Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-31/2025 19.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri, G.Vahabova küçəsi ev 4/8-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 306.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 23 sentyabr 2013-cü il tarixdən hesablanmaqla 18 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli, həmçinin alimentin miqdarının artırılaraq 29 iyul 2019-cu il tarixdən hesablanmaqla 18 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 saylı 27 iyun 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 3(075)-559/2019 saylı, 30 iyun 2020-ci il tarixli 3(075)-401/2020 saylı və 29 avqust 2023-cü il tarixli, 3(075)-862/2023 saylı qərarlarıı ilə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin edilərək məsuliyyəti barədə 21 oktyabr 2019-cu il, 20 iyul 2020-ci il və 27 fevral 2024-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün üçün ilkin təqdimat verilən 08 sentyabr 2015-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni 19 iyul 2024-cü il tarixinə kimi Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı 07 dekabr 2013-cü il tarixli qətnaməsi üzrə 935,00 manat, Şəki Rayon Məhkəməsinin 2(075)- 1289/2019 saylı 27 iyun 2019-cu il tarixli qətnaməsi üzrə isə 6490,00 manat olmaqla ümumilikdə 7425,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bundan başqa o, Zaqatala rayonu Muxax kəndində yaşayan Zərərçəkmiş şəxs1 və sonuncunun qızı Şahid3 müvafiq pul vəsaiti müqabilində işə düzəltməyə vəd verdiyinə görə özünün təqdim etdiyi kart hesabına Şahid3 işə düzəlməsi üçün Zaqatala rayonu Muxax kəndində yerləşən marketlərdə olan ödəmə terminalları vasitəsilə əvvəlcə 27 oktyabr 2023-cü il tarixdə 600 manat, 05 noyabr 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün isə 200 manat pul göndərtdirib, sonradan vədinə əməl etməyib cəmi 800 manat pul vəsaiti şəklində Zərərçəkmiş şəxs1 məxsus əmlakını etibarından suiistifadə etməklə aldatma yolu ilə ələ keçirərək vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 ilə 20 dekabr 2007-ci ildə qeyri rəsmi qaydada ailə qurmuş, nikahlarını isə 08 dekabr 2008-ci ildə tarixdə rəsmiləşdirmişlər. Onların nikahından 18 oktyabr 2008-ci ildə Firəngiz adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Zərərçəkmiş şəxs2 ilə münasibətləri korlandığından ayrılmışlar. Faktiki olaraq ayrılıb bir müddət ayrı yaşadıqdan sonra Süüsən aliment tələbi ilə məhkəməyə müraciət etmiş məhkəmə qətnaməsi ilə ondan Firəngizin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60,00 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməmiş, nəticədə xx.xx.2015-ci il tarixədək 1380,00 manat aliment borcu yaranmışdır. İcra məmurları onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat vermiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Süsən Davudva aliment məbləğinin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən hesablanmaqla ondan tutularaq övladı Firəngizin saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməli alimentin məbləği 110,00 manat müəyyən edilmişdir. Həmin qətnamənin icrası da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin qətnaməni icra etmədiyinə görə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, müxtəlif restoranlarda ofisiant işləyir. Maddi imkanı aşağı olduğundan və digər ailəsinə də baxmalı olduğundan alimenti ödəməmişdir. Yaranmış aliment borcunu hazırda ödəyə bilmir, lakin çalışıb imkanı daxilində ödənişlər edəcəkdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Gözbarax kəndində yaşayan qohumu rəhmətə getdiyindən 24 oktyabr 2023-cü il tarixdə onun yas mərasiminə getmişdir. Həmin gün orada uzaq qohumu olan Zaqatala rayonu Muxax kənd sakini Zərərçəkmiş şəxs1la rastlaşmışdır. Söhbət əsnasında Akif ona Tamam adlı qızını Zaqatala rayon Mədəniyyət evinə işə düzəltmək istədiyini, bunun üçün Şəki Mədəniyyət evinə müraciət etməli olduğunu bildirmişdir. O, həmin vaxtı Akifə qızının 600,00 manat müqabilində işə düzəldəcəyini söz vermiş və bunun üçün qızının sənədlərinin şəkillərini mobil telefonunun “Whatsapp” proqramına göndərilməsini ondan xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə o, ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək Akiflə danışmış və ondan 600,00 manatın göndərməyini istəmişdir. Həmçinin həmin günü saat 11:00 radələrində o, Akiflə Qax rayon avtovağzalında görüşmüş və həmin vaxtı Akifin qızı Tamam Zaqataladan onun “Kapital Bank” kartına terminal vasitəsilə razılaşdıqları 600,00 manat pulu göndərmişdir. Akif ona göndərmək üçün pulu qızına özünün verdiyini bildirmiş, həmçinin söhbət əsnasında bir daha Akifi qızının işinin tezliklə düzələcəyinə əmin etmişdir. Bundan bir neçə gün sonra isə Akifə zəng edib qızının sənədlərini guya sistemə vurduğunu bildirmiş, həm də Akifə onu da Zaqatala rayon Mədəniyyət evinə fəhlə kimi işə düzəldə biləcəyini, bunu istəyəcəyi halda isə əlavə olaraq 200,00 manat pul lazım olacağını demişdir. Akif təklifini qəbul etmiş və 05 noyabr 2023-cü il tarixdə ona zəng edib bildirərək həmin 200,00 manat pulu onun kart hesabına göndərmişdir. Akifdən aldığı cəmi 800,00 manat pulu müalicəsinə xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyandan heç bir ödəniş etməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 onun doğma qızıdır. X8 hazırda Türkiyə Respublikasında yaşadığından istintaqa gələ bilməmişdir. Bu səbəbdən istintaqda Zərərçəkmiş şəxs2 nümayəndəsi kimi çıxış edir. Qızı Süsən onların uzaq qohumu olan Təqsirləndirilən şəxs ilə 2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən 8 oktyabr 2008-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs şadlıq saraylarında və digər yerlərdə ofisant işləyərək yetərli qazanc əldə etmişdir. Əvvələr qızı Süsənin Arazla münasibətləri yaxşı olsa da, sonradan Arazın təqsiri ucbatından münasibətləri pisləşmişdir. Belə ki, Araz ailəsinə baxmadığından qızı ayrılmaq qərarına gəlmiş və ayrılarkən övladları Süsənin himayəsində qalmışdır. Süsən övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)- 1730/2013 saylı, 07 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 sebtyabr 2013-cü il tarixdən hesablanmaqla 18 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi, həmçinin Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-1289/2019 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 29 iyul 2019-cu il tarixdən hesablanmaqla 18 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şəki Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Bundan sonra da, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə təyin edilmiş alimenti ödəməmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinin hökmü ilə CM-nin 306.1-ci maddəsi üzrə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxdıqdan sonra Təqsirləndirilən şəxs öz əməllərini davam etdirmiş, yəni alimenti ödəməkdən yayınmışdır. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 30 iyun 2020-ci il tarixli və 29 avqust 2023-cü il tarixli inzibati qərarlarına əsasən hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 19 iyul 2024-cü il tarixə qızı Süsənə ödənməmiş aliment borcu 7425,00 manat təşkil edir. O, Təqsirləndirilən şəxs Şəki şəhərində avtomobil şinlərinin təmiri ilə məşğul olduğunu görmüşdür və Arazın alimenti ödəməyə maddi imkanı vardır. Lakin, Araz aliment öhdəliyini icra etmir, habelə uşağı ilə maraqlanmır, ona maddi və mənəvi dayaq durmur. Odur ki, yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq X8aya ödənilməsini, əks halda onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli qətnaməsi hazırda Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 icraatında olmuşdur. Qətnaməyə əsasən X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 23 sentyabr 2013-cü il tarixdən hesablanmaqla hər ay 60,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs2 verilməlidir. Həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 saylı 27 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 18 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 29 iyul 2019-cu il tarixdən hesablanma hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Həmin icra sənədləri üzrə İcra məmuru Şahid1 Təqsirləndirilən şəxs xəbərdar etməsinin barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərməsinin şahidi olmuşdur. Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə Şahid1 verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunuşdur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Təqsirləndirilən şəxs 23 sentyabr 2013-cü il tarixdən hesablanmaqla hər ay 60,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs2 verilməlidir. Həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)- 1289/2019 saylı 27 iyun 2019-cu il tarixli icra sənədinə əsasən 18 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 29 iyul 2019-cu il tarixdən hesablanma hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq 09 dekabr 2013-cü il və 29 iyul 2019-cu il tarixlərdə Şəki rayonu üzrə icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Könüllü icrası təmin edilməyən tələbin məcburi icrası ilə bağlı görülən tədbirlər nəticəsində borcluda tələbin yönəldilə biləcək əmlak, habelə gəlirlər aşkar edilməmişdir. İcra sənədləri 10 oktyabr 2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1730/2013 saylı, 07 noyabr 2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq olunaraq ondan icra sənədinin icrasını təmin etmək tələb olunmuşdur. Lakin borclu Təqsirləndirilən şəxs ona edilən xəbərdarlıqlara heç bir məhəl qoymamış və aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış cinayət işi nəticəsində borclu Şəki Rayon Məhkəməsinin 09 mart 2016-cı il tarixli, 1(075)-38/2016 saylı hökmü ilə 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs2 06 iyun 2016-cı il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1730/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə aparılan məcburi icra tədbirlərinin dayandırılmasını xahiş etmiş və icraat həmin tarixli qərarla dayandırılmışdır. 05 aprel 2019-cu il tarixdə tələbkar şöbəyə müraciət edərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1730/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin davam etdirilməsini, icraatın təzələnməsini xahiş etmiş və icraat həmin tarixli qərarla təzələnmişdir. İcraat təzələndikdən və borclu cinayət məsuliyyətinə cəlb edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edilməsinə, profilaktik söhbətlər aparılmasına baxmayaraq borclu aliment pulunun vaxtaşırı ödənilməsini təmin etməmişdir. Borclu icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etmədiyi və qanuni tələbinə tabe olmadığı üçün barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında Şəki Rayon Məhkəməsinin 3(075)-559/2019 saylı 10 oktyabr 2019cu il tarixli, 3(075)-401/2020 saylı 30 iyun 2020-ci il tarixli və 3(075)-862/2023 saylı 29 avqust 2023-cü il tarixli qərarlarına əsasən hər dəfə 10 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb olunduqdan sonra da borcluya məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, borcun ödənilməsi barədə onunla söhbətlər aparılmış, cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilmiş və ondan izahatlar alınaraq icra sənədləri üzrə borcun ödənilməsi tələb olunmuşdur. Lakin, borclu edilən xəbərdarlıqlara məhəl qoymamış, hərəkətlərini davam etdirərək icra sənədləri üzrə müəyyən olunmuş tələbi və borcların ödənilməsini təmin etməmişdir. Borclu öz izahatlarında müxtəlif restoranlarda ofisant kimi işlədiyini, həmçinin avtomobil şinlərinin təmiri üzrə fəaliyyətindən gəlir əldə etdiyini bildirmişdir. Lakin bunlara baxmayaraq müxtəlif bəhanələr gətirərək icra sənədlərinin icrasından yayınmışdır. Borclunun ölkədən getmək hüququ Şəki Rayon Məhkəməsinin 8(075)-177/2015 saylı, 23 aprel 2015-ci il tarixli və 8(075)-80/2020 saylı 17 mart 2020-ci il tarixli qərardadlarına əsasən müvəqqəti məhdudlaşdırılmışdır. Tələbkar Zərərçəkmiş şəxs2 20 fevral 2024-cü il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs onun cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində cinayət işinin başlanması üçün ilkin təqdimat verilən 08 sentyabr 2015-ci il tarixdən 29 iyul 2019-cu il tarixədək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1730/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə 935,00 manat aliment borcu, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1289/2019 saylı, 27 iyun 2019-cu il tarixli icra sənədi üzrə isə 6490,00 manat aliment borcu olmaqla, iki icra sənədi üzrə ümumilikdə 7425,00 manat aliment borcu vardır. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə, inzibati tənbeh tətbiq olunmasına, məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını uzun müddət təmin etməmiş və onun icra sənədləri üzrə tələbə qarşı münasibəti dəyişməmişdir. Beləliklə borclu icra sənədlərini icra etməkdən boyun qaçırmışdır. Onun əməlində qərəzlilik müşahidə edilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs1 oğlnun ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermiş və əlavə olaraq onun atası Zərərçəkmiş şəxs1 27 oktyabr 2023-cü il tarixdə Qax rayon avtovağzalına Təqsirləndirilən şəxslə görüşmək üçün getdiyini, həmin gün atası ona zəng edərək Arazın təqdim etdiyi “Kapital” Bank kartının rəqəmlərini ona göndərdiyini, o, da yaşadıqları Muxax kəndindəki “Muxax Store” marketində quraşdırılmış elektron terminal vasitəsilə həmin marketin işçilərinin köməkliyi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi “Kapital Bank”ın “4169-73””-“”””- 5469” seriya nömrəli kart hesabına 600,00 manat pulu köçürdüyünü, 05 noyabr 2023-cü il tarixdə isə atası özünün işə düzəlməsi üçün 200,00 manat pulu Arazın kart hesabına göndərməsi üçün ona verdiyini, o, da həmin məbləği “Aygün” marketdə quraşdırılmış elektron terminaldan Təqsirləndirilən şəxs təqdim etdiyi kart hesabına köçürdüyünü, bundan 4-5 ay keçməsinə baxmayaraq işin düzəlmədiyini, buna görə də 2024-cü ilin mart ayında atası ilə birlikdə Şəki şəhərinə Mədəniyyət evinə gedərək işinin nə vaxt düzələcəyi ilə maraqlandığını, Mədəniyyət evində ona ali təhsil haqqında diplom olmadan heç kimi işə götürmədiklərini və onun orada heç bir sənədinin olmadığını bildirdiklərini, həmin vaxtı Arazın onları aldatdığını başa düşdüklərini, buna görə atası Arazla əlaqə saxladıqda Araz aldığı 800,00 manat pulu 2024-cü ilin aprel ayında qaytaracağını bildirdiyini, lakin iyun ayınadək pulu qaytarmadığını, buna görə də 11 iyun 2024-cü il tarixdə atası Zaqatala rayon Polis şöbəsinə gedib Təqsirləndirilən şəxs barədə şikayət etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2013-cü il tarixdən hesablanmaqla 18 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs2 verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-1289/2019 saylı 27 iyun 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2019-cu il tarixdən hesablanmaqla 18 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs2 verilməlidir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 09 dekabr 2013-cü il və 29 iyul 2019-cu il tarixli qərarlardan görünür ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli və 2(075)-1289/2019 saylı 27 iyun 2019-cu il tarixli icra vərəqələri üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 09 dekabr 2013-cü il və 29 iyul 2019-cu il tarixli bildirişlərdən görünür ki, həmin bildirişlər borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli və 2(075)-1289/2019 saylı 27 iyun 2019-cu il tarixli icra sənədlərində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında verilmiş təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixə kimi aliment ödənilməmiş, ödənilməmiş alimentin miqdarı 7425,00 manat təşkil edir. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 10 oktyabr 2019cu il tarixli qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində olan Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)-1730/2013 saylı 07 noyabr 2013-cü il tarixli və 2(075)-1289/2019 saylı 27 iyun 2019-cu il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulkluq Agentliyinin X2 Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs "xxxx" MMC-də xəmir bölən işi təklif olunmuşdur. Şəki Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 3(075)-862/2023 saylı nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabəddin oğluna məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 16:00-da saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentaybr 2024-cü il tarixdə saat 12:50-də Zaqatala Rayon Polis şöbəsinin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləsdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 306.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə saat 16:30-da saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Tutulmuş şəxsin MSY-dən azad edilməsi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 16:40-də Şəki Şəhər-Rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti Başçısnın Pirimlər Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, Zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə qəsdən dələduzluq və qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməməklə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 306.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.1 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmiş, bundan başqa təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir neçə dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq beş ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 7425,00 manat aliment borcundan ödənişin həyata keçirilməməsi, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 306.1-ci maddəsində göstərilən cinayət əməllerini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində öz evladlarının saxlanılmasında zərərçəkmiş şəxsə yardım etməməklə aliment borcunun ödənilməməsi, eyni zamanda məhkəmə tərəfindən evladlarının maddi tələbatlarının ödənilməsi üçün müəyyən olunmuş aliment məbləğini uzun müddət ödəməməklə onların normal həyat şəraitinin təmin olunmasından yayınması, bundan başqa tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 306.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 306.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetənin bir gününə bir gün hesablanmaqla, cəmi 3 gün müddət təqsirləndirilən şəxsə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 306.1ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetənin bir gününə bir gün hesablanmaqla, cəmi 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-31/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-31/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver