Məhkəmə qərarları › İş №1(075)-32/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-32/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-32/2025 02.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X1 kаtibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasından 03 ay, 20 gün vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə, xeyli miqdarda, ümumi təmiz çəkisi 1.528 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib həmin narkotik vasitəni bir ədəd ağ rəngli kağız bükülüdə olmaqla üzərində daşımaqla saxlamış, 26 iyun 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində, “Al Market” mağazasının yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutularaq həmin gün, saat 20:37 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki sarı rəngli köynəyin sol döş çöl cibindən həminbir ədəd ağ rəngli kağız bükülüdə olmaqla xeyli miqdarda, təmiz çəkisi 1.528 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli hesab edərək bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləməmiş və yaşadığı ünvanda tək yaşamışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 20 gün müddətində vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İİ qrup əlil olduğu üçün aldığı 360 manat müavinət ilə maddi ehtiyaclarını ödəmişdir. Azadlığa çıxdığı vaxtdan indiyədək narkotik vasitələrdən istifadə etməmişdir. xx.xx.2024cü il tarixdə təxminən saat 15 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Karvansaray”ın yaxınlığında tək gəzdiyi zaman yolun kənarından ağ rəngli kağız bülkülü tapmışdır. Həmin kağız bükümü açdıqda içərisində qəhvəyi rəngli əvvəllər istifadə etdiyi “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu görmüşdür. İİ qrup əlil olduğu üçün son vaxtlar belində və ayağında dözülməz ağrılar olduğundan həmin ağrıları kəsəcəyini düşündüyü üçün onu təkrarən bükərək gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Həmin vaxtdan narkotik vasitəni üzərində gəzdirmiş və bu barədə heç kimə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı Şahid2 evində təmir işləri ilə əlaqədar ona kömək edən zaman tanışı Aygün adlı qadın evində olan qaz turbasını təmir etməsini xahiş etmişdir. Bu məqsədlə evdən çıxaraq Aygünün evinə gedən zaman Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Al Market”in yaxınlığında mülki formada polis əməkdaşları ona yaxınlaşaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının otağına aparmışlar. Həmin vaxt təhqiqatçı özünü təqdim edib üzərində narkotik vasitə olmasına görə şübhələr olduğunu deyib siyahı verərək vəkil seçməsini bildirmişdir. Həmin vaxt siyahıdan Müdafiəçi seçmişdir. Bir müddət sonra vəkil də gəlmişdir. Bundan sonra təhqiqatçı ona CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmağını deyib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etmiş və üzərinə şəxsi axtarışın keçiriləcəyini demişdir. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman otaqda təhqiqatçı, müdafiəçi, iki nəfər polis əməkdaşı və mütəxəssis olmuşdur. Həmin vaxt təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməyi təklif etmiş, əynindəki sarı rəngli köynəyinin sol döş çöl cibindən 01 ədəd ağ rəngli kağız bükümü, boz rəngli parça şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı, qara rəngli sadə telefonunu, bir ədəd A83967480 seriya nömrəli, 1 manatlıq pul əskinazını, şalvarının sağ yan cibindən “Karvan” markalı içərisində 20 ədəd siqaret olan olan siqaret paçkasını və bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə hərtərəfli baxış keçirilmiş, başqa hər hansısa bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra masanın üzərinə qoyduğu əşyaları birbir təqdim etməsi xahiş edildikdə üzərindən aşkar edilmiş bükümü təqdim etmiş və bükülünün içərisində “kakos” olduğunu, həmin narkotik vasitəni bir gün qabaq Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən “Karvansaray”ın yaxınlığında gəzən zaman yolun kənarından tapdığını, əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün tapdığı bükümün içərisindəki narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi bükülü təhqiqatçı tərəfindən ekspertizaya göndəriləcəyi bildirildikdən sonra içərisi boş olan zərfə qoyularaq möhürlənmişdir. Həmçinin üzərindən aşkar olunmuş bir ədəd bir manatlıq pul əskinazı və “Nokia” markalı telefonu da zərfə qoyularaq möhürlənmişdir. Bir ədəd siqaret paçkası və kibrit qutusu özünə qaytarılmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni tapan zaman yanında heç kimin olmadığını, gələcəkdə özü istifadə etmək üçün özündə saxladığını, həmin narkotikdən heç kimə satmadığını, qazanc əldə etmədiyini və pay vermədiyini, ümumiyyətlə narkotik satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan narkotikdən başqa heç yerdə narkotik vasitə saxlamadığını, saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə yol verilmədiyini bildirmişdir. O, bir Azərbaycanlı olaraq Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında könüllü olaraq iştirak etmiş, qardaşı Eldar Rzayev döyüşlərdə şəhid olmuşdur. Amnistya tətbiq edilən şəxslərin dairəsinə aid olduğu, habelə Birinci Qarabağ müharibəsi veteran olmasının nəzərə alınaraq Amnistya qərarının tətbiq edilərən barəsində olan cinayət tətbiqinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsi həqiqəti əks etdirməməklə yanaşı özünü müdafiə xarakteri daşıyır. Buna görə də məhkəmə təqsirləndirlən şəxsin məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsində qeyd edilənlərə münasibət bildirilməsinə lüzum görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmamışdır. 26 iyun 2024-cü il tarixdə xidmətdə olan zaman “Cavanşir” adlı şəxsin Şəki rayon ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, “Cavanşir” adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq onun cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə məruzə olunmuşdur. Şöbə rəhbərliyinin icazəsi ilə 27 iyun 2024-cü il tarixdə “Cavanşir” adlı şəxsin Şəki şəhəri, M.S.ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin cinayət əməlinin ifşa olunaraq cinayət başında yaxalanması məqsədilə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi, “Al” marketin yaxınlığında olması müəyyən edildiyindən həmin əraziyə gedib saat 18:20 radələrində ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduğuqlarını bildirərək ona narkotik vasitə saxlaması barədə məlumat əldə etdikləri üçün onlarla birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşdığı üçün onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib barəsində tədbir görülməsi üçün şöbə rəhbərliyinə müraciət etmişlər. Onun üstünə şəxsi axtarış keçirilməsi Təhqiqat bölməsini təhqiqatçısı, polis leytenantı Murad Sırafilova həvalə edilmişdir. X2 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Şəki rayonunda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Müdafiəçi seçmişdir. Bir qədər sonra vəkil Müdafiəçi gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Qiyam Səfərəliyev dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra vəkilin, onun, Şahid5 və Qiyam Səfərəliyevin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündəki əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki sarı rəngli köynəyinin sol döş cibindən 01 ədəd ağ rəngli kağız bükümü, boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd Nokia markalı qara rəngli sadə telefonu, və 01 ədəd bir manatlıq pul əskinazını, şalvarının sağ yan cibindən Karvan markalı içərisində 20 ədəd siqaret olan siqaret paçkasını və 01 ədəd içərisində kibrit dənləri olan kibrit qutusunu masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etmək təklif olunduqda o, həmin əşyaların ona məxsus olduğunu deyib əşyaları təqdim etmişdir. Əşyaları təqdim edən zaman o, ağ rəngli bükümü göstərib içərisində narkotik vasitə olan “kokos” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan, yaxud kimdən hansı məqsədlə əldə etməsi, üzərində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı barədə sual verildikdə o, narkotik vasitəni 2024-cü ilin iyun ayının 25-də Şəki şəhəri, Karvansaray ərazisi yaxınlığında gəzən zaman yerdən tapdığını, əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün həmin bükümün içərisindəki maddənin narkotik vasitə olduğunu bildiyini, ağrıları olarsa gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, içərisində narkotik vasitə olan bükümü tapmasından heç kimin məlumatı olmadığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan həmin bükülü, bir manatlıq əskinaz və mobil telefon zərfə qoyularaq müvafiq qaydada qablaşdırmışdır. Daha sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Bundan sonra isə videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləməmiş, Təqsirləndirilən şəxs onun doğma qardaşı olmuşdur. Təqsirləndirilən şəxs İİ qrup əlil olmaqla, ağrılarını azaltmaq üçün uzun müddət spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs heç vaxt ailə həyatı qurmamış, bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dörd dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin evlərində ustalıq edərək və küçələrdə səyyar şəkildə siqaret sataraq özünü dolandırmışdır. 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs digər qardaşı Şahid3 evlərinin təmirində köməklik göstərmişdir. Həmin tarixdə o, şəxsi işi ilə əlaqədar olaraq evdə olmamışdır, Təqsirləndirilən şəxs zəng gəlib çağrılan zaman Təqsirləndirilən şəxs digər qardaşı Şahid3 evində işləmişdir. Sonradan o, Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə heç nə soruşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, Təqsirləndirilən şəxs onun doğma qardaşı olmuşdur. Təqsirləndirilən şəxs İİ qrup əlil olmaqla heç vaxt ailə həyatı qurmamışdır. Təqsirləndirilən şəxs bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin evlərində ustalıq edərək və küçələrdə səyyar şəkildə siqaret sataraq özünü dolandırmışdır. 2024-cü ilin təxminən iyun ayının 24-də Şəki şəhəri, “Qurdlar Məhəlləsi” adlanan ərazidə, ünvanı dəqiq bilmədiyi evinə gəlmişdir. 26 iyun 2024-cü il tarixdə təxminən saat 11 radələrində qardaşı Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Şəki şəhərində yerləşən evlərində pilləkəni təmir edən zaman Təqsirləndirilən şəxs də bu işdə ona kömək etmişdir. Həmin gün günortadan sonra dəqiq saatını xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxslə danışan zaman Təqsirləndirilən şəxs danışdığı şəxsə qardaşının evində işlədiyini, bir azdan şəhərin mərkəzinə gələcəyini bildirmişdir. Telefonda danışdığı şəxs Təqsirləndirilən şəxs nə isə demiş və o, siqaret torbasını götürüb iş paltarında həyətdən çıxmışdır. O, Təqsirləndirilən şəxs hara getməsini soruşduqda Təqsirləndirilən şəxs siqaret almaq istəyən olduğunu, siqaret verib gələcəyini demişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs geri qayıtmamış və mobil nömrəsinə zəng çatmamışdır. İki gün sonra, yəni xx.xx.2024-cü cü il tarixdə Təqsirləndirilən şəxs tanımadığı mobil nömrədən ona zəng edərək cibinə narkotik vasitə qoyularaq həbs olunduğunu bildirmişdir. O. həmin gün Təqsirləndirilən şəxslə görüşüb söhbət etmiş və bundan sonra yaşadığı Bakı şəhərinə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləməmiş və Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı, ədavət və düşmənçiliyi olamışdır. O, Təqsirləndirilən şəxs səyyar şəkildə mağazalarda satışı olmayan siqaretlər satdığını eşitmiş, ondan özü üçün bir blok siqaret almaq üçün onun mobil nömrəsini öyrənib xx.xx.2024-cü il tarixdə təxminən günortadan sonra ona zəng etmişdir. Birinci dəfə zəng edib Təqsirləndirilən şəxslə danışanda ondan siqaret satıbsatmadığını soruşmuş, Təqsirləndirilən şəxs ona cavabında siqaret satdığını bildirmişdir. Birinci zəngdən təxminən 15-20 dəqiqə sonra o, Təqsirləndirilən şəxs təkrar zəng edərək harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona Şəki şəhəri, “Qurdlar məhəlləsində” olduğunu demişdir. O, Təqsirləndirilən şəxs küçəyə çıxmasını, gəlib siqareti ondan götürəcəyini bildirmiş, onlar razılaşmış və o, Təqsirləndirilən şəxs dediyi ünvana getmişdir. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs razılaşdıqları yerdə olmadığını görmüşdür. O, Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng etsə də o, telefona zəng çatmamışdır. O, bir müddət orada gözləmiş, lakin Təqsirləndirilən şəxs gəlmədiyini görüb geri qayıtmışdır. Sonradan ona bir daha zəng etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işi başlaması və aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1154 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanılması və istintaqının aparılması üçün aidiyyatı üzrə Şəki ŞRPŞ-nin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:34-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki sarı rəngli köynəyin sol döş cibindən 01 ədəd ağ rəngli bükümdə, təmiz çəkisi 1,528 qram olan kustar üsulla hazırlanmış hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16- 2-17/563 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut..." yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 1,528 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respubliksə CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində istintaq dövründə 3 ay müddətinə, yəni 26 iyun 2024-cü il tarixdən hesablanmaqla, 26 sentyabr 2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməyərək məhkəməyə təqdimat verilməsindən imtina edilməsi qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. - Şəki şəhəri İcra Hakimiyyəti “Gəncəli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 68, 69 nömrəli arayışlar və xx.xx.2024-cü il tarixli, 67 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, M.S.ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 01 .07.2024-cü il tarixli məlumatdan görünür ki, Şəki şəhəri, M.S.ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs İİ qrup əlildir. - 008503 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi iştirakçısıdır. - Şəki İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 75 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 vətən torpağı uğrundan ermənilərə qarşı döyüşlərdə şəhid olmuşdur. - Məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1492 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ohməd oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 03 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilib, məhkumluğu ödənilməmişdir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-58/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Şəki Rayon Mərkəzi X3 Şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli 1065 nömrəli məktubda qeyd edilmişdir ki. Şəki şəhəri, M.S.ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğlu xx.xx.2004-cü il tarixdən “Alkoqol qəbulu nəticəli asılılıq sindromu” diaqnozu ilə Narkoloji kabinetdə qeydiyyatdadır. - Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli 553 nömrəli məktubda qeyd edilmişdir ki,Şəki şəhəri, M.S.ünvan 4 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən psixotrop maddə olan metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, 2 qram olduqda külli, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə E.M.Məmmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.14. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 234.1-ci maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191- 1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut – Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,478 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınan video görüntülərin köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 71,94 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12, 1.16, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,478 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat, 94 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməzsə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar