Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-33/2021 05.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, zərərçəkmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1971 -ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, X27 Mərkəzdə xəstəyə qulluq edən kiçik tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, A.Nuxəvi küçəsi, ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o cavabdeh kimi ondan 31300,00 manatın və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000,00 ABŞ dollarının, həmçinin dövlət rüsumuna görə 10,00 manatın alınaraq X5 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci i tarixli 2(075)-400/2018 saylı, 30441,00 manatın və 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3, 360,00 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı və 13260,00 manatın, həmçinin dövlət rüsumuna görə 30.0 manatın alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 30 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası iXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500.0 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 15.05.2020-ci il, 15.07.2020-ci il və 07.09.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə zərər çəkmiş şəxslərə göstərilən məbləğlərdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs yuxarıda şərh olunan cinayətin törədilməsində aidiyyəti və həmin cinayəti törətməkdə təqsirliliyi özünün etiraf ifadəsi, zərər çəkmiş şəxslərin, şahidin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də X12 və onun ailəsi ilə ailəlikcə yaxşı münasibətləri olmuşdur. Hətta uşaqlarını evləndirməklə qohumluq əlaqəsi qurmaq istəmşlər. Lakin oğlu razılaşmadığından bu mümkün olmamışdır. Bundan sonra Pərvanə və onun əri Zərərçəkmiş şəxs1 ona və əri X6 müxtəlif şər və böhtan atmış, guya pullarını oğurladıqlarını bildirmiş və barələrində şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişlər. Şəki ŞRPŞ-də ərizələri araşdırılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra İlqar və Pərvanə məhkəməyə müraciət etmişlər. Şəki Rayon Məhkəməsi iddiaya baxaraq ondan cavabdeh kimi 31300,00 manatın və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000,00 ABŞ dollarının, həmçinin dövlət rüsumuna görə 10.00 manatın alınaraq X5 verilməsinə dair 16 mart 2018-ci il tarixli 2(075)- 400/2018 saylı qətnamə çıxarmışdır. Qeyd edilən qətnaməyə əsasən həmçinin əri Elman Lətifovdan 20000,00 manatın alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Elman Lətifov həmin borc məbləğini ödəmiş və hazırda onun cüzi borcu qalmışdır. Bundan başqa iş yoldaşı Zərərçəkmiş şəxs3 ehtiyacı olduğundan borc pul götürüb sonradan aldığı məbləği qaytarmışdır. Lakin borcu qaytardığına dair hər hansı sənəd almamışdır. Buna görə də Ülkər də onun barəsində məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsi ondan 30441,00 manatın və 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3, 360,00 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə ödənilməsinə dair 19 mart 2018-c il tarixli 2(075)-396/2018 saylı qətnamə çıxarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 və onun ailəsi ilə tanışlıqları olmuşdur. Söhbət əsnasında iş yerində problemlər olduğunu Rasula bildirmişdir. Rasul da onun işlədiyi xəstəxananın müdiri ilə tanışlığı olduğunu və bu işdə ona köməklik edəcəyini bildirmiş və ona iltizama qol çəkdirmişdir. O, imza atarkən iltizamda nə yazıldığını oxumamışdır. Sonradan Zərərçəkmiş şəxs2 ona 15000,00 manat borcunun olduğunu bildirərək həmin məbləği ödəməyi tələb etmişdir. Onun Rasula borcu olmasa da, şər və böhtandan qurtarmaq üçün bir neçə dəfə Rasula hər dəfə 500,00 manat olmaqla pul ödəmişdir. Lakin Rasul ödədiyi məbləğlərlə razılaşmayaraq onun barəsində məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi ondan cəmi 13260,00 manat və dövlət rüsumuna görə 30.00 manatın alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair 06.04.2018-ci il tarixli qətnamə çıxarmışdır. Hər üç qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Əlavə olaraq göstərmişdir ki, o zərərçəkmiş şəxslərdən hər hansı məbləğdə qızıl və ya nəqd pul almamışdır. Əslinə baxanda onun zərərçəkmiş şəxslərə hər hansı borcu yoxdur. Lakin məlum məhkəmə qətnamələrində qeyd edilən məbləğlərin ondan tutulması qət edilmişdir. Borc məbləğlərindən zərərçəkmiş şəxslərə müəyyən ödənişlər etmişdir. Hazırda qətnamələrdə göstərilən məbləğləri bir dəfəyə ödəməyə maddi imkanı yoxdur, borcunu imkanı daxilində ödəyəcəkdir. Həmçinin göstərmişdir ki, qardaşı Vasif İ Qarabağ müharibəsində şəhid olmuş, digər qardaşı isə müharibə veteranıdır. Zərəçəkmiş şəxsləri tanımasından peşman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, mərhum X12 onun arvadı, X13 isə uşaqlıq dostudur. Təqsirləndirilən şəxs isə Elmanın arvadıdır. Ailələri arasında çox yaxşı münasibətlər olmuş, həmçinin uşaqlarını evləndirməklə qohumluq əlaqəsi qurmaq niyyətləri olmuşdur. Təqsirləndirilən şəxs bu münasibətlərdən istifadə edərək mərhum X28dan avtobus almaq, torpaq sahəsi almaq və digər müxtəlif məqsədlərlə müxtəlif vaxtlarda qızıl və pul borcu almışdır. Sonradan borc məbləğinin bir hisəsini qaytarsa da Elman və Billur 145 600,00 manatadək borcu qaytarmamışlar. Odur ki, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Şəki Rayon Məhkəməsi X2 20000,00 manatın alınaraq ona, həmçinin Təqsirləndirilən şəxs 31300,00 manatın və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000,00 ABŞ dollarının, həmçinin dövlət rüsumuna görə 10,00 manatın alınaraq X5 verilməsinə dair 16 mart 2018-ci il tarixli qətnamə çıxarmışdır. Elman Lətifov ona olan 20000.00 manat borcunu ödəsə də, Təqsirləndirilən şəxs mərhum arvadı P.Şərifovaya olan borcunu ödəməmişdir. X28 keçirdiyi ağır xəstəlik nəticəsində 29.08.2019-cu il tarixdə vəfat etmişdir. Pərvanə vəfat etdikdən sonra sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq bu barədə ona şəhadətnamə verilmiş və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin qərarı ilə iş üzrə tələbkarla əvəz edilmişdir. O, dəfələrlə qətnamənin icrasını Təqsirləndirilən şəxs tələb etmişdir. Lakin qətnamənin çıxarılmasından iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs bu günədək cüzi məbləğlərdə ödənişlər etməklə kifayətlənmişdir. Belə ki, ötən müddətdə icra məmurları tərəfindən ümumi dəyəri 500 manat olan 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisionerin üzərinə həbs qoyularaq ona verilmiş, həmçinin əmək haqqıdan tutulmalar hesabına 506,00 manat və müxtəlif vaxtlarda ödədiyi cəmi 2600,00 manat olmaqla Təqsirləndirilən şəxs cəmi 3606.00 manatın ödənilməsini təmin etmişdir. Təqsirləndirilən şəxs hazırda ödənilməmiş 27694,00 manat və 7000,00 ABŞ dolları məbləğində borcu qalmaqdadır. O, Billurun bu qaydada ödəniş etməsi ilə razılaşmır və borc məbləğinin tam olaraq ödənilməsini tələb edir. Belə ki, Təqsirləndirilən şəxs və onun ailəsinin həmin məbləği ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq Billur qərəzli olaraq qətnamənin icrasından yayınır. Həmçinin Təqsirləndirilən şəxs aralarında hazırki iş üzrə mübahisə yaranan kimi mülkiyyətində olan evini oğluna bağışlamaqla icradan yayındırmışdır. O, istəsə həmin evi satıb borcunu ödəyə bilər. Lakin Billur borc məbləğindən hissə-hissə ödəməklə məsuliyyətdən yayınmaq istəyir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir, onun ən ağır şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi tanımışdır. Belə ki, Billur ilk dəfə 2016-cı ilin iyun ayında onların evinə gəlmiş, sonradan inam və etibarlarını qazanmışdır. Billur ona qarşı olan səmimi münasibətlərdən istifadə edərək ailəsindən müxtəlif əsaslarla borc pul və qızıl-zinət əşyaları götürmüş, sonradan aldığı məbləğdən bir hissəsini qaytarsa da, cəmi 13 260.00 manat borcu qalmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs borcun qaytarılmasını tələb etsə də o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Buna görə də məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi iddiasını qismən təmin edərək Təqsirləndirilən şəxs cəmi 13250,00 manat və dövlət rüsumuna görə ödənilmiş 30,00 manatın alınaraq ona verilməsinə dair 06 aprel 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından iki ildən çox müddətin keçməsinə baxmayaraq Billur ötən müddətdə məhkəmə qətnaməsinə məhəl qoymamış və borc məbləğinin qaytarılmasını təmin etməmişdir. Halbuki, Billur Lətifcvanın və onun ailəsinin borc məbləğini ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq Billur qərəzli olaraq qətnamənin icrasından yayınır. Belə ki, Təqsirləndirilən şəxs borc məbləğinin ödənilməsindən yayınmaq üçün əvvəllcədən planlı şəkildə mülkiyyətində olan yaşayış evini oğluna bağışlamışdır. Bundan başqa Billur və onun ailəsinin istifadələrində bir neçə avtomobil olsa da, icradan yayındırmaq məqsədi ilə həmin avtomobilləri adlarına rəsmiləşdirməmişlər. Yalnız ötən müddətdə Billurun əmək haqqından müəyyən qədər tutulmalar aparılmışdır ki, həmin məbləği də qəbul etməkdən imtina etmişdir. Ümumiyyətlə Billurun bu qaydada ödəniş etməsi ilə razılaşmır və borc məbləğinin tam olaraq ödənilməsini tələb edir. Bildirmişdir ki, Billurun ona olan borcun ödəmək imkanı vardır, lakin o qəsdən ödənişlər etmir. Belə ki, Billur öz adına olan evi tələm-tələsik oğlunun adına rəsmləşdirmişdir. Bundan başqa onun ayrı-ayrı adamların adına aldığı marşrut avtobusları da vardır. Göstərmişdir ki, zərərçəkmiş kimi onun da qızının əri Elxan Qarabağ müharibəsi şəhididir. O özü hazırda qızı ilə birlikdə yaşayır və bu günədək şəhid uşaqlarına baxmışdır. Qeyd etmişdir ki, onun da övladı Şəfayət Qarabağ müharibəsi veteranıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs şikayətçidir, onun qanuna müvafiq olaraq ən ağır şəkildə cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəhər sakini, həmçinin iş yoldaşı kimi tanımışdır. Belə ki, Billurla uzun müddət eyni xəstəxanada işləmişlər. Aralarında səmimi münasibətlər olmuşdur. Bir neçə dəfə köhnə qızıllarını satıb yenisi ilə əvəz etmək istədikdə Billur qızılların satılmasında ona köməklik etmişdir. Sonuncu dəfə satmaq üçün Billura 1880.00 manat dəyərində şəbəkə boyunbağını vermişdir. Billur həmin boyunbağının dəyərini tam olaraq ödəməmiş və 2015ci ilin avqust ayında yaşadıqları evə gələrək 30000,00 manat pula ehtiyacı olduğunu bildirərək həmin məbləğdə borc verilməsini xahiş etmişdir. Billura həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Bir neçə gündən sonra Billur yenidən onların evinə gələrək pul olmadığı halda həmin dəyərdə qızıl-zinət əşyası verilməsini xahiş etmişdir. O, da aralarında olan münasibətlərə görə Billura inanaraq ona 30000,00 manat dəyərində qızılzinət əşyaları vermiş və bu barədə ondan iltizam almışdır. Lakin bundan xeyli müddətin keçməsinə baxmayaraq Billur aldığı qızıl-zinət əşyalarını və ya onların dəyərinin qaytarılmasını təmin etməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi Təqsirləndirilən şəxs 30441,00 manatın və 30,00 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair 19 mart 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından iki ildən çox müddətin keçməsinə baxmayaraq Billur ötən müddətdə borc məbləğinin qaytarılmasını təmin etməmişdir. Halbuki, Təqsirləndirilən şəxs və onun ailəsinin borc məbləğini ödəməyə maddi imkanı vardır. Belə ki, Təqsirləndirilən şəxs aralarında mübahisə yaranan kimi mülkiyyətində olan yaşayış evini oğluna bağışlamış, bununla da qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Bildirdi ki, əgər ona ağır cəza verilməsə qətnamənin icrası şübhə altında qalacaqdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir, onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, icraatına 08.01.2019-cu il tarixdə Təqsirləndirilən şəxs 31300,00 manatın və məhkəmə qətnaməsirin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000,00 ABŞ dollarının, həmçinin dövlət rüsumuna görə 10,00 manatın alınaraq X5 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 mart 2018ci il tarixli 2(075)-400/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi, 28 fevral 2019cu il tarixdə Təqsirləndirilən şəxs 30441,00 manatın və 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3, 360,00 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi, 19 mart 2019-cu il tarixdə isə 13260,00 manatın və dövlət rüsumuna görə 30,00 manatın alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra sənədləri icraata qəbul edərək borclu Təqsirləndirilən şəxs tələblərin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Verilmiş müddətdə borclu tələblərin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədləri üzrə icraat Şəki rayonu üzrə icra və Probasiya şöbəsi rəisinin 01.04.2019-cu il tarixli qərarı ilə ümumi icraatda birləşdirilmiş və icrası ona həvalə edilmişdir. Həmçinin 29.08.2019-cu il tarixli qərarla Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(075)-400/2018 saylı icra sənədi üzrə tələbkar X12 icraatda vərəsəsi Zərərçəkmiş şəxs1 ilə əvəz edilmişdir. İcra sənədləri üzrə icra tədbirləri davam etdirələrək borclu İcra və Probasiya şöbəsinə çağırılmış və icra sənədlərinin mahiyyəti ona izah edilmiş, borc məbləğlərinin ödənilməsi tələb olunmuşdur. Lakin borclu borc məbləğlərini yalnız aldığı əmək haqqı hesabına ödəyə biləcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus 1 ədəd "Siemens" markalı paltaryuyan maşın və 1 ədəd "Samsung” markalı kondisionerin üzərinə məhkəmə qərardadına əsasən həbs qoyularaq, 500 manat dəyərində qiymətləndirilmiş və tələbkar Zərərçəkmiş şəxs1 verilmişdir. Qalan borc məbləğlərinin ödənilməsi borcludan tələb olunmuş, həmçinin məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs borc məbləğlərinin ödənilməsini təmin etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 3(075)- 505/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inziabti qaydada cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da, qətnamələrin icrası Təqsirləndirilən şəxs tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Lakin Təqsirləndirilən şəxs borc məbləğlərini yalnız hissə-hissə ödəyə biləcəyini bildirməklə qətnamələrin icrasından yayınmaqda davam etmişdir. Həmçinin Təqsirləndirilən şəxs borc məbləğlərinin hissə-hissə ödəniməsi ilə bağlı məhkəməyə müraciət etməsinə baxmayaraq ərizələri məıkəmə tərəfindən təmin edilməmişdir. İcra müddətində Təqsirləndirilən şəxs əmək haqqından tutulmalar və digər ödənşlər hesabına borc məbləğlərindən Zərərçəkmiş şəxs1 cəmi 3606,00 manat, tələbkar Zərərçəkmiş şəxs3 1473,00 manat, tələbkar Zərərçəkmiş şəxs2 isə 633,00 manatın ödətdirilməsi təmin edilmişdir. Nəticədə icra sənədləri üzrə borclu Billur X1 vərəsəsi Zərərçəkmiş şəxs1 ödənilməli olan 27 333,00 manat və 7000,00 ABŞ dollar, Zərərçəkmiş şəxs3 ödənilməli olan 28 777,00 manat, Zərərçəkmiş şəxs2 ödənilməli olan qalıq 12 511,00 manat borcu ödənilməmiş qalmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs özünə məxsus mənzili 08.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu X21 bağışladığı müəyyən edilmişdir. İcra müddətində tələbkarlar dəfələrlə İcra və Pprobasiya şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış əmlakın özgəninkiləş-dirməsini, hazırki tarixədək icra sənədi üzrə borc məbləğlərindən az miqdarda ödənişlər etməklə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş hərəkətlərini nəzərə alınaraq onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsini xahiş etmişlər. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İş materiallarında əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında qərarından, xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(075)- 400/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə cavabdeh X2 cəmi 20000 (iyirmi min) manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi, iddiaçı Zərərçəkmiş şəxs1 dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı onun özünə aid edilməsi, 10 manatının isə cavabdeh X2 tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılması, cavabdeh Təqsirləndirilən şəxs cəmi 31300 (otuz bir min üç yüz) manat və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000 (yeddi min) ABŞ dolları alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ şəxs X5 verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən İİİ şəxs X3 dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 20 manatı onun özünə aid edilməsi, 10 manatının isə cavabdeh Təqsirləndirilən şəxs tutularaq müstəqil tələb irəli sürən İİİ şəxs X5 qaytarılması qət edilmişdir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(075)- 396/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs 30441 (otuz min dörd yüz qırx bir) manat və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(075)- 398/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə cavabdeh Təqsirləndirilən şəxs 13260 manat və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəki rayonu üzrə İcra Şöbəsinin icra məmuru Şahid tərəfindən qəbul edilmiş 08 yanvar 2019-cu il, 28 fevral 2019-cu il və 19 mart 2019-cu il tarixli icraata başlamaq haqqında qərarların təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(075)-400/2018 saylı, 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı və 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qətnamələrinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs tələbin könüllü olaraq icrası barədə 10 gün müddət verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 14.01.2019-cu il, 04.04.2019cu il, 28.07.2019-cu il,28.08.2019-cu il, 30.08.2019-cu il tarixlərdə Şəki rayonu üzrə İcra Şöbəsinə yazmış olduğu izahatlarından görünür ki, məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlə məlumatlandırılmışdır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(075)-400/2018 saylı, 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı və 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qətnamələrini qərəzli olaraq qəsdən icra etmədiyinə görə Şəki Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 3(075)-505/2019 nömrəli inzibati qərarında əsasən qüvvədə olan İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edildiyindən, inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İş materiallarında olan 12 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 16 dekabr 2020-ci il tarixli, 277 saylı “Qərardan” görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Damarçın Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin 07.04.2021-ci il tarixli məktubundan görünür ki, borclu Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyəətinə cəlb edilməsi barədə təqdimat verildiyi tarixdən sonra, tələbkarlardan, Zərərçəkmiş şəxs1 xeyrinə 371 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 221 manat, Zərərçəkmiş şəxs2 xeyrinə isə 146 manat vəsaitin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməsi təmin edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-400/2018 saylı, 16.03.2018-ci il tarixli icra sənədi üzrə qalıq 27 333 manat və 7000 ABŞ dolları borc, Şəki Rayon Məhkəməsinin 2(075)-396/2018 saylı, 19.03.2018-ci il tarixli sənədi üzrə 28 777 manat, Şəki Rayon Məhkəməsinin 2(075)- 398/2018 saylı, 06.04.2018-ci il tarixli icra sənədi üzrə 12 511 manat qalıq borc mövcuddur. İş materialında olan Azərbaycan Respublkası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Şəki Rayon Şöbəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmuş, 10.06.1973-cü il təvəllüdlü X23 həqiqətən 01.01.1994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Ağdam uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. 24.04.1974-cü il təvəllüdlü X24 isə 18.06.1992-ci il tarixdən 21.02.1994-cü il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmətə çağırışın əsasları” haqqında Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin “d” bəndinə əsasən (qardaşı şəhid olduğuna görə) ehtiyata buraxılmışdır. 21.09.2010-cu il tarixli 081175 saylı “Mühribə veteranı” vəsiqəsi almışdır. İş materialında olan 29.12.1971-ci il tarixli 256823 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X7 atası X18r, anası X8r. İş materialında olan 10.02.1973-cü il tarixli 456217 saylı Doğum haqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 25.01.1973-cü il təvəllüdlü X14 atası X25, anası X8r. İş materialında olan 06.05.1974-cü il tarixli 473941 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 24.04.1974-cü il təvəllüdlü X15 atası X25, anası X8r. İş materialında olan Azərbaycan Respublkası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Şəki Rayon Şöbəsinin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmuş, 24.03.1961-ci il təvəllüdlü baş leytenant X26 həqiqətən 15.05.1992-ci il tarixdə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış 21.07.1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş və Şəki rayon Xalq Məhkəməsinin 26.03.1998-ci il tarixli 2-59 saylı qətnaməsi ilə ölmüş elan edilərək şəhid hesab edilmişdir. 22.11.1962-ci ildə Şəki şəhərində anadan olmuş ehtiyatda olan zabit X19 isə halhazırda ünvan 4 ünvanında pasport qeydiyyatında olduğu üçün onun hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə SHXÇDX-nın Şəki rayon şöbəsində heç bir məlumat yoxdur. Əsas: İtkin düşmüş hərbi qulluqçuların qeydiyyatı kitabı, səh 4, sıra sayı 16 və Şəki rayon Xalq Məhkəməsinin 26.03.1998-ci il tarixli 2-59 saylı qətnaməsi. İşdə olan 06.03.1985-ci il tarixli 458065 saylı Nikahın Bağlanması haqqında Şəhadətnmənin surətindən görünür ki, 24.03.1961-ci il təvəllüdülü X26 22.09.1967-ci il təvəllüdlü X16 ilə rəsmi nikaha girmişdir. İşdə olan 22.04.1998-ci il tarixli 306014 saylı Ölüm haqıında Şəhadətnamənin syrətindən görünür ki, X26 21.07.1992-ci ildə vəfat etmişdir. İşdə olan 08.07.1994-cü il tarixli ******* saylı vəsiqənin surətindən görünür ki, X11 Azərbaycan Respublikası 3 sentyabr 1993-cü il qanununa görə şəhid ailələrinə göstərilən güzəştdən istifadə hüququ vardır. İşdə olan 29.04.1998-ci il tarixli 326 saylı arayışdan görünür ki, X20 həqiqətən onun həyat yoldaşı X26 21.07.1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 15.08.1997-ci il tarixli 003842 saylı vəsiqəsinin surətindən görünür ki, X19 müharibə veteranlar üçün Azərbaycan Respublikasının qanunveriliciyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin N saylı vəsiqəsinin surətindən görünür ki, X19 silahlı qüvvələrin veteranları üçün Azərbaycan Respublikasının qanunveriliciyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan AZ 083717 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünü ki, X4 atası X22, anası isə Rəsulova Xanımdır. İşdə olan AZ 338160 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünü ki, X9 atası Zərərçəkmiş şəxs2, anası isə Rəsulova Xanımdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, icra xidmətinin rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(075)-400/2018 saylı, 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı və 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qətnamələri üzrə borcunu ödəmək üçün dəfələrlə vaxt verilməsinə, 1 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qərəzli olaraq icra sənədlərini icra etməmiş və məhkəmə hokmü çıxarılan günə 68 621 (altmış səkkiz min, altı yüz iyirmi bir) manat və 7000 (yeddi min) ABŞ dollar olmaqla, 80 521 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, xəstə və müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini ədalət mühakiməsi və xeyrinə qətnamə çıxarılmış şəxsin mənafeyi təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir və bu cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs hökmün icra edilməsinə maneçilik törətməsinə kifayət qədər əsas olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində 16 dekabr 2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı və onun cəza çəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən hesablanmalıdır. Təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməlidir. İş üzrə 68 621 (altmış səkkiz min, altı yüz iyirmi bir) manat və 7000 (yeddi min) ABŞ dollar ödənilməmiş borcun, mülki iddianın, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384, 385.1-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində 16 dekabr 2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 05 may 2021-ci il tarixdən hesablansın. İş üzrə 68 621 (altmış səkkiz min, altı yüz iyirmi bir) manat və 7000 (yeddi min) ABŞ dolları borc məbləğinin ödənilməməsi, mülki iddianın, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərarın icrası Şəki ŞRPŞ-nin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasının rəhbərliklərinə həvalə edilsin. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-33/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-33/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver