Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-31/2024 20.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Lalayev Rəmzi Mikayıl oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Şəki rayonu, Aran kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu, Aran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5890 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalbrli, Toz-16 modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş sürgülü ov karabini əldə edib, daşıyaraq yaşadığı Şəki rayonu, Aran kəndində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, 05 noyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün Şəki rayonu, Aran kəndində saxlanılaraq Şəki raonu, Turan qəsəbəsində yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin X4 inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutulduqdan sonra, həmin tarixdə, saat 15:25 dəqiqədən başlayaraq onun yaşadığı Şəki rayonu, Aran kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin otağına açılan qapının arxa tərəfində gizlədib saxladığı həmin 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5890 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalbrli, Toz-16 modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş sürgülü ov karabini aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəki rayonu, Aran kəndində anası ilə birlikdə yaşayır, atası təxminən 7 il qabaq vəfat etmişdir. Anasının atası Rəsul babası təxminən 1970-ci illərdə Qırğıstan Respublikasından köçüb gələn zaman özü ilə bir ədəd Toz-8 markalı silah gətirmişdir. Babası Rəsul təxminən 2-3 il əvvəl vəfat etmişdir. Ölməmişdən qabaq babası həmin silahı ona hədiyyə etmişdir. O, da həmin silahı babası Rəsuldan yadigar kimi yaşadığı evdə otağa açılan qapının arxasında saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 09:30 radələri olardı yaşadığı kənddə olduğu vaxt bir nəfər ona zəng edib polis əməkdaşı olduğunu bildirib, harada olduğunu soruşmuşdur. O, da ona yaşadığı kənddə olduğunu bildirmişdir. Bir müddətdən sonra kəndin mərkəzində olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onu X5 dəvət etdiyindən etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Sarıca PB-nə gəlmişdir. Sarıca PB-də ondan yaşadığı evdə silah-sursat saxlayıb-saxlamadığını soruşduqda, evində bir ədəd Toz-8 markalı silah saxdladığını bildirmişdir. Həmin vaxt hüquq və vəzifələrini, o cümlədən vəkil tutmaq hüququnun olmasını izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş və vəkili otağa dəvət edib ona təqdim etmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. O da etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və heç nə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı ondan, Toz-8 markalı silah saxlamağı ilə bağlı məlumat daxil olduğunu bildirdikdə, o, təqiqatçıya yaşadığı evdə mərhum babasından yadigar qalmış Toz-8 markalı silah saxladığını bildirmişdir. Sonra təhqiqatçı ondan yaşadığı evə baxış keçirmək istədiyini bildirmiş, o, etiraz etməyib yaşadığı evə baxış keçirilməsinə razılıq verməyi ilə bağlı ərizə yazmışdır. Bundan sonra təhqiqatçı vəkil Ebrus müəllim və polis əməkdaşlarının iştirakı ilə Aran kəndində yaşadığı evə gəlib, video çəkilişdən istifadə etməklə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı otağa daxil olanda qapının arxa tərəfində saxladığı Toz-8 markalı silahı təqdim etmişdir. Həmin silah torbaya qoyulub möhürləmiş, üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra evə və həyətdəki yardımçı tikililərə baxış keçirilmiş şübhəli heç nə aşkar olunmamışdır. Daha sonra təhqiqatçı baxışın keçirilməsi ilə bağlı protokol yazıb ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Həmin silahı babasından yadigar kimi saxlamış, digər hər hansı başqa məqsədi olmamışdır. O, həmin silahdan istifadə etməmişdir. Həmçinin o, həmin silahın üzərində dəyişiklik etməmiş və silahın hansısa hissəsini təmir etdirməmişdir. Həmin silahı evində saxlamağını heç kim bilməmişdir. Həmin silahı gizlədib saxlamağı ilə bağlı heç kimə deməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ailədə himayəsində xəstə anasının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, protokollar, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, “Hüseyn” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan Şəki ŞRPŞ-nin Sarıca PB-nin sıravi polis nəfərləri Aftandil İsgəndərov və Şahid2 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik etmək ona həvalə edilmişdir. Bundan sonra həmin polis nəfərləri ilə 05 noyabr 2023-cü il tarixdə saat təxminən 10 radələrində Şəki rayonu, Aran kəndində Təqsirləndirilən şəxs müəyyən edilərək, ona özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib və ona silah-sursat əldə edib saxlaması barədə məlumat daxil olduğunu bildirib məlumatın yoxlanılması üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Sarıca PB-nə gəldikdən sonra Həsən Hüseynova hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra vəkil Elbrus Hacıyevin iştirakı ilə videoçəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Hüseynin üstündə heç nə aşkar edilməmişdir. Təhqiqatçı Hüseyndən «Toz-8» markalı silah saxlaması barədə məlumat daxil olduğunu bildirib, haradasa silah saxladığını soruşduqda o, yaşadığı evdə mərhum babasından yadigar qalmış Toz-8 markalı silah saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı ondan yaşadığı evə baxış keçirmək istədiyini bildirmiş, Hüseyn etiraz etməyib yaşadığı evə baxış keçirilməsinə razılıq verməsiylə bağlı ərizə yazmışdır. Təhqiqatçı, Hüseynin özünün, vəkili Müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə Aran kəndinə Hüseynin yaşadığı evə gedərək baxış keçirmişlər. Baxış zamanı otağa daxil olduqda Hüseyn qapının arxa tərəfində saxladığı silahı təqdim etmişdir. Həmin silaha baxdıqda, silahın Toz-8 markalı silaha oxşadığını müəyyən edilib bir ədəd sintetik kisəyə qoyub bağlayıb möhürlənişdir. Həmin kisənin üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra evə və həyətdəki yardımçı tikililərə baxış keçirilmiş, baxış zamanı şübhəli heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı silahı haradan əldə etməsini keçirilmiş əməliyyat tədbirləri zamanı dəqiq müəyyən etmək mümkün olmamışdır. Ancaq Hüseynin özünün deməsinə görə həmin silah mərhum babasından ona miras qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin digər əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-da Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Şəxsi axtarış və götürmə” haqqında 05 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X5 gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üstündən heç nə aşkar olunmamış, sorğu-sual zamanı o, yaşadığı evdə «Toz-8» markalı silah olduğunu bildirmişdir. “Hadisə yerinə baxış keçirilməsi və maddi subutun götürülməsi haqqında” 05 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu, Aran kəndinin mərkəzi hissəsində yerləşən fərdi yaşayış evinin otağına daxil olub qasının arxa tərəfində onun saxladığı bir ədəd tüfəng aşkar olunaraq götürülmüşdür. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, xx xxxxxxxx 1989-cu ildə Şəki rayonu, Aran kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəki rayonu, Aran kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 noyabr 2023-cü il tarixli, 23/809 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5890 nömrəli silah, keçmiş SSRİ dövründə Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, Toz-16 modelli sürgülü ov karabinidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərinə sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-in KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-in KTİ-dən Şəki ŞRPŞ-nə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-109/2-159720/2012 nömrəli məktubdan görünür ki, Toz-16 markalı, 5,6 mm kalibrli, 1961-ci ildə istehsal olunmuş, 5890 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Əməliyyat tapşırığının 13 dekabr 2023-cü il 3-13-109/2-2184/2023 nömrəli cavab məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş silahı haradan və kimlərdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən silahı neqativ məqsədlə əldə etməsi barədə məlumat daxil olmamışdır. Həmçinin sonuncunun başqa yerdə silah, yaxud saxlanılması qadağan edilmiş digər əşya, alət, predmet və ya maddə saxlaması və qeyd olunan cinayət əməlindən başqa digər cinayət əməlləri törədib-törətməməsi müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan 01 ədəd 5890 nömrəli silah, keçmiş SSRİ dövründə Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli, Toz-16 modelli sürgülü ov karabinidir, odlu yivli silah maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-nə verilmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 30 noyabr 2023cü il tarixli 751 nömrəli məktubdan görünün ki, Həsənov X2 şəhər Rayonlararası Narkoloji Disponserdə qeydiyyatda durmur. Şəki Rayonlararası Psixatriya xəstəxanasının 28 noyabr 2023-cü il tarixli 1561 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Aran kəndində yaşayan, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs keçmiş SSRİ dövründə Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, 01 ədəd 5890 nömrəli silah, 5,6 mm kalibrli, Toz-16 modelli sürgülü ov karabini olan odlu yivli silahı qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə keçmiş SSRİ dövründə Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, 01 ədəd 5890 nömrəli silah, 5,6 mm kalibrli, Toz-16 modelli sürgülü ov karabini olan odlu yivli silahı qanunsuz olaraq əldə edib özündə saxlamaqla Şəki rayonu, Aran kəndində yerləşən fərdi yaşayış evində qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə saat 11:40 Şəki rayonu, Aran kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin otağına açılan qapının arxa tərəfində gizlədib saxladığı həmin 01 (bir) ədəd odlu yivli silah hesab edilən texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 5890 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalbrli, Toz-16 modelli, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş sürgülü ov karabini aşkar olunaraq götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-i maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şəki kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Şəki rayonu, Aran kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2023cü il tarixdən 07 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd 5890 nömrəli, keçmiş SSRİ dövründə Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, Toz- 16 modelli silah müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərində və evində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd 5890 nömrəli, keçmiş SSRİ dövründə Tula silah zavodunda 1961-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, Toz-16 modelli silah müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində və evində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 02 (iki) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-31/2024
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-31/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver