Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-30/2021 08.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuriyev Rahib Pənah oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri İsmayılov Elmar Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin 12 nömrəli Yol İstismarı MMC-də Asfaltbeton zavodunda fəhlə işləyən, ünvan 1 mənzil 10 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 2020-ci ilin oktyabr ayının əvvəllərində Şəki rayonu ərazisindəki Salıncaq meşəsinin yaxınlığında Öryət bələdiyyəsinə məxsus torpaq sahəsində yabanı halda yetişmiş çətənə bitkisini (onun hissələrini) tamah niyyəti olmadan yığıb yaşadığı ünvan 1 mənzil 10 ünvana gətirib orada kustar üsulla qurudub hazırlamaqla satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı sellofan torbaya yığıb özü istifadə etmək üçün pencəyinin cibində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 00 radələrində özü istifadə etmək məqsədilə həmin narkotik vasitədən bir qədər götürüb ağ rəngli kağıza büküb əynindəki gödəkçənin cibinə qoyub gəzdirərək daşımış, həmin tarixdə saat 01 radələrində Şəki ŞRPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanındakı qaz doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutulub üstünə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.14 qram, bundan sonra həmin gün onun öz razılığı ilə yaşadığı evə baxış keçirilən zaman, yaşadığı mənzilin yataq otağındakı dolabdan asdığı pencəyin sol iç cibindən şəffaf sellofan bükülüdə saxladığı təmiz çəkisi 8.13 qram olmaqla ümumilikdə təmiz çəkisi 8.27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ilin oktyabr ayının əvvəllərində iş yerinin yaxınlığında olan Salıncaq meşəsi ətrafındakı əraziyə böyürtkən yeməyə getmiş, ərazini gəzərkən çətənə kolu aşkar etmişdir. Kolun yarpaqlarından bir neçəsini qoparıb yaşadığı evə gətirmiş, quruması üçün hamıdan xəbərsiz kostyumunun pencəyinin cibinə qoyaraq gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:00 radələrində pencəyinin cibindəki qurudulmuş marixuanadan bir qədər götürüb avtomobili ilə Şəki şəhərindəki “Çöl yol” deyilən əraziyə getmiş, qaz doldurma məntəqəsinin yaxınlığında yolun kənarında avtomobilini saxlamış, marixuananı siqaret tününü ilə kağız bükümün içərisinə doldurmuş və bir qədər çəkmişdir. Lakin həmin zaman ona mülki geyimdə polis işçiləri yaxınlaşıb polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da çəkdiyi bükülünü cibində gizlətmişdir. Daha sonra şöbəyə getmişlər. Orada ona təqdim olunan siyahıdan seçdiyi vəkilin, polis işçilərinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı onun üzərində olan narkotik vasitəni, istifadə etdiyi mobil telefonu digər əşyalar ilə birlikdə təqdim etmişdir. Daha sonra tədqiqatçı tərəfindən üzərindən aşkar olunmuş içərisinə qurudulmuş marixuana və tütün doldurduğu həmin kağız büküm və “Huawei” markalı mobil telefon ayrı-ayrılıqda zərflərə qoyulmuş, zərflər onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Onun üzərindən aşkar olunmuş digər əşyalar və pul isə özünə qaytarılmışdır. Daha sonra tanımadığı iki nəfər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona məxsus olan, Tofaş markalı, **-XK-*** dövlət qeydiyyat nişalı avtomobilə baxış keçirilmiş, lakin avtomobilindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Bundan sonra ona yaşadığı ünvan 1 mənzil 10 ünvanına baxış keçirilməli olması bildirilmiş və o, buna heç bir etirazının olmadığını bildirərək bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Sonra, o, müdafiəçisi Müdafiəçi və polis əməkdaşları birlikdə həmin ünvana yollanmışlar. Onlar həmin ünvana çatdıqda ora iki nəfər hal şahidi dəvət edilmişdir. O, həmin şəxsləri tanımadığını, onlarla heç bir münasibətinin olmadığını və həmin şəxslərin onun yaşadığı ünvana keçiriləcək baxışda iştirak etmələrinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra yaşadığı mənzilin qapısı döyülmüş, qapını anası Şahid5 açmış və həmin vaxt anasına da yaşadıqları ünvana baxış keçirilməsi zərurəti izah edilmiş, bu zaman anası Şahid5 da heç bir etirazının olmadığını bildirərək bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Bütün bunlardan sonra onun, vəkilin, anası Şahid5, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış onun yataq otağında aparılan zaman, o, özü könüllü şəkildə dolabda asılqandan asılmış vəziyyətdə olan, Şəki rayonu ərazisindəki Salıncaq meşəsi ətrafındakı ərazidə qarşılaşdığı çətənə kolundan yığdığı yarpaqları cibinə qoyaraq qurudub saxladığı kostyumunun pencəyini göstərərək həmin pencəyin cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu polis əməkdaşlarına bildirmiş və şəffaf sellofan bükülüdə olan həmin qurudulmuş marixuananı pencəyinin cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun təqdim etdiyi narkotik vasitə marixuana olan şəffaf sellofan bükülü zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Axtarış zamanı evdən qanunla qadağan olunmuş başqa heç nə aşkar olunmamışdır. O, etdiyi əməldən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir, islah yoluna qədəm qoymasını, himayəsində daim müalicəyə ehtiyacı olan xəstə azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxx 2020-ci il tarixdə onun rəhbərliyi və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat tədbirləri zamanı Şəki şəhəri S.Mümtaz küçəsində qaz doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirib, ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün o, raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Şıxəli Ağayevə həvalə edilmiş, təhqiqatçı Şıxəli Ağayev öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş, bir qədər sonra vəkil Müdafiəçi gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Müdafiəçi, onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd siqaret qutusunu, bir ədəd tibbi maskanı, bir ədəd alışqanı, bir ədəd “Huawei” markalı mobil telefonu, bir ədəd 5 (beş) manatlıq pul əskinasını, içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız bükümü, avtomobil pultunu və bir ədəd açarı çıxarıb masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və üzərindən heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız bükümü göstərib onun narkotik vasitə olan marixuana olduğunu, təxminən bir ay bundan əvvəl özü istifadə etməyi üçün Şəki rayonundakı Salıncaq deyilən ərazidə yabanı halda bitmiş formada əldə etdiyini bildirmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin kağız büküm və “Huawei” markalı mobil telefon ayrı-ayrılıqda zərfə qoyulmuş, zərflər onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs, vəkilin, hal şahidlərinin və onun iştirakı ilə Qaffarova məxsus avtomobilə baxış keçirilmiş, lakin, həmin avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 10 ünvanına baxış keçirilməli olması bildirilmiş və Qaffarov buna heç bir etirazının olmadığını bildirərək ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, o və digər polis əməkdaşları birlikdə həmin ünvana yollanmışlar. Həmin ünvana çatdıqda oraya hal şahidi olaraq iki nəfər şəxs dəvət edilmiş və Təqsirləndirilən şəxs anası Şahid5 razılığı ilə mənzilə baxış keçirilmişdır. Baxış gedişində Təqsirləndirilən şəxs özü könüllü şəkildə paltarların olduğu dolabın qapısını açıb, həmin dolabda asılqandan asılmış vəziyyətdə olan kostyumun pencəyinin cibindən şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə bənzər kütləni çıxararaq təqdim etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin şəffaf sellofan bükülü zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış, möhürlənərək götürülmüşdür. Mənzildən başqa qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında ifadəsi tədqiq olunmaqla elan olunan Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Rüstəm” adlı şəxsin Şəki şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, «Rüstəm» adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə məruzə olunmuş, alınmış əməliyyat məlumatına əsasən Rüstəm” adlı şəxsin xx.xx.1977-ci il təvəllüdlü, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin tarixdə də Şəki ŞRPŞnin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin icazəsi ilə xx xxxxxx 2020-ci il tarixdə onun rəhbərliyi və Şəki ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupun üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Həmin gün keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəki şəhəri S.Mümtaz küçəsində qaz doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirib, ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün raportla Şəki ŞRPŞ-nin rəhbərliyinə müraciət etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Şıxəli Ağayevə həvalə edilmiş, təhqiqatçı Şıxəli Ağayev öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmiş, bir qədər sonra vəkil Müdafiəçi gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində xidmət aparan Kamran Sabirli dəvət edilmişdir. Daha sonra Kamran Sabirli gəlmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra Müdafiəçi, onun, baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üstündəki əşyaları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd tibbi maskanı, bir ədəd alışqanı, əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu, şalvarının sağ arxa cibindən bir ədəd 5 (beş) manatlıq pul əskinasını, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız bükümü, şalvarının bel hissəsindən isə avtomobil pultunu və bir ədəd açarı çıxarıb, masanın üzərinə qoymuş və bundan başqa üzərində hər hansı bir əşyanın olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, əynində olan paltarların üzəri, cibləri yoxlanılmış və üzərindən heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs yuxarıda sadalanan əşyaların özünə məxsus olmasını bildirmiş, həmçinin, içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız bükümü göstərib, onun narkotik vasitə olan marixuana olduğunu, təxminən bir ay bundan əvvəl özü istifadə etməyi üçün Şəki rayonundakı Salıncaq deyilən ərazidə yabanı halda bitmiş formada əldə etdiyini bildirmişdir. Daha sonra ona və digər iştirakçılara içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin kağız bükümün ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin kağız büküm zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Huawei” markalı mobil telefon zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar və pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra təhqiqatçı onlara bildirmişdir ki, videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılır. Videoçəkiliş dayandırıldıqdan sonra onlara nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmışdır. Yekunda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan sonra xidməti zərurətlə əlaqədar başqa bir işin icrası ilə məşğul olmuş, sonradan həmin gün Təqsirləndirilən şəxs məxsus Tofaş markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməlidiyini, lakin həmin avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və yaxud predmet aşkar edilmədiyini öyrənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 10 ünvanına baxış keçirilməli olması bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirərək bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, o və digər polis əməkdaşları birlikdə həmin ünvana yollanmışlar. Onlar həmin ünvana çatdıqda oraya hal şahidi olaraq iki nəfər şəxs dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilərək onları tanıyıb-tanımamağı və həmin şəxslərin onun yaşadığı ünvana keçiriləcək baxışda iştirak etmələrinə etirazı olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin şəxsləri tanımadığını, onlarla heç bir münasibətinin olmadığını və həmin şəxslərin onun yaşadığı ünvana keçiriləcək baxışda iştirak etmələrinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısı döyülmüş, qapını Təqsirləndirilən şəxs şəxsiyyəti ona sonradan məlum olan anası Şahid5 açmış və həmin vaxt Şahid5 da yaşadığı ünvana baxış keçirilməsi zərurəti izah edilmişdir. Bu zaman Şahid5 da heç bir etirazının olmadığını bildirərək bununla bağlı ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Şahid5, hal şahidlərinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməyə başlanılmışdır. Baxışın gedişində əvvəlcə mənzilin girişindəki paltar asılan şkafa baxış keçirilsə də qanunla qadağan olunmuş heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Sonra yataq otaqlarından birinə baxış keçirilsə də oradan qanunla qadağan olunmuş heç bir əşya və yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs özü könüllü şəkildə paltarların olduğu dolabın qapısını açıb, həmin dolabda asılqandan asılmış vəziyyətdə olan kostyumun pencəyini göstərərək həmin pencəyin cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Şəki rayonu ərazisindəki Salıncaq meşəsi ətrafındakı ərazidə qarşılaşdığı çətənə kolunun üzərindən özü istifadə etməsi məqsədi ilə yığıb, yaşadığı həmin ünvana gətirib, həmin pencəyin cibinə qoyaraq qurudub saxladığını bildirmiş və şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə bənzər kütləni pencəyinin sol iç cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçılara həmin narkotik vasitəyə bənzər kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, bu zaman içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin şəffaf sellofan bükülü zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra mənzilə baxış davam etdirilsə də qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Yekunda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və baxış iştirakçıları protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur, özü də əvvəllər hal şahidi olmamışdır. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən mağazadan çıxıb həmin binanın yanı ilə avtomobilinə tərəf gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq həmin binada yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirəcəklərini bildirmiş və həmin baxışda hal şahidi kimi iştirak etməyini ondan xahiş etmişlər. O, polis əməkdaşlarına razılığını bildirib onlarla birlikdə şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Həmin ünvana, yəni polis əməkdaşları tərəfindən baxış keçirilməsində hal şahidi kimi iştirak edəcəyi ünvana ondan sonra bir nəfər də hal şahidi kimi dəvət edilmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı, yəni onların getdikləri ünvan 1 mənzil 10 ünvanına onların iştirakları ilə baxış keçirəcəklərini bildirib, onlara hüquq və vəzifələrini izah etmişlər. Baxışın gedişində Təqsirləndirilən şəxs özü könüllü şəkildə paltarların olduğu dolabın qapısını açıb, həmin dolabda asılqandan asılmış vəziyyətdə olan kostyumun pencəyinin cibindən şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər kütlə olan həmin şəffaf sellofan bükülü zərfə qoyulmuş, zərf onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Mənzildən qanunla qadağan olunmuş başqa heç nə aşkar olunmamışdır. Yekunda protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O da başqa iştirakçılarla birlikdə həmin protokolu imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Yaşadıqları evə baxış keçiriləndə iştirak etmişdir. Oğlunun pencəyinin cibindən sellofan bükülüdə yaşıl rəngli kütlənin polis işçisi tərəfindən aşkar olunmasını görmüşdür. Bükülüdə nə olduğunu bilmir. Əlavə olaraq heç nə bildirmək istəmir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisinə narkotik vasitəyə bənzər kütlə doldurulmuş 1 (bir) ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin fotoşəkillərindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 10 ünvanına baxış keçirilən zaman həmin mənzilin yataq otaqlarından birində geyimlərin olduğu dolabda asılqandan asılmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus kostyumun pencəyinin sol iç cibində şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 17/597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) şəffaf sellofan bükümdə təmiz çəkisi – 8.13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 8.13 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 8.08 qram. Tədiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübut ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi – 0.14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin papirosun içərisindəki, təmiz çəkisi – 0.11 qram olan digər bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Marixuananın təmiz çəkisi – 0.14 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 0.09 qram. Tədiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 17/627 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda “...təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman göstərdiyi ... sahədən götürülmüş torpaq nümunəsi sözləri yazılmış 03 (üç) ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. Təqdim olunmuş 03 (üç) ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Ekspert qarşısında qoyulmuş “c) Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana yabanı halda bitməyə, yoxsa kultivasiya edilərək əkilib-becərilməyə xarakterikdir?” sualı ekspertin zəruri biliyindən kənara çıxdığından cavablandırılmadı. Aparılmış tədqiqatın dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat təşkil edir. xx xxxxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqda protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni yığdığı, gizlətdiyi və istifadə etdiyi yerləri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatı bir daha təsdiq etmişdir. Şəki RMX X10 xx xxxxxx 2020-cu il tаrixli, 2780 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs Şəki RMX X10 Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx xxxxxx 2020-cu il tаrixli, 687 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli, 1001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. DİN-in BƏSİİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şəki şəhəri Mənzil İstismar Sahəsi” tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs оğlu Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 168 saylı ictimai yaşayış binasının 10 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxx 2009-cu il təvəllüdlü X2 adlı övladları vardır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, marixuana şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 05 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə istintaqında Şahid5 sellofan bükülüdəki narkotik maddənin təqsirləndirilən şəxs tərəfindən təqdim edilməməsi, polis işçisi tərəfindən aşkar olunmasına dair ifadəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, şahidin təqsirləndirilən şəxsin anası olması onun ifadəsini şübhə altına alır və inandırıcılığına təsir edir. Təqsirləndirilən şəxslə qohumluq, dostluq münasibətləri olmayan, ikisi ümumiyyətlə təsadüfi olan və işdə marağı olmayan digər şahidlərin ifadələri isə üst-üstə düşür. Odur ki, məhkəmə digər şahidlərin ifadəsini daha mötəbər və etibarlı hesab etməklə Şahid5 ifadəsini təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək həbsdə saxlandığı müddət 24 saatdan çox olduğuna görə 2 gün kimi qəbul edilməklə CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 8.17 qram olan qurudulmuş marixuana və torpaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70.52 (yetmiş manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək həbsdə saxlandığı vaxt, 24 saatdan artıq olduğu üçün cəmi 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 8.17 qram olan qurudulmuş marixuana və torpaq nümumələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70.52 (yetmiş manat əlli iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-30/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-30/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver