Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-35/2022 18.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs1 nümayəndəsi (arvadı) Zərərçəkmiş şəxs2, həmçinin Zərərçəkmiş şəxs2 vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1967-ci ildə Şəki rayonunun Dərəcənnət kəndində anadan olrruş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şəki rayon Qayabaşı kənd İƏD-nin nümayəndəsi, əvəllər məhkum olunmamış, Şəki rayonunun Dərəcənnət kəndində yaşayan və barəsində 25.01.2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 04 noyabr 2021-ci il tarixdə təxminən saat 19:30 radələrində idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, idarə etdiyi avtomobilin qarşısı ilə onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən vurub toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan MTZ 80 markalı traktorun sürücüsü Zərərçəkmiş şəxs1 burun sümüyünün yerdəyişən sınığı, burun tənəffüsünün iki tərəfli pozulması, qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, təpə, ənsə, burun tağı, üst və alt dodağın əzilmiş-cırılmış yaralarının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, MTZ 80 markalı traktorun salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması, yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyinin əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, habelə MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktorun zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 840 (səkkiz yüz qırx) manat məbləğində ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Onun avtomobilləri idarə etməyə hüquq verən “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. Bildirmişdir ki, 04.11.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonunun Cəfərabad kəndinə getmiş və işini bitirdikdən sonra yaşadığı Şəki rayonunun Dərəcənnət kəndinə qayıtmaq istəmişdır. Həmin vaxt o, Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində təxminən 60 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 19:30 radələrində yolun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də təxminən 50-60 metrlikdən Şəki rayonunun Dərəcənnət kəndinə dönmək üçün Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə xəbərdarlıq işığını yandırmış, bu zaman idarə etdiyi Nissan Navara markalı avtomobilin qarşı hissəsi arxasında işıqları olmayan MTZ 80 markalı traktorun arxası hissəsindən dəyib toqquşmuşdur. Zərbədən idarə etdiyi Nissan Navara markalı avtomobil sağa istiqamətlənib yoldan çıxıb dayanmış, MTZ 80 markalı traktor isə yolun soluna istiqamətlənib yoldan çıxıb dayanmışdır. Nəticədə o, heç bir xəsarət almamışdır. Bundan sonra o, avtomobildən çıxmış və orada ona məlum olmuşdur ki, idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil sürətini azaldıb Şəki rayonunun Dərəcənnət kəndinə dönmək istəyən və arxada işıqları olmadığı üçün görmədiyi həmkəndlisi Zərərçəkmiş şəxs1 Bəhram oğlunun idarə etdiyi MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən dəyib toqquşmuşdur. Hadisə yerində o, MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Zərərçəkmiş şəxs1 və MTZ 80 markalı traktorun salonunda olan sərnişin həmkəndlisi Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Bundan sonra həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yoldan keçən tanımadığı avtomobillə Şəki RMXna getmişlər. Özü isə hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək hadisə barədə tərtib edilmiş protokol və sxemlə tanış olmuşdur. Qeyd etmişdir ki, hadisə baş verəndən sonra bacanağına və yaxın qohumlarına zəng edərək məlum hadisə barədə məlumat vermiş və gəlib zərərçəkmişləri xəstəxanaya çatdırmalarını bildirmişdir. Lakin bacanağı gələnədək zərərçəkmişlər özləri xəstəxanaya getmişlər. Zərərçəkmişlər xəstəxanada cəmi 1 gün qalmışdır. Onların xəstəxanada müayinə olunmaları üçün 250 manat ödəniş etmişdir. Bildirmişdir ki, zərərçəkmiş şəxslərlə yaşadıqları kənddə qonşudurlar. 3-4 il əvvəl zərərçəkmiş şəxslər qardaşının qızını qaçırmış, qardaşı qızı 6-7 ay zərərçəkmişlərin gəlini olmuş, lakin sonradan qardaşı qızını yola vermədiklərinə görə aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Həmin vaxtdan sonra zərərçəkmiş şəxslərlə danışmamışlar və hazırda da münasibətləri yoxdur. Qeyd etmişdir ki, hadisədən sonra yaxın qohumları və tanışı vasitəsilə barışıq əldə etməyə çalışmış, lakin zərərçəkmiş şəxslər barışığa gəlməmişlər. Həmçinin yaxın qohumları vasitəsilə zərərçəkmişlərə əvvəlcə 1000 manat, daha sonra 2000 manat ziyan məbləği verərək təklif etməsinə baxmayaraq zərərçəkmiş şəxslər həmin məbləği qəbul etməkdən imtina etmişlər. Bildirmişdir ki, zərərçəkmiş şəxslər aralarında olan köhnə mübahisəyə əsasən onunla barışmaq istəməmiş ondan 7000 manat pul istəmişlər. Həmçinin bildirmişdir ki, hadisə zamanı sərxoş olmamışdır. Belə ki, polislər onu müayinə etmişlər. Buna görə də zərərçəkmişlərin güya onun sərxoş olması ilə bağlı dediklərini qəbul etmir. Göstərmişdir ki, əməlindən peşmandır. Törətmiş olduğu əməldə özünü təqsirli bilir. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktını tətbiq edərək, onu məsuliyyətdən azad edilməsi və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs1 nümayəndəsi (arvadı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Bildirmişdir ki, həyat yoldaşı hazırda ölkədə deyildir. O, Rusiya Federasiyasındadır. Göstərmişdir ki, onların MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktorları var və həmin traktor əri Zərərçəkmiş şəxs1 məxsusdur. Əri Zərərçəkmiş şəxs1 həmin traktorla öz və yaxın kəndlərdə təsərrüfatı işləri görülməsi məqsədi ilə istifadə edir və ailələrinin dolanışığını təmin edir. Bildirmişdir ki, 04.11.2021-ci il tarixdə əri Zərərçəkmiş şəxs1 Şəki rayonun Böyük Dəhnə kəndində təsərrüfat sahəsində taxıl səpmiş, lakin həmin gün hava çiskinli olduğu üçün səpin işini yarımçıq saxlayaraq yaşadıqları evə gəlmişdir. Evə gəldikdən sonra o, əri Zərərçəkmiş şəxs1 ev üçün ərzaq almaq lazım olduğunu bildirmiş, buna görə də əri Zərərçəkmiş şəxs1 ilə birlikdə ərzaq almaq məqsədi ilə mağazaya getmişlər. Ərzaq ehtiyatı aldıqdan sonra traktora yığıb evə qayıdarkən tarktoru əri Zərərçəkmiş şəxs1 idarə edirmiş, o, isə kabinada ərinin sol hissəsində onun yanında oturmuşdur. Onlar Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən təxminən saat 19:30 radələrində yolun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də arxadan eyni istiqamətdə hərəkət edən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil əri Zərərçəkmiş şəxs1 idarə etdiyi MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən vurub toqquşmuşdur. Avtomobilin zərbəsindən o, və əri Zərərçəkmiş şəxs1 traktorun arxa şüşəsi qırılaraq traktorun arxasından onu dan vuran Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına yıxılmışlar və hər ikisi xəsarət almışlar. Bundan sonra o, və əri Zərərçəkmiş şəxs1 yoldan keçən tanımadığı avtomobillə Şəki RMX-na getmişlər. Bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman sərxoş olmuş, ayaq üstə güclə durmuşdur. Lakin həmin zaman onlar Cabirə yaxınlaşmamışlar. Əri Şəki RMX-da cəmi 1 gün qalmışdır. Ondan sonra o, 10 gün də Bakı şəhərində özəl klinikaların birində müalicə almışdır. Lakin əri Elmanın RF-da yaşayan qardaşı vəfat etdiyindən o, klinikadan çıxmalı olmuşdur. Göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni kənddə yaşayırlar və qonşudrlar. Bildirmişdir ki, Təqsirləndirilən şəxs İcra nümayəndəsi işləyir. Təqsirləndirilən şəxs hadisə baş verəndən sonra maşınından düşüb onlara yaxınlaşmamışdır. Lakin kənarda durub kiməsə zəng vurmuşdur. Onları xəstəxanaya yola salmamış, özləri xəstəxanaya getmişlər. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara 250 manat pul ödənilməmişdir. Təqsirləndirilən şəxs onlara yaxınları vasitəsilə barışıq təklif etmiş, bir dəfə 1000 manat, başqa bir vaxt isə 2000 manat pul göndərmişdir. Lakin o, hər dəfəsində təklif edilən məbləğləri qəbul etməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tələb etdikləri 7000 manat pulu onlara ödəyərsə ondan şikayətçi olmazlar. Göstərmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs qardaşı qızı onların gəlini olmuş, lakin sonradan gəlinləri evdən getmiş, buna görə də münasibətləri korlanmışdır. Qeyd etmişdir ki, xəstəxanada müalicə olunaraq həkimlərə pul vermişdir. Lakin müalicə üçün ödəmələrinin qəbzləri onlarda qalmadığından məhkəməyə təqdim edə bilməmişdir. Mülki iddianı müdafiə edir. Təqsirləndirilən şəxs şikayətçidirlər. Ona qanunvericiliyə uyğun olaraq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş ifadəsində göstərmişdir ki, MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktor özünə məxsusdur, həmin traktorla kənd təsərrüfatı işlərinin görülməsi məqsədi ilə istifadə edir və onun traktorları idarə etmək üçün vəsiqəsi vardır. Bildirmişdir ki, 04.11.2021- ci il tarixdə Şəki rayonun Böyük Dəhnə kəndinin təsərrüfat sahəsində taxıl səpinində olduğu gün hava yağışlı olduğu üçün səpin işini yarımçıq saxlayaraq yaşadığı evinə gəlmişdir. Evə gəldikdən sonra arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə ev üçün ərzaq almaq məqsədi ilə mağazaya getmişlər. Onlar ərzaq ehtiyatı aldıqdan sonra traktora yığıb evə qayıdarkən tarktoru o, idarə edirmiş, arvadı Zərərçəkmiş şəxs2 isə kabində onun sol yanında oturmuşdur. Onlar Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən təxminən saat 19:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də arxadan eyni istiqamətdə hərəkət edən sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən vurub toqquşmuşdur. Avtomobilin zərbəsindən o, və arvadı Zərərçəkmiş şəxs2 traktorun arxa şüşəsi qırılaraq arxadan vuran Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına yıxılmışdır. Avtomobilin qabaq sol təkər hissəsi o, yıxılı vəziyyətdə olduğu zaman üz nahiyyəsinə dəymişdir. X7 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağında olan ehtiyat sahəyə doğru istiqamətlənmiş, ona məxsus MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktor isə yolun soluna doğru istiqamətlənmişdir. O, yol ilə hərəkətdə olan avtomobillərin üzərinə gəldiyini görüb tez yoldan kənara çəkilmişdir. Bundan sonra o, və arvadı Məhəbbət yoldan keçən tanımadıqları avtomobillə Şəki RMX-na getmişlər. Buna görə o, hadisə yerinə baxış keçirilməsində iştirak edə bilməmiş, hazırda o, tərtib olunmuş protokol və sxemlə tanış olmuş, razıdır və heç bir narazılığı olmadığını bildirmişdir. Qeyd etmişdir ki, baş vermiş hadisə nəticəsində ona məxsus MTZ 80 markalı AZ 55 K162 dövlət qeydiyyat nişanlı traktora 840 (səkkiz yüz qırx) manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 04.11.2021-ci il tarixdə çayçıdan çıxıb yaşadığı evə gedərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. O, hadisə yerinə gələn polis əməkdaşına yaxınlaşıb hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, 04.11.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olarkən yolun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən vurub toqquşmasını öyrənmişdir. Nəticədə MTZ 80 markalı traktorun sürücüsü həmkəndlisi Zərərçəkmiş şəxs1, traktorun salonunda olan sərnişin həmkəndlisi Zərərçəkmiş şəxs2 müxtəlif xəsarətlər almışlar. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra qədər iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər o da imza etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin vaxt Cabir sərxoş olmamış, lakin şoktda olmuşdur. Onun üz nahiyəsində qan və üzündə yapışıq vəziyyətdə şüşə qırıntıları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 oxşar məzmunda ifadə verərək Şahid2 ifadəsində götərdiklərini təsdiq etmişdir. Şahid3 06.04.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaqda vermiş olduğu ifadəsinin doğruluğunu təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, o, 04.11.2021ci il tarixdə xidmətdə olduğu zaman Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə ona məlumat daxil olmuşdur. O, həmin məlumata əsasən qeyd olunan əraziyə getmiş, həmin vaxt orada ona məlum olmuşdur ki, 04.11.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olarkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktorun arxa hissəsindən vurub toqquşmuş, nəticədə MTZ 80 markalı traktorun sürücüsü Zərərçəkmiş şəxs1, traktorun salonunda olan sərnişin Zərərçəkmiş şəxs2 müxtəlif xəsarətlər almışlar. Bundan sonra o, hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak edərək və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. İşdə olan 04.11.2021-ci il tarixli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur. (İ cild. s.19) İşdə olan Şəki rayonu "xxxx" MMC-nin 06.11.2021 -ci il tarixli, 94 saylı rəyindən görünür ki, MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktor 840 (səkkiz yüz qırx) manat dəyərində ziyan dəymişdir. (İ cild. i\v səh. 46-48) İş materiallarında olan məhkəmə-tibbi ekspertin 04.12.2021-ci il tarixli, 634 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- burun sümüyünün yerdəyişən sınığı, burun tənəffüsünün iki tərəfli pozulması, qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, təpə, ənsə, burun tağı, üst və alt dodağın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 04.11.2021-ci il tarixinə uyğundur, xəsarətin yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. (İ cild. s. 52-55) İş materiallarında olan məhkəmə-tibbi ekspertin 04.12.2021-ci il tarixli, 635 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətlər:- döş qəfəsinin küt travması, yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 04.11.2021-ci il tarixinə uyğundur, xəsarətin yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. (İ cild, s. 56-58) İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş 09.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bu günə kimi məhkumluğu olmamışdır. (İ cild. səh. 68) İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış 09.12.2021-ci il tarixli 016-21843-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs 10.09.2012-ci il tarixdə AB seriyalı 792454 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. (İ cild, səh. 82) İş materiallarında olan yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 17.01.2022-ci il tarixli, 8/79 №- li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərci 100 manatdır. (İ cild. səh. 105- 108) İşdə olan 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Mülki iddia ərizəsinə əsasən mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və arvadı - Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın məbləği olan 7000 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini xahiş edirlər. Lakin iddiaçılar tələblərinin əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz razılığı ilə amnistiya aktı tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci bəndinə görə birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinin müddəalarına müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq BDYPİ-nin YPXA-nın 717 saylı postun duracağında saxlanılmış MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktorun və Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sonradan saxlanılması üçün qəbzlə Zərərçəkmiş şəxs1 və sürücü Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsınmalı və sahiblərinin istifadəsində saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərərçəkmiş şəxslərin məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində onlara vurulmuş 7000 manat maddi zərərin cavabdeh Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini xahiş edir. Lakin zərərçəkmişlər məhkəməyə mülki iddia təqdim edərək 7000 manat pulun Təqsirləndirilən şəxs alınaraq onlara verilməsini tələb etsələr də iddialarının əsası kimi məhkəməyə məhz 7000 manat məbləğində maddi ziyanın dəyməsi ilə bağlı hər hansı mötəbər sübutunu təqdim etməmişdir. Lakin ibtidai istintaq zamanı baş vermiş yolnəqliyyat hadisəsi Zərərçəkmiş şəxs1 məxsus MTZ 80 markalı, AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktora 840 manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan İİ EA 343130 saylı nikah şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 13.09.1994-cü ildə nikaha girməklə ər-arvaddırlar. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 da məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs cəmi 840 manat pul tutularaq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin ödənilmiş 90.40 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış MTZ 80 markalı AZ 55 K 162 dövlət qeydiyyat nişanlı traktorun və Nissan Navara markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibləri Zərərçəkmiş şəxs1 və sürücü Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın və həmin nəqliyyat vasitələri sahiblərinin istifadəsində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 840 (səkkiz yüz qırx) manat pul tutularaq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 90.40 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qərar apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov.
Məhkəmə qərarları › İş №1(075)-35/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-35/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver