Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-33/2022 14.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0.778 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 25 dekabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki şəhər-rayon X7 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 14:00 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində yerləşən həmin kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin inzibati binasının yaxınlığında saxlanılaraq Şəki rayonu Turan qəsəbəsi ərazisində yerləşən Şəki şəhər-rayon X7 Polis Bölməsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 16:00 radələrindən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə 0.778 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdur. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhərində yerdən bir ağ rəngli kağız bükülü tapmışdır. Kağız bükülünün içində sellofan bükümdə narkotik vasitə heroin olduğunu görmüşdür. Kağızı atıb sellofan bükümü sonradan istifadə etmək üçün özündə saxlamışdır. 25 dekabr 2021-ci il tarixdə borca pul istəmək və iş tapmasına köməklik etməsi üçün əvvəldən tanıdığı Elman adlı şəxslə görüşmək üçün Şəki rayonunun Kiçik Dəhnə kəndinə gəlmişdir. Kəndin ərazisində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını, onlara onun narkotik vasitə əldə edərək saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, ona görə onlarla birlikdə Sarıca PB-nə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə Sarıca PB-nə getmişdir. Bölmədə seçdiyi vəkillə təmin olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra yolda onu saxlayaraq PB-nə dəvət edən polis işçilərinin, vəkilin və videoçəkilişi aparan şəxsin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı ona əvvəlcə üstündə olan əşyaları təqdim etməyini təklif etdiyi üçün əynindəki gödəkçənin cibindən siqaretini, mobil telefonunu, içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükülünü, əynindəki şalvarının cibindən 7 manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Təhqiqatçı tərəfindən əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyəsinə baxış keçirilsə də, üstündən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təhqiqatçı üstündən aşkar olunmuş bükümdə olan narkotik maddəni və mobil telefonu ayrı-ayrılıqda zərflərə qoyaraq zərfləri möhürləmişdir. O da digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Siqaretini və yeddi manat pulunu isə təhqiqatçı qaytarıb özünə vermişdir. Protokol tərtib olunmuş, o da protokolu imzalamışdır. O, narkotik vasitənin istifadəçisi deyil, əvvəllər bir dəfə istifadə etmişdir. Etdiyi hərəkətdən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Himayəsində azyaşlı övladları və yaşlı anası var. Bütün bunlar nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin Sarıca PB-də polis nəfəri işləyir. 25 dekabr 2021-ci il tarixdə Şəki ŞRPŞnin Sarıca PB-nin baş əməliyyat müvəkkili Şahid1 “Kənan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şəki ŞRPŞ-nin Sarıca PBnin baş əməliyyat müvəkkili Şahid1, Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. “Kənan” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində küçədə saxlanılaraq Polis Bölməsinə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi TB-nin X1ə həvalə edilmişdir. X1 öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkillərdən Cavid Qədimovu seçərək onun dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi Cavid Qədimov gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir qutu siqareti, mobil telefonu, bir ədəd sellofan bükülünü, əynindəki şalvarın cibindən isə yeddi manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyəsinə baxış keçirilmiş, lakin onun özünün təqdim etdiklərindən başqa üzərindən heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsi təklif edildikdə o, sellofan bükülünü təqdim edib içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Mingəçevir şəhərində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin sellofan bükülünü onun, polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə açıb baxdıqda həmin sellofan bükümün içrərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş mobil telefonu və içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan bükümü təhqiqatçı ayrı-ayrı zərflərə qoyub zərflərin üzərini möhürlə möhürlədiyi üçün həmin zərflərin üzərini digər iştirakçılar kimi imzalamışdır. Protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığına görə həmin protokolu Şahid2, Təqsirləndirilən şəxs özü və vəkili ilə birlikdə imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2021-ci il tarixdə Kənan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili Şahid2, Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXT-nın polis nəfəri, polis serjantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. 25.12.2021ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, narkotik vasitənin satışı ilə məşğul olması barədə barəsində əməliyyat məlumatı daxil olmuş Kənan adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 14:00 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində küçədə saxlanılaraq PB-nə dəvət edilmişdir. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün PB-nin rəhbərliyinə raportla müraciət etmişdir. Lakin sonradan xidməti zərurətlə əlaqədar başqa iş üçün getdiyinə görə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında Şahid2 oğunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid ifadəsində göstərmişdir ki, 25 dekabr 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin Sarıca PB-nin baş əməliyyat müvəkkili Şahid1 “Kənan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və “Kənan” adlı şəxsin cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması üçün baş əməliyyat müvəkkili Şahid1 25 dekabr 2021-ci il tarixdə PB-nin rəhbərliyinə raportla müraciət etmişdir. Əməliyyat tədbirinin keçirilməsinə razılıq verildikdən sonra Şəki ŞRPŞnin Sarıca PB-nin baş əməliyyat müvəkkili Şahid1, Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXTnın polis nəfəri, polis serjantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılaraq qrupun üzvlərinə tədbir zamanı davranış qaydaları izah edilmişdir. Bundan sonra "Kənan" adlı şəxsin şəxsiyyətinin müəyyən edilib onun cinayət əməlinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərini davam etdirmişlər. 25.12.2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, narkotik vasitənin satışı ilə məşğul olması barədə barəsində əməliyyat məlumatı daxil olmuş “Kənan” adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 14:00 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində küçədə saxlanılaraq Polis Bölməsinə dəvət edilmişdir. PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması və üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi üçün baş əməliyyat müvəkkili Şahid1 PB-nin rəhbərliyinə raportla müraciət etmiş və bundan sonra xidməti zərurətlə əlaqədar başqa işin arxasınca getmişdir. Təqsirləndirilən şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin Növbətçi Hissəsində PB-nə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış və onun üstünə şəxsi axtarış keçirilməsi TB-nin X1ə həvalə edilmişdir. X1 öz xidməti iş otağında Təqsirləndirilən şəxs vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs vəkillərdən Cavid Qədimovu seçərək onun dəvət edilməsini xahiş etmişdir. Təhqiqatçıda müdafiəçi Cavid Qədimova zəng edərək onu PB-nə dəvət etmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən videoçəkiliş aparması üçün Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət aparan polis baş serjantı Qiyam Səfərəliyev dəvət edilmişdir. Müdafiəçi Cavid Qədimov gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə hər birinə, eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona üstündə, yəni ciblərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir qutu Rothmans siqaretini, bir ədəd «Realme C-11» mrkalı mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükülünü, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən yeddi manat pulu çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərinə, ayaqqabılarının içərisinə və şalvarının bel nahiyəsinə baxış keçirilmiş, lakin onun özünün təqdim etdiklərindən başqa üzərindən heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməsi təklif edildikdə o, telefonunu, Rothmans siqaretini və pulunu təqdim etdikdən sonra bir ədəd sellofan bükülünü təqdim edib içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Mingəçevir şəhərində M.Maqomayev prospektində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı həmin sellofan bükülünü onun, polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs özünün və onun vəkilinin iştirakı ilə açıb baxdıqda həmin sellofan bükümün içrərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş mobil telefonu və içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan bükümü təhqiqatçı ayrı-ayrı zərflərə qoyub zərflərin üzərini möhürlə möhürlədiyi üçün həmin zərflərin üzərini digər iştirakçılar kimi imzalamışdır. Həmçinin, təhqiqatçı həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir qutu Rothmans siqareti və pulu iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıb vermişdir. Sonra təhqiqatçı tərəfindən videoçəkiliş dayandırılmış və onlara nümayiş etdirilmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığına görə həmin protokolu polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs özü, onun vəkili ilə birlikdə imzalamışlar. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 25 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin cibindən selofan bükülüdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şəki Nаrkоlоji Şöbənin 26 dekabr 2021-ci il tаrixli, 396A №-li sərxoşluq hallarının müəyyən edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs оğlunun sidiyindən narkotik qəbulu faktı aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 26 dekabr 2021-ci il tarixli, 17/871 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd selofan bükümdə təmiz çəkisi – 0.778 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0.778 qram, tədqiqata sərf edildi – 0.050 qram, qalıq – 0.728 qram. Aparılmış tədqiqatın dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir. 27 dekabr 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu CM-nin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir və o, Şəki ŞRPŞ-nin MSY-dən azad edilmişdir. Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş 28.12.2021ci il tаrixli, 1032 №-li arayışdan görünür ki, Məmmədov X2 Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 08 fevral 2022-ci il tarixli, 163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzаb çəkir. Hal-hazırda narkotik abstinesiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkоlоji kabinetdə qeydiyyаtа аlınmаsı məsləhət görülür. Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 25 yanvar 2022-ci il tarixli, 47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) davranış pozuntuları ilə XBT 10 (psixi və davranış poxuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olmalı səbəbindən o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubilkasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. DİN-in BƏSİİ-dən daxil olmuş 25 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mingəçevir Şəhəri 1 nömrəli MİS tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, 501 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü X3 adlı, 2007-ci il təvəllüdlü X4 adlı və 2011-ci il təvəllüdlü X5 adlı övladları vardır. Mingəçevir şəhəri 1 nömrəli MİS tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli 500 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs оğlu Mingəçevir şəhərində M.Maqomayev küçəsi, ev 12, mənzil 19-da yaşayır. Mingəçevir şəhəri 1 nömrəli MİS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Bundan başqa məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini, ailə vəziyyətini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 dekabr 2021-ci ildən 27 dekabr 2021-ci ilədək həbsdə saxlandığı 2 gün CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Mingəçevir şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra təmiz çəkisi 0.728 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 dekabr 2021-ci ildən 27 dekabr 2021-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 04 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Mingəçevir şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0.728 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-33/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-33/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver