Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-36/2021 03.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1990-cı ildə Şəki ravonu, Kəhrizoba kəndində anadan olmuş, Azərbavean Respubilkası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluüu olmayan, Şəki rayonu, Cəfərabad kəndində pasport qeydiyyatında olmaqla, faktiki olaraq Səki rayonu, Cəfərabad kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01.02 2021-ci il tarixdə saat 15:00 radələrində Şəki rayonu, Cəfərabad kəndində yaşadığı evdə ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə şillə ilə bir dəfə və yerə yıxdıqdan sonra bədəninin müxtəlif nahiyələrinə şillə və təpiklə bir neçə dəfə qəsdən vuraraq, eləcə də boğaz nahiyyəsindən tutaraq ona sol göz ətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumaların əzilməsi, göz yarığının daralması, sol göz almasının ağlı qişasına qansızma, burunun küt travması, yumşaq toxumaların əzilməsi, kürək və boyun nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxs olan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs qaynatası və qaynanasının gəlib onu ər evinə apardığını, hazırda həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığını bildirmişdir. Həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışaraq onu bağışlamış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Buna görə də iş üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən prokuror Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 47 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol göz ətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumaların əzilməsi, göz yarığının daralması, sol göz almasının ağlı qişasına qansızma, burunun küt travması, yumşaq toxumaların əzilməsi, kürək və boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, törənmə müddəti qərarda qeyd edilən xx.xx.2021-ci ıl tarixinə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Şəki Narkoloji Şöbənin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki Təqsirləndirilən şəxs Şəki Narkoloji Şöbənin qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 173 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayonlararası Psixiatriya xəstəxanasında dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şəki şəhər İHB-nın Cəfərabad kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 96 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014 və 2015-ci illərdə anadan olmuş Aytəkin və Eldar adlarında iki övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-347, 356 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışmasına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-36/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-36/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver