Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-34/2021 10.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri İsmayılov Elmar Nağı oğlunun, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X3 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X18 oğlunun iştirakları ilə xx xxxx 1992-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə xx xxx 2006-cı ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Baş Zəyzid kənd orta məktəbinin 8-ci sinif şagirdi, Şəki rayonu Baş Zəyzid kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:35 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 2 saylı ictimai binanın qarşısında Zərərçəkmiş şəxs1 saxladığı və sonuncuya məxsus Ford markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonundan 30 (otuz) manat dəyərində bir ədəd əl çantasını, 5 (beş) manat dəyərində bir ədəd pul kisəsini və 600 (altı yüz) manat dəyərində bir ədəd «Hyundai» markalı maqnitofonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 635 (altı yüz otuz beş) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:45 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 2 saylı ictimai binanın qarşısında Zərərçəkmiş şəxs2 saxladığı və sonuncuya məxsus Vaz-2107 markalı, **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerindən 300 (üç yüz) manat pulu və 20 (iyirmi) manat dəyərində bir ədəd eynəyi gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:35 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 2 saylı ictimai binanın qarşısında Zərərçəkmiş şəxs1 saxladığı və sonuncuya məxsus Ford markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qapısını açmaqla içəri daxil olub salondakı saxlanc yerindən 30 (otuz) manat dəyərində bir ədəd əl çantasını, 5 (beş) manat dəyərində bir ədəd pul kisəsini və 600 (altı yüz) manat dəyərində bir ədəd «Hyundai» markalı maqnitofonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 635 (altı yüz otuz beş) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 05:45 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən 2 saylı ictimai binanın qarşısında Zərərçəkmiş şəxs2 saxladığı və sonuncuya məxsus Vaz-2107 markalı, **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla içəri daxil olub qabaq oturacaqların arasındakı saxlanc yerindən 300 (üç yüz) manat pulu və 20 (iyirmi) manat dəyərində bir ədəd eynəyi gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Vaz-2114 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə, saat 05:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng etmiş və onlar Şəki şəhərindəki “Lider market” mağazasının yaxınlığında görüşmüşlər. Təqsirləndirilən şəxs2 əvvəlcə ona 10 (on) manat pul vermişdir ki, avtomobilinə yanacaq töksün. Murad ona avtomobillərdən oğurluq etmək istədiyini və sürücü kimi ona kömək etdiyi halda qarşılığında oğurladığını yarı böləcəklərini demişdir. O da Təqsirləndirilən şəxs2 razılığını bildirmişdir. Bundan sonra onlar birlikdə “Dağ dibi” deyilən əraziyə avtomobillə yollanmışlar. Həmin ərazidə yerləşən əlillərin binasına çatdıqda Murad ona avtomobili saxlamağını bildirmiş və o, avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona orada gözləməyini tapşırıb, gedib avtomobillərdən oğurluq edəcəyini bildirərək avtomobildən enib oradakı beşmərtəbəli binanın həyətinə tərəf getmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs2 geri qayıdıb, avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi əşyaları ona göstərərək, onlardan içəriləri boş olan bir ədəd əl çantası və bir ədəd pul kisəsini, həmçinin, bir ədəd maqnitofonu avtomobillər dayanan yerdəki Ford markalı mikroavtobusdan, 200 (iki yüz) manat məbləğində pulu isə Vaz-2107 markalı avtomobildən oğurladığını bildirmişdir. Murad Vaz-2107 markalı avtomobildən oğurladığını bildirdiyi 200 (iki yüz) manat pulun 100 (bir yüz) manatını əvvəlcədən gəldikləri razılığa əsasən ona vermişdir. Daha sonra o, Muradı bazarda avtomobildən düşürmüşdür. Murad pul kisəsini və əl çantasını özü ilə aparmış, maqnitofonu isə avtomobildə saxlamışdır. Həmin gün onu polislər saxlatmış və şöbəyə aparmışlar. Səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, hazırda Şəki rayonu Orta Zəyzid kənd orta məktəbin 8-ci sinif şagirdidir. Atası ilə anası ayrılmışlar və o, babası ilə yaşayır. xx xxxxxxx 2020-ci il tarixdə gecə saatlarında Vüsalın Abdulxalıqovun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini demiş və bir müddət sonra Vüsal “Lider market”in yanına gəlmişdir. Vüsala yanacaq doldurmaq üçün 10 manat pul vermiş və söhbət əsnasında, avtomobillərdən oğurluq etmək istədiyini və əgər Vüsal da sürücü olaraq ona kömək etsə oğurladığını onunla yarı böləcəyini demişdir. Vüsal onunla razılaşmış və onlar “Dağ dibi” deyilən ərazidə yerləşən əlillərin binasına getmişlər. Vüsal avtomobildə gözləmişdir. O isə oradakı beşmərtəbəli binanın həyətindəki avtomobillər saxlanılan yerə getmişdir. Avtomobillərin saxlanıldığı yerdə çox avtomobil olduğunu görüb onların qapılarının açıq olub-olmadığını yoxlamış və ağ rəngli, Ford markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun qapılarının açıq olduğunu görmüş və mikroavtobusun salonuna daxil olmuşdur. Mikroavtobusun salonunu axtardığı zaman saxlanc yerində (bardaçokda) bir ədəd əl çantası və içərisində heç bir şey olmayan bir ədəd pul kisəsi olduğunu görmüş və götürmüşdür. Həmin zaman mikroavtobusun kabinəsində olan maqnitofonu da görüb, satıb pul əldə etmək məqsədi ilə maqnitofonu yerindən çıxarıb özüylə götürmüş və mikroavtobusdan enmişdir. Daha sonra mikroavtobusun yanında park olunan tünd qırmızı rəngli, VAZ 2107 markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb qapılarını yoxlamış və sürücü tərəfdən qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin salonunu axtaran zaman qoltuqaltı deyilən saxlanc yerində 300 (üç yüz) manat məbləğində pul olduğunu görüb götürmüşdür. Bundan başqa həmin saxlanc yerində olan bir ədəd gün eynəyini də istifadə etmək məqsədi ilə götürmüş və avtomobildən enmişdir. Həmin vaxt götürdüyü 300 (üç yüz) manat məbləğində pulun 100 (bir yüz) manatını və bir ədəd eynəyi Təqsirləndirilən şəxs1 ilə bölüşməmək üçün şalvarının cibində ayrıca saxlayıb, bu haqda Təqsirləndirilən şəxs1 deməmiş, həmin pulun 200 (iki yüz) manatını isə cibində olan, əvvəlcədən Vaz-2107 markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı pul kisəsinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 onu gözlədiyi yerə getmiş və Vüsalın avtomobilinə əyləşmişdir. Təqsirləndirilən şəxs1 həmin avtomobildən 200 (iki yüz) manat məbləğində pul oğurladığını demiş və həmin pulun 100 manatını Vüsala vermişdir. Ondan sonra mərkəzi bazarın yaxınlığına getmişlər. Mikroavtobusdan oğurladığı maqnitofonu da Vüsalın avtomobilində qoyub axşam saatlarında geri qayıdıb həmin maqnitofonu götürəcəyini bildirmiş, pul kisəsi və çantanı götürüb avtomobildən enib, yaxınlıqdakı xətt (marşrut) avtobusu ilə yaşadığı Şəki rayonu Baş Zəyzid kəndində qayıtmışdır. Şəki rayonu Baş Zəyzid kəndinə çatdıqda, sadalanan əşyaları yaşadığı evin yaxınlığında küçədə kolların arasında gizlətmiş, bir qədər sonra həmin əşyaları da satmaq qərarına gəldiyindən, yaşadığı evdən çıxıb həmin əşyaları gizlətdiyi yerdən götürüb şəhərə yollanmış, Şəki şəhərində olan zaman polis əməkdaşları ona yaxınlaşıb, onu polis şöbəsinə dəvət etmiş və o, razılığını bildirib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduğu zaman sadalanan əşyaları təqdim etmişdir. Səmimi peşmançılığını, yaşının az olduğunu nəzərə alıb məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, onun ağ rəngli, Ford Transit markalı **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu var. O, ölkə ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində şəhərdən yaşadığı evə gəldikdə Ford Transit markalı **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusunu həmişəki kimi yaşadığı binanın qarşısındakı avtoparkda saxlayıb özünün əyləşdiyi sürücü tərəfdəki qapını kilidləyib, yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində tanışının dəfn mərasiminə getmək üçün evdən çıxıb öz mikroavtobusuna əyləşdikdə, 2013-cü ildə 600 (altı yüz) manata alıb mikroavtobusunun salonuna quraşdırdığı “Hyundai” markalı maqnitofonun yerində olmadığını, saxlanc yerində (bardaçokda) olan özünə məxsus əl çantasının içərisində saxladığı sənədlərinin ön sərnişin oturacağının üzərində olduğunu, həmçinin həmin əl çantasının və həmin saxlanc yerində (bardaçokda) olan içərisində heç bir şey olmayan pul kisəsinin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt yuxarıda sadalanan əşyaların oğurlandığını güman etdiyinə görə DİN-in 102 xidmətinə müraciət edərək bu haqda məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində evə gedərkən mikroavtobusunun ön sərnişin qapısını kilidləyib-kilidləmədiyini xatırlamır. Mikroavtobusunun qapılarının hər birinin bağlı olub-olmadığını isə yoxlamamışdır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, onun tünd qırmızı rəngli, Vaz 2107 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili var. xx.xx.2020-ci il tarixdə, saat 22:00 radələrində şəhərdən yaşadığı evə gəldikdə, Vaz 2107 markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmişəki kimi yaşadığı binanın qarşısındakı avtomobillər saxlanılan yerdə saxlamış və avtomobilinin qapılarının kilidləri nasaz olduğundan qapını kilidləmədən yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində şəxsi işləri ilə bağlı şəhərə getmək üçün evdən çıxıb öz avtomobilinə əyləşdikdə, avtomobilində istifadə etdiyi mobil telefonunun elektrik qidalandırıcısının (adapter) naqildən olan hissəsinin iki hissəyə bölünmüş vəziyyətdə ayaqaltında olduğunu görüb avtomobilinə kənar şəxsin girdiyini anlamış və dərhal əvvəlki gün avtomobilinin qoltuqaltı deyilən saxlanc yerinə qoyduğu 300 (üç yüz) manat məbləğində pulun və 2020-ci ilin oktyabr ayında Bakı şəhərində mağazadan 20 (iyirmi) manata aldığı gün eynəyinin həmin saxlanc yerində olmadığını aşkar etmişdir. Həmin vaxt avtomobilindən pulunun və eynəyinin oğurlandığını anlamış və bununla bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona 200 manat pul qaytarılmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Lakin Təqsirləndirilən şəxs2 şikayətçidir və pulun qalanını və eynəyin dəyərini Təqsirləndirilən şəxs2 tələb edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqda protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 2114 markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən “Hyundai” markalı maqnitofon aşkar olunaraq götürülmüşdür. xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxxx 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 оğlu CM-nin 177.2.1 və 177.2.2-ci mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işi üzrə X6 Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi təyin edilmişdir. xx xxxxxx 2021-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu CM-nin 177.2.1 və 177.2.2-ci mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 513 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əvvəllər istifadədə olsa da, hazırda təyinatı üzrə istifadəyə yararlı olan 5 adda məişət əşyalarının hazırkı vəziyyətdə orta bazar qiymətilə ümumi dəyəri təxminən 154.00 (bir yüz əlli dörd) manat müəyyən edilir. O cümlədən:
1. 2008-ci ildən sonra istehsaldan çıxmış “Hyundai H-CMDN6000” modelli avtomaqnitofon 127.00 manat;
2. Qara rəngli süni dəridən zavod üsulu ilə hazırlanmış pul kisəsi 5.00 manat,
3. Qəhvəyi rəngli süni dəridən zavod üsulu ilə hazırlanmış pul kisəsi 4.00 manat;
4. Qara rəngli süni dəridən zavod üsulu ilə hazırlanmış çanta 15.00 manat;
5. Qara rəngli plastmas gövdəli, gözlükləri plastmasdan olan gün eynəyi 3.00 manat olmuşdur. (Aparılan tədqiqatın dəyəri 50 manatdır). xx xxxxxx 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan müəyyən olunür ki, Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. xx xxxxxx 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan müəyyən olunür ki, X7 qanuni nümayəndəsinin iştirakı ilə ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. xx xxxxxx 2021-ci il tarixli əşyalar üzrə tanınma aparılması haqda protokollardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 mikroavtobusdan oğurlanmış və tanınmaya təqdim edilən pul kisəsini, çantanı və maqnitofonu özünə məxsus olduğunu bildirməklə tanımışdır. xx xxxxxxx 2020-ci il tarixli protokoldan və xx xxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs2 Kərim oğlu tərəfindən verilən qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Kərim oğlunun avtomobilindən oğurlanmış 300 manatdan bir hissəsini, yəni 200 manat pulu zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödəmək məqsədilə istintaqa təqdim etmiş və daha sonra Zərərçəkmiş şəxs2 həmin məbləği təhvil götürmüşdür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Şəki RMX publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli, 2737 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Narkoloji kabinetində qeydiyyatda yoxdurlar. Şəki Rayon Psixiatriya Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 663 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada dispanser müşahidəsində yoxdurlar. Gəncə Şəhər Psixonevroloji Dispanser tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 684/305 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuş, yəni, ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Bundan başqa sözügedən rəydə göstərilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla, o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Şəki şəhər İHB-nin “Nöyülbulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 632, 633 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 906, 906/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayonu Baş Zəyzid (Vərəzət) kəndində yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. X8 (atası), X10 qızı (anası) və X4 (qardaşı) ibarət tərkibdə ailə üzvləri vardır. Beləliklə, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CMnin 177.2.1 və 177.2.2-ci maddələrinin, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2ci maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi özlərinin ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam təsdiq edilir. İbtidai araşdırma orqanı iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə təqsirləndirilən şəxslərin əməlini düzgün tövsif etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamda Zərərçəkmiş şəxs1 məxsus Ford markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonundan oğurlanan maqnitofonun qiyməti 600 manat, çantanın isə 30 manat kimi verilmişdir. Halbuki, məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, talanan maqnitofonun hazırkı dəyəri 127 manat, çantanın isə 15 manatdır. Odur ki, Ford markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonundan 15 (on beş) manat dəyərində bir ədəd əl çantasını, 5 (beş) manat dəyərində bir ədəd pul kisəsini və 127 (bir yüz iyirmi yeddi) manat dəyərində bir ədəd «Hyundai» markalı maqnitofonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 147 (yüz qırx yeddi) manat məbləğində ziyan vurulması kimi qəbul olunmalı, maqnitofonun və çantanın dəyərinin qalan hissəsi isə ittihamdan xaric edilməlidir. Beləliklə, Zərərçəkmiş şəxs1 avtomobilindən oğurluğa münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 2 saylı ictimai binanın qarşısında Zərərçəkmiş şəxs1 saxladığı və sonuncuya məxsus Ford markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun salonundan 15 (on beş) manat dəyərində bir ədəd əl çantasını, 5 (beş) manat dəyərində bir ədəd pul kisəsini və 127 (bir yüz iyirmi yeddi) manat dəyərində bir ədəd «Hyundai» markalı maqnitofonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 147 (yüz qırx yeddi) manat məbləğində ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslərin onun barəsində şikayət və tələblərinin olmamasını təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd olunanları rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 hаnsı cəzа növünün təyin оlunmаsı məsələsini müzаkirə edərək, cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrı, hаbelə təyin оlunacaq cəzаnın оnun islаh оlunmаsınа təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs1 bаrəsində təqsirləndirildiyi mаddənin sаnksiyаsındа nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzаsının təyin оlunmаsını məqsədə müvаfiq hesаb edir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, həmçinin onun üzərinə cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu müddət 24 saatdan artıq olduğundan iki gün kimi qəbul olunmaqla və Azərbaycan Respublikasının CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi dörd gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasəndan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını, həmçinin CM-nin 59.2-ci maddəsinə əsasən təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq keçirməsini, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə qeyd olunanları rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 hаnsı cəzа növünün təyin оlunmаsı məsələsini müzаkirə edərək, cinаyətin xаrаkterini, ictimаi təhlükəlilik dərəcəsini, оnun şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrı, hаbelə təyin оlunacaq cəzаnın оnun islаh оlunmаsınа təsirini nəzərə аlаrаq, Təqsirləndirilən şəxs2 bаrəsində təqsirləndirildiyi mаddənin sаnksiyаsındа nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzаsının təyin оlunmаsını məqsədə müvаfiq hesаb edir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməməli, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə təhsilini davam etdirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Hyundai” markalı maqnitofon, bir ədəd çanta və bir ədəd pul kisəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. CPM-nin 198.4-cü maddəsini rəhbər tutaraq iş üzrə 50 (əlli) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxs1 tutulub «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba keçirilməlidir. Yuxarıdakılara əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM E T D İ:
Təqsirləndirilən şəxs1 Аzərbаycаn Respublikаsının CM-nin 177.2.1 və 177.2.2-ci mаddələri ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət 24 saatdan artıq olduğu üçün cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin.
Təqsirləndirilən şəxs2 Аzərbаycаn Respublikаsının CM-nin 177.2.1 və 177.2.2-ci mаddələri ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 20:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə təhsilini davam etdirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd “Hyundai” markalı maqnitofon, bir ədəd çanta və bir ədəd pul kisəsi hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə 50 (əlli) mаnаt məbləğində ekspertizа xərci Təqsirləndirilən şəxs1 tutulub «xxxx» MMC-nin “xxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod201025, VÖEN **********, SWİFT kodAİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. İş üzrə mülki iddiаnın оlmаmаsı nəzərə аlınsın. Hökmdən, elаn оlunduğu andаn 20 (iyirmi) gün müddətində Şəki Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya bilavasitə Şəki Аpellyаsiyа Məhkəməsinə apellyаsiyа şikаyəti və аpellyаsiyа prоtesti verilə bilər. Hökm аpellyаsiyа şikаyəti və yа аpellyаsiyа prоtesti verilmədiyi hаldа elаn edildiyi аndаn 20 (iyirmi) gündən sоnrа qüvvəyə minir.
Sədrlik edən Pərviz Hacıyev