadisə nəticəsində ölmüş meyitin hadisə yerində olmadığı müəyyən olunmuşdur. - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 74/a nömrəli protokoldan və alkotester nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış, onun hüquqi varisinə qərar elan edilmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmış və ona həmin qərar dərhal elan edilmişdir. - xx.xx.2023-cü il tarixli, AZ-İİ 364270 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 319 nömrə ilə qeyd edilmişdir. - Şəki şəhər İHB-nin “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 441 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi həyat yoldaşı X2 və qızı X3 ibarətdir. - Şəki şəhər İHB-nin “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 442 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. - Şəki şəhər İHB-nin “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 53 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin qapalı yerdəyişən sınıqları, baş-beyin toxumalarının əzilmiş-cırılmış yaraları, burun sümüyünün qapalı yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, qasıq nahiyyəsinin geniş həcmdə açıq yarası, sol 3-4-5-6-7-8-ci qabırğaların yerdəyişən qapalı sınıqları, sol bazunun və döş qəsəfinin sol yarısının geniş sahədə sıyrıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan mikroavtobusun hərəkətdə elan piyadanı vurması nəticəsində xəsarətləri alması mümkündür, ağırlıq dərəcəsinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Zərərçəkmiş şəxs ölümünə səbəb, baş beyin diffuz travması nəticəsində inkişaf edən travmatik beyin qanaxması olmuşdur. Zərərçəkmiş şəxs ölümündən əvvəl spirtli içki və narkotik vasitə qəbul etməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3009 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, Mercedes-Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs, X8 iştirakları ilə ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar həmin iş üzrə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət əməlini törədərkən bilavasitə hadisə yerinə çıxmaqla göstərməsi üçün ifadələrin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə ifadələrin yoxlanılmasını aparılmışdır. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 754 nömrəli məktubundan görünür ki, Məmmədov X7 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur və həmin dispanserə müraciət etməmişdir. - Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1564 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yaşayan, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmü ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməli bitənədək şərti olaraq təxirə salınmışdır. Hazırda üzərində məhkumluğu yoxdur. - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 016-3-13-16-6/2-616/2023 saylı məktubundan görünür ki, X11 İmtahan və Texniki Baxış şöbəsində yaradılmış mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki şəhəri, A.Nuxəvi küçəsi, ev 4/5-də qeydiyyatda olan, xx.xx.1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək olan BD046238 nömrəli “A1, А, В1, В, C1, C, D1, D, C1 E, CE” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/2709 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, Mercedes-Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “X15” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Zərərçəkmiş şəxs hüquqi varisi X6 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və ya tələbi yoxdur, ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun cəzalandırılmamasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində sürücülük vəsiqəsi əsasında və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “Mercedes-Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində Şəki şəhəri, Zərifə Əliyeva küçəsinin kəsişməsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman “X15” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir kimi tələblərini pozmaqla, cinayətkarcasına özünə güvənib ehtiyatsızlıq etməklə idarə etdiyi mikroavtobusla piyada keçidinə yaxınlaşarkən mikroavtobusun sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmadan, piyada keçidinə daxil olmuş piyadaya yol verdikdən və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda hərəkət hissəsini nizamlanmayan piyada keçidi ilə yolun sağ kənarından sol kənarına keçməkdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun qapalı kəllə-beyin travması, kəllə qapağı və kəlləəsası sümüklərinin qapalı yerdəyişən sınıqları, baş-beyin toxumalarının əzilmiş-cırılmış yaraları, burun sümüyünün qapalı yerdəyişən sınıqları, sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, qasıq nahiyyəsinin geniş həcmdə açıq yarası, sol 3-4-5-6-7-8-ci qabırğaların yerdəyişən qapalı sınıqları, sol bazunun və döş qəfəsinin sol yarısının geniş sahədə sıyrıqlan kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə olan xəsarətlər alaraq baş-beyinin diffuz travması nəticəsində inkişaf edən travmatik beyin qanaxması nəticəsində hadisə yerində ölməsinə səbəb olan, yəni nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspert rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı cinayət işi üzrə Şəki ŞRPŞ-nin İBdə ibtidai araşdırma aparılan zaman Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Zəfər Cəlilov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 8/3009 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən Mercedes-Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İbtidai istintaq zamanı hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Daxili Qoşunlar”ın inzibati binası qarşısında yolda baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru və düzdür. Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eni 12 metirdir. Yolun hər iki hərəkət hissəsinin kənarında ehtiyat hissə vardır. Hadisə yerində tormuz izləri aşkar edilmədi. Yolda sürət məhdudiyyəti 60km/saatdır. Hadisə yerində Mersedes Benz markalı, 55- BK874 dövlət qeydiyyat nişanlı mikroavtobus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən piyada keçidi nişanı üzərində bir nəfər piyadanı vurmuş, həmin vaxt mikroavtobus bir neçə metr qarşıda Z.Əliyeva küçəsinin kəsişməsi istiqamətinə dayanmış, sonra sürücü mikroavtobusdan düşüb vurduğu piyadaya yaxınlaşıb köməklik etmiş, bir qədər sonra təcili tibbi yardım gəlib yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi Şəki MRX-na aparmışlar. Bu səbəbdən yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş piyadanın meyitinin hadisə yerində olmadığı müəyyən olunmuşdur. Piyada yolun sağ kənarından 1.30 metr məsafədə, sol kənarından isə 10.70 metr məsafədən vurulmuşdur. Yolun sol hərəkət hissəsində piyada keçidinin üzərində yerdə qanabənzər ləkələr vardır. Yolun sağ kənarından qanabənzər ləkəyə qədər 1.60 metr, sol kənarından isə 10 metr məsavə vardır. Mersedes Benz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağ ön təkəri ilə səkinin arasında 17 sm, sağ arxa təkəri ilə 70 sm, mikroavtobusun sol ön təkəri ilə sol səki arasında 6.66 mert, sol arxa təkəri ilə səki arasında 6.30 metr məsafə vardır. Mersedes Benz markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağ güzgüsü və buferin sağ hissəsi qırılmış, mikroavtobusun sol ön hissəsi və sol ön təkərin üzərində dəmir hissə əzilmişdir. Piyada hadisədən əvvəl yolun sağ hərəkət hissəsinin kənarından yolun sol kənarına doğru hərəkətdə olmuşdur. Piyada sağ tərəfdə elektrik dirəkləri olan səkinin üzərindən hərəkətə başlayıb yolun sol hissəsinə doğru keçmək istəmişdir. Piyada vurulduğu yerdən yolun sağ kənarına 1.30 metr, sol kənarına 10.70 metrdir. Piyada yolun hərəkət hissəsinin sağ kənarından vurulduğu yerə qədər 1.30 metr yol qət etmişdir. Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sağ kənarından sola doğru yolu keçmək istədiyini 30 metr kənardan gördüyü andan yaranmış, həmin anda piyada avtomobil ilə vurulma yerinə kimi adi yerişlə 1.30 metr məsafə qət etmişdir. Bu səbəbdən yol-nəqliyyat hadisəsi törətmiş avtomobil və hadisə nəticəsində ölmüş meyitin hadisə yerində olmadığı müəyyən olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid1, Şahid4 və Şahid5 ifadələrində hadisəni görmədiklərini, hadisənin şahidi olmadıqlarını, ancaq hadisə baş verəndən sonra hadisə yerinə yaxınlaşdıqlarını, hadisə baş verən anda aralıda olduqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrində göstərdikləri halları əsas götürərək və hadisənin baş vermə mexanizmini dəqiqləşdirmək üçün, “Mercedes Benz 208D” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs şahid olaraq dindirildiyi xx.xx.2023-cü il tarixli ifadəsində qeyd göstərdiklərinə əsasən hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması, onun hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğunun olub-olmaması müəyyən olunması üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(075)-25/2024 saylı qərarı ilə təkrar kompleks məhkəmə avtotexniki ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 8/2709 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyində Mercedes-Benz 208D markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “X15” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən hazırki cinayət işi üzrə təkrar kompleks məhkəmə avtotexniki ekspertizası təyin edilmiş. Məhkəməyə daxil olmuş rəyə əsasən Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “X15” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə dövründə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “X15” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsində qeyd edirlir ki, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən onun mərhum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək ondan şikayət və tələbinin olmamasını, eyni zamanda CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə də barışıq əldə etmişdir. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 170 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-3/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-3/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver