Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-32/2022 16.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1969-ci ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəki rayonu Baş Küngüt kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, o, sürücülük vəsiqəsi olmaqla baş etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə faktiki istifadəsində olan VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20.11.2021-ci il tarixdə, saat 09:45 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyib hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yolun sol hissəsindən sağ hissəsinə keçməkdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurub yerə yıxdıqdan sonra avtomobillə üzərindən keçib sonuncuya müştərək travma, qapalı kəllə beyin travması, sifət nahiyəsinin əzilmiş-cırılmış-sıyrılmış yaraları, kəllə əsası və üz skelet sümüklərinin çoxsaylı basılmış, dağılmış sınıqları, baş beyin maddəsinin, baş beyin qişalarının əzilməsi və qansızması, sağ baldır sümüklərinin açıq, qəlpəli, dağılmış sınıqları, sağ baldırın geniş həcmli əzilmiş-didilmiş yarası ilə nəticələnən, bunlardan ölümünə səbəb olan müştərək travma, qapalı kəllə beyin travması, baş beyin maddəsinin, baş beyin qişalarının əzilməsi kimi dərəcəsinə görə həyat üçün təhlükəli və sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol hərəkət qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibidir və avtomobili mülki baş etibarnamə əsasında idarə edir. Avtomobili idarə etmək üçün sürüçülük hüququnu təsdiq edən vəsiqəsi də var. 20 noyabr 2021-ci il tarixdə çöl yol deyilən ərazidə, Şəki şəhəri, Salman Mümtaz küçəsi ilə üzü H.Əliyev prospeti istiqamətində saatda 40-50 km sürətlə hərəkətdə olarkən, Şəki Rayon Məhkəməsinin inzibati binasına az qalmış bir nəfər kişinin yolun tən ortasına quraşdırılmış səkinin üstündə dayandığını, təxminən, 30-40 metr məsafədən görmüşdür. Həmkəndlisi Şahid1 da avtomobildə olmuşdur. Həmin şəxs səkidən aşağı enərək təxminən yolun hərəkət hissəsinə 2 metr məsafə qət edərək dayanmış, daha sonra yolu sol tərəfdən sağ tərəfə keçməyə başlamışdır. O, həmin an idarə etdiyi avtomobili saxlamaq üçün əyləci sıxıb. Lakin avtomobili saxlaya bilməyib və avtomobilin qabaq tərəfi ilə piyadanı vurub. Piyada avtomobilin təkərlərinin altında qalıb və o, piyadanın üstündən avtomobillə keçib. Daha sonra avtomobili saxlayıb və piyadanın öldüyünü görüb. Orada olan şəxslərdən biri təcili tibbi yardım stansiyasına məlumat verib. Həkimlər və polis əməkdaşları hadisə yerinə gəlib. Polis əməkdaşları hadisə yerini ölçmüş, baxışda o da iştirak etmişdir. Ondan başqa baxışda 2 nəfər hal şahidi iştirak edib. Hadisə yerinə baxış zamanı əyləc izinin uzunluğu 16 metr olduğu, piyadanın yolu sol tərəfdən sağ tərəfə keçmək üçün 6 metr 60 sm məsafə qət etdiyi məlum olmuşdur. Piyadanın sonradan onun həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Baxış barədə protokol tərtib olunub, onun tərəfindən imzalanmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 20.11.2021-ci il tarixdə Şəki şəhəri, S.Mümtaz küçəsində baş vermiş yol-nəqliyat hadisəsi zamanı dünyasını dəyişmiş X1 onun atasıdır. 20.11.2021-ci il tarixdə anası Səmayə Əhmədovanı avtomaşınla iş yerinə aparmışdır. Avtomaşınla darvaza qapısından çıxanda atası Zərərçəkmiş şəxs darvaza qapısını açmış, o çıxdıqdan sonra qapını bağlayıb evə getmişdir. O isə anası Səmayə Əhmədovanı iş yerinə qoyub yaşadığı evə qayıtmışdır. O, evə qayıtdıqdan sonra atası Zərərçəkmiş şəxs evdə olmadığını görmüşdür. Onların yaşadığı ev ilə mərhum atası Zərərçəkmiş şəxs avtomaşınla vurulduğu yer arasında təxminən 300-400 metr məsafə vardır. O, darvaza qapısından çıxıb yola baxdığında yolda çoxlu sayda avtomaşınların və insanların topalaşdığını görmüş, nə baş verməsini öyrənmək üçün həmin yerə yaxınlaşdığında atası Zərərçəkmiş şəxs cansız vəziyyətdə yerdə asfaltın üzərində olduğunu görmüşdür. Həmin vaxt hadisə yerində öyrənmişdir ki, atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil ilə vurmuşdur. Atası Zərərçəkmiş şəxs cansız vəziyyətdə yerdə olmasını gördüyündə artıq nə edəcəyini bilməmişdir. Həmin vaxt orada olan polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Daha sonra təcili tibbi yardım avtomobili ilə mərhum atası Zərərçəkmiş şəxs Şəki RMX-na aparılmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, hadisədən sonra öyrənmişdir ki, mərhum atası Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir kəndin sakinləri olmuşlar. O, Təqsirləndirilən şəxsla barışmışdır, şikayəti yoxdur. Təqsirləndirilən şəxs ailə başçısı olduğunu, əməlin ehtiyatsızlıqdan törəndiyini nəzərə alınmasını və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla birlikdə Şəki şəhərində yaşayan qohumu Vüqarın həyətində günü 20 manata təmizlik işləri görmək üçün 20 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhərinə gəlmişlər. O, Təqsirləndirilən şəxs məxsus avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. S.Mümtaz küçəsi ilə üzü H.Əliyev prospekti istiqamətində saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən bir nəfər kişinin yolun tən ortasına quraşdırılmış səkinin üstündə dayandığını 30-40 metr aralıdan görmüşlər. Sonradan adının Rasif olduğunu bildiyi şəxs səkidən aşağı enərək təxminən yolun hərəkət hissəsinə 2 metr məsafə qət edərək dayanmışdır. Təqsirləndirilən şəxs yolu keçmək istəyən şəxsi görüb avtomobilin sürətini azaltmışdır. Daha sonra Rasif yolu sol tərəfdən sağ tərəfə keçməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin an idarə etdiyi avtomobilin əyləcini sıxmışdır ki, kişini vurmasın. Buna baxmayaraq Təqsirləndirilən şəxs avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin qabaq tərəfi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin təkərlərinin altında qalmış, avtomobil onun üstündən keçmişdir. Arif avtomobili saxladıqdan sonra onlara məlum olmuşdur ki, piyada Rasif ölmüşdür. Həmin an o, həyəcanlı olmuş və orada olan tanımadığı şəxslərdən biri təcili tibbi yardım stansiyasına məlumat vermişdir. Polis əməkdaşları və həkim briqadası hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əliəsgər oğlu ifadəsində göstərmişdir ki, 20.11.2021-ci il tarixdə, təxminən saat 10 radələrində işə gedən zaman Şəki şəhəri Salman Mümtaz küçəsində yolun kənarında adamların, maşınların və polis əməkdaşlarının dayandıqlarını, həmin yerə yaxınlaşdıqda asfalt yolun ortasında bir kişi meyitinin və ağ rəngli VAZ-2103 markalı avtomobilin olduğunu görmüşdür. Polis əməkdaşı hadisə yerinə baxış keçirəcəklərini, onun hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o isə etiraz etməmişdir. Digər hal şahidi qismində dəvət olunmuş şəxslə birlikdə onlara hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq hadisə yerində ölçü işləri apararkən sürücü Təqsirləndirilən şəxs hadisə yerini və piyadanı vurduğu yeri əli ilə göstərmişdir. Hadisə yerinə baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı, **- BC-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sol təkərindən yolun sol kənarına 6,40 metr, arxa sol təkərindən 6,10 metr, qabaq sağ təkərindən yolun sağ kənarına 3,50 metr, arxa sağ təkərdən 3,90 metr məsafə olması, avtomobilin arxa hissəsindən isə 5,90 metr məsafədə kişi meyidi uzanıq vəziyyətdə olmuşdur. Meyidin ayaq hissəsindən yolun sol kənarına 5,60 metr, baş hissəsindən yolun sağ kənarına 4,10 metr məsafə olması aşkar olunmuşdur. Meyidin baş hissəsi yolun sağ kənarına doğru, ayağı yolun sol kənarına işıq dirəkləri olan hissəsi istiqamətində, meyidin üzərində sarı rəngli tibbi örtük olmuşdur. Meyidin baş hissəsindən və meyidin sağ tərəfindən asfaltın üzərinə qan axmışdır. VAZ- 2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində bir neçə yerdə balaca əzilmə və qırıntılar olsada ciddi ziyanlıq olmamışdır. Müstəntiq baxışla əlaqdar protokol tərtib etmiş, protokolu imza etmişlər. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə fəhlə işləməklə qazanc əldə edir. 20.11.2021-ci il tarixdə Şəki rayonu Aşağı Küngüt kəndində yaşadığı evdən çıxaraq Şəki şəhərində yerləşən Mərkəzi bazara gəlirmiş. Şəki şəhəri, S.Mümtaz küçəsində üzü yuxarı Şəki mərkəzi bazarı istiqamətində təxminən, saat 10 radələrində özünə məxsus VAZ-2109 markalı, **-OM-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən yolun kənarında adamların, maşınların və polis əməkdaşlarının dayandıqlarını görmüşdür. Nə baş verməsini öyrənmək üçün avtomaşını yolun kənarında saxlayıb insanlar toplaşan yerə getmişdir. İnsanlar olan yerə çatdıqda asfalt yolun ortasında bir kişi meyitinin olduğunu, həmin şəxsi ağ rəngli VAZ-2103 markalı avtomobilin vurduğunu görmüşdür. Bir neçə dəqiqə orada dayanan zaman polis əməkdaşı hadisə yerinə baxış keçirəcəklərini və onun baxış zamanı hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da buna etiraz etməmişdir. Digər hal şahidi qismində dəvət olunmuş şəxslə birlikdə onlara hüquq və vəzifələri izah olunduqdan sonra müstəntiq hadisə yerinə baxış keçirməyə başlanmışdır. Sürücünün adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs hündür boylu, qarayanız kişi olmuşdur. Baxış zamanı müstəntiq sürücü ilə sorğu-sual edən zaman həmin şəxs hadisə zamanı avtomaşını saatda 45-50 km sürətlə idarə etdiyini və yolu keçmək istəyən piyadanı görən anda onunla piyada arasında təxminən 30-40 metr məsafə olduğunu bildirmişdir. Sürücü piyadanın onun hərəkət yoluna çıxdığını görən anda sürəti azatdığını və tormuz verib avtomobili saxlamaq istədiyini, buna baxmayaraq piyadanı avtomobilin qabaq hissəsi ilə vurduğunu demişdir. Sürücü piyadanı yolun hərəkət hissəsində vurmasını bildirmiş və hadisə yerinə baxış zamanı orada 16 metr tormuz izi aşkar edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman sürücü avtomobildə yanında bir nəfər şəxsin də olduğunu bildirmişdir. Müstəntiq sürücüdən spirtli içki içibiçmədiyini soruşanda həmin şəxs spirtli içki qəbul etmədiyini demişdir. Müstəntiq hadisə yerində ölçü işləri apararkən sürücü Təqsirləndirilən şəxs hadisə yerini və piyadanı vurduğu yeri əli ilə göstərmişdir. Hadisə yerinə baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sol təkərindən yolun sol kənarına 6,40 metr, arxa sol təkərindən 6,10 metr, qabaq sağ təkərindən yolun sağ kənarına 3,50 metr, arxa sağ təkərdən 3,90 metr məsafə olması, avtomobilin arxa hissəsindən isə 5,90 metr məsafədə kişi meyidi uzanıq vəziyyətdə olmuşdur. Meyidin ayaq hissəsindən yolun sol kənarına 5,60 metr, baş hissəsindən yolun sağ kənarına 4,10 metr məsafə olması aşkar olunmuşdur. Meyidin baş hissəsi yolun sağ kənarına doğru, ayağı yolun sol kənarına işıq dirəkləri olan hissəsi istiqamətində, meyidin üzərində sarı rəngli tibbi örtük olmuşdur. Meyidin baş hissəsindən və meyidin sağ tərəfindən asfaltın üzərinə qan axmışdır. Meyidin əynində qəhvəyi rəngli gödəkçə və qara rəngli şalvar olmasını, ayaqlarının isə əzilmiş vəziyyətdə olmasını görmüşdür. Meyidin əyinində olan paltarların bir neçəsi cırılmışdır. Meyidin 1 metrliyində və 15 metrliyində taxma diş qırıntıları olmuşdur. VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində bir neçə yerdə balaca əzilmə və qırıntılar olsa da ciddi ziyanlıq olmamışdır. Sürücü Təqsirləndirilən şəxs baxış zamanı piyada adının sonradan Rasif olduğunu bildiyi şəxsin hadisədən əvvəl yolun sol hərəkət hissəsindən yolun sağ kənarına doğru hərəkətdə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs piyadanı vurduğu yerdən yolun sol kənarına 6,60 metr, sağ kənarına 4,80 metr, meyidə qədər isə 3,50 metr, meyitdən avtomaşının arxa hissəsinə qədər isə 5,90 metr məsafə olması müəyyən edilmişdir. Hadisə yerində ölən Rasifin meyidi yerdə uzanmış və baş nahiyyəsindən qan axmış vəziyyətdə olmuşdur. Müstəntiq hadisə yerinə baxış keçirən zaman VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs yolu keçəmək istəyən Rasifi vurduğunu və həmin şəxsin aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilmişdir. Müstəntiq baxışla əlaqdar protokol tərtib etmiş, ucadan oxumuş, hər hansı bir etiraz və vəsatət olmadığından hər biri protokolu imza etmişlər. Müstəntiq tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra Şəki MRX-nın 113 xidmətinin əməkdaşları hadisə yerində ölən Rasifin meyidini avtomobilə qoyub aparmışlar. Ondan sonra yol maşınlarından birinə minib iş yerinə getmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 noyabr 2021-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, hadisə Şəki şəhəri, S.Mümtaz küçəsində yaşayış məntəqəsində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru və düzdür. Hadisə baş verən yerdə yolun hərəkət hissəsinin eni 12 metrdir. Yolun hər iki hərəkət hissəsinin kənarında ehtiyat hissə var. Hadisə yerində 16 metr tormuz izi vardır. Yolda sürət məhdudiyyəti 60 km/saatdır. Hadisə yerində VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəki şəhəri, H.Əliyev prospektinin kəsişməsi istiqamətində dayanmış, avtomaşına yaxın məsafədə yolun hərəkət hissəsində avtomobilin arxa hissəsində kişi meyidi olması müşahidə olunur. Avtomaşının qabaq sol təkərindən yolun sol kənarına 6,40 metr, arxa sol təkərindən 6,10 metr, qabaq sağ təkərindən yolun sağ kənarına 3,50 metr, arxa sağ təkərdən 3,90 metr məsafə vardır. Avtomobilin arxa hissəsindən 5,90 metr məsafədə kişi meyid vardır. Meyidin ayaq hissəsindən yolun sol kənarına 5,60 metr, baş hissəsindən yolun sağ kənarına 4,10 metr məsafə vardır. Piyada yolun sağ kənarından 4,80 metr məsafədə vurulmuşdur. Meyidin baş hissəsi yolun sağ kənarı, ayağı yolun sol kənarı işıq dirəkləri olan hissəsi istiqamətindədir. Meyidin baş hissəsindən yolun sağ kənarına qədər olan məsafə 4.10 metr, ayaqlarından yolun sol kənarına işıq dirəklərinə ola hissəyə isə 5,60 metrdir. Meyidin baş hissəsindən VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə qədər olan məsafə isə 5,90 metrdir. Meyidin baş hissəsindən qan axmış və meyidin sağ tərəfində asfaltın üzərində qanabənzər ləkələr vardır. Meyidin əynində “karişni” rəngli gödəkçə və qara rəngli şalvar, sol ayağında boz rəngli corab, sağ ayağında isə boz rəngli corab çıxıb yerə düşmüş və meyidin başının yaxınlığında qara rəngli papaq asfalt örtüyün üzərinə düşmüşdür. Meyidin üzərində olan qara rəngli şalvarın sağ cibini cırılmış vəziyyətdədir. Meyidin əynində boz alt paltarı vardır. Meyidin sağ tərəfində bir cüt qara rəngli ayaqqabı, üzərində isə sarı rəngli tibbi örtük vardır. Meyitdən 1 metr və 15 metr məsafədə taxma diş qırıntıları vardır. VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində olan dövlət nömrə nişanı əzilmiş, avtomobilin hər iki faraların arasında olan plastik “abrisofka”nın orta hissəsi qırılmış, motorxananın “kapotu” isə əzilmişdir. Piyada hadisədən əvvəl yolun sol hərəkət hissəsinin kənarından yolun sağ kənarına doğru hərəkətdə olmuşdur. Piyada vurulduğu yerdən yolun sol kənarına 6,60 metr, sağ kənarına 4,80 metr, meyidə qədər 3,50 metr, meyitdən avtomaşının arxa hissəsinə qədər isə 5,90 metr məsafə vardır. Piyada yolun hərəkət hissəsinin sol kənarından vurulduğu yerə qədər 6,60 metr yol qət etmişdir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə piyadanın hərəkət hissəsinin sol kənarından sağa doğru yolu keçməyə başladığı andan yaranmış, həmin anda piyada avtomobil ilə vurulma yerinə kimi 6,60 metr məsafə qət etmişdir. Baxış zamanı fotoçəkiliş aparılmış, hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər və sxem baxış protokoluna əlavə edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 216 nömrəli, 20 noyabr 2021-ci il tarixli aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AE seriyalı, 733224 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 03.04.2019-cu ildən 03.04.2029cu ilədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AA seriyalı, 495622 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. Etibarnamənin surətindən görünür ki, X8 “VAZ-2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 08.08.2039-cu il tarixədək Təqsirləndirilən şəxs idarə etməyi etibar etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli, ***-***-**-**22 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Şəki Regional Qeydiyyat-imtahan və Texniki Baxış şöbəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında yoxdur. 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi barədə 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 71 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs Əhmədiyə oğlunun meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edilmişdir: müştərək travma, qapalı kəllə beyin travması, sifət nahiyyəsinin əzilmiş-cırılmış-sıyrılmış yaraları, kəllə əsası və üz sklet sümüklərinin çoxsaylı, basılmış, dağılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilməsi və qansızaması, sağ baldır sümüklərinin açıq, qəlpəli, dağılmış sınıqları və sağ baldırın geniş həcmi əzilmiş-didilmiş yarası. Mərhum Zərərçəkmiş şəxs Əhmədiyə oğlunun meyitində aşkar edilmiş xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin xarakterinə görə, demək olar ki, 20.11.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhum Zərərçəkmiş şəxs Əhmədiyə oğlunun ölümünə səbəb müştərək travma, qapalı kəllə beyin travması, baş beyin maddəsinin və baş beyin qişalarının əzilməsi olmuşdur. Dərəcəsinə görə ölümünə səbəb olduğundan, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və onun ölümü meyit müainə olunduğu vaxtdan 2-3 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs Əhmədiyə oğlunun meyitinin məhkəmə tibbi ekspertiza zamanı etil spirti və narkotik maddə olmasına dair əlamətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 8/3178 saylı ekspert rəyindən görünür ki, VAZ-2103 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (aparılmış ekspertizanın dəyəri 100 manatdır). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqda 12 fevral 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinən verilmiş 05.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Baş Küngüt kənd İƏD-si tərəfindən verilmiş 01.02.2022-ci il tarixli, 67 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Baş Küngüt kəndində yaşayır. Baş Küngüt kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; yaşadığı yer üzrə müsbət xarakterizə olunması. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-nin 58.3-cü maddəsi). CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X5 ilə barışmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CMnin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən, CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-32/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-32/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver