Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-35/2020 04.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Şəki şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Abdurəhman oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1988-ci ildə Şəki rayonu, Cumakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Şəki rayonu, Cumakənd kəndində pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, həmçinin ictimai qaydanın qorunmasında iştirak edən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərərək zərərçəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 22.01.2020-ci il tarixdə, saat 16 radələrində Şəki rayonu, Cumakənd kəndində yerləşən ictimai yer hesab edilən “Xələfin kafesi” deyilən kafenin həyətinə daxil olaraq, kafenin qarşısında Zərərçəkmiş şəxs1 Abdurrahman oğlu ilə qarşılaşmış, sərxoş vəziyyətdə olduğuna görə aralarında olan söhbət zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət olunan, həmçinin kafenin iş rejimini və kafedə olan müştərilərin istirahət hüququnu pozan, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olaraq ucadan nalayiq söyüşlər söyüb Zərərçəkmiş şəxs1 zor tətbiq etmək hədəsi ilə hədələmiş, həmin vaxtı xidmətdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yaxınlaşaraq onu nizam intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışmış, lakin sonuncu zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərini davam etdirmiş, həmin vaxt hadisə yerində olan polis nəfəri Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmasına baxmayaraq o qanuni tələbə məhəl qoymamış və öz hərəkətlərini aqressiv formada davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 üzərinə hücüm edərək zor tətbiq etməklə onun sağ əlindən və qarın nahiyyəsindən təpiklə vuraraq sağ əlin V barmağın yumşaq toxumasının əzilməsi, oynağın bağ aparatının gərilməsi ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla yanaşı hadisə yerində olan müstəntiq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaqla ictimai qaydanın pozulmasının qarşısını alarkən, sonuncu cinayətkar əməllərini davam etdirərək əl-qol hərəkətləri ilə onu intizama dəvət etmək istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi Zərərçəkmiş şəxs2 sinə nahiyyəsindən hər iki əli ilə tutub zor tətbiq edərək fiziki ağrı yetirməklə müqavimət göstərmiş, həmçinin kafeyə daxil olaraq kafenin içərisində olan stola təpik zərbəsi vuraraq aşırması nəticəsində 1 ədədinin qiyməti 25 manat olmaqla 4 ədəd stulu sındırararaq 100 manat, 1 ədəd stolun üz dəmirini əzərək 30 manat, 1 ədəd çaydanı sındıraraq 10 manat, 1 ədədinin qiyməti 2 manat olmaqla 2 ədəd stəkanı sındıraraq 4 manat, 1 ədədinin qiyməti 3 manat olmaqla 2 ədəd nəlbəkini sındıraraq 6 manat və kafenin divarlarını zədələməsi nəticəsində 50 manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyanlıq vuraraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Yaşadığı Cumakənd kəndində fərdi əməklə məşğul olaraq ailəsinin ehtiyaclarını çox çətinliklə ödəmişdir. 22 yanvar 2020ci ildə o, kəndin mərkəzində, “Tükan qabağı” deyilən yerdə 2019-cu ilin dekabr ayında evində təmir işləri apardığı dostu və həmkədlisi Şahid8 görmüş, söhbət əsnasında Mahir gedib naharı onların evində etməyi ona təklif etmişdir. O razılaşmış, saat 14 radələrində birlikdə Mahirin evinə getmişlər. Mahirin evində ailə üzvləri ilə bir süfrə arxasında əyləşərək yemək yemiş, Mahir və Mahirin atası Üzeyir ilə birlikdə təxminən 1 litr araq içmişlər. Mahir və o spirtli içkinin təsirindən sərxoş olmuşlar. O Mahiri Xələf müəllimə məxsus kafedə çay içməyə dəvət etmiş, Mahirlə birlikdə kafeyə getmişlər. O kafenin həyətində qonşusu Cuma kişini görmüş, kafeni işlədən Zərərçəkmiş şəxs1 Cuma kişiyə onun hesabına yemək verməsini demişdir. Cuma kişi onun yemək almasını istəməmiş, Çələbi ona yeməyin 5 manat pulunu verəməsini, Cuma kişi istədiyi vaxt yeməyini verəcəyini demişdir. O, yeməyi Cuma kişiyə verməsini, pulunu isə axşam verəcəyini söyləmişdir. Çələbi yeməyin pulunu nağd istəmiş, o, özünü nəzərdə tutub pulu verməyənin ünvanına söyüş söyüb pulu verəcəyini Zərərçəkmiş şəxs1 inandırmağa çalışmışdır. Bu zaman bir nəfər tanımadığı şəxs söyüş söyməməsini ona demiş, həmin şəxsi tanımadığı üçün kim olması barədə sual vermiş, həmin şəxs ona polis əməkdaşı olduğunu bildirmişdir. O həmin şəxsə heç bir cavab verməmiş, evlərinə getmişdir. Sərxoş olduğuna görə nə etdiyini bilməmiş, evə daxil olanda ov tüfəngini görüb ova getmək üçün götürüb kəndin dağlıq ərazisinə getmək istəmişdir. Ova getmək istədiyi yol kəndin mərkəzindən keçdiyindən, Xələfin kafesinin qarşısından keçdiyi zaman dostu Mahir kafenin həyətindən onu çağırmış, o tüfəng əlində kafeninin həyətinə daxil olmuşdur. Kafenin həyətində olan Mahir və Çələbi onun sərxoş vəziyyətindən məlumatlı olduqlarından bu vəziyyətdə əbəs yerə tüfəng götürməsini irad tutub bu mövzuda onunla danışmışlar. O sərxoş olduğundan səhv hərəkət etdiyini başa düşməmiş və qəbul etməmişdir. Söhbət etdikləri zaman kafenin sahibi Xələfdə yanlarına gəlmiş, sərxoş vəziyyətdə özünü idarə edə bilmədiyini və kafedə polis əməkdaşlarının olduğunu, əlində ov tüfəngi ilə bu vəziyyətdə görəcəkləri təqdirdə ona problem yaranacağını bildirmiş və tüfəngi ondan almaq istəmişlər. O ova gedəcəyini deyib, sərxoş olduğundan silahı vermək istəməmiş və ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Mahir, Çələbi və Xələf tüfəngi ondan aldıqlar vaxt kafedən polis əməkdaşıda çıxıb onlara yaxınlaşmış, tüfəngi götürüb kafenin içərisinə qayıtmiş, digərləri də birlikdə getmişdir. O əsəbləşib tüfəngini qaytarmaq üçün nalayiq ifadələr işlədərək onların arxasınca kafeyə daxil olmuş, tüfənginin qaytarılmasını tələb etmişdir. Aralarında dartışma yaranmış, sərxoş olduğu üçün konkret olaraq həmin vaxtı nəyin sındığını, qırıldığını, nə dediyini, danışdığını, etdiklərini xatırlamamış, sonradan ona məlum olmuşdur ki, silahını almaq istəyərkən stol, stol və onların üzərində olan qab qacaqları təpiklə vuraraq sındırmış və nalayiq söyüşlər söymüş, onu sakitləşdirənlərə qarşı da müqavimət göstərmişdir. Ona görə də polis əməkdaşları onu avtomobilə mindirib Polis Şöbəsinə aparmışdır. Bütün bunlar sərxoş olduğu üçün baş vermiş, hərkətləri ilə bağlı zərərçəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Hal-hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 dəyən ziyanı isə tam ödəmişdir. O, səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını, uşağının birinin uşaq sebrial iflici xəstəsi olmasını, hadisənin törənmə səbəbini və şəraitini, peşimançılığını, zərərçəkmiş şəxslərlə barışaraq ondan heç bir şikayət və tələblərinin olmadığını, ailə şəraitini nəzərə almaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Abdurəhman oğlu ifadəsində göstərmişdir ki, o, Şəki rayon Cumakənd kəndində yerləşən və kənd sakini Şahid5 məxsus obyekti icarəyə götürərək saat 09 radələrində açıb 21 radələrinə kimi kafe olaraq işlətmiş, kafedə milli yeməklər və çay satmışdır. Kafedə adətən kənd sakinləri, bəzən isə yoldan keçən avtomobillər də saxlayıb çay içmişlər. 22.01.2020ci ildə, saat 16 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs Mahirlə birlikdə kafeyə gəlmiş, orada həmkəndlisi Cuma adlı şəxsi görüb Cuma kişiyə yemək verməsini, pulu özünün verəcəyini bildirmişdir. Cuma yemək istəməmiş, Ürfət isə yeyəcəyinə israr etmişdir. O, yeməyin pulu olan 5 manatı verməsini, Cuma nə vaxt yemək istəyərsə həmin vaxt verəcəyini demişdir. Ürfət, onu pulu verəcəyinə inandırmaq üçün özünü nəzərdə tutub pulu verməyənin ünvanına söyüş söymüş, kafenin yanında olan Nəsib adlı polis əməkdaşı Ülfətə ictimai yer olduğunu deyib söyüş söyməsini irad tutmuşdur. Təqsirləndirilən şəxs Nəsibi tanımadığı üçün kim olduğunu soruşmuş, polis əməkdaşı olduğunu bildikdən sonra yaxşı deyib kafedən çıxıb getmişdir. Bir müddət sonra Qabil adlı həmkəndlisi ona zəng edib Ülfətlə mübahisə edib-etmədiyini soruşmuş, o, heç bir mübahisələri olmadığını bildirmiş, Qabil Ülfətin əlində ov tüfəngi ilə kafeyə tərəf getdiyini və ehtiyatlı olmasını demiş, o Qabilə narahat olmamasını söyləmişdir. O Ülfətin əlində silahla gəldiyini görmüş, silahı nə səbəbə götürdüyünü soruşmuş, Ürfət ova gedəcəyini, onun heç bir işinə qalmadığını bildirmişdir. Rasim adlı həmkəndlisi onlara yaxınlaşıb Ülfəti saxlamış, ardınca yaxınlıqda olan Xələf də Ülfətin yanına gəlmişdir. Xələf və Rasim Ülfətdən tüfəngi istəmiş, Ülfət narahat olmamalarını deyib danışıqla vermək istəməmişdir. Onlar Ülfəni əlindən silahı alarkən polis əməkdaşı Nəsib də kafedən çıxıb gəlmiş, Ülfət tüfəngi vermişdir. Nəsib tüfəngi götürüb kafenin icərisinə qayıtmişdir. Onlar Ülfəti oradan uzaqlaşdıraraq 10-15 metr kənara aparmış, lakin Ülfət atasının əlindən çıxıb silahı geri almaqdan ötrü kafeyə getmiş, ucadan söyüşlər söymüş və orada olan şəxslər söyüşləri eşitmişlər. Kafedə mübahisə yaranmış, lakin o kafedə olmadığından kafenin içərisində olanları görməmişdir. Ülfəti çölə çıxarıb apardıqdan sonra o kafeyə getmiş, kafedə stolun aşmasını, stəkan və qabların sınmasını görmüşdür. Sonradan isə Ülfətin kafedə olan zaman silahı almaq üçün polis əməkdaşlarına müqavimət göstərdiyini, təpik vurduğunu, masanı və orada olan əşyaları sındırdığını bilmişdir. Qısa müddət sonra polis əməkdaşları Ülfəti Polis Şöbəsinə aparmışlar. Hadisə zamanı o, heç bir xəsarət almamış, hadisə nəticəsində işlətdiyi kafenin divarlarının zədələnməsi nəticəsində 50 manat, 4 ədəd stulun oturacaqlarının sınması nəticəsində hər birinin qiyməti 25 manat olmaqla 100 manat, 1 ədəd stolun üz dəmirinin əzilməsi nəticəsində 30 manat, 1 ədəd çaydanın sınması nəticəsində 10 manat, 2 ədəd stəkanın sınması nəticəsində 4 manat, 2 ədəd nəlbəkinin sınması nəticəsində isə 6 manat olmaqla ümumilikdə 200 manat ona maddi ziyan dəymişdir. Maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam həcmdə ödənilmiş və o Ürfətlə barışmışdır. Onun Təqsirləndirilən şəxsdan heç bir şikayət və tələbi yoxdur. O məhkəməyə bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edib, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə nəfəri işləmişdir. 22.01.2020-ci ildə, saat 10 radələrində şöbə rəhbərliyi müstəntiq Zərərçəkmiş şəxs2 icraatında olan materialın icrası ilə əlaqədar Şəki rayon Bideyiz və Cumakənd kəndində yerləşən torpaq sahələrinə baxış keçirilməsinin təşkil etməkdə və müstəntiqə həmin yerləri, əraziləri tanıtmaqda köməklik göstərməsi barədə ona göstəriş vermiş, o da Zərərçəkmiş şəxs2la birlikdə ilk olaraq Bideyiz kəndinə baxış keçirilməsi üçün getmişdir. Baxışda iştirak etmək üçün Şəki şəhəri DAİM-nin bitkiçilik sektorunda böyük məsləhətçi Şahid3 və həmin mərkəzin torpaq üzrə baş məsləhətçisi Şahid4 da idarələrin yaxınlığından götürmüş və birlikdə əvvəlcə Şəki rayon Bideyiz kəndində yerləşən torpaqlara baxış keçirilməsi üçün getmişlər. Bideyiz kəndində olan torpaq sahələrinə baxış keçirdikdən sonra digər material üzrə Şəki rayon Cumakənd kəndində yerləşən kənd sakinləri tərəfindən istifadə edilən torpaqlara baxış keçirilməsi üçün getmək barədə razılaşmışlar. Bideyiz kəndində torpaq sahələrinə baxış keçirilib müvafiq akt tərtib edilmiş və həmin proses təxminən saat 13 radələrində bitmişdir. Onlar Şəki rayon Cumakənd kəndinə gəlmiş, Xələf adlı şəxsin kafesində nahar etmişlər. Sonra kənd bələdiyyəsinin sədri Məmməd İsmayılovun və kənd icra nümayəndəsi Oruc Mahmudovun iştirakları ilə Cumakənd kəndində Palmet adlanan ərazidə yerləşən torpaqlara baxış keçirilmiş, yenidən Xələf adlı şəxsin kafesinə qayıdıb baxış keçirilməsinə dair akt tərtib etməyə başlamışlar. Aktın tərtib edildiyi vaxtda o kafenin qarşısında dayanıdığı zaman, sonradan adını bildiyi Təqsirləndirilən şəxs sərxoş halda kafenin işçisi Çələbi ilə söyüşlə danışmışdır. O Ülfətə yaxınlaşıb ictimai yerdə söyüş söyməsinə irad bildirmiş, Ülfət ondan kim olduğunu soruşduqda polis əməkdaşı olduğunu demiş, Ülfət yaxşı deyib çıxıb getmişdir. Bir qədər sonra Ülfət əlində silahla kafenin həyətinə qayıtmış, ucadan nalayiq söyüşlər söymüşdür. O bu barədə müstəntiq Zərərçəkmiş şəxs2 məlumat vermiş və hər ikisi kafenin çölünə çıxmışlar. Kafenin həyətinə çıxdıqları zaman da Ülfət əlində tüfəng tutduğu vəziyyətdə ucadan nalayiq ifadələr işlətmiş, orada olan kənd sakinləri Ülfətin hərəkətlərinin şahidi olmuşlar. Kafenin sahibi Xələf, kafenin işçisi Çələbi və bir neçə kənd sakinləri Ülfəti sakitləşdirməyə, tüfəngi əlindən almağa çalışmışlar. Ülfət isə öz hərəkətlərini aqressiv formada davam etdirmişdir. Müstəntiq Zərərçəkmiş şəxs2 ona Ülfətin əlindən tüfəngi alınmasını bildirmiş, o Ülfətə yaxınlaşıb tüfəngi əlindən almış, müstəntiq Abdulla ilə birlikdə silaha baxan zaman içərisində iki ədəd patronun olduğunu görmüşlər. O tüfəngi natamam söküb patronları özündə saxlamış və kafenin içərisinə keçmiş, müstəntiq Zərərçəkmiş şəxs2 isə kafenin qarşısında dayanıb Növbətçi Hissə və şöbə rəhbərliyi ilə telefonla danışmışdır. Ətrafda olan şəxslər Təqsirləndirilən şəxs 10-15 metr kənara aparmışlar. Ülfətin spirtli içkinin təsiri altında olduğu açıq-aşkar hiss olunmuş, hərəkətlərinə son qoymayaraq yenidən aqressiv formada ucadan söyüşlər söyməyə davam etmiş, hadisə ilə bağlı yaranmış səs-küyə kafenin həyətinə və ətrafa xeyli sayda insan toplanmışdır. Təqsirləndirilən şəxs onu sakitləşdirib hadisə yerindən kənarlaşdırmaq istəyən kənd sakinlərinin əlindən çıxaraq kafeyə doğru gəlmiş, Təqsirləndirilən şəxs müstəntiq Zərərçəkmiş şəxs2 üzərinə gedərək silahı ona geri verilməsini tələb etmiş, lakin silahın Zərərçəkmiş şəxs2 deyil, kafenin içərisində olduğunu görüb kafenin içərisinə keçmiş və tüfəngi ondan geri istəmiş, zorla əlindən almağa çalışmışdır. O tüfəngi bərk tutub saxlamış, Ülfət isə almaq üçün ucadan nalayiq ifadələr işlətməklə yanaşı təpiklə onun sağ əlindən vurmuşdur. Ülfətin təpik zərbəsi onun sağ əlinin barmaqlarına dəymiş, barmaqlarından xəsarət almış və əlində olan mobil telefonu yerə düşmüşdür. Ülfət səsküylə ucadan nalayiq söyüşlərini davam etdirərək yenidən təpiklə onun qarın nahiyyəsindən zərbə endirmiş, kənd sakinləri və müstəntiq Zərərçəkmiş şəxs2 Ülfəti kənarlaşdırmaq istəmiş, Ülfət müqavimət göstərib silahı geri alacağını demiş və içəridə olan şəxslər Ülfəti sakitləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs kafenin içərisində olan masaya təpik zərbəsi vuraraq stolu aşırmış və stolun üzərində olan stəkanları, nəlbənkiləri və digər qab qacaqları aqressiv formada vuraraq sındırmışdır. Kafedə olan təxminən 6-7 nəfər tanımadığı kənd sakinləri, həmçinin Şahid3 və Şahid4 da hadisənin şahidi olmuşlar. Kənd sakinləri çətinliklə olsa da Ülfəti kafedən çölə çıxararaq kənara aparmışlar. Ülfət hərəkətlərinə son qoymayaraq ucadan Xələfin ünvanına soyüşlər söyüb polisi onun gətirdiyini demişdir. Bundan sonra hadisə ilə əlaqədar oraya əməliyyat qrupu gəlib Təqsirləndirilən şəxs avtomobillə Polis Şöbəsinə aparmışlar. Hadisə zamanı onun əlində olan mobil telefon yerə düşsə də, heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi əməldən peşman olduğunu bildirib ondan üzr istəmiş, bu səbəbdən o, Ürfəti bağışlamış və ondan heç bir şikayət və tələbi yoxdur. O məhkəməyə bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edib, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi işləmişdir. 22.01.2020-ci ildə, saat 10 radələrində icraatında olan materialın icrası ilə əlaqədar şöbənin polis nəfəri Zərərçəkmiş şəxs3 ilə Şəki rayon Bideyiz və Cumakənd kəndində yerləşən torpaq sahələrinə baxış keçirilməsinə getmişdir. Baxışda iştirak etmək üçün Şəki şəhəri DAİM-nin bitkiçilik sektorunda böyük məsləhətçi Şahid3 və həmin mərkəzin torpaq üzrə baş məsləhətçisi Şahid4 da idarələrinin yaxınlığından götürmüşlər. İlkin olaraq Bideyiz kəndində torpaq sahələrinə baxış keçirilib müvafiq akt tərtib edilmiş, həmin proses təxminən saat 13 radələrində bitmişdir. Onlar Şəki rayon Cumakənd kəndinə gəlmiş, Xələf adlı şəxsin kafesində nahar etmişlər. Kənd bələdiyyəsinin sədri Məmməd İsmayılovun və kənd icra nümayəndəsi Oruc Mahmudovun iştirakları ilə Cumakənd kəndində Palmet adlanan ərazidə yerləşən torpaqlara baxış keçirilmiş, aktın tərtib edilməsi üçün yenidən Xələf adlı şəxsin kafesinə qayıtmışlar. Aktın tərtib edildiyi vaxtda polis nəfəri Nəsib kafenin qarşısında olmuşdur. Bir qədər sonra Nəsib yanına gəlib, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlində silahla kafenin həyətində ucadan nalayiq söyüşlər söyməsi barədə məlumat vermiş və onlar kafenin çölünə çıxmışlar. Kafenin həyətinə çıxdıqları zaman ətrafda çoxlu kənd sakinləri olduğunu, Ülfətin əlində tüfəng tutduğu vəziyyətdə ucadan nalayiq ifadələr işlətməsini görmüşlər. Kafenin sahibi Xələf, kafenin işçisi Çələbi və bir neçə kənd sakinləri Ülfəti sakitləşdirməyə, tüfəngi əlindən almağa çalışmış, Ülfət isə öz hərəkətlərini aqressiv formada davam etdirmişdir. O polis nəfəri Nəsibə Ülfətin əlindən tüfəngi alınmasını demiş, Nəsib Ülfətə yaxınlaşıb tüfəngi əlindən almış, onlar silaha baxan zaman içərisində iki ədəd patronun olduğunu görmüşlər. Nəsib tüfəngi natamam söküb patronları özündə saxlamış və kafenin içərisinə keçmiş, o isə kafenin qarşısında dayanıb Növbətçi Hissə və şöbə rəhbərliyi ilə telefonla danışmış, ətrafda olan şəxslər Təqsirləndirilən şəxs 10-15 metr kənara aparmışlar. Ülfət hərəkətlərinə son qoymayaraq yenidən aqressiv formada ucadan söyüşlər söyməyə davam etmiş, spirtli içkinin təsiri altında olduğu açıq-aşkar hiss olunmuşdur. Hadisə ilə bağlı yaranmış səs-küyə kafenin həyətinə və ətrafa xeyli sayda insan toplanmışdır. Təqsirləndirilən şəxs onu sakitləşdirib hadisə yerindən kənarlaşdırmaq istəyən kənd sakinlərinin əlindən çıxaraq kafeyə doğru getmiş, onun üzərinə gedərək tüfəngi geri verməsini tələb etmiş, lakin tüfəngin onda deyil, kafenin içərisində Nəsibdə olduğunu görüb kafenin içərisinə keçmiş və tüfəngi Nəsibdən geri istəmiş, zorla əlindən almağa çalışmışdır. Nəsib tüfəngi bərk tutub saxlayaraq verməmiş, Ülfət isə almaq üçün ucadan nalayiq ifadələr işlətməklə yanaşı təpiklə Nəsibin sağ əlindən vurmuşdur. Ülfətin təpik zərbəsi Nəsibin sağ əlinin barmaqlarına dəymiş, əlində olan mobil telefonu yerə düşmüşdür. Ülfət səs-küylə ucadan nalayiq söyüşlərini davam etdirərək yenidən təpiklə Nəsibin qarın nahiyyəsindən zərbə endirmiş, kənd sakinləri və o Ülfəti kənarlaşdırmaq istəmiş, Ülfət müqavimət göstərib silahı geri alacağını demiş və içəridə olan şəxslər Ülfəti sakitləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs kafenin içərisində olan masaya təpik zərbəsi vuraraq stolu aşırmış və stolun üzərində olan stəkanları, nəlbənkiləri və digər qab qacaqları aqressiv formada vuraraq sındırmışdır. Kafedə olan kənd sakinləri Ülfəti kafedən çölə çıxararaq kənara aparmışlar. Ülfət, polisi onun gətirdiyini deyərək Xələfin də ünvanına soyüşlər söymüşdür. Hadisə yerinə əməliyyat qrupu gəlmiş, Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ona qarşı etdiyi əməldən peşman olduğunu bildirib ondan üzr istəmiş, bu səbəbdən o, Ürfəti bağışlamış və ondan heç bir şikayət və tələbi yoxdur. O məhkəməyə bu barədə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edib, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. 22.01.2020-ci ildə, saat 16-17 radələrində yaşadığı Şəki rayonu Cumakənd kəndinin mərkəzində yerləşən işlədiyi “Beta Market” mağazasında olduğu zaman səs-küy eşidib çölə çıxmış, mağazadan təxminən 300-400 metr məsafədə yerləşən kafenin qarşısındakı həmkəndlisi Ülfəti əlində ov tüfəngi ilə kafenin həyətində görmüşdür. Kafenin həyətinin kənarları dəmir və güllərlə bağlı olduğuna görə onun dayandığı yerdən kafenin həyəti tam görünməmişdir. O mağazanın yanından nə baş verməsinə baxmış, Ülfətin kafenin həyətində ucadan nalayiq söyüş söydüyünü, kənarda olan Rasim, Xələf və digərlərinin Ülfəti sakitləşdirməyə çalışdıqlarını görmüşdür. 5-10 dəqiqə sonra həmin şəxslər Ülfəti kafedən 10-15 kənara yola tərəfə gətirib sakitləşdirmək istəyərkən Ülfət ucadan söyüşlər söyərək əlindən qəflətən çıxıb qaçaraq kafenin içərisinə girmişdir. O uzaqda olduğu üçün kafedə nələrin baş verdiyini bilməmişdir. Xələf, Rasim və digərləri də Ülfətin arxasınca kafeyə getmişdir. Bir neçə dəqiqə sonra həmin şəxslər Ülfəti kafedən çıxarıb yolun kənarına gətirmişlər. Həmin vaxt Ülfətin atası Cavanşir onu avtomobilinə çətinliklə olsa da əyləşdirib uzaqlaşdırmışdır. Bir müddət sonra polis əməkdaşları gəlib Ülfəti Polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. 2016-cı ilin may ayının 6-dan etibarən DAİM-nin Bitkiçilik sektorunda böyük məsləhətçi vəzifəsində işləmişdir. 22 yanvar 2020-ci ildə, saat 10 radələrində Şəki ŞRPŞnin İB-nin müstəntiqi Zərərçəkmiş şəxs2 icraatında olan materialın icrası ilə əlaqədar olaraq Şəki ŞRPŞ-nin İTB-nin sahə polis nəfəri Zərərçəkmiş şəxs3, Şəki şəhəri DAİM-nin torpaq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işləyən Şahid4la birlikdə əvvəlcə Şəki rayon Bideyiz kəndində yerləşən torpaqlara, sonra isə Şəki rayon Cumakənd kəndində yerləşən kənd sakinləri tərəfindən istifadə edilən torpaqlara baxış keçirmişlər. Bideyiz kəndindəki işləri təxminən saat 13 radələrində bitmiş, sonra onlar Şəki rayon Cumakənd kəndinə getmiş, Xələf adlı şəxsin kafesində nahar etmişlər. Kənd bələdiyyəsinin sədri Məmməd İsmayılovun, kənd icra nümayəndəsi Oruc Mahmudovun və polis əməkdaşlarının iştirakları ilə Cumakənd kəndində “Palmet” adlanan ərazidə yerləşən torpaqlara baxış keçirilmiş, aktın tərtib edilməsi üçün yenidən Xələfin kafesinə qayıtmışlar. Kafenin içərisində akt tərtib etdikləri zaman polis nəfəri, Zərərçəkmiş şəxs3 kafenin həyətindən içəri daxil olub onlarla əyləşən müstəntiq Zərərçəkmiş şəxs2 yaxınlaşaraq kafenin qarşısında bir nəfərin içkili olmaqla əlində ov tüfəngi olmasını və ucadan söyüşlər söyüb ictimai qaydanı kobud şəkildə pozmasını bildirmişdir. Onlar səs-küyü kafenin içərisində də eşitmişlər. Müstəntiq Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3la birlikdə çölə çıxmış, kafenin həyətində səs-küy davam etmiş, lakin o və Qorxmaz kafendən çölə çıxmamışlar. Polis nəfəri Zərərçəkmiş şəxs3 əlində ov tüfəngi ilə kafenin içərisinə qayıtmış, az sonra sonradan adını bildiyi Təqsirləndirilən şəxs kafenin içərisinə daxil olub polis əməkdaşlarının üzərinə gedərək ucadan nalayiq ifadələr işlədib söyüşlər söyərək polis əməkdaşının əlində olan silahın qaytarılmasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs polis nəfəri Zərərçəkmiş şəxs3 sağ əl nahiyyəsindən təpiklə vurmuş, Zərərçəkmiş şəxs3 sağ əlindən xəsarət alaraq əlində olan mobil telefonu yerə düşmüşdür. Təqsirləndirilən şəxs müstəntiq Zərərçəkmiş şəxs2 üzərinə gedərək sinə nahiyyəsindən itələmişdir. Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib tüfəngi tələb etsə də, polis əməkdaşı tüfəngi qaytarmamışdır. Təqsirləndirilən şəxs tüfəngi tələb edən zaman ucadan nalayiq söyüşlər söyməklə kafedə olan stol, stul və onların üzərində olan qab-qacaqlara təpik zərbəsi endirmiş, stolun üzərində olan qab-qacaqlar yerə tökülərək sınmışdır. Polis əməkdaşlarının və kafedə olan digər şəxslərin köməkliyi ilə Təqsirləndirilən şəxs kafedən çölə çıxarılmış, bir müddət sonra polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə aparılmışdır. Hadisə baş verdiyi zaman hadisə yerində xeyli sayda kənd sakini olmuş və hadisə təxminən 25-30 dəqiqə davam etmişdir. Şahid4 məhkəmə iclasında Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. Atasına məxsus Ford markalı **-BU-*** dövlət nişanlı avtomobili etibarnamə ilə idarə edərək Şəki-Bakı marşurutunda işləmişdir. 22 yanvar 2020-ci ildə, saat 16 radələrində yaşadığı Cumakənd kəndində olan “Xələfin kafesi” kimi tanınan kafenin qarşısında avtomobili saxlayıb kafeyə çay içməyə gedən zaman Ülfətin əlində ov tüfəngi ilə gəldiyini görmüş, onu saxlayaraq nə olduğunu bilmək istəmiş, lakin Ülfət ona cavab verməmişdir. O kənardan gələn Xələflə birlikdə Ülfətin əlində olan ov tüfəngini almağa çalışdıqları vaxt kafedən Nəsib adlı polis əməkdaşı da gəlmiş, Ülfət tüfəngi vermişdir. Onlar Ülfəti təxminən 10-15 metr kənara aparmış, Mahir adlı həmkəndliləri gəlib Ülfəti sakitləşdirmək istəmiş, lakin o ucadan söyüşlər söyüb onu buraxmaqlarını istəmişdir. Ülfət əllərindən qəflətən çıxıb kafeyə qaçmış, o, Xələf, Mahir də arxasınca getmişlər. Ülfət kafeyə daxil olaraq Nəsibin əlindən silahı almağa çalışmış, silahı almaq üçün Nəsibi təpiklə vurmuş, Nəsibin əlindən telefonu yerə düşmüşdür. Onlar Ülfəti sakitləşdirmək istəyərkən Abdulla adlı polis əməkdaşı da Ülfəti sakitləşdirərək çölə çıxarmaq istəmiş, Ülfət onlara qulaq asmayıb öz hərəkətlərinə davam etdirmiş, Abdulla adlı polis əməkdaşının sinəsindən itələmiş, təpiklə vurub masanı aşıraraq üzərində olan əşyaları sındırmışdır. Mahir, o Ülfəti kafedən çətinliklə çölə çıxardaraq kənara aparmışlar. Səs küyə ətrafa təxminən 10-15 nəfər kənd sakini də toplaşaraq baxmışdır. Onlar və sonradan hadisə yerinə gələn Ülfətin atası və əmisi Ülfəti bir qədər sakitləşdirməyə çalışmış, lakin Ülfət heç kimə məhəl qoymayıb öz hərəkətlərini davam etdirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlib Ülfəti Polis şöbəsinə aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, Şəki rayon Cumakənd kəndində özünə məxsus kafeni bir müddət işlətsə də şəxsi problemləri səbəbindən davamlı olaraq işlədə bilməmiş, bu səbəbdən işlətməsi üçün həmkəndlisi Çələbiyə vermişdir. 22.01.2020-ci ildə saat 16 radələrində həmin kafenin yaxınlığında olan zaman Ülfət adlı həmkəndlisinin əlində ov tüfəngi ilə kafeyə doğru getməsini görmüş, onun arxasınca kafenin həyətinə keçdiyi zaman Rasim və Çələbinin Ülfətlə söhbət edərək, kafedə polis əməkdaşlarının olmasını, polis əməkdaşlarının onun sərxoş vəziyyətdə əlində silah olmasını gördükləri zaman ona problem yaranacağını bildirərək əlindən silahı almağa çalışmış, lakin Ülfət silahı onlara vermək istəməmişdir. Rasim və Çələbi tüfəngi Ülfətin əlindən almağa təkid etdikdə, sərxoş olduğu üçün Ülfət nalayiq söyüşlər söyərək silahı verməkdən yayınmışdır. O da Ülfətə yaxınlaşaraq tüfəngi almağa köməklik göstərən zaman kafedə olan Nəsib adlı polis əməkdaşı da yaxınlaşmış, Ülfət tüfəngi vermişdir. Nəsib adlı polis əməkdaşı tüfəngin içərisindən patronlarını çıxarıb Abdulla adlı polis əməkdaşına vermiş, tüfəngi kafenin içərisinə aparmışdır. Ülfətin atası, əmisi və orada olan digər şəxslər Ülfəti sakitləşdirməyə çalışmış, lakin Ülfət ov etmək məqsədi ilə götürdüyü silahın nəyə görə əlindən alınmalı olduğunu deyib etirazını davam etdirmiş, ucadan nalayiq ifadələr işlətmişdir. İçkili olduğuna görə Ülftət onların sözlərinə məhəl qoymamış və əllərindən çıxmağa çalışmışdır. Onlar Ülfəti təxminən 10-15 metr kənara aparsalar da, Ülfət atasının və əmisinin əlindən çıxıb qaçaraq kafeyə girmiş, arxasınca o da kafeyə keçmişdir. Ülfət silahı almaq üçün Nəsibin əlindəki silahdan yapışıb dartmış, onlar isə Ülfəti aralaşdırmaq istəmişlər. Ülfət silahı almağa çalışan zaman Nəsibin əlinə təpiklə vurmuş, Nəsibin əlində olan telefon yerə düşmüşdür. Sonra Ülfət təpik zərbəsi ilə kafedə olan stol, stullara zərbə endirmiş, stol, stullar və onların üzərində olan qab-qacaqlar yerə düşərək sınmışdır. Həmin vaxt kafenin içərisində başqa müştərilər də olmuş və Ülfətin hərəkətləri müştərilərin gözü qarşısında baş vermişdir. Onlar Ülfəti çölə çıxarıb kafedən kənarlaşdırmış, qısa müddət sonra polis əməkdaşları gəlib Ülfəti Polis Şöbəsinə aparmışlar. Şahid8 məhkəmə iclasında digər şahidlər Şahid2 və Şahid5 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o yaşadığı kənddə fərdi təsərrüfatı ilə məşğul olub ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, aralarında ədavət, düşmənçilik, qərəzli münasibət olmamışdır. 22.01.2020-ci ildə, saat 15 radələrində həmkəndliləri Rasim və Raqif ilə Xələfin kafesinə çay içməyə getmiş, çay içdikdən sonra kafedən çıxıb təxminən 300 metr kənarda Əsədin mağazasının yaxınlığında yolda dayanıb söhbət etmiş, bir qədər sonra Rasim və Raqif işləri olduğuna görə çıxıb getmişlər. Əsədlə dayanıb söhbət etdikləri vaxt Xələfin kafesindən həmkəndlisi Ülfətin evləri tərəfə getməsini görmüşdür. Bir qədər sonra Ülfətin əlində ov tüfəngi Xələfin kafesinə gedən yolla hərəkət etdiyin görüb Xələfin kafesində işləyən Çələbiyə zəng edərək Ülfətin əlində silahla kafeyə tərəf getdiyini demişdir. Ülfət Xələfin kafesinin yanına çatdıqdan bir qədər sonra orada səs-küyün olmasını eşitmişlər. Xələfin kafesinin ətrafı dəmir reşotka və güllərlə hasarlandığına görə kafenin həyəti konkret olaraq görünməmiş, buna görə də kafenin həyətində nə baş verdiyini bilməmişlər. Ülfətin səs küyünə oraya 10-15 nəfər kənd sakini toplaşdığını görmüş, lakin uzaqda olduğu üçün Ülfətin nə dediyini başa düşə bilməmişdir. Sadəcə olaraq ucadan nalayiq ifadələr işlətməsini eşitmişdir. Bir müddət keçdikdən sonra Ülfətin atası da kafeye getmiş, oğlunu saikitləşdirməyə çalışmışdır. O kənarda olduğuna görə yalnız Xələf, Rasim və xatırlamadığı kənd sakinlərinin Ülfəti kənara çəkdiklərini, Ülfətin isə qışqıraraq onların əlindən çıxmaq istədiyini görmüş, bir müddət dayandıqdan sonra heyvanlara baxmaq üçün evə getmişdir. O sonra kənd sakinlərindən Ülfətin içkili vəziyyətdə əlində ov tüfəngi ilə ova gedərkən kafenin həyətinə girməsini, nalayiq söyüşlər söyməsini, bu səbəbdən orada olan şəxslərin və polis əməkdaşının tüfəngi əlindən almalarını, o da əsəbləşib tüfəngi geri almaq üçün səs-küy salıb söyüş söydüyünü, təkip atıb onları vurduğunu, stolu, stulu, qab-qacağı aşırdıb sındırdığını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusu olmaqla heç bir ədavəti, düşmənçiliyi və qohumluq əlaqələri olmamışdır. Ülfəti uşaqlıqdan tanımışdır. 22.01.2020-ci ildə saat 16 radələrində kürəkəni ilə işə getməyə hazırlaşdığı üçün onu axtarmaq üçün “Xələfin kafesi” adı ilə tanınan kafenin həyətinə daxil olmuş, orada olan kənd sakinlərindən kürəkəninin orada olub-olmamasını soruşub kafedən çıxarkən qapıda qonşusu Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Yanında kimlərin olmasına fikir verməmiş, hərəkətlərindən Ülfətin sərxoş olması onun diqqətini çəkmişdir. Ülfət bir qonşu kimi onu kafeyə dəvət etmiş və ona yemək alacağını bildirmişdir. O isə Ülfətə minnətdrlığını bildirərək tox olduğunu, yemək istəmədiyini bildirmiş və kafedən çıxıb getmişdir. Sonradan kafedə hansı hadisələrin baş verdiyin görməmiş və ya şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Ülfət ailəsi ilə birlikdə kənddə ayrıca özünə məxsus evdə yaşayır. 22.01.2020-ci ildə, saat 16 radələrində o qardaşı Şahid10la birlikdə Xələfin kafesindən 100-150 metr aralıda yolun kənarında dayanıb söhbət edərkən kafe tərəfdən səs-küy eşitmişlər. Yoldan keçən həmkəndlilərindən nə baş verməsi barədə maraqlanıb oğlu Ülfətin sərxoş vəziyyətdə Xələfin kafesinin qarşısında ucadan nalayiq ifadələr işlətməsini, söyüşlər söyməsini bilmişlər. O və qardaşı Cahangir kafeyə getmiş, kafenin həyətində kənd sakinləri Xələfin, Rasimin və digər şəxslərin Ülfəti tutub saxladıqlarını görmüşlər. Oğlu Ülfət ucadan nalayiq ifadələr işlətmiş, o və qardaşı Cahangir Ülfəti sakitləşdirməyə çalışmış və onu tutub saxlamışlar. Onlara məlum olmuşdur ki, Ülfət ov etmək məqsədi ilə sərxoş vəziyyətdə yaşadığı evdən ov tüfəngini götürərək kafenin qarşısından keçən yol ilə hərəkət etdiyi zaman kafenin həyətində həmkəndlilərini gördüyü üçün söhbət etmək məqsədi ilə kafenin həyətinə daxil olmuş, həmin vaxt kafenin həyətində olan həmkədlilərinin Ülfətə sərxoş vəziyyətdə əlində silah kafenin həyətinə girməsini irad tutaraq kafedə polis əməkdaşlarının olmasını nəzərinə çatdırmış və polis əməkdaşlarının onun sərxoş vəziyyətdə əlində silahın olmasını gördükləri halda ona problem yaranacağını bildirərək, tüfəngi əlindən almağa çalışmışlar. Lakin Ülfət silahı verməkdən imtina edərək nalayiq ifadələr işlətmişdir. O oğlunu tənbeh edərək qardaşı Cahangir ilə birlikdə onu tutub saxlamağa çalışmış, lakin Ülfət silahı polis əməkdaşlarından alacağını bildirərək onların əlindən çıxaraq kafeyə daxil olmuşdur. O və qardaşı kafenin girişi istiqamətində gedərək qapısının qarşısına çatdıqda artıq kənd sakinlərinin oğlu Ülfəti kafedən çıxarmalarını görmüşlər. Ülfəti kafedən çıxartdıqdan sonra onlar onu kənara aparmış və sakitləşdirməyə çalışmışlar. Bir müddət keçdikdən sonra Post Patrul Xidməti avtomobili gəlmiş və Ülfəti Polis Şöbəsinə aparmışlar. Sonradan onlara Ülfətin kafenin içərisinə daxil olduqdan sonra ucadan nalayiq ifadələr işlədərək kafedə olan stol, stul və onların üzərində olan qab-qacaqları vuraraq sındırdığı, silahı almaq məqsədi ilə polis əməkdaşlarına müqavimət göstərdiyi məlum olmuşdur. Şahid10 məhkəmə iclasında Şahid9 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da, sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET və TB-nin 23 yanvar 2020-ci il tarixli 100 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. (İİ cild iş.v 27-28) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET və TB-nin 23 yanvar 2020-ci il tarixli 101 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sağ əlin V barmağının yumşaq toxumasının əzilməsi, oynağın bağ aparatının gərilməsi bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 22.01.2020-ci il tarixində əmələ gəlməsi mümkündür, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (İİ cild iş.v- 29-31) Şəki şəhər İHB-nın Cumakənd kənd nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild İş.v 9) Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının 25.03.2020-ci il tarixli, 196 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonlararası psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. (İİ cild İş.v 10). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 29.01.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild İş.v 149) Şəki şəhər İHB-nın Cumakənd kənd nümayəndəliyi tərəfindən verilmiş 24.03.2020ci il tarixli, 141 saylı arayışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi özü, arvadı və üç uşağından ibarətdir, uşaqları 31.01.2012-ci, 05.05.2013-cü və 29.01.2015-ci ildə doğulmaqla azyaşlıdırlar. (İİ cild İş.v 8) 22 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2020-ci il tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild İş.v 37-38) Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (İ cild İş.v 135-138). Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində iki ay iyirmi beş gün müddətə həbs qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalından həbs olunmuş, həbsetmənin əvvəli 28.01.2020-ci il, həbsetmənin sonu 22.04.2020-ci il hesab edilmişdir. (İ cild İş.v 145-148). Şəki Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 4(075)-26/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 05 mart 2020-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (İİ cild İş.v 227- 230). Şəki Rayon Məhkəməsinin 13.04.2020-ci il tarixli, 4(075)-34/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün, yəni 22 aprel 2020-ci il tarixdən 12 may 2020-ci il tarixədək uzadılmışdır. (İİ cild İş.v 97-99). Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərləri ilə xuliqanlıq cinayətini ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törətməkdə təqsirli bilinmişdir. CM-nın 221.2.2-ci maddəsinin nəzərdə tutduğu mənada hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Cinayət Prosesi tərəflərinin ifadələrindən və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə müqaviməti, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətlərinin qarşısını alınması zamanı baş vermişdir. Beləliklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Abdurəhman oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qarşı xuliqanlıq cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahidlərin və zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıqla tövsif edilmiş hərəkətlərini təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməli ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgə əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən, həmçinin ictimai qaydanın qorunmasında iştirak edən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməklə törədilən qərəzli hərəkətlərdə ifadə olunmuşdur. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan maddənin dispozisiyasında, əməldə üç əsas konponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırki cinayət hadisəsi üzrə təqsirləndirilən şəxsin əməlləri ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgə əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin törədilməsindən ibarətdir ki, bunlar da qeyd olunanlarla tam təsdiqini tapmışdır və həmin hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 №-li, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22.01.2020-ci ildə, saat 16 radələrində Şəki rayonu, Cumakənd kəndində yerləşən ictimai yer hesab edilən “Xələfin kafesi” deyilən kafenin qarşısında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 Abdurrahman oğlu ilə qarşılaşmış, aralarında olan söhbət zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət olunan, həmçinin kafenin iş rejimini və kafedə olan müştərilərin istirahət hüququnu pozan, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olaraq ucadan nalayiq söyüşlər söyüb sonuncunu zor tətbiq etmək hədəsi ilə hədələmiş, həmin vaxtı xidmətdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 yaxınlaşaraq onu nizam intizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpasına çalışmış, lakin o zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlərini aqressiv formada davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 üzərinə hücüm edərək zor tətbiq etməklə sağ əlindən və qarın nahiyyəsindən təpiklə vuraraq sağ əlin V barmağın yumşaq toxumasının əzilməsi, oynağın bağ aparatının gərilməsi ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, habelə hadisə yerində olan müstəntiq Zərərçəkmiş şəxs2 onun qanunsuz hərəkətlərinin qarşısını almaqla ictimai qaydanın pozulmasının qarşısını alarkən, cinayətkar əməllərini davam etdirərək əl-qol hərəkətləri ilə onu intizama dəvət etmək istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi Zərərçəkmiş şəxs2 sinə nahiyyəsindən hər iki əli ilə tutub zor tətbiq edərək fiziki ağrı yetirməklə müqavimət göstərmiş, həmçinin kafenin içərisində olan stola təpik zərbəsi vuraraq aşırması nəticəsində 1 ədədinin qiyməti 25 manat olmaqla 4 ədəd stulu sındıraraq 100 manat, 1 ədəd stolun üz dəmirini əzərək 30 manat, 1 ədəd çaydanı sındıraraq 10 manat, 1 ədədinin qiyməti 2 manat olmaqla 2 ədəd stəkanı sındıraraq 4 manat, 1 ədədinin qiyməti 3 manat olmaqla 2 ədəd nəlbəkini sındıraraq 6 manat və kafenin divarlarını zədələməsi nəticəsində 50 manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat maddi ziyan vuraraq qərəzli xuliqanlıq etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin tövsif olunduğu CM-nin 221.2.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının, onlardan birinin uşaq serebral iflici xəstəsi və özünün yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşimançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurduğu maddi ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdir. Təqsirləndirilən şəxsin ibtidai istintaqın əvvəlindən məhkəmə baxışının sonuna qədər özünü tam təqsirli bilməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, vurduğu ziyanı tam ödəməsi məhkəmə istintaqının gedişində göstərdiklərinin təsdiqini tapması onun islah yolunda olduğunu nümayiş etdirərək səmimiyyətini göstərmişdir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinə dair aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərar). «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-ci il tarixli 1 saylı Plenum qərarının 13-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hal olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edərkən, CM-nin 221.1 və 221.2 maddələrin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. CPM-nin 10.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır. Göründüyü kimi, təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə, əməlini ağırlaşdıran hal olmadan xuliqanlıq cinayəti törətmişdir və ona isnad olunan maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Xuliqanlıq işlər üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 13-cü bəndinin məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının seçilməsi üçün əsaslar görmür, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi qənaətinə gəlir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, CM-nin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi - yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, məhkumun şəxsiyyətinə uyğun olmasını, sosial ədalətin bərpası məqsədi daşımasını nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsincəzasını yüngülləşdirən hallar qiymətləndirilməli, həmin halların məcmusu təyin ediləcək cəzanın növü və həddinin seçilməsində nəzərə alınmalıdır. Məhkəmənin fikrinə görə cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə islah işləri cəzasının təyin edilməsi tam əsaslıdır və bu cəzanın məqsədini təmin edə bilər. Belə ki, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, əməlində ağırlaşdırıcı halların mövcud olmaması, şəxsiyyəti, gənc olması, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, maddi ziyanı tam ödəməsi, himayəsində üç azyaşlı uşağının və onlardan birinin xəstə olması nəzərə alınaraq törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi bu fikrə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan 1 ədəd çaynikin, 2 ədəd nəlbəkinin və 2 ədəd stəkanın sınmış hissələri məhv edilməli, 4 ədəd stul və 1 ədəd stolun zərərçəkmiş Zərərçəkmiş şəxs1 Abdurəhman oğluna qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353,356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından hər ay 10 % dövlət nəfinə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22.01.2020-ci ildən 04.06.2020-ci ilədək həbsdə və ev dustaqlığında qaldığı cəmi 4 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti islah işinin bir gününə dörd gün hesablanmaqla cəmi 1 il 5 ay 22 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 ay 8 gün islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Şəki ŞRPŞ-də saxlanılan 1 ədəd çaynikin, 2 ədəd nəlbəkinin və 2 ədəd stəkanın sınmış hissələri məhv edilsin, 4 ədəd stul və 1 ədəd stolun zərərçəkmiş Zərərçəkmiş şəxs1 Abdurəhman oğluna qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №1(075)-35/2020
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-35/2020
04.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver