Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-35/2021 14.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxx 1963-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 234.2-ci maddələri 17 avqust 1967-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X3 saxlanılan Təqsirləndirilən şəxs1 CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, həm satış, həm də satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi 477.86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 7.86 qram hissəsini 04 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri, X10 küçəsində yerləşən ev 317 ünvanının qarşısında 80 manata tanışı Təqsirləndirilən şəxs1 satmış, 05 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən həmin tarixdə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, M.F.Axundov prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi bir ədəd 50 və bir ədəd 10 manatlıq əskinazlarla, cəmi 60 (altmış) manat pul aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qəsdən, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda, həm satış, həm də satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 477.86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq yaşadığı, Şəki şəhəri, Yunuslar küçəsi, ev 20 ünvanında saxlamış, 04 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində həmin narkotik vasitənin 7.86 qram hissəsini Təqsirləndirilən şəxs1 80 manata satdıqdan sonra 05 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X11 prospekti 1 ünvanında yerləşən Şəki şəhərrayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən narkotik vasitənin satışından qazanc kimi əldə etdiyi bir ədəd 50 və bir ədəd 10 manatlıq əskinazlarla, cəmi 60 (altmış) manat pul aşkar olunaraq götürülmüş, həmçinin həmin gün saat 11 radələrində onun yaşadığı Şəki şəhəri, Yunuslar küçəsi, ev 20 ünvanına baxış keçirilən zaman evin yataq otağındakı çarpayının altından, özünün istifadə etməsi üçün qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan torbada təmiz çəkisi 470.00 qram olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini, eyni zamanda qəsdən, qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, tanışları Şahid1 və Şahid2 sifarişləri ilə onlara vahid niyyətlə 80 manata narkotik vasitə olan qurudulmuş marixuana satması barədə əvvəlcədən vəd verdikdən sonra, qəsdən, tamah niyyəti ilə həm satış, şəxsi istehlak üçün həm də satış məqsədi olmadan, qanunsuz olaraq, 04 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri, X10 prospektində yerləşən ev 317 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs2 bir ədəd siqaret qutusunun üzərindəki sellofan paketdə 7.86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 80 (səksən) manata alaraq əldə edib üzərində saxlayaraq daşımış, əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın 6.23 qram hissəsini şəxsi maraq qismində özü istifadə etmək məqsədilə götürdükdən sonra verdiyi vədə uyğun olaraq, həmin tarixdə, saat 14:30 radələrində, vahid niyyətlə, eyni vaxtda və eyni zaman kəsiyində, ünvan 8 ünvanında həmin narkotik vasitə olan qurudulmuş marixuananın 1.44 qram hissəsini Şahid2, 0.19 qram hissəsini isə Şahid1 götürməklə onlara, ümumilikdə 1.63 qram narkotik vasitə olan qurudulmuş marixuananı 80 manata qəsdən satmışdır. Bundan başqa o, qəsdən, tamah niyyəti ilə həm satış, həm də satış məqsədi olmadan, şəxsi istehlak üçün qanunsuz olaraq, 04 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri, X10 prospektində yerləşən ev 317 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda, 7.86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 80 (səksən) manata alıb, həmin narkotik vasitənin 1.44 qram hissəsini Şahid2, 0.19 qram hissəsini isə Şahid1 götürməklə onlara, ümumilikdə 1.63 qram narkotik vasitə olan qurudulmuş marixuananı 80 manata satdıqdan sonra əldə etdiyi həmin narkotik vasitənin qalan şəxsi istehlak miqdarından artıq, yəni 6.23 qram çəkidə olan hissəsini satış məqsədi olmadan, qanunsuz olaraq, üzərində saxlayaraq daşımış, Şəki şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən 04 noyabr 2020-ci il tarixdə, saat 21:50 radələrində keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində yaşadığı Şəki şəhəri, X10 prospekti, ev 37/8 ünvanının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X11 prospekti 1 ünvanında yerləşən Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kağız bükümdə təmiz çəkisi 6.23 qram çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitədən mütəmadi olaraq istifadə edir. Qərara gəlmişdir ki, öz istifadəsi üçün narkotik vasitə olan marixuana əkib becərsin. Ona görə köhnədən əldə etdiyi toxumları Şəki rayonu Qoxmuq kəndini ərazisində Qarabulaq adlanan sahədə qamışlığın arasında əkmişdir. Sonradan həmin çətənə bitkilərinə qulluq edib, su verib dibini boşaltmışdır. Əmələ gələn çətənə bitkilərinin yarpaqlarını yığıb qamışlığın arasında qurutduqdan sonra yaşadığı evdə yatdığı çarpayının altında gizlətmişdir. Arabir həmin narkotik vasitədən istifadə etmişdir. 04 noyabr 2020-ci il tarixdə əvvəllər tanıdığı Şəki şəhər sakini Vüqarla rastlaşmışdır. Söhbət zamanı Vüqar özü istifadə etmək üçün narkotik vasitə istəmişdir. Əvvəllər məhkum olunduğu üçün ilk olaraq Vüqara narkotik satmaqdan imtina etmiş, lakin Vüqar ona “mən kişiyəm, narahat olma” demişdir. Daha sonra Vüqar tanımadığı bir nömrədən zəng vurub 80 manat pulunun olduğunu demişdir. O da satmağa razılıq vermişdir. Bundan sonra çarpayının altında gizlətdiyi sellofan torbadakı narkotik vasitə olan marixuanadan bir qədər götürüb siqaret qutusunun üzərindəki sellofan paketə yığıb və evin qarşısına küçəyə çıxmışdır. Az sonra Vüqar evin qarşısına gəlmişdir. Ondan bir ədəd 50, bir ədəd 20 və bir ədəd 10 manatlıq əskinazlarla. cəmi 80 manat pul almış və cibindəki narkotik vasitəni Vüqara vermişdir. Vüqar narkotik vasitəni alandan sonra çıxıb getmişdir. Vüqardan aldığı pulun 20 manatını xərcləmişdir. Bir neçə saat keçəndən sonra evində olduğu zaman polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış nəticəsində Vüqardan aldığı 80 manatdan qalan 60 manat aşkar olunmuşdur. Daha sonra onun razılığı əsasında yaşadığı, ünvan 11 ünvanında yerləşən evinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, evin yataq otağından çarpayının altında gizlətdiyi narkotik vasitəni, elektron tərəzini, siqaret qutusunu, eynək və kağız bükümləri özü təqdim etmişdir. Eynəkdən başqa digər əşyalar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını nəzərə alıb ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, heç kəsə narkotik vasitə satmamışdır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Arabir narkotik vasitədən istifadə edir. Şahid1 dostu Həbillah vasitəsi ilə tanımışdır. 04 noyabr 2020-ci il tarixdə, o, təsadüfən bazarda uzun müddətdir ki, tanıdığı Qurbanəlini görmüş, ondan narkotik vasitə istəmişdir. Qurbanəli də ona narkotik vasitə satmadığını, artıq bir dəfə bu işə görə yandığını demişdir. Elə həmin gün, o, Həbillahın evində usta işləyən vaxt Arif də həmin evə gəlmişdir. Arif ona Rəhman adlı dostu ilə birlikdə narkotik almaq istədiyini, 80 manat pullarının olduğunu, lakin kimdən alacağını bilmədiyini demişdir. Arifin xahişi ilə, o, Qurbanəli ilə əlaqə saxlamış, narkotik vasitə istəmişdir. Qurbanəli də razılıq vermişdir. Daha sonra 80 manatı ona vermişlər və o, Ariflə Qurbanəlinin evinə getmişdir. Qurbanəlidən 80 manat müqabilində sellofan bükümdə narkotik vasitə almış və birlikdə Həbillahın evinə qayıtmışlar. X12 100 manata aldığını, 20 manatda özü qoyduğunu bildirib və pulun çox hissəsini Rəhman qoyduğundan aldığı narkotik vasitəni bölməsi üçün Rəhmana vermişdir. Rəhman da hərənin qoyduğu pula münasibətdə üç hissəyə bölmüşdür. 70 manatlıq özünə götürmüş, 10 manatlıq Arifə, 20 manatlıq ona vermişdir. O, öz payından bir istifadəlik hazırlamış, üçü birlikdə istifadə etmişlər. Daha sonra Ariflə Rəhman getmişlər. O da payına düşən qalan hissəni Həbillahın evində qoyub evinə getmişdir. Həmin gün evin yaxınlığında olan zaman polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Şöbədə onu ilk olaraq döymüşlər, hətta qabırğası çatlamışdır. Bundan başqa vurulan şillənin təsirindən qulağının pərdəsi deşilmişdir. Etiraf etmədiyi halda onun ali məktəbdə oxuyan oğlunu tutacaqları ilə hədələmişlər. Sonra cibinə narkotik vasitə qoymuşlar. O da məcbur olub etiraf etmişdir. Halbuki, onun üzərində narkotik vasitə olmamış, o, heç kimə narkotik satmamışdır. Məhkəmədən qeyd olunanları nəzərə alıb ona yalnız törətdiyi cinayətə münasibətdə yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər məhkum olunmamışdır. Fasilələrlə olmaqla təxminən 2 ildir ki, narkotik vasitə olan nəşədən istifadə edir. Lakin hər dəfə almaq üçün pulu olmadığına görə tez-tez istifadə edə bilmir. Şahid1 təxminən 1 ay olar ki, Şəki şəhər sakini kimi tanımışdır. Həmçinin, onunla yaxınlıqda olan qonşusu, həm də dostu olan Həbillah kişi vasitəsi ilə tanış olmuşdur. Belə ki, onların evində olan zaman Arif də onlara qonaq gəlmiş və beləcə, onlar tanış olmuşlar. Arif ilə tanış olduqdan sonra onun nəşə çəkdiyini bilmişdir. 04 noyabr 2020-ci il tarixdə, saat təxminən 10 radələrində o, təsadüfən “Təzə bazar”da uzun müddətdir ki, tanıdığı Qurbanəlini görmüşdür. Onu görəndə onunla söhbət edib ona “nəşə” tapıb-tapa bilməyəcəyini, bununla bağlı əlinin harasa girib-girmədiyini soruşmuş, ondan xahiş etdikdə o da demişdir ki, baxarıq. O da hazırda pulunun olmadığını demişdir. Həmin vaxt isə Qurbanəli ona pulunun olmadığına görə nəşə vermədiyini bildirmişdir. Həmin gün saat təxminən 12 radələrində o, Həbillahgilin evində usta işləyən vaxt Arif də həmin evə gəlmişdir. Arif onlarla salamlaşıb hal-əhval tutduqdan sonra ona Rəhman adlı dostu ilə birlikdə nəşə almaq istədiyini, 80 manat pullarının olduğunu, lakin kimdən alacağını bilmədiyini demişdir. Həmin vaxt isə ona Qurbanəli adlı tanışının olmasını, lakin Qurbanəlinin 80 manata deyil, 100 manat nəşə satdığını, 20 manat da özünün qoymağını, nəşəni aldıqdan sonra isə aldığı nəşəni bölməyini demişdir. Bundan sonra Arif dostu Rəhmana zəng edib nəşənin 80 manata deyil, 100 manata satılmasını, 20 manat da özünün qoymağına görə alınan nəşədən ona da verilməsini bildirmiş və Rəhman da bununla razılaşmışdır. Bundan sonra Arif ilə ona məxsus VAZ-2106 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhərində yerləşən “Yenilik Ticarət Mərkəzi” adlanan yerin yaxınlığına gedib orada Rəhman ilə görüşmüş və onu da götürüb Həbillahgilin evinə gəlmişlər. Həbillahgilin evinə gəldikdən sonra Arif Rəhmana nəşə üçün 70 manat pulu verməsini demişdir. Həmin vaxt Rəhman cibindən 01 ədəd 50 manatlıq, 01 ədəd 20 manatlıq pul çıxarıb Arifə vermiş, bundan sonra isə Rəhman Həbillahgilin evində qalmış, onunla Arif isə nəşəni almaq üçün sonuncuya məxsus qeyd etdiyi avtomobillə Qurbanəligilin evinə tərəf getmişlər. Yolda olan zaman Arif Rəhmanın verdiyi həmin pulun üzərinə 10 manat da pul qoyub ona nəşə almağı üçün vermişdir. Bundan sonra o, Arifə Şəki şəhərində el arasında “Dırlar məhəlləsi” də deyilən, Yunuslar küçəsinə getməsini bildirmiş, həmin küçənin yaxınlığına getdikdən sonra Arif avtomobili yolun kənarında saxlamış, o isə nəşəni almaq üçün avtomobildən düşüb yolu keçmişdir. Arif avtomobili idarə edib qarşıdan dönərək avtomobili saxlamış, o isə yolun kənarında Qurbanəlini görüb ona yaxınlaşaraq 80 manat pulu ona vermiş və ondan sellofan bükümdə nəşəni götürüb cibinə qoymuşdur. Bundan sonra Qurbanəli evlərinə tərəf, o isə avtomobilə tərəf getmiş və avtomobilə əyləşmişdir. Daha sonra isə Arif ilə birlikdə Həbillahgilin evinə getmişlər. Həbullahgilin evində Qurbanəlidən aldığı nəşəni siqaret sellofanı paketində stolun üstünə qoymuş, Rəhman sellofanda olan narkotik vasitəni bölməyə başlamışdır. Əvvəlcə bir kibrit qutusunda özünə götürmüş, yerdə qalan hissədən Arifə vermişdir. Orada siqaretə doldurub birlikdə nəşə çəkmişlər. Yerdə qalan hissəni isə kağıza büküb özü götürmüşdür. Daha sonra isə oradan çıxıb getmişdir. Həmin gün axşam radələrində evin yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim edərək narkotik vasitə daşımaqda və satmaqda şübhəli olduğunu deyib polis şöbəsinə gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra isə öz istəyi ilə dövlət hesabına ona Müdafiəçi1 təqdim edilmiş, daha sonra isə üzərində narkotik vasitə olmaqda şübhələr olduğu üçün CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğu üçün tutulduğunu deyib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə, vəkilinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı müstəntiq üzərində olan əşyaları masanın üzərinə qoymağını dedikdə o, üzərində olan siqareti, alışqanı və aldığı kağız bükümdə olan nəşəni stolun üzərinə qoymuşdur. Müstəntiq daha sonra özü üzərini axtarmış və başqa heç bir əşya tapmamışdır. Sonra masanın üzərinə qoyduğu əşyaları təqdim etməyini təklif etdikdə o, alışqan və siqaret olduğunu, kağız bükümdə isə nəşə olduğunu, bu gün Qurbanəlidən 80 manata aldığını bildirmişdir. Həmin vaxt Qurbanəli və nəşənin alınması barədə verilən suallara hazırda ifadəsidə qeyd etdiyi xüsusatları bildirmişdir. Bundan sonra həmin kağız büküm içərisində olan nəşə ilə birlikdə zərfə qoyulub üzəri möhürlənmiş və imzalanmışdır. Bundan sonra isə müstəntiq çəkilişi yekunlaşdırıb həmin çəkilişi onlara təqdim etmiş və protokol tərtib etmişdir. Üzərinə şəxsi axtarış ilə bağlı protokol tərtib olunduqdan sonra ucadan oxunmuş və digər iştirakçılar kimi onun da etirazı olmamışdır.Bundan sonra isə iştirak edən hər kəs kimi o da protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Həbillahın evində Vüqarla razılaşmışlar ki, Vüqar onlar üçün bir qutu narkotik vasitə alsın. Belə ki, o, Rəhman və Vüqar – üçü birlikdə pul qoyaraq narkotik vasitə almaq qərarına gəlmişlər. Rəhman 70 manat, o, 10 manat qoyub Vüqara vermişlər ki, Vüqar özünün dediyinə görə 20 manatda özü qoyub tanışından 100 manata narkotik vasitə alsın. Vüqarla o, onun maşınında universitetə yaxın əraziyə getmişlər. Orada o, maşını yolda döndərib Vüqarı gözləmişdir. Bir neçə dəqiqədən sonra Vüqar qayıtmış və onlar Həbillahın evinə gəlmişlər. Evdə Vüqar siqaret sellofandakı narkotiki Rəhmana vermişdir. Rəhman da öz növbəsində qoyulan pula görə hər kəsin payını bölüb özünə vermişdir. Daha sonra Vüqarın payından üçü də istifadə etmişlər. Bundan sonra Rəhmanla həmin evdən çıxmışdır. Vüqar və Həbillah evdə qalmışlar. Həmin evdən çıxandan sonra idarə etdiyi avtomobillə Şəki şəhərinin mərkəzi hissəsinə gəlmişlər. Kapital bankın qarşısından sağa dönüb 20 yanvar küçəsi ilə bir qədər getmiş, həmin küçədə yerləşən liseyin qarşısında Niva markalı avtomobil avtomobili keçib qarşıda saxlamışdır. Həmin avtomobildən düşən üç nəfər mülki geyimli şəxslər saxlamaq üçün işarə verdiyindən maşını kənara çəkib saxlamışdır. Həmin şəxslər avtomobilə yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmiş və onları şöbəyə aparmışlar. Polis əməkdaşları onları polis şöbəsinə gətirən zaman Vüqarın vasitəçiliyi ilə aldığı bir ədəd sellofan paketdə narkotik vasitə olan marixuana da üstündə olmuşdur. Şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə üstünə şəxsi axtarış keçirmişlər. Axtarış nəticəsində üzərində olan narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmaqla ifadəsi elan olunan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şəki şəhər X4 yanğın söndürən vəzifəsində işləyir. 04 noyabr 2020-ci il tarixdə, saat 12 radələrində evdə olarkən iş yoldaşı Arif ona zəng edib Şəki şəhər 8 saylı orta məktəbinn qarşısında olduğunu bildirmiş, onu çay içməyə dəvət etmişdir. O da Ariflə razılaşdıqları yerdə görüşmüşdür. Arif onu özünə məxsus VAZ-2106 markalı avtomobillə gözlədiyi üçün o da avtomobilə əyləşmişdir. Ariflə salamlaşıb görüşəndən sonra ona demişdir ki, Zaqatala küçəsindəki Elman halva sexinə gedək, ora verdiyim qutuların pulunu alım, sonra gəlib çay içərik. Arif razılaşmış və avtomobili işə salıb sürmüşdür. Yolda söhbət edərkən ona nəşə çəkmək istədiyini və hardan tapa biləcəyini demişdir. Arif də ona bir nəfər tanışı olduğunu, onunla görüşüb ona bir söz deyəcəyini bildirmişdir. Arif onu «Elman» halva sexinin qarşısında düşürüb nəşə alacağı adamla görüşməyə getdiyini, işini qurtarandan sonra onun da «Yenilik» mağazasının qarşısına gəlməsini və orada görüşmələrini bildirmişdir. Bundan sonra avtomobili sürüb uzaqlaşmışdır. O, halva sexində qutuların cəmi 20 manat pulunu almış, oradan «Yenilik» mağazasının qarşısına gəlmişdir. Təxminən 15 dəqiqə gözləmiş, Arifə zəng edib harada olduğunu soruşmuş, onu «Yenilik» mağazasının qarşısında gözlədiyini bildirmişdir. Arif ona həmin adamla danışdığını, onu nəşə təşkil edə biləcəyini bildirmiş, “70 manat sən qoy, 10 manat mən qoyum, 20 manat da o adam özü qoyacaq, nəşə alıb çəkək” demişdir. O da razılamışdır. Bir azdan Arif idarə etdiyi VAZ-2106 markalı avtomobillə gəlmiş, o da avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobilin qabaq oturacağında tanımadığı şəxs əyləşmişdir. Arif ona “bu Vüqar dayıdır, nəşəni o alıb bizə verəcək” demişdir. Bundan sonra o və Vüqar Arifin maşını ilə “dodu” adlanan əraziyə getmişlər. Arif maşını ara küçəyə sürüb bir evin qarşısında saxlamışdır. Hər üçü maşından düşmüşlər. Vüqar həmin küçədə daxma kimi bir evin həyətinə keçdiyi üçün o və Arif onun arxasında həmin həyətə getmişlər. Həmin evdə tanımadığı bir kişi olmuşdur. Arif ona “sən pulu ver, Vüqarla gedib nəşəni alıb gələk”. O, bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq pul əskinazları ilə cəmi 70 manat pulu Arifə vermişdir. Arif pulu almış və Vüqarla həyətdən çıxmışlar. O isə həmin evin həyətində ev yiyəsi kimi adı ona sonradan məlum olan Həbillahla birlikdə qalmışdır. Təxminən 15 dəqiqə sonra Vüqar və Arif qayıdıb gəlmişlər. Vüqar bir siqaret qutusunun üzərindəki sellofan paketdə nəşə almışdır. Vüqar əvvəlcə həmin nəşənin üzərindən bir qədər özünə götürmüş, sonra həmin nəşənin üstündən bir az da götürüb siqaret qutusunun üzərindəki sellofan paketə qoyub Arifə vermişdir. Yerdə qalan nəşəni isə bir kibrit qutusuna doldurub ona vermişdir. Həmin sellofan paketdə olan nəşəni əynindəki göy rəngli şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra Ariflə həmin evdən çıxmışdır. Vüqar və ev yiyəsi Həbillah evdə qalmışlar. Həmin evdən çıxandan sonra Arifin idarə etdiyi avtomobillə Şəki şəhərinin mərkəzi hissəsinə gəlmişlər. Kapital bankın qarşısından sağa dönüb 20 yanvar küçəsi ilə bir qədər getmiş həmin küçədə yerləşən liseyin qarşısında Niva markalı avtomobil onların avtomobilini keçib qarşıda saxlamışdır. Həmin avtomobildən düşən üç nəfər mülki geyimli şəxslər Arifə saxlamaq üçün işarə verdiyindən maşını kənara çəkib saxlamışlar. Həmin şəxslər avtomobilə yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqlarını bildirmişlər. Polis işçiləri ona və Arifə narkotik vasitə əldə etməkləri barədə onlara məlumat daxil olduğunu, buna görə də onlarla birlikdə Şəki ŞRPŞ-nə getməli olduqlarını demişlər. O, polis işçilərinə razılıq verib onlarla birlikdə Şəki ŞRPŞ-nə getmişlər. Polis əməkdaşlarından biri ilə Arif orada qalmışdır. Polis əməkdaşları onu polis şöbəsinə gətirən zaman Vüqarın vasitəçiliyi ilə aldığı bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanada üstündə olmuşdur. Polis şöbəsinə gəldikdən sonra onu müstəntiqin otağına aparmışlar. Müstəntiq ona narkotik vasitə əldə etməyi barədə məlumat daxil olduğundan üstünə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edərək istədiyi vəkilin iştirakını təmin edəcəklərini bildirmişdir. Vəkillərin siyahısından vəkil “Zaur” müəllimi seçmiş və müstəntiq zəng vurub “Zaur” müəllimi PŞ-nə dəvət edərək təqdim etmişdir. Bundan sonra şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Sonra onu küçədə saxlayaraq PŞ-nə dəvət edən polis işçilərinin, vəkili “Zaur” müəllimin və videoçəkilişi aparan şəxsin iştirakı ilə üstünə şəxsi axtarış keçirmişlər. Müstəntiq əvvəlcə üstündə olan əşyaları təqdim etməyi təklif etmişdir. O, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Rotmons” siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd boş kağız parçasını, gödəkçənin sağ yan cibindən evinin açarlarını, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 5 və bir ədəd 1 manatlıq pul əskinazları olmaqla, cəmi 6 manat pulu, gödəkçənin sağ iç cibindən bir ədəd “Huawei” markalı mobil telefonu, əynindəki şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Müstəntiq tərəfindən əynindəki paltarların ciblərinə, ayaqqabıların içərisinə və şalvarın bel nahiyəsinə baxış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üstündən heç nə aşkar edilməmişdir. Müstəntiq stolun üstünə qoyduğu əşyaları bir-bir təqdim etməyi xahiş etmişdir. Alışqanı, siqareti, evin açarını, boş kağız parçasını, telefonu təqdim etdikdən sonra bir ədəd kibrit qutusunun içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Arif və Vüqar adlı şəxslə birlikdə pul qoyub həmin pulla Vüqarın tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra müstəntiq həmin kibrit qutusunu açıb ona, vəkilə və polis əməkdaşlarına göstərdikdən sonra zərfə qoyub möhürləmiş və digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Daha sonra müstəntiq məxsus olan mobil telefonu və 6 manat pulu zərfə qoyaraq zərfi möhürləmiş və digər iştirakçılarla birlikdə həmin zərfin üzərinə imza etmişdir. Müstəntiq üstündən aşkar edilmiş alışqanı, siqareti, evin açarını və boş kağız parçasını özünə qaytarıb vermişdir. Bundan sonra müstəntiq hər birindən şikayətin və vəsatətin olub-olmadığını soruşmuş, heç bir şikayətin olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və kompyuterdə nümayiş etdirilmişdir. O və digər iştirakçılar heç bir əlavə və şikayətin olmadığını bildirdikdən sonra bu barədə müstəntiq tərəfindən protokol yazılaraq ucadan oxunmuşdur. O, vəkili Zaur müəllim və polis işçiləri həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 04 noyabr 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 və Şahid1 saat 17:00 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən liseyin qarşısında saxlanılaraq PŞ-nə gətirilmişlər. Vəkilin iştirakı ilə videoçəkilişlə şübhəli şəxs qismində tutulmuş Şahid2 üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış nəticəsində Şahid2 üzərində kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Aşkar olunan içərisində narkotik vasitə olan kibrit qutusu müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Şahid2 və Şahid1 80 manata narkotik vasitə olan marixuana satan şəxsin müəyyən olunaraq istintaqa təqdim edilməsi üçün əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vüqar adlı şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuş və əməliyyat müvvəkkilləri Şahid4 və Şahid11 tərəfindən yeri müəyyən olunaraq gətirilib istintaq bölməsinə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və onun üzərindən bir ədəd kağız bükümdə narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı üstündən aşkar olunub götürülmüş narkotik vasitəni həmin gün Şahid1 və Şahid2 ona verdikləri 80 manata Şəki şəhər sakini Qurbanəli adlı şəxsdən aldığını, sonra həmin narkotik vasitəni özü, Rəhman və Arif arasında böldüklərini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 80 manata narkotik vasitə olan marixuana satan Qurbanəli adlı şəxsin müəyyən olunaraq istintaqa təqdim edilməsi üçün müstəntiq tərəfindən əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığını icrası CAB-ın əməliyyat müvəkkili Şahid7 həvalə edildiyi üçün onunla birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Qurbanəli” adlı şəxsin Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında saxlayaraq polis şöbəsinə gətirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən pul əskinazlarını aşkar olunmuşdur ki, həmin pulları Vüqara satdığı narkotik vasitədən əldə etdiyi pul olduğunu bildirmişdir. Qurbanəli sorğu sual zamanı Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitənin 80 manat pulunun 20 manatını mağazada xərclədiyini, həmin narkotik vasitə olan marixuananın Şəki rayonu Qoxmuq kəndinin yaxınlığındakı Qarabulaq adlanan ərazidə əkib becərdiyi və özü istifadə etmək üçün yığıb saxladığı narkotik vasitə olduğu, həmin narkotik vasitənin bir hissəsini yaşadığı evdə çarpayının altına qoyub saxladığını və həmin narkotik vasitəni göstərə biləcəyini qeyd etmişdir. Müstəntiq Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd 10 və 1 ədəd 50 manatlıq pul əskinazlarını zərfə qoyub zərfi möhürləmiş və həmin zərfin üzərini digər iştirakçılar kimi imzalamışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman yaşadığı evdə qurudulmuş marixuana saxladığını bildirdiyi üçün onun evinə baxış keçirmək zərurəti yaranmış və müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olubolmaması soruşulmuşdur. O, hər hansı bir etirazının olmadığını şifahi olaraq bildirməklə yanaşı, yazılı formada ərizə ilə yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra o, əməliyyat müvəkkili Şahid7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2la birlikdə Qurbanəlinin şəhərin Yunuslar küçəsi, ev 20-də yerləşən ünvanına baxış keçirmək üçün yollanmışlar. Yaşadığı ünvanın darvaza qapısı önündə Təqsirləndirilən şəxs2 yenidən hüquq və vəzifələri izah olunmuş və bir daha yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, həmin şəxs hər hansı bir etirazı olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət olunmuşdur. Hal şahidləri gəldikdən sonra onlara hüquq və vəzifələri izah edilmişdir. Onun, əməliyyat müvəkkili Şahid7, hal şahidlərinin, Qurbanəlinin özünün və vəkilinin iştirakı ilə yaşadığı evə baxış keçirməyə başlanmışdır. Yataq otağında Təqsirləndirilən şəxs2 çarpayını göstərib narkotik vasitə kimi təqdim edəcəyi kütlənin həmin çarpayının altında gizlətiyini bildirmiş, daha sonra əyilib əlini çarpayının altına salmış və oradan iki ədəd sellofan torbaları çıxarıb təqdim etmişdir. Həmin vaxt sellofan torbanın içərisində spesifik iyə malik olan yaşıl rəngli kütlə, digər torbanın içərisində isə 01 ədəd elektron tərəzi, 01 ədəd siqaret qutusu, siqaret qutusunun içərisində gümüşü kağızlar və 01 ədəd eynək aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitədən az miqdarda götürüb Təqsirləndirilən şəxs1 80 manata satdığını, yaz fəslində Şəki rayonu Qoxmuq kəndinin yaxınlığında Qarabulaq adlanan ərazidə kol-kos olan yerdə özü istifadə etmək məqsədilə əkib becərdiyini və yığıb qurudub yaşadığı evdə saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə kimi təqdim etdiyi kütlənin çəkisinin, tərkibini və narkotik vasitə olub-olmamasının müəyyən edilməsi və ekspertiza tədqiqatına təqdim edilməsi üçün müstəntiq tərəfindən 01 ədəd ağ zərfə qoyulub qablaşdırılmış və zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürlənib götürülmüşdür. Sonra isə elektron tərəzi və içərisində gümüşü kağızlar olan siqaret qutusu 01 ədəd ağ zərfə qoyulub qablaşdırılmış və zərflər üçün nəzrədə tutlumuş möhürlə möhürlənib götürülmüşdür. Ondan sonra hadisə yerinə keçirilmiş baxışla əlaqdar müstəntiq tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahidlər Şahid6 və Şahid7 məhkəmə iclasında Şahid3 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 noyabr 2020-ci il tarixdə Şəki şəhərində yaşayan Rəhman və Arif adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə etmələri, saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid13 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhman adlı şəxsin X8, Arif adlı şəxsin isə Şahid1 olduqları müəyyən edilmiş, Şahid2 və Şahid1 göstərilən tarixdə, saat 17:00 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən liseyin qarşısında saxlanılaraq PŞ-nə gətirilmişlər. Onların üstlərində şəxsi axtarış keçirilməsini tezləşdirmək üçün istintaq qrupu yaradılmış, İB-nin müstəntiqi Zəfər Cəlilov və Abdulla Xəlilov istintaq qrupuna daxil edilmişdir. Şahid1 müstəntiq Zəfər Cəlilova, Şahid2 isə müstəntiq Abdulla Xəlilova təqdim edilmişdir. Zəfər Cəlilov müdafiəçinin iştirakı ilə videoçəkilişlə Şahid1 şübhəli şəxs qismində tutulduqdan sonra üstünə şəxsi axtarış keçirilmişdir. Axtarış nəticəsində bir ədəd şəffaf rəngli sellofan bükülüdə Şahid1 üzərindən narkotik maddə olan marixuana aşkar olunmuşdur. Şahid1 həmin narkotik vasitəni 10 manat Rəhmanın, 70 manat isə Arifin özü qoyduğunu və Şəki şəhərində Vüqar adlı şəxsdən aldıqlarını, Rəhman Arif, özü və Vüqar arasında böldüklərini bildirmişdir. Müstəntiq içərərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki kütlə olan bir ədəd seldefon bükülünü zərfə qoyaraq qablaşdırmışdır. Daha sonra Şahid1 məxsus VAZ-2106 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş və imzalanmışdır. Şahidlər Şahid13 və Şahid11 məhkəmə iclasında Şahid5 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəki ŞRPŞ-nin CAB-da baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 04 noyabr 2020-ci il tarixdə Şəki ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid5 əməliyyat məlumatı daxil olmuşdur ki, Şəki şəhərində yaşayan X8 və Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edir və üzərlərində saxlayaraq gəzdirirlər. Şahid5 qərarı ilə CAB-nin əməliyyat müvəkkili Şahid13 ibarət əməliyyat qrupu yaradılmış və həmin gün saat 17:00 radələrində Şahid2 və Şahid1 Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən liseyin qarşısında saxlanılaraq PŞ-nə gətirilmişlər. Şahid2 və Şahid1 üstlərində şəxsi axtarış keçirilməsini tezləşdirmək üçün istintaq qrupu yaradılmış, İB-nin müstəntiqi Zəfər Cəlilov və Abdulla Xəlilov istintaq qrupuna daxil edilmişlər. Şahid1 müstəntiq Zəfər Cəlilova, Şahid2 isə müstəntiq Abdulla Xəlilova təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Şahid1 və Şahid2 üzərlərindən aşkar edilmiş narkotik vasitələrin onlar üçün 80 manat pula Vüqar adlı şəxsdən aldıqları müəyyən edildikdən sonra Şəki şəhəri, M.Rəsulzadə küçəsi, ev 37/8-də yaşayan Təqsirləndirilən şəxs1 yeri müəyyən edilərək İB-nin müstəntiqi Abdulla Xəlilova təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və bundan sonra videoçəkilişdən istifadə etməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd kağız bükülüdə narkotik vasitə marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni 80 manata Qurbanəli adlı şəxsdən aldığını, Qurbanəlidən aldığı narkotik vasitənin bir hissəsini Rəhman və Arifə verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün götürdüyünü bildirmişdir. Müstəntiq həmin içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan bir ədəd kağız bükülü zərfə qoyub zərfin üzərini möhürlə möhürlənmişdir. Həmin zərfin üzərini digər iştirakçılar kimi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 baxış keçirilənə kimi tanımamış, aralarında ədavət və düşmənçilik yoxdur. 05 noyabr 2020-ci il tarixdə, səhər radələrində Şəki şəhəri ərazisində olan zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb yaxınlıqda olan bir evə baxışın keçirilməsinin zərurətini bildirib baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da razılıq vermişdir. Polislə birlikdə Yunuslar küçəsi, ev 20 ünvanına getmişdir. Ora getdikdən sonra polis əməkdaşı əvvəllər tanımadığı bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişdir. Evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 evin yataq otağına daxil olub çarpayını göstərib narkotik vasitə kimi təqdim edəcəyi kütlənin həmin çarpayının altında gizlətdiyini bildirmiş, daha sonra əyilib əlini çarpayının altına salmış və oradan sellofan torbaları çıxarıb təqdim etmişdir. Sellofan torbanın içərisində spesifik iyə malik olan yaşıl rəngli kütlə, 01 ədəd elektron tərəzi, 01 ədəd siqaret qutusu, siqaret qutusunun içərisində gümüşü kağızlar və 01 ədəd eynək aşkar edilmişdir. Aşkar olunanlar ağ zərfə qoyulub müstəntiq tərəfindən qablaşdırılmış və möhürlə möhürlənib götürülmüşdür. Ondan sonra baxışla əlaqədar müstəntiq tərəfindən protokol tərtib olunmuş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid10 məhkəmə iclasında Şahid9 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Vüqar onun sinif yoldaşıdır və onların münasibətləri həmişə yaxşı olmuşdur. Şahid1 Xocalı rayonundan köçkün düşmüş şəxs kimi tanıyır. Evi 2020-ci ilin fevral ayında yanıb, hazırda çadır qurub orada yaşayır. Özü üçün ev tikmək üçün çalışır. Vüqar və Arif ona boş vaxtlarında ev tikməyə köməklik edirlər. Vaxtı dəqiq yadında olmadığı tarixdə Vüqar və Arif onlara gələrək həyətdə usta işləri görmüşlər. Həmin vaxt tanımadığı Rəhman da onlara gəlmişdir. Bir müddət sonra isə üçü də çıxıb getmişlər. Onun yanında narkotik vasitə bölməmiş, istifadə etməmişlər. Sonradan polis əməkdaşlarının Arifi, Rəhmanı və Vüqarı tutduqlarını bilmişdir. Qurbanəlini isə ümumiyyətlə tanımır. Polis şöbəsində verdiyi ifadəsi ilə hazırkı ifadəsinin arasında olan ziddiyəti isə onunla izah edir ki, gözləri yaxşı görmür, polisdə ifadəsini özü yazmamış, oxumadan imza etmişdir. Şahid12 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid12 göstərmişdir ki, 2011-ci il tarixdə həbsdə olan vaxt həyat yoldaşı 2 qızı və 1 oğlunu götürərək Bakı şəhərinə getmiş, həmin vaxtdan onlar Bakı şəhərində ondan ayrı yaşamışlar. Şahid1 Xocalı rayonundan qaçqın düşmüş şəxs kimi tanıyır. Onunla tanışlığı təxminən sentyabr 2020-ci il tarixdə təsadüf edir. X7 şöbəsində sıravi işçi kimi işləməsini həmin vaxtdan bilmişdir. O, nə işlə məşğul olmağını soruşanda o, bildirmişdir ki, evi fevral 2020-ci il tarixdə yanmış, hazırda çadır qurub orada yaşayır. Özü üçün ev tikmək üçün çalışır. Arif ona boş vaxtlarında ona köməklik edə biləcəyini demişdir. Usta Vüqar onlara gələrək həyətdə usta işləri görmüşdür. 04 noyabr 2020-ci il tarixdə, saat 11 radələrində Vüqar yenidən onlara gəlmişdir. Vüqar həyətdə kərpic hörgüsü işini görəcəkmiş. Nahara qədər Vüqar işləmiş, Vüqarla birlikdə nahar etmişlər. Nahardan sonra evdə olan zaman Arif gəlmişdir. Arif onunla salamlaşdıqdan sonra nə işlə məşğul olduğunu soruşmuş, o da Vüqarın iş gördüyünü, artıq işini yekunlaşdırdığını bildirmişdir. Arif Vüqar harada olmasında soruşduqda o, Vüqarın çadırın içərisində olduğunu demişdir. Arif çadıra girmiş və söhbət etməyə başlamışdır. O isə həyətdə iş görmüşdür. Onların nə barədə söhbət etdiklərini bilməmişdir. Arif ona yaxınlaşıb Vüqarla bir yerə gedib gələcəklərini bildirmiş və onlar həyətdən çıxmışdır. Aradan 30 dəqiqə sonra Arif özünün istifadəsində olan cin nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq nə istədiyini soruşmuş, siqaretdən başqa heç nə lazım olmadığını bildirmişdir. Həyətdə olan zaman Vüqar, Arif və sonradan adını Rəhman olduğunu bildiyi şəxslə birlikdə həyətə girmişdir. Arif mağazadan aldığı siqareti ona vermiş və Rəhmanla onu tanış etmişdir. Onlar hər üçü çadıra girmiş, o da onların arxasınca girmişdir. Masanın üzərində ağ şəffaf sellofanın içərisində yaşıl rəngdə kütlə olmuşdur. Vüqardan həmin kütlənin nə olduğunu soruşduqda o, narkotik vasitə qurudulmuş marixuananın olduğunu, öz aralarında bölüb gedəcəklərini bildirmişdir. Vüqar həmin narkotik vasitənin bir hissəsini şəffaf sellofana paketə qoyub Arifə, bir hissəsini kibrit qutusuna qoyub Rəhmana və qalan hissəsini kağıza qoyub özü götürmüşdür. Əvvəl Vüqar, daha sonra isə Ariflə Rəhman həyətindən çıxıb getmişdir. Sonradan polis əməkdaşlarının Arif, Rəhman və Vüqar və həm də Vüqara narkotik vasitə satan Qurbanəlini tutduqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 oğludur. Bu səbəbdən də atasına qarşı ifadə verməkdən imtina edir. (İşdə olan Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Şahid8 atası Təqsirləndirilən şəxs2dur). Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid8 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, 05 noyabr 2020-ci il tarixdə gecə polis şöbəsindən hazırda adını xatırlamadığı müstəntiq zəng edərək atası Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışında şübhəli olduğu üçün tutulması barədə məlumat vermişdir. Həmin gün səhər təxminən saat 08 radələrində ailə üzvləri ilə evdə olan zaman həyət darvazası döyüldüyü üçün gedib qapını açmışdır. O, qapını açanda küçədə atası Qurbanəlinin, onun yanında cavan bir oğlanın, polis əməkdaşlarının və mülki geyimdə digər şəxslərin olduğunu görmüşdür. Polis əməkdaşlarından biri atası Qurbanəlinin yaşadığı evdə narkotik vasitə olan marixuana saxladığını, ona görə vəkili Müdafiəçi1 və digər iştirakçıların iştirakı ilə evinə baxış keçirmək istədiklərini bildirmişdir. O da etiraz etməmişdir. Polis əməkdaşları həyətə keçəndən sonra baxış keçirməyə başlayanda baxışda iştirak etmək istəmədiyi üçün kənara çəkilmişdir. Çünki 2017-ci ildə də atası narkotik vasitə istifadə etdiyinə görə polis əməkdaşları evinə baxış keçirən zaman atanın evdə saxladığı narkotik vasitə aşkar olunub götürülmüşdür. Yenə atasının evdə hardasa narkotik vasitə gizlədərək saxladığını fikirləşmişdir. Ona görə baxışda iştirak etməmişdir. Bundan sonra atası vəkili və digər iştirakçılarla birlikdə yaşadığı evə keçmişdir. O isə həyətdə qalmışdır. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə baxış keçirib çıxanda məlum olmuşdur ki, atası yaşadığı evdə yatdığı çarpayının altında gizlədərək saxladığı bir ədəd sellofan torbada narkotik vasitə olan marixuananı həmin yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: 04 noyabr 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Şahid2 üzərindən 01 ədəd şəffaf sellofan bükülüdə spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. 04 noyabr 2020-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Şahid1 üzərindən 01 ədəd kibrit qutusunda spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. 04 noyabr 2020-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 04 noyabr 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 01 ədəd kağız bükülüdə, spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. 05 noyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 05 noyabr 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi subutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində B03352080 rəqəmləri həkk olunmuş 50 manatlıq, üzərində A26621533 rəqəmləri həkk olunmuş 01 ədəd 10 manatlıq pul əskinasları aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. 05 noyabr 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış protokolundan görünür ki, ünvan 11 ünvanında yerləşən evin yataq otağındakı çarpayının altından 470 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, siqaret qutusunun içərisində gümüşü kağızlar aşkar edilərək götürülmüşdür. 14 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib əyani olaraq yerində göstərmişdir. 06 noyabr 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 оğlu CM-nin 234.1 və 234.2-ci mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. 06 noyabr 2020-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 оğlu CM-nin 234.1 və 234.2-ci mаddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddələr ilə оnа ittihаm elаn edilmişdir. 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə, yəni 04 noyabr 2020-ci il tarixdən 04 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 habsdə saxlanma müddəti 20 gün müddətinə, yəni 04 fevral 2021-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək uzadılmışdır. 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində Şəki Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə, yəni 05 noyabr 2020-ci il tarixdən 05 fevral 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 habsdə saxlanma müddəti 20 gün müddətinə, yəni 05 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə-bioloji ekspertizasının 05 noyabr 2020-ci il tarixli, 17/590 saylı rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunun içərisində... sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 1.44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Şahid1 üzərindən aşkar olunmuş..” sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0.19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş..” sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 6.23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş..” sözləri və imzalar yazılmış zərfin içərisində 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuanaların ümumi təmiz çəkisi - 477.86 qr., tədqiqata sərf edildi - 0.08 qr., qalıq - 477.78 qr. Aparılan tədqiqatın dəyəri 34.55 manat təşkil edir. Məhkəmə-bioloji ekspertizasının 18 dekabr 2020-ci il tarixli, 17/629 saylı rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı...götürülmüş torpaq nümunəsi sözləri yazılmış 03 ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. Təqdim olunmuş 03 (üç) ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Aparılan tədqiqatın dəyəri 34.55 manat təşkil edir. Şəki RMX Nаrkоlоji şöbəsinin 26 yanvar 2021-ci il tаrixli, 02 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs1 şöbədə qeydiyyatda deyil. Şəki RMX Nаrkоlоji şöbəsinin 26 yanvar 2021-ci il tаrixli, 01 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2018-ci il tarixdən etibarən “Kannobinoidlərin qəbulu nəticəli narkomaniya” diaqnozu ilə həmin şöbədə dispanser qeydiyyatdadır. Şəki Rayon Psixiatriya Xəstəxanasının 20 noyabr 2020-ci il tаrixli, 692 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs1 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının 20 noyabr 2020-ci il tаrixli, 691 №-li məktubundаn görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 23 dekabr 2020-ci il tarixli, 1047 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniyadan məcburi müаlicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 23 dekabr 2020-ci il tarixli, 1045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzаb çəkir. İkinci qrup əlil olduğu üçün məcburi müаlicə tətbiq oluna bilməz. Nаrkоlоji kabinetdə qeydiyyаtа alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən daxil olmuş 30 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş 30 noyabr 2020-ci il tarixli tələbnamədən və Şəki Rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Şəki Rayon Məhkəməsinin 19.07.2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli qərarı ilə 07 ay 23 gün vaxtından əvvəl şərti azad olunub, 07.04.2019-cu ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Şəki şəhər İHB-nin “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 37/8də yaşayan Təqsirləndirilən şəxs1 оğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şəki şəhər İHB-nin “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 оğlu Şəki şəhəri, M.Rəsulov küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şəki rayon prokurorluğunun 31 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qarşı Şəki ŞRPŞ-nin əməkdaşları Şahid6, Şahid4 və Şahid11 tərəfindən qanunsuz əməllərin törədilməsi ilə bağlı toplanmış 76c-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 əlilliyə görə 259.7846 manat pensiya alır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etmiş, saxlamış və mütəmadi istifadə etmişdir. Yalnız Təqsirləndirilən şəxs1 xahişi ilə həmin narkotik vasitədən bir hissəsini satmışdır. Onun CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama münasibətdə isə məhkəmə toplanmış sübutların cəminə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.2-ci maddəsi ilə cinayət tərkibi yoxdur, bu səbəbdən həmin ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 tanışları Şahid1 və Şahid2 xahişləri ilə onlara 80 manata narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək barədə əvvəlcədən vəd verdikdən sonra, Təqsirləndirilən şəxs2 bir ədəd siqaret qutusunun üzərindəki sellofan paketdə 7.86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 80 manata alaraq 6.23 qram hissəsini şəxsi maraq qismində özü istifadə etmək məqsədilə götürməklə, 1.44 qram hissəsini Şahid2, 0.19 qram hissəsini isə Şahid1 vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 11-ci bəndində izah olunmuşdur ki, sözügedən vəziyyətlərdə təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət işi materialları ilə və eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni Şahid1 və Şahid2 xahişi ilə onların və özünün istifadəsi üçün Təqsirləndirilən şəxs2 alaraq aralarında bölmüşlər. Bu halın özü də əvvəldən Şahid1 və Şahid2 məlum olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitəni almaq üçün Şahid1 və Şahid2 aldığı ümumilikdə 80 manat pulun tamamını Təqsirləndirilən şəxs2 vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs2 maraqları ilə çıxış etməmiş, sırf Şahid1 və Şahid2 xahişi ilə sonuncuların və özünün şəxsi istehlakı üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə almışdır. Məhkəmə qeyd edir ki, bir neçə şəxs əvvəlcədən satış məqsədi güdmədən narkotik vasitənin əldə edilməsi barədə razılığa gəldikdə, bu razılığa və rolların bölüşdürülməsinə uyğun olaraq narkotik vasitəni qrupun üzvlərinin biri əldə etdikdə belə, həmin andan narkotik vasitə bütöv qrup, o cümlədən əldə edilmə hərəkətlərində bilavasitə iştirak etməyən qrupun üzvü tərəfindən də əldə edilmiş sayılır (bu zaman narkotik vasitənin bütöv qrupun və yaxud üzvlərdən birinin istifadəsi üçün nəzərdə tutulması əhəmiyyət kəsb etmir). Ona görə də, hazırkı iş üzrə narkotik vasitəni bilavasitə əldə etmiş Təqsirləndirilən şəxs1 hadisənin sonrakı gedişatında narkotik vasitəni gətirib (daşıyaraq) Şahid1lə Şahid2 verməsi narkotik vasitənin Təqsirləndirilən şəxs1 həmin şəxslərə satılması kimi qiymətləndirilə bilməz. Çünki əks halda narkotik vasitəni artıq qrupun tərkibində olmaqla əldə etmiş Təqsirləndirilən şəxs1 yenidən (ikinci dəfə), həm də hüquqi anlamda özüözündən narkotik vasitəni əldə etmiş şəxs kimi qiymətləndirilmiş olacaqdır. Narkotik vasitənin bilavasitə əldə edilməsində iştirak etməyən qrupun üzvünün narkotiki ona gətirib verən qrupun digər üzvünə (faktiki əldə edənə) hər hansı məbləğdə pul verməsi, cinayət-hüquqi məna kəsb etməyərək, bütöv qrup tərəfindən narkotik vasitənin əldə edilməsi hadisəsini süni şəkildə parçalayıb narkotik vasitəni qrup adından əldə edərək digər üzvünə çatdıranı – narkotik vasitəni satan kimi, narkotik vasitəni ondan götürən qrupun üzvünü isə narkotik vasitəni həmin şəxsdən əldə edən kimi qiymətləndirməyə əsas vermir. Şahid1 Təqsirləndirilən şəxs1 şəxsi istehlakı üçün narkotik vasitə təşkil etməsini xahiş etməsi və sonuncunun da bununla razılaşaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə ala biləcəyini bildirməsi artıq onlar arasında satış məqsədi güdmədən narkotik vasitənin əldə edilməsinə dair razılıq hesab olunmalıdır. Çünki yuxarıda da şərh olunduğu kimi Təqsirləndirilən şəxs1 narkotik vasitəni satan Təqsirləndirilən şəxs2 deyil, məhz şəxsi istehlakı üçün narkotik vasitə əldə etmək istəyən Şahid1 və Şahid2 tərəfində, sonuncuların maraqları üçün çıxış etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 8-ci bəndində göstərilmişdir ki, şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 alıb Şahid1 və Şahid2 verilməsində rolu olsa da, o, bu satışdan mənfəət əldə etməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 80 manata alsa da Arifə Əliyevə və Şahid2 20 manat da özünün qoyduğunu, 100 manata aldığını deməklə onları aldatması, işin mahiyyətinə təsir etmir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə edib Şahid1 və Şahid2la aralarında bölməklə sadəcə narkotik vasitə istehlak etmək məqsədi ilə vasitəçilik etmişdir ki, bu da şəxsi maraq kimi qiymətləndirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Lakin, bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətləri vardır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 özünün də etiraf etdiyi kimi, Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqla, daşımış, Şahid12 həyətində Şahid1 və Şahid2la bölmüşlər. Lakin narkotik vasitəni böldükdən sonra saxlanılaraq polis şöbəsinə aparıldıqda üzərində narkotik vasitənin olmamasına, döyülməsinə, hədə-qorxu ilə cibinə qoyulmasına dair Təqsirləndirilən şəxs1 ifadəsinə məhkəmə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati binasında üzərinə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kağız bükümdə təmiz çəkisi 6.23 qram çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs məhkəmə baxışında tədqiq edilmiş öz müdafiəçisinin iştirakı ilə ibtidai istintaqa verdiyi ilkin ifadələrində narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını və üzərində gəzdirdiyini, şöbədə üzərindən aşkar olunduğunu etiraf etsə də, sonradan onun üzərində aşkar olunan narkotik vasitənin onun olmadığını, polislər tərəfindən cibinə qoyulduğunu demişdir. Aşkar olunan narkotik vasitənin məhkəmə baxışında onun olmamasına dair ziddiyətli ifadələr versə də, tutularkən və ibtidai istintaqda nəyə görə etirafedici ifadələr verdiyini inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Bundan başqa ibtidai istintaq dövründə fiziki zorakılığa məruz qaldığını iddia etsə də, prokurorluqda aparılan araşdırma zamanı bu halın sübuta yetməməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş, onun tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədir. Məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərində narkotik vasitənin olmamasını, polislər tərəfindən cibinə qoyulduğuna dair ifadəsinə tənqidi yanaşır və bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı verdikləri ifadələrə zidd olaraq Şahid1 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdikdən sonra Təqsirləndirilən şəxs1 tərəfindən deyil, məhz Şahid2 tərəfindən onlar arasında bölünməsi halı isə işin mahiyyətinə təsir etmir. Şahid12 isə məhkəmə baxışında ibtidai istintaqa verdiyi ifadəsinə zidd olaraq həmin gün onun yanında narkotik vasitədən istifadə olunmamasını, onların arasında bölünməməsini deməsi isə Təqsirləndirilən şəxs1 xeyrinə ifadə verməyə cəhd kimi qiymətləndirilir. Belə ki, Şahid12 Təqsirləndirilən şəxs1 tanışı olduğundan onun xeyrinə ifadə verməsi başa düşüləndir. Odur ki, məhkəmə Şahid12 ibtidai istintaqa verdiyi ifadəsini qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Onun həmin cinayəti törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadələri, şahid ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 istinad edilən CM-nin 234. 1 və 234.2-ci maddələri, Təqsirləndirilən şəxs1 istinad edilən CM-nin 234.1-ci maddəsi ilə cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.2-ci və 58.3-cü maddələri). İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əlil olmasını, əməlini etiraf etməklə səmimi peşman olmasını onun cəzasının yüngülləşdirici halları kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasının yüngülləşdirici halları kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən dərhal azad olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan çəkisi tədqiqatdan sonra 477.78 qram olan narkotik vasitə - marixuana, elektron tərəzi, siqaret qutusunun içərisində gümüşü kağızlar məhv edilməli, Şəki ŞRPŞ-nin Maliyyə İdarəsinə təhvil verilmiş 60 manat pul dövlət nəfinə müsadirə olunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 69.10 (altmış doqquz manat on qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış Təqsirləndirilən şəxs1 onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs1 Аzərbаycаn Respublikаsının Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 noyabr 2020-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 08 (səkkiz) ay 10 (on) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən dərhal azad olunsun, barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Şəki ŞRPŞ-də saxlanılan ümumi çəkisi tədqiqatdan sonra 477.78 qram olan (1.42 qram, 0.17 qram, 6.21 qram, 469.98 qram) narkotik vasitə - marixuana, elektron tərəzi, siqaret qutusunun içərisində gümüşü kağızlar məhv edilsin, Şəki ŞRPŞ-nin Maliyyə İdarəsinə təhvil verilmiş 60 manat pul (B03352080 nömrəli 50 manatlıq və A26621533 nömrəli 10 manatlıq əskinaslar) dövlət nəfinə müsadirə olunsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 69.10 (altmış doqquz manat on qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-35/2021
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-35/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver