Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-31/2023 16.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Mingəçevir Şəhər Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1, 66.2, 66.5, 69.3-cü maddələri ilə qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkməsinin xx.xx.2021-cı il tarixli qərarına əsasən 10 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Şəki şəhəri, M.ünvan 1 ünvanda yaşamış, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, tanışı Şahid3 ilə birgə özlərinə narkotik vasitə olan heroin alıb istifadə etmələri məqsədi ilə razılığa gəldikdən sonra birlikdə istintaqla müəyyən olunmamış taksi ilə 23 avqust 2022-ci il tarixdə Şəki şəhərindən Yevlax şəhərinə getmiş, Şahid3 narkotik vasitə alması üçün ona verdiyi 100 manat pulun 19 manatını yol haqqı olaraq taksi sürücüsünə vermiş, qalan 81 manat pul müqabilində isə Yevlax şəhərində qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan Şahid3 ilə birgə istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroinin bir hissəsini Yevlax şəhərində Şahid3 ilə birgə istifadə etmiş, qalan bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,855 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini sonuncuya vermiş və birgə Şəki şəhərinə qayıtmış, 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Şahid3 həmin gün Şəki şəhəri, Sabit Rəhman küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 09:10 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı həmin bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,855 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə, 48,990 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib daşıyaraq üzərində saxlamış, 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki şəhəri, Sabit Rəhman küçəsində həmin gün, saat 16:55 radələrində saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən həmin şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə, 48,990 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotık vasitəni Bakı şəhərində Xətai rayonu ərazisində parkda tapmışdır. Parkda gəzən zaman əyləşdiyi skameykanın dəmiri arasında 01 ədəs sollafan bükülü olmasını görmüş, həmin bükülünü açıb içinə baxdıqda bükülünün içərəsindən narkotik vasitə olan tiryək olmasını anlamışdır. Həmin tapdığı narkotik vasitəni cibinə qoyub az miqdarda istifadə etmiş, sonra yaşadığı Şəki şəhərinə qayıtmışdır. Bakı şəhərindən tapıdığı narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdən çıxıb şəhərin mərkəzinə doğru hərkət etmək istəyən zaman polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar. Şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. O, digər əşyalarla birlikdə üzərində olan 01 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan tiryəki çıxarıb masanın üzərinə qoymuşdur. Bükülüdə olan kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən parkdan tapdığını bildirmişdir. Aşkar olunan narkotik vasitə ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmış, onlar hər biri zərfin üzərini imza etdikdən sonra zərfin ağzı möhürlənərək götürülmüşdür. O, bundan başqa tanışı Şahid3 ilə birlikdə 2022-ci ilin avqust ayının sonlarında Yevlax şəhərinə gedib orada özü istifadə etmək üçün narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni Şahid3 özü üçün almış və pulunu da Şahid3 vermişdir. Zahidlə birlikdə Yevlax şəhərində aldıqları narkotik vasitədən az miqdarda orada yerləşən H.Əliyev adına parkda istifadə etmiş, gecəni parkda keçirib səhəri gün yol maşınları ilə Şəki şəhərinə qayıtmış və səhər saatlarında Şəki şəhərinə çatmışlar, Şahid3 avtomaşından düşüb gedərkən aldıqları narkotik vasitəni Şahid3 vermiş, ondan uzaqlaşıb getmiş, sonra nə baş verməsindən məlumatı olmamışdır. O, etdiyi hərəkətdən peşman olmasını, himayəsində İ azyaşlı uşağın olmasını, ailənin tək qazanc gətirəni olmasını bildirmiş, islah yolunda oduğunu nəzərə alaraq özünü doğrultmaq üçün şans verilməsini, ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadılıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin və "Gülab" restoranın yaxınlığında yerləşən çayxanaya çay içməyə getmiş, həmin vaxt orada Şəki şəhər sakini Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs ağrılarına görə narkotik vasitə lazım olduğunu bildirmiş və Anardan tapa biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs Yevlax rayonunda tanışı olduğunu, pul olarsa onun üçün narkotik vasitə ala bilcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə görüşüb Şəki şəhəri "Bazar Store"nin qarşısında yerləşən bankomata yaxınlaşıb orada olan Beynəlxalq Bankın bankomatından "Tam kart" kartından 100 manat pul çıxarmışdır. Axşam təxminən saat 22 radələrində Anar ilə birlikdə tanımadığı taksi sürücüsü ilə Yevlax şəhərinə getmiş, Yevlax şəhərində polis şöbəsinin inzibati binası yaxınlığında düşüb piyada Heydər Əliyev adına parka getmişlər, Təqsirləndirilən şəxs kiminləsə əlaqə saxlamış və onlar həmin şəxsi gözləməli olmuşlar. Anarın əlaqə saxladığı şəxs gəlmədiyi üçün Anar başqa şəxslə danışmış və onlar həmin şəxslə görüşməli olmuşlar. xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində onlar narkotik alacaqları şəxslə görüşmüşlər. Anar ilə Yevlax şəhərinə gedərkən ona 100 manat pul vermiş, həmin puldan 40-45 manat taksi vermiş, qalan pulu isə Təqsirləndirilən şəxs narkotik vasitə aldıqları şəxsə vermiş və 01 ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin almışdır. Səhər yol maşınları ilə Şəki şəhərinə gəlmiş, Şəki şəhərində yaşadığı binanın yaxınlığında avtomaşından düşüb gedəndə Təqsirləndirilən şəxs onun üçün aldığı az miqdarda istifadə etdikləri narkotik vasitə olan 01 ədəd bükülünü ona vermişdir. O, avtomaşından düşüb evə gedən zaman polis əməkdaşları onu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə “Anar” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitlərin qəbulu, saxlanılması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, "Anar" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması üçün Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Şəki şəhər sakini Anar adlı şəxsin ətrafında keçirilmiş əməliyyat tədbiri zamanı onun ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Şəki şəhəri, S.Rəhman küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə onların hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı ilə razılaşıb üzərində olan 01 ədəd Prima markalı siqaret qutusunu və 01 ədəd alışqanı, 3 manat pulu, 01 ədəd cib dəsmalını, 01 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan tiryəki çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hanıs bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları bir-bir təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu şəffaf sellofan bükülünü götürüb bükülüdə olan kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən parkdan tapdığını bildirmişdir. Ağ rəngli sellofan bükülüdə olan narkotik vasitə, yəni qəhvəyi rəngli kütlənin narkotik vasitə olub-olmaması, çəkisinin və mənşəyinin müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün 01 ədəd ağ rəngli zərfə qoyaraq qablaşdırmış, onların hər biri zərfin üzərini imza etdikdən sonra zərfin ağzı möhürlənərək götürülmüşdür. Videoçəkiliş nümayiş etdirilməsindən və protokol tərtib edilməsindən ötrü dayandırılmış, videoçəkiliş nümayiş etdirilmiş və bütün iştirakçılar həmin videoçəkilişə baxmış, heç bir vəsatət və etirazlarının olmadığını bildirmişlər. Təhqiqatçı bu barədə protokol yazaraq ucadan oxunmuş, heç bir etiraz və vəsatət olmadığını bildirilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid3 NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şahid3 şübhəli şəxs qismində tutularaq videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təhqiqatçı Şahid3 üzərindən aşkar olunmuş narkotiki vasitəni haradan əldə etməsini soruşanda həmin şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini əldə etmək üçün xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 100 manat pul verdiyini, həmin şəxsin köməkliyi ilə Yevlax şəhərinə gedib orada tanımadıqları şəxsdən narkotik vasitəni aldıqlarını qeyd etmişdir. Şahid3 narkotik vasitəni Təqsirləndirilən şəxs ilə birlikdə əldə etdikdən sonra Yevlax şəhəri ərazisində H.Əliyev adına parkda həmin narkotik vasitədən az miqdarda götürüb istifadə etdiklərini, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şəki şəhərinə gəldiklərini və yaşadığı evin yaxınlığında avtomaşından düşərkən Təqsirləndirilən şəxs əldə etdikləri narkotik vasitəni ona verdiyini, ondan uzaqlaşıb yaşadığı evinə gedərkən polis əməkdaşları tərəfindən tutulduğunu qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 analoji ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 19 oktyabr 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, iş.v 26-28) Şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə 19 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər- Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməsi məqsədi ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs оğluna masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif edildikdə, sonuncu masanın üzərinə qoyduğu bükülüdə narkotik vasitə olan tiryək olduğunu, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə zərfə qоyulаrаq bаğlаnıb möhürlənərək götürülmüşdür. (İ cild, iş.v 48-56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 20 oktyabr 2022-ci il tarixli 17/796 №-li rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -48,990 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdi. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Rəyin qeyd hissəsində göstərilmişdir ki, -Tiryəkin təmiz çəkisi-48,990 qr., tədqiqata sərf edildi-0,100 qr., qalıq-48,890 qr. Aparılmış tədqiqatın dəyəri 69,10 manat təskil edir. (İ cild, iş.v 61-63) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Şahid3 оğlunun üzərində şəxsi axtarış aparılmış, digər əşyalarla yanaşı Şahid3 оğlunun əynindəki qara rəngli şаlvаrın sağ yаn cibindən bir ədəd şəffaf rəngli bükülü аşkаr оlunmuşdur. Şahid3 оğluna masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif edildikdə, sonuncu masanın üzərinə qoyduğu bükülüdə narkotik vasitə olan kokos olduğunu, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə zərfə qоyulаrаq bаğlаnıb möhürlənərək götürülmüşdür. (İ cild, iş.v 61-63) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 24 avqust 2022-ci il tаrixli, 17/680 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, təqdiqаtа təqdim edilmiş, üzərində “Şübhəli şəxs Şahid3 üzərindən aşkar edilmiş...” sözləri, adları və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,855 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir. (İ siyahı) Ümumi təmiz çəkisi 0,855 qram heroindən tədqiqаtа 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,805 qram təşkil edir. (İ cild, iş.v 110-112) 21 oktyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İ cild, iş.v 151-153) 21 oktyabr 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İ cild, iş.v 154-156) Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 4(075)-105/2022 saylı qərarının surətindən görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs оğlunun barəsində əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild, iş.v 159-161) Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 517 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu xx.xx.2021-ci il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, asılılıq sindromu” diaqnozu ilə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durur. (İ cild, iş.v 165) DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 69.3-ci maddəsi ilə 02 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırma cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 21 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Mingəçevir Şəhər Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1, 66.2, 66.5, 69.3-cü maddələri ilə qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qərarına əsasən 10 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmişdir. (İ cild, iş.v 166) Şəki şəhəri İHB-nın “Calğalı-bulaq” məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 132 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs 2017-ci il təvəlldülü X6 adlı 1 azyaşlı övladı var. (İ cild, iş.v 172-173) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reablitasiya Xidmətinin Şəki 17 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0001 nömrəli, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. (İ cild, iş.v 174) Məhkəmə narkoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 1837 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş.v 203) Məhkəmə-psixiatrik ekspertizаnın 04 noyabr 2022-ci il tаrixli 677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu hаzırki cinаyət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hаnsı bir xrоniki psixi xəstəlik, psixi fəаliyyətin müvəqqəti pоzulmаsı, kəmаğıllıq və sair psixi xəstəliyi keçirməmişdir. О, hаl-hаzırdа dа heç bir xrоniki psixi xəstəlik, psixi fəаliyyətin müvəqqəti pоzulmаsı və kəmаğıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hаzırki cinаyət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik edə bilmək iqtidarında оlmuşdur, yəni аnlаqlı оlmuşdur. Təqsirləndirilən şəxs əməli Аzərbаycаn Respublikаsı CM-nin 21.1 və 22-ci mаddəsinin təsiri аltınа düşmür və оnun hаl-hаzırdа məcburi müаlicə tədbirlərinə ehtiyаcı yоxdur. Təqsirləndirilən şəxs hаl-hаzırdа dа öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik edə bilmək iqtidarındadır. (İ cild, iş.v 205) Bakı şəhəri, Xəzər Rayon Məhkməsinin 7(003)-641/2021 saylı, xx.xx.2021-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 ay 08 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (İ cild, iş.v 209-213) Mingəçevir Şəhər Məhkməsinin 1(051)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il, 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırma cəzasının həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə əvəz edilmiş, 1 il 1 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs 10 yanvar 2020-ci il tarixdən 12 yanvar 2020-ci il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (İ cild, iş.v 214-217) Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, tanışı Şahid3 ilə birgə özlərinə narkotik vasitə olan heroin alıb istifadə etmələri məqsədi ilə razılığa gəldikdən sonra birlikdə istintaqla müəyyən olunmamış taksi ilə 23 avqust 2022-ci il tarixdə Şəki şəhərindən Yevlax şəhərinə getmiş, Şahid3 narkotik vasitə alması üçün ona verdiyi 100 manat pulun 19 manatını yol haqqı olaraq taksi sürücüsünə vermiş, qalan 81 manat pul müqabilində isə Yevlax şəhərində qəsdən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan Şahid3 ilə birgə istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, həmin narkotik vasitə olan heroinin bir hissəsini Yevlax şəhərində Şahid3 ilə birgə istifadə etmiş, qalan bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,855 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini sonuncuya vermiş və birgə Şəki şəhərinə qayıtmış, 24 avqust 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində Şahid3 həmin gün Şəki şəhəri, Sabit Rəhman küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 09:10 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı həmin bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,855 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə, 48,990 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək əldə edib daşıyaraq üzərində saxlamış, 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəki şəhəri, Sabit Rəhman küçəsində həmin gün, saat 16:55 radələrində saxlanılaraq Şəki şəhəri, X8 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd qara rəngli şalvarının sağ yan cibindən həmin şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan bükümdə, 48,990 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qəsdən az ağır cinayət əməli törətdiyi üçün əməlində cinayətin residivi mövcuddur. Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olması CM-nin 61-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, İİ qrup əlil olmasını, ailənin tək qazanc gətirəni olmasını, yaşlı anasının qayğısına qalmasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olan şəxs hesab edilərək eyni zamanda məhkumluğu qanunsuz narkotik vasitə istifadə etmə ilə bağlı olmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ona əməlində olan residivə görə cəza təyin edilməklə, cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran əməlində cinayətin residivinin olmasını şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətlər yaradır və buna görə onun barəsində daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009-cu il tarixli Qərarı). CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə seçdiyi cəza növünü bu hala görə belə fərqləndirmişdir ki, məhkumluğu olan şəxin əməlində residiv yarandığı halda azadlıqdan məhrumetmə cəzasının seçilməsi qanunun tələbi kimi nəzərdə tutulmuşdur. Əvvəlki məhkumluğu residiv yaratmaqla ona verilən cəza, məhkumluğu olmayan şəxsə verilən cəzaya nisbətdə də ağırlığına görə fərqlənəcəkdir. Məhkəmə diqqəti həm də ona çəkir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarının 25-ci bəndində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərinin rəhbər tutulmasını imperativ cümlə ilə qeyd edilməklə, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməsi tövsiyyə edilmişdır. Göründüyü kimi sadalananların arasında təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal hesab edilən əvvəlki ödənilməmiş məhkumluqlarının cəza təyinidə nəzərə alınmalı olduğu göstərilmiş olsa belə, hərfi mənasından kənar izahında şəxsə təyin edilcək cəzanın yuxarı həddə təyin olunması ehtimala rast gəlinməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində məhkəməyə müalicəyə ehtiyacı olan, bu pis vərdişdən qurtarmaq istəyən, bunun üçün köməyə ehtiyacı olan şəxs təsurratı bağışlamışdır. Seçilmiş cəza növünün təsir gücünü, islah təsirini heç də daha ciddi cəza növündən əsaslı fərqlənən hesab etməyən məhkəmə düşünür ki, azadlıqdan məhrumetmə cəzasının həddini nizamlamaqla həmin cəzanın təqsirləndirilən şəxsin islah olunmasında daha təsirli rol oynayacağı mümkündür. Təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimaitəhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini, ailənin tək qazanc gətirəni olmasını nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azdlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaq şərtilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs İİ qrup əlil olması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməməli və onun Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 48,890 qram qalmış narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olma müddəti cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs İİ qrup əlil olması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməsin və onun Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər–Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 48,890 qram qalmış narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-31/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-31/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver