Məhkəmə qərarları › İş №1(075)-32/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-32/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-32/2023 26.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X8 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər Şəki Regional Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Xəlilov Ruslаn Rüstəm oğlunun və Təqsirləndirilən şəxs2 iştirаkları ilə 19 sentyаbr 1997-ci il tarixdə Şəki rаyonunun Şorsu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayаn, barəsində polisin nəzarəti altına vermə qətimkan təqbiri seçilmiş Xəlilov Ruslаn Rüstəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə 11 noyаbr 1999-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayаn, barəsində polisin nəzarəti altına vermə qətimkan təqbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xəlilov Ruslаn Rüstəm oğlu təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 07 mart 2021-ci il tarixdə, saat 18 radələrində «ünvan 3 ünvanında yerləşən X10 İntensiv Terapiya şöbəsinin saxlanc yeri olan xidməti iş otağının plastik pəncərəsini əli ilə itələməklə açaraq qanunsuz olaraq içəri daxil olub oradan həmin Mərkəzin anestezioloq-reanimotoloq həkimi Şahid1 xidməti istifadəsində olmaqla «Şəki Rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə məxsus, 6000 (altı min) manat dəyərində olan «Portativ USM cihazı, ağ-qara, çoxtəyinatlı, 2012» cihazını gizli yolla talamaqla zərərçəkmiş hüquqi şəxs «Şəki rayon Mərkəzi Xəstəxanası» PHŞ-yə xeyli miqdarda, 6000 (altı min) manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 mart 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən mənzilin plastik pəncərəsini vintaçanla açaraq qanunsuz olaraq içəri daxil olub yataq otağındakı saxlanc yeri olan dolabın içərisindəki qutudan dəyəri 110 manat olan bir ədəd 2 qram çəkidə qızıl sepi, dəyəri 440 manat olan bir ədəd üzərində «Lalə» sözü yazılan 8 qram çəkidə qızıl sepi, dəyəri 330 manat olan bir cüt 6 qram çəkidə iki halqalı, ağ-sarı qızıl sırğanı və dəyəri 110 manat olan bir ədəd 02 qram çəkidə beş qaşlı tək qızıl sırğanı, ümumilikdə 990 dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 990 (doqquz yüz doxsan) manat maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 05 aprel 2021-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəki şəhəri, Olimpiya məhəlləsi, 120-ci kvartalda yerləşən fərdi yaşayış evinin həyətinə, oradan da yaşayış evinin plastik pəncərəsini əli ilə itələməklə açaraq qanunsuz olaraq içəri daxil olub yataq otağındakı saxlanc yeri olan dolabdakı qadın çantasının içərisindən həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 6800 (altı min səkkiz yüz) AZN dəyərində 4000 (dörd min) ABŞ dolları pulunu gizli yolla talayaraq zərər çəkmişşəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6800 (altı min səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 05 aprel 2021-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəki şəhəri, Olimpiya məhəlləsi, 120-ci kvartalda yerləşən fərdi yaşayış evinin həyətinə, oradan da yaşayış evinin plastik pəncərəsini əli ilə itələməklə açaraq qanunsuz olaraq içəri daxil olub yataq otağındakı saxlanc yeri olan dolabdakı qadın çantasının içərisindən həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 6800 (altı min səkkiz yüz) AZN dəyərində 4000 (dörd min) ABŞ dolları pulunu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6800 (altı min səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. 18 dekabr 2022-ci il tarixdə Şahid3 barəsində Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 120.2.4, 29 120.2.10 və 186.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılması nəzərə alınaraq onun barəsində ayrıca icraatda cinayət işinin ayrılması hazırkı cinayət işinin tamlığını pozmadığından, eyni zamanda işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdiyindən, ayrıca icraatda cinayət işinin ayrılması işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması mane olmadığından, həmçinin şəxsin barəsində ibtidai araşdırma bir yerdə aparılmalı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Şahid3 dair hissə üzrə ayrıca icraatda cinayət işi ayrılması, ayrılmış cinayət işinə ********* nömrəsi verilməsi, Şahid3 aid olan sənədlərin əsli və ona aid olmayan digər sənədlərin surətinin yeni ayrılmış cinayət işinə əlavə olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Xəlilov Ruslаn Rüstəm oğlu Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elаn olunmuş ittihаmdа özünü qismən təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Şəki şəhəri Qaz idarəsi deyilən yerin yaxınlığında yerləşən avtoyuma məntəqəsində avtomobil yumaqla ailəm üçün qazanc əldə edir. Şahid3 mənimlə qonşudur. xx.xx.2021-ci il tarixdə qonşusu Şahid3 zəng vuraraq ona demiş ki, idarə etdiyi avtomobillə köhnə xəstəxananın arxa tərəfinə gəlsin. O,da özünə məxsus avtomobillə Köhnə xəstəxananın arxa tərəfinə getmişdir. O, həmin yerə çatanda Rahibin xəstəxanaya arxa girişdən bir qədər aralıda hasarın yanında dayandığını görmüş, idarə etdiyi avtomobili Rahibin yanında saxlamışdır. Rahib ona deyib ki, avtomobilin arxa yük yerini açsın, o, da avtomobilin arxa yük yerini açmışdır. Rahib hasarın yanından bir ədəd ağ rəngli kağızı çap edən pirinterə bənzər aparıtı götürüb avtomobilin araxa yük yerinə qoymuş, özü isə onun yanında qabaq oturacaqda oturmuşdur. Ona demiş ki, onu yaşadığı evin küçə qapısının yanına aparsın. Yolda gedərkən Rahib ona demiş ki, avtomobilin arxa yük yerinə qoyduğu aparat UZİ aparatıdır, xəstəxanadan Məlahət adlı həkimin otağından oğurlamışdır. O, Rahibə demiş ki, qorxuram, Rahib də ona demişki, qorxma aparatı özüm oğurlamışam. Şahid3 aparıb yaşadığı evin yaxınlığında Cabirin bağı deyilən yerdə avtomobildən düşürmüşdür. O, öz işlərinin dalınca getmiş, aradan 2-3 gün keçəndən sonra Rahib ona demiş ki, avtomobilə benzin vuracaq, mərkəzi xəstəxanadan oğurladığı UZİ aparatını onun avtomobili ilə aparıb Bakı şəhərinə sataq. O, da Rahiblə razılaşmış, təxminən 4-5 gün keçəndən sonra Rahib Cabirin bağı deyilən ərazidə gizlətdiyi UZİ aparatını götürüb ona məxsus avtomobilin arxa yük yerinə qoymuşdur. O, avtomobili işə salaraq üzü Bakı şəhər istiqamətində idarə etmişdir. Şəki şəhər ərazisində Likoyl yanacaq doldurma məntəqəsində Rahib 50 manat verərək avtomobilə benzin vurub və birlikdə gecə saat 02 radələrində Bakı şəhərinə çatıblar, qalmağa yer olmadığı üçün sakit yer tapıb avtomobildə gecələmək istəmişlər. İdarə etdiyi avtomobili polis əməkdaşları saxlamış və sənədlərimi yoxlamışlar. Avtomobilin arxa yük yerinə baxanda həmin Rahibin oğurladığı UZİ aparatını görüb soruşanda Rahib polis əməkdaşlarına demiş ki, həmin aparat kağız çap edən pirinterdir, təmir etdirmək üçün Bakı şəhərinə gətirmişik. Onun avtomobilinin sənədləri qaydasında olduğu üçün polis əməkdaşları onları sərbəst buraxmışlar. Avtomobili sakit bir yerə sürüb orada saxlayıb və Rahiblə birlikdə avtomobildə gecələmişlər, səhər tezdən Rahib mobil telefonda kiminləsə danışıb oğurladığı aparatın adını, seriyasını, buraxılış ilini və aparatı Qarabağ zonasından oğurladığını həmin şəxsə demişdir. Telefonda Rahibin danışdığı şəxs demiş ki, həmin aparatın 3-5 min manat qiyməti var, lakin Bakı şəhərində həmin aparatı almayacaqlar, çünki, həmin aparat köhnə modeldir, Bakı şəhərində həkimlər həmin aparatın təzə son modelini işlədirlər. Sonra həmin şəxs Rahibə demiş ki, aparatlar İME kodla işləyir, işlətmək üçün elektirik xəttinə qoşulan kimi yerini tapacaqlar. Həmin şəxs Rahibə demiş ki, həmin aparatı satmasın. Bundan sonra Rahib qərara gəlmişki, apardığı UZİ aparatını satmasın. Onlar birlikdə Şəki şəhərinə qayıdarkən Rahib su və şirniyat almış və hər ikisi yeyiblər. Günorta saatlarında Şəki şəhərinə çatıblar. Rahibi Cabirin bağı deyilən yerdə maşından düşürmüşdür. Rahib aparatı aparıb əvvəl gizlətdiyi yerdə gizlətmiş, aradan 2 gün keçəndən sonra Rahib istifadəsində olan mobil nömrədən zəng vuraraq onu Turan marketin qarşısına çağırmışdır. O, da idarə etdiyi avtomobillə Turan marketin qarşısına getmişdir. Rahib ona demişki, mərkəzi xəstəxanadan oğurladığı UZİ aparatını Salıncağ meşəsinə aparıb yandırmaq istəyir. O, Rahibə demiş ki, aparıb özü yandırsın. Rahib ona demiş ki, səninlə bir yerdə bütün işləri görmüşük, ona görədə bir yerdə maşına qoyub aparıb yandıraq. Rahib onun idarə etdiyim avtomobilə minmiş və avtomobili Cabirin bağı deyilən əraziyə sürmüşdür. Rahib avtomobilə minəndən sonra o, avtomobili Salıncağ meşəsi istiqamətində idarə etmiş, meşəyə çatandan sonra avtomobili saxlayıb, arxa yük yerin açmışdır. Rahib avtomobildən yerə düşüb araxa yük yerindən UZİ aparatını götürüb altına kağız parçası qoyub yandırmış, bir qədər gözləmişlər ki, aparat tam alışıb yansın. Bundan sonra Rahib onun avtomobilimə minmiş və Rahibi gətirib mərkəzi yolda maşından düşürmüşdür. Bundan başqa Şahid3 Zərərçəkmiş şəxs2 evində qızıl ziynət əşyaları olmasını, gedib həmin əşyaları oğurlayaq deməmişdir. Şahid3 Zərərçəkmiş şəxs2 evindən oğurluq etməyə qorxduğunu dediyində həmin şəxs nədən qorxursan, sən çöldə dayanarsan, mən tez girib çıxacağam demişdir. Şahid3 ilə oğurluq üçün razılığa gəlməmişdir. Bundan sonra bir neçə dəfə Şahid3 onun yanına gəlib təkid etmiş ki, Zərərçəkmiş şəxs2 evinə girib oğurluq edək. Şahid3 bir neçə dəfə ona təkidlə oğurluq etməyi təklif etmiş, lakin o, onunla razılaşmamışdır. xx.xx.2021-ci il tarixdə Şahid3 ona zəng edərək Zərərçəkmiş şəxs2 evi yaxınlığında olduğunu bildirmiş və avtomobillə onun yanına getməsini xahiş etmişdir. O, razılaşmış və Rahibin yanına getmişdir. Şahid3 avtomobilə əyləşəndə onda qızıl ziynət əşyaları olduğunu görmüşdür. Bu qızılların hardan əldə etməsini soruşduqda Zərərçəkmiş şəxs2 evindən oğurluq etdiyini bildirmişdir. Şahid3 ilə yaşadığı ev istiqamətində getmiş, yolda olarkən həmin qızıl ziynət əşyalarına baxarkən Şahid3 01 ədəd qızıl sep, 01 ədəd Lalə sözü yazılan sep, 01 cüt iki halqalı, ağ-sarı qızıl halqalı sırğalar və 01 ədəd beş qaş tək sırğa olmasını görmüşlər. Şahid3 ilə qaranlıqda qızıl ziynət əşyalarına baxarkən həmin əşyaların bujuteriya olmasını zənn edib yaşadıqları evin yaxınlığında olan dərin su arxına atmışlar. Bundan başqa 2021-ci ilin mart ayının sonlarında dostu Təqsirləndirilən şəxs2 ilə söhbət edərkən qohumluq əlaqələri olan Zərərçəkmiş şəxs1 söhbət düşmüş, söhbət zamanı onun tütün işi ilə məşğul olduğunu və yaxşı maddi imkanı olduğunu bildirmişdir. Həmin ərəfələrdə onun, eyni zamanda Təqsirləndirilən şəxs2 maddi sıxıntıları olmuşdur. Avtomobil alarkən borca pul almış, borcu olduğuna görə haradansa pul əldə etmək istəmişdir. Dostu Təqsirləndirilən şəxs2 qohumluq əlaqəsi olan Zərərçəkmiş şəxs1 evində yaxşı pul ola biləcəyini, onun evinə oğurluğa gedə biləcəklərimizi bildirmişdir. Təqsirləndirilən şəxs2 da onun təklifinə etiraz etmədən razılaşmışdır. Oğurluq etdikləri günə kimi Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 məxsus evin yaxınlığına gedib evə girib-çıxan şəxslərin və evə hardan daxil olacaqları ilə bağlı müşahidlər aparmışlar. Zərərçəkmiş şəxs1 bacısı Aygün Salamova, dayısı Xəyyam Salamovun həyat yoldaşıdır. Bu günə kimi cəmi bir dəfə Zərərçəkmiş şəxs1 evində qonaqlıqda olmuş, həmin vaxtdan başqa həmin evə getməmişdir. Zərərçəkmiş şəxs1lə qohumluq əlaqələri olduğuna görə onun ailəsi ilə birlikdə evdə olmadığı vaxtı asanlıqla öyrənmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə dayısı Xəyyam Salamovun oğlunun doğum günü ilə əlaqdar qonaqlıqda anasıgil, Elxan və onun ailə üzüvləri dəvət olunmuşdur. Bundan məlumatı olduğu vaxt dostu Təqsirləndirilən şəxs2 məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Şəki regional qeydiyyat-imtahan və texiniki-baxış şöbəsinin yaxınlığında yerləşən körpünün yanına gedib orada dayanmışlar. Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə konkret olaraq evdən nə vaxt çıxacaqlarını bilməmişlər. Ona görə bir qədər körpünün yaxınlığında dayanıb gözləmişlər. Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə Vita markalı avtomobil ilə gəlib onların yanından keçib şəhərin Daşqaya adlanan yeri istiqamətində getdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə evin yaxınlığına getmişlər. Evdən 15-20 metr kənarda dayanıb evdə kiminsə olub-olmamasını müəyyən etmək üçün müşahidə etmişlər, evdə kiminsə olmadığına tam əmin olduqdan sonra evin darvaza qapısının sol hissəsindən əvvəlcə Təqsirləndirilən şəxs2 hasarın üzərinə qalxmış həyətdə qapının yaxınlığında nərdivan olduğunu bilmiş, onun arxası ilə həmin yerdən hasarın üzərinə qalxmışdır. Onlar birlikdə nərdivan ilə evin həyətinə düşmüş, əvvəlcə evin giriş qapısına yaxınlaşmış və qapının açıq olub-olmamasını yoxlamış, qapının bağlı olduğunu gördükdən sonra evin arxa hissəsində yerləşən otaqlardan birinin plastik olan pəncərəsinə yaxınlaşmışdır. Cavanşir əvvəlcədən yaşadığı evdən qapı və pəncərəni açmaq üçün üzərində bir ədəd vintaçan götürmüşdür. Pəncərə hündür olduğuna görə ayaqlarını Təqsirləndirilən şəxs2 çiyinlərinə qoyub pəncərəyə yaxınlaşmışdır. Cavanşirin götürdüyü vintaçanla plastik pəncərəni açmış, həmin pəncərədən evə daxil olduqdan sonra evdə olan əşyaları dağınıq hala salmadan axtarış aparmışdır. Təqsirləndirilən şəxs2 da evin həyətində dayanıb onun evdən çıxmasını gözləmişdir, evin biriki hissəsinə baxdıqdan sonra yataq otağında çarpayının yanında olan paltar dolabını açıb baxdığımda orada göy rəngli qadın əl çantasının olduğunu görmüş, həmin çantanı açıb baxdığımda orada çoxlu sayda ABŞ dolları pulların olduğunu görmüşdür. O,dərhal həmin pulları götürüb cibinə qoyub tələsik halda evdən çıxmışdır. Cavanşir ilə evin həyətinə düşdüyükləri yerdən küçəyə çıxıb Qurcana çayının içərisi ilə Şəki regional qeydiyyat-imtahan və texiniki-baxış şöbəsinin yaxınlığında yerləşən körpünün yaxınlığına kimi gedib oradan yola çıxmışlar, oradan da piyada yaşadıqları ev istiqamətinə getmişlər. Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 məxsus evdə paltar dolabından götürdüyü pulları, özü ilə yaşadığı evə aparmış, evdə xəlvət yerdə pulu saymış və 4.000 ABŞ dolları pul olmasını bilmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 da məlumat vermişdir. Hadisədən təxminən 3-4 gün sonra Gəncə şəhərinə gedib pulu milli valyutaya çevirmək istəmişlər, lakin orada da polis əməkdaşlarını görüb tutulacaqlarını güman edib pulu dəyişməkdən qorxmuşlar. Belə olmuş avtomobil ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində tanımadıqları yerdə valyuta dəyişmə məntəqəsində 4.000 dollar pulu milli pula çevirmişlər. Pulu milli valyutaya dəyişdikdən sonra tən yarıdan, yəni 3.400 manat özünə götürmüş, 3.400 manat isə Təqsirləndirilən şəxs2 vermişdir. Sonra birlikdə Şəki şəhərinə qayıtmışlar. Zərərçəkmiş şəxs1 evindən oğurladıqları pulları az-az müxtəlif yerlərə xərcləmişlər. Zərərçəkmiş şəxslərlə barışmışlar, vurulan ziyan tam ödənilmişdir. Qeyd olunanları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bir-iki il olar Təqsirləndirilən şəxs1 qohumu kimi tanıyır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs1 ailəsi ilə birlikdə qohumlarında olacaq yığıncağa gedəcəklərini və həmin vaxt evə girmək daha çox əlverişli olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs1 ilə razılaşmış və Ruslan Zərərçəkmiş şəxs1 ailəsi ilə birgə evdə olmadıqları vaxtı müəyyən etmişdir. Onlar Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə axşam satlarında qohumlarıgilə yığıncaq üçün gedəcəklərini bilmişlər. Evdən nə vaxt çıxacaqlarını dəqiq bilmədiklərinə görə Elxanın yaşadığı evə gedib-gələn yolda yəni, Şəki şəhərində 8 saylı rayonlararası qeydiyyat-imtahan və texiniki-baxış şöbəsinin yaxınlığında yerləşən körpünün yanına gedib orada dayanmışlar. Təqsirləndirilən şəxs1 ilə bir qədər orada dayandıqdan sonra Zərərçəkmiş şəxs1 Vita markalı avtomobil ilə gəlib şəhərin daş-qaya adlanan istiqamətinə doğru getməsini görmüşlər. Sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus evin yaxınlığına getmişlər, evdən 15-20 metr kənarda dayanıb evdə kiminsə olub-olmasını müəyyən etmək üçün müşahidə etmişlər, evdə kiminsə olmadığına tam əmin olduqdan sonra evin darvaza qapısının sol hissəsindən əvvəlcə o, hasarın üzərinə çıxmış, həyətdə qapının yaxınlığında nərdivan olduğunu görmüş, sonra Təqsirləndirilən şəxs1 da həmin yerdən hasarın üzərinə çıxmışdır. Onlar birlikdə nərdivan ilə evin həyətinə düşmüşlər. Əvvəlcə Ruslan evin giriş qapısına yaxınlaşmış və qapının açıq olub-olmamasını yoxlamışdır. Onlar qapının bağlı olduğunu gördükdən sonra evin arxa hissəsində yerləşən otaqlardan birinin plastik olan pəncərəsinə yaxınlaşmışlar. O, əvvəllcədən yaşadığı evdən qapı və pəncərəni açmaq üçün üzərində bir ədəd vintaçan götürmüşdüdür. Pəncərə hündür olduğuna görə Ruslan ayaqlarını onun çiyinlərinə qoymuş və onu qaldırmış, sonra onun götürdüyü vintaçanla plastik pəncərəni açmışlar. Ruslan həmin pəncərədən evə daxil olduqdan sonra o, çöldə dayanıb onun evdən çıxmasını gözləmişdir. Ruslan təxminən 10 dəqiqə evdə qaldıqdan sonra evə daxil olduğu pəncərədən də çölə çıxmışdır. Ruslan evdən çıxdıqdan sonra həyətə düşdüyükləri nərdivanda da çölə çıxmışlar. Onlar evdən çıxdıqdan sonra yaxınlıqda olan Qurcana çayının içi ilə Şəki regional qeydiyyat-imtahan və texiniki-baxış şöbəsinin yaxınlığında yerləşən körpünün yaxınlığından yola çıxmışlar, oradan da piyada yaşadıqları evə getmişlər. Onlar oğurladıqları pulları xarici valyuta olduğuna görə Şəki şəhərində milli pula çevirməmişlər. Fikirləşmişlər ki, Şəki şəhərində pulu milli valyutaya çevirsək polislər onları tuta bilərlər. Onlar pulu milli valyutaya çevirmək üçün təxminən oğurluq etdikləri gündən 3-4 gün sonra Gəncə şəhərinə getmişlər. Orada da xarici valyutanı əldə dəyişmək istəsəkdə qorxub dəyişməmişlər. Belə olmuş onlar oradan da Təqsirləndirilən şəxs1 məxsus avtomobil ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində tanımadığı yerdə valyuta dəyişmə məntəqəsində 4.000 dollar pulu milli pula çevirmişlər. Pulu milli valyutaya dəyişdikdən sonra tən yarıdan, yəni Təqsirləndirilən şəxs1 3.400 manat özünə götürmüş, 3.400 manat isə ona vermişdir. Bundan sonra onlar birlikdə Şəki şəhərinə qayıtmışlar. Zərərçəkmiş şəxs1 evindən oğurladıqları pulları az-az müxtəlif yerlərə xərcləmişlər. Zərərçəkmiş şəxslə barışmış, vurulan ziyan tam ödənilmişdir. Qeyd olunanları nəzərə alıb ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyun ayının 8-dən "Şəki Rayon Mərkəzi Xəstəxanasının" İnsan Resusları şöbəsinin hüquqşünası işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin X16 vardır. Şəki Rayon Mərkəzi Xəstəxanasının invertarı olan "Porotativ" USM cihazı Perinatal mərkəzin həkimi Şahid1 istifadəsində olmuşdur. Həmin aparatla Perinatla mərkəzə gələn xəstələri müayinə etmişdir. Şahid1 deməsinə görə 07 mart 2021-ci tarixdə X13 növbədə olmuşdur. Həmin gün səhər saat 09 radələrində işə gəlmiş, saat 17 radələrində işdən çıxıb yaşadığı evə getmiş, saat təxminən 20 radələrində yenidən işə qayıtmışdır. İşə gəlib xidməti iş otağına daxil olub görmüş ki, otaqda olan USM aparatı yerində yoxdur. Həmin vaxt otaqda heç bir dəyişiklik, dağınıqlıq olmadığı üçün həmin aparatın oğurlanmasını düşünməmiş və bu barədə heç kimə heç nə deməmişdir. 11 oktyabr 2022-ci il tarixdə Şahid1 Şəki Şəhər Polis Şöbəsinə dəvət edilmiş və 07 mart 2021-ci tarixdə X12, xidməti iş otağından bir ədəd USM aparatı oğurlanmasını qeyd etmişdir. Şahid1 Polis Şöbəsində dəvət olunduqdan sonra onun istifadəsində olan aparatı əvvəllər X14 fəhlə işləmiş Şahid3 özü və Təqsirləndirilən şəxs1 adlı tanışı ilə birlikdə həmin aparatı oğurlamasından məlumatları olmuşdur. Onlara vurulan maddi ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbləri yoxdur. Cavan olmasını nəzərə alınıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun ünvan 6 ünvanında yaşayış evi də vardır. Həmin evə ara-sıra gedib gəlir. Bir çox qiymətli əşyaları həmin evdə saxlayır. Qızıl ziynət əşyalarının bir qismi yaşadığı evdə, bir qismi isə həmin 20 yanvar küçəsi, ev 56/42 ünvanında yerləşən evə qoyub saxlayır. Onun qızıl ziynət əşyaları çox olsada elədə çox istifadə etmir. Ara-sıra toy şənlikləri olduğunda qızıl ziynət əşyalarından istifadə edir. Başqa vaxt qızıl ziynət əşyaları istifadə etmir və onların yerində olub-olmaması ilə maraqlanmamışdır. Hazırda yaşadığı evdən oğurlanmış qızıllar təmir üçün yataq otağında olan qızıl əşyaları olmuşdur. Oğurlanmış qızıl ziynət əşyalarını ünvan 7 ünvanında yerləşən özünə məxsus yataq otağında çarpayı ilə üz-üzə olan kamodun siyirməsində balaca qutunun içərisinə qoymuşdur. Həmin təmir üçün qutuya qoyduğum 01 ədəd 2 qramlıq qızıl sep, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq sep, 01 cüt 6 qramlıq iki halqalı, ağ-sarı qızıl sırğalar və 01 ədəd 02 qram olan beş qaş tək sırğaları istifadə etmədiyinə görə qoyduğu yerdə olub-olmamasına baxmamışdır. Ona məxsus ev binanın birinci mərtəbəsində yerləşir və üç otaqdan ibarətdir. Evin yataq otaqlarından birində qızı Lalə Vəliyeva, digər yataq otağından isə o, özü istifadə edir. xx.xx.2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları ona zəng edərək yaşadığı evdən qızıl-ziynət əşyaları oğurlanıb-oğurlanmamasını soruşmuşlar. O, polis əməkdaşlarına evdən oğurluq olması ilə bağlı məlumat olmadığını bildirmiş, sonra yaşadığı evə gedib baxdığında təmir üçün yataq otağında kamodun siyirəməsinə gələcəkdə təmir etdirmək üçün qoyduğu və istifadə etmədiyi 01 ədəd 2 qramlıq qızıl sep, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq sep, 01 cüt 6 qramlıq iki halqalı, ağ-sarı qızıl sırğalar və 01 ədəd 02 qram olan tək beş qaş tək sırğa olan qutunun yerində olmadığını görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, ona məxsus evdən oğurluq olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə Şəki Park restoranda 8 mart qadınlar bayramı ilə əlaqədar tədbirdə olmuş, həmin vaxt qızı Lalə Vəliyeva da onun yanında olmuşdur. Onlar həmin tədbirə gedərkən saat 18 radələrində evdən çıxıb, saat 20 radərində evə qayıtmışlar. Həmin müddət ərzində yaşadığı evə oğurluq üçün girmiş şəxslər binanın arxa hissəsinə düşən mənim istifadə etdiyim yataq otağının pəncərəsindən daxil olmuşlar. xx.xx.2022-ci il tarixdə qızı Lalə ilə saat təxminən 20 radələrində evə qayıtdığında yataq otağının plastik pəncərəsinin açıq olmasını görmüşdür. Polis əməkdaşları evindən oğurluq edilməsini dedikdən sonra evdə təmir üçün qoyduğu qızılların yerində olmadığını müəyyən etmişdir. Lalə heç kimə qızıl göstərməmişdir. Lalə istintaqda dindirilməyib və ifadələrə münasibət bildirmədiyi üçün o, belə düşünür ki, ibtidai istintaq düzgün aparılmamışdır və ittiham aktında yalnışlıqlar var, oğurluqda Ruslanın heç bir əli olmamışdır, Rahib tək hadisəni törətmişdir. Ruslan binanın arxasında dayanıb Rahibi gözləsəydi, o, binanın eyvanında olan kameraya düşərdi, binanın önündə gözləsəydi, onun gəldiyini görməz idi. Ruslan həmin vaxtı hadisə yerində olmadığını düşündüyünü əlavə etmişdir. Ona məxsus evin pəncərəsinin ölçülərindən də belə qənaətə gəlmişdir ki, evə Ruslan yox Rahib daxil olmuşdur. Ona məxsus evdən 01 ədəd 2 qramlıq qızıl sep, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq sep, 01 cüt 6 qramlıq iki halqalı, ağ-sarı qızıl halqalı sırğalar və 01 ədəd 02 qram olan beş qaş tək sırğa oğurlanmışdır. 01 ədəd 2 qramlıq qızıl sepin dəyəri 110 manat, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq sepin dəyəri 440 manat, 01 cüt 6 qramlıq iki halqalı, ağ-sarı qızıl sırğanın dəyəri 330 manat və 01 ədəd 02 qram olan tək beş qaşlı tək sırğanın dəyəri 110 manat olmaqla ümumilikə ona 990 manat maddi ziyan dəymişdir. Hazırda isə qızılın orta bazar qiyməti ilə hesablamasına əsasən ona ümumilikdə 990 manat maddi ziyan dəymişdir. Lalə yazısı olan sep Ağdaş şəhərində zərgər tərəfindən şifarişlə düzəldilmiş, bir cüt halqalı sırğa İtaliyan qızılı, tək sırğa Rus qızılı, bir ədəd nazik sep isə Rus qızılı olmuşdur. O, təqsirləndirilən şəxslərdən pul almamış, lakin dəymiş zərərin ödənilməsi ilə bağlı ərizə təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona ümumilikdə 990 manat ziyan dəymiş ziyan ödənilmişdir. Hesab edir ki, təqsirləndirilən şəxslərin heç bir günahı yoxdur və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti yoxdur. Cinayət əməlinin icracısı Rahibdir, ondan da şikayətçidir. Qızıllar onun yataq otağında, güzgünün önündəki qutunun içində olub. Lalə qızılların harda olduğunu bilməyib. Hesab edir ki, Ruslanın cinayətin törədilməsində iştirak etməyib, belə ki, ifadənin yerində yoxladılması zamanı o, evə daxil olduğu pəncərənin yerini göstərə bilməyib. Lalə qızılların harada olmasını bilməyib. Təqsirləndirilən şəxs1 bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o,Şəki şəhəri, 120-ci kvartalda torpaq alıb fərdi yaşayış evi inşa etmişdir. 2016-cı ildə həmin yeni inşa etdiyi evə köçüb ailəsi ilə bu günə kimi orada yaşayır. Saat 21 radələrində qardaşı Anar Hacəliyevi yaşadığı evə göndərmiş ki, uşaqları götürüb "Ağ Qaya" restoranına gətirsin, oradan da birlikdə Şorsu kəndinə getsinlər. Onlar belədə etmiş, yoldaşı və uşaqlar yanına gəldikdən sonra birlikdə Şorsu kəndinə gedib saat 23-də yaşadıqları evə qayıtmışlar. Onlar evə gəldikdən bir qədər sonra yatmağa hazırlaşmış, yataq otağında paltar dolabında qadın çantasına qoyduğu 4000 ABŞ dolları pulun yerində olub-olmamasına baxmışdır, çantanı açıb baxdıqda pulun yerində olmadığını görmüş, həmin vaxt yoldaşı Şahid2 və uşaqlarını çağırıb pulu onların götürüb-götürmədiklərini soruşmuş, onlar pulu götürmədiklərini bildirmişlər. Onlar evin hər bir yerinə baxdıqda pulu tapa bilməmiş, lakin evin istifadə olunmayan yataq otağının plastik pəncərəsinin açıq olmasını və pəncərənin yan tərəfində balaca zədələr olmasını görmüşlər. Ondan sonra yaşadıqları evdən oğurluq olmasını başa düşmüş, bu səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Yaxın qohumlardan, hətta uzaq qohumlardan, tanışlardan və qonşulardan kiminləsə şəxsi ədavəti və düşmənçiliyinin olmadığını qeyd etmişdir. Yaşadıqları evin qapısı dəmir qapıdır və həmin qapı daxili kilidlə kilidlənir. Onlar evdən çıxarkən qapını daxili kilidlə bağlamış, uşaqlar isə evdən çıxarkən evin qapı və pəncərəsini bağlamışlar. Onların yaşadıqları evdə pul olması barədə heç kəsin məlumatı olmayıbdır. O, düşünürki bilən ola bilər ki, kənd təsərrüfatı ilə məşğul olduğu üçün pulu vardır. Həyat yoldaşı və uşaqları saat 21 radələrində götürüb getmiş, saat 23 radələrində yaşadıqları evə qayıtmışlar. Onlara məxsus evdən 4000 ABŞ dolları puldan başqa heç nə oğurlanmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulan ziyan ödənilmişdir və heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, 1987-ci ildən həkim işləyir. Hazırda o, X13 Anesteziolaq-Reanimatoloq vəzifəsində işləyir. X15 inzibati binasının birinci mərtbəsində onun xidməti otağı vardır, həmin otaqda Ultrasəs müayinə (USM) aparatı vardır. 07 mart 2021-ci tarixdə o, X14 növbədə olmuşdur. Həmin gün səhər saat 09 radələrində işə gəlmiş, saat 17 radələrində işdən çıxıb evə getmiş, saat təxminən 20 radələrində yenidən işə qayıtmışdır. İşə gəlib xidməti iş otağıma daxil olub görmüş ki, otaqda olan USM aparatı yerində yoxdur. Həmin vaxt otaqda heç bir dəyişiklik, dağınıqlıq olmadığı üçün o, həmin aparatın oğurlanmasına inanmamışdır və fikirləşmişdir ki, yəqin ki, rəhbərlik aparatı götürüb harasa qoydurmuşdur. xx.xx.2022-ci il tarixdə onu Şəki Şəhər Polis Şöbəsinə dəvət edib X12, onun iş otağından USM aparatı oğurlanıb-oğurlanmadığını soruşanda, o,bildirmişdir ki, 07 mart 2021-ci tarixdə X12, onun xidməti iş otağından bir ədəd USM aparatı oğurlanmışdır. O, işdən çıxanda otağının qapısını daxili kilidlə bağlamışdır. Qayıdıb gələndə də otağın qapısını açıb girmiş, ancaq otağın pəncərəsi örtülü olsada bağlı olmamışdır. Həmin vaxt o, zənn etmiş ki, yəqin pəncərəni özü açıq qoyub gedib. Həmçinin onun ağlıma gəlməyibi ki, USM aparatını kimsə oğurlayar. Belə ki, həmin USM aparatı xəstəxananın inventarıdır, həmin aparatı kimsə istədiyi yerdə qoyub istifadə edə bilməz. Əsas buna görə o, həmin aparatın oğurlanmasına inanmamışdır. Həmin oğurlanmış USM aparatının balans dəyəri 17.000 manat təşkil etmişdir. Verilə suallara cavab olaraq bildirdi ki, ərizə vermək onun səlahiyyətində deyil, lakin rəhbərliyə və müəssisənin muhafizə polisinə məlumat vermişdir. Otağı birinci mərtəbədə yerləşir, otağın pəncərəsi örtülü olsa da, kilidli olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə CM-nin 29.120.2.4-cü maddəsi ilə təqsirli bilinərək Şəki Rayon Məhkəməsinin qərarı ilə tutulub və hazırda X7 saxlanır. Təqsirləndirilən şəxs1 onunla qonşudur, xx.xx.2021-ci il tarixdə harda olduğunu xatırlamır və Ruslanla birlikdə Mərkəzi Xəstəxanadan UZİ aparatı oğurladığına dair, Təqsirləndirilən şəxs1 ifadəsində ona qarşı göstərdiyi xüsusatlar yalandır. xx.xx.2022-ci il tarixdə xalası oğlu Kamran və İmrana məxsus ev və tövlənin yandırılması barədə ifadə verərkən, o, göstərib ki, yanğın hadisəsini Ruslan adlı şəxs törətmişdir. Ruslan da ona görə oğurluq hadisəsində onun adını çəkmişdir. X7 saxlanılan zaman ərizə yazmışdır. Kəmalə adlı qadın isə onun evinə yaxın ərazidə yerləşən beş mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayır. Kəmalə adlı qadının evindən oğurluq olması haqqında məlumatı yoxdur. Cəzaçəkmə müəssəsinin əməkdaşı İlham ona demiş ki, “səni PŞ-nə aparacaqlar”, oda qorxduğu üçün ərizə yazmışdır ki, “Ruslanla birlikdə Kəmalə adlı qadının evinə girib oğurluq etmişik”. Kəmalə yaşayan evə oğurluğa girməmiş və oradan heç bir şey oğurlamamışdır. Ruslan bunların hamsını yalandan göstərmişdir. 07-08 mart 2021-ci il tarixlərdə harada olduğunu xatırlamır. Zərərçəkmiş şəxs2 vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən X9 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 qonşu kimi tanıyır, Ruslanla heç bir münasibəti olmayıb, qızıllar barədə Ruslana məlumat verməyib. O, qızılların evdə olmasından ümumiyyətlə xəbəri olmayıb. Onların evindən oğurluq olan günü o, anası ilə restoranda tədbirdə olub və təxminən 2-3 saat sonra evə gəliblər. Evə qayıtdıqdan sonra pəncərənin açıq olduğunu, ayaq izlərinin olduğunu görüblər. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Xəlilov Ruslаn Rüstəm oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Xəlilov Ruslаn Rüstəm оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, Xəlilov Ruslаn Rüstəm оğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki rayon-polis Şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tаrixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 оğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki rayon-polis Şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, naməlum şəxs və ya şəxslər tərəfindən Şəki şəhəri, "Olimpiya" məhəlləsi 120-ci kavartalda yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə daxil olub oradan yataq otağında çarpayının yaxınlığında paltar dolabının içərisində olan qadın əl çantasının içindən 4000 ABŞ dolları pul oğurlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, ünvan 5 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs2 məxsus evin plastik pəncərəsini açmaqla evə daxil olunduğu, evin yataq otağında olan dolabın siyirməsindən qızıl-zinət əşyaları oğurlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli baxış protokollundan görünür ki, ünvan 8 ünvanında yerləşən X10 İntensiv Terapiya şöbəsinin birinci mərtəbəsində yerləşən altı saylı xidməti iş otağı olan həkimi Şahid1 otağından «Portativ USM cihazı oğurlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Azərittifaq Mərkəzi Kooperativlər Cəmiyyətinin 15 dekabr 2022-ci il tarixli 22 nömrəli məktubundamn görünür ki, 2021-ci ilin mart ayının 1-dən 2021-ci ilin mart ayının 15-dək 01 ədəd 2 qramlıq qızıl sepin dəyəri 110 manat, 01 ədəd Lalə sözü yazılan 8 qramlıq qızıl sepin dəyəri 440 manat, 01 cüt 6 qramlıq ağ-sarı qızıl sırğanın dəyəri 330 manat və 01 ədəd 02 qram beş qaşlı tək qızıl sırğanın dəyəri 110 manat olmaqla ümumilikə 990 manat manat təşkil edir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiаtriyа xəstəxаnаsının xx.xx.2022-ci il tаrixli 1066 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxаnаdа qeydiyyаtdа yoxdur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Psixiаtriyа xəstəxаnаsının xx.xx.2022-ci il tаrixli 1065 №-li məktubundаn görünür ki, Xəlilov Ruslаn Rüstəm oğlu həmin xəstəxаnаdа qeydiyyаtdа yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tаrixli 397 №-li məktubundаn görünür ki, Xəlilov X6 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciəti olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2022-ci il tаrixli 398 №-li məktubundаn görünür ki, Alxasov X4 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciəti olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahəİnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "Qurcana" məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tаrixli аrаyışındаn və xаsiyyətnаməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 10 ünvanında pаsport qeydiyyаtındа olmаqlа həmin ünvаndа yaşayır və yаşаyış yeri üzrə müsbət xаrаkterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıŞəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "Qurcana" məhəllə nümayəndəliyinin xx.xx.2022-ci il tаrixli аrаyışındаn və xаsiyyətnаməsindən görünür ki, Xəlilov Ruslаn Rüstəm oğlunun ünvan 11 ünvanında pаsport qeydiyyаtındа olmаqlа həmin ünvаndа yaşayır və yаşаyış yeri üzrə müsbət xаrаkterizə olunur. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən dаxil olmuş tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən dаxil olmuş tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, Ruslаn Xəlilovla barışmışdır, ona vurulan maddi ziyan tam ödənilmişdir. un və Şahid3 evindən oğurluq etmələri səbəbindən ona dəymiş maddi ziyan tam ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Hаcəliyev Elxаn Məhərrəm oğlu tərəfindən yazılmış ərizədən görünür ki, Xəlilov Ruslаn Rüstəm oğlu və Alxаsov Cаvаnşir Elmаn oğlu ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Abdullаyev Cаmаl Fikrət oğlu tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 barışmışlar, maddi ziyan tam ödənilmiş, heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə, ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Xəlilov Ruslаn Rüstəm oğluna və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətini ehtiva edir. Özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, təkrar törədildikdə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Yuxarıda qeyd olunanları əsas götürən məhkəmə, araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Xəlilov Ruslаn Rüstəm oğlunun və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməli məhkəmə istintaqı zamanı Xəlilov Ruslаn Rüstəm oğlunun qismən Təqsirləndirilən şəxs2 isə tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, o, cümlədən cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Xəlilov Ruslаn Rüstəm oğlunun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirlədirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ifadəsində, ona istinad olunan əməli etiraf etmişdir. O, məhkəmə baxışında Zərərçəkmiş şəxs2 evindən oğuluq etməsinə dair hissədə təqsirsiz olduğunu bildirsə də, ibtidai istintaqda etiraf edici ifadələr verdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsinə, dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. X1 bildirdiklərinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, həmin şahid təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə ümumi sözlərdən ibarət olan ifadə vermişdir. Odur ki, məhkəmə X5 ifadəsini əsaslı sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs2 və Hаcəliyev Elxаn Məhərrəm oğlu, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Abdullаyev Cаmаl Fikrət oğlu tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Xəlilov Ruslаn Rüstəm oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən onlara yetirilmiş maddi ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Xəlilov Ruslаn Rüstəm oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən və zərərçəkmiş şəxslərlə barışmalarını isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərin əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cinayət törədən şəxslərin şəxsiyyətini, ilk dəfə məhkum olunmalarını, səmimi peşmançılıq hissi keçirmələrini əsas götürərək onların cəmiyyətdən təcrid edilmədən də islah olunmalarını mümkün sayır və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, qeyd olunan halları nəzərə almaqla hesab edir ki, Xəlilov Ruslаn Rüstəm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, onun üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalı, cəzanın icrasına nəzarəti yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-nin Təminat Hissəsində saxlanılan Portativ USM cihazının yanmış qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin olmaması, maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Xəlilov Ruslаn Rüstəm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Xəlilov Ruslаn Rüstəm oğlunun 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Xəlilov Ruslаn Rüstəm oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Xəlilov Ruslаn Rüstəm oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Xəlilov Ruslаn Rüstəm oğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Xəlilov Ruslаn Rüstəm oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Maddi sübut kimi tanınmış Şəki ŞRPŞ-nin Təminat Hissəsində saxlanılan Portativ USM cihazının yanmış qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar