Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-30/2022 15.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – (əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4), Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 Məmmədəli oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Ağdam rayonunun, Quzanlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Ağdam rayonu, Quzanlı kəndində pasport qeydiyyatında olmaqla tutulana kimi həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə təkrarən, özgənin əmlakını gizli yolla talayaraq qəsdən oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Lənkəran Ağır Cinayət Məhkəməsinin 01.12.2016-cı il tarixli hökmü ilə 07 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 02.04.2018ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 177.3.3-cu maddəsindən həmin Məcələnin 177.2.1-ci maddəsinə tövsif edilib cəzasının 5 ilə endirilməsinə, Nizami rayon məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə 1 ay 11 gün vaxdından əvvəl şərti azad olunmasına baxmayaraq, qeyd edilən cinayətə görə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11.10.2021-ci il tarixdə saat 13:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 1500 (bir min beş yüz) manat olan bir baş boğaz inək malını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yerə basdırılmış boruya bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 idarə etdiyi «Qazel» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib Bərdə rayonuna apararaq Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11.10.2021-ci il tarixdə saat 13:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs1 məxsus dəyəri 1300 (bir min üç yüz) manat olan bir baş boğaz inək malını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yerə basdırılmış boruya bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 idarə etdiyi «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib Bərdə rayonuna apararaq Zərərçəkmiş şəxs1 1300 (bir min üç yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 19.10.2021-ci il tarixdə saat 13:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs5 məxsus dəyəri 1500 (bir min beş yüz) manat olan bir baş inək malını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yerə basdırılmış boruya bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 idarə etdiyi «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib Bərdə rayonuna apararaq Zərərçəkmiş şəxs5 1500 (bir min beş yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 25.10.2021-ci il tarixdə saat 13:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs6 məxsus dəyəri 1200 (bir min iki yüz) manat olan bir baş boğaz inək malını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yerə basdırılmış boruya bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 idarə etdiyi «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib Bərdə rayonuna apararaq Zərərçəkmiş şəxs6 1200 (bir min iki yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 30.10.2021-ci il tarixdə saat 15:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs3 məxsus dəyəri 2000 (iki min) manat və 1500 (bir min beş yüz) manat olan iki baş inək mallarını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yerə basdırılmış boruya bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 idarə etdiyi «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib Bərdə rayonuna apararaq Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 (üç min beş yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 30.10.2021-ci il tarixdə saat 15:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs7 məxsus dəyəri 2000 (iki min) manat və 1500 (bir min beş yüz) manat olan iki baş boğaz inək mallarını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yerə basdırılmış boruya bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 idarə etdiyi «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib Bərdə rayonuna apararaq Zərərçəkmiş şəxs7 ümumilikdə 3500 (üç min beş yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 05.11.2021-ci il tarixdə saat 14:00 radələrində Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilində, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən mal bazarının yaxınlığındakı örüş sahəsindən Zərərçəkmiş şəxs4 məxsus dəyəri 1300 (bir min üç yüz) manat və 1400 (bir min dörd yüz) manat olan iki baş inək mallarını tutub boynuna kəndir salıb gizli yolla talayaraq Şəki şəhərində yerləşən mal bazarının yaxınlığında yetişmiş ağacların birinə bağlayıb, sonra onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid5 idarə etdiyi «Ford Transit» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınına yükləyib apararaq Zərərçəkmiş şəxs4 ümumilikdə 2700 (iki min yeddi yüz) manat ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvələr oğurluq cinayətləri törətdiyi üçün dəfələr məhkum olunmuş, sonuncu dəfə 2018-ci il tarixdə Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən CM-nin 177.3.3-cu maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin CM-nə edilmiş dəyişikliklə bağlı əməli CM-nin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif olunaraq cəzası 5 ilə endirilmişdir. Həmçinin Bakı şəhər, Nizami rayon məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti olaraq cəzasından azad olunmuşdur. Azadlığa çıxandan sonra daimi iş yeri tapa bilməsə də fərdi qayda da toyuq, hind quşu və qaz kimi ev heyvanlarının alqı-satqısı ilə məşğul olmuş və bu yolla əldə etdiyi gəlirlə dolanmışdır. Belə ki, o, toyuq, hind quşu və qaz kimi ev heyvanlarını yaşadığı yerdən daha ucuz qiymətə satılan Bərdə və Şəki rayonlarından alıb, aparıb Ağdam rayonunun Quzanlı kəndində satmışdır. Şəki rayonuna dəfələrlə gəlib buradan ev quşları alıb aparıb satmışdır. Hər dəfə Şəki rayonuna gələndə Kiş çayının yaxınlığında sahibsiz iri buynuzlu heyanların otladığını görmüşdür. Fikirləşmişdir ki, həmin hevanldardan oğurlayıb aparıb Bərdə bazırında satıb pul əldə etsin. O, Şəki rayonu ərazisindən heyvan oğurlayıb satmaq qərarına gəldiyi vaxt həmin heyvanları satmaq üçün müştəri tapmaq məqsədi ilə Şəki rayonuna gəlməzdən əvvəl Bərdə rayonundakı mal bazarına gedib, iri buynuzlu heyvan alqı-satqısı ilə məşğul olan şəxslərlə maraqlandıqda, ona həmin bazarda heyvan alqısatqısı ilə məşğul olan şəxslərdən Hamlet adlı şəxs barədə danışıb, Hamletin hazırda xatırlamadığı mobil telefon nömrəsini ona vemişlər. Bundan sonra 11 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Şəki rayonuna getmək üçün yaşadığı Ağdam rayonu, Quzanlı kəndindən markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Bərdə rayonuna, Bərdə rayonundan isə markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Şəki rayonuna gəlmişdir. Həmin mikroavtobus şəhərə daxil olduqda, o, Şəki şəhərindəki “Çöl yol” deyilən yerin yaxınlığında olan, Kiş çayının yaxınlığındakı sahibsiz iri buynuzlu heyanların otladığı həmin yerə getmək məqsədi ilə şəhər avtovağzalının yaxınlığında mikroavtobusdan enib, şəhərdaxili mikroavtobuslardan birinə əyləşib, “Çöl yol” deyilən yerə getmişdir. O, “Çöl yol” deyilən yolda mikroavtobusdan enib həmin yol ilə üzü aşağı gedən zaman yolun sağ tərəfindəki döngədən dönüb bir qədər irəliyə gedib, yaşayış evlərinin yanından keçdikdən sonra çaylaq əraziyə, yəni Kiş çaynın sol sahilindəki əraziyə çatmışdır. Həmin vaxt ərazidə təxminən 10 baş iri buynuzlu heyvan nəzarətsiz vəziyyətdə çaylaqda otlamışdır. Həmin vaxt ətrafa nəzər salmış, heç kimin olmamasına əmin olmuşdur. Özü ilə Ağdamdan gətirdiyi kəndiri tələ formasında düzəldib ağ rəngli dişi inəyin qabaq ayağına keçirtmiş, ipi dartmış, inək tərpənə bilməmiş, həmin ipin digər tərəfi ilə inəyin başını bağlayıb, inəyi çaylaqdan təxminən 20 metr kənara aparıb yerə basdırılmış boruya bağlamışdır. Sonra yenidən inəklərin yanına gedib, həmin üsulla ikinci qara rəngli inəyin ayağını bağlayıb sonra ipin digər tərəfini inəyin başına keçirtmişdir. Həmin inəyi də gətirib boruya bağlamışdır. Oradan mərəkəzi yola çıxıb tanımadığı ağ rəngli taksi maşınına minmiş, taksi sürücüsünə demişdir ki, ona qazel markalı maşın lazımdır. Taksi sürücüsü maşını bir qazel markalı maşının yanında saxlayıb, sürücünü göstərib demişdir ki, qazelin sürücüsü budur. O, qazel sürücüsünün yanına gedib, salamlaşıb sürücüyə yalandan demişdir ki, 2 baş inək almışdır, onları Bərdə rayonuna aparmaq lazımdır. Sonradan adının Samir olduğunu bildiyi sürücü ondan 100 manat pul istəmiş, o isə sürücüyə 90 manat pul verəcəyi ilə bağlı razılığa gəlmişlər. O, qazelə minmiş və sürücüyə heyvanları bağladığı yerin yolunu göstərmişdir. Samir maşını həmin yerə sürmüş, maşının arxasını açıb, arxasını orada olan bir qədər dik yerə vermiş, həmin 2 baş heyvanı maşının arxa yük yerinə mindirmişdir. Samir maşını Bərdə rayonu istiqamətində sürmüş, o, yolda Hamletə zəng edib, adının Bəhmən olduğunu, əsasən hinduşqa və çolpa alqı-satqısı ilə məşğul olduğunu, həmçinin, özünə məxus olan iki baş inəyini satmaq istədiyini bildirmişdir. Gəldikləri razılığa əsasən onlar Bərdə rayonu, Kətəlparaq kəndi ərazisində görüşməli olmuşlar. O, Samirə yolu göstərmiş və Samir maşını Bərdə rayon Kətəlparaq kəndinə sürmüşdür. Onlar kənd ərazisinə çatdıqda o, yolun kənarından bir qədər kənarda dayanmış Qazel markalı yük maşınını görmüş və əvvəlcədən gəldikləri razılığa əsasən Hamlet öz yük maşını ilə onu orada gözləyəcəyi üçün o, həmin maşının Hamletin maşını olduğunu güman edərək Samirdən maşını həmin Qazelin yanına sürməsini xahiş etmişdir. Onlar həmin qazelin yanına çatdıqda, o, maşından enib, həmin Qazelə yaxınlaşıb sürücü ilə salamlaşıb kim olduğunu soruşduqda, sürücü ona Hamlet olduğunu bildirmiş və o da özünü təqdim etdikdən sonra onlar Samirin yük maşınının yük yerinə yaxınlaşıb heyvanlara baxmışlar. Həmin vaxt Hamletlə gəldikləri razılığa əsasən o, oğurladığı həmin 2 (iki) baş inəyi Hamletə hazırda xatırlamadığı məbləğdə pula satmış və heyvanları Samirin yük maşınından endirib, Hamletin dövlət nömrə nişanını xatırlamadığı, qazel markalı yük maşınının yük yerinə mindirmişlər. Samirə isə zəhmət haqqı olaraq 90 (doxsan) manat məbləğində pul vermiş və Samir çıxıb getmişdir. Həmin 2 baş inəyin satışından əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Bundan sonra yenidən heyvan oğurlamaq məqsədi ilə 19.10.2021-ci il tarixdə səhər tezdən yoldan keçən tanımadığı maşına minib Şəki şəhərinə gəlib, Kiş çayının kənarındakı çaylağa getmişdir. Çaylaqda təxminən 20 baş iri buynuzlu heyvan olmuşdur. Kənara nəzər yetirmiş, heç kim olmamışdır. Orada olan heyvanları nəzərdən keçirtmiş, bir baş qara rəngli dişi inəyi görüb bir qədər sakit olmasını bilmişdir. Həmin inəyə yaxınlaşıb özü ilə Ağdam rayonundan gətirdiyi ipdən tələ düzəldib inəyin qabaq ayağına keçirtmişdir. İpin digər tərəfini isə inəyin başına bağlayıb, oradan kənarlaşdırıb yaxınlıqdakı metal boruya bağlamışdır. Sonra mərkəzi yola tərəfə gəlmişdir ki, yük maşını tapıb, oğurladığı heyvanı satmaq üçün Bərdə rayonuna aparsın. Yoldan keçən dövlət nömrə nişanını xatırlamadığı, göy rənli, VAZ 2106 markalı maşına minmiş, sürücüyə demişdir ki, inək almışam, inəyi Bərdə rayonuna aparmaq istəyir. Sürücü ona tanışı Asimin mobil nömərsini verib demişdir ki, Asimə zəng vursun, heyvanını Asim Bərdə rayonuna apara bilər. O, istifadəsində olan nömrədən Asimin hazırda xatırlamadığı nömrəsinə zəng vurmuşdur. Asimlə telefonla danışıb, Şəki şəhərində “Çöl yol” deyilən yolun kənarında görüşmüşdür. Asimin göy rəngli, Ford markalı yük maşını olmuşdur. Sürücü Asimə yaxınlıqdakı fermadan bir baş inək aldığını bildirib, həmin inəyi Bərdə rayonuna neçəyə apara biləcəyini soruşduqda, Asim ona inəyi 90 (doxsan) manat məbləğində pul müqabilində Bərdə rayonuna apara biləcəyini bildirmiş və o razılaşmışdır. Bundan sonra o, Asim ilə birlikdə həmin inəyin olduğu yerə getmiş, inəyi Asimin dövlət nömrə nişanını xatırlamadığı, göy rəngli, Ford markalı yük maşınına mindirmiş və Asimin maşını ilə Bərdə rayonuna yola düşmüşdür. O, yolda Hamletə zəng edib, özünü təqdim etmiş, özünə məxus olan bir baş inəyini satmaq istədiyini bildirmişdir. Gəldikləri razılığa əsasən onlar Bərdə rayonu, Əliyanlı kəndi ərazisində görüşməli idilər. O, Asimə yolu göstərmiş və Asim maşını Bərdə rayon Əliyanlı kəndi istiqamətində sürmüşdür. Onlar kənd ərazisinə çatdıqda o, yolun kənarında dayanmış Hamletin idarə etdiyi Qazel markalı yük maşınını görüb Asimdən maşını həmin Qazelin yanına sürməsini xahiş etmiş, onlar həmin Qazelin yanına çatdıqda, o, maşından enib, Hamletlə görüşmüş və onlar Asimin yük maşınının yük yerinə yaxınlaşıb heyvanlara baxmış, həmin vaxt Hamletlə gəldikləri razılığa əsasən oğurladığı həmin 1 (bir) baş inəyi Hamletə xatırlamadığı məbləğdə pula satmış və heyvanları Asimin yük maşınından endirib, Hamletin Qazel markalı yük maşınına mindirmişdir. Asimə isə zəhmət haqqı olaraq 90 (doxsan) manat məbləğində pul vermiş və Asim çıxıb getmişdir. Bundan sonra o, bir neçə gün ərzində həmin bir baş inəyi sataraq əldə etdiyi pulu Ağdam rayonu, Bərdə rayonu və Gəncə şəhərində yeyib-içib gəzməyə xəcləmişdir. Pulu bitdikdən sonra yenidən Şəki şəhərinə gəlib heyvan oğurlayıb Bərdə rayonunda satmaqla pul əldə etmək qərarına gəlmişdir. 25 oktyabr 2021-ci il tarixdə o, heyvan oğurlamaq məqsədi ilə Şəki rayonuna getmək üçün yaşadığı Ağdam rayonu Quzanlı kəndindən markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Bərdə rayonuna, Bərdə rayonundan isə markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Şəki rayonuna gəlmişdir. Həmin gün o, əvvəlki dəfə də Şəki şəhərindəki Çöl yol deyilən yolun yaxınlığındakı çaylaq əraziyə getmiş və həmin ərazidə nəzarətsiz vəziyyətdə tünd sarı rəngli 1 (bir) baş inəyin olduğunu görüb, həmin inəyi oğurlayb satmaq qərarına gəlmişdir. 1 baş inəyə yaxınlaşıb, gətirdiyi ipi tələ formasında düzəldib inəyin qabaq ayağına salmış, ipin digər tərəfini isə inəyin başına bağlamışdır. İnəyi yaxınlıqdakı mal bazarına aparıb kəndirlə oradakı bir metal boruya bağlamışdır. Daha sonra həmin inəyi Bərdə rayonuna aparmağından ötrü yük maşını lazım olduğundan o, əvvəlki dəfə oğurladığı heyvanı Bərdə rayonuna aparan Asim adlı şəxsə zəng edib ona fermadan 1 baş inək aldığını, həmin inəyi Bərdə rayonuna aparmaq istədiyini bildirmiş və Asim ilə onun inəyini 100 (bir yüz) manat müqabilində Bərdə rayonuna aparmağı ilə bağlı razılğa gəlmişlər. Bu zaman o, Asimə olduğu yeri bildirib həmin yerə gəlməsini xahiş etmiş və Asim həmin Mal bazarına gəldikdə, o, həmin 1 baş inəyi Asimin göy rəngli, Ford markalı, dövlət nömrə nişanını xatırlamadığı yük maşınına mindirmiş və onlar birlikdə Bərdə rayonuna yola düşmüşlər. O, yolda Hamletə zəng edib, özünü təqdim etmiş, özünə məxus olan bir baş inəyini satmaq istədiyini bildirmişdir. Gəldikləri razılığa əsasən onlar Bərdə rayonu, Əliyanlı kəndi ərazisində görüşməli idilər. O, Asimə yolu göstərmiş və Asim maşını Bərdə rayon Əliyanlı kəndi istiqamətində sürmüş, onlar kənd ərazisinə çatdıqda o, yolun kənarında dayanmış Hamletin idarə etdiyi Qazel markalı yük maşınını görüb Asimdən maşını həmin Qazelin yanına sürməsini xahiş etmişdir. Onlar həmin Qazelin yanına çatdıqda, o, maşından enib, Hamletlə görüşmüş və onlar Asimin maşınının yük yerinə yaxınlaşıb heyvanlara baxmış, həmin vaxt Hamletlə gəldikləri razılığa əsasən o, oğurladığı həmin 1 (bir) baş inəyi Hamletə xatırlamadığı məbləğdə pula satmışdır və heyvanları Asimin yük maşınından endirib, Hamletin Qazel markalı yük maşınına mindirmişlər. Asimə isə zəhmət haqqı olaraq 100 (bir yüz) manat məbləğində pul vermiş və Asim çıxıb getmişdir. Bundan sonra o, bir neçə gün ərzində həmin bir baş inəyi sataraq əldə etdiyi pulu Ağdam rayonu, Bərdə rayonu və Gəncə şəhərində yeyib-içib gəzməyə xəcləmişdir. 30 oktyabr 2021-ci il tarixdə o, heyvan oğurlamaq məqsədi ilə Şəki rayonuna getmək üçün yaşadığı Ağdam rayonu Quzanlı kəndindən markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Bərdə rayonuna, Bərdə rayonundan isə markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Şəki rayonuna gəlmişdir. Həmin gün o, əvvəlki dəfə də bir baş inəyi oğurladığı Şəki şəhərindəki Kiş çayının yaxınlığına çaylaq deyilən əraziyə getmiş, həmin vaxt orada 15 baş heyvanların otladığını görmüşdür. Həmin ərazidə nəzarətsiz vəziyyətdə olan inəklərdən 2 (iki) baş qara rəngli inək, 1 (bir) baş tünd sarı rəngli inək və 1 (bir) baş boz rəngli inəyi oğurlayb, satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, həmin 4 baş heyvanı ipi tələ formasında qabaq ayağına keçirtməklə tutaraq yaxınlıqdakı mal bazarına aparıb, yolda Bərdə rayonunun mərkəzi bazarından alaraq özüylə gətirdiyi kəndirlə oradakı bir metal boruya bağlamışdır. Daha sonra həmin heyvanları Bərdə rayonuna aparmaqdan ötrü yük maşını lazım olduğundan o, əvvəlki dəfə oğurladığı bir baş inəyi Bərdə rayonuna aparan Asim adlı şəxsə zəng edib ona fermadan 4 baş heyvan aldığını, həmin heyvanaları Bərdə rayonuna aparmaq istədiyini bildirmiş və Asim ilə onun heyvanlarını 100 (bir yüz) manat müqabilində Bərdə rayonuna aparmağı ilə bağlı razılğa gəlmişlər. Bu zaman o, Asimə olduğu yeri bildirib həmin yerə gəlməsini xahiş etmiş və Asim həmin Mal bazarına gəldikdə, o, həmin 4 baş heyvanı Asimin dövlət nömrə nişanını xatırlamadığı, göy rəngli, Ford markalı yük maşınına mindirmiş və onlar birlikdə Bərdə rayonuna yola düşmüşlər. O, yolda Hamletə zəng edib, özünü təqdim etmiş, özünə məxus olan dörd baş inəyini satmaq istədiyini bildirmişdir. Gəldikləri razılığa əsasən onlar Bərdə rayonundakı mal bazarının girişinin yaxınlığında görüşməli idilər. O, Asimə yolu göstərmiş və Asim maşını Bərdə rayonundakı Mal bazarı istiqamətində sürmüşdür. Onlar Mal bazarının girişinin yaxınlığına çatdıqda o, yolun kənarında dayanmış Hamletin idarə etdiyi Qazel markalı yük maşınını görüb Asimdən maşını həmin Qazelin yanına sürməsini xahiş etmiş, onlar həmin qazelin yanına çatdıqda, o, maşından enib, Hamletlə görüşmüş və onlar Asimin yük maşınının yük yerinə yaxınlaşıb heyvanlara baxmışlar. Həmin vaxt Hamletlə gəldiyi razılığa əsasən o, oğurladığı həmin 4 (dörd) baş inəyi Hamletə xatırlamadığı məbləğdə pula satmış və heyvanları Asimin yük maşınından endirib, Hamletin Qazel markalı yük maşınına mindirmişlər. Asimə isə zəhmət haqqı olaraq 100 (bir yüz) manat məbləğində pul vermiş və Asim çıxıb getmişdir. Həmin 4 baş inəyin satışından əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. O, bir neçə gün ərzində həmin inəkləri sataraq əldə etdiyi pulu Ağdam rayonu, Bərdə rayonu və Gəncə şəhərində yeyib-içib gəzməyə xəcləmişdir. Pulu bitdikdən sonra yenidən Şəki şəhərinə gəlib heyvan oğurlayıb Bərdə rayonunda satmaqla pul əldə etmək qərarına gəlmiş. 05.11.2021-ci il tarixdə səhər saatlarında Şəki rayonuna getmək üçün yaşadığı Ağdam rayonu Quzanlı kəndindən markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Bərdə rayonuna, Bərdə rayonundan isə markasını və dövlət nömrə nişanını xatırlamadığı mikroavtobusla Şəki rayonuna yollanmış və həmin gün saat 11:00 radələrində Şəki rayonuna çatmışdır. Həmin gün o, əvvəlki dəfə də heyvan oğurladığı Şəki şəhərindəki Kiş çayının yaxılığına çaylaq deyilən əraziyə getmişdir. Həmin ərazidə nəzarətsiz vəziyyətdə inəklər otlamışdır. İnəkləri nəzərdən keçirdiyində 2 (iki) baş inəyin sakit olduğunu düşünmüş və onları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin inəklərə yaxılaşıb özü ilə Ağdam rayonundan gətirdiyi ipi tələ düzəltmiş qabaq ayağına keçirtmiş, ipin digər tərəfini isə inəyin başına bağlayıb, oradan kənarlaşdırıb kəndirlə oradan bir qədər kənarda olan ağaca bağlamışdır. Daha sonra isə əvvəlcədən tanıdığı Şəki rayonunda yük maşını ilə yük daşımaqla məşğul olan Asim adlı şəxsə zəng edib, iki baş heyvan aldığını və Bərdə rayonuna aparmaq istədiyini bildirmiş və Asim ilə onun həmin heyvanları 100 (bir yüz) manat müqabilində Bərdə rayonuna aparması ilə bağlı razılığa gəlmişdir. Həmin vaxt o, Asimə olduğu yeri bildirib həmin yerə gəlməsini xahiş etmiş, bundan bir qədər sonra Asim dövlət nömrə nişanını xatırlamadığı, göy rəngli, Ford markalı yük maşını ilə həmin yerə gəlmiş və onlar birlikdə 2 (iki) baş inəyi Asimin yük maşınına mindirmişlər. Asim ondan həmin heyvanları hansı səbəbdən həmin əraziyə apardığını soruşduqda, o, Asimə həmin heyvanları yaxınlıqdakı fermadan aldığını, yük maşınına mindirmək üçün yola yaxın gətirmək məqsədi ilə həmin yerə gətrdiyini bildirmişdir. Daha sonra onlar Asimin idarə etdiyi Ford markalı yük maşını ilə Bərdə rayonu istiqamətində yola düşmüşdürlər. Onlar Şəki şəhərindən çıxıb bir qədər getdikdən sonra Şəki rayonunda Ala-Qapı deyilən əraziyə çatanda bir maşın Asimə saxla işarəsi vermiş, Asim maşını saxlamış, Asim həmin şəxsdən nə istədiyini soruşduqda, həmin şəxs özünü polis kimi təqdim etmiş, o, həmin şəxsin polis olmasından bir qədər ehtiyat etmişdir. Bu vaxt digər bir niva markalı maşın gəlib onların yanında dayanmış, o, görmüşdür ki, artıq oğurluğunun üstü açılır, buna görə maşının salonundan düşüb qaçmışdır. Arxasınca iki nəfər mülki geyimdə şəxsin gəldiyini görmüşdür. Qaçdığı ərazi palçıq və şumluq olmuşdur. O, yerə yıxılmış və sağ ayağından ağrı hiss etmişdir. Onu həmin şəxslər saxlayıb, Şəki şəhər polis şöbəsinin əmkdaşları olduqlarını deyib maşının yanına aparmışlar. Ondan 2 baş inəyi haradan əldə etdiyini soruşduqlarında o, polis əməkdaşlarına dəqiq cavab verə bilməmiş, gah tanımadığı şəxsdən, gah fermadan aldığını söyləmişdir. Polis əməkdaşları ondan şübhələndikləri üçün onu, sürücü Asimi, Asimin idarə etdiyi Ford markalı maşını və 2 baş inəyi Şək şəhər PŞ-yə gətirmişlər. Polis şöbəsində olduğu zaman polis əməkdaşları onu həmin heyvanları haradan əldə etməyi ilə bağlı sorğu-sual etdikləri zaman o, səmimi olaraq həmin heyvanları oğurladığını bildirmişdir. Həmçinin, bildirmişdir ki, Asim və Samir Şəki rayon sakinləri olduqlarına görə o, Asimin və Samirin onun heyvan oğurluğu ilə məşğul olmağı barədə başqa şəxslərə, o cümlədən polisə məlumat verə biləcəklərindən ehtiyyat etdiyinə görə Asimə və Samirə onların yük maşınları ilə daşıdığı həmin malları oğurladığını bildirməmiş, Asimə və Samirə həmin heyvanları aldığını demişdir. O, həmin iri buynuzlu malları Şəki şəhərinin yaxınlığından keçən Kiş çayının sol sahilindən oğurlamışdır. Onun həmin malları oğurladığı ərazinin ətrafına çəpər və ya başqa bir vasitə ilə mərz çəkilməmişdir. Həmin heyvanların olduqları ərazinin ətrafı açıqlıq olmuşdur. O, oğurladığı malların sahiblərini tanımamışdır. Həmin heyvanların sahibləri ilə arasında ədavət, düşmənçilik və ya başqa qərəzli münasibət, həmçinin borc münasibəti olmamışdır. Onun həmin inəkləri oğurlamaqda məqsədi həmin heyvanları satıb pul əldə etmək olmuşdur. O, Şəki rayon ərazisində ümumilikdə 5 dəfəyə olmaqla cəmi 10 (on) baş iri buynuzlu heyvan oğurlamışdır. Həmin heyvanlardan 2 başını yolda polis əməkdaşları tərəfindən saxlanıldığı üçün aparıb sata bilməmiş, digər 8 baş heyvanı isə Bərdə rayonu ərazisində hazırda xatırlamadığı məbləğlərdə pula satıb qazanc əldə etmiş və həmin pulu özü üçün xərcləmişdir. Göstərmişdir ki, oğurladığı inəklər arıq olduğundan satmış olduğu inəklərdən ən bahasını 350 manata satmışdır. Bildirmişdir ki, o, hadisə zamanı oğurladığı heyvanları Hamletə birinci dəfə satdığı vaxt yanında qazel sürücüsü Samir və Hamletin özündən başqa heç kim olmamışdır. O, oğurladığı heyvanlardan Hamletə daha sonra satdığı vaxtlarda isə onun yanında qazel sürücüsü Asim və Hamletin özündən başqa heç kim olmamışdır. O, yuxarıda sadalanan hallardan başqa oğurluq və ya başqa cinayət törətməmişdir. Göstərmişdir ki, törətmiş olduğu oğurluq əməllərinin bütün epizodları üzrə özünü təqsirli bilir və əməlindən çox peşmandır. Bildirmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəmiş, Zərərçəkmiş şəxs4 isə 2 baş malı ona qaytarılmışdır. Buna görə də Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4ilə barışmış, onların heç bir şikayəti və tələbi olmamışdır. Lakin maddi imkanı olmadığından digər zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanlığı ödəyə bilməmişdir. Bütün bunları nəzərə alaraq ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüşdür. 1994-cü ildən Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində məskunlaşıb yaşayır. Həmin qəsəbədə özünə məxsus şəxsi təsərrüfatında ümumilikdə 5 baş inəkyi vardır. Həmin malları qardaşı Arif hər gün səhər örüşə apararaq otarır, günorta malları örüş sahəsində qoyaraq evə qayıdır, narah edib yenidən örüş sahəsinə gedərək malları otarır, axşam da evə gətirir. 05 noyabr 2021-ci il tarixdə qardaşı Arif onun mallarını ortarmaq üçün qəsəbənin kənarından keçən Kiş çayının sahilinə örüş sahəsinə aparmışdır. Saat təxminən 12:00 radələrində Arif evə gəlib nahar edib saat 14:00 radələrində yenidən örüş sahəsinə getmişdir ki, malları otarsın. Axşam saat təxminən 17:00 radələrində Arif zəng edib ona demişdir ki, beş baş maldan iki baş inək örüş sahəsində yoxdur. Qardaşı Arif sahəni axtarıb iki baş malları tapa bilməmiş, üç baş malları gətirib evə gəlmişdir. Onun malları həmişə bir yerdə otlayır, heç vaxt bir-birindən ayrılmamışlar. Buna görə də o, fikirləşmişdir ki, onun malları örüş sahəsində naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bu səbəbdən o, 05.11.2021-ci il tarixdə Polis Şöbəsinə gəlib 2 baş inək malının naməlum şəxslər tərəfindən oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Ona məxsus oğurlanmış inəklərin biri 7 illik dişi inək, diri çəkisi təxminən 350 kq olarmış. Həmin inək qara rəngdə olmaqla belinin üstü qırmızımtıl rəngdə olmuşdur. Həmin inəyin qiyməti təxminən 1400 manat olarmış. Digər inək isə 3 illik, qara rəngdə olmaqla, təxminən çəkisi 300 kq, dəyəri isə təxminən 1300 manat olarmış. Həmin inəyin qulağının birində kəsik olmuşdur. Həmçinin bildirmişdir ki, onun heç kimlə ədavəti və ya düşmənçiliyi olmamış, həmçinin onun heç kimlə pul və ya əmlakla bağlı mübahisəsi olmamışdır. O, həmin malların oğurlanmasında heç kimdən şübhələnməmişdir. Çünki, onun heç kimlə ədavəti olmamışdır. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Göstərmişdir ki, hazırkı ifadəsini çıxış kimi qəbul edərək bundan sonrakı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1993-cü ildə yaşadığı Ağdam rayonu Erməni işğalçıları tərəfindən işğal olunduğuna görə məcburi köçkün düşmüşdür. Həmin ildən Şəki rayonu, Dərəcənnət kəndinə gələrək ailəsi ilə birlikdə müvəqqəti olaraq həmin kənddə məskunlaşmış, bir neçə ilə orada yaşadıqdan sonra, yəni 2014-cü ildə ailəsi ilə birlikdə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində dövlət tərəfindən verilən yaşayış evinə köçmüş və bu günə kimi orada yaşayır. X10 qəsəbəsində dörd baş iri buynuzlu heyvanlar saxlamaqla ailəsinin dolanışığına köməklik edir. Saxladığı iri buynuzlu heyvanları qəsəbə ərazisində yerləşən çəpərli otlaq sahəsində otarır. Onunla yanaşı qəsəbə sakini Zərərçəkmiş şəxs1 da saxladığı mal-qaranı onunla bir yerdə otarır. 11.10.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 növbəsi olmuşdur. Zərərçəkmiş şəxs1 malqaranı otlaq sahəsinə buraxıb yaşadığı evə gəlib yemək yeyib təxminən saat 16:00 radələrində mal-qaranı otardığı yerə qayıdaraq otardığı inəkləri sayarkən bir baş özünə məxsus, bir baş isə ona məxsus boğaz inəklərin otlaq sahəsində olmadığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 zəng edib bu barədə ona məlumat vermiş, o da gedib otlaq sahəsində və yaxınlıqdakı kol-kos olan çaylaq ərazisini axtarsalar da inəkləri tapa bilməmişlər. Bu günə kimi oğurlanmış bir baş 1500 manat dəyərində boğaz inəyini axtarsa da tapa bilməmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs1 ilə birlikdə qərara gəlmişlər ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsinlər. Onlar belə də etmiş, polis şöbəsinə gəlib ərizə yazmışlar. Həmçinin bildirmişdir ki, onun yaxın qohumlarından, hətta uzaq qohumlarından, tanışlarından və qonşularından kiminləsə şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Mal-qaranı otardıqları ərazinin bir hissəsi qaratikan kolu, bir hissəsi isə dərin arxla əhatə olunmuşdur. Lakin, konkret olaraq otlaq sahəsinin ətrafıçəpərli deyil. Sadəcə kol-kos və dərin arxla əhatə olunub ki, mal-qara çıxıb getməsin. Onların mal-qaranı otardıqları sahənin yaxınlığında və ətrafda heç kimi görməmişdir. Son zamanlarda həmin yerə tez-tez gələn qohumları və ya digər şəxslər olmamışdır. Oğurlanmış inəyin tünd qara rəngi, yerə dəyən quyruğu, hər iki buynuzları qabağa əyri, 8- 10 yaş arası, 1500 manat dəyərində boğaz inək olmuşdur. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş 1500 manat maddi ziyandan 750 manat ödənilmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Göstərmişdir ki, hazırkı ifadəsini çıxış kimi qəbul edərək bundan sonrakı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1992-ci ildə yaşadıqları Laçın rayonu Erməni işğalçıları tərəfindən işğal olunduğuna görə məcburi köçkün düşmüşlər. Laçın rayonu işğal olunarkən atasıyla bacısı qətlə yetirilmiş, özü isə əsir düşmüş 1 il 8 ay əsirlikdə olmuşdur. 1993-cü ilin noyabr ayının 4-də erməni əsirliyindən azad olunmuşdur. Əsirlikdən azad olunduqdan sonra Şəki rayonu, Göybulaq kəndində məskunlaşan anasının yanına gəlmiş, bu günə kimi orada yaşamışdır. Bir neçə ilə orada yaşadıqdan sonra, yəni 2015-ci ildə ailəsi ilə birlikdə Şəki rayonu, Yeni Çələbixan qəsəbəsində dövlət tərəfindən verilən yaşayış evlərində köçmüş bu günə kimi orada yaşayır. X10 qəsəbəsində 10 baş iri buynuzlu heyvanlar saxlamaqla ailəsinin dolanışığına köməklik edir. Saxladığı iri buynuzlu heyvanları qəsəbə ərazisində yerləşən çəpərli otlaq sahəsində otarır. Onunla yanaşı qəsəbə sakini Zərərçəkmiş şəxs2lə də saxladığı malqaranı bir yerdə otarırlar. 11.10.2021-ci il tarixdə mal-qaranı otarmaq onun növbəsi olmuşdur. Günorta saatlarında mal-qaranı otlaq sahəsinə buraxıb yaşadığı evə gəlib yemək yeyib təxminən saat 16:00 radələrində mal-qaranı otardığı yerə qayıdaraq otardığı inəkləri sayarkən bir baş özünə məxsus, bir baş isə Zərərçəkmiş şəxs2 məxsus boğaz inəklərin otlaq sahəsində olmadığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 zəng edib bu barədə məlumat vermişdir. Sonra Tofiq ilə birlikdə gedib otlaq sahəsində və yaxınlıqdakı kol-kos olan çaylaq ərazisini axtarsalar da inəkləri tapa bilməmişlər. Bu günə kimi oğurlanmış bir baş 1300 manat dəyərində boğaz inəyini axtarsada tapa bilməmiş, bu səbəbdən Zərərçəkmiş şəxs2 ilə birlikdə qərara gəlmişlər ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsinlər. Onlar belə də etmiş, polis şöbəsinə gəlib ərizə yazmışlar. Həmçinin, bildirmişdir ki, onun yaxın qohumlarından, hətta uzaq qohumlarından, tanışlarından və qonşularından kiminləsə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Mal-qaranı otardığı ərazinin bir hissəsi qaratikan kolu, bir hissəsi isə dərin arxla əhatə olunmuşdur. Lakin, konkret olaraq otlaq sahəsinin ətrafı çəpərli deyil. Sadəcə kolkos və dərin arxla əhatə olunmuş ki, mal-qara çıxıb getməsin. Onların mal-qaranı otardıqları sahənin yaxınlığında və ətrafda heç kimi görməmişdir. Son zamanlarda həmin yerə tez-tez gələn qohumları və ya digər şəxslər olmamışdır. Oğurlanmış inəyin ağ rəngi, uzun quyruğu, hər iki buynuzları uzun və dik, 7-8 yaş arası, 1300 manat dəyərində boğaz inək olmuşdur. Onların mal-qaranı otardıqları sahədən bu cür hadisə əvvəllər baş verməmişdir. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş 1300 manat maddi ziyandan 750 manat ödənilmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Göstərmişdir ki, hazırkı ifadəsini çıxış kimi qəbul edərək bundan sonrakı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, yaşadığı Şəki rayonu Yeni Çələbixan qəsəbəsində olan həyətində 5 baş iribuynuzlu heyvan saxlamışdır. Onlardan 4 ədədi dişi, 1 başı isə erkək dana olmuşdur. Onlardan ikisini öz həyətində saxlayır və örüşə buraxmır. 3 baş heyvanını isə hər gün səhər tezdən səllim şəkildə Şəki rayonu Kiş çayının sol sahilində olan örüş sahəsinə buraxır. Heyvanlar örüşdən axşam özləri gəlir. 19.10.2021-ci il tarixdə 4 baş iribuynuzlu heyvanlarını həmişəki kimi saat təxminən 09:00 radələrində Kiş çayının sol sahilinə ötürmüşdür. Heyvanlardan 2 başı axşam saat 17:00 radələrində həyətinin qarşısına gəlmiş, lakin, heyvanlardan 2 (iki) baş dişi cinsli, 3 və 4 yaşlı iribuynuzlu heyvanları örüşdən qayıtmamışdır. Həmin günü gecə və sabahısı günü heyvanlarını Kiş çayının sol sahilində axtarmışdır. Sabahısı günü saat 11:30 radələrində Şəki şəhərində yerləşən Yol Patrul Xidməti idarəsinin arxa tərəfində heyvanlarından 3 illik, sarı rəngli iribuynuzlu heyvanını tapmış, lakin 4 illik, dişi cinsli, qara rəngli, 5 aylıq boğaz olan, təxminən çəkisi 160 kq olan heyvanını tapa bilməmişdir. Heyvanın birini, yəni tapdığı heyvanı həyətinə gətirmişdir. Lakin, o birisi heyvan həmin günü axşam da gəlməmişdir. Bundan sonrakı günlərdə də o, heyvanını axtarsa da tapa bilməmişdir. Buna görə də 19 oktyabr 2021-ci il tarixdə heyvanının örüş sahəsindən itməsi barədə Şəki ŞRPŞ-yə ərizə yazmışdır. Lakin, polis tərəfindən də heyvanı tapılmamışdır. Sonradan bilmişdir ki, 4 illik, dişi cinsli, qara rəngli, 5 aylıq boğaz, diri çəkisi 450 kq, təxminən bazar qiyməti 1500 manat olan iribuynuzlu heyvanı açıqlıq ərazidən oğurlanmışdır. Hazırki günədək heyvanı ona qaytarılmadığı üçün o, bu barədə şikayətçidir. Həmçinin bildirmişdir ki, o, iribuynuzlu heyvanını Yeni Çələbixan qəsəbəsi, Qoxmuq kəndi, Baltalı kəndi və onların ətrafında, həmçinin Şəki şəhərinin ətraf ərazilərində axtarmışdır. Ayrı-ayrı insanlardan heyvanının xüsusi əlamətlərini deyərək soruşsa da gördüm deyən olmamışdır. Sonradan öyrənmişdir inəyi Bəhmən adlı şəxs tərəfindən oğurlanmışdır. İnəyi oğurlanana qədər Bəhməni tanımamışdır. Düşünür ki, Bəhmən oğurluğu təkbaşına etməmişdir. Bu işdə ona kömək edənlər olmuşdur, lakin polislər həmin şəxs və ya şəxsləri aşkara çıxarmamışlar. Belə ki, düşünür ki, iş üzrə şahid olan Hamlet Bəhmənlə əlbir olaraq inəkləri oğurlamışlar. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlundan, Hamletdən və sürücü Asimdən şikayətçidir. Göstərmişdir ki, Bəhman boğaz inəkləri oğurlayaraq satmış və onların kəsilməsinə bais olmuşdur. Bunu isə nə allah götürər nə də bəndə. Ona görə də Bəhmənə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun yaşadığı ünvanda özünə məxsus 6 baş iribuynuzlu heyvanları var. Həmin heyvanlardan 5 başını o, aparıb qəsəbənin kənarında olan otlaq sahəsində otarır və axşamlar gətirib tövləyə salır. 25.10.2021-ci il tarixdə səhər saatlarında o, heyvanları çöl örüş sahəsinə aparmış və iki saat otardıqdan sonra o, heyvanları orada sahibsiz və səllim şəkildə buraxıb təxminən saat 10:00 radələrində evə gəlmişdir. O, evə gəldikdən sonra günorta saat 12:00 radələrində həmkəndlisi Elmanın oğlunun Yeni Çələbixan qəsəbəsində olan toyuna getmiş, toyda iştirak edib saat təxminən 15:00 radələrində evə qayıtmışdır. Evdə olan iribuynuzlu heyvanların balalarına yem vermiş və digər işlərlə məşğul olmuşdur. Axşam saat 19:00 radələrində iribuynuzlu heyvanlar örüş sahəsindən həyətinin qarşısına gəlmiş, o, həyətinin qarşısına çıxıb heyvanlara baxanda görmüşdür ki, 5 baş, dişi olan iribuynuzlu heyvanlarından 4 başı həyətinin qarşısındadır, 1 başı isə yoxdur. Həmin gün fikirləşmişdir ki, yəqin heyvanın biri haradasa qalıb, hər halda gələr. Həm də axşam olduğundan və heyvanı axtarmağa avtomobili də olmadığı üçün axtara bilməmişdir. Ancaq səhəri gün səhər sübh tezdən həmin 1 baş iribuynuzlu dişi heyvanını axtarmağa başlamışdır. X12 qəsəbəsi, Qoxmuq kəndi və onun ətrafında, həmçinin Şəki şəhərinin ətraf ərazilərində axtarsa da tapa bilməmişdir. 27 və 28 oktyabr 2021-ci il tarixlərdə də heyvanını axtarmış, ancaq tapa bilməmişdir. 28 oktyabr 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində 1 baş, iribuynuzlu heyvanının örüş sahəsindən oğurlanması barədə DİN-in 102 xidmətinə şikayət etmişdir. Ona məxsus oğurlanmış heyvanı 1 baş, dişi, boğaz, 4 yaşlı, təxminən çəkisi 140-150 kq ağırlıqda olmaqla cins inək olmuş, təxmini bazar qiyməti 1200 manat olarmış. Xüsusi əlaməti kimi kiçik buynuzlu və tünd sarı rəngli olmasını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, o, iribuynuzlu heyvanını Yeni Çələbixan qəsəbəsi, Qoxmuq kəndi və onun ətrafında, həmçinin Şəki şəhərinin ətraf ərazilərində axtarmışdır. Ayrı-ayrı insanlardan heyvanının xüsusi əlamətlərini deyərək soruşsa da gördüm deyən olmamışdır. Sonradan öyrənmişdir inəyi Bəhmən adlı şəxs tərəfindən oğurlanmışdır. İnəyi oğurlanana qədər Bəhməni tanımamışdır. Düşünür ki, Bəhmən oğurluğu təkbaşına etməmişdir. Bu işdə ona kömək edənlər olmuşdur, lakin polislər həmin şəxs və ya şəxsləri aşkara çıxarmamışlar. Belə ki, düşünür ki, iş üzrə şahid olan Hamlet Bəhmənlə əlbir olaraq inəkləri oğurlamışlar. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlundan şikayətçidir. Dövlət ittihamçısı tərəfindən məhkəməyə təklif olunan 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə razı deyildir. Düşünür ki, Təqsirləndirilən şəxs daha ağır cəza verilməlidir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, yaşadığı Şəki rayonu Yeni Çələbixan qəsəbəsində olan həyətində iribuynuzlu heyvan saxlayır. Onun oğlu X5 həmin heyvanlarını mütəmadi olaraq hər gün səhər saat 08:00 radələrində Şəki rayonu Kiş çayının sol sahilində olan örüş sahəsinə aparıb otlamaları üçün buraxır, özü isə kənardan nəzarət edir, günorta saatlarında isə həmin heyvanları orada qoyub evinə qayıdır. Nahar etdikdən sonra yenidən həmin örüş yerinə geri qayıdır. Murad İsmayılov nahar etmək üçün evinə gəldiyi bu müddətdə isə heyvanlarının yanında onlara nəzarət edə biləcək heç kim olmur. Murad heyvanlarını hər gün saat 17:00 radələrində örüş yerindən evinə gətirir. 30.10.2021-ci il tarixdə saat 08:00 radələrində Murad qonşuları Zərərçəkmiş şəxs7 ilə birlikdə heyvanlarını Şəki rayonu Kiş çayının sol sahilində olan örüş sahəsinə aparmışdır. Murad həmin gün saat 14:00-15:00 radələrində heyvanları orada qoyub nahar etmək üçün evə gəlmiş və saat 17:00 radələrində geri qayıtmışdı. Murad axşam saatlarında evə qayıtdıqda, ona bildirmişdir ki, nahardan qayıdan vaxt ona məxsus olan 2 (iki) baş inəyin digər heyvanların arasında olmadığını aşkar etmiş, ətraf ərazini gəzib heyvanlarını axtarsa da tapa bilməmişdir. O, xəstə olduğuna görə oğlu Murad İsmayılov 30 oktyabr 2021-ci il tarixdə heyvanlarının örüş sahəsindən itməsi barədə Şəki ŞRPŞ-yə ərizə yazmışdır. Lakin, polis tərəfindən də heyvanları tapılmamışdır. Sonradan bilmişdir ki, onun heyvanları örüş sahəsindən oğurlanmışdır. Hazırki günədək heyvanı ona qaytarılmadığı üçün o, bu barədə şikayətçidir. Belə ki, o, 2 baş inəyinin oğurlanmasına görə Bəhmən və Hamlet adlı şəxslərdən şikayətçidir. Onların hər ikisinin məsuliyyətə cəlb edilməsini xahiş edir. Həmçinin, onun 2 baş inəyinin oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, həmin heyvanlardan biri tünd sarı rəngli, şeşə buynuz, hündür, qulağı kəsik, 12 yaşlı idi, çəkisi təxminən 260 kiloqram olarmış. Digər heyvanı boz rəngli, qulağı kəsik, 5 yaşlı idi, çəkisi təxminən 350 kiloqram olarmış. Heyvanlarının hər ikisinin qulağında birka yerləri olmuşdur. Hadisə zamanı oğurlanmış həmin heyvanlar ona məxsusdur. X5 onun oğludur. Hadisə zamanı o, xəstə olduğuna görə oğlu Murad İsmayılov ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Lakin, hadisə zamanı oğurlanmış 2 baş heyvanın mülkiyyətçisi özüdür. Sonradan öyrənmişdir inəyi Bəhmən adlı şəxs tərəfindən oğurlanmışdır. İnəyi oğurlanana qədər Bəhməni tanımamışdır. Düşünür ki, Bəhmən oğurluğu təkbaşına etməmişdir. Bu işdə ona kömək edənlər olmuşdur, lakin polislər həmin şəxs və ya şəxsləri aşkara çıxarmamışlar. Belə ki, düşünür ki, iş üzrə şahid olan Hamlet Bəhmənlə əlbir olaraq inəkləri oğurlamışlar. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Göstərmişdir ki, inəkləri cins inəklər həm də boğaz olmuşdur. Bəhmən boğaz inəklərin kəsilməsinə bais olmuşdur. Lakin Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 Məmmədəli oğlu ifadəsində göstərmişdir ki, o, yaşadığı Şəki rayonu Yeni Çələbixan qəsəbəsində olan həyətində iribuynuzlu heyvan saxlayır. O, həmin heyvanlarını mütəmadi olaraq hər gün səhər saat 08:00 radələrində Şəki rayonu Kiş çayının sol sahilində olan örüş sahəsinə aparıb otlamaları üçün buraxır, özü isə kənardan nəzarət edir. Günorta saatlarında isə həmin heyvanları orada qoyub evinə qayıdır, nahar etdikdən sonra yenidən həmin örüş yerinə geri qayıdır. Nahar etmək üçün evinə gəldiyi bu müddətdə isə heyvanlarının yanında onlara nəzarət edə biləcək heç kim olmur. Heyvanlarını hər gün saat 17:00 radələrində örüş yerindən evinə gətirir. 30.10.2021-ci il tarixdə saat 08:00 radələrində qonşusu X5 ilə birlikdə öz heyvanlarını Şəki rayonu Kiş çayının sol sahilində olan örüş sahəsinə aparıb otlamaları üçün buraxmışlar. Həmin gün saat 14:00-15:00 radələrində heyvanları orada qoyub nahar etmək üçün Muradla birlikdə evə getmiş və saat 17:00 radələrində geri qayıtdıqda ona məxsus olan 2 (iki) baş inəyin digər heyvanların arasında olmadığını aşkar etmişdir. Ətraf ərazini gəzib heyvanlarını axtarsa da tapa bilməmişdir. O, 30 oktyabr 2021-ci il tarixdə heyvanlarının örüş sahəsindən itməsi barədə Şəki ŞRPŞ-yə ərizə yazmışdır. Lakin, polis tərəfindən də heyvanı tapılmamışdır. Sonradan bilmişdir ki, onun heyvanları örüş sahəsindən oğurlanmışdır. Hazırki günədək heyvanı ona qaytarılmadığı üçün o, bu barədə şikayətçidir. Belə ki, o, 2 baş inəyinin oğurlanmasına görə Bəhmən və Hamlet adlı şəxslərdən şikayətçidir. Onların hər ikisinin məsuliyyətə cəlb edilməsini xahiş edir. Həmçinin, onun 2 baş inəyinin oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, həmin heyvanlardan biri boz rəngli, buynuzları yeyilmiş vəziyyətdə, 7 yaşlı idi, çəkisi təxminən 250 kiloqram olarmış. Digər heyvanı qara rəngli, burnu əyri, 4 yaşlı olmuş, çəkisi təxminən 160 kiloqram olarmış. Heyvanlarının hər ikisi boğaz olmuşdur. Hadisə zamanı oğurlanmış həmin heyvanlar özünə məxsusdur. Sonradan öyrənmişdir inəyi Bəhmən adlı şəxs tərəfindən oğurlanmışdır. İnəyi oğurlanana qədər Bəhməni tanımamışdır. Düşünür ki, Bəhmən oğurluğu təkbaşına etməmişdir. Bu işdə ona kömək edənlər olmuşdur, lakin polislər həmin şəxs və ya şəxsləri aşkara çıxarmamışlar. Belə ki, düşünür ki, iş üzrə şahid olan Hamlet Bəhmənlə əlbir olaraq inəkləri oğurlamışlar. Bildirmişdir ki, hal-hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlundan şikayətçidir. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus "Ford" markalı, **-BZ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə müxtəlif şəxslərin lazımı yüklərini daşımaqla ailəsi üçün qazanc əldə edir. Göstərmişdir ki, təxminən 2021-ci ilin oktyabr ayında avtomobilini şəhərin "Çöl yolu" adlanan hissəsində yolun kənarında saxlayıb şəxsi işiləri ilə əlaqədar bazara getmişdir. Özünə məxsus mobil nömrəni avtomobilin şüşəsinə yazıb yapışdırmışdır ki, müştəri olduğunda onunla əlaqə saxlasın. Günorta saatları olarkən ***-***-**-** mobil nömrəsindən zəng gəldiyini görüb telefonu açıb danışdığında tanımadığı şəxs ona maşına yaxınlaşa bilərsən demiş, o da həmin şəxsə maşına tərəf gəldiyini bildirmişdir. O, maşına yaxınlaşanda maşının yanında iki nəfər şəxsin dayandığını görmüş, sonradan adının Bəhmən olduğunu bildiyi şəxsin yanındakı tanımadığı şəxs Bəhməni göstərib həmin şəxsin daşınası yükü olduğunu bildirmiş və onların yanından uzaqlaşıb çıxıb getmişdir. O, Bəhmənlə söhbət edən zaman həmin şəxs bir baş iri buynuzlu heyvan (inək) olduğunu, həmin heyvanı Bərdə şəhərinə apara bilib-bilməyəcəyini soruşmuşdur. O, həmin şəxsə Bərdə şəhərinə 100 manata gedə biləcəyini bildirmişdir. Bəhmən də başqa şəxslə Bərdə şəhərinə 80 manata getdiyini demiş, aralarında olan söhbət əsasında Bərdə şəhərinə 90 manata getməyə razılaşmışdır. Sonra Bəhməndən inəyin harada olmasını soruşmuş, Bəhmən inəyi alıb Şəki mal bazarına bağladığını bildirmişdir. O, Bəhmən ilə birlikdə Şəki mal bazarına getmiş, mal bazarına çatdığında qısa buynuzları olan, qara rəngli, bir baş iri buynuzlu heyvanı (inəyi) mal bazarının girişində turbaya bağlandığını görmüşdür. Bəhmən inəyi turbadan açıb gətirib, inəyi avtomobilin yük yerinə mindirmişdir. Həmin yerdən Bərdə rayonu istiqamətində hərəkətə başlamışlar. Bərdə şəhərinə çatıb, bayraq meydanından düz Əlyanlı kəndinə gedib kəndin girişindən bir qədər getdikdən sonra yolun sağ hissəsində yerləşən mağazanı keçib avtomobili saxlamış, həmin vaxt dövlət nömrə nişanını xatırlamadığı göy rəngli, qazel markalı yük avtomobili gəlmiş, tanımadığı sürücü avtomobilin yük yerini açıb, onun avtomobilində olan inəyi avtomobilin yük yerinə mindirmişdir. Ondan sonra o, Bəhməni orada qoyub Şəki şəhərinə qayıtmışdır. Bundan iki gün sonra Bəhmən ona yenə zəng etmişdir ki, Şəki şəhərinə mal almağa gələcək. Günorta saatları olarkən Bəhmən yenə zəng etmişdir ki, bir baş iri buynuzlu heyvan (inək) almış, mal bazarına gəlib inəyi Bərdə şəhərinə aparmasını demişdir. O, yenə mal bazarına getmiş, orada görmüşdür ki, Bəhmən yenə bir baş sarı rəngli, uzun buynuzlu, inəyi mal barazırının giriş hissəsinə bağlamışdır. Bəhmən yenə inəyi açıb gətirmiş və avtomobilin yük yerinə mindirmiş, onlar Bərdə şəhəri istiqamətində yola düşmüşlər. Bərdə şəhərinə çatıb Bayraq meydanından təxminən 10-15 km düz gedib sağa dönüb gedəndə məktəbin qarşısında görmüşdür ki, yenə həmin göy rəngli qazel dayanıb gözləyir. Qazel markalı avtomobilin sürücüsü avtomobilin yük yerini açıb onun avtomobilin yük yerindəki inəyi öz avtomobilinin yük yerinə mindirmişdir. Bəhməndən 100 manat alıb Şəki şəhərinə qayıtmışdır. Bundan üç-dörd gün sonra Bəhmən yenə ona zəng edib demişdir ki, “nə iş görürsən, bazar günü Şəkiyə mal alamağa gələcəkdir”. Lakin, Bəhmən həmin günü yox, onun sabahı günü Şəki şəhərinə gəlmiş və zəng edib demişdir ki, “mal gətirəcəklər, baxacam yaxşı olsa, alası olsam gələrsən apararıq”. O da Bəhmənə heç bir etiraz etməmişdir. Günorta saatları olarkən Bəhmən ona zəng etmişdir ki, “yenə dörd baş inək alımışdır, mal bazarına gəl onları Bərdə şəhərinə aparaq”. O da yenə həmişə olduğu kimi mal bazarına getmiş, mal bazarına çatdığında Bəhmən yenə mal bazarının girişindən təxminən 50-60 metr qarşıda dəmir çənə dörd baş iri buynuzlu heyvanları (inək) bağladığını görmüşdür. O, Bəhməndən inəkləri haradan aldığını soruşduğunda həmin şəxs inəkləri fermadan aldığını bildirmişdir. Avtomobilin yük yerini açdıqdan sonra onun köməkliyi ilə inəkləri bir-bir avtomobilə mindirmiş, sonra mal bazarından çıxıb Bərdə şəhəri istiqamətində yola düşmüşlər. Bərdə şəhərinə çadıqdan sonra Bərdə mal bazarına gedib bazarın giriş qapısı yaxınlığında hər dəfə inəkləri yüklədikləri qazelin orada onları gözlədiyini görmüşdür. Yenə eyni qaydada qazel markalı avtomobilin sürücüsü yük yerini açıb onun avtomobilinin yük yerində olan dörd baş inəkləri öz avtomobilinin yük yerinə mindirmişdir. Həmişə olduğu kimi o, Bəhməndən 100 manat alıb Şəki şəhərinə qayıtmışdır. O, inəkləri Bərdə mal bazarına düşürüb gələrkən yolda Bəhmən ona zəng edib nəsə problem olub-olmadığını soruşmuş, o Bəhmənə hər hansı bir problem olmadığnı bildirmişdir. Həmin vaxtdan üç-dörd gün sonra, yəni 05.11.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində Bəhmən ona zəng edib Şəki şəhərinə inək almaq üçün gəldiyini, inəyə baxacağını, xoşuna gəldiyində alacağını bildirmiş, bundan bir qədər sonra o özü Bəhmənə zəng etmişdir ki, “sən inək alası oldun ya yox ?” Bəhmən ona iki baş inək aldığını bildirmişdir. O, Bəhməndən inəkləri haradan aldığını soruşduğunda həmin şəxs Şəki ŞRPŞ-nin YPXB-nin binasından alt yoldan əsas yola tərəf çıxdığını bildirmişdir. O da şəhərin "Daş qaya" adlanan yerindən "Qax astonafkası" deyilən istiqamətində hərəkət etmişdir. O, yolun sol hissəsindən ara küçəyə nəzər saldığında Bəhmənin piyada yola tərəf gəldiyini görmüş, Bəhmənə zəng edib yola tərəf gələn şəxsin özü olub-olmadığını soruşmuş, Bəhmən də “bəli, yola tərəf gələn mənəm” - demişdir. O da Şəki Psixatirik xəstəxanasına gedən yola tərəf dönmüş və Bəhmən avtomobilə mindikdən sonra çaylağa tərəf sürməyini xahiş etmişdir. O da həmin şəxsin dediyi istiqamətdə sürmüşdür. Bir qədər sonra Şəki Psixatirik xəstəxanasının yaxınlığında çaylağa yaxın yerdə iki baş qara rəngli inəklərin ağaca bağlandığını görmüşdür. Bəhmən yenə maşından yerə düşüb ağaca bağladığı inəklərin ipini açıb avtomobilin yük yerinə mindirmişdir. Bəhmən inəkləri avtomobilə mindirəndə o da Bəhmənə kömək etmişdir. İnəkləri avtomobilə mindirib yola çıxmışlar. Yolda olarkən o, Bəhmənə demişdir ki, mağazadan su alsın içsinlər, lakin Bəhmən avtomobili saxlamağa imkan verməmiş və demişdir ki, o, yolda alacaq içərlər. Şəki rayonu "Ala qapı" adlanan yeri keçib Yevlax rayonu istiqamətinə dönərkən "Ravon Nexia R3" markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün ona tərəf yanaşıb maşını kənara verib saxlamağını işarə etdiyini görmüşdür. Bundan sonra avtombili yolun sağ kənarına sürüb saxlamış və həmin şəxsdən onu nə səbəbə saxlatmağını soruşmuşdur. Həmin şəxs də polis əməkdaşı olduğunu demiş və avtomobilin arxa yük yerində olan heyvanları haradan əldə etməklərini soruşmuş, bu vaxt sonradan Şəki ŞRPŞ-nin CAB-ın rəisi Şahid6 olduğunu bildiyi şəxs idarə etdiyi Niva markalı maşınla gəlib yanlarında dayanmışdır. Bu vaxt maşının salonunda əyləşmiş Bəhmən avtomobildən düşərək üzü şumluğa girərək dəmir yolu tərəfə qaçmağa başlamış, özü isə idarə etdiyi avtomobilin yanında qalmışdır. Onu saxlatdıran polis əməkdaşı ilə Şahid6 Bəhmənin arxasınca qaçmağa başlamış, Bəhmənin qaçdığı istiqamət palçıqlı və şumlu olduğu üçün yerə yıxılmış, yerə yıxıldığı üçün polislər ona çatıb onu yerdən qaldırmışlar. Sonradan görmüşdür ki, Bəhmən yerə yıxıldığı üçün ayağından xəsarət almış və axsamışdır. Bu vaxt oraya əlavə üç-dörd polis əməkdaşı gəlmişlər. Şahid6 həmin şəxslə sorğu-sul etməyə başlamış, kim olmasını, harada yaşamasını və maşından nə səbəbə düşüb qaçmasını soruşmuşdur. Həmin şəxs Ağdam rayonu, Quzanlı qəsəbə sakini olduğunu, adının isə Bəhmən olduğunu demişdir. Sonra polislər ona məxsus Ford maşınının arxa yük yerini açıb inəklərə baxmışlar. Şahid6 Bəhməndən inəkləri haradan aldığını və hara aparmasını soruşmuş, Bəhmən dəqiq bir söz deyə bilməmiş, gah aldığı adamı tanımadığını, gah da fermadan aldığını bildirmişdir. Bəhmənin hərkətləri şübhəli olduğundan polis əməkdaşları onu, idarə etdiyi Ford markalı maşının arxa yük yerində olan inəkləri və Bəhməni polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, Bəhmən onun maşını ilə apardığı inəklərin hamısını oğurlamış, ona görə də polisləri görən kimi avtomobildən düşüb qaçmışdır. Həmçinin bildirmişdir ki, Bəhmən Şəki şəhəri ərazisindən Bərdə şəhərinə altı baş iri buynuzlu heyvan aparmışdır. İki baş iri buynuzlu heyvan apararkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunmuşlar. O, Bəhməni əvvəllər tanımamışdır. Həmin şəxslə hər hansı bir münasibəti olmamışdır. Sadəcə Bəhmən onun avtomobili ilə bir neçə dəfə Bərdə şəhərinə iri buynuzlu heyvanlar aparmışdır. Bundan başqa onun həmin şəxslə hər hansı bir əlaqəsi olmamışdır. O, Bəhməni ilkin olaraq daşınası yükü var deyib tanış edən şəxsi tanımır. Onun fikirincə həmin şəxs çöl yolunda dayanan taksi sürücülərindən biri olmuşdur. Bəhmən adlı şəxsin onun avtomobili ilə Bərdə şəhərinə apardığı iribuynuzlu heyvanları hansı yolla ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. O, Bəhməndən inəkləri kimdən aldığını soruşduğunda həmin şəxs fermadan aldığını bildirmişdir. Onun Bəhmən adlı şəxsin aldığı heyvanları eyni yerdən, yəni mal bazarından avtomobilə yükləməsi ilə bağlı hər hansı bir şübhəsi olmamışdır. O, heyvanların oğurluq olmasını bilsəydi həmin şəxsin heyvanları onun avtomobilinə mindirməsinə imkan verməzdi. Bəhmən inəkləri avtomobilə mindirərkən yaxınlıqda və ətrafda heç kim olmamışdır. Bəhmənə əvvəlcədən kimlərinsə köməyi olmuşsa bundan onun heç bir məlumatı və ya xəbəri olmamışdır. Həmçinin onun Bəhmənin inəkləri əvvəlcədən oğurlamasından məlumatı olmamışdır. Polis əməkdaşları bunu aşkar etdikdən sonra öyrənmişdir ki, Bəhmən onun maşını ilə apardığı inəklər Şəki sakinlərinə məxsus olmuş və inəkləri oğurlamışdır. Bəhmənin onun avtomobili ilə Bərdə şəhərinə apardığı inəkləri Bərdə şəhərində qazel markalı avtomobilinə mindirən həmin şəxsin adı Hamlet olmuşdur. Lakin, o, Hamleti əvvəllər tanımamışdır. O, Hamleti yalnız həmin inəkləri özünün sürdüyü həmin qazel markalı yük maşınına mindirən zaman görmüşdür. Həmçinin göstərmişdir ki, Bəhmənin inəkləri Hamletə hansı qiymətə satmasını satmasını bilməmiş, inəklər digər avtomaşına mindirildikdən sonra zəhmət haqqını alıb dərhal Şəkiyə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir özünə məxsus "Qazel" markalı, **-BK-*** dövlət nömrə nişanlı yük maşını ilə müxtəlif şəxslərin yüklərini daşımaqla qazanc əldə edir. 2021-ci ilin oktyabr ayında Şəki şəhəri ərazsində yerləşən 11 saylı orta məktəbin yaxınlığında yolun kənarında dayanan zaman bir nəfər tanımadığı şəxs taksi ilə gəlib onun yanında dayanmış və iki baş heyvan aldığını, həmin yeyvanları Bərdə şəhərinə aparmaq istədiyini bildirib, Bərdə şəhərinə neçəyə gedəcəyini soruşduğunda 100 manata gedəcəyini bildirmişdir. Lakin, adının sonradan Bəhmən olduğunu bildiyi həmin şəxs “hamı 80 manata aparır, sən nəyə görə baha deyirsən” demiş və aralarında olan söhbətə əsasən Bərdə şəhərinə getməyə 90 manata razılaşmışlar. Bəhməndən inəkləri haradan aldığını soruşduğunda Bəhmən inəkləri fermadan aldığını bildirmişdir. Bundan sonra çöl yolundan, yəni Şəki şəhəri, S.Rəhman küçəsindən çaylağa tərəf sürməyini xahiş etmiş, o, bir qədər çaylağa tərəf gedəndə görmüşdür ki, iki baş inək iplə metal boruya bağlanmışdır. Bəhmən maşından düşüb inəyi borudan açıb onun yük maşınının yük yerinə mindirmiş, sonra Bərdə rayonu istiqamətində hərkətə başlamışlar. Onlar Bərdə rayonuna çatdıqda Bəhmən Kətəlparaq kəndi istiqamətində sürməyini xahiş etmiş, o, həmin istiqamətdə sürmüş, Kətəlparaq kəndinin ərazisində bir qədər getdikən sonra yol kənarından 30-40 metr içəridə dayanan dövlət nömrə nişanını xatırlamadığı, qazel markalı yük maşınının yanına sürmüşdür. Bəhmən maşından düşüb sürücü ilə nəsə danışmış, sonra onun maşınının yük yerindəki iki baş inəyi həmin Qazelin yük yerinə mindirmişlər. Ondan sonra o, 90 manat pulunu Bəhməndən alıb Şəki şəhərinə qayıtmışdır. Daha sonra Bəhmən ona bir neçə dəfə zəng etsə də, maşını işləmədiyinə görə Bəhmənlə görüşə bilməmişdir. Həmçinin, Şahid1 ifadəsində bildirmişdir ki, Bəhmənin onun yük maşını ilə Bərdə şəhərinə apardığı inəkləri oğurlaması barədə heç bir məlumatı olmamışdır. Polis şöbəsində öyrənmişdir ki, Bəhmən onun maşınıyla Bərdə şəhərinə apardığı inəkləri oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun daimi iş yeri olmadığı üçün zibillikdən kapron butulka, polietilen torbalar yığıb aparıb satıb bu yolla pul qazanıb ailəsini dolandırır. Həmçinin, çöldən taxta və odun parçaları yığıb evə gətirir ki, peçdə yandırıb istifadə etsin. 05.11.2021-ci il tarixdə gündüz saatlarında o, həmişə olduğu kimi polietilen kisə, kapron butulka və taxta parçaları yığmaq üçün Şəki şəhərinin Çöl yol deyilən yolu ilə bir qədər qalxıb oradan Kiş çayının sol sahilinə, çaylaq əraziyə getmişdir ki, oraya atılmış zibilliklərdən kapron və sellofan torba, həmçinin taxta parçası yığsın. O, kapron və polietilen torba yığan zaman bir nəfər kişinin yaxınlıqda otlayan 2 (iki) baş inəyi tutub əlindəki kəndirlə malların başını bağlayıb yaxınlıqdakı nar ağaclarından birinə bağladığını görmüşdür. Həmin şəxs malları tutub ağaca bağlayan zaman tez-tez ətrafa baxmışdır. O, malları nar ağacına bağlayandan sonra mobil telefonu ilə danışa-danışa harasa getmişdir. Bir qədər sonra o, topladığı kapron qabları və polietilen torbaları götürüb yaxınlıqda yerləşən evinə getmişdir. O, həmin iki baş inəyi nar ağacına bağlayan şəxsi əvvəllər Şəki rayonu ərazisində görməmişdir. Nar ağacına bağlamış iki baş heyvanın isə əvvəllər də orada otladığını görmüşdür və həmin malların yaxınlıqda yaşayan sakinlərin heyvanları olduğunu düşünmüşdür. Buna görə o, həmin şəxsin nar ağacına bağladığı iki baş inəyi oğurlaya biləcəyindən şübhələnmişdir. Evə gəldikdən sonra evinin pəncərəsindən həmin iki baş inəyin bağlanıldığı yerə baxmaq istəsə də, evindən həmin yerə qədər məsafə uzaq olduğundan və həmin heyvanların olduqları yer onun evindən görünmədiyindən o, heyvanları görə bilməmişdir. Lakin, həmin heyvanların bağlanıldığı yerə gedən yol ilə markasını və dövlət nömrə nişanını görə bilmədiyi, göy rəngli yük maşının getdiyini görmüşdür. O, həmin istiqamətdə bir qədər də baxdıqdan sonra həmin göy rəngli yük maşınının iki baş inəyin olduğu yer tərəfdən geri qayıtdığını görmüşdür. Həmçinin, bir neçə gün əvvəl həmin ərazidə yaşayan sakinlərdən tanımadığı birinin də heyvanlarının yoxa çıxdığını eşitmişdir. Belə ki, həmin gündən təxminən 2 gün qabaq tanımadığı polis əməkdaşı həmin ərazidə tanımadığı vətəndaşla söhbət edən zaman vətəndaş polis əməkdaşına inək malının çaylaq sahəsində itdiyini demişdir. Buna görə o, iki baş inəyi nar ağacına bağlayan tanımadığı kişinin həmin inəkləri oğurlaya biləcəyindən şübhələnərək bu haqda əvvəllər tanıdığı polis əməkdaşı Qaraya zəng edib məlumat vermişdir. Bundan başqa bildirmişdir ki, hadisə zamanı həmin iki baş inəyi nar ağacına bağlayan şəxs orta boylu, təxminən 45-50 yaşlarında, kök bədən quruluşlu, qarayanız bir kişi olmuşdur. O, iki baş inəyi nar ağacına bağlayan həmin şəxsi görsə tanıya bilər. Hadisə zamanı tanımadığı həmin şəxsin nar ağacına bağladığı iki baş inəyin hər ikisi qara rəngdə olmuşdur. Həmin inəklərdən birinin beli bir az ağ rəngdə, o birinin qarnının altı bir az qırmızı rəngdə olmuşdur. Həmin vaxt o, uzaqda olduğu üçün avtomaşının nömrəsini görə bilməmişdir. Avtomobil kabinası göy rəngdə, kuzası isə boz rəngdə Ford markalı avtomaşınmış. Göstərmişdir ki, o, həmin şəxs iki baş malları tutub başına kəndiri salıb nar ağacına bağlamışdır. Həmin vaxt o, həmin şəxsin yanından keçmiş və inəkləri bağlamasının şahidi olmuşdur. Həmin vaxt aralarında təxminən 5-6 metr məsafə olarmış. Həmin şəxs onu görüb malları bağlayandan sonra telefonla kiminləsə danışaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Onun vəzifəsi baş vermiş cinayətlərin açılması və cinayətkarlıqla mübarizə aparmaqdır. 05 noyabr 2021-ci il tarixdə saat təxminən 14:30 radələrində Şəki ŞRPŞ-nin əməliyyat işi üzrə rəis müavini Rasim Namazov öz işlətdiyi mobil nömrəsindən onun işlətdiyi mobil nömrəyə zəng vurub demişdir ki, Ford markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil iribuynuzlu heyvanların oğurlanaraq aparılmasında şübhəlidir. X17 Xidmətinin postu, yəni dördyol adlanan istiqamətdə hərəkətdədir və həmin avtomobili saxlatmaq lazımdır. O da bundan sonra baş əməliyyat müvəkkili Elmir Əliyevə zəng etmişdir ki, yanına əməliyyatçılardan birini götürüb “Dörd yol” tərəfə gəlsin, həmçinin özü də həmin istiqamətə getmişdir. O, saat 14:45 radələrində idarə etdiyi avtomobillə Yol Patrul Xidmətinin postuna çatmışdır. Posta çatanda görmüşdür ki, Nəqliyyatda Baş Polis İdarəsinin Şəki Aeroportunun əməkdaşlarından Pərvin adlı polis serjantı həmin Ford markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmışdır. O, avtomobilin yanına çatan kimi avtomobilin sürücüsünün yanında, sağda oturmuş bir nəfər, təxminən 50 yaşlarında, keçəl, hündürboy, əynində qara gödəkçə və qara rəngli krasovka olan bir nəfər şəxs avtomobildən düşüb üzü dəmiryolu stansiyası tərəfə qaçmağa başlamışdır. O, həmin şəxsin oğurluqda şübhəli olduğunu hesab etdiyi üçün şəxsi avtomobiliylə həmin şəxsin arxasınca getməyə başlamış, yer palçıq olduğu üçün maşını saxlamış və avtomobildən düşüb piyada həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Həmin vaxt həmin şəxs yer palçıq olduğundan sürüşərək yerə yıxılmış, o da tez arxadan həmin şəxsə çatıb qolundan tutub ayağa qaldırmışdır. Yaxında olan avtomobilinin yanına gətirib həmin şəxsi maşına mindirmişdir. Bir azdan CAB-ın baş əməliyyat müvəkkili Elmir Əliyev, əməliyyat müvəkkilləri Coşqun İsrafilov və Toğrul Mustafazadə və sahənin polis nəfəri Qüdrət Əlipaşayev də gəlib onlara çatmışlar. Onların köməkliyi ilə həmin şəxsi avtomobilə mindirmiş, sonra Ford markalı avtomobilin yanına gətirib Fordun yük yerinə baxmışdır. Orada 2 baş, iribuynuzlu heyvanların olduğunu görmüşlər. Həmin şəxsin kim olmasını və haradan gəlib hara getdiyini soruşmuşdur. O, Ağdam rayonu Quzanlı qəsəbəsindən, adının isə Bəhmən olduğunu demişdir. Bəhməndən maşınının yük yerində olan 2 baş inəyi kimdən və haradan aldığını soruşmuş, Bəhmən isə özünü şübhəli aparıb ona dəqiq bir söz deyə bilməmişdir. O, Bəhməndən nə səbəbə maşından düşüb qaçmasını soruşmuş, Bəhmən isə polis olduqları üçün qorxduğunu və maşından düşərək qaçdığını demişdir. Bəhmən qaçarkən yıxıldığı üçün ayağından xəsarət almış və bir qədər axsamışdır. O, bu barədə əməliyyat üzrə rəis müavininə məlumat vermişdir ki, saxladıqları şəxs Ağdam rayonu Quzanlı qəsəbə sakindir, adı Bəhməndir, maşının yük yerində 2 baş iribuynuzlu inək var, inəkləri haradan alması barədə dəqiq məlumat deyə bilmir. Rasim Namazov ona göstəriş vermişdir ki, həmin adamları avtomobil, arxa yük yerində olan 2 baş inəklə bərabər polis şöbəsinə gətirsin. O da Ford markalı maşını, sürücüsü Asimi, Bəhməni və maşının arxasında olan 2 baş iribuynuzlu inəyi polis şöbəsinə gətirmiş, bu barədə raport yazıb şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2009-cu ilin dekabr ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava NPİ-nin Şəki hava limanında xətt polis məntəqəsində polis nəfəri vəzifəsində işləyir. 05.11.2021-ci il tarixdə istirahət vaxtında şəhər ərazisində olarkən əvvəllər həyətlərində fəhlə kimi işləyən tanıdığı Xəqani adlı şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə özünün istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edərək "Çöl yolu" adlanan yerə yaxın yerdə çaylaqdan bir nəfər Şəki şəhər sakininə oxşamayan şəxsin çaylağın yaxınlığında otlaqda olan iki baş iri buynuzlu heyvanları (inəkləri) bir-bir tutaraq iplə başından ağaca bağlayaraq sonra həmin yerə göy rəngli "Ford" markalı, **- BZ-*** dövlət nömrə nişanlı avtomobili gətirərək həmin inəkləri maşının arxa yük yerinə mindirib Çöl yolu ilə "Daşqaya" istiqamətində hərəkət etməsini ona demişdir. O, həmin yerə yaxın olduğu üçün Çöl yoluna gedib həqiqətən də Xəqaninin ona dediyi göy rəngli "Ford" markalı avtomobilin "Ala qapı" istiqamətində hərkət etdiyini görmüşdür. O, həmin vaxt avtomobilin hara getməsini öyrənmək üçün avtomobilin arxası ilə özünə məxsus "Ravon Nexia R3" markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobil ilə getmişdir. Yolda olarkən Şəki Şəhər-Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi tanışı Zəfər Cəlilova zəng edib hadisə barədə məlumat vermişdir. X11 da şöbədə aidiyyəti şəxslərə hadisə barədə məlumat verəcəyini bildirmişdir. O, həmin maşının kənarlaşıb getməsinin qarşısını almaq üçün arxasınca getmiş, yan hissəsinə sürüb sürücüyə Ala qapını keçib əliylə idarə etdiyi maşını saxlamasını demişdir. Sürücü maşını kənara verib saxlamış, ondan nə səbəbə onu saxlatmağını soruşmuş, o, sürücüyə polis əməkdaşı olduğunu demiş və avtomobilin arxa yük yerində olan heyvanları haradan əldə etməsini soruşmuşdur. Bu vaxt tanıdığı Şəki ŞRPŞ-nin CAB-ın rəisi Şahid6 idarə etdiyi Niva markalı maşınla gəlib onların yanlarında dayanmışdır. Bu zaman maşının salonunda əyləşmiş təxminən 45-50 yaşlarında olan şəxs avtomobildən düşərək üzü şumluğa girərək dəmir yolu tərəfə qaçmağa başlamış, Ford markalı avtomobilin sürücüsü orada qalmış, o isə Şahid6la həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Həmin şəxsin qaçdığı istiqamət palçıqlı və şumlu olduğu üçün yerə yıxılmış, yerə yıxıldığı üçün onlar həmin şəxsə çatıb yerdən qaldırmışlar. Həmin şəxs yerə yıxıldığı üçün ayağından xəsarətlər almış və axsamışdır. Şahid6 həmin şəxslə sorğu-sual etməyə başlamış, kim olmasını, harada yaşamasını və maşından nə səbəbə düşüb qaçmasını soruşmuşdur. Həmin şəxs Ağdam rayonu, Quzanlı qəsbəsi sakini olduğunu, adının isə Bəhmən olduğunu demişdir. Bu vaxt oraya digər polis əməkdaşları Qüdrət, Elmir, Emil, Coşqun gəlmişlər. X18 maşının yanına gətirmiş, arxa yük yerini açıb inəklərə baxmışlar. Şahid6 Bəhməndən inəkləri haradan aldığını və hara aparmasını soruşmuşdur. Bəhmən dəqiq bir söz deyə bilməmiş, gah aldığı adamı tanımadığını, gah da fermadan aldığını bildirmişdir. Onun hərkətləri şübhəli olduğundan polis əməkdaşları Ford markalı maşının arxa yük yerində olan inəkləri, Fordun sürücüsü və Bəhməni polis şöbəsinə gətirmişlər. Həmçinin bildimişdir ki, o, “Ford" markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü və onun yanında olan şəxsi tanımır. Onları hadisə günü görmüşdür. O, vəsiqəni göstərib polis əməkdaşı olduğunu bildirən anda sürücünün yanında olan şəxs qaçaraq uzaqlaşmağa çalışmış, elə həmin vaxt yerə yıxılmış və yerə yıxıldığına görə qaçıb uzaqlaşa bilməmişdir. Sonra Şahid6 hadisə yerinə gəlmiş və qaçmağa çalışan şəxsi saxlayıb onunla sorğu-sual etmişdir. Şahid6 hadisə yerinə gəlməmişdən əvəl o, polis olduğunu dediyində inəkləri oğurlayan şəxs tutulacağından qorxub qaçaraq uzaqlaşmaq istəyəndə yıxılmış və qaçıb uzaqlaşa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illərdir ki, yaşadığı Ağdam rayonu, Çullu kəndində heyvandarlıqla məşğul olur. Eyni zamanda Bərdə rayonu ərazisində yerləşən mal bazarında mal-qara alıb satmaqla ailəsini dolandırır. Göstərmişdir ki, təxminən 2021-ci ilin okytabr ayınının birinci yarısında xatırlamadığı tarixdə xatırlamadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, telefonunu açıb danışdığında zəng edən şəxs onunla salamlaşmışdır. O, həmin şəxsə kiminlə danışıram deyə sual verəndə, həmin şəxs adının Bəhmən olduğunu bildirmiş, əsasən hinduşqa və çolpa alqı-satqısı ilə məşğul olduğunu demişdir. Sonra danışığına davam edərək bildirmişdir ki, onun telefon nömrəsini Bərdə rayonundakı Mal bazarında rastlaşdığı bir şəxsdən öyrənmişdir. O, buyurun nə olmuşdu deyə soruşduqda, Bəhmən adlı şəxs iki baş inəyi olduğunu və inəkləri satmaq istədiyini bildirmişdir. Bəhmənə inəklər haradadır, harada baxa bilərəm? dediyində, Bəhmən yoldayam, Bərdə rayonuna gətirirəm demişdir. Bəhmənə demişdir ki, Bərdə rayonundayam, gəl görüşək. Telefon danışığı zamanı gəldikləri razılığa əsasən Bəhmən dövlət nömrə nişanını xatırlamadığı, Qazel markalı avtomobil ilə Bərdə rayonu, Kətəlparaq kəndinə gəlmiş, Qazelin yük yerini açıb baxdıqlarında iki baş inək olduğunu görmüşdür. Bəhməndən inəklərin kimin olmasını soruşduğunda Bəhmən inəklərin özünə məxsus olduğunu, saxlaya bilmədiyinə görə satdığını bildirmişdir. Bəhmən ilə gəldikləri razılığa əsasən o, həmin 2 (iki) baş inəyi bazar qiymətindən təxminən 100-150 manat ucuz olmaqla, xatırlamadığı məbləğdə pula almışdır. O, pulu verib inəkləri özünə məxsus Qazel markalı, **-BS-*** dövlət nömrənişanlı avtomobilinin yük yerinə qoyub yaşadığı evə getmişdir. Bundan bir neçə gün sonra Bərdənin mal bazarında həmin inəklərin hər birini aldığı qiymətdən təxminən 100-150 manat baha qiymətə tanımadığı şəxsə satmışdır. Bundan təxminən bir həftə sonra Bəhmən adlı şəxs ona yenə zəng etmiş və fermasında olan mal-qaranı saxlaya bilmədiyi üçün 1 (bir) baş inəyini satmaq istədiyini bildirmişdir. Telefon danışığı zamanı gəldikləri razılığa əsasən Bəhmən dövlət nömrə nişanını xatırlamadığı, Ford markalı avtomobil ilə Bərdə rayonu, Əlyanlı kəndi ərazisinə gəlmiş, Fordun yük yerini açıb baxdıqlarında bir baş inək olduğunu görmüşdür. O, Bəhməndən inəyi haradan və kimdən almasını soruşduğunda Bəhmən inəyin özünün olduğunu, saxlaya bilmədiyinə görə satdığını bildirmişdir. Bəhmən ilə gəldikləri razılığa əsasən o, həmin 1 (bir) baş inəyi bazar qiymətindən təxminən 100-150 manat ucuz olmaqla, xatırlamadığı məbləğdə pula almışdır. O, pulu verib inəkləri özünə məxsus Qazel markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilinin yük yerinə qoyub yaşadığı evə getmişdir. Bundan bir neçə gün sonra Bərdənin mal bazarında həmin inəkləri aldığı qiymətdən təxminən 100-150 manat baha qiymətə tanımadığı şəxsə satmışdır. Bundan bir qədər sonra Bəhmən adlı şəxs ona yenə zəng etmiş və fermasında olan mal-qaranı saxlaya bilmədiyi üçün 1 (bir) baş inəyini satmaq istədiyini bildirmiş, telefon danışığı zamanı gəldikləri razılığa əsasən Bəhmən dövlət nömrə nişanını xatırlamadığı, Ford markalı avtomobil ilə Bərdə rayonu, Əlyanlı kəndi ərazisinə gəlmiş, Fordun yük yerini açıb baxdıqlarında bir baş inək olduğunu görmüşdür. Bəhməndən inəyin kimin olmasını soruşduğunda həmin şəxs inəyin özünün olduğunu, saxlaya bilmədiyinə görə satdığını bildirmişdir. Bəhmən ilə gəldikləri razılığa əsasən o, həmin 1 (bir) baş inəyi bazar qiymətindən təxminən 100-150 manat ucuz olmaqla, xatırlamadığı məbləğdə pula almışdır. O, pulu verib inəkləri özünə məxsus Qazel markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilinin yük yerinə qoyub yaşadığı evə getmişdir. Bundan bir neçə gün sonra Bərdənin mal bazarında həmin inəyi aldığı qiymətdən təxminən 100-150 manat baha qiymətə tanımadığı şəxsə satmışdır. Bundan bir qədər sonra Bəhmən adlı şəxs ona yenə zəng etmiş və fermasında olan mal-qaranı saxlaya bilmədiyi üçün 4 (dörd) baş inəyini satmaq istədiyini bildirmiş, telefon danışığı zamanı gəldikləri razılığa əsasən Bəhmən dövlət nömrə nişanını xatırlamadığı, Ford markalı avtomobil ilə Bərdə rayonundakı Mal bazarına gəlmiş, Fordun yük yerini açıb baxdıqlarında dörd baş inək olduğunu görmüş, Bəhməndən inəkləri haradan və kimdən almasını soruşduğunda həmin şəxs inəklərin özünün olduğunu, saxlaya bilmədiyinə görə satdığını bildirmişdir. Bəhmən ilə gəldikləri razılığa əsasən o, həmin 4 (dörd) baş inəyin hər birini bazar qiymətindən təxminən 100-150 manat ucuz olmaqla, xatırlamadığı məbləğdə pula almışdır. O, pulu verib inəkləri özünə məxsus Qazel markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilinin yük yerinə qoymuşdur. Həmin gün Bəhmən getdikdən sonra Bərdənin mal bazarında həmin inəklərin hər birini aldığı qiymətdən təxminən 100- 150 manat baha qiymətə tanımadığı şəxsə satmışdır. Həmçinin, Şahid3 ifadəsində bildirmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs yanında tanımadığı sürücüdən başqa heç kim olmamışdır. Onun da yanında heç kim olmamışdır. O, Bəhmənlə 2021-ci ilin oktyabr ayında Bəhmən ona zəng etdikdən sonra Bəhməndən heyvan alan zaman tanış olmuşdur. Bəhməni əvvələr tanımamış, onunla heç bir münasibəti olmamışdır. Sadəcə Bəhmən ona inək satmışdır. Bəhmən özü onun mobil nömrəsini kimdənsə öyrənib, mobil nömrəsinə zəng edib inək satmasını bildirmişdir. O da mal-qara alıb satdığına görə ayrı-ayrı vaxtlarda Bəhmənlə görüşüb ondan ümumilikdə 8 (səkkiz) baş inək almışdır. O, tez-tez heyvan alıbsatdığına görə Təqsirləndirilən şəxs aldığı inəkləri təsvir edə və hansını hansı qiymətə aldığını bildirə bilmir. Onun Bəhmənin satdığı inəkləri hardan əldə etməsi, kimdən alması və yaxud da özgəyə məxsus inəklər olmasından heç bir məlumatı olmamışdır. Bəhməndən inəklərin kimin olmasını soruşduğunda Bəhmən inəklərin özünə məxsus olduğunu, saxlaya bilmədiyinə görə satdığını bildirmişdir. Bəhmənin ona satdığı səkkiz baş inəyin oğurluq olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında göstərmişdir ki, qeyd edilən cinayət işi onun icraatında olmuş və onun tərəfindən araşdırılmaqla hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Ona ünvanlanan suallara cavabında bildirmişdir ki, ümumiyyətlə zərərçəkmişlərə cəmi 15200 (on beş min iki yüz) manat maddi ziyan dəyməsi müəyyən olunmuş və həmin ziyandan 5500 (beş min beş yüz) manatı zərərçəkmişlərə ödənilmişdir. Təqsirləndirilən şəxs və ya onun yaxınları tərəfindən ona nəqd şəkildə hər hansı ziyanlıq məbləği verilməmişdir. Belə ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şəki ŞRPŞ-nin dəftərxanasına onlara vurulmiş ziyanın ödənilməsi barədə ərizə vermiş və həmin ərizələr onun tərəfindən işə əlavə edilmişdir. Həmçinin oğurlanan zaman aşkar edilərək götürülmüş 2 baş inək də Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Zərərçəkmiş şəxs2 inəyi 1500 manat, Zərərçəkmiş şəxs1 inəyi 1300 manat, Zərərçəkmiş şəxs4 2 baş inəyi isə cəmi 2700 manat qiymətləndirilmişdir. Buna görə də ödənilmiş ziyanlıq (1500+1300+2700 = 5500) 5500 manat məbləğində göstərilmişdir. İşdə olan 05 noyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış protokolundan görünür ki, Ford markalı, **-BZ-*** dövlət nömrə nişanlı yük maşınına baxış zamanı həmin maşının yük yerində 2 (iki) baş inək aşkar olunmuşdur. İşdə olan “şübhəli şəxsin tutulması haqqında protokol və qərardan qərarından görünür ki, Təqsirləndirilən şəxs 05.11.2021-ci il tarixdə Saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Şəki rayon məhkəməsinin 07.11.2021-ci il tarixli, 4(075)-94/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05.11.2021-ci il tarixdən hesablanmaqla 3 ay -yəni 05.02.2022-ci il tarixinədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan 06 noyabr 2021-ci il tarixli, şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, X2 tanınma üçün 4 nəfər ona bənzər şəxslə birlikdə Şahid4 təqdim edilmiş və Şahid4 ona təqdim edilmiş şəxslər arasında Təqsirləndirilən şəxs tanıyaraq göstərib 05 noyabr 2021-ci il tarixdə Şəki şəhəri, S.Mümtaz küçəsinin yaxınlığındakı çaylaq ərazidə iki baş inəyi nar ağacına bağlayan şəxsin məhz həmin şəxs olduğunu bildirmişdir. İşdə olan 06 noyabr 2021-ci il tarixli, 189-31342-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs6 məxsus 1 baş inəyin Ağdam rayonu Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. İşdə olan 06 noyabr 2021-ci il tarixli 189-31340-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X1 məxsus 1 baş inəyin Ağdam rayonu Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. İşdə olan 06 noyabr 2021-ci il tarixli, 189-31551-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs3 məxsus 2 baş inəyin Ağdam rayonu Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. İşdə olan Şəki ŞRPŞ-yə verilmiş əməliyyat tapşırığının 06 noyabr 2021-ci il tarixli, 189-31552-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs7 məxsus 2 baş inəyin Ağdam rayonu Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. İşdə olan Şəki ŞRPŞ-yə verilmiş əməliyyat tapşırığının 22 yanvar 2022-ci il tarixli, 189-1803-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus 1 baş inəyi, Zərərçəkmiş şəxs2 məxsus 1 baş inəyi, Zərərçəkmiş şəxs5 məxsus 1 baş inəyin, Kərimli Ruhid Çingiz oğluna məxsus 1 baş inəyin, Zərərçəkmiş şəxs4 məxsus 2 baş inəyin, Zərərçəkmiş şəxs7 məxsus 2 baş inəyin və X3 məxsus 2 baş inəyi oğurlamış şəxsin Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması, Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə Şahid1, Şahid5 və Şahid3, yaxud başqa şəxslərlə əlbir olmaması, sonuncuların Təqsirləndirilən şəxs törətdiyi oğurluqdan məlumatlarının olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cari dövrdə digər cinayətlər törətməsi halı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və M.Zərərçəkmiş şəxs3 aralarında münaqişə, ədavət, borc və ya başqa əmlak məsələlərinin olmaması müəyyən edilmişdir. İşdə olan Şəki-Bazar ASC-nin 06.11.2021-ci il tarixli, 40 nömrəli məktubundan görünür ki, 1 baş 3 yaşlı, təxmini çəkisi 160 kq olan, boğaz olan, dişi malın (inəyin) 2021-ci ilin oktyabr ayının ikinci on günlüyünə olan orta satış bazar qiyməti 1050 (bir min əlli) manat təşkil edir. İşdə olan Şəki-Bazar ASC-nin 06.11.2021-ci il tarixli, 41 nömrəli məktubundan görünür ki, 1 baş 4 yaşlı, təxmini çəkisi 140-150 kq olan, 5 aylıq boğaz olan, dişi malın (inəyin) 2021-ci ilin oktyabr ayının sonlarına olan orta satış bazar qiyməti 950 (doqquz yüz əlli) manat təşkil edir. İşdə olan Şəki-Bazar ASC-nin 06.11.2021-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, 1 baş 5 yaşlı, təxmini çəkisi 350 kq olan dişi malın 2021-ci ilin noyabr ayının birinci on günlüyünə olan orta satış bazar qiyməti 1500 (bir min beş yüz) manat, 1 baş 12 yaşlı, təxmini çəkisi 260 kq olan dişi malın (inəyin) 2021-ci ilin noyabr ayının birinci on günlüyünə olan orta satış bazar qiyməti 850 (səkkiz yüz əlli) manat təşkil edir. İşdə olan Şəki-Bazar ASC-nin 06.11.2021-ci il tarixli, 43 nömrəli məktubundan görünür ki, 1 baş 7 yaşlı, təxmini çəkisi 350 kq olan malın 05.11.2021-ci il tarixə orta satış bazar qiyməti 1225 (bir min iki yüz iyirmi beş) manat, 1 baş 3 yaşlı, təxmini çəkisi 300 kq olan inəyin 05.11.2021-ci il tarixə olan orta satış bazar qiyməti 1350 (bir min üç yüz əlli) manat təşkil edir. İşdə olan Şəki-Bazar ASC-nin 06.11.2021-ci il tarixli, 44 nömrəli məktubundan görünür ki, 1 baş iri buynuzlu 7 yaşlı, təxmini çəkisi 250 kq olan boğaz dişi malın 2021-ci ilin oktyabr ayına olan orta satış bazar qiyməti 1250 (bir min iki yüz əlli) manat, 1 baş iri buynuzlu 4 yaşlı, təxmini çəkisi 160 kq olan boğaz dişi malın (inəyin) 2021-ci ilin oktyabr ayında orta satış bazar qiyməti 1050 (bir min əlli) manat təşkil edir. İşdə olan Şəki-Bazar ASC-nin 25.01.2022-ci il tarixli, 05 nömrəli məktubundan görünür ki, 1 baş 7-8 yaş arası, təxmini diri çəkisi 320-340 olan boğaz inəyin 11.10.2021-ci il tarixinə olan orta satış bazar qiyməti 1300 (bir min üç yüz) manat, 1 baş 7-8 yaş arası, təxmini çəkisi 370-390 kq olan boğaz inəyin 11.10.2021-ci il tarixinə olan orta satış bazar qiyməti 1500 (bir min beş yüz) manat təşkil edir. İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə məlumat aşağıdakı kimidir:
1. 10.10.1995-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü his, 143-cü maddəsinin 4-cü hissəsi, 38-ci maddələrinə əsasən Ağdam rayon Xalq Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
2. 11.01.1999-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 15, 93-3-cü maddəsinin 2-ci hissəsi, 38, 39-cu maddələrinə əsasən Bərdə rayon Xalq Məhkəməsinin hökmü ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
3. 19.10.2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən Ağdam rayon Məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir;
4. 17.05.2007-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Tərtər rayon Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
5. 23.10.2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 67.1-ci maddələrinə əsasən Şamaxı rayon Məhkəməsinin hökmü ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
6. 20.07.2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4 və 66.5ci maddələrinə əsasən Balakən rayon Məhkəməsinin hökmü ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir;
7. 01.12.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02.04.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.1-ci maddəsinə tövsif edilərək cəzası 05 ilə endirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İşdə olan Ağdam RMX-nin 07.12.2021-ci il tarixli, 542 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon “Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkologiya kabinetində qeydiyyatda yoxdur. İşdə olan X19 Xəstəlikləri Dispanserinin 09.12.2021-ci il tarixli, 3002 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X19 Xəstəlikləri Dispanserində dispanser müşahidəsində deyil. İşdə olan Ağdam rayon İHB-nin Quzanlı qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Ağdam rayonu Quzanlı qəsəbəsində pasport qeydiyyatında olmaqla, yaşayır və yaşayış yeri üzrə müsbət xarkterizə olunur. İşdə olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 02.04.2018-ci il tarixli, 7(007)- 570/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.1-ci maddəsinə tövsif edilərək cəzası 05 ilə endirilmişdir. İşdə olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 ay 11 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 177.2.2-ci maddəsi ilə oğurluq cinayəti törətməsi düzgün tövsif edilib. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələrində nəzərdə tutulan əməlinə görə hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətmiş şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmasını, əməlində cinayətlərin residivinin olmasını, cəzanı yüngülləşdirən halları, habelə ona təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə edilməsini, habelə CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən eyni xarakterli cinayət əməli törətməyə görə əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmişdir ki, bu da onun hazırkı əməlinə münasibətdə cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən məhkəmə residivə görə cəza təyin edərkən əvvəllər törədilmiş cinayətlərin sayını, xarakterini, ağırlığını və nəticələrini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan halları, habelə yeni cinayətin xarakterini, ağırlığını və nəticələrini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə təyin edilmiş cəza həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsinin sanksiyasında daha ciddi cəzanın yuxarı həddi kimi 5 (beş) il müddətinədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəza onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin yarısından, yəni 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından az ola bilməz. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü madəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmalıdır. İş üzrə 15200 (on beş min iki yüz) manat maddi ziyandan 5500 (beş min beş yüz) manatının ödənilməsi, 9700 (doqquz min yeddi yüz) manatının isə ödənilməməsi, maddi sübut olan 2 baş iri buynuzlu heyvanların (inəklərin) sahibi Zərərçəkmiş şəxs4 qaytarılması və iş üzrə mülki iddianın, ekspertiza xərcinin və hər hansı əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 05 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 15200 (on beş min iki yüz) manat maddi ziyandan 5500 (beş min beş yüz) manatının ödənilməsi, 9700 (doqquz min yeddi yüz) manatının isə ödənilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 2 baş iri buynuzlu heyvanların (inəklərin) sahibi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və hər hansı əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Cahid İmanov.