Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-35/2024 10.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Birinci Biləcik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Nasir qızına sonuncunun qızı Şahid2 Şəki regional “Asan xidmət” mərkəzində işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə, 21 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə sonuncunun aldığı 1000 (bir min) manat məbləğində pulu, bundan bir neçə gün sonra, istintaqla dəqiq müəyyən olunmamış gündə Zərərçəkmiş şəxs onun cinayətkar qəsdindən məlumatı olmayan Şahid1 vasitəsi ilə göndərdiyi 10000 (on min) manat pulu Şəki şəhəri, Qoxmuq dairəsi adlanan yerdə sonuncudan alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə xeyli miqdarda, yəni 11000 (on bir min) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü tam olaraq təqsirli bilərək, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ümumi maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənildiyini bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1990-cı ildən Şəki MRX-da feldşer işləyir. Şahid3 onun iş yoldaşıdır. Təqsirləndirilən şəxs bu ilin mart ayında tanımışdır. Belə ki, 2023-cü ilin mart ayının əvvəllərində Nəcvəddinlə işdə olarkən söhbət zamanı qızı Nərmini işə düzəltmək istədiyini bildirmiş, həmin vaxt Nəcvəddin ona İlqar adlı tanışının olduğunu, həmin şəxsin bu işlərlə məşğul olduğunu bildirmişdir. Belə olduqda o, Nəcvəddindən həmin şəxslə onları tanış etməsini xahiş etmişdir. Nəcvəddin razı olmuş və onun nömrəsini həmin Təqsirləndirilən şəxs vermişdir. Həmin gün İlqar onun mobil nömrəsinə zəng etmiş, aralarındakı razılığa əsasən, həmin gün Şəki şəhərində “Qoxmuq dairəsi” adlanan yerdə İlqarla görüşüb tanış olmuşdur. Həmin vaxt qızı Nərmin də onun yanında olmuşdur. İlqar Nərmindən təhsili və işləmək istədiyi yer barədə soruşmuş, təxminən 15 dəqiqə İlqarla iş barədə danışmışlar. İlqar Nərminin işi ilə bağlı maraqlanıb uyğun yer olduqda xəbər verəcəyini demişdir. Təxminən bir həftə sonra İlqar istifadəsində olan +996 (501) 000 50 saylı nömrədən vatsap proqram vasitəsilə qızı Nərminin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edib Hüquq-mühafizə orqanlarında, xəstəxanada, həmçinin Bakı şəhərində iş olduğunu, həmin işlərə düzəlməsinə kömək edə biləcəyini demiş, Nərmin ona kompyuter işi istədiyini dedikdə, İlqar Şəki “Asan Xidmət” Mərkəzində iş düzəldə bilcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra İlqar yenidən onlara zəng edib Asan Xidmət Mərkəzində 1000-1200 manat maaşı olan iş tapdığını, Nərmini həmin işə düzəldə biləcəyini deyib bu iş üçün 10000 manat pul lazım olduğunu bildirmişdir. Onlar razı olmuşlar. Bir neçə gün sonra İlqarla danışan zaman o, görüşüb qərar vermək barədə dedikdə o, İlqarı yaşadığı evə dəvət etmişdir. Həmin vaxt kürəkəni Sahil də onlara qonaq gəlmişdir. İlqar özü tək 2023-cü ilin mart ayının 21-də onun yaşadığı evə gəlmişdir. Beləliklə, yaşadığı evdə İlqarla aralarındakı söhbət zamanı İlqar 11000 manat pul müqabilində qızı Nərminin Şəki “Asan Xidmət” Mərkəzində işə düzəlməsinə köməklik edəcəyini dedikdə o, həmin vaxt özündə nəğd olaraq 1000 manat pul olduğu üçün yaşadığı evdə 1000 manat pulu İlqara vermiş və qalan pulu da kreditlə alıb tezliklə verəcəyini demişdir. İlqar 1000 manat pulu ondan alıb Nərmindən şəxsiyyət vəsiqəsinin və digər sənədlərinin şəklinin ona göndərməsini istəmişdir. Daha sonra çıxıb getmişdir. Həmin vaxtdan bir neçə gün sonra onlayn qaydada “Beynəlxalq Bank”dan öz adına 10000 manat kredit götürmüş, həmin krediti hesabından çıxarıb kürəkəni Sahildən İlqarla danışmasını istəmişdir. Sahil də həmin vaxt Şəki şəhərində olmuşdur. Yaşadıqları evdə olarkən Sahil İlqara zəng edib Nərminin CV-nin və 10000 manat pulun hazır olduğunu demiş, həmin gün axşam saatlarında İlqar Sahilə zəng edib pulu, CV-ni və digər sənədləri aparıb “Qoxmuq dairəsi” adlanan yerdə onunla görüşməsini bildirmişdir. Sahil 10000 manat pulu və sənədləri ondan götürüb evdən çıxmış, təxminən 1 saat sonra Sahil evə qayıdıb 10000 manat pulu və sənədləri İlqara verdiyini, İlqarın isə həmin pulu və səndləri götürüb Nərminin işini tezliklə həll edəcəyinə söz verdiyini bildirmişdir. Həmin vaxtdan sonra İlqarla əlaqə saxlayıb işlə bağlı soruşduqda, İlqar işlərin yüksək səviyyədə həll olunduğunu, 45 gün gözləmək lazım olduğunu, Nərmini Bakı şəhərinə 15 günlük praktikaya çağıracaqlarını deyib onları daha da inandırmışdır. Beləliklə, may ayına qədər İlqar müxtəlif bəhanələrlə onları aldatmışdır. Artıq ona inanmayıb pulu geri qaytarmsını tələb etdikdə, İlqar pul aldığı işlərin hamısını həll etdiyini, onların işini də qaydasına salacağını bildirmişdir. Həmin vaxtdan sonra onlar Nərminin CV-nin və sənədlərinin qeydiyyata alınıb-alınmaması barədə maraqlandıqda heç bir qeydiyyat işinin aparılmadığı məlum olmuşdur. Artıq İlqar onları aldatdığı üçün dəfələrlə ondan pulu geri istəsələr də, İlqar müxtəlif bəhanələr etmişdir. Ona görə də şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin İlqarın onları aldatması barədə İlqarın atası Mahmuda da məlumat vermişdir. Ondan sonra İlqarın atası Mahmud Nəcvəddin vasitəsilə 400 manat pulu ona göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 11.000 manat pulu qızı Şahid2 Şəki “Asan Xidmət” Mərkəzində işə düzəlməsi üçün verdiyini, 1000 manat pulu 2023-cü il mart ayının 21-də yaşadığı Calğalıbulaq küçəsi, ev 4/3 ünvanında verdiyini, qalan 10000 manat pulu isə kürəkəni Şahid1 vasitəsilə İlqara göndərdiyini, Sahilin həmin 10000 manat pulu Şəki şəhərində İlqara verdiyini, 1000 manat pulu yaşadığı evdə İlqara verərkən qızı Nərminin və kürəkəni Sahilin onun yanında olduğunu, Sahil isə 10000 manat pulu İlqara verərkən yanlarında heç kimin olmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 Məmədşah oğlu ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə Gülnar Qasımova ilə ailə həyatı qurmuş, birgə nikahdan 1 övladı var. Zərərçəkmiş şəxs onun qaynanasıdır. O, uzun müddət idi ki, qızı Nərminə iş axtarmış, bu barədə işlədiyi yerdə dələlərlə iş yoldaşlarına da demişdir. 2023cü ilin mart ayında qaynanası Sevdanın iş yoldaşı Nəcvəddin adlı şəxs ona İlqar adlı tanışının bir neçə nəfər şəxsi işlə təmin etdiyini bildirmişdir. Beləliklə Sevda ilə İlqar telefon əlaqəsi saxlayıb görüşmüşlər. İlqar Nərminin işi ilə bağlı maraqlanıb uyğun yer olduqda xəbər verəcəyini demişdir. Həmin görüşdən təxminən bir həftə sonra İlqar istifadəsində olan +9% (501) 000 050 saylı nömrədən vatsap proqram vasitəsilə baldızı Nərminin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edib Hüquq-mühafizə orqanlarında, xəstəxanada, həmçinin Bakı şəhərində iş olduğunu, həmin işlərə düzəlməsinə köməklik edə biləcəyini demişdir. Nərmin kompyuter işi istədiyini dedikdə, İlqar Şəki “Asan Xidmət” Mərkəzində işə düzəldə biləcəyini demişdir. Daha sonra Asan Xidmət Mərkəzində 1000- 1200 manat maaşı olan iş tapdığını, Nərmini həmin işə düzəldə biləcəyini demiş və bu iş üçün 10000 manat pul lazım olduğunu bildirmişdir. İlqar bu ilin mart ayının 21-də Şəki şəhərinə onların yaşadıqları evə özü tək gəlmiş, evdə İlqarla aralarındakı söhbət zamanı İlqar 11000 manat pul müqabilində Nərminin Şəki “Asan Xidmət” Mərkəzində işə düzəlməsinə köməklik edəcəyini onlara demişdir. Həmin vaxt qaynanası Sevda onda nəğd olaraq cəmi 1000 manat pul olduğunu deyib həmin ünvanda 1000 manat pulu İlqara vermiş, qalan pulu da kreditlə əldə edib tezliklə verəcəyini bildirmişdir. İlqar 1000 manat pulu ondan alıb Nərmindən şəxsiyyət vəsiqəsinin və digər sənədlərinin şəklini ona göndərməsini istəmişdir. Daha sonra çıxıb getmişdir. Həmin gün qaynanası Sevda onlayn qaydada “Kapital Bank”dan öz adına 10000 manat kredit götürmüş, krediti hesabından çıxarıb ona məlumat vermişdir. O, İlqara zəng edib Nərminin CV-nin və 10000 manat pulun hazır olduğunu demişdir. İlqar isə həmin gün axşam saatlarında ona zəng edib pulu, CV-ni və digər sənədləri aparıb “Qoxmuq dairəsi” adlanan yerdə onunla görüşməsini istəmişdir. Sevdadan 10000 manat pulu və sənədləri götürüb evdən çıxmış, idarə etdiyi “Chevralit Cruz” markalı, ** ED *** nömrə nişanlı avtomobil ilə Qoxmuq dairəsi adlanan yerə getdikdə, İlqarın Porshe markalı avtomobilin içərisində onu gözlədiyini görmüşdür. Maşını onun yanında saxlayıb İlqarın avtomobilinə əyləşmiş, 10000 manat pulu və sənədləri İlqara vermişdir. Avtomobildə İlqardan və ondan başqa heç kim olmamışdır. İlqar pulu və sənədləri götürüb sənədləri və pulu Bakı şəhərinə göndərib Nərminin işini tezliklə həll edəcəyini ona demişdir. Daha sonra İlqarla sağollaşıb qaynanasıgilə evə qayıdıb 10000 manat pulu və sənədləri İlqara verdiyini, İlqarın isə ona söz verdiyini bildirmişdir. Həmin vaxtdan sonra İlqarla əlaqə saxlayıb işlə bağlı soruşduqda, İlqar işlərin yüksək səviyyədə həll olunduğunu, 45 gün gözləmək lazım olduğunu, Nərmini Bakı şəhərinə 15 günlük praktikaya çağıracaqlarını deyib onları daha da inandırmışdır. Beləliklə may ayına qədər İlqar müxtəlif bəhanələrlə onları aldatmışdı. O, Təqsirləndirilən şəxs 10.000 manat pulu baldızı Şahid2 Şəki “Asan Xidmət” Mərkəzində işə düzəldiləsi üçün xx.xx.2023-cü il tarixdə Şəki şəhəri “Qoxmuq dairəsi” adlanan ərazidə onun idarə etdiyi avtomobildə verdiyini, bundan əvvəl isə qaynanası Sevdanın bu iş üçün İlqara 1000 manat pulu yaşadığı evdə onun yanında verdiyini, həmin 10000 manat pulun qaynanası Zərərçəkmiş şəxs məxsus olduğunu, Sevdanın həmin pulu bankdan əldə etdiyini, 10000 manat pulu İlqara verərkən yanında heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahin ifadəsində bildirmişdir ki, 1985-ci ildən Şəki MRX-nın TTYS-da feldşer işləyir. Zərərçəkmiş şəxs iş yoldaşıdır, onu uzun müddətdir tanıyır, normal münasibətləri vardır. Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Sevda uzun müddət idi ki, qızı Nərminə iş axtardığını deyib ondan bu barədə məlumatı olsa köməklik etməsini xahiş etmişdir. 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı kənddə çayxanada olarkən təsadüfən həmkəndlisi İlqarla rastlaşmış, o, müəyyən şəxsləri işlə təmin etdiyini, bununla qazanc əldə etdiyini dedikdə X2 işə düzəldə bilib-bilməməsini soruşmuş, İlqar isə köməklik edə biləcəyini demişdir. Belə olduqda o, Sevdaya bu barədə məlumat verib İlqarın özünün deməsinə görə əvvəllər də bir neçə nəfəri işlə təmin etdiyini bildirmişdir. X6 işi barədə danışmaq istədiyini deyib ondan İlqarın nömrəsini istədikdə o, İlqarın telefon nömrəsini Sevdaya vermişdir. Bir neçə gün sonra işdə olarkən Sevda söhbət zamanı İlqarla görüşüb Nərminin işi ilə bağlı danışdıqlarını, İlqara 1000 manat yaşadığı evdə, 10000 manat isə Şəki şəhərində Qoxmuq dairəsi adlanan yerdə olmaqla cəmi 11000 manat pul verdiklərini, İlqarın isə onun qızı Nərmini Asan Xidmət Mərkəzində işə düzəldəcəyini bildirmişdir. Beləliklə həmin vaxtdan sonra bir neçə ay ərzində Sevda həmin işlə bağlı heç nə deməmiş, o da Sevdadan bu barədə heç nə soruşmamışdır. Təxminən iki ay bundan əvvəl Sevda İlqarın onları aldatdığını, onlardan 11000 manat pul alsa da, qızı Nərmini işə düzəltmədiyini, müxtəlif bəhanələr edərək pulunu geri qaytarmadığını dedikdə o, yaşadığı kəndə gedərkən İlqarın özünü görə bilməsə də, onun atası Mahmuda bu barədə bildirmiş və Sevdanın pulunun İlqar tərəfindən geri qaytarılmasını xahiş etmişdir. İlqarı isə uzun müddət görməmişdir. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıdığını, onunla normal münasibətinin olduğunu, belə ki, İlqarı hərdən kənddə gördüyünü, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, İlqarın Sevdadan və Sahildən pul almasını görmədiyini, Zərərçəkmiş şəxs ona İlqara qızı Nərmini işə düzəltməsi üçün 11000 manat pul verməsi barədə dediyini, İlqarın əvvəllər bu kimi əməllər törətməsi barədə məlumatının olmadığını, yaşadığı kənddə çayxanada olarkən, İlqarın özünün yuxarı orqanlarda tanışlarının olması, bir neçə nəfər şəxsi tanışları vasitəsilə işlə təmin etməsi barədə ona dediyini, Təqsirləndirilən şəxs sonuncu dələ 2023-cü ilin mart ayının əvvəllərində çayxanada gördüyünü bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 10 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, cinayət əməli nəticəsində vurulmuş ümumi maddi ziyanın 25 faizi məbləğində pul vəsaiti olan 2750 (iki min yeddi yüz əlli) manat X3 tərəfindən dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-in 73- 1.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxsə dəymiş ziyаnı tam ödəmişlər. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs оğlu ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Cinayət işinin materiallarında olan sübutları araşdırıb məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmiş, həmin zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və əlavə olaraq vurulmuş ümumi maddi ziyanın 25 faizi, yəni 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti dövlət nəfinə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə, göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384cü maddələrini rəhbər tutub qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, elan edildiyi andan 20 (iyirmi) gün keçdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №1(075)-35/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-35/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver